2. Hərbçilərin münasibəti.
Yuxarıda deyil-diyi kimi,
fevralın 27-də Sumqayıta ordu qüvvələri yeridildi,
29-da fövqəladə vəziyyət tətbiq olundu və şəhəri
faktik olaraq hərbçilər idarə etməyə başla-dılar.
Şəhərin hərbi komendantı təyin olunmuş general-
leytenant V.Krayev şəhər partiya komitəsinin
birinci katibinin iş otağında əyləşərək əmrlər,
sərəncamlar, göstərişlər verirdi. Birinci katib
Cahangir Müslümzadə öz vəzifəsinin icrasından
qeyri-rəsmi olsa da əslində kənarlaşdırılmışdı. Şəhə-
rin partiya və sovet təşkilatları vəziyyətə nəzarət
etmək, hadisələri izləmək və düz məcraya yönəltmək
imkanlarından tamamilə məhrum edilmişdi. Hərb-
117
çilər şəhər rəhbərliyi ilə faktiki olaraq heç məslə-
hətləşmir və hesablaşmırdılar. Onların fəaliyyəti çox
hallarda sağlam məntiqə uyğun deyildi və yaranmış
şəraitə müvafiq gəlmirdi, ona adekvat olmurdu.
Hadisələrin gedişatı, iğtişaşların miqyası nə
qədər dəhşətli olsa da, vahiməli görünsə də ( bu
həqiqətən belə idi və biz bu miqyası, situasiyanın
vahimə dərəcəsini kiçiltmək fikrindən çox uzağıq),
eyni zamanda unutmaq olmaz ki, iğtişaşları törə-
dənlərin, hadisələrə təhrik olunan yetkinləş-məmiş
insanların “silahı” daş-kəsək, ağac və dəmir çubuq-
lar, fin bıçaqları və baltalar, içərisinə yanacaq qarı-
şığı doldurulmuş şüşə butulkalar olmuşdur.
Məlumdur ki, hadisələr zamanı heç bir odlu silah-
dan istifadə edilməmişdir. İğtişaşları təşkil edən bir
qrup xüsusi hazırlıq keçmiş “qara plaşlılar” istisna
olmaqda hadisələrin törədilməsində içtirak edənlərin
əksəriyyəti ümumiyyətlə heç bir hazırlıq görməmiş
yeniyetmələr idi.
Belə olan halda, sual meydana çıxır: Şəhərin
bütün sahələrini idarə etməyi öz əllərinə götürmüş
hərbçilər şəhərin mülki rəhbərləri ilə həmrəy olmaq,
hadisələrin, iğtişaşların qarşısını hər yanda almağa
çalışan və əksəriyyət təşkil edən sağlam qüvvələrlə,
şəhər sakinləri, əhali ilə birlikdə erməni ailələrini
onların yaşadıqları öz mənzillərindəcə mühafizə
etmək əvəzinə nə üçün, nə səbəbdən və hansı
məqsədlə minlərlə adamı yaşından, cinsindən,
sağlamlığından asılı olmayaraq yaşamaq üçün heç
bir şəraiti olmayan kimyaçıların S.Vurğun adına
Mədəniyyət sarayına toplayırdılar? Səbəb ondanmı
ibarət idi ki, erməni əhalisini yaşadıqları mənzillə-
118
rində qorumaq, mühafizə etmək mümkün deyildi?
Hərbçilərin buna qüvvələrimi çatmırdı?
Əsla yox! Səbəb bu deyildi! Məsələ heç də
qüvvələr nisbətində deyildi. Xüsusi təlim keçmiş
təcrübəli, silahlı hərbçilərin gücü, imkanları iğtişaş-
ları törədən hadisələrə cəlb olunmuş dəstələrin
gücündən, imkanlarından müqayisə olunmaz dərəcə-
də üstün idi!
Deməli, burada başqa məqsəd güdülürdü, şəhə-
rin erməni əhalisini mühafizə etmək məqsədi yox!
Heç şübhəsiz ki, ermənilər yaşamaq üçün hər şəraiti
olan mənzillərdə mühafizə olunsaydılar, bir yandan,
şəhərdə baş verən hadisələrin miqyası barədə onlar-
da şişirdilmiş təsəvvür yaranmazdı, digər tərəfdən
isə, əhalinin bu təbəqəsi tezliklə sakitləşər və Sum-
qayıtdan köçüb haralarasa getmək fikri onların
ağlına belə gəlməzdi. Görünür, hadisələrin bu istiqa-
mətdə cərəyan etməsi, sönməsi iğtişaşların ssenarisini
cızanların maraqlarına və planlarına uyğun gəlmirdi.
Minlərlə ermənini antisanitariya şəraitində,
tanklarla mühasirə olunmuş yerdə, kiçik bir ərazidə
saxlamaqla bu insanları ağır psixoloji sarsıntılara
məruz qoymaq, şəhərlə əlaqələrini kəsməklə əslində
onları baş verənlərin həqiqi miqyasından bixəbər
qoymaq və guya hadisələrin öhdəsindən hətta
hərbiçilərin belə gələ bilmədiklərini güman edərək
dəhşətli vahimə hissləri keçirməyə vadar etmək,
vəziyyətin onlar üçün çıxılmaz olduğu fikrini for-
malaşdırmaq və yalnız bir çıxış yolunun qaldığı –
şəhəri mümkün qədər tez tərk etməyin labüd və
qaçılmaz olduğu qənaətinə gətirmək,- bu idi əsas
məqsəd!
119
Onu da qeyd etmək lazimdır ki, ordu qüvvələri
şəhərə hadisələr başlanandan 5-6 saat sonra daxil
edilsə də, əsas hadisələr, ölüm halları, hərbçilərin
fəalliyyətsizliyi və az qala kənar müşahidəçi rolunu
oynamaları şəraitində, onların gözü qabağında -
fevralın 28-də və 29-da törədilmişdir. Bu müddət
ərzində Mədəniyyət sarayına toplanmış, az qala
üst-üstə doldurulmuş erməni əhalisi arasında dəh-
şətli vahimə hissi, qorxu, ölüm xofu yaradıldı və
onlar bu lənətə gəlmiş şəhəri tezliklə tərk etmək
qərarına gəldilər, hərbçilərdən onları Qarabağa,
Ermənistana, SSRİ-nin müxtəlif bölgələrinə - Mos-
kvaya, Leninqrada, Pribaltika respublikalarına,
Krasnodar və Stavropol vilayətlərinə və s. yerlərə
yola salmalarını tələb etdilər.
3. Respublika hakimiyyətinin münasibəti.
Hələ Sumqayıtda faciəli hadisələrin qızğın cərə-
yan etdiyi vaxtda, 1988-ci il fevralın 29-da respubli-
ka televiziyası ilə Azərbaycan KP MK-nın Birinci
katibi Kamran Məmməd oğlu Bağırovun Azərbay-
can SSR zəhmətkeşlərinə müraciətində Sumqayıtda
yaranmış vəziyyətlə bağlı deyilirdi: ”..... xuliqanlıq
edən ünsürlərin təsiri altında, onların əsassız çağı-
rışlarına uyaraq Sumqayıt şəhərində ciddi qarışıq-
lığa yol verilmişdir. Talançılıq, soyğunçuluq faktları
müşahidə olunur.
Bununla əlaqədar olaraq Azərbaycan Kom-
munist Partiyasının Mərkəzi Komиtəsi və respublika
hökuməti, yerli orqanlar vətəndaşların qorunması və
120
günahkarların ciddi surətdə cəzalandırılması üçün la-
zımi tədbirlər görürlər.
Təəssüf ki, bəzi yetkin olmayan adamlar, açıq
deyək ki, millətlər arasında ədavət salmağa cəhd
göstərənlərin təsiri altına düşmüşlər.
Fevral hadisələri ərəfəsində və hadisələrin cərə-
yan etdiyi günlərdə respublika və sovet təşkilat-
larının yüksək vəzifəli nümayəndələri – Azərbaycan
Respublikası Nazirlər Sovetinin sədri Həsən Seyi-
dov, respuбlika Ali Soveti Rəyasət Heyətinin sədri
Süleyman Tatlıyev, respublika Kommunist Partiyası
Mərkəzi Komitəsinin katibi Həsən Həsənov və
başqaları Sumqayıtda olmuş, mitinqlərdə iştиrak və
çıxışlar etmiş, yaranmış vəziyyətdən tam xəbərdar
olmuşlar. Bununla belə, respublika rəhbərliyi törə-
dilmiş iğtişaşların mahiyyətinə dərindən varmadan,
onların əsl səbəblərini araşdırmadan, baş vermiş
hadisələrin günahını şəhər rəhbərliyinin güya əhali-
nin, xüsusən də gənclərin ideya – siyasi hazırlığı və
beynəlmiləlçilik ruhunda tərbiyəsi işinin yarıtmaz
təşkilində görməyə üstünlük verdi.
Vəziyyəti normallaşdırmaq məqsədilə şəhərin rəh-
bərliyində kadr dəyişikliyi həyata keçirildi, “günah-
karlar” partiya xətti ilə də cəzalandırıldılar.
Azərbaycan Kommunist Pariyası Mərkəzi Komi-
təsinin qərarı ilə Sumqayıt şəhər partiya komitəsi-
nin birinci katibi C.M.Müslümzadə tutduğu vəzifə-
dən azad edilmiş və partiya sıralarından xaric
olunmuş, ikınci katib M.A.Bayramovaya və üçüncü
katib A.X.Samolazova şəxsi vərəqələrinə yazılmaqla
şiddətli töhmət verilmiş, şəhər sovetinin sədri T. Məm-
mədov tutduğu vəzifədən azad edilmiş, ona şəxsi
121
vərəqəsinə yazılmaqla şiddətli töhmət verilmiş, şəhər
daxili işlər rəisi vəzifəsini müvəqqəti icra edən X.
Cəfərov partiya sıralarından xaric edilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Bağırovun iştirakı ilə
1988-ci il mart ayının 16-da keçirilmiş şəhər partiya
komitəsinin plenumunda və şəhər sovetinin sessiya-
sında Sumqayıt şəhər partiya komitəsinin birinci
katibi vəzifəsinə əvvəllər Sumqayıtda məsul vəzifələrdə,
sonra isə Naxçıvan Muxtar Respublikası Nazirlər
sovetinin sədri vəzifəsində işləyən Zülfi Saleh oğlu
Hacıyev, şəhər icraiyyə komitəsinin sədri vəzifəsinə isə
Alüminium zavodunun direktoru vəzifəsində işləyən
Rasim Fərhad oğlu Eminbəyli təyin olundular.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komиtəsi Sumqayıt şəhər partiya komitəsinin bürosuna
tapşırmışdı ki, şəhərdə baş vermiş faciəli hadisələrin
qarşısını almaq üçün lazımi tədbirlər həyata
keçirmədiklərinə görə digər məsul vəzifəli şəxslər –
kommunistlər barədə müvafiq ölçü götürülsün.
Mərkəzi Komitə Sumqayıtda baş vermiş hadisə-
lərin hansı şəraitdə törədildiyini və səbəblərini dərindən
araşdırmaq məqsədilə Azərbaycan KP MK –nın ikinci
katibi V.N. Konovalovun rəhbərliyi ilə xüsusi
komissiya təşkil etmişdi. Yeri gəlmişkən deyək ki, bu
komissiyanın işinin əməli nəticələri bizə bəlli deyildir.
Azərbaycan KP MK-nın Sumqayıtda törədilmiş
faciəli hadisələrə həsr olunmuş 16 mart 1988-ci il tarixli
qərarından belə çıxır ki, bu hadisələrin baş verməsinin
səbəbi elə Sumqayıtla və sumqayıtlılarla bağlıdır,
əhalinin, xüsusilə də gənclərin ideya-siyasi hazırlığı və
beynəlmiləlçilik ruhunda tərbiyəsində yol verilmiş
122
səhvlərlə, çatışmazlıqlarla izah olunur!? Biz baş vermiş
iğtişaşların şəhər rəhbərliyinin işində yol verilmiş çatış-
mazlıq, qüsur və səhvlərlə ümumiyyətlə hər hansı bir
əlaqənin olmadığını söyləmək fikrindən çox uzağıq.
Lakin eyni zamanda, Azərbaycan KP MK-nın Sumqa-
yıtda törədilmiş faciəli hadisələrə həsr olunmuş 16 mart
1988-ciil tarixli qərarından hasil olunan qənaətlə, –
“guya bu hadisələrin baş verməsinin əsl səbəbi elə
Sumqayıtın özü ilə, сumqayıtlılara, onların ideya-siyasi
hazırlığında və beynəlmiləlçilik ruhunda tərbiyə olun-
masında yol verilmiş səhvlərlə, çatışmazlıqlarla bağlıdır
və yalnız bununla izah olunur”, – fikri ilə də heç bir
vəchlə razılaşmaq mümkün deyildir.
4. Mərkəzi hakimiyyətin – Moskvanın, Kremlin
hadisələrə münasibəti,
bütün yuxarıda yazılanlardan
göründüyü kimi, çox məkrli olmuş, mahiyyət etbarilə
Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasına,
Ermənistan – Azərbaycan münasibətlərinin uçuruma
doğru yuvarlanmasına xidmət etmişdir.
123
Kitabın içindəkilər
Ön söz
...................................................................................... 3
Birinci fəsil
Михаил Горбачовун ССРИ-ни даьытмаг фялсяфяси
«Етник зиддиййятляр газаны»………………………………….7
Цмид долу нязярляр ........................................................13
Дюнцш нюгтяси ............................................................ ….16
Тяфяккцрдя ингилаб .................................................... ….17
Mülayim avtoritarizm вя либерал демократийа ....................19
«Бир эцлляйя ики довшан» ....................................................20
«Ислам хофу» вя «газах миллятчилийи» ..................................23
İkinci fəsil
«Даьлыг Гарабаь проблеми» ССРИ-нин даьыdıлмасы контекстиндя
Даьлыг Гарабаь Мухтар Вилайяти: гыса тарихи
екскурс..............................................................................29
Мараглар говушур: «Гарабаь проблеми» эцндямя
эятирилир ............................................................................. 36
С.Микойанын «нязяриййяси»................................................38
Илк митинги «Гарабаь» комитяси идаря едирди.....................40
124
Даьлыг Гарабаь уьрунда цмуммилли ермяни щярякатына
йашыл ишыг............................................................................45
«Загафгазийа саъайаьы».................................................... 48
«Крунк» дурнадырмы? .......................................................53
Сийаси ойун старт эютцрцр.
Академик А.Аьанбекйанын бяйанаты...............................60
Демократийа пярдяси алтында kонститусийа ялейщиня
тушланмыш гярар (Степанакерт, 20 феврал 1988-ъи ил)............67
Мараглар тоггушур. Стратежи мягсядляр вя тактика
мцхтялифлийи.........................................................................70
Москва эцнащлары тян йары бюлцр .......................................72
Din d
юvlətdən ayrıdırmı?............................................87
Səbr kasasına son damla ..........................................................90
Qorbaçova kömək, və ya siyasi bəhanə ...................................94
Üçüncü fəsil
Sumqayıt hadisələri Dağlıq Qarabağ problemi kontekstində
Ağıl və emosiya üz-üzə gəlir ..................................................99
Hadisələrə münasibət ............................................................103
Şəhər əhalisinin münasibəti .......................................103
Hərbçilərin münasibəti ..............................................118
Республика
hakimiyyətinin
münasibəti
.....................121 Mərkəzi hakimiyyətin münasibəti
.............................124
125
___________________________________________________________________________________________________________________________________________________________'>_________________________________________________________________________________________________________'>ГЕЙДЛЯР ЦЧЦН
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
___________________________________________________
126
___________________________________________________
___________________________________________________
Dostları ilə paylaş: |