_______________RAYON MƏHKƏMƏSİNƏ
İddiaçı: _____________________________
Ünvanı: ______________________________
Cavabdeh: ___________________________
Ünvanı: ______________________________
Maraqlı tərəf:_________________________
Doğum faktının tanınması tələbinə dair
Ə R İ Z Ə
«xüsusi icraat qaydasında»
Himayəmdə olan Balacayev Uşaq Kimsəsiz oğlunun üzərində doğum faktını müəyyən edən sənədlər olmamışdır. Bu səbəbdən də ________________--RPİ-nin təqdimatı əsasında U. Balacayev üzərində ekspertiza keçirilməsi qərara alınmışdır.
Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin _____________ saylı canlı şəxsin ekspertizasına dair verilmiş rəyə görə Balacayev Uşaq Kimsəsiz oğlunun 19-20 yaşları olması müəyyən edilmişdir. Bununla əlaqədar U. Balacayev doğum faktının müəyyən edilməklə müvafiq şəhadətnamənin alınması məqsədilə məhkəməyə müraciət edilmişdir.
Hazırda U. Balacayev yetkinlik yaşına çatmış bir gənc kimi doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, işləməsinə maneçilik törədir.
Aşağıda göstərilən hüquqi əsaslara görə hesab edirik ki, yetkinlik yaşına çatmış Balacayev Uşaq Kimsəsiz oğlunun ekspertiza rəyi əsasında doğum faktı tanınmaqla müvafiq doğum haqqında şəhadətnamə verilməlidir.
Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
Həmin Məcəllənin 307.2.3 -cü maddəsinə əsasən məhkəmə doğumun, ölümün, övladlığa götürmənin və digər hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
AR Ailə Məcəlləsinin 44.4 -cü maddəsinə əsasən Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
Həmin Məcəllənin 46.3 -cü maddəsinə əsasən Nikahdankənar doğulmuş uşağın valideynlərinin birgə ərizəsi, atanın ərizəsi və ya uyğun məhkəmə qərarı olmadığı halda, doğum haqqında şəhadətnamədə uşağın soyadı kimi atasının soyadının əvəzinə ananın soyadı yazılır.
Həmin Məcəllənin 53-cü maddəsinə əsasən Atılmış uşaqlara ad, ata adı və soyad qəyyumluq və himayə orqanının, tibbi və tərbiyə müəssisəsinin, əhalinin sosial müdafiəsi qurumunun, daxili işlər orqanının göstərişi ilə verilir. Sadalanan orqanlar ata-anası bəlli olmayan uşağı tapandan sonra 7 gündən gec olmayaraq, uşağı dövlət qeydiyyatına aldırmalıdırlar.
Uşağı tapmış adam 48 saat ərzində uşağın tapıldığı yerin daxili işlər orqanlarına və ya qəyyumluq və himayə orqanına xəbər verməyə borcludur.
X A H İ Ş E D İ R Ə M:
Yetkinlik yaşına çatmış Balacayev Uşaq Kimsəsiz oğlunun doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılsın.
Qoşma:
1. Dövlət rüsumunun ödənilməsi barədə qəbz
2. Ərizə
3. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi
Nümayəndənin SAA
İmza
Tarix
Dostları ilə paylaş: |