Redaksiya heyəti



Yüklə 25,47 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix19.06.2017
ölçüsü25,47 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

Redaksiya heyəti

Təranə Vahid

(Baş redaktor müavini)

Həyat Şəmi

Elçin Mirzəbəyli

Xəyal Rza

Səhər

Xanəmir


Rəsmiyyə Sabir

Elxan Yurdoğlu

Nuranə Nur

Anar Amin

Elmar Vüqarlı

Sevinc Mürvətqızı

Qılman İman

Hafiz Hacxalıl

Nisəbəyim

Fərid Hüseyn

Məshəti Musa

Elşən Әzim

Seyfəddin Altaylı 

(Türkiyə)

Xaqani Qayıblı 

(Estoniya)

Baloğlan Cəlil 

(Başqırdıstan) 

Saodat Muxammadova 

(Özbəkistan)

Nilufər Şıxlı

(Rusiya)


Bədii redaktor

Әdalət Həsən



Şöbə redaktorları

Hicran Hüseynova

Vüsal Nuru

Ünvanı: Az‐1000, Bakı, 

Xaqani küçəsi, 25

ulduz_dergisi@mail.ru

dursul@mail.ru

www.ayb.az



Telefon: 498‐72‐43

Çapa imzalanıb: 14.07.2015

«Ulduz» jurnalı

redaksiyasında yığılıb

səhifələnib. «Təhsil Nəşriyyat‐

Poliqrafiya» müəssisəsində 

çap olunub. 

Sifariş. № 76, Tiraj: 300

Qiyməti: 2 man.

1967‐ci ildən çıxır

Şəhadətnamə № 238

Nömrənin eksperti:

Cahangir Məmmədli

Baş redaktor

Qulu Ağsəs



Təsisçilər:

Azərbaycan Yazıçılar Birliyi və

«Ulduz» jurnalının kollektiv

i


«АЗЯРМЯТБУАТЙАЙЫМЫ»

АЧЫГ СЯЩМДАР ЪЯМИЙЙЯТИ

«Улдуз» журналына абуня олмаг цчцн 

республиканын бцтцн шящяр вя район 

«Мятбуатйайымы» шюбяляриня мцраъият 

етмяйиниз кифайятдир.



«ГАЙА»

МЯТБУАТ ЙАЙЫМЫ

«Улдуз» журналына абуня олмаг цчцн 

республиканын бцтцн шящяр вя район «QAYA»

мятбуат йайымы шюбяляриня мцраъият 

етмяйиниз кифайятдир.



Журналын

1 айлыг абуня гиймяти — 2.00 ман.

6 айлыг абуня гиймяти — 12.00 ман.

Бакы шящяриндя абуня йазылмаг истяйянляр:

нюмряли телефонлара зянэ едя билярляр.

ISNN 0134-522  ИNDEKS AZ 1000   2 АЗН



440 — 27 — 85

440 — 39 — 83

440 — 46 — 94

564 — 63 — 45

598 — 35 — 22

456 — 67 — 13

564 — 48 — 96

Y

azmaq da, çap olunmaq da ötəri,

keçici hisslərin və duyğuların

nəticəsi deyil. Bu, hər adama nəsib

olmayan bir Allah vergisidir. Allahın verdiyini

bəndəsi ürəkdən yerinə yetirməlidir. Yazmaq

istedadı var sa, yazmalıdır. Ancaq yazdıqlarını

təqdim etməyi, ədəbi mühitin ixtiyarına verməyi

də bacarmalıdır. İstedad bunu məqsədli bir işə

çevirmədən ciddi missiyaya çevirir. Və is 

te 

-

dad ların qələmə aldıqları öz yüksək səviyyəsi



ilə ədəbi mühitdə özünə yer alır. Bir müddətdən

sonra istedadın öz imici, dəst-xətti və üslubu

görünür. Başqaları onu tanıyır, qəbul edirlər.

Onların ədəbiyyatdakı mövqelərinə qiymət

verirlər. Bədii yaradıcılıq axtarışlarını izləyirlər.

Bir sözlə, istedad gec-tez öz oxucusunu tapır.

Bəlkə də buna öz oxucusunu qazanır da demək

olar. 


İstedadların üslub müxtəlifliyi onları bir-

birindən fərqləndirir. Bu üslub müxtəlifliyi on -

ların inkişafına, yüksəlişinə, nüfuzuna mane

olmur. Əksinə, onlar üslub müxtəlifliyi baxımın -

dan bir-birindən fərqlənməklə ədəbi mühitin

öl çüsünə,  me yarına  çevrilirlər.  Azərbaycan  ədə     -

 biyyatı ta ri xinin bütün dövrlərində ədəbi mühitin

belə ölçüləri, etalonları olub və olacaqdır. Əgər

çap işi olmasaydı, istedadlı adamların qələm

məhsulu ədəbi ictimaiyyətə çatdırılmasaydı,

ədəbi mühitdə kimin kim olduğunu haradan

bilmək olardı?! Bir sözlə, böyük ədəbiyyata

gedən yol çapdan başlayır. Ancaq hansı mətbuat

orqanında çap olunmaq da işin yarısıdır. Son

dövrlərdə kifayət qədər mətbuat orqanlarının

olması çap işini asanlaşdırıb. Bununla belə,

ədəbiyyata gələn adamın (gəncin) ədəbi mühitin

qəbul etdiyi orqanda çap olunması olduqca

vacibdir. Bu mənada “Ulduz” jurnalı ədəbi

mühitin əlli ilə yaxın bir müddətdə qəbul etdiyi

mətbuat orqanıdır. Bu jurnal 1967-ci ildən –

çap olunduğu gündən indiyə qədər böyük

amallara xidmət edir. “Ulduz” jurnalı çap

olunduğu vaxt milli yaddaş, milli ruh, milli

düşüncə öz üstün mövqeyi ilə ədəbi mühitin

barometri rolunu oynamışdır. Təzə söz, isti

nəfəs, aydın və səlis məntiq, özünəməxsus

deyim tərzi, bədii düşüncənin milli maraqlar

çər çivəsində öz funksiyasını yerinə yetirməsi

və s. məsələlər elə o dövrdə “Ulduz” jurnalının

sə 

hi 


fələrində özünə geniş yer almışdır. Bu,

“Ulduz”un missiyası, gənclərin istəyi, arzu və

məramları kimi özünü göstərmişdir. “Ulduz”un

bu ötən dövrlər ərzində öz ənənəsinə sadiq

3

ULDUZ / 


iyul

2015


EKSPERT

Buludxan XƏLİLOV, 

filologiya üzrə elmlər doktoru,

professor

ÁÞÉÖÊ ßÄßÁÈÉÉÀÒÀ

ÝÅÄßÍ ÉÎË

“ÓËÄÓÇ”ÄÀÍ ÁÀØËÀÉÛÐ



(“Ulduz”un iyun sayına baxış)

qaldığının şahidiyik. Ədəbiyyatımızın nüfuz

sahibləri “Ulduz”un şinelindən çıxıbdır desək,

yanılmarıq. 

“Ulduz” elə bir mətbuat orqanıdır ki, ədəbi

mühitdə kifayət qədər nüfuzu olan hər bir qələm

əhli bütün yaradıcılığı boyu onunla əlaqəsini

kəsmir. Əksinə, “Ulduz” sayrışmaq istəyində

olanlara həmişə qol-qanad verir, gənclik enerjisi

ilə yazıb-yaratmaq istəyənlərə güc verir və

yaradıcı nəsillər arasındakı rabitəni qoruyub

saxlayır. “Ulduz” qədər yaradıcı nəslin (gənc,

orta, yaşlı nəsil) bütün yaradıcı adamlarını

birləşdirən ikinci mətbuat orqanı yoxdur. Biz

burada ənənəni, mətbuat orqanının yaşını,

taleyini və s. cəhətləri nəzərə alırıq. Onu da

qeyd edək ki, hazırda “Ulduz” jurnalı ədəbi

mühitimizdə daha ciddi addımlar atır, gəncliyin

inkişafını stimullaşdırır, onların ədəbi mühitdə

bərkiməsinə geniş imkanlar yaradır. Əslində

“Ulduz” elə bir missiyanı yerinə yetirir ki, o,

gənclikdə sabaha inam yaradır. Gənc liyi ədəbi

mühitdə rəqabət yarışına qoşur. Bununla da

müxtəlif janrlarda öz qələmini sınayan gənclik

nəticə etibarilə janrın və bədii yaradıcılığın di -

namikasına xidmət edir. Əslində bu xidmət

ədəbi gəncliyi birləşdirən “Ulduz”un xidmətidir.

“Ulduz” vasitəsilə ədəbiyyat inkişaf edir, yeni-

yeni bədii düşüncə və təxəyyül sahibləri

ədəbiyyata gəlir. 

“Ulduz” jurnalı bu gün bütün ənənələrinə

sadiq qalmaqla yeni ruhlu, yeni düşüncəli,

yeniliyi və müasirliyi ədəbiyyata gətirmək

bacarığında olan gəncləri çap etməklə hər

sayında ədəbi mühitimizdə hadisə yaradır. Bu

mənada “Ulduz” jurnalının iyun ayında çap

olunmuş sayı da ədəbi gəncliyin inkişaf etmək

istəyində nə qədər qətiyyətli, iradəli və inamlı

olduğunu təsdiqləyir. 

“Ulduz” jurnalının iyun sayı Azərbaycan

Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik İsa

Həbibbəylinin “Geniş yaradıcılıq imkanları və

təkamül zərurəti” adlı ekspertizası ilə başlayır.

İsa Həbibbəylinin ekspertizası güllərdən toxunan

çələngi xatırladır. O, “Ulduz” jurnalının ədəbi

gəncliyin yaradıcılıq axtarışlarını, boy artımını,

üslub müxtəlifliyini, uğurlarını, eləcə də

kəsirlərini əks etdirmək baxımından oynadığı

rola yüksək qiymət verir. Eyni zamanda yaradıcı

gəncliyin qəti qələbəsi üçün onların mütaliəyə,

öyrənməyə xüsusi diqqət yetirmələrini qeyd

edir. Əminliklə bildirir ki, ədəbi gəncliyin

şeirləri düşündürücü, maraqlı və bir çox hallarda

bənzərsizdir. Bu da ədəbi gəncliyə olan inamı

artırır. İsa Həbibbəyli gəncliyə dünyanın hər

üzünü dərk etməyi, reallıqların və gerçəkliklərin

mahiyyətinə varmağı da tövsiyə edir. Doğrudan

da, bunsuz böyük əsərlər yaratmaq mümkün

deyil. 

Həm də bu, ədəbi gəncliyin məsuliyyətini



artırmaq deməkdir. Böyük ədəbiyyat yaratmaq

üçün ədəbi gənclik real həyatı əks etdirməli,

tipik obrazları yaratmalı, ümumiləşdirmələr

aparmağı bacarmalıdır. Qənaət belədir ki,

“Ulduz” jurnalı şeirlə yanaşı, hekayə janrının,

pyeslərin, dram əsərlərinin çapı üçün də geniş

meydan açan ədə 

biyyat dərgisidir. İsa

Həbibbəylinin ekspertizasında “Ulduz”un gənc

nəsli düşündürmək və gənc nəslə nümunə

göstərmək missiyası da ədəbiyyatın inkişafına

müsbət təsir göstərəcək bir hal kimi diqqət

mərkəzində saxlanılır. 

Ümumiyyətlə, “Ulduz”un ekspertizası ədəbi

gəncliyin yaradıcılıq məsuliyyətini daha da

artırır. Gənclərin yaradıcılığına ədəbi tənqidin

və geniş mənada ədəbi mühitin diqqətini yönəldir.

İnanırıq ki, ədəbi gənclik bu tələbkarlıqdan

düzgün fay da lanacaq, öz yaradıcılıq imkanlarını

daha da in kişaf etdirəcək. Onu da qeyd edək

ki, hələ öz im za sını təsdiq etməmiş gəncliyin

yaradıcılığına tələbkarlıq və nəzarət onların hər

birinə hava, su qədər lazımdır. 

“Ulduz” jurnalının iyun sayında “Ələmdar

Cabbarlı: özüylə söhbəti və şeirləri” bölümündə

Ələmdar Cabbarlının ürək çırpıntılarının nə

qədər səmimi, doğma olduğunu görməmək

olmur. Daha doğrusu, ürək çırpıntılarını hiss

edirsən, duyursan, lirik “mən”in özü qədər

anlayırsan. Onun özüylə söhbətində və şeirlərində

oxucunu razı salan məqamlar bunlardır: özünün

özünə səmimi olması, özünün özü ilə söhbət

etməyi bacarması, özünə çəkinmədən hər şeyi

Aylıq ədəbiyyat dərgisi

4

ULDUZ /



iyul 2015

deyə bilməsi, özü ilə olan söhbətin tükən 

-

məməsi... Ancaq yaxşı olar ki, ədəbi gənclik



bizim hər birimizi narahat edən problemlərə

giley-güzarla, “sən elə, mən belə” prinsipi ilə

yox, mübarizlik əhval-ruhiyyəsi ilə ya naşsın.

Axı istənilən bir bədii nümunə hissdən, duyğudan

qaynaqlanmaqla yanaşı, həm də tərbiyə edir,

təsir edir, mənəvi qida verir. Gənclik şeirin

məzmununda və poetik texnologiyasında bunları

mütləq nəzərə almalıdır. 

Gənclik ədəbiyyatda böyük mövqe qazanması

üçün bədii yaradıcılığında zəngin dil yaratmalıdır.

Ədəbiyyat tarixində özünü təsdiq etmiş görkəmli

şair və yazıçıların hər biri dil üzərində ömürləri

boyu işləməklə özlərinə məxsus dil, üslub ya -

rat 


mışlar. Dil və üslub vəhdəti olan hər bir

yazıçı və şair ədəbi mühitdə görkəmli, bacarıqlı

yazıçı, şair kimi tanınır, öz imzasını təsdiq edir,

bununla da imzası imzalar içərisində seçilir.

Ona görə də gənc şair və yazıçılarımız öz

əsərlərinin dili üzərində səmərəli çalışmalıdırlar.

Bu məqsədlə ədəbi mühitdə fəaliyyət göstərən

gənclik gec-tez uğur qazanacaq, öz dil və

üslubunu başqalarından fərqləndirəcək. Dil və

üslub fərqini yarada bilənlər həm də ədəbi

dilimizin inkişafına, qol-budaq atmasına xidmət

edəcək. Belələri Azərbaycan dilini uğurla təqdim

etməyi bacaranlar olmaqla dilimizin bədii və

poetik imkanlarını yüksəkliklərə qaldıracaqdır. 

Bu gün hekayə yazmaq bəzi janrlarla qoşa

addımlasa da, bəzilərini qabaqlayır, bəzilərini

isə rəqabətə çəkir. Bəlkə də bu janra üstünlük

vermək zamanın öz tələbidir. Vaxt, zaman

itkisinin qarşısını almaqdır. Daha yığcam formada

bədii təfəkkürün və təxəyyülün səviyyəsini əks

etdirməkdir. Bəlkə də epik janra daxil olanlar

içərisində öz yığcamlığı və təmizliyi ilə

hekayənin daha çox seçilməsidir. Hər halda

təsirli və mənalı hekayədə alaq otu olmur,

səhralarda bitən kol-kos insanın əl-ayağına

dolaşmır. Bu mənada Mübariz Cəfərlinin

“Fırlanma” hekayəsi öz lakonikliyi ilə yanaşı,

Aylıq ədəbiyyat dərgisi

5

ULDUZ / 



iyul

2015


həm də mənalı və düşündürücüdür. Oxucunu

oyandırandır, hətta oxucunu yandıran məqamları

da var.

“Ulduz”un “Şeir vaxtı” bölümündə Ulucay



Akifin şeirlərindən, daha doğrusu, şeirlərinin

ruhundan  milli kökə, milli soya söykənən

poetik düşüncənin tərtəmiz iyi gəlir, kənd və

şəhər həyatının özəlliklərini duymaq istəyənlərə,

bu barədə düşünmək istəyənlərə mənəvi qida

verir. 


“Dahilərin qadınları” bölümündə “Lu – pis

qız...” yazısı Pərvinin təqdimatında olmaqla

məşhur yazıçı, filosof Lu Salomedən bəhs edir.

Lunun xarakterindəki fərqliliklər oxucuya dəqiq

faktlarla çatdırılır. Onun sevmək, sevdirmək

istedadı xarakterizə olunur. 32 yaşlı Raul Renin

Luya eşq elan etməsi, onunla evlənmək istədiyini

bildirməsi, ancaq nəticə etibarilə dost kimi

yaşaması, eləcə də Nitsşe ilə Lunun sevgi

münasibətlərinin də nəticə etibarı ilə dostluqla

qurtarması maraqlı fəlsəfi şərhlərlə oxucunun

insan-qadın xarakterinin bütün dərinliklərini

öyrənməsi baxımından dəyərlidir. Paul, Lu,

Nitsşe üçbucağının dağılması oxucunu

düşündürür və qayğılandırır. Maraqlıdır ki, Lu

sonra Fridrix Andreasa ərə gedir. Amma şərt

belə olur ki, onların arasında kişi-qadın yaxınlığı

olmayacaq. 40 ildən çox sürən bu evliliyin də

uğuru olmur. Oxucuda sevginin uğursuzluqları

həyatın reallıqları kimi dərin bir psixoloji

gərginlik yaradır. Onu da əlavə etsək ki, Lu

məşhur siyasətçi Qeorq Ledeburu da eşq

macərasına mübtəla edir və bunu Fridrix Andreas

bildikdə Lu Parisə qaçır, onda bir daha oxucuya

qadın psixologiyasının mürəkkəbliyi və qeyri-

adiliyi təsir etməyə bilmir. Qadın xarak te rin -

dəki qabarmalar, çəkilmələr, inanıram ki, oxu -

cunun hisslərini də rahat buraxmayacaq və

oxucunu qadın, kişi sevgilərinin fərqli cəhətləri

barədə düşüncələrə qərq edəcəkdir. Əgər

ədəbiyyat düşündürürsə, deməli, o, reallığın və

həyatiliyin vəhdətini özündə daha çox əks

etdirir. Bu, ədəbiyyatın uğuru kimi

qiymətləndirilməlidir. Əsl ədə 

biyyat əbədi

missiyası ilə bağlı mövqeyini dəyişməməlidir.

Və əbədi missiyasını əbədi olaraq yerinə

yetirməlidir. Sevgi, istək, yaxşı, pis, bir sözlə,

insan həyatı üçün lazım olunan nə varsa, hamısını

əbədi yaşatmalı və təbliğ etməlidir.                    

Azərbaycan ədəbiyyatında poeziya ənənəsi

olan bir sahədir. Bəlkə də poeziya Azərbaycan

ədəbiyyatının emblemidir desək, yanılmarıq.

Bütün dövrlərdə Azərbaycan poeziyası özəllikləri

ilə nəinki Azərbaycan ədəbiyyatşünaslarının,

həm də digər ölkələrin ədəbiyyatşünaslarının

da diqqətini cəlb edib. Bu mənada “Ulduz”un

iyun sayında filologiya elmləri doktoru, professor,

Nizami adına Daşkənd Dövlət Pedaqoji

Universitetinin Ümumi dilçilik kafedrasının

müdiri Saodat Muhammedovanın “Müasir

Azərbaycan poe zi yasının özəllikləri” məqaləsində

(məqaləni rus dilindən Azərbaycan dilinə Arifə

Arifqızı tərcümə etmişdir) müasir Azərbaycan

poeziyası bağçaya, janr əlvanlığı isə gülə, çiçəyə

bənzədilir. Və 2013-cü ildə Daşkənddə nəşr

edilmiş “XX asr Ozarbayjon şeiriyatı

antologiyası” (“XX əsr Azərbaycan poe ziyası

antologiyası”) adlı kitabda Əli Nazimin, Səməd

Vurğunun, Məmməd Rahimin, Bəxtiyar

Vahabzadənin, Xəlil Rzanın, Musa Yaqubun,

Ra miz Rövşənin, Zəlimxan Yaqubun, Ramiz

Əsgərin, Elçin İsgəndərzadənin, Qulu Ağsəsin,

Nazilə Gültacın, Rəsmiyyə Sabirin, Səlim

Babullaoğlunun və başqalarının şeirlərinin özbək

dilinə tərcümə olunaraq özbəklərə təqdim

olunduğu qeyd edilir. Bu da Azərbaycan-özbək

ədəbi əlaqələrinin bu gün də davam etdiyini

təsdiq etməklə yanaşı, müasir Azərbaycan

poeziyasının  əsas  xüsu siy yət lərini  səciy yə -

ləndirmək baxımından mühüm rol oynayır.

Söhbət poeziyadan düşmüşkən “Ulduz”un iyun

sayında özünə yer alan şeirlər içərisində Cahan

Gülsünün, Babullanın, İnqilab İsaqın şeirləri

də bir-birindən fərqli üslub və poetik düşüncənin

nümunələri kimi diqqəti cəlb edir. Və “Üç

gəncin “Debüt”ü” bölməsində özünə yer alan

Pərviz Seyidlinin şeirlərində istedadı və bu

istedadın enerjisini duyuruq. Həm də bu qəbildən

olan ədəbi gəncliyin ümidverici gələcəyi

olduğunu söyləməyi özümüzə borc bilirik.

“Ulduz”un iyun sayında “Tərcümə saatı”

adlanan bölmədə Pəri Mirəliyevanın tərcümə

Aylıq ədəbiyyat dərgisi

6

ULDUZ /



iyul 2015

etdiyi “Oskar Uayldın aforizmləri” oxucunun

düşüncə tərzinin formalaşması, həyat, cəmiyyət,

insan, dünya, sevgi, gənclik və s. barədə

təcrübənin özəlliklərini öyrənməsi baxımından

qiymətlidir. Ancaq aforizmlərin bir xeylisinin

orijinalı və tərcüməsi verildiyi halda, bir

xeylisinin isə orijinalı yox, tərcüməsi verilir. 

“Tərcümə saatı” bölməsində Ziyad Qulu -

za 

dənin türkcədən çevirdiyi Oğuz Atayın



“Təhlükəli oyunlar”, “Dəmiryolunun heka 

-

yəçiləri” əsərləri təsdiq edir ki, bizim hər birimiz



insan həyatını ömrümüz boyu öyrənməliyik. 

Adiləşməyi, adi olmağı qəbul etməyənlər,

kamilləşməyi üstün sayanlar İbrahim İbrahimlinin

“Adsız”ını oxuyub hər vaxt öyrənməyi, məlum

olanı və olmayanı yaşadığımız dünyanın reallığı

kimi qəbul etməlidirlər. 

Nilufər Şıxlının “Sevgidən heçliyə...”, Aydın

Tağıyevin “Yedək” hekayələri, Əlabbasın “Yük”

əsəri, Nigar Vaqifin “Xoşbəxtliyə gedən yol”

debütü ömürdən, gündən gedən hər anın,

dəqiqənin, saatın insana bəxş etdiklərini duymaq,

anlamaq baxımından çox şey deyir. Və düşünməli

oluruq... Biz həyatın hər anından, dəqiqəsindən,

saatından dərs ala bilirikmi?!

Qəşəm Nəcəfzadənin ədəbi gənclik barədə

fikirləri “Qəribin şeirlərində qəriblik” başlığı

altında kifayət qədər səmimi bir şəkildə öz

ifadəsini tapır. Qəribin sadəliyi, səmimiliyi,

sədaqəti, nəğmə şəklində olan şeirləri, poetik

tapıntıları, sevinci, kədəri və sevgi şeirləri təhlil

olunur. 

“Ulduz”un iyun sayının “Dərgidə kitab” böl -

mə sində Elşən Əzimin qısa tərcümeyi-halı, çap

olu nan kitablarının adları və 12 şeiri özünə yer

alır. Bu şeirlərin bəzilərində onun pessimist hiss -

lə rin təsiri altına düşmək məqamları ilə yanaşı,

fərq li bir fəlsəfi düşüncəyə qadir olduğunu da

görürük. 

“Ulduz” jurnalının üz qabığının içərisində

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı

ilə iyun ayının 5-də Beynəlxalq Muğam

Mərkəzində V Şairlər Gününə həsr olunmuş

tədbirin keçirilməsi barədə məlumatın verilməsi

də oxucuların məlumatlandırılması baxımından

əhəmiyyətlidir. İnanırıq ki, gələcəkdə də

Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi tədbirlər

barədə “Ulduz” jurnalında aybaay məlumatların

verilməsi oxucuların bilgilənməsinə xidmət

edəcək. 

“Ulduz” ədəbiyyatın inkişafı, gənc yazarların

ədəbiyyata ürəkdən bağlanması üçün əlindən

gələni əsirgəmir. Hətta ədəbi gəncliyə nümunə

ola biləcək, onların yetişməsində örnək ola

biləcək əsərləri jurnalla birgə oxuculara təqdim

edir. Bu mənada Buludxan Xəlilovun “İsmayıl

Şıxlı: müəllim haqqında müəllim sözü”,

Hüseynbala Mirələmovun pyes və heka 

yə 


lə 

-

rindən ibarət “Axirətdən gələn zəng” kitabı son



dövrdə çap olunan kitablar seriyasından olan

bu kitablara da geniş oxucu kütləsinin diqqətini

yönəldir. Bununla da “Ulduz” çalışır ki, ədəbi

gənclik və geniş mənada oxucu, həmişə oxumaq

axtarışında olsun. 

“Ulduz” bu gün öz yolunu uğurla gedir.

Ad dımları qəti və sərrastdır. Əbədi sayrışmaq

missiyasını davam etdirir. Sözün həqiqi

mənasında “Ulduz” ədəbi gəncliyə mayak rolunu

oynayan bir ədəbi-bədii jurnaldır. Peşəkar

ədəbiyyat hər zaman “Ulduz”a borcludur. Ona

görə də ədəbiyyatımızın səmasının təmiz olması

naminə hər bir ədəbiyyat adamı özünü “Ulduz”a

borclu hesab etməli, onun hər sayının ədəbi

gəncliyə uğur gətirməsi üçün əlindən gələni

əsirgəməməlidir.



Aylıq ədəbiyyat dərgisi

7

ULDUZ / 



iyul

2015


özüylə söhbəti...

- Özünlə söhbət eləmək bu qədər çətindir

ki, “Ulduz”un redaktorunu bir belə incidib

“müsahibə”ni yubadırsan?

- Çətindir... Çünki bir tərəf “görüşə” gəlmir.

Söhbət zamanı Bruce Lennin “Əjdahanın yolu”

filmindəki kimi güzgülərin çoxluğundan əsl özümü

itirəcəyimdən qorxuram. Özümü tapmaq üçün

isə bütün güzgüləri sındırmaq istəmirəm.



- “Ulduz”un bu sayında “Səfər şeirləri”n

çap olunacaq.  Necə oldu, bu şeirləri yazdın?

-Səfərlərdə şeir yazmağıma səbəb odur ki,

orda dünya gözümə daha aydın və dəqiq görünür.

Gördüklərimi hansısa janrdasa gizlədə bilirəm,

şeirdə isə bu mümkün deyil. “Moskva” şeirini 9

günə yazmışam, bu şeir hər gün səhər məni

yuxudan “oyadırdı”. Yusif Səmədoğlunun kitabının

ağ yerlərinə yazırdım. Misirdə və İstanbulda isə

sadəcə gördüyüm ağrıları kağıza köçürürdüm.

Şairlik axı həm də ürəyə mirzəlik etməkdir. 

-Səfər şeirləri”ndəki təsvirlər, səncə, nə

dərəcədə aydındır? Həmin şeirlərin o ölkələri

görməyən insanlar üçün hansısa özəl məziyyəti

varmı?

-Qürbət hissi bütün yaşadıqlarını xatirəyə

çevirir. Elə bilirsən ki, dünənki həyatın belə

hansısa keçmiş, uzaq, eyni zamanda, səninçün

əl-əlbət aydınlaşmış bir xatirədir. Hərdən mənə

elə gəlir ki, şeirlərdə olmayan hər nə varsa,

unudulacaq. Nitsşenin həyatı barədə bioqrafik

bir kitab oxuyanda belə məqam diqqətimi çəkdi.

O, gündə bəzən 18 saat yazırmış və ona elə

gəlirmiş ki, o yazmadığı nə varsa bir də heç kəsi

narahat etməyəcək. Ona görə sürətlə yazıb bitirmək

istəyirmiş. Bir gün qəfil yorulur, xəstəlik də bir

yandan, onda məcburən qəbul edir ki, insana

bütün düşündüklərini istədiyi kimi yazacaq qədər

ömür verilməyib. Təvazökarlıqdan uzaq da olsa,

deyim ki, yazdığım şeirlər həmin şəhərlər barədə

bir ruhi informasiyaya malikdir. Kim o ruhi kanala

düşə bilirsə, hökmən nələrisə duyur. Qaldı ki

təsvirlərin aydınlığına, burda xüsusi məlumat

xarakterli nələrsə azdır, daha çox hisslərin

mənzərəsidir, ruhun xəyalı... hə, səhv demədim,

məhz ruhun xəyalı...  



Yüklə 25,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə