Referat elmi rəhbər: Nailə Abdullayeva Tələbə: Muradova Çimnaz Plan Giriş


Qədim Misirdə fəlsəfi fikrin təşəkkülü



Yüklə 36,1 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü36,1 Kb.
#44922
növüReferat
1   2   3   4
Muradova

Qədim Misirdə fəlsəfi fikrin təşəkkülü.

Bizim e.ə. IV minillikdə Qədim Misir ərazisində mövcud olan quldarlıq quruluşu, özünün ən yüksək inkişaf mərhələsinə çatmışdı. Burada ilk təsərrüfat formaları, əkinçilik və heyvandarlıqla yanaşı, inşaat incəsənəti, daş və ağac emalı, dəri aşılanması, toxuculuq sənəti, papiruslar üzərində yazı və s. yaranmağa başlamışdı. Qullarm əməyi ilə, dünya mədəniyyətinin inciləri sayılan nəhəng ehramlar, məbədlər, saraylar inşa edilirdi. Belə bir istehsal fəaliyyəti insanlarda təbiət və ətraf aləm haqqında müəyyən biliklər əldə etməyə imkan yaradırdı. Odur ki, burada bir sıra təbiət elmləri – mexanika, fizika, biologiya, astronomiya, kosmologiya, təbabət və s. eləcə də fəlsəfə sahəsində ilk addımlar atılırdı. Bu dövrdə Günəş təqvimi və su saatı düzəldılmişdır. Nil çayının daşıb çəkilməsinə uyğun olaraq əhali əkinçilikdə toxumun səpilmə vaxtmı və məhsul yığımı dövrünü müəyyən edirdi. Nil çayının daşmasmm və çəkilməsinin səbəbini öyrənmək cəhdi Qədim Misir astronomi- yasının yaranması və inkişafma güclü təkan verdi. Qeyd edək ki, Nil çayı bir növ misirlilər üçün həyat demək idi, istər bədii yaradıcılıqda, istərsə də digər sahələr də, xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur.

Nil çayı daşan zaman Misir səmasmda ən parlaq ulduz Sirus görünürdü. Min beş yüz il ərzində misirli astronomlar 373 Günəş və 832 Ay tutulmasmı qeydə almışlar. Səmanm seyri əsasmda yaranan ilk təqvimə görə bir il hər biri 30 gündən ibarət olan 12 aya bölünürdü. Hər ilin əvvəlində ona 5 müqəddəs gün də əlavə edilirdi. Bu da ilin 365 günə bərabər olmasmı göstərirdi. Onlar gündüz və gecəni 12 saata bölürdülər. Burada elm, xüsusən də dəqiq elmlər tətbiqi xarakter daşıyırdı. Dünya mədəniyyətinin nadir incilərindən sayılan və bir sıra sirləri hələ də açılmamış qalan, hər biri 2,5 tondan 54 tona qədər ağırlığmda olan, daş süxurlarmdan və qranitdən tikilmiş məşhur Misir ehramları, piramidaları, həndəsə, cəbr, mexanika elmlərinin sayəsində inşa edilmişdir. Ri- yaziyyat sahəsində təqribi kvadrat kök alma, oturacağı kvadrat olan kəsik piramidanm həcminin hesablanması, çevrə uzunluğunun diametrə nisbəti və s. onlarm nailiyyəti idi. Təbabət sahəsində isə Misir həkimləri meyitləri yarmaqla, insanm anatomiyasma və qan dövranma dair bir sıra məlumatlar əldə etmişlər. Buradan aydm olur ki, onlar xəstələrin müalicəsini ovsun- lamaqla deyil, elmi əsaslarla həyata keçirmişlər.


Qədim Misirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən təbiət elmlərinin inkişafı ilə, digər tərəfdən isə dünyaya mifoloji baxışla bağlı olmuşdur. Burada fəlsəfi fikirlər öz mənbəyini miflərdən, əfsanələrdən, nağıllardan, dastanlardan götürmüşdür.

Bizə gəlib çatan məşhur miflərdən biri “İsida və Osiris” haqqında əsatirdir. Osiris səhraların təcəssümü olan qardaşı Set ilə mübarizə aparır. İsida isə həm onların bacısı, həm də Osirisin arvadıdır. (O zaman Misirdə fironlar öz bacıları ilə evlənirdilər.) Set Osirisi aldadıb onu öldürür və bədənini kiçik hissəciklərə doğrayaraq ətrafa səpələyir. Bundan xəbər tutan yenicə Qor adlı oğul doğmuş İsida ərinin bədən hissələrini bir yerə yığır. Yeraltı səltənətlərin allahlarrndan biri olan Anubisin köməyi ilə Osirisə həyat verirlər, o dirilir və Setlə vuruşaraq ona qalib gəlir. Bu daimi mübarizə Misirdə ilin fəsillərini özündə əks etdirir. Belə ki, Nilin daşması, səpin dövrü, yetişmə və məhsul yığımı dövrüdür. Aprel- iyun aylarındakı quraqlıq dövrü Osirislə Set arasında mübarizə, Nil çayının suyunun çirklənməsi, ətrafda kiçik gölməçələrin və bataqlıqların yaranması Osirisin ətrafa səpələnmiş bədəni, dirilməsi və Set üzərindəki qələbəsi isə yeni daşqınları və həyatı əks etdirir. Osiris həm də ölümün təcəssümü olduğundan bütün ölənlərin ruhu onun qarşısında cavab verməlidir. O zaman tərəzinin bir gözünə ruh, digər gözünə isə haqq – ədalət qoyulur. Əgər ruh günahsız olardısa o, cəhənnəm odundan azad olur və İala düzənliyinə göndərilirdi. İala düzənliyində heç vaxt quraqlıq olmurdu. Qədim Misirdə axirət dünyasma inam mühüm yer tutduğundan, onlar belə hesab edirdilər ki, ölümdən sonra bədənin saxlanması şəraitində ruh yaşaya bilər. Mumiyalama, ölülər şəhərlərinin salmması, daş tabutlarm, nəhəng ehramlarm, piramidalarm yara- dılması məhz bu məqsədə xidmət edirdi. Lakin miflərə dini məzmun verilməsi, tezliklə fəlsəfi baxışla əvəz olunmağa başladı. Bu əsasən Qədim Misirdə yaranmış “Arfaçının mahnısı” və “Ölümün tərənnümü” kimi ədəbi əsərlərdə öz əksini tapmışdır. Arfaçmm mahmsmda “axirət dünyası” anlayışı şübhə altma almrnaqla, əsərdə göstərilir ki, hələ o dünyadan heç kim qayıtmamışdır ki, onun haqqmda məlumat versin, insan yalnız öz əməllərinin sayəsində əbədi yaşaya bilər. “Ölümün tərənnümü” əsərində isə bunun əksinə olaraq axirət dünyasmm mövcudluğu haqqmda fikir irəli sürülürdü. Bütün bunlar göstərir ki, mifoloji dini dünyagörüş tədricən tarix səhnəsindən düşür, onu həyata, ətraf aləmə yeni fəlsəfi baxışlar əvəz etməyə başlayır.

Bizim e.ə. IV minillikdə Qədim Misir ərazisində mövcud olan quldarlıq quruluşu, özünün ən yüksək inkişaf mərhələsinə çatmışdı. Burada ilk təsərrüfat formaları, əkinçilik və heyvandarlıqla yanaşı, inşaat incəsənəti, daş və ağac emalı, dəri aşılanması, toxuculuq sənəti, papiruslar üzərində yazı və s. yaranmağa başlamışdı. Qullarm əməyi ilə, dünya mədəniyyətinin inciləri sayılan nəhəng ehramlar, məbədlər, saraylar inşa edilirdi. Belə bir istehsal fəaliyyəti insanlarda təbiət və ətraf aləm haqqında müəyyən biliklər əldə etməyə imkan yaradırdı. Odur ki, burada bir sıra təbiət elmləri – mexanika, fizika, biologiya, astronomiya, kosmologiya, təbabət və s. eləcə də fəlsəfə sahəsində ilk addımlar atılırdı. Bu dövrdə Günəş təqvimi və su saatı düzəldılmişdır. Nil çayının daşıb çəkilməsinə uyğun olaraq əhali əkinçilikdə toxumun səpilmə vaxtmı və məhsul yığımı dövrünü müəyyən edirdi. Nil çayının daşmasmm və çəkilməsinin səbəbini öyrənmək cəhdi Qədim Misir astronomi- yasının yaranması və inkişafma güclü təkan verdi. Qeyd edək ki, Nil çayı bir növ misirlilər üçün həyat demək idi, istər bədii yaradıcılıqda, istərsə də digər sahələr də, xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur.

Nil çayı daşan zaman Misir səmasmda ən parlaq ulduz Sirus görünürdü. Min beş yüz il ərzində misirli astronomlar 373 Günəş və 832 Ay tutulmasmı qeydə almışlar. Səmanm seyri əsasmda yaranan ilk təqvimə görə bir il hər biri 30 gündən ibarət olan 12 aya bölünürdü. Hər ilin əvvəlində ona 5 müqəddəs gün də əlavə edilirdi. Bu da ilin 365 günə bərabər olmasmı göstərirdi. Onlar gündüz və gecəni 12 saata bölürdülər. Burada elm, xüsusən də dəqiq elmlər tətbiqi xarakter daşıyırdı. Dünya mədəniyyətinin nadir incilərindən sayılan və bir sıra sirləri hələ də açılmamış qalan, hər biri 2,5 tondan 54 tona qədər ağırlığmda olan, daş süxurlarmdan və qranitdən tikilmiş məşhur Misir ehramları, piramidaları, həndəsə, cəbr, mexanika elmlərinin sayəsində inşa edilmişdir. Riyaziyyat sahəsində təqribi kvadrat kök alma, oturacağı kvadrat olan kəsik piramidanm həcminin hesablanması, çevrə uzunluğunun diametrə nisbəti və s. onlarm nailiyyəti idi. Təbabət sahəsində isə Misir həkimləri meyitləri yarmaqla, insanm anatomiyasma və qan dövranma dair bir sıra məlumatlar əldə etmişlər. Buradan aydm olur ki, onlar xəstələrin müalicəsini ovsun- lamaqla deyil, elmi əsaslarla həyata keçirmişlər.

Qədim Misirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən təbiət elmlərinin inkişafı ilə, digər tərəfdən isə dünyaya mifoloji baxışla bağlı olmuşdur. Burada fəlsəfi fikirlər öz mənbəyini miflərdən, əfsanələrdən, nağıllardan, dastanlardan götürmüşdür.

Bizə gəlib çatan məşhur miflərdən biri “İsida və Osiris” haqqında əsatirdir. Osiris səhraların təcəssümü olan qardaşı Set ilə mübarizə aparır. İsida isə həm onların bacısı, həm də Osirisin arvadıdır. (O zaman Misirdə fironlar öz bacıları ilə evlənirdilər.) Set Osirisi aldadıb onu öldürür və bədənini kiçik hissəciklərə doğrayaraq ətrafa səpələyir. Bundan xəbər tutan yenicə Qor adlı oğul doğmuş İsida ərinin bədən hissələrini bir yerə yığır. Yeraltı səltənətlərin allahlarrndan biri olan Anubisin köməyi ilə Osirisə həyat verirlər, o dirilir və Setlə vuruşaraq ona qalib gəlir. Bu daimi mübarizə Misirdə ilin fəsillərini özündə əks etdirir. Belə ki, Nilin daşması, səpin dövrü, yetişmə və məhsul yığımı dövrüdür. Aprel- iyun aylarındakı quraqlıq dövrü Osirislə Set arasında mübarizə, Nil çayının suyunun çirklənməsi, ətrafda kiçik gölməçələrin və bataqlıqların yaranması Osirisin ətrafa səpələnmiş bədəni, dirilməsi və Set üzərindəki qələbəsi isə yeni daşqınları və həyatı əks etdirir. Osiris həm də ölümün təcəssümü olduğundan bütün ölənlərin ruhu onun qarşısında cavab verməlidir. O zaman tərəzinin bir gözünə ruh, digər gözünə isə haqq – ədalət qoyulur. Əgər ruh günahsız olardısa o, cəhənnəm odundan azad olur və İala düzənliyinə göndərilirdi. İala düzənliyində heç vaxt quraqlıq olmurdu. Qədim Misirdə axirət dünyasma inam mühüm yer tutduğundan, onlar belə hesab edirdilər ki, ölümdən sonra bədənin saxlanması şəraitində ruh yaşaya bilər. Mumiyalama, ölülər şəhərlərinin salmması, daş tabutlarm, nəhəng ehramlarm, piramidalarm yara- dılması məhz bu məqsədə xidmət edirdi. Lakin miflərə dini məzmun verilməsi, tezliklə fəlsəfi baxışla əvəz olunmağa başladı. Bu əsasən Qədim Misirdə yaranmış “Arfaçının mahnısı” və “Ölümün tərənnümü” kimi ədəbi əsərlərdə öz əksini tapmışdır. Arfaçmm mahmsmda “axirət dünyası” anlayışı şübhə altma almrnaqla, əsərdə göstərilir ki, hələ o dünyadan heç kim qayıtmamışdır ki, onun haqqmda məlumat versin, insan yalnız öz əməllərinin sayəsində əbədi yaşaya bilər. “Ölümün tərənnümü” əsərində isə bunun əksinə olaraq axirət dünyasmm mövcudluğu haqqmda fikir irəli sürülürdü. Bütün bunlar göstərir ki, mifoloji dini dünyagörüş tədricən tarix səhnəsindən düşür, onu həyata, ətraf aləmə yeni fəlsəfi baxışlar əvəz etməyə başlayır.




  1. Yüklə 36,1 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə