Regional iqlim dəyişmələrinin Qarabağ ərazi çaylarının axımına təsiri



Yüklə 16,95 Kb.
tarix15.09.2023
ölçüsü16,95 Kb.
#143842
Şirinov Xanmurad Regional iqlim dəyişmələrinin çay axımına təsiri (2) (2)


Regional iqlim dəyişmələrinin Qarabağ ərazi çaylarının axımına təsiri
Şirinov Xanmurad Gülsəf oğlu,1121a, Aviasiya meteorologiyası, xanmurad96@gmail.com
Coğ.e.d.,prof. Mahmudov Rza Nadir oğlu, rza_hidromet@mail.ru
“Azərbaycan Hava Yolları” QSC Milli Aviasiya Akademiyası
Qarabağ ərazisində 1641-a qədər çay vardır ki, bunun 93%-nin uzunluğu 5 km-dən azdır. Bu çayların qidalanmasında qar, yağış və yeraltı sular iştirak edir. Ərazinin əsas çaylarına Tərtərçay, Quruçay, Köndələnçay, Həkəriçay, Oxçuçay, Qarqarçay, Xaçınçay, Bəsitçay və.s çaylar aiddir.
Ərazidə çay axımının əmələ gəlməsində ərzinin iqlimi, relyefi və geoloji quruluşu əhəmiyyətli təsir göstərir. Qarabağın mürəkkəb oroqrafiyasından və yamacların səmtindən asılı olaraq atmosfer yağıntılarının ərazidə nəinki şaquli, həm də üfüqi paylanması mürəkkəb xarakter daşıyır. Regioal iqlim dəyişməsi fonunda yağıntıların və hündürlük üzrə qradiyentinin dəyişməsi çayların axımının azalmasına böyük təsir göstərir. Ərazidə axımın əmələ gəlməsində fəal iştirak edən iqlim amillərindən biri də havanın temperaturudur. Belə ki, temperatur axımın formalaşmasına və il ərzində paylanmasına əhəmiyyətli dərəcədə təsir edir. Regional iqlim dəişmələrinin təsiri ilə temperaturda baş verən müsbət tendensiyalar xüsusi ilə qış aylarında qış az sulu dövründə temperaturun yüksək olması, yağan qar su ehtiyyatlarının əriməsinə səbəb olur. Bunun nəticəsi olaraq, çaylarda maksimal su sərflərinin və illik axımın azalması prosesinin baş verir.
İşğaldan əvvəlki illərin müşahidə illərinin məlumatlarına əsasən Qarabağın ümumi çay su ehtiyatları 2,14 km3 qiymələndirilirdi. Lakin, müxtəlif peyk məlumatlarının və model hesablamaların (CWBM metoduna görə) nəticələrinə görə hazırda ərazi çaylarının ümumi su ehtiyatları azalaraq 1,93 km3 təşkil edir. 1988-2020 ci illərdə ümumi su ehtiyatları ərazidə 9,8% -a qədər azalmışdır. Orta çöxillik yağıntı isə 577 mm-dən 536 mm-a qədər aşağı düşmüşdür.
Nəticə

  1. Regional iqlim dəişmələrinin təsiri ilə Qarabağ çaylarında su ehtiyyatlarının, o cümlədən maksimal su sərflərinin, illik axımın azalması prosesinin baş verir.

  2. Qarabağ ərazisi çaylarının su ehtiyyatlarının 2,14 km3-dan 9,8% -a qədər azalaraq, 1,93 km3 olmuşdur ki,bu

Yüklə 16,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin