RƏSMİ SƏNƏDLƏr qanun və qanun qüvvəli normativ hüquqlu



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix12.05.2017
ölçüsü1 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

KİTABXANA İŞİNƏ DAİR  

RƏSMİ SƏNƏDLƏR 

 

(Qanun və qanun qüvvəli normativ hüquqlu  

sənədlər toplusu) 

 

3-cü təkmilləşdirilmiş nəşri 

  

  

  



  

  

 



 

 

 



 

 

BAKI - 2015 

 

KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR 

 



KBT   Ч73:Х620 

UOT   02(094.1) (479.24) 

 

Tərtibçi:     K.M.Tahirov 

professor,  

Əməkdar mədəniyyət işçisi 

 

Redaktor:                             A.T.Abdullayeva 

  

 

 



 

 

 



 

Kitabxana işinə dair rəsmi sənədlər: (Qanun və qanun 

qüvvəli normativ hüquqlu sənədlər toplusu) /tərt. K.Tahirov; red. 

A.Abdullayeva.- 3-cü təkmilləşdirilmiş nəşri.- Bakı, 2015.- 200 s.

 

  



  

 

 



Kitabda mədəniyyət, kitabxana və nəşriyyat işinə dair Azərbaycan 

Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin bu 

sahə üzrə imzaladığı  fərman və  sərəncamlar, Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin qərarları və  Azərbaycan Respublikası Mədəniyyət və 

Turizm Nazirliyinin əmrləri toplanmışdır.  

Kitab mütəxəssislər və bütövlükdə kitabxana ictimaiyyəti üçün 

nəzərdə tutulmuşdur.     

 

 



 

 

©Azərbaycan Milli Kitabxanası, 2015 



Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu 

 

3



 

 

 

 

Giriş 

 

Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması 



istiqamətində görülən işlər sırasında kitabxana işinin təşkili, idarə 

edilməsi, xüsusən kitabxanalarda elektron kataloqun, elektron 

kitabxananın formalaşması, oxuculara informasiya xidmətində 

yeni iş üsullarının tətbiqi, virtual xidmətlərin təşkili, kitabxanada 

həyata keçirilən bir sıra proseslərə müasir texnologiyaların tətbiq 

edilməsinə başlanması və s. dövlətimizin kitabxana işi sahəsində-

ki siyasətinin prioritet istiqamətinə çevrilmişdir. 

20 ildən artıq bir müddət ərzində müstəqillik şəraitində yaşa-

yan Azərbaycan Respublikası qanunların aliliyinin təmin olun-

duğu hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar 

atmaqdadır. Bu şəraitdə bütün sahələrdə olduğu kimi, kitabxana 

işi sahəsində  də müasir dövrlə  səsləşən, kitabxana-informasiya 

sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmiş 

qanunların, dövlət proqramlarının, fərman və  sərəncamların və 

digər rəsmi sənədlərin qəbul edilməsi, onlardan irəli gələn tədbir-

lərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək 

lazımdır ki, Azərbaycanda ilk dəfə Ulu Öndər Heydər  Əliyevin 

imzaladığı 12 mart 1999-cu il tarixli Fərmana əsasən “Kitabxana 

işi haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr, 

1998) qüvvəyə minmişdir. 

Ulu öndərin işinin və ideyalarının layiqli davamçısı Prezident 

İlham Əliyev Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inki-

şafında tamamilə yeni bir mərhələnin  əsasını qoymuş bir sıra 

fərman və sərəncamlar imzalamışdır: 12 yanvar 2004-cü il tarixli 

“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata 

keçirilməsi haqqında” Sərəncam, 27 dekabr 2004-cü il tarixli 

“2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı 

KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR 

 



nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 

Sərəncam, 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanala-

rın fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncam, 24 avqust 

2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələri-

nin  əsərlərinin Azərbaycan dilində  nəşr edilməsi haqqında” Sə-

rəncam, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında 

kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 

üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam və s. 

Bu rəsmi sənədlərin toplu halında nəşr olunaraq kitabxana 

ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir və kitab-

xana fəaliyyətinin hüquqi təminatında vacib rol oynayacaqdır. 

Respublikamızda idarə tabeçiliyindən asılı olmayaraq bütün 

kitabxanalarda çalışan kitabxanaçıların, bütövlükdə kitabxana ic-

timaiyyətinin stolüstü kitabına çevriləcək bu toplunun 3-cü tək-

milləşdirilmiş  nəşrində kitabxana işinə  və  əlaqədar sahələrə dair 

rəsmi sənədlər - qanunlar, Azərbaycan Respublikası Prezidentinin 

imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları, 

Mədəniyyət və Turizm Nazirliyinin əmrləri öz əksini tapmışdır. 

Nəşrlə bağlı rəy və təkliflərini Azərbaycan Milli Kitabxana-

sına göndərən mütəxəssislərə  və oxuculara əvvəlcədən minnət-

darlığımızı bildiririk. 

 

Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 57; 



Е-mail: contact@anl.az 

 

 



  

Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu 

 

5



 

 

 

QANUNLAR  

 



Mədəniyyət haqqında” 



AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü 

maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan 

Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prin-

siplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələ-

rini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial 

təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplan-

ması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibət-

ləri tənzimləyir. 

 

I FƏSİL 



Ümumi müddəalar 

 

Maddə 1. Əsas anlayışlar 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı  məna-

ları ifadə edir: 



1.0.1. mədəniyyət – ədəbiyyat və incəsənət daxil olmaqla, cə-

miyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və 

emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat 

tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə 

edən xüsusiyyətlərin məcmusu; 

1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət) 

– mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bər-

pası, mənimsənilməsi və  təşviqi, həmçinin mədəniyyət xidmət-

lərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət; 



1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti – mədəni irsin və 

mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması, 



KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR 

 



inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin 

rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, 

strategiya və dövlət proqramlarının məcmusu; 

1.0.4. mədəniyyət məhsulları – kommersiya dəyərindən asılı 

olmayaraq, səciyyəvi xüsusiyyətləri, istifadə növləri və ya məq-

sədləri baxımından mədəni özünüifadə formalarını ehtiva edən 

insan fəaliyyətinin nəticələri; 



1.0.5.  mədəniyyət xidmətləri – şəxslərin mədəni-mənəvi-

estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər 

və yaradılan şərait; 

1.0.6. mədəniyyət məkanı – mədəni sərvətlərin və ənənələrin 

yaranma və yayılma dairəsi; 



1.0.7.  mədəni məzmun – mədəni özünəməxsusluqdan yara-

nan və ifadə olunan ənənələr və mədəni dəyərlər; 



1.0.8.  mədəniyyət sənayesi – mədəniyyət məhsullarının və 

xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən fəaliy-

yət sahəsi; 

1.0.9.  bədii dəyər – bədii yaradıcılıq fəaliyyətinin nəticəsi 

olan mədəniyyət,  ədəbiyyat və incəsənət  əsərlərinin estetik əhə-

miyyətini formalaşdıran xüsusiyyətlər; 

1.0.10. milli mədəni irs – Azərbaycan xalqına məxsus, 

ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə ma-

lik mədəniyyət nümunələrinin məcmusu; 

1.0.11. qeyri-maddi mədəni irs – şəxslərin, qrupların və  cə-

miyyətin özünün mədəni irs nümunələri kimi qəbul etdikləri ən-

ənələr, təsvir və ifadə formaları, bilik və bacarıqlar, onların yara-

dılmasında istifadə olunan alətlər,  əşyalar, artefaktlar və  mədə-

niyyət məkanları; 

1.0.12. maddi mədəni irs – daşınmaz və daşınar mədəni irs; 

1.0.13. daşınmaz mədəni irs – daşınmaz arxeoloji, memarlıq, 

bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət 

nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafi-

ya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, 

məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini 

ocaqlar və etnoparklar; 



Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu 

 

7



1.0.14.  daşınar mədəni irs – tarixi, təbii, arxeoloji, sənədli, 

etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinema-

toqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, 

estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu; 



1.0.15. mədəni irs nümunələri – özündə bir xalqın, milli azlı-

ğın maddi və qeyri-maddi mədəni irs nümunələrini  əks etdirən 

mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı mə-

dəni irs nümunələri aiddir; 



1.0.16. sualtı mədəni irs – insan varlığının bütövlükdə və ya 

qismən, daimi və ya vaxtaşırı su altında qalan mədəni, tarixi və 

ya arxeoloji izləri; 

1.0.17. təbii irs – universal dəyərə malik fiziki və bioloji bir-

ləşmələrdən ibarət təbiət abidələri, geoloji və fizioqrafik birləş-

mələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar; 

1.0.18. dekorativ-tətbiqi sənət – müxtəlif məmulatlar üzərin-

də  bədii  əsərlərin yaradılmasına yönəlmiş maddi mədəni irs 

yaradıcılığı sahəsi; 

1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) 

– ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadə-

sini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların daxilində 

ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya 

mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif 

mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı 

vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı 

olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özü-

nüifadə  məhsullarının istehsalının, yayılmasının və onlara yiyə-

lənmənin köməyi ilə meydana gəlir; 



1.0.20. mədəni özünüifadə – ayrı-ayrı şəxslərin, qrupların və 

ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun 

daşıyan ifadə forması; 

1.0.21.  mədəni sərvətlər – mənəvi və estetik ideallar, əxlaq 

normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət 

və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr, mə-

dəniyyət, o cümlədən  ədəbiyyat və incəsənət  əsərləri, nəşriyyat 

məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların nəticələri və 

KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR 

 



metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşya-

lar, tarixi-mədəni  əhəmiyyətli unikal təbii  ərazilər və obyektlər, 

məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numiz-

matik xarakterli əşyalar; 



1.0.22. milli kulinariya nümunələri – bir millətin mədəniyyə-

tinə  məxsus texnoloji, forma, naxış,  əşya, avadanlıq və resept 

komplekslərini özündə birləşdirən ərzaq, içki və qida məhsulları-

nın hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri; 



1.0.23. sosial əhəmiyyətli tədbirlər – mədəniyyət günləri, fes-

tivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə  tədbirləri, 

eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədi-

ləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri; 



1.0.24. yaradıcılıq fəaliyyəti – mədəni sərvətlərin yaradılma-

sına yönəlmiş fəaliyyət; 



1.0.25. yaradıcı  şəxs – mədəni sərvətlərin yaradılması, o 

cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəa-

liyyəti ilə məşğul olan fiziki şəxs. 

 

Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublika-

sının qanunvericiliyi 

Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunve-

riciliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qa-

nundan, bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azər-

baycan Respublikasının qanunlarından və Azərbaycan Respubli-

kasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 



 

II FƏSİL 

Mədəniyyət siyasətinin dövlət tənzimlənməsi 

 

Maddə 3. Mədəniyyət sahəsində dövlət siyasətinin  əsas 

istiqamətləri 

3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində döv-

lət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasə-

tinin ayrılmaz tərkib hissəsidir. 


Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu 

 

9



3.2. Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasə-

tinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: 



3.2.1. dövlət mədəniyyət sisteminin idarə olunması  və bu 

sahədə fəaliyyətin əlaqələndirilməsi; 



3.2.2. mədəniyyət sahəsində fəaliyyət göstərən yaradıcı şəxs-

lərin, dövlət, özəl və bələdiyyə mədəniyyət təsisatlarının hüquq-

larının qorunması  və yaradıcılıq fəaliyyətinin həyata keçiril-

məsinin təmin edilməsi; 



3.2.3.  mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması 

və onların peşəkarlıq səviyyəsinin artırılması; 



3.2.4. mədəni sərvətlərin qorunması və artırılması; 

3.2.5.  mədəniyyət fəaliyyəti subyektlərinin sosial müdafiəsi 

və görkəmli mədəniyyət xadimlərinin xatirəsinin  əbədiləşdiril-

məsi; 

3.2.6. milli mədəniyyətin müasir dünya mədəniyyətindən 

bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələ-

batının ödənilməsinə xidmət edən mədəniyyət  əsərlərinin yara-

dılmasının stimullaşdırılması; 



3.2.7. milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilmə-

si və inkişafı; 



3.2.8. milli mədəni irs nümunələrinin və mədəniyyət obyekt-

lərinin yaradılması, qorunması və təşviqi; 



3.2.9. milli mədəni irsin inkişafının maliyyə  mənbələri ilə 

təmin edilməsi; 



3.2.10. dünya mədəni irsi sahəsində maarifləndirilmənin apa-

rılması; 



3.2.11.  şəxslər, dövlət orqanları, bələdiyyələr və beynəlxalq 

təşkilatlar arasında  əməkdaşlığın qurulmasının və inkişafının tə-

min edilməsi; 

3.2.12.  mədəni, ekoloji, bioloji və idman turizminin inkişaf 

etdirilməsi və təşviqi; 



3.2.13.  mədəniyyət sahəsində avtomatlaşdırmanın və  ən qa-

baqcıl rabitə, informasiya, elektron idarəetmə və kommunikasiya 

texnologiyalarının tətbiq olunması və inkişafı; 

KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR 

 

10 



3.2.14. mədəniyyətlərarası dialoqun qurulmasının təmin edil-

məsi və təşviqi; 



3.2.15.  mədəniyyət, o cümlədən  əyləncə  sənayesinin inkişaf 

etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətə davam-

lılığının dəstəklənməsi; 

3.2.16.  mədəniyyət sahəsində inhisarçılığın qarşısının alın-

ması. 


 

Maddə 4. Mədəniyyət sahəsində dövlət siyasətinin prin-

sipləri 

4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsip-

lər əsasında həyata keçirilir: 



4.0.1. tarazlılıq – mədəniyyət sənayesi ilə  mədəniyyət məh-

sullarının və xidmətlərinin bazarları arasında balansın yaradıl-

ması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin 

edilməsi; 



4.0.2.  bərabərlik – hər kəsin öz mədəniyyət və yaradıcılıq 

hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata ke-

çirilməsinin təmin olunması; 

4.0.3. demоkratiklik – əhalinin azad düşüncə ruhunda tərbi-

yələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təş-

kilində  və idarə edilməsində hüquq və azadlıqların genişləndi-

rilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədə-

niyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması; 

4.0.4. humanistlik – dünyəvi dəyərlərin,  şəxsiyyətin azad 

inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təh-

lükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet 

kimi qəbul olunması; 



4.0.5. inteqrasiya – dünya mədəniyyətindən təcrid olunma-

maqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, 

milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və 

inkişafının təmin edilməsi; 



4.0.6. keyfiyyətlilik – mədəniyyət sahəsində  məhsulların və 

xidmətlərin  ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi 



Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu 

 

11



tələblərə,  şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uy-

ğunluğunun təmin olunması; 



4.0.7. dünyəvilik – dünyəvi dəyərlərin yaradılması, qorunma-

sı və inkişafının təmin olunması; 



4.0.8. səmərəlilik – mədəniyyət sahəsində yaradıcılığın daim 

inkişaf edən, faydalı  və son nəticəyə istiqamətlənən müasir 

metodlarla təşkil edilməsi

4.0.9. varislik – mədəni sərvətlərin, bu sahədə bilik və təcrü-

bənin sonrakı nəsillərə ötürülməsi; 



4.0.10. istedad amili – fitri istedada malik şəxslərin yaradıcı-

lıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi. 



 

Maddə 5. Mədəniyyət sahəsində dövlətin vəzifələri 

5.1.  Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakılar-

dan ibarətdir: 



5.1.1. mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırıl-

ması və həyata keçirilməsi, o cümlədən sahə üzrə normativ hüqu-

qi aktların və standartların, dövlət proqramlarının, tədbirlər plan-

larının, strategiyaların və konsepsiyaların qəbul edilməsi; 



5.1.2. milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı 

və təşviqinə yönəlmiş tədbirlərin görülməsi; 



5.1.3. insanların Azərbaycan və dünya mədəniyyət nümunə-

lərinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhə-

miyyətli tədbirlərin təşkili; 

5.1.4. istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstəril-

məsi; 


5.1.5. mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf 

etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması; 



5.1.6. beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin 

təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi; 



5.1.7.  mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, 

bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kom-

mersiya qurumlarının iştirakının dəstəklənməsi; 

5.1.8. milli mədəniyyət obyektlərinin təsnifatının təsdiqi; 

KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR 

 

12 



5.1.9. mədəniyyət sahəsində dövlət reyestrinin aparılması; 

5.1.10.mədəniyyət sahəsinin inkişafında xidmətlərə və töhfə-

lərə görə  mədəniyyət işçilərinə  və yaradıcı  şəxslərə  həvəs-

ləndirmə tədbirlərinin təşkili; 

5.1.11. milli mədəniyyətin bütün sahələrində  zəruri infra-

strukturun, şəraitin, maddi-texniki bazanın yaradılması və inkişaf 

etdirilməsi; 

5.1.12. xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilmə-

sinə müvafiq dəstəyin göstərilməsi; 



5.1.13. xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlə-

rinin yaradılması, inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi; 



5.1.14. xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlə-

rinin keçirilməsi; 



5.1.15.  mədəniyyətin inkişafı istiqamətində digər tədbirlərin 

həyata keçirilməsi. 



5.2. Mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqa-

mətlərinin müəyyən edilməsi və onun əsasında məqsədyönlü layi-

hələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planla-

rının qəbul edilməsi və icrasına nəzarət müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən həyata keçirilir. Mədəniyyət sahəsində tədbirlə-

rin hazırlanması və icrası işi mədəniyyət sahəsində fəaliyyət gös-

tərən şəxslərlə əməkdaşlıq şəraitində həyata keçirilir. 

5.3.  Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı 

fəaliyyət sahələrini əhatə edir: 



5.3.1. mədəni irs – maddi və qeyri-maddi mədəni irs; 

5.3.2. incəsənət fəaliyyəti; 

5.3.3.  mədəniyyət sənayesi (kinematoqrafiya, nəşriyyat, o 

cümlədən elektron nəşriyyat işi, memarlıq və dizayn, multimedia, 

kulinariya və reklam); 

5.3.4. mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniy-

yət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti); 



5.3.5. xalq yaradıcılığı. 

 

Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu 

 

13



III FƏSİL 

Mədəniyyət sahəsində əsas insan və vətəndaş  

hüquq və azadlıqları 

 

Maddə 6. Hüquq və azadlıqların təminatı 

6.1. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahə-

sində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və nor-

maları rəhbər tutulmaqla təmin edilir. 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə