88
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
Elkhadge Emkhamed Ali, Putienko A.A., Khramenko N.I.
RESULTS OF ASSESSMENT OF THE FUNKTIONAL RETINAL STATE
ACCORDING TO THE DATA OF SOME ELECTROPHYSIOLOGICAL
INDICES IN THE PROLIFERATIVE DIABETIC RETINOPATHY PATIENTS
AFTER INTRAVITREAL INTERVENTION
SI “The Filatov Institute оf Eye Diseases аnd Tissue Therapy NAMS оf Ukraine”, Odessa, Ukraine
Key words: diabetes mellitus, proliferative diabetic retinopathy, intravitreal intervention, electrophysiological
investigations
SUMMARY
Aim – to do a comparative assessment of the functional state of the retina in patients with proliferative diabetic
retinopathy (PDR) after vitrectomy for vitreous hemorrhage, tractional detachment of macular and tractional-
rhegmatogenous retinal detachment in terms of 2 and 12 months after surgery.
Material and methods
There were observed 105 patients (105 eyes) with PDR. In 48 patients (45.7%) vitrectomy was performed
due to vitreous hemorrhage without epiretinal membrane, 47 eyes (44.8%) – due to the tractional detachment of
the macula, 10 eyes (9.5%) - tractional-rhegmatogenous retinal detachment. Electrophysiological studies were
carried out using the "Retiscan" ROLAND company We evaluate data of scotopic and photopic electroretinogram
(ERG), oscillatory potentials (OPs), flicker response to stimuli with a frequency of 30Hz (rhythmical ERG) and
the standard combined ERG.
Results
In 2 months after vitrectomy it was found the decreasing of the functional activity of the photoreceptors in
2 times in compare with the normal indices, and the middle layers of the retina (bipolar cells) in 4 times lower
than the norm, with a greater degree of suffering of cones. According to the oscillatory potentials there remained
severe retinal ischemia with increasing latency as the negative and positive peaks in the 4-5 times to 6-9 times
reduction in amplitude. This electrical activity in patients with macular tractional detachment and tractional-
rhegmatogenous retinal detachment was significantly lower than in patients with vitreous hemorrhage. After 12
months the character of changes of retinal bioelectric activity was similar to those obtained in the earlier observation
period. No significant differences in all investigated indices in terms of 2 and 12 months had been received. The
progression of proliferative changes to the development of macular tractional detachment accompanied by the
development of neurodegenerative changes of the retina with a pronounced reduction in its bioelectric activity.
Instead of attachment of the retina during 1 year of observation bioelectrical retinal functional activity in patients
with tractional retinal detachment is significantly lower than that of patients who had surgery due to the vitreous
hemorrhage with attached retina.
Conclusion
The long-term stabilization of the proliferative process after vitrectomy in patients of PDR does not lead to an
improvement in the functional state of the retina which requires intensive neuroprotective therapy.
Для корреспонденции:
Путиенко Алексей Алексеевич, заведующий отделом витреоретинальной и лазерной хирургии
Элхадж Эмхамед Али, д.м.н., профессор отдела витреоретинальной и лазерной хирургии
Храменко Наталья Ивановна, аспирант, старший научный сотрудник, к.м.н. отдела функциональных
методов исследования
E-mail: alputienko@yandex.ru
89
2016/2 (21)
LİNİ M
A İ ƏLƏR
UOT: 617.735-006
Əliyev X.D., Abdullayeva E.Ə., Rüstəmbəyova G.R.
RETİNA VƏ RETİNA PİQMENT EPİTELİNİN MÜŞTƏRƏK HAMARTOMASI
(KLİNİKİ HAL)
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Açar sözlər: retina və retina piqment epitelinin kombinə hamartoması, spektral optik koherent tomoqrafiya,
tuberoz sideroz
Retina və retina piqment epitelinin kombinə hamartoması – anadangəlmə autosom dominant tipli, minimal
proqressivləşən xoşxassəli şişdir [1]. Histoloji olaraq torlu qişanın proliferasiya edən qlial hüceyrələrindən,
fibrovaskulyar toxumadan və torlu qişa piqment epiteli hüceyrələrindən ibarətdir. Şiş adətən, görmə siniri diski
ətrafinda və ya göz dibinin periferiyasında da lokalizə olunur [2]. Torlu qişa və torlu qişa piqment epitelini əhatə
eməklə yanaşı vitreoretinal interfeysdə də dəyişiliklərinə səbəb ola bilir [3]
İlk dəfə qlial şiş haqqında məlumat 1921-ci ildə Van der Hoeva tərəfindən verilmişdir. Müəllif şişi tuberoz
siderozun (Burnevil xəstəliyi) əlaməti kimi göstərmişdir. Lakin hamartoma praktik sağlam şəxslərdə və uşaq
yaşlarında da təsaduf olunur [4]. Ədəbiyyatda torlu qişa hamartomasının iki kliniki variantı təsvir edilmişdir:
kalsifinasiyaolunan və kalsifinasiyaolunmayan [5, 6].
Xoşxassəli gözdaxili şiş olan hamartomanın retinoblastoma və xorioideyanın melanoması ilə differensiasiya
edilməsi, şişin müalicə üsulunun seçilməsi ilə yanaşı xəstənin görmə və həyatı proqnozu cəhətindən daha vacibdir
[7].
Təqdim olunan kliniki halda sağ gözundə retina və retina piqment epitelinin kombinə hamartoması diaqnozu
qoyulmuş bir xəstənin müayinəsinin nəticələri göstərilmişdir.
Kliniki hal: 26 yaşında kişi xəstə hər iki gözündə görmə qabiliyyətinin zəif olması şikayəti ilə Milli
Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Müayinə nəticəsində: sağ gözdə görmə itiliyi 0,03 korreksiya ilə sph-
3,0 = 1,0, sol gözdə isə 0,04 korreksiya ilə sph-3,0 = 1,0; göz daxili təzyiq: OD-16,8; OS-16,1 mm. c. s. olmuşdur.
Xəstəyə zəif dərəcəli miopiya diaqnozu qoyulmuş və göz dibinin müayinəsinə göndərilmişdir. Göz dibinin
biomikrooftalmoskopiyasi zamanı sağ gözdə - aşagı-temporal damar arkadası səviyyəsində, 19.00 meridianında,
önə doğru qabaran, piqmentsiz, səthi hamar, lakin məsaməli görünüşlü, qeyri-düzgün sərhədli, ağımtıl rəngli ocaq
və görmə siniri diskini nazal tərəfdən əhatə edən, qismən onun üzərini örtən, obliterasiya olunmuş damarlarla
müşayiət olunan digər ocaq qeyd olunmuşdur. Digər nahiyyələrdə torlu qişa sağlamdır (Şəkil 1). Sol gözdə
oftalmoskopik olaraq ocaqlı patologiya aşkar edilməmişdir.
Şək.1. Göz dibinin rəngli fundus fotoqrafiyası
Xəstədə flüoressein maddəsinə qarşı həssaslıq olduğu üçün flüoressein angioqrafiya müayinəsini aparmaq
mümkün olmamışdır.
Differensial diaqnoz məqsədi ilə xəstənin sağ gözündə spektral optik koherent tomoqrafiya müayinəsi
aparılmışdır: sağ gözdə ocaq nahiyyəsində torlu qişanın daxili qatlarının əhəmiyyətli dərəcədə qalınlaşması
və homogenliyi, şüçəyəbənzər cismə doğru elevasiyası, ocağın qeyri hamar profili, törəmənin stromasında
kistayabənzər boşluqlar, xarici qatlarda kölgə effekti, xorioideyanın normal profili qeyd edilmişdir (Şəkil 2).
90
2016/2 (21)
LİNİ M
A İ ƏLƏR
a. b.
Şək. 2. Sağ gözün spektral optik koherent tomoqrafiya müayinəsi: a. torlu qişada;
b. görmə siniri diski ətrafında
Makulada struktur dəyişikliyi qeyd edilməmişdir (Şəkil 3).
Şək. 3. Sağ gözdə makulanın spektral optik koherent tomoqrafiyası
Tuberoz sideroz xəstəliyinin mövcudluğunu müəyyən etmək üçün xəstə daxili parenximatoz orqanların
kompyuter tomoqrafiya müayinəsinə (KT) və beynin maqnit rezonans tomoqrafiya müayinəsinə (MRT)
göndərilmişdir. Daxili orqanların KT müayinəsində patoloji dəyişiliklər qeyd olunmamışdır. Lakin beynin
MRT müayinəsində sağ tərəfdə alın payında arxa lateral sahədə kortiko-subkortikal hiperintensiv patoloji siqnal
dəyişikliyi diqqəti çəkmişdir. MRT görüntüsü hamartamoz toxuma lehinədir. Hər iki tərəfdə yan mədəciklərin
cisminin divarlarına bitişik olan millimetr ölçülü düyünlü struktur dəyişiliklər diqqəti çəkmişdir. Bu strukturların
siqnal intensivliyi T1 rejimində bir qədər yüksək izlənildiyi qeyd edilmişdir. MRT müayinəsinin nəticəsi Tuberoz
skleroz lehinə təsdiqlənmişdir (Şəkil 4).
Aparılan müayinələrin əsasında xəstəyə tuberoz sideroz fonunda retina və retina piqment epitelinin kombinə
hamartoması diaqnozu qoyulmuş və dinamik müşahidə məsləhət olunmuşdur.
Müzakirə
Hamartoma konjenital xəstəlik olub, hər iki cinsdə aşkar olunur və əsasən bir tərəflidir [1]. Göz dibinin fundus
müayinəsində torlu qişada qırışıqlıq, qabarıqlıq və damar qıvrılmasına səbəb olan qliozislə birgə piqment kütlə
görünümü qeyd edilir [8]. Uşaq yaşlarında rutin fundus müayinəsi zamanı aşkar olana bilir. Hamartoma asimptomatik
olan hallarda gec uşaqlıq və ya erkən cavanlıq dövründə cəpgözlüyə, ağrısız görmə itkisinə və metamorfopsiya
ilə müşayiət olunan görmə keyfiyyətinin pozulmasına səbəb ola bilər. Şikayətlər şişin lokalizasiyası ilə əlaqədar
dəyişir. Gass şişləri lokalizasiyasına görə disk üzərində, diskə yaxın, makula bölgəsində və orta ekvatorda olmaqla
4 qrupa ayırmışdır. Ən sıx diskə yaxın yerləşməsini qeyd etmişdir [9]. Hamartomanın makulada olan lokalizasiyası
zamanı görmə itiliyinin azalması və çəpgözlüklə əlaqədar olaraq daha erkən aşkar olunur. Məhz bizim halda
hamartoma orta ekvatorial və disk üzərində lokalizə olunduğu üçün, görmə itiliyinə təsir etmədiyi üçün təsadüfən
aşkar edilmişdir.
91
2016/2 (21)
LİNİ M
A İ ƏLƏR
Şək. 4. Xəstədə beynin MRT müayinəsi
Retina və retina piqment epitelinin kombinə hamartomasına bağlı torlu qişada epiretinal membran, torlu qişa
yırtığı, retinoşizis, xorioidal neovaskulyarizasiya, torlu qişa və şüşəyəbənzər cismə qansızma və eksudativ torlu
qişa qopması kimi ağırlaşmalar rast gəlinə bilər [8]. Görmə itiliyi agırlaşmalara bağlı olaraq tədricən zəifləyə bilər.
Amma bizim kliniki halda agırlaşmalar olmadığı üçün görmə itiliyi müfaviq korreksiya ilə vahid olmuşdur.
Retina və retina pigment epitelinin kombinə hamartoması əsasən izolə olaraq aşkarlanır. Sistemik olaraq ən çox
2 tip neyrofibromatoz zamanı qeyd olunur [10, 11].
Differensial diaqnostikada öndə xorioideyanın melanoması olmaqla, xorioideyanın nevusu, retinal piqment
epiteli adenoması və ya adenokarsinoması, melanositoma və retinoblastoma düşünülməlidir. Belə ki, ədəbiyyatda
hamartomanın melanoma və retinoblastoma kimi şişlərlə səhf salınaraq göz almasının enukleasiyası halları
bildirilmişdir [2].
Flüoressein angioqrafiya və optik koherent tomoqrafiya müayinələri patologiyanın tanınmasında yardımçı
üsullardır [12]. Məhz bizim kliniki halda da spektral optik koherent tomoqrafiya müayinəsində xarakterik
dəyişiliklər aşkar olunmuşdur.
Retina və retina pigment epitelinin kombinə hamartomasında asimptomatik hallarda dinamik müşahidə,
agırlaşmalar zamanı isə epiretinal membranın soyulması ilə müşayiət olunan pars plana vitrektomiya uyğun
görülmüş və fərqli nəticələr əldə edilmişdir [13].
Yekun
Retina və retina pigment epitelinin kombinə hamartoması olan xəstələrin dinamik müşahidədə saxlanılması
bu şişlərin xorioideyanin melanoması ilə differensial diaqnostikasında, baş verə biləcək fəsadların erkən aşkar
olunmasında və müalicəsində önəmlidir.
Spektral optik koherent tomoqrafiyanın kompleks müayinə metodlarına daxil edilməsi retina hamartoması
diaqnozunun qoyulmasına, tipinin müəyyən edilməsinə və pasiyentlərin adekvat müşahidəsinə imkan verir.
ƏDƏBIYYAT:
1.
Schachat A.P., Shields J.A., Fine S.L., et al. Combined hamartomas of the retina and retinal pigment
epithelium // Ophthalmology, 1984, vol.91, p. 1609-1615.
92
2016/2 (21)
LİNİ M
A İ ƏLƏR
2.
Font R.L., Moura R.A., Shetlar D.J., Martinez J.A., Mcpherson A.R. Combined hamartoma of sensory
retina and retinal pigment epithelium // Retina, 1989, №9, vol.4, p. 302-311.
3.
Kroll A.J., Ricker D.P., Robb R.M., Albert D.M. Vitreous haemorrhage complicating retinal astrocytic
hamartoma // Surv. Ophthalmol., 1981, vol.26, p.31-38.
4.
Бровкина А.Ф., Федотова О.Ф., Хиониди Я.Н. Астроцитарная гамартома сетчатки // Рос. Педиатр.
Офтальмол., 2008, №2, с.19-21.
5.
Bloom S.M., Mahl C.F. Photocoagulation for serous detachment of the macula secondary to retinal
astrocytoma // Retina, 1991, vol.11, p.416-422.
6.
Rowley S.A., Callaghan F.J., Osborne J.P. Ophthalmic manifestations of tuberous sclerosis: a population-
base study // Br. J. Ophthalmol, 2001, vol.85, p.420-423.
7.
Мякошина Е.Б. Флюоресцентная ангиография и оптическая когерентная томография в дифферен-
циальной диагностике начальной меланомы и невусов хориоидеи. Дисс. канд. мед. наук, Москва,
2007.
8.
Kang H.M., Koh H.J., Chung E.J. Spectral domain optical coherens tomography of combined hamartoma
of retina and retinal pigment epithelium in neurofibromatosis // Korean J. Ophthalmol., 2013, №27,
vol.1, p.68-71.
9.
Gass J.D. An unusual hamartoma of the pigment epithelium and retina simulating choroidal melanoma
and retinoblastoma // Am. Ophthalmol. Soc., 1973, vol.71, p.1715-185.
10. Damasceno N.A., Damasceno E.F. Combined hamartoma of the retina and retinal pigment epithelium
associated with optic coloboma // Clin. Ophthalmol., 2011, vol.5, p.353-354.
11.
Vianna R.N., Pacheco D.F., Vasconcelos M.M., de Laey J.J. Combined hamartoma of retina and retinal
pigment epithelium associated with neurofibromatosis type 1 // Int. Ophthalmol., 2001, №24, vol.2,
p.63-66.
12. Shields C.L., Mashayekhi A., Dai V.V., et al. Optical coherence tomographic findings of combined
hamartoma of the retina and retinal pigment epithelium in 11 patients // Arch. Ophthalmol., 2005,
vol.123, p.1746-1750.
13. Brue C., Saitta A., Nicolai M., Mariotti C., Giovannini A. Epiretinal membrane surgery for combined
hamartoma of the retina and retinal pigment epithelium: role of multomidal analysis // Clin. Ophthalmol.,
2013, vol.7, p.179-184.
Алиев Х.Д, Абдуллаева Э.А., Рустамбекова Г.Р.
СОЧЕТАННАЯ ГАМАРТОМА СЕТЧАТКИ И ПИГМЕНТНОГО ЭПИТЕЛИЯ
СЕТЧАТКИ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан
Ключевые слова: сочетанная гамартома сетчатки и пигментного эпителия сетчатки, спектральная
оптическая когерентная томография, тубероз сидероз
РЕЗЮМЕ
Сочетанная гамартома сетчатки и пигментного эпителия сетчатки – доброкачественная, слегка проми-
нирующая, частично пигментированная опухоль, локализованная вокруг диска зрительного нерва или на
средней периферии глазного дна.
В статье представлен больной с сочетанной гамартомой сетчатки и пигментного эпителия сетчатки. Па-
циенту наряду со стандартными методами обследования проведена спектральная оптическая когерентная
томография сетчатки.
Включение в комплексную диагностику метода спектральной оптической когерентной томографии по-
зволяет поставить диагноз гамартомы сетчатки, определить ее формы и адекватно определить метод лече-
ния.
Больной находился под динамическим наблюдением. При сочетанной гамартоме сетчатки и пигментно-
го эпителия сетчатки необходимо провести дифференциальную диагностику с меланомой хориоидеи, что
при раннем выявлении осложнений позволит своевременно провести выбор метода лечения.
93
2016/2 (21)
LİNİ M
A İ ƏLƏR
Aliyev Kh.D., Abdullayeva E.A., Rustambayova G.R.
COMBINED HAMARTOMA OF THE RETINA AND RETINAL PIGMENT
EPITHELIUM (CLINICAL CASE)
National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan
Key words: combined hamartoma of the retina and retinal pigment epithelium, spectral optic coherence
tomography, tuberose siderosis
SUMMARY
Combined hamartoma of the retina and retinal pigment epithelium is a benign, slightly prominent, partially
pigmented tumor, which is localized around the optic nerve disc, or in the fundus’ middle periphery.
A clinical case of a patient with a combined hamartoma of the retina and retinal pigment epithelium was
described in this work. The standard method of examinations in this clinical case was used along with spectral
optic coherence tomography.
Application of optical coherence tomography for the complex diagnosis methods allows to diagnose hamartoma
of the retina, to determine its form and choose the adequate treatment.
Dynamic observation of the patients with combined hamartoma should be carried out for differential diagnosis
with choroid melanoma, as well as for early detection of complications and choice of treatment method of this
pathology.
Korrespondensiya üçün:
Əliyev Xalid Dilavər oğlu, tibb üzrə fəlsəfə doktoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin vitreoretinal cərrahiyyə bölməsinin müdiri
Abdullayeva Elmira Ələkbər qızı, tibb üzrə fəlsəfə doktoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin Şəkərli diabetin göz fəsadları şöbəsinin aparıcı elmi işçisi
Rüstəmbəyova Günay Rüstəm qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəkərli
diabetin göz fəsadları şöbəsində oftalmoloq
Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15
Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47
E-mail: administrator@eye.az; www.eye.az
Dostları ilə paylaş: |