Revmatoidli poliartrit



Yüklə 78,61 Kb.
tarix14.01.2017
ölçüsü78,61 Kb.
#5656
Revmatoidli poliartrit

Revmatoidli poliartrit oynaqların sinovial qişalarının və oynaq qığırdaqlarının birləşdirici toxumasının dezorqanizasiyası və destruksiyası, son nəticədə onların deformasiyası və ankilozu, bəzən isə daxili üzv və toxumaların, dərinin və damarların da zədələnməsi ilə müşayiət olunan, xroniki və dalğavari gedişə malik revmatik xəstəlikdir. Əksər hallarda qadınlarda, xüsusilə də orta yaşlarda, bəzən uşaqlarda da inkişaf edir. Kişilərdə isə nadir hallarda rast gəlinir.

Etiologiyası infeksion amillərlə əlaqəlandirilir. Revmatoidli poliartritin baş verməsində ən mühüm rol B-qrupuna məxsus b-hemolitik streptokoklara, bəzən isə virus və mikoplazmalara da məxsusdur. Lakin X-xromosomla resessiv genlərşəklində anadan qıza ötürülən revmatoidli poliartrit genetik xəstəlik də hesab edilə bilər. İnfeksion amillər isə sadəcə olaraq prosesin başlanmasına təkan verə bilər.

Patogenetik xüsusiyyətlərinə görə revmatoidli poliartrit immun kompleks mexanizmli autoimmun xəstəlikdir. Orqanizmdə baş verən bəzi patomorfoloji dəyişikliklərin inkişaf mexanizminin əsasını immun reaksiyalar təşkil edir. Revmatoidli poliartrit zamanı çox böyük molekulyar çəkiyə malik olan bu immun komplekslər mürəkkəb və qəribə tərkibə malikdirlər. Belə ki, bu immun komplekslərdə antitel (autoantitel) rolunda həmişə olduğu kimi müxtəlif fraksiyalı immunoqlobulinlər; antigen rolunda isə immunoqlobulin – G (IgG) iştirak edir. Beləliklə, revmatoidli poliartrit xəstəliyi zamanı çarpaz immun reaksiya nəticəsində orqanizm öz G – immunoqlobulinlərinə qarşı autoantitellər əmələ gəlir. Revmatoidli poliartrit zamanı orqanizmdə əmələ gələn bu immun komplekslərə revmatoid faktor deyilir. İmmun komplekslər 2 yerdə - limfa düyünlərində və oynaqların sinovial qişalarında sintez olunurlar. Limfa düyünlərində sintez olunan immun komplekslər (həmçinin effektor T-limfositlər) qana keçərək qanla dövran edir, bütün üzv və toxumalara yayılaraq onların xırda kalibrli damarlarında birləşdirici toxumanın dezorqanizasiyasını, vaskulitlər törədir. Sinovial qişalarda sintez olunan immun komplekslər isə oynaqlarda birləşdirici toxuma elementlərinin dezorqanizasiyasını, həmin nahiyədə iltihab mediatorlarını aktivləşdirərək oynaqlara məxsus bütün toxuma elementlərinin iltihabını törədir. Bütün hallarda (istər oynaqlarda, istərsə də damarlarda) iltihabi proseslərin əsasını birləşdirici toxumanın dezorqanizasiyası təşkil edir. d:\turkane tibb\referat\patan\rheumatoid_arthritis_s4_normal_affected_joints.jpg

Patoloji-anatomik dəyişikliklər əsasən əlin və ayağın xırda, xüsusilə də falanqalararası oynaqlarında, daha sonra isə iri oynaqlarda və daxili üzvlərdə baş verir.

Oynaqlarda baş verən dezorqanizasiya və iltihab prosesləri lokalizasiyasına görə 2 hissədən ibarətdir:



  • Oynaqətrafı birləşdirici toxumalardakı dəyişikliklər;

  • Oynaq kapsulasının daxilində - sinovial qişalarda və oynaq qığırdaqlarındakı dəyişikliklər.

Oynaqdaxili sinovial qişalarda hələ xəstəliyin ilk əvvəllərindən etibarən iltihab prosesi – sinovit başlanır. Sinovitin baş verməsinin səbəbi oynaqdaxili sinovial mayenin, sinoviositlərin və sinovial qişaya infiltrasiya etmiş limfo-leykositar elementlərin içərisində olan çoxlu miqdarda immun komplekslər – revmatoid faktorlardır. Revmatoidli poliartrit xəstəliyinin əsas morfoloji dəyişikliklərdan hesab olunan sinovit öz inkişafında 3 mərhələ keçirir.

Revmatoidli poliartrit zamanı bütün yuxarıda göstərilən patomorfoli dəyişikliklər bütün xəstələrdə eyni dərəcədə inkişaf etmirlər. Ayrı-ayrı xəstələrdə revmatoidli artritin hansısa bir üzv və ya sistemdəki dəyişiklikləri daha çox üstünlük təşkil edir, digər əlamətləri isə klinikada o qədər də büruzə olunmur. Bu xüsusiyyətlərdən asılı olaraq revmatoidli poliartritin bir neçə klinik-morfoloji forması ayırd edilir.



  1. Böyük yaşlı şəxslərin revmatoidli poliartriti

  2. Yuvenil xroniki poliartrit (YUXPA). Buna uşaqlarda revmatoidli poliartrit də deyilir.

a – Monoartritik və ya oliqoartritik forma

b – Poliartritik forma

c – Sistem forma (visseral patologiyalarla birlikdə)


  1. Revmatoidli poliartritin xüsusi formaları

a – Stil sindromu

b – Vissler-Fankoni sindromu və ya allergik subsepsis



c – Felti sindromu

d – Röyter sindromu
Yüklə 78,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin