Rimi haramdan nec



Yüklə 68,35 Kb.
tarix22.05.2017
ölçüsü68,35 Kb.
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərin-dən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.

Gözlərimi haramdan necə qoruya bilərəm sualı? Bu sualın cavabı gözünüzlə əlaqəli olduğu qədər, qəlbinizlə dəşüncələrinzlədə, işlərinizdəki müvəffəqiyyətlərinizlədə, ailə səadətinizlədə, qısacası bu sualın cavabı dünya və axirət xoşbəxtliyi ilə əlaqəlidir. Çünki hər şey gözdən başlayır, və insan gözünün köləsi olur. Bu günə kimi harama baxmağı kiçik və önəmsiz gördüyündən, bəzən qadınların geyimini, bəzən də yaşadığımız cəmiyyəti pisləyərək, günahı başqalarında gördün. Amma bunlar heç biri qəlblərdəki ləkəni təmizləmək üçün dərdlərə dərman olmadı. Ey Allahın qulu bilki Allah haramdan qaçanları haramdan qoruyar.

Ey qardaşım! Bil ki, orqanları əxlaqsızlıq batağına batmaqdan və fəsaddan qorumaq lazımdır. Ən təhlükəli əxlaqsızlıq, şərə qapı açan, fəsadın açarı olan rəzillik isə harama baxmaqdır. Allah hamımızı mühafizə etsin Qəlbi ifsad edəcək, fikrə zəhər qatacaq, imanını zəiflədəcək amillərdən uzaqlaşmağı Allah bizə nəsib etsin.

Allah gözü qəlbin aynası etmişdir. Qul ancaq gözünü haramdan çevirərsə qəlbindəki şəhvət və şor gözlük hislərini boğa bilər. Qul gözünə sahib çıxmadıqda qəlbinə də sahib çıxa bilməyəcəkdir. Fadl b. Abbas - radıyallahu anhu bir gün bir qadına baxarkən Peyğəmbər sallallahu aleyhi və səlləm onunnun başını əli ilə başqa tərəfə döndərdi»1. Əgər baxmaq caiz (icazə verilən) olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm Fadl - radıyallahu anhu nun başını çevirməzdi. Usamə b. Zeyd - radıyallahu anhu deyir ki: «Baxmaq hər bir fitnənin köküdür»2. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Özümdən sonra kişilərə qadınlardan daha zərərli bir fitnə buraxmadım»3. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: « Özünüzü Dünyanın və Qadınların təhlükəsindən qorunun!»4. Allah Təalə buyurur:

«Allah gözlərin xain baxışını və qəlblər də nə gizləndiyini bilir». (Gafir 19). İbn Abbas - radıyallahu anhu bu ayənin təfsirində deyir: «Bu o, kimsədir ki, bir ev əhlinə və yaxud bir yerə qonaq gedər. Orada bir gözəl qadın görərsə ona baxar ev əhlinin (ona) baxmadıqları hiss etdiyi zaman gözünü çekər». Sufyan əs-Souri - rahmətullahi aleyhi - deyir ki: « Bu o kimsədir ki, bir məclisdə oturar, hiss edəndə ki heç kim ona baxmır, məclis əhli ondan qafildir, bu zaman qadına baxar. Məclis əhli baxdıqları zaman isə gözlərini çəkər». Muhəmməd Əmin Şingiti - rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə hədə və təhdid vardır. Əgər bir kimsə gözü ilə xainlik edərsə Allahın qarşısında durduğu zaman hissiyatından soruşular»5. Allah təalə buyurur: «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə. Bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). Harama baxış İblisin zəhərli oxu olub insanı şəhvətə aparır. və Haram baxışlarda insanın qəlbində pis fikirlər yaradır ki, bu fikirlər böyüyərək şəhvətə, sonra iradəyə, sonra istəyə, sonra qətiyyətə və sonundada haram iş edililməsinə səbəb olur.

Ey qardaş sən bu ayə barədə düşün: «(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar». (ən-Nur 30-31). Haramın əvvəli ilə axırı arasında bağlantı vardır. İbn Kəsir - rahmətullahi aleyhi - deyir ki: «Allahın mömin bəndəsinə olan əmridir ki, onlar gözlərini haram olan şeydən çevirsinlər və yalnız icazə verilən şeyə baxsınlar. Allahın əmri isə göz haramı gördüyü an dərhal gözünü çevirməkdir». Qasimi - rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə gözü çevirmək, ayıb yerini qorumaqdan əvvəl zikr edilmişdir. Çünkü baxış zinaya aparan yoldur. Məhz buna görə də ilk olaraq gözləri qorumaq gəlmişdir». İbn Qeyyim - rahmətullahi aleyhi - deyir ki: «İnsana baş verən bir çox müsibətlərin əsası baxışdır. Çünki baxış fikirlər, fikirlər böyüyərək şəhvətə, şəhvət iradəyə, iradə isə güclü qətiyyətə çevrilir və bu insanın qarşısına bir maniyə çıxmasa insan zinaya düşür. Hardan haraya». Ona görə də deyilir ki: «Gözü harama baxmaqdan çevirməyə səbr etmək əks təqdir də baş verənlərin ağrısına səbr etməkdən daha asandır». Gözləri aşağı dikməyə səbr etmək, sonradan başa gələn bəlalara səbr etməkdən qat qat daha yüngüldü.

Baxış insanda yanğı, həsrət hissləri əmələ gətirir. Belə ki, bəndə qadir olmadığı və əli çatmadığı şeyə baxır və bu da əzabın ən böyüküdür. Məs: İnsan evli qadını görür və qəlbi ona bağlanır. Gözünü ona baxmaqdan çevirə bilmir və onunla evlənə də bilmir. Buna görə də bəzi fasiqlər aşiq olduqları qadınları ərlərindən boşanmalarına səy göstərmişlər.

Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar»6. Bu hədis gözün qulağın əlin ayağın qəlbin də zina edəcəyinə ən açıq bir dəlildir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə əzaları zikr edərkən göz zinasından başladı. Çünkü göz zinası əlin, ayağın, qəlbin və fərc zinasının əsli və təməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözlər zina edir, əllər zina edir, ayaqlar zina edir, cinsiyyət üzvü zina edir»7.

Harama baxan insanın halı Duzlu dəniz suyundan içən insanın halına bənzəyir görəsən o, kimsə sudan doyarmı? Əlbəttə ki, yox.O, sudan nə qədər içsədə susuzluğu daha da artacaqdır. İbnul Covzi - rahmətullahi aleyhi - deyir ki: «Ey qardaşım! Allah səni baxışın şərrindən qorusun. Baxış neçə-neçə abidi həlak etmiş, neçə-neçə zahidin zühdünü darma dağın etmiş. Onları yarı yolda buraxmışdır. Harama baxışdan çəkin, çünki o, bir çox müsibətin ana səbəbidir. Hər bir şeyin müalicəsinə başlanğıcdan başlamaq daha asan və daha yaxşıdır. Əgər bu baxışların qarşısı alınmazsa, şər onun qəlbində yerləşər sonra bu qəlbi müalicə etmək getdikcə çətinləşər».

Bu xəstəlik üçün bir əlac varmı? Bəli, hər nə qədər dərd verilmişsə mütləq onun dərmanı da verilmişdir. Onu bilən bilir, bilməyən də bilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Allah hər bir xəstəlik üçün dərman göndərmişdir. Onu bilən bilir, bilməyən də cahil qalır».



Peyğəmbər (sav) buy: Həqiqətən də baxış şeytanın zəhərli oxlarından bir oxdur. Sələflər gətirir: Bu ox zəhərsiz olsa belə insanı öldürməyə kifayətdir. Niyə görə zəhərlidir çünki insanı tez yıxır. Davamiyyətli baxış insanın harama olan həsrəti və peşmançılığını artırır.

GÖZÜ HARAMDAN ÇEVİRMƏYİN FAYDALARI:

1. Gözü haramdan çevirməyin birinci faydası Allahın əmrinə tabe olmaqdır. Allahın əmrinə tabe olmaq isə bəndənin dünyada və axirətdə səadətinin qayəsidir. Bəndənin də dünyada və axirətdə Rəbbinin əmrlərini yerinə yetirməkdən daha mənfəətli bir şey yoxdur. Dünyada və axirətdə xoşbəxt olan yalnız Allahın əmrlərini yerinə yetirdiyinə görə xoşbəxt olmuşdur. Dünyada və axirətdə bədbəxt olan da yalnız Allahın əmrlərini zay etdiyinə görə bədbəxt olmuşdur. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey gənclər zümrəsi! Sizdən kimin evlənməyə gücü çatırsa evlənsin. Çünki evlənmək gözü haramdan daha çox qoruyar və iffəti də qoruyar. Kim evlənməyə gücü çatmırsa oruca sarılsın. Çünki oruc insanın şəhvətini söndürür»8.

2. İnsanın imanının artması üçün böyük bir səbəbdir. Peyğəmbər (sav) Kim bir qadının gözəlliyindən, və yaxud cazibədarlığından Allahdan qorxduğu üçün gözünü çekərsə, Allah ona iman şirinliyini elə daddırar ki insan o şirinliyi ölənə kimi dadar. (Hakim, Beyhaki və Əbu Davud)

3. Əgər bir kimsə gözünü haramdan çevirərsə o, zəhərli oxun qəlbə çatmasına (təsir etməsinə) mane olar. Ola bilsin ki, o zəhərli ox onu həlak etsin. Necə ki sələflər gətirir bir anlıq qəflət, bir anlıq şəhvət insanın həyatını qaraldan fitnənin başlanğıcı olabilər. Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən təsadüfü nəzər, göz sataşması, barəsində soruşdum O da gözümü çevirməyi əmr etdi »9. Ani baxış, insanın qəsdi olmadan gözünün nə yə isə sataşmasıdır. Əvvəlində günah yoxdur, lakin davamlı edərsə artıq günah qazanmış olar. Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əli - radıyallahu anhu ya buyurdu: «Ey Əli! Gözün bir dəfə sataşarsa ikinci dəfə baxma Həqiqətə ikinci baxışa görəsənə günah yazılır». Peyğəmbər sallallahu aleyhi və səlləm Cərir - radıyallahu anhu ya uzun baxışı qadağan edib və gözünü çevirməsini əmr etmişdir. Çünkü uzun baxış təkrar-təkrar baxmaq kimidir. Cabir rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir qadın görmüş və yoldaşı Zeynəb nin yanına gələrək ehtiyacını ödədikdən sonra səhabələrin yanına qayıdıb: «Şübhəsiz ki, qadın şeytan surətində gəlir və gedir. Biriniz hissiyatlarına təsir edən bir qadın gördükdə dərhal ailəsinin yanına getsin. (Başqa rəvayətdə: Birinizin qarşısına xoşuna gələn bir qadın çıxarsa, dərhal öz yoldaşının yanına gedib onunla yaxınlıq etsin). Çünkü belə etməsi nəfsinə həqiqətləri göstərib onu müalicə etməyə bərabərdir»10.

4. Gözü haramdan çevirmək insanın qəlbində Allahla ünsiyyət yaradır ki, bu da qəlbin Allaha yönəlməsini (toplanmasını) bərpa edir. Gözü öz başına buraxmaq qəlbi dağıdar, parçalayar. İnsanın qəlbini Allahdan uzaqlaşdırar və iman üçün harama baxmaqdan daha zərərli bir şey yoxdur. Həqiqətən harama baxmaq insanla Rəbbi arasında sıxıntı yaradır. Ummu Sələmə - radıyallahu anhə rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında idik. Yanımda Meymunə - radıyallahu anhə də vardı. Bu vaxt (kor olan) Ummu Məktub gəldi. Bu hadisə artıq örtünmək əmr olunmasından sonra baş vermişdir. Peyğəmbər: «Örtünün» deyə buyurdu. Biz: «Ya Rsulullah! Məgər o, kor deyil? Bizi nə görür, nə də tanıyır» dedik. Peyğəmbər: « O sizi görməsədə siz onu görürsünüz» deyə buyurdu11.

5. Gözü haramdan çevirmək insanın qəlbini gücləndirir və onu fərəh (sevinc) içində edir. Harama baxmaq isə qəlbi zəiflədir və kədərləndirir. Əbu Səid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nə inki yad kişi ona haram olan qadına, hətta bir kişi başqa bir kişinin övrət yerinə , qadın da başqa bir qadının övrət yerinə baxmasın. Bir kişi başqa bir kişi ilə, bir qadın da başqa bir qadınla, bir yorğan altında yatmasın»12.

6. Gözü harama baxmaqdan çevirmək qəlbdə nur yaradır. Bu gözə, üzə, və digər orqanlara da yayılar. Harama baxmaq isə qəlbdə də, orqanlarda da zülmət yaradır. Allah Təalə buyurur: «(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar». (ən-Nur 30-31). Allah ayıb yeri qorumazdan əvvəl gözü qorumağı əmr etdi. Çünki insanın zinaya düşməsi gözü səbəilədir. Sonra bu ayənin ardıyca «Allah göylərin və yerin nurudur» (ən-Nur 35).deyə buyurur. Çünki qəlb nurlanarsa bütün xeyirlər hər bir tərəfdən ona yönələr. Həmçinin də əgər qəlb zülmətləşərsə bütün bəla buludları ona tərəf gələr. Qəlb zülmətləşəndən sonra ora bidət, zəlalət, nəfsə tabe olmaq, düz yoldan uzaqlaşmaq, xoşbəxtçilik səbəblərindən üz döndərmək, bədbəxtçilik səbəblərinə can atmaq kimi xəstəliklər yönələr. Bunun da qarşısını alan nurdur. Əgər o qəlbdə nur yoxa çıxarsa o qəlb sahibi kor Zülmət içərisində gedən kimi olar.

Gözlərimi haramdan necə qoruya bilərəm sualı? Bu sualın cavabı gözünüzlə əlaqəli olduğu qədər, qəlbinizlə dəşüncələrinzlədə, işlərinizdəki müvəffəqiyyətlərinizlədə, ailə səadətinizlədə, qısacası bu sualın cavabı dünya və axirət xoşbəxtliyi ilə əlaqəlidir. Çünki hər şey gözdən başlayır, və insan gözünün köləsi olur. Bu günə kimi harama baxmağı kiçik və önəmsiz gördüyündən, bəzən qadınların geyimini, bəzən də yaşadığımız cəmiyyəti pisləyərək, günahı başqalarında gördün. Amma bunlar heç biri qəlblərdəki ləkəni təmizləmək üçün dərdlərə dərman olmadı. Ey Allahın qulu bilki Allah haramdan qaçanları haramdan qoruyar.

7. Gözü haramdan çəkmək insana: Qəlb zənginliyi, zehin açığlığı, bəsirət, hikmət, uzaq görənlik duyguları, incə məqamları, incə fərqləri bir birindən ayırıb onları dəyərləndirmək kimi, doğru-düzgün üstünlüklər bəxş edir, bu da insanı başqalarından fərqləndirir. Çünkü incə fərqlərin üzərində böyük mənalar durur, dama-dama göl olur, incə zamkanıyalar böyük yanğınlara səbəb olur. Necə ki şair buyurur: "Günahları kiçik görmə çünki dağlar kiçik daş daşlardan yaradılmışdır." İnsan bu üstünlüklərlə haqqı batildən, yalanı doğrudan ayırd edə bilir. Sələflər deyərdilər: «Əgər bir kimsə zahirini Sünnəyə tabe edərsə, qəlbini Allahın nəzarəti altında hiss edərsə, gözünü haramlardan çevirərsə, nəfsini şübhələrdən qoruyarsa və halal ilə qidalanarsa ona bu üstünlüklər verilər ». Əgər bir kimsə Allah rizası üçün bir şeyi tərk edərsə Allah ondan da xeyirlisi ilə onu əvəz edər. Əgər bir kimsə gözünü Allahın haram etdiyi şeylərdən (naməhrəmdən) çevirərsə Allah gözünü həps etdiyinə görə onun imanını artırar. Allah o, kimsə üçün elm və bəsirət, düzgün fərasət qapısını açar, bunuda yalnız qəlbi gözü açıq olanlar görər. Qəlb gözü, bəsirəti kor olanlar isə bunu görə bilməzlər.

8. Gözü haramdan çevirmək qəlbdə sabitlik, şücayət və qorxmazlıq yaradır. Allah o, kimsədə zahiri gücü cəm edir. Sələflər deyirlər: «O, kəs ki, nəfsi istədiyinə zidd çıxar şeytan onun kölgəsindən də qorxar, bunun əksi olaraq da O kəslər ki nəfsi istədiyinə tabe olar şeytan onun başına minər». Zəlillik, məğlubiyyət, geriləmək Allaha qarşı çıxanların onun əmrlərini yerinə yetirməyənlərin ayrılmaz azuqəsidir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: « Vəzifəsindən, gücündən və şəxsiyyətindən aslı olmayaraq. Onlar nə qədər də ört basdır eləsələr də bu asilik və zəlillik onların yanındadır. Allah özünə asi olanı mütləq zəlil edər. Allah qarşısında əyilmək səni başqalarının qarşısın da əyilməkdən qoruyur. Allah izzəti və şərəfi özünə itaətdə yanaşı tutmuşdur: «İzzət, sadəcə Allahın, Peyğəmbərin və möminlərindir. Lakin münafiqlər bunu bilməzlər». (əl-Munafiqun 8) . «Ruhdan düşməyin və qəmgin olmayın. Əgər möminsinizsə üstə olanlar sizsiniz.» (Ali İmran 139). Bir kimsə izzəti və şərəfi istəyirsə bunu Allaha itaətdə, zikr etməkdə, saleh əməl işləməkdə axtarsın. «Hər kəs izzət-qüdrət, şərəf-şan istəsə, bilsin ki bütün izzət-qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar». (Fatir 10). Necəki qunut duasında da gəlmişdir ki: «Sənin dost tutduğun kimsə zəlil olmaz, Sənə düşmən olan kimsə də izzət tapmaz». Əgər bir kimsə Allaha itaət edərsə artıq Allah onu dost tutmuşdur və onun itaətinin miqdarı qədər də izzətdən payı vardır. Həmçini bunun əksi olaraqda Əgər bir kimsə Allaha qarşı çıxarsa, asilik etdiyinə görə, Allah onu düşmən tutmuşdur. Onun günahının miqdarına görə də onun zəlillikdən payı vardır. Günah nə qədər çox olarsa zəlillik də bir o, qədər artar.

9. Gözü haramdan çevirmək şeytanın qəlbə olan girişinin qarşısını alır. Çünki şeytan yüzdə doxsan qəlbə baxışla daxil olur. Küləyin qapısı-pencərəsi açıq, boş evə daxil olmasından da, daha sürətli şeytan harama baxmaqla insanın qəlbinə daxil olub, nüfuz edir. Şeytan o, baxdığı qadının surətini (şəklini) kişinin qəlbində bəzəyər. Onun baxdığı qadını onun qəlbində bir bütə çevirər. İnsanın qəlbi də o, bütə qapanar. Sonra şeytan ona vəd (arzu) verər. Onun qəlbində şəhvət alovunu yandırar. Bu alovu günah odunları ilə qızışdırar. Artıq bununla qəlb alovlar içərisində olur. Həmçinin insanda ağrı və acıların olması o odun təsirindəndir. Qəlbi hər tərəfdən od bürümüşdür. Təndirin içərisində olan bir qoyun kimi. Buna görə də haramlara baxan şəhvət sahiblərinin cəzası bərzəx həyatında onlar üçün oddan bir təndirin olmasıdır. Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra belə dedi: " Bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınların yandığını gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: « Zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır»13. dedilər.

10. Gözü haramdan çevirmək, ağlı faydalı şeylər fikirləşməyə və bu xeyirləri ilə məşğul olmağa yönəldir. Əyər qəlb və beyin gecə gündüz haram düşünüb fikirləşmək ilə məşğul olarsa, öz sağlam həyatını qurmaq üçün vaxt qalmaz, bunun üçün bir çox günahkar insanlar vardır ki: Yaşları irəlləməsinə baxmayaraq indiyə kimi özlərinə bir gün ağlamayıblar. Helə daxilən itirdiklərini demirəm, siqaretə içkiyə zinaya verdikləri pulları yığsaydılar 10 dəfə həccə gedib gələrdilər. Əgər insan gözünü haramlardan çevirərsə xeyirli işlər barəsində fikirləşər və bu işlərlə məşğul olar. Lakin insanın haramlara baxması ona öz xeyirlərini unutdurur. Bəzən təkcə bir baxış bu xeyirlərlə onun arasında bir maneə olur. Bununla da harama baxan insanın işləri zay olur. Artıq öz nəfsi istəklərinə tabe olur və Allahı anmaqdan qafil olur. Allah Təalə buyurur «Qəlbini bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!». (əl-Kəhf 28). Sələflər gətirir ki: "Gözün ipini buraxana bu 3 müsübət üz verər: İnsanın işi zay olur, nəfsinə tabe olur və Rəbbinin zikrindən qafil olur."

11. Həqiqətən də göz, qəlb ilə insan arasında bir yoldur. Haramdan gözləri çekmək qəlbi düzəldir, baxmaq isə qəlbi korlayır. Əgər baxış korlanarsa qəlb də korlanıb zay olar və artıq qəlb (nəcasət) atılan bir zibilliyə çevrilər, Allah isə belə qəlbdən uzaqdır. Həmçinin insanın islah olmasıda, düzəlməsidə belədir. Alimlər bu bədəndə olan üzvləri (göz, qulaq, dil, əl, ayaq) çaylara, qəlbi isə bir hovuza, hovuza gələn suyun qaynağını isə gözə bənzədiblər. Əgər insan gözünə sahib çıxarsa hovuza (qəlbə) təmiz su axar. Əgər haramlara baxarsa o, hovuza çirkab sular axar və hovuzdan da çirkablar axar.

12. Gözü haramdan qorumaq qəlbi şəhvətin əsarətindən qurtarar. Əsil əsir şəhvəti və havasının əlində əsir olandır. Allah Təalə buyurur: "Öz nəfsini özünə ilah seçəni gördünmü!?" Halala baxmaq qəlbi şəhvət sərxoşluğundan və qəflət yuxusundan qurtarar. Gözün harama baxması isə Allahdan və Axirət yurdundan qəfil qalmağa və eşq sərxoşluğuna düşməyə səbəbdir. Həqiqətən baxış bir içki qədəhi, eşq də o, şərabın verdiyi sərxoşluqur. Eşq sərxoşluğu içkinin verdiyi sərxoşluğundan daha təhlükəlidir. İçki sərxoşluğundan ayılan kimsə, eşq sərxoşluğundan ayılmaya bilər. Eşq sərxoşluğundan ayılan azdır, bu dünyada ayılmayanlar da gözlərini ölülər diyarında açarlar. Ey qardaşım! Sən İblisin zəhərli oxundan uzaq ol. O, səni öldürməsə də qəlbini yaralayar. O, yara o, qədər çox olar ki, sonda səni həlak edər.
Baxışın zərərlərinəgəldikdə isə

Baxış insanı zinaya aparır, elə bir zinakar yoxdur ki, onun əvvəli harama baxışlardan başlamasın. Allah Təalə buyurur: "O kəslər ki izzət və şərəflərinin qoruyarlar"Yəni namuslarını qoruyarlar halal olmayan şeylərdən çekinərlər. Başqa bir ayədə: " Gəlin sizə rəbbinizin qadağan etdiklərini oxuyum, Allaha heç bir şeyi şərik qoşmayın, Ana ataya yaxşılıq edin, Kasıbçılıq qorxusu ilə övladlarınızı öldürməyin, sizin də onların da ruzizini biz veririk, fayşəliklərin gizlisinədə açığınada yaxınlaşmayın, və Allahın yaratdığı nəfsə haqsız yerə qıymayın, bunlar Allahın sizə qadağan etdikləridir. Bərkə düşünüb ibrət çıxarasınız. Bu ayədədə zinanın böyüyündən də kiçiyindən də öpmək və qucaqlamaq, halal olmayan yerlərə baxmaq və s. növlərindən də çekilməsi əmr edilmişdir.

Digər ayədə buyurur: Onlar Allahla bərabər heç bir ilaha yalvarmazlar, Allahın yaratdığı cana haqsız yerə qıymazlar və zina etməzlər. bunları edən mütləq günahının cəzasını tapar.

Zina edənləri cəhənnəmdə xüsusi bir quyuya salıb yandırarlar ki o quyunun ağzı açılanda digər cəhənnəm əhli o quyudan gələn üfunət iyindən əziyət çekər. Sələflər buyurur: "Zinadan çekinin çünkü onda 6 pislik 6 bəla vardır: " Bunların 3 dünyada 3 də axirətdədir. Dünyada ikən: Ruzisi daralar, dolanışıq sıxıntısı çekər, ömrü qısalar, üzü isə qaralar. Axirətdə isə Allhın qəzəbinə gələr, hesabı çətinləşər və cəhənnəmə girər. Rəvayətə görə Musa (əs) Allah Təalədə zina edənin cəzasə nədir deyə soruşdoğunda, Allah Təalə belə buyurur: Ona atəşdən elə bir zireh geyindirərəm ki o zirehi bir dağa geyindirsəm dağ kül olar. İbni əbu dünyanın rəvayətdə isə peyğəmbər (sav) açıq saçıq geyib kişiləri fitnəyə salan bir qadının şeytana 1000 günahkar kişidən daha sevimli olduğunu bildirməkdədir.

Digər hədisdə "Qul zina etdiyi zaman iman onu tərk edər, başının üzərində gölgə kimi durar. " ( masabih)

İbni əbu dünyanın rəvayət etdiyi digər hədisdə Peyğəmbər (sav) buyurur: "Allah qatında bir kişinin ona halal olmayan bir qadının rəhminə axıtdığı mənidən daha böyük bir günah yoxdur."

Zina, nə inki islam dinində, həmçini bütün dinlərdə qadağan edilmiş, çirkin bir əməldir. İnsanlara zərər verir. Cəmiyətin əxlaqi və ailə nizamını yıxıb dağıdır. Peyğəmbər (sav) dediyi "Həya imandandır" pirinsipini Haya, utanma və iffət duyğuları zədələyir. Qohumlar və dostlar arasındakı işlənən zina hərəkəti, dostluqların yıxılmasına, sevgi bağlarının qopmasına, ailələrin dağılmasına, səbəb olur. Nəsəbin, əslin kökün pozulması, zinanın yayılması ilə olur. Zinanın haram və cinayət olduğunu və bu əmələ yaxınlaşmağın qadağan olduğunu Allahu Təalə, Qurani-Kərimdə müxtəlif ayələrində bildirmişdir. İsra surəsində; "Zinaya yaxınlaşmayın, çünki o, şübhəsiz ki, çox çirkin bir əməl, pis bir yoldur."

Zinanın başqa növlərinə gəldikdə isə onlarda haramdır. Livata gəldikdə isə bu zinadanda daha böyük bir gühahdır. Necə ki Peyğəmbər sav buyurur : "livat işi görən insan Cənnətin iyini belə almaz. Halbu ki cənnətin iyi 70 illik məsafədən hiss edilir" deyərək buyurmuşdur." Necəki Peyğəmbər (sav) buyurur: Livat ilə məşul olan hər kəsi öldürün. Həmçinin Tövbə etməyib Zina edən insanın yaşamasını Allah istəmədiyi üçün onun cəzasını da ölümlə nəticələndirmişdir. Amma bir şeyi unutmaq lazım deyil ki ağır cəzalandırmaq fərdlərin vəzifəsi deyil.

Allah Cəbrayıl (əs) göndərib lut qövmünü həlak etməsini əmr etdi. Bunlara üz verəl bəlanı Allah heç bir qövmə göndərməmişdir. Allah təalə ilk öncə onların gözlərin kor etdi, sonrada şəhərlərini alt üst etdi. Cəbrayıl qanadını o şəhərin altına salıb yuxarı qaldırdı, rəvayətə görə lut qövmü 5 şəhərdən ibarət olub 5000 milyon əhaliyə sahib olub. Cəbrayıl (əs) O şəhəri tərsinə çevirib yerə çırpdı və yerə ən birinci onların evlərinin tavanları düşdü.

Abdullah bin ömər bir gün evinin qarsısında oturarkən yoldan gözəl üzlü bir oğlan uşağı keçir. bunu görən abdullah tez evinə girib qapını örtür, bir müddət sonra belə deyir, görəsən bu fitnə keçib getdimi? Ona getdi dedilər. Yoxsa bu barədə Peyğəmbər (sav) dən bir hədismi eşitdin? O da : " Bəli ona baxmaq, onunla danışmaq və onlarla oturub-durmaq haramdır." deyə buyurdu.

İmam Qadi bin İyab belə deyir ki, bir gün şeyxlərimdən biri belə dedi: Hər qadının yanında bir, hər gözəl oğlan uşağının yanında isə 8 şeytan vardır. Gözəl oğlan uşağını şəhvətlə öpən kimsəyə Allah cəhənnəmdə əzab edər. Kimdə bir bakirə qadınla zina edərsə 70 min dul ilə zina etmiş kimidir.

Sual: Dənizdə, və yaxudda ümumi hamamlarda, "Hamımız kişiyik" Və yaxud da "Hamımız qadınq" deyərək, kişi kişilərin qadınlarda qadınların yanında soyunub çimir Bu nə dərəcədə doğrudur?

Övrət yerini açmaq və ya başqasının övrət yerinə baxmaq böyük günahdır. Hamama, gedənin diz ilə göbək arasını örtməsi fərzdir. Belə yerlərdə Uzun şortik giymək lazımdır. necəki Hədisdə keçir ki:

(Kişinin göbək ilə dizləri arası övrətdir.) [Əbu Davud]. (Bud övrət yeridir.) [Buxari, Əbu Davud, Tirmizi]. (binaların ən pisi hamamın. Orada səslər yüksəlir, övrət açılır. Müalicə və ya çirkdən təmizlənmək üçün girəcək olan örtülü girsin.) [Taberani]. (Allahu təalaya və axirətə inanan hamama örtülü girsin!) [Nəsai]. (Kişi, kişinin; qadın, qadının övrət yerinə baxması halal olmaz.) [Müslim]. (Övrət yerini açana və başqasının övrət yerinə baxana Allah lənət etsin!) [Beyheki] (Din qardaşının övrət yerinə qəsdən baxanın qırx gecəlik namazı qəbul olmaz.) [İ. Asakir]. (Övrət yerlərinizi örtün! Yalnız ikən də Allahu təaladan həya edin!) [Tirmizi]. (Allahu təala həya və örtünməyi sevər. Elə isə yuyunarkən övrət yerinizi örtün.) [Əbu Davud]. (Gecə qüsl alarkən övrət yerini açmaqdan çəkinin. Lüt qüsul aldıqdan sonra, onda dəlilik əlaməti görülsə, özündən başqasını günahlandırmasın.) [Hakim].

Baxılması haram olan yerə övrət yeri deyilir. Hənəfi və Şəfidə kişinin övrət yeri göbək ilə diz arasıdır. Maliki və Hənbəlidə isə yalnız ön və arxa qisimdir. Qadınların bir-birlərinə övrət qisminə gəldikdə isə eyni ilə kişinin kişiyə olan övrət hədləri kimidir. Qadının qadına övrət yeri diz ilə göbək arasındadır. Müsəlman qadının, müsəlman olmayan fasiq qadınlar və dinsiz məhrəmlərin yanında örtünməsi üç məzhə görə fərz, Hənbəli məzhəbində caizdir.

Sual: Bir qadın, başqa qadının Haralarını baxa bilməz?

Qadın, qadına şəhvət ilə baxa bilməz və toxuna bilməz. Peyğəmbər (sav) buy : Bir qadın Ərindən başqasına, kişi və qadın, kim olursa olsun, əcnəbiyə bəzənməz. [Nəsai]

(Kişi kişinin, qadın qadının övrət yerinə baxa bilməz, halal deyil.) [Abdurrezzak] (Kişinin qadına, qadının da kişiyə [şəhvətlə] baxması haramdır.) [Taberani] (Qadının qadına yaxınlaşması [lezbiyenlik, safizm] zinadır.) [Taberani] (Kişinin kişiyə, qadının qadına yaxınlaşması zinadır.) [Beyheki]

(Axır zamanda eyni cincdən zina edənlər üç hissəyə ayrılır: Bir qismi danışmaq və baxmaqla, digəri, qucaqlaşmaq və sürtüşməklə. Üçüncüsü isə bu işi əməl etməklə. Allah bunlara lənət etsin! Tövbə edənin tövbəsini Allahu təala qəbul edər.) [Deylemi]



Gözləri qorumağın yollarına gəldikdə isə:


1. Şəhvət qapılarını bağlamaq üçün: Həm gerçək, həm də sünü, şekillər və videolarla yranmış haram mühitlərdən xüsusi ilədə internetdən uzaq dayanmaq lazımdır. Ondan istifadə etmək məcburiyyətində qaldığında, onu yalnız hər kəsin səni görəcəyi bir mühütdə istifadə et. İnternetin son 20 ildə dünyanın, texnikanın inkişafında və yayılmasında nə qədər böyük rolu və təsiri olmuşdursa, eləcədə fayşəliyin yayılmasında, insanların pozulumasında və ailələrin dağılmasında da çox böyük kəskin rolu vardır. İnternet başında saatlar keşirib, sadəcə nəfsinin tələsinə düşən yetim və böyük bir gənclik vardır. Allah onlara kömək olsun. Kömək olduqlarınıda sabit etsin.

Bu gənclərin çoxu isə qadınlardır, necəki hədisdə keçmışdik cəhənnəm əhlinin çoxu qadınlardır. internetdə istər evli olsun istər subay, bir qadının başqa kişilərlə istər din istərdə qeyri dini söhbət etməsi səəduz-zəria babından haramdır.

2. Oruc tutmaq. Çünki oruc insanın fiziki və şəhvət gücünü qırır . Dolu bir mədənin şəhvətə olan düşkünlüğü aç bir mədədən daha çoxdur. Peyğəmbər (sav) gücü çatan gənclərin evlənmesini əks təqdirdə isə oruc tutulmasını tövsiyə etmişdir. Xüsusiilədə Tez evlənməyə diqqətlə yanaşmaq lazımdır. Əslində kişilərin gec evlənməsi ümmətin fəsada uğramasının ana səbəbi olmuşdur. Uşaqları gec evləndirmək onları şeytanın qucağına, təhlükəyə atmaqdan başqa bir şey deyil.

3. Oruc tuta bilmirsən sə heç olmasa nəfsi azdıracak yeməkləri mümkün qədər az yemək. Necə ki Peyğəmbər (sav) buyurur: "İnsan oğlu mədəsindən daha şərli bir qab doldurmaz." Qolun gücü çox, cibin pulu dolu, qarnda hər zaman tox olanda insan çox vaxt təmiz düşünə bilməz.

4. Şəhvani düşüncələrimiz ilə mübarizə aparmaq. Sələflər buyurur ki : Əyər bir fikiri başından çıxarda bilmirsənsə ondan daha təhlükəli bir şey yoxdu. Əyər pis fikirlər başdan çıxmazsa nə oruc daddına çatar nədə 4 evlilik. Necə ki, gözü ac olan insan heç nə ilə qane olmur, bir vadi dolu qızılı olsa 2-cini istəyir. Şəhvətdə belədir. Həqiqi mömün qəlbində və düşüncələrində az ilə qane olmağa çalışmalıdır. Düşüncələrin qabağını almaq üçün boş vaxtan uzaq olmalıdır. daha doğrusu düşüncələri ilə mübarizə aparmaqda çətinlik çekən insan üçün boş vaxdan daha təhlükəli bir şey yoxdur.

5. Dostlarımızı və oturub duduğumuz insanları, bizləri harama həvəsləndirməyəcək, bizləri yaxşılığa istiqamətləndirəcək insanlardan seçmək. İki dünya səadətini özlərinə məqsəd və qayə seçən insanlarla birlikdə oturub qalxmaq. Necəki Peyğəmbər (sav) buyurur : "Kişi dostunun dinindədir." Digər hədistə: "Dost insanı dəyişir."

6. Xain gözlərdən Rəbbimizə sığınmaq, günah bataqlıqlarından bizləri qurtarması üçün Ona bol bol dua etmək. Necəki Peyğəmbər (sav) dua edərdi: "Allahummə gözlərimizi xəyanətdən, əməllərimizi riyadan, yeməyimizi haramdan, dilimizi yalandan qoru"

7. Harama baxmaq hər nə qədər tez tez düşmə ehtimalı olan bir günah olsa da, tövbə etməkdən bezməmək və çekinməmək və əffolunma ümidini heç vaxt itirməmək lazımdır. Daima Allahın böyük mərhəmətini umaraq, keçmiş günahlara qayıtmamaq üzrə nasux tövbələr etmək. Bilməliyik ki Allahın rəhməti bizim günahlarımızdanda böyükdür.

8. Yaxşı bir qul olmaq üçün gözü haramdan çəkindirməyın nə qədər həqiqi bir dəyər olduğunu özünə xatırlatmaq, gözü harama toxunsa belə yeni təmiz bir səhifə açaraq hayatına bu şəkildə davam etmək.

9. Göz harama dəydiyində, Cənnət nemətlərini xatırlamaq. Çünki nəfsə bir şeyi tərk elətdirmək üçün ona baxdığından daha yaxşısını vermək lazımdır ki hal hazırda olanın başını buraxsın. Göz harama dəydiyində Cənnət nemətlərini xatırlamaq, harama baxmaqla müvəqqəti zövq almağın isə, insanı Cənnət nemətlərdən uzaqlaşdırıb məhrum edən bir amil olduğunu düşünmək və həmçinin harama baxmaqla gözəl cənnət nemətlərini nə qədər dəyərsiz və ucuz günahlara dəyişdiyini düşünmək.

Sevdiklərini həsrətlə gözləyən, alma kimi al-qırmızı, bal kim gözəl dodağlı, gül kimi qırmızı yanaqlı, inci kimi düzülmüş dişləri, incə belləri, gözəl üzləri, o qədər gözəldir ki, görsəndikdə günəşin işığını belə batırarlar. Gülümsədikdə üzləri birazda parlayar və gözəllikləri biraz da artar. Sevdiyinə qovuşduğu an, sanki günəşlə ayın qovuşmasına bənzər. Sevdiyi ilə etdiyi söhbət iki sevgilinin məhəbbəti kimidir. Ayaqları o, qədər gözəldir ki, sümüklərinin iliyi ətinin üzərindən görünür. Geydiyi libasıları gözəlliklərinin görünməsinə mane ola bilməz. Gözəllikləri mömünün gözlərini qamaşdırar və Hurilərdən başqasını görməzlər. Bir Huri dünyaya görünmüş olsa bütün yer və göy arasını xoş ətri bürüyər. Günəş, digər ulduzların işığını necə üstələyirsə, Hurinin də gözəlliyi, günəşin işığını eləcə üstələyir. Hurinin baş örtüyü dünya və dünyadakı hər şeydən daha xeyirlidir. Hurilər hamilə olmaz, heyz və nifasdan uzaqdırlar. Ağız və burun axıntısından, kiçik və böyük ayaq yolundan və digər pisliklərdən uzaqdırlar. Gənclikləri heç vaxt keçməz, libasları isə köhnəlməz. həmişe bakirə olarlar. Gözləri yalnız ərlərinə dikilmiş, ərlərindən başqasında gözləri olmaz. Onlar inci və mərcan kimidirlər. Kim Hurinin üzünə baxsa içini sevinc bürüyər, əmr etsə itaət edər, yanında olmadığı zaman ərinin bütün malını mühafizə edər. Onlara daha əvvəl heç bir insan və cin əli dəyməmişdir. İndi gəlin baxaq dəyərmi fani dünya qadınlarına görə bu huriləri itirmək.

10. Haram ilə qarşılaşdığımızda ona heç baxmamaq üçün, haramdan sonra yaşanacaq zəlillik, ağrı və acıların gələcəyini qabaqcadan düşünmək.

11. İnsana zövq verən ləzzətlərin yəni bu halvanın içində zəhər olduğunu başa düşmək, insanın qələbəsinin, uğurunun, müvəffəqiyyətlərinin həmişə nəfsə ağır gələn şeylərdə olacağını düşünmək, Qələbə hər zaman səbr və nəfsə müxalif çıxmaqla gerçəkləşir. İnsanı həlak edən şeylər isə hər zaman nəfsə gözəl göstərilir. Nəfs və şeytan insanı ovlamaq üçün tələlərinə hər zaman cazibədar şeylər qoyduğunu unutma, tələyə yaxşı şey qoymasan oraya kim düşər?! Məsələnin görsənməyən tərəfinin görsənən tərəfindən daha təhlükəli olduğunu bil və birdə bil ki, bu tələdəki yemin əvvəli baldan şirin olsada sonu zəhərdən də acıdır.

12. Haram zövqlərin heç bir yaraya məlhəm olmadığını və sonda bitib tükənəcəyini idrak etmək.

13. Bir dəfə baxmaqdan heç nə olmaz demə, çünki "bir dənədən heçnə olmaz" şeytanın ən böyük şüarıdır. Ey insan bil ki nə olursa bir dənədən başlayır. Daha doğrusu bir dənəylə başlayıb bir dənədə qalan olmayıb.

14. İnsanı Allaha yaxınlaşdıran əməllərlə məşğul olmaq. Dini məclisləri, telefondakı dini söhbətləri həyatının ayrılmaz bir hissəsi etmək. Məscidlərə tez tez gedib gəlmək, saleh insanlarla oturub durmaq, çünki şeytanlardan olan insanlar var ki hər zaman onlar insanı azdırmağa çalışırlar.

15. Harama düşməmək üçün lazımsız baxışları tərk etmək. Kimin gözü sağda solda oynayarsa əlbətki gözü harama sataşar. Daha doğrusu gözü oynayan, və qaynayan insanın harama düşməsi 100/100 fayizdir. Harama düşməmək üçün yürüyərkən ayağının altına baxmaqlazımdır. Ayağının altını görməyənlər hər mənada tez yıxılır. Abidlər bu yerde gözəl buyururlar : "Biz imanın şirinliyini, cənnəti, barmaqlarımızın ucunda tapdıq."

16. Həya etmək. Allah Rəsulu (sav) Ənsardan birinin yanından keçərkən, onun qardaşını utandığına görə qınadığını gördü və belə dedi: "Onunla işin olmasın, çünki həya imandandır!" Həya mömin əxlaqıdır. Ədəb, qulluq və bütün gözəlliklər həya ilə gəlir. Əbu Səid əl-Xudridən (ra) nəql etdiyinə görə: "Rəsulullah, pərdənin arxasındakı bakirə bir gənc qızdan daha çox həya sahibi idi." Rəsulullah (s.ə.s.), həya haqqında belə buyurmuşdur: "Həya insan üçün zinəttir ..."Həya duyğusu, insanı günahlardan uzaqlaşdırar. Digər hədisdə günahın həyanın yoxluğundan qaynağlandığını açıqlayaraq belə buyurmaqdadır: "Əyər utanmırsansa arsızsansa istədiyini et!" və yaxud Allahdan utanmayan istədiyini edər"

Züleyxa Yusuf Peyğəmbərə yaxınlaşmağ istədiyində otaqdakı bütün üzərini örtdü. Yusif (əs) ona niyə belə etdiyini soruşanda "Büttən utandığım üçün" demişdi. Yusuf Peyğəmbər də ona: "Sən saxta olan ilahından həya edirsənsə, mən necə Rəbbimdən utanmayın!"

Utanma hislərinə sahib olan, həyalı gənclərimizə hər zamankındən daha çox möhtac vəziyyətdəyik. Onlara indiki zamanda daha çox ehtiyacımız var. Çünki həya edən bir gəncə heç kimin kamerası, casusu, lazım deyil. Çünki onun qəlbiinin kamerası, vijdanının polisi Allah qorxusu və onun həyasıdır. Belə bir gəncin harama düşməsi, rüşvət alması, oğurluq etməsi nə dərəcədə realdır onu özünüz fikirləşin.

17. Ölümü və ölümün qəflət gələcəyini düşünərək, hesab verəcəyin çətinliyini unutmamaq və bunu ağlından çıxarmamaq.

18. Həmçinin insan, gözü haramdan qorumaq barəsində Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəd vermiş olduğu mükafatı düşünsün. Ubadə b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənə altı şeyi zəmanət verərsə mən də ona Cənnəti zəmanət verərəm: Danışdığınız zaman doğru danışın, vəd verdiyiniz zaman yerinə yetirin, əmənat verildiyi zaman qaytarın, ayıb yerlərinizi qoruyun, gözlərinizi haramdan çevirin və əllərinizi (haramdan) saxlayın»14.

Ey insan! Allahın şiddətli əzabından çəkin. Bu hissiyatları verən onları almağa, cəzalandırmağa və səni bundan məhrum qoymağa da qadirdir. Allah təalə buyurur : «(Ya Rəsulum!) De ki: Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəkləri-nizə də möhür vursa, onları sizə Allahdan başqa kim qaytara bilər? Gör biz ayələrimizi onlara necə izah edirik, amma onlar ondan gör necə üz döndərirlər». (əl-Ənam 46). Göz Allahın verdiyi bir nemətdir. Bəndə gözü ilə harama baxmaqdan qorxmalıdır. Əks təqdirdə ondan məhrum olmaq təhlükəsi vardır. Şair deyir ki: «Bütün bəlaların başı baxışdandır, böyük atəşləri balaca qığılcımlar yaradır».

19.Başqaları onun anasına bacısına arvadına və qızına baxdığı anda hansı hisləri və ağrıları keçirəcəyini düşünüb, başqalarının da ana, bacı, arvad və qızlarına baxmamalıdır. Çükki baxdığın qadın da kiminsə yoldaşı, qızı, anası, və bacısıdır.

Bir gün Peyğəmbər (sav) hüzuruna bir gənc gəldi. Çox pərişan bir halı vardı. Peyğəmbər (sav) belə dedi: "Ey Alllah'ın Elçisi, zina etmək üçün mənə icazə ver. Artıq dözümüm qalmadı " Orada olanlar, gəncin bu pis istəyindən ötəri, hiddətləndilər. Bəziləri onu şiddətlə azarlarkən, qalxıb ağzını bağlamaq üçün üzərinə hücum edib onu vurmaq istəyənlərdə oldu. Ancaq, O şəfqətli peyğəmbər, bunların heç birinə icazə vermədiyi kimi, susub gənci dinlədi. Sonra yanına çağırdı və onu dizlərinin dibinə oturdub soruşdu: "Belə bir şeyin sənin Ananla edilməsini istəyərdin?" Gənc: "Anam, atam sənə fəda olsun ya Rəsulullah! Əlbəttə istəməzdim. "Peyğəmbər (sav) :" Heç bir insan, anasına belə bir şey edilməsini istəməz "buyurdu və:" Yaxşı, sənin bir qızın olsaydı, ona belə bir şey edilməsini istəyərdin? "Deyə soruşdu. Gənc adam bu suala da: "Canım sənə fəda ey Allahın Elçisi, istəməzdim." Deyə cavab verdi. Peyğəmbər (sav): "Heç bir insan, qızına belə bir şeyin edilməsini istəməz" buyurdu. Ardından da: "Bibi yaxud xalanla belə bir şey edilməsini istəyərdin?" soruşdu. "Xeyr, ya Rəsulullah!" dedi. "Bir başqasının bacınla zina etməsini istəyərdin?".

"Xeyr! xeyr, istəməzdim! "deyə cavab verdi. Peyğəmbər (sav) sözlərini belə bitirdi: "Heç kim, bibisi, xalasıyla, bacısıyla zina edilməsini istəməz." Sonra da, o gəncə dua edərək belə buyurdu: "Allahım, bunun günahını bağışla, qəlbini təmizlə və namusunu qoru."

Ravilər o gəncin, Cüleybib olduğunu söyləyərlər. Özü, nəfsinə hakim olmaqda çətinlik çəkən bir gənc olaraq tanınırdı və səhabələr arasında pis bir şöhrəti var idi. Ancaq, Rəsulullah ilə aralarında keçən bu hadisədən sonra, tərtəmiz biri oldu. Daha əvvəllər kimsə ona qız vermək istəməzkən, Peyğəmbər (sav) vasitəçiliyi ilə evləndirildi. Evləndikdən az bir zaman sonra da, ilk qatıldığı döyüşdə şəhid oldu. döyüşdən sonra Peyğəmbər (sav) səhabələrindən soruşdu: "aranızda kimsə çatışmır?" Onlar "Xeyr, ya Rəsulullah, hamımız burdayıq!" Dedilər. Peyğəmbər (sav) "Amma mənim bir əskiyim var" deyə buyurdu. Peyğəmbər (sav) Cüleybibin cəsədini taparaq 3 kərə belə buyurdu: "Cüleybib məndəndir, mən də Cüleybibdənəm" . Sonra onu öz əlləri ilə dəfn etdi.
Ya rabbi sən Allahsan, Sənədir qulluğumuz, Səndədir çarəmiz, Səninlədir varlığımız, Səni axtarar ruhumuz, Səni anar qəlbimiz, Sən ehtiyacsızsan və ehtiyacları görənsən, başqasına deyil Sənə möhtacıq, başqaları yaradımışdır Sən yaradansan, başqa ilah yoxdur Sən şəriki tayı bərabəri oxşarı misli olmayan Allahsan, Sənki qəbi sınığların yanındasan, Sən ki imkansız şeyləri mümkün edənsən, ölüdən diri diridən ölü çıxaransan, Sənki səni dərk edən üçün hər şeyi əvəz edərsən, bu hikməti dərk edənlərdən et bizi, camalına çevir üzümüzü, başqalarına meyl elətdirmə qəlbimizi.

Allah bizləri eşidib faydalananlardan etsin. Bizləri Cənnətinə və Cənnətinə yaxınlaşdıran bütün əməllərə müvəffəq eləsin və bizləri əzabından və əzabına yaxınlaşdıran bütün şər əməllərdən qorusun! Günahlarımızı və qüsurlarımızı bağışlasın, bizləri cəmi səhv və qüsurlardan salamat etsin, Evimizə yaxşılıqlar, xeyirli və bərəkətli ruzilər lütf etsin, dualarımızı qəbul, aqibətimizi xeyirli etsin, ölülərimizi bağışlasın, bizi şeytanın və düşmənlərimizin şərindən, nəfsi-i əmmarənin şərindən mühafizə etsin! müsəlmanlara salamatçılıq lütf etsin, son nəfəsimizdə tövhid kəlməsini deməmizi bizə nəsib etsin,

Ya Rəbbi, xəstələrimizə şəfa, dərdlilərimizə dərman, bəlaya müsübətə düçar olanlarımıza afiyət, səbr və təskinlik, zəiflərimizə güc, qorxu içərisində olanlarımıza əmin amanlıq, cahillərimizə hidayət, hidayətə qovuşanlara sabitlik, subaylarımıza saleh zövcə, çətinlikdə olanlarımıza asandlıq, qadınlarımıza islam təsəttürü, uşaqlarımıza imanı tərbiyə, borclulara xeyirli ədalar ve onlara faydalı olan geniş və bol ruzilər ehsan et.

Ya Rabbi bizlərə islamı yaşayıb yaşatmaq üçün iradə və səbr nəsib elə. Görünən-görünməz bəlalardan, gücçatmaz, taqətyetişməz, ağıla, xəyala gəlməz müsibətlərdən cümləmizi mühafizə et.

Ya Rabbi bizləri riyadan, nifaqdan, bədbəxtçilikdən, hər cür xəstəlikdən, qəzadan, bəladan, tənbəllikdən, acizlikindən, zəlil olmaqdan, zülm görməkdən, azdıran zənginlik və azdıran kasıblıqdan, şeytan və nəfsin şərindən, düşmən qələbəsindən, pis davranışlardan, bidət və zəlalətə düşməkdən, ixlassız əməldən, hər növ günahdan, küfrə girməkdən, rəzil ömürdən, ölərkən gələcək fitnələrdən, dinimizə, dünyamıza zərər verəcək şeylərdən bizləri qoru!

Həqiqi iman, gözəl bir əxlaq, şükr edən bir ürək, zikr edən bir dil, qəza və qədərə razılıq göstərən xeyirli bir ömür, az yemək, az yatmaq, az danışmaq, az gülmək və çox xidmət etməyi, qəbir əzabından və axirət dəhşətindən xilas olmağı, ömür boyu razılığına uyğun yaşamağı, şəhid olaraq ölməyi nəsib elə.

Ya Rəbbi sənin yolunda, sənin adını və təkliyini uca tutmaq üçün vuruşan mücahidlərə kömək ol. Sənin yolunda canını malın səfərbər edən, xüsusi ilədə müsəlmanların ehtiyaclarını aradan qaldırmaq üçün əziyyət çekən qardaş və bacılarımıza rəhm elə sevdiklərinə bəxş etdiklərinin ən gözəlini onlara da bəxş et.

Ya Rəbbi, öz sevgini, sevdiklərinin sevgisini, sevginə qovuşduracaq əməllərin sevgisini bizlərə nəsib elə, elmimizi, ixlasımızı, qabiliyyətimizi və bacarığımızı artır, bizləri şeytanın azdıra bilmədiyi: -ancaq ixlaslı qulların istisnadır- dediyi o qullardan olmağı nəsib et, bizləri comərd və səxavətli qullarından elə.

Ana, atamıza, övladlarımıza, qohum və əqrabamıza, bütün din qardaşlarımıza xeyirli ömür, gözəl və sağlam yaşam, hidayət və bu yolda davamiyyət nəsib et .

Ya Rəbbi! Bütün səhv və qüsurlardan bizləri salamat elə, içimizdən axirətə köçənlərin günahlarını bağışla, yerlərini cənnət elə. Peyğəmbərimizin (s.a.v) şəfaətinə nail elə. Bu anda bu duada iştirak edən əziz din qardaşlarımızın ölənlərinə rəhmət, geridə qalanlarına səhhət və afiyət lütf elə.

Ya Rəbbi! Uca dinimizə və əziz vətənimizə göz dikən daxili və xarici düşmənlərimizə fürsət vermə, onları islah et. İslah olacaq halları yoxsa onlara qahharlığını, qüdrətini göstər onları öz qəhrinlə və pərişan elə.

Ya Rəbbi! O biri aləmdə "fəriqun fil cənnəti va fəriqun fis səir" Cənnət və cəhənnəm firqələri ayrılacağı zaman bizləri cənnət firqəsinə daxil et.

Ya Rəbbi! Qiyamət gününə qədər baqi qalacağını vəd etdiyin Din-i İslamı ölkəmizdə rahat yaşamağı bizə nəsib et. Qapısı bağlı məscidləri üzümüzə aç, günahlarımıza görə bizi məscidlərdən məhrum etmə. Namazı niyazı buraxan, narkomanlıq, içki və qumar vasitəsi ilə evinin yolunu unudan, müxtəlif günahlara düçar olan millətimizin övladlarınada hidayət nəsib et, uşaqlarımızı ədəbli, əxlaqlı, fəzilətli, anasına, atasına, müəlliminə hörmət edən, Allahına, Peyğəmbərinə hörmət və təzim edənlərdən et.

Ya Rəbbi! Bizləri dininə, inanclarına, vətəninə, millətinə, könüldən bağlı olanlardan et.

Ya Rəbbi! Namaz və niyazımızı, səbr, ixlas, təvəkkül qorxu və ümidlərimizi, təfəkkür və tədəbbürlərimizi, səmimiyyət və sədaqətlərimizi davam etdirmək, sənə davamiyyətli ibadət etmək üçün bizə güc və qüvvət nəsib et, bizləri bu ibadət və itaətlər üzərində sabit et.

Ya Rəbbi! Hər cür təhlükələrdən, fəlakətlərdən, müsibətlərdən, xəstəliklərdən, yıxılmaqdan, yanmaqdan, boğulmaqdan, haramlardan, əxlaqsızlıqlardan, yalandan, qeybətdən, riyadan, həsəddən və qürurdan, zərər və ziyanlardan bizləri hifz və himayə et.

Ya Rəbbi! Torpaq altında çürümüş, adları unudulmuş, nəsilləri kəsilmiş, yer üzündə onlara dua edəcək kimsələri qalmamış, dünyadan köçən müsəlmanların günahlarını bağışla, qəbr əzabını onlardan qaldır, qəbirlərini nurla doldur, axirətdə özümüzə istədiyimiz hər xeyri onlara da nəsib et, qorxduğumuz və sığındığımız hər şeydən onları da qoru.

Ya Rəbbi! Quranı Kərimin nurlu yolundan bizləri ayırma, Onun əhkamını yaşayıb, tətbiq etməyi bizlərə asanlaşdır, Quranı Kərimi bizlərə lütfün və kərəminlə dünyada və qəbirdə yoldaş, qiyamət günündə şəfaətçi, cənnətə aparan bir bəldçi, atəşdən qoruyan bir pərdə və bütün yaxşılıqlara çatdıran bir dəlil və imam et.

Ya Rabbi! Bizləri Quranın hidayətiylə hidayət et. Quranın lütfü ilə dərəcələrimizi yüksəlt. Ey böyük lütf və ehsan sahibi! Quranın tilavətiylə günahlarımızı bağışla, oxuyarkən buraxdığımız səhvləri bağışla tam və mükəmməl oxumuş kimi qəbul elə Bizi Quranın zinətiylə zinətləndir. Quranın şərəfi ilə şərəfləndir.

Ya Rəbbi! İçimizdə illərlə sehrə, caduya mübtəla olmuş qardaş və bacılarımız var. Allahummə sehr və caduyla məşğul olanlara hidayət ver. Hidayətdən boyun qaçırdıqları təqdirdə onları məhvi pərişan elə. Birləşdirdiklərini ayır, ayırdıqlarını birləşdir, uzaqlaşdırdıqlarını yaxınlaşdır. Onların toplumunu darma dağın elə. Onları bir birinə müsallat elə, layiq olduqları cəzanı onlara ver. Ya rabbi onlar səni aciz qoya bilməzlər, öz güc və qüvvətini onlara göstər.

Ya Rəbbi! Sənin tam kəlimələrinlə yaratdıqlarının şərindən sənə sığınırıq. Quruda, suda, səmada olanların, oraya girib çıxanların, gecələri gizlənib gündüz ortaya çıxan, gündüzləri gizlənib gecə ortaya çıxanların şərindən və bütün cin və insanlardan olan şərlilərin şərindən xüsusi ilədə güvəndiklərimizin şərindən bizləri qoru.

Ey duaları qəbul edən mərhəmətlilərin ən mərhəmətlisi olan Rəbbimiz! Dualarımızı qəbul et.

Ya Rəbbi! Hal-hazırda qapına gəldik, boynumuzu bükülü halda sənə yalvarırıq, hüzurunda dayandıq, bütün pis əməlləri bir tərəfə qoyduq, bizləri hüzurundan boş geri çevirmə. Sənin əfvinə mərhəmətinə və lütfünə daha çox ehtiyac hiss etdiyimiz bu zamanda bizləri sənsiz buraxma, bizi bizdən al, amma bizi səndən alma.

Ya Rəbbi! Qəbul olunmayacaq dua ilə sənə əl qaldırmaqdan, faydasız elmdən, bir müsəlmana yaraşmayan acizliyindən, tənbəllikdən, xəsislikdən sənə sığınırıq, son nəfəsimizdə bizlərə kəlmeyi-şəhadəti tələffüz etməyi "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu va rasuluhu " kəlimələrini deməyi bizə nəsib elə.

Ya Rəbbi! Amin deyən, könüldən bu duada iştirak edən qardaşlarımızı iki dünyada əziz et, iki dünya səadəti nasib et.

Allahummə! Sən bizim Rəbbimizsən, Səndən başqa ibadətə və itaətə layiq heç kimsə yoxdur. Bizləri sən yaratdın və bizlər sənin qullarınıq, sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı sənin qarşında etiraf edirik. Bizləri bağışla. Günahları bağışlayan ancaq sənsən.



Allahummə sən Kərimsən, bağışlamağı sevənsən, sevdiyin şeyi səndən istəyirik, sevdiyin şeyi bizdən əsirgəmə, bizləri hər zaman bağışlanan qullardan elə. Allahummə bizi gələn ilki ramazana sağ salamat çatdır. Bizləri Muhəmməd (sav) sünnəsindən azı dişlərimiz ilə yapışmağa müvəffəq elə. Muhamməd (sav) kimi sənin yolunda canımızı, malımızı zərrə qədərdə əsirgəyməyənlərdən et. Ən son duamız isə Alləmlərin rəbbi olan Allaha həmd səna etməkdir. O hər şeyə qadirdir.


1 Muslim «Həcc» 2/886-893, H. 147, Əbu Davud «Həcc» 2/182-186, H. 1905, İbn Məcə «Mənasik» 3/1022, H. 3074.

2 İbn Əsir «Nihayə fil Ğaribil Hədis» 3/410,411.

3 Buxari 4808.

4 Muslim «Zikr və Dua» 4/2098, H. 99, İbn Məcə «Fitən» 2/1325, H. 4000, İbn Qeyyim «Ravdatul Muhibbin» 92-96.

5 «Ədvanul Bəyan».

6 Buxari 6343, Müslim 2657.

7 Əhməd «Musnəd» 1/412, əl-Albani «Səhihul Cəmi» 4126.

8 Müslim 1400.

9 Muslim «Ədəb» 3/1699, H. 45, 2159, Tirmizi «Ədəb» 8/18, H. 2777, Əbu Davud «Nigah» 2/246, H. 2148, İmam Əhməd 1/159.

10 Muslim «Nigah»2/1021, H. 1403, Əbu Davud «Nigah» 2/246, H. 2151.

11 Əbu Davud 4112, Tirmizi 1779, əl-Albani zəif hədis.

12 Müslim 338.

13 Buxari.

14 İmam Əhməd «Musnəd», əl-Albani «Səhih» 1470.



Yüklə 68,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə