Rumalaya ® krem



Yüklə 146,84 Kb.
Pdf görüntüsü
tarix29.05.2017
ölçüsü146,84 Kb.

İstifadəsi üzrə təlimat  

 

 



RUMALAYA       

®

krem 

RUMALAYA 

®

 



 

Tərkibi 

1 q kremin tərkibində olan aktiv komponentlər:  



Yağlar:  

Hind küncütü (Sesamum indicum)  

 

220 mq  


Çöl nanəsi (Mentha arvensis)    

 

100 mq 



Kamfor ağacı (Cinnamomum camphora)  

  50 mq  

Roksburq şam ağacı (Pinus roxburghii)   

  50 mq 


Darçın (Cinnamomum zeylanicum)  

 

  25 mq 



Hind küncüt yağı (Sesamum indicum oil) işlənilib: Yatamansi (Nardostachys jatamansi), Andız (Inula 

racemosa), Jiotişmati (Celastrus paniculatus), Viteks (Vitex negundo), Reyhan (Ocimum sanctum), Adi air 

(Acorus calamus), Bəngotu (Hyoscyamus niger), Roma çobanyastığı (Anacyclus pyrethrum), Hündür 

kalotropis (Calotropis procera), Hind durmanı (Datura metel), Raşna (Pluchea lanceolata), Ərəb lakşası 

(Cateria lacca), Qara istiot (Piper nigrum), Himalay kedri (Cedrus deodara), Zərinc (Berberis aristata), 

Gənəgərçək (Ricinus communis), Marena (Rubia cordifolia), Seylon plumbaqosu (Plumbago zeylanica), 

Zəqqum (Nerium odorum), Daşamula (Dashamoola).  

Əsas k.q. 

 

Farmakoloji xassələri 

Rumalaya kreminin iltihab əleyhinə  təsiri iltihabı,  şişkinliyi və  ağrını azaldır. Krem sakitləşdirici təsir 

göstərir və  dəridə hiperemiyanı azaldır. Rumalaya kreminin yerli damargenəldici təsiri qan dövranını 

yaxşılaşdırır və  ağrıları yüngülləşdirir. Skelet əzələlərinə boşaldıcı  təsir göstərərək oynaqların 

hərəkətliliyini bərpа edir. 

 

İstifadəsinə göstərişlər 

• Revmatik artrit 

Revmatoid artrit 

• Boyun və bel spondilozu 

• Osteoartrit 

• Artralgiya 

• Podaqra 

• "Donmuş çiyin" (adheziv kapsulit) 

Zədə-iltihabi vəziyyətlər 

 

Əks göstərişlər 

Rumalaya kreminin komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz. 

 

İstifadə qaydası 

Yalnız xaricə istifadə üçündür. 

Rumalaya kreminin kiçik miqdarını həssas və ağrılı sahəyə sürtüb yavaşca massaj etmək lazımdır. 

Eyni zamanda Rumalaya tabletlərinin də istifadəsi daha tez sağalmaya səbəb olur 

 

Xəbərdarlıqlar 

Açıq yaralarda istifadə edilməməlidir. 

Gözə və selikli qişalara düşməsinə yol verilməməlidir. 

 

Əlavə təsirləri 

Aşkar olunmayıb. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Aşkar olunmayıb. 

 

Xüsusi xəbərdarlıq 

Yoxdur. 

 

Buraxılış forması 

30 qr-lıq laminə olunmuş tublarda buraxılır. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 


 

Saxlanma şəraiti 

+25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş  şüası olmayan və  uşaqların  əli çatmayan yerdə 

saxlamaq lazımdır. Dondurmamaq. 

 

Yararlılıq müddəti 

3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz. 

 

 

                            «The Himalaya Drug Company» -  

                            firması tərəfindən istehsal olunur. 

                            Makali, Bangalore 562 123, Hindistan 

                            www.himalayahealthcare.com 

                            ® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

 Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xassələri 


Yüklə 146,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə