ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 226
Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların
tətbiqi” mövzusunda beynəlxalq konqres keçiriləcək
u
Valideynlər uşaqlara
peyvəndin vurulması
barədə “Elektron sağlam-
lıq kartı”nda əks olunan məlumatları
asanlıqla əldə edə biləcək.
Süd məhsullarının tərkibində bol miq-
darda kalbu fikir aprelin 23-də Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzində (İSİM) immunoprofilaktika
pasportlarının yeni sisteminin istifadəsinə
dair keçirilən təlimdə səslənib.
Vaksinlər və İmmunlaşdırma üzrə
Qlobal Alyansın (VİQA) “Azərbaycanda
səhiyyə sisteminin gücləndirilməsi”
layihəsi çərçivəsində keçirilən təlimdə
bildirilib ki, immunoprofilaktika pas-
portlarının yeni sisteminin istifadəyə
verilməsində məqsəd uşaqlara vuru-
lan peyvəndlərlə bağlı məlumatların
mərkəzləşdirilmiş formada daxil
edilməsidir.
Qeyd olunub ki, immunoprofilaktika
pasportlarının yeni sistemi valideynlərə
uşaqlara peyvəndin vurulması barədə
“Elektron sağlamlıq kartı”nda əks olunan
məlumatları asanlıqla əldə etməyə imkan
yaradacaq. Hazırlanmış “İmmunizasiya
pasportu” kartları da valideynlər üçün
məlumat kitabçası rolunu oynayacaq.
Müzakirələrdə uşaq poliklinikalarında
peyvəndlə bağlı məlumatın daxil edilməsi
zamanı rast gəlinən çətinliklərdən söhbət
açıldı, Problemin həlli məqsədilə təklif və
tövsiyələr dinlənildi.
Təlimdə ilkin səhiyyə müəssisələrinin,
statistika xidmətlərinin kompyuter opera-
torları, Respublika Gigiyena və Epidemi-
ologiya Mərkəzinin nümayəndələri iştirak
ediblər.
Azərbaycanda immunoprofilaktika
pasportlarının yeni sistemi istifadəyə veriləcək
u
Aprel
ayının
13-16
tarixlərində Azərbaycan
Texniki
Universitetı-
nın idman zalında həndbol idman
növü üzrə kişilər arasında keçirilən
XII Respublika Universiadasında
Azərbaycan Tibb Universitetinin
komandası iştirak etmişdir.
Azərbaycan Tibb Universitetinin koman-
dası bütün Universitetlərin komandaları-
nı məğlubiyyətə uğradaraq finala vəsiqə
qazandı. Ötən ilin çempionu-Milli Aviasi-
ya Akademiyasının komandasına gərgin
mübarizədə 21 : 11 hesabı ilə qalib gələrək I
yerə layıq görüldü.
Komandanın üzvlərini və məşqçi, professor
Kamal Kəbirlinskini təbrik edirik!
Bunlardan əlavə, aprel ayının 20–23 tarix-
lə rində Azərbaycan Tibb Universitetinin id-
man zalında voleybol idman növü üzrə qızlar
ara sında keçirilən XII Respublika Universiada-
sında Azərbaycan Tibb Universitetinin koman-
dası 3 fəxri yer tutmuşdur.
Komandanın üzvlərini və məşqçi Yana Kuz-
netsovanı da təbrik edirik!
SEVINC İSAYEVA,
İdman klubunun sədri
BİZ SİZİNLƏ FƏXR EDİRİK!
u
Azərbaycan Tibb Uni-
versitetinin Əsaslı Kitabxa-
nası 2003-cü ildən fəaliyyət
göstərən Azərbaycan Kitab-
xana Konsorsiumunun (Az-
KiK)
yaradıcılarındandır.
Kon sorsiumun
fəaliyyəti
döv ründə Əsaslı Kitabxana
bütün proqram və layihələrdə
yaxından iştirak etmişdir.
Bu sahədə Azərbaycan Tibb
Universitetinin rəhbərliyi də
layihələrin həyata keçiril-
məsində maliyyə dəstəyini
əsirgəməmişdir.
AzKiK
Tür kiyənin Anadolu Uni-
versitet Kitabxanaları Kon-
sorsiumu (ANKOS) ilə ya-
xından əməkdaşlıq edir. Konsorsium vaxta-
şırı beynəlxalq səviyyəli konfranslar təşkil
edərək, kitabxana informasiya sahəsində
yeni layihələrin təqdimatını təşkil edir.
ANKOS 2000-ci ildə, 92 beynəlxalq məlumat
bazaları ilə 2.005 müqavilələri olan və 171 uni-
versitet və elmi - tədqiqat institutlarının üzv ol-
ması ilə yaradılmışdır . ANKOS 2001-ci ildən
kitabxanaçılar, elmi-tədqiqatçılar, tələbə və
müəllimlər, arxiv işçiləri üçün beynəlxalq konf-
ranslar keçirir. Türkiyə konsorsiumunun keçir-
diyi konfranslarda Amerika Birləşmiş Ştatların-
dan, Avropadan, Cənubi Afrikadan, Orta Şərq və
Türk dilli ölkələrdən 1000-dən artıq nümayəndə
iştirak etmişdir.
ANKOS-un növbəti beynəl xalq konfransı 9-11
aprel 2015-ci il tarixində Türkiyənin Antalya
şəhərində, Karvansaray Konfrans mərkəzində
keçirildi. Əsasən, “Mobil gələcək, kitabxanalar
və resurslar”-elektron resursların işlədilməsi,
mobil kitabxana xidmətləri və gələcək akademik
kitabxanalar kimi mövzular proqrama daxil edil-
mişdir. Azərbaycanın bir çox Ali Təhsil Kitabxa-
nalarının qatıldığı tədbirdə Əsaslı Kitabxananın
direktoru kimi mən də iştirak etdim. Geniş proq-
ramı olan bu tədbirdə müasir dövrdə kitabxana-
ların tam avtomatlaşdırılması və elektron resurs
bazalarının işi və əhəmiyyəti barədə geniş fikir
mübadilələri aparıldı.
Azərbaycan Tibb Unibersitetinin Əsaslı Kitab-
xanasında virtual olaraq oxucuların da istifadə
etdiyi bəzi nəşriyyatlar daxil olmaqla, Elsevier,
EBSCO, Clinical Key, Wiley, Tomson Reuters,
Springer, Bio Med Central, JSTORP, ProQuest,
Oxford Universitet nəşriyyatları kimi beynəlxalq
nəşriyyatların nü mayəndələrinin keçirdikləri
təq dimatlar və OCLC, EndNote, HiperLink kimi
elmi işçiləri ma arifləndirmək istiqamətində bu
sistemlərin rolundan bəhs olunan təqdimatlar
dinlənildi.
Konfransda informasiya xid mətlərində, mobil
əməliyyatların inkişafı və açıq resurslar (Open
Access) istiqamətində təşəbbüskarlıq kimi möv-
zular və ANKOS-un işçi qrupun üzvlərinin
fəaliyyəti dinlənildi. Konfransın bölmə iclasla-
rında səmərəli müzakirələr aparıldı və bundan
sonra da əməkdaşlıq üçün yeni layihələrdə birgə
iştirak etmək nəzərdə tutuldu (kitabxanalarara-
sı abonoment, açıq resurslardan–qaynaqlardan
birgə istifadə və s.).
Konfransın sonunda 15 ilini qeyd edən ANKOS
prezidenti hörmətli Sami Çukadar təşkilatçılar və
öz adından tədbirdə iştirak edən bütün qonaqlara
təşəkkürünü bildirdi.
Z.EMINOVA,
Əsaslı Kitabxananın direktoru, tarix. e.
ü. f. d
“Mobil gələcək, kitabxanalar və resurslar”