Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının


Kiyevdə akademik Zərifə Əliyevanın xatirəsinə



Yüklə 12,62 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix31.12.2021
ölçüsü12,62 Mb.
#2905
1   2   3   4   5   6   7   8   9   ...   30
Kiyevdə akademik Zərifə Əliyevanın xatirəsinə 

həsr edilmiş dördcildliyin təqdimatı olub

Akademik  Zərifə  xanım    Əliyevanın  anadan 

olmasının 92-ci ildönümü tamam oldu


30 aprel  2015-ci il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti



Milli Məclisin 65 saylı Saat-



lı-Sabirabad-Kürdəmir seçki 

da 

irəsindən seçilmiş deputatı, 

Azərbaycan Tibb Universiteti-

nin rektoru, akademik Əhliman 

Əmiraslanovun təşəbbüsü ilə Saat-

lı və Sabirabad rayonlarında pulsuz 

tibbi müayinə aksiyası keçirilib. 

Aksiya çərçivəsində bölgənin bir 

neçə kənd sakinləri ezam olunmuş 

həkim briqadası tərəfindən pulsuz 

müayinədən keçiriliblər.

Həkim  briqadası  yola  düşməzdən  əvvəl 

akademik  Əhliman  Əmiraslanov  onlarla 

görüşüb,  bu  cür  aksiyada  könüllü  iştirak 

etdiklərinə  görə  təşəkkürünü  bildirib.  Millət 

vəkili qeyd edib ki, belə müayinələr bir sıra 

xəstəliklərin  vaxtında  aşkarlanmasına,  pa-

tologiyaların  qarşısının  aılnmasına  kömək 

edir: “Bu, çox böyük bir işdir. Rayonlarımız-

da  hər  cür  avadanlıqlarla  təchiz  olunmuş 

klinikalar,  xəstəxanalar  fəlaiyyət  göstərir. 

Lakin  bəzi  sahələrdə  mütəxəssislərə  ehti-

yac  duyulur.  Bu  baxımdan,    kampaniyanın 

böyük əhəmiyyəti var”.

İki gün ərzində Saatlının bir neçə kəndində 

müayinə  aparacaq  həkim  briqadasına  230 

nəfərdən çox müraciət olub. Onlar əsasən 

göz  ağrılarından,  ürək  nahiyəsində  olan 

narahatlıqlardan  və  s.  şikayət  ediblər. 

Müayinələrdən  sonra  səhhətində  problem 

olan  bəzi  sakinlərə  həkim-mütəxəssislər 

tərəfindən məsləhətlər verilmiş və müvafiq 

müalicə  təyin  olunmuş,  bəziləri  isə  staso-

nar şəkildə  müalicə olunmaq üçün Bakıya 

göndərilmişdir.

Saatlıda  əhalinin  pulsuz  müayinəsi 

kampaniyasında  müxtəlif  ixtisaslı  həkim-

mütəxəssislər  -  Əmənullayev  Nuran  (nev-

ropatoloq),  Səmayə  Əliyeva  (endokrino-

loq),  Vüsal  Kərimov  (pediatr),  Mehriban 

Səmədova  (USM  həkimi),  Ağayev  Elçin 

(cərrah),  Hafiz  Qəhrəmanov  (oftalmoloq), 

Nüşabə  Əlişova  (ginekoloq),  Afil  Nuriyev 

(daxili xəstəliklər), Həqiqət Vəliyeva (onko-

loq), Şirazi İbrahimov (LOR - burun-qulaq-

boğaz xəstəlikləri), Emil Əliyev (dəri-zöhrəvi 

xəstəlikləri) iştirak ediblər.

Sabirabadda isə bu təşəbbüs üçün – tibb 

elmləri doktoru Musayev Xaləddin (cərrah), 

tibb üzrə fəlsəfə doktoru Hüseynova Venera 

(ginekoloq),  dosent  Nağdəli  Zamanov  (te-

rapevt),  tibb  üzrə  fəlsəfə  doktoru  Zülfiyev 

Qabil (oftalmoloq), tibb üzrə fəlsəfə doktoru 

Cəfərova İnarə (onkoloq), tibb üzrə fəlsəfə 

doktoru  Şərifov  Tahir  (endokrinoloq),  tibb 

üzrə fəlsəfə doktoru Əhmədov Gündüz (pe-

diatr), Məmmədov Yaqub (USM), tibb üzrə 

fəlsəfə  doktoru  Qasımov  Rauf  (cərrah)  və 

tibb üzrə fəlsəfə doktoru Cavadzadə Vüqar 

(infeksionist) iştirak etdilər.

Rayonda 

tibbi 


müayinəyə 

gələn 


vətəndaşlar belə aksiyaların mütəmadi ola-

raq,  hər  il  təşkil  olunmasına  görə  deputat 

Əhliman  Əmiraslanova  və  ezam  olunmuş 

həkim  briqadasına  minnətdar  olduqlarını 

bildirdilər. Müayinə zamanı müxtəlif ixtisaslı 

həkim-mütəxəssislər aşkar olunan patologi-

yalara müvafiq olaraq xəstələrə tibbi təyinat 

və məsləhətlər verdilər.

Onu da qeyd edək ki, mayın 1 və 2-də  pul-

suz müayinə aksiyasının Kürdəmir rayonun-

da da keçirilməsi nəzərdə tutulub.

u

 





Yüklə 12,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə