Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix29.05.2017
ölçüsü2,05 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

Bu kitab “Sağlam ĠnkiĢaf və Maarifləndirmə” ictimai birliyi 
tərəfindən Azərbaycan Respublikasının Gənclər və Ġdman Nazirliyinin 
maliyyə dəstəyi ilə “ĠĢğal olunmuĢ torpaqlarımızı unutmayaq” layihəsi 
çərçivəsində çap olunmuĢdur. 
 
Layihənin rəhbəri və materialları toplayan: 
Anar Əhməd oğlu Xəlilov 
 
BaĢ məsləhətçi: 
Qasım Hacıyev, tarix elmləri doktoru 
 
Məsləhətçi: 
Həmidə Əliyeva, filologiya e.n. dossent 
 
Redaktor: 
Vüsalə Hüseynova 
 
Korrektor: 
Tural Əliyev 
 
Dizayner və tərtibatçı: 
Sənan Gülalıyev 
 
 
E-mail: saglam_inkishaf@yahoo.com 
 
Bakı, “MHS – poliqraf”, 2010, 192 səh. 
 
ĠSBN: 978 – 9952 – 459 – 01 – 2 
 
 
 
 
 
 
© “MHS – poliqraf”, 2010 
 

“Bu gün Azərbaycanın əsas problemi 20 faiz 
torpaqlarının Ermənistan tərəfindən işğalı və bunun 
nəticəsində 1 milyondan çox qaçqın və məcburi 
köçkünün olmasıdır”. 
 
Ġlham Əliyev 
Azərbaycan Respublikasının  
prezidenti 
 
 
“Qərəz, ermənilərin   belə   nahaq   qanlara bais 
olmalari, qəddarlığa yol vermələri axırda onların 
özlərini də məhv edəcəkdir. Bircə ermənilərə sual 
edən yoxdur ki, ay ermənilər, Azərbaycanda aılış- 
verişlə məşğul olduğunuz, zavod və karxanalar 
işlətdiyiniz, pul və malınız əlinizdə, 
 çoxunuz milyonçu olduğunuz  
halda və kimsənin sizə gözün üstündə 
qaşın var demədiyi bir vaxtda Qafqaz vilayətinə 
saldığınız bu fitnə-fəsad nə üçündür?! 
 
Mir Mövsün Nəvvab 
(XX əsrin əvvəli) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
ÖN SÖZ 
 
Məhəbbətin  ən  böyüyü  Allaha,  Vətənə,  ata-anaya  inamdan  doğur.  Bu 
məhəbbəti  uĢaqlara,  gənc  nəslə  aĢılamaq  onları,  sözün  əsl  mənasında  xalqına, 
millətinə  layiq,  vətənini  sevən,  həm  də  onun  dar  günündə  sinə  gərməyi  bacaran 
vətəndaĢ  kimi  formalaĢdırmaq  valideynlərin  və  biz  ziyalıların  ən  mühüm 
vəzifəsidir. 
Əziz gənclər! Azərbaycanın ərazi bütövlüyü parçalanmıĢ, torpaqlarımızın 
20 faizi iĢğal altında qalmıĢdır. ġuĢa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, 
Laçın,  Kəlbəcər,  Xocavənd,  Xankəndi  düĢmən  tapdağındadır.  Gənc  nəsil 
xalqımızın baĢına gətirilən bu fəlakəti, törədilən bu iĢğalçı siyasəti heç bir zaman 
unutmamalıdır.  “Böyük  Ermənistan”  yaratmaq  arzusu  ilə  baĢlanan  bu  məkrli 
siyasət  zaman-zaman  xalqımıza  ağır  zərbələr  vurmuĢ,  insanların  dinc  həyat  tərzi 
pozulmuĢ, onlar yurd-yuvasından didərgin düĢmüĢlər. Bu siyasətin acı fəsadlarını 
heç  vaxt  unutmayaraq  vaxtında  və  yerində  cəzalandırmağı  və  hər  vasitə  ilə 
cavabını verməyi bacaran gənclərə ehtiyacımız var. 
Biz  gələcəyə  nikbin  baxan  gəncliyimizlə  qürur  duyuruq.  Ümid  edirik  ki, 
bu  nikbin  baxıĢlar  qalibiyyətli  sonluqla  nəticələnəcəkdir.  Aparılan  mübarizə, 
ardıcıl  siyasət  öz  gözəl  bəhrəsini  verəcək,  biz  torpaqlarımızı  qaytaracağıq. 
Qarabağsız  yaĢamağımıza  birdəfəlik  son  qoyulacaqdır.  Bu  zaman  təkcə  Qarabağ 
deyil, çox arzularımız gerçəkləĢəcəkdir. 
Sizə təqdim olunan  bu kitabda iĢğal altında olan rayonlar haqqında geniĢ 
məlumat verilmiĢdir. Qarabağı görməyən, onun sehrinə düĢməyən insanlar təqdim 
olunan  bu  kitabın  köməkliyi  ilə  bu torpağın təbii  sərvəti,  coğrafı mövqeyi,  baĢına 
gətirilən müsibətləri, tarixi və mədəniyyət abidələri haqqında məlumatlandırılacaq, 
tarixin  yaddaĢında  yaĢayan  salnamələrimizlə  yaxından  tanıĢ  olmaq  imkanı 
qazanacaqlar. 
ġübhəsiz  ki,  “Sağlam  inkiĢaf  və  Maarifləndirmə”  Ġctimai  Birliyinin 
gənclərə  təqdim  etdiyi  bu  kitabdakı  məlumatların  əsas  qayəsi  məhz  bundan 
ibarətdir:  gənc nəsildə  vətən  sevgisi,  torpaq  yanğısı  yaratmaq,  Qarabağ  dərdlərini 
unutmamaqdır.  
 
Bayram Səfərov. 
Şuşa rayon Icra Hakimiyyətinin başçısı. 
Azərbaycan Respublikası “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı 
İcması” Ictimai Birliyinin sədri
. 
 
 

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ ƏN QƏDĠM 
DÖVRDƏ 
 
Qarabağ  dünyanın  ən  qədim  insan  məskənlərindən  biri  olan  Azıx,  Tağlar 
düĢərgəsi  insanlarının  yaĢadığı  ərazidir.  Bu  yer  ġelldən  əvvəlki  mədəniyyətin 
daĢıyıcılarının  tarixini  davam  etdirən  tarixi-coğrafı  ərazidir.  Qarabağ  ərazisi 
paleolit  dövrünün  Quruçay  (1  milyon  200  min  ildən  artıq  tarixə  malikdir) 
(Hüseynov  M.  M.  Azıx  mağarası.)  sonrakı  Kür-Araz  və  Xocalı-Gədəbəy 
mədəniyyətlərinin  davamçılarının  yaĢayıĢ  məskənidir  (Hüseynov  M.  M.  Azıx 
mağarası.). 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ ANTĠK 
DÖVRDƏ 
 
Azərbaycanın  dövlətçilik  tarixi  qədər  də  onun  bölgələrindən  biri  olan 
Qarabağ böyük tarixi ənənəyə malikdir. Antik dövrdə Qarabağ ərazisi Albaniyanın 
tərkibində ən iri vilayətləri əhatə etmiĢdir. Bütünlüklə Kürün sağ sahil boyu alban 
tayfaları  yayılmıĢdı.  Alban  tayfaları  -  utilər,  sovdeylər  və  qarqarlar  Qarabağda 
yerləĢirdilər. 
Qaynaqlar  Qarabağ  bölgəsinin  tayfalarının  alban  mənĢəli  olması  və  bu 
ərazinin Albaniya dövlətinə məxsus olmasını təsdiq edir. 
Azərbaycanın  Qarabağ  bölgəsi  I-III  əsrlərdə  alban  arĢakilərinin 
hakimiyyəti altında olmuĢdur. 
Tədqiqatlar  göstərir  ki,  Qafqaz  Albaniyasının,  onun  tərkib  hissəsi  - 
Qarabağ  ərazisinin  iqtisadi  və  mədəni  tarixi  baĢlıca  olaraq  öz  əksini  antik 
yazıçıların əsərlərində və arxeoloji materiallarda tapmıĢdır. 
Əsrlər  boyu  dəyiĢməyən  “Böyük  Ermənistan”  barədə  yazan  müəlliflər 
Favstos  Buzand,  Movses  Xorenli  kimi  orta  əsr  erməni  tarixçilərinin  əsərlərinə 
əsaslanırlar.  Bu  zaman  onlar  son  dərəcə  vacib  bir  cəhəti  unudurlar:  Favstos 
Buzandın, yaxud Movses Xorenlinin yaratdığı görünüĢ  – “onların  əsas ideyaları  - 
yalnız  zərdüĢt  Ġranının  təhlükəsinə  qarĢı  Ermənistanı  birləĢdirmək”  idi  ki,  bu  da 
real  həqiqətləri  əks  etdirmir  (Алиев  И.  Г.  Нагорный  Карабах:  история,  факты 
событие, Баку, 1989, c. 49). 
Ancaq  bu zaman  ermənilərin  əcdadlarının  bir  vaxtlar  uzaq Balkanlardakı 
Frakiyadan gəlməsi “unudulur”, bu ərazilərdə alloxtonluğu kimi uydurma yaranır. 
Qarabağ torpaqları heç cür Ermənistanın “əzəli” torpağı, tarixi ərazisi ola 
bilməzdi.  Bu  mifologiya  orta  əsr  erməni  müəlliflərinin  uydurmasıdır  və  indiyə 
qədər erməni tarixĢünaslığına daxil edilmiĢdir. 
“Qafqaz  Ermənistanı”  anlayıĢı  XX  əsrdə  meydana  çıxmıĢdır  ki,  bu  da 
Azərbaycan xanlıqları - Naxçıvan və Ġrəvanın torpaqlarında XX əsrin əvvəllərində 

qurulan  erməni  dövləti  idi  (Капанцян  Г.  А.  Xаяса  –  колыбель  армян.  Ереван 
1947;  Обегян  М.  История  древне  армянской  литературы.  Ереван,  1975; 
Парсамян  В.  А.  История  армянского  народа.  Ереван,  1972;  История  Армянского 
народа. Ереван, 1980). 
Beləliklə,  qaynaqların  Qarabağ  bölgəsinin  tayfalarının  alban  mənĢəli 
olması və bu ərazinin Albaniya dövlətinə məxsus olmasını təsdiq edir. 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ IV-VII 
ƏSRLƏRDƏ 
 
Qafqaz  Albaniyası  IV-VII  əsrlərdə  geniĢ  əraziyə  malik  idi.  O,  Ģimaldan 
Böyük Qafqaz dağlarına, cənubdan Kür və Araz çaylarına, Ģərqdən Xəzər dənizinə, 
qərbdən  Ġberiyaya  qədər  torpaqları  əhatə  edirdi.  Albaniya  dövlətində  11  tarixi 
vilayət yerləĢirdi. Bunlardan Uti (burada Albaniya dövlətinin paytaxtı və Albaniya 
katolikosluğunun iqamətgahı - Partav (indiki Bərdə) Ģəhəri olmuĢdur), Kambisena 
(Ġberiyaya  qədər  olan  sərhəddə),  Paytakaran,  yaxud  Kaspiana,  yaxud  Balasakan 
(Mil  və  Muğan  çölü),  Arsak  (indiki  Yuxarı  Qarabağ  və  Mil  düzünün  bir hissəsi), 
Sünik,  yaxud  Sisakan,  yaxud  Zəngəzur (cənubi  Arsak)  Qarabağ,  baĢqa  sözlə  Kür 
və Araz çayları arasında yerləĢirdi 
(Məmmədov T. M.. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2007, s. 43-
79). 
Yunan-Bizans,  Alban,  Gürcü,  erməni,  Suriya  və  Ərəb  mənbələrinin 
məlumatına  görə  erkən  orta  əsrlərdə  Albaniyanın  avtoxtonları  (yerli  əhalisi)  albanlar, 
utilər,  lipinalılar,  kaspilər,  çillələr,  qarqarlar,  leqlər,  girdmanlar,  savdeylər  olmuĢlar. 
Uti, Paytakaran və Arsakda əsəsən türk mənĢəli tayfalar - albanlar, utilər, qarqarlar və 
savdeylər,  həmçinin  gəlmə  tayfalar  maskutlar,  saklar,  gellər  və  ballar  yaĢayırdılar 
(Мамедов  Т.  М.  Кавказская  Албания  в  IV-VII  вв.,  Баку,  1993,  s.  178-179,  
Həsənov A. H. Çar skiflər (Çar skiflərin və digər oğuzların etno-dil eyniləĢdirilməsi) 
çarlığı. Bakı, Əbilov, Zeynalov və qardaĢları, 2005, 480 s.; Джафаров Г. Ф., Махмудов 
Ф.Р.  Итоги  работы  второго  отряда  Мил-Карабахской  археологической 
экспедиции // АЭИА (1985). Баку, Элм, 1986, с. 14-15.; Mahmudova H.R. Sibir skifləri 
və Azərbaycan (tarixi-arxeoloji tədqiqat), t.e.n. dis. avtoreferatı. Bakı, 2006; Халилов 
М.Дж. Протоскифы и их потомки в Карабахе // Ирс-Наследие. Международный 
Азербайджанский журнал, № 2-3(14-15), 2005. с.14-15.). 
Albaniyada  erkən  orta  əsrlərdə müxtəlif  cinsli  çoxsaylı  səslərdən tərtib  edilmiĢ 
xüsusi yazı var idi. Alban yazısı zəngin boğaz səsləri olan qarqar ləhcəsi əsasında yaradılmıĢdır 
(M. Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993). Alban əlifbası 52 iĢarədən ibarət idi. 
Bir çox dini kitablar qədim Suriya, Yunan, Pəhləvi dilindən Alban dilinə tərcümə 
edilmiĢdir  (M.Kalankatuklu.  Albaniya  tarixi,  k.  I,  f.  25;  Мамедов  Т.  М.  Кавказская 
Албания  в  IV-VII  вв..,  с.  100.)  Мənbələrdən  Alban  çarları  və  din  xadimlərinin 

yazıĢmaları  məlumdur.  Alban  dilində  yazıların  mövcudluğunu  sübut  edən  ədəbiyyat 
Alban  çarı  III  Vaçaqanın  “Qanunları”  və  M.  Kalankatuklunun  “Albaniya  tarixi”dir  (M. 
Kalankatuklu. Albaniya tarixi, Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, 
f. II). 
V əsrin əvvəllərində Albaniyanın mərkəzi - Bərdədə məktəb var idi. Burada 
çar  III  Vaçaqanın  əmri  ilə  xüsusi  məktəblər  açılmıĢ,  bütpərəst  uĢaqlara  yazı  və 
xristianlıq  ehkamları  öyrədilmiĢdir  (M.  Kalankatuklu.  Albaniya  tarixi,  k.l,  f.  25; 
Мамедов Т. М. Кавказская Албания в IV-VII вв. Баку, 1993, с. 100; Hacıyev Q. Ə. 
Bərdə Ģəhəri. Coğrafi, siyasi və mədəni tarixi. Bakı, 2008). 
Albaniyada,  о  cümlədən  Qarabağda  xristianlıq  IV  əsrin  əvvəllərindən  qəbul 
edilmiĢ, rəsmi dövlət dininə çevrilmiĢ, lakin geniĢ yayılmamıĢdır (M. Kalankatuklu. Albaniya 
tarixi. Bakı, 1993; Р. Б. Геюшeв. Христианство в Кавказской Албании. Баку, 1984). 
Albaniya  hökmdarı  CavanĢir  (616-681)  ölkəni  soyğunçu  basqınlardan 
qorumuĢdur.  O,  Albaniyada  təsərrüfatın,  sənətkarlığın,  mədəniyyətin  inkiĢafına  Ģərait 
yaratmıĢdır.  CavanĢir  Albaniyanın  mədəni  inkiĢafına  nail  olmuĢdur.  Həmçinin  onun 
tapĢırığı  ilə  M.  Kalankatuklu  “Albaniya  tarixi”ni  yazmıĢdır.  Habelə  Ģairlərin, 
memarların,  musiqiçilərin  yaradıcılığına  diqqət  yetirmiĢdir.  Qarabağ  bölgəsinin  qədim 
Ģəhəri Bərdə Albaniyanın mühüm mədəniyyət mərkəzinə çevrilmiĢdir (Hacıyev Q. Ə. 
Bərdə Ģəhəri. Coğrafi, siyasi və mədəni tarixi. Bakı, 2008). 
 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ VIII-XVII 
ƏSRLƏRDƏ 
 
VIII  əsrin  baĢlanğıcında  Albaniya  uğrunda  gedən  müharibələr  nəticəsində 
Bizansın Cənubi Qafqazda mövqeyini zəiflətdi. Əbdülməlik (685-705) Xilafət ərazisində 
sürətlə iqtisadi və hərbi islahatlar keçirməklə hakimiyyətini möhkəmləndirdi. Xilafət 
üçün  iqtisadi  və  strateji  cəhətdən  əhəmiyyətli  olan  Albaniyada  “qayda-qanun” 
yaratmağa  baĢladı  (Əl-Kufi.  Kitab  əl-fütuh  (Fəthlər  kitabı).  Bakı,  1995,  s.  41;  N. 
M.Vəlixanlı.  Ərəb  Xilafəti  və  Azərbaycan.  Bakı,  1993,  s.  58).  Alban  hökmdarını 
hakimiyyətdən  kənarlaĢdırdı.  Xilafətin  Ģimal  ərazilərini  idarə  etmək  üçün  Bərdəni  ərəb 
caniĢinlərinin iqamətgahına çevirdi (N. M.Vəlixanlı. Ərəb
 
Xilafəti və Azərbaycan. Bakı, 
1993; Hacıyev Q. Ə. Bərdə Ģəhərinin tarixi (b. e. ə. III - b. e. XVIII əsri), Bakı, 2000). 
VIII əsrdən etibarən Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da yeni 
dövr baĢlandı. Albaniyada təĢəkkül tapan Ġslam dini yeni bir mərhələnin baĢlanğıcını qoydu 
(Qarabağ: suallar və faktlar, Bakı, 2005). 
VIII  –  IX  əsrlərdə  Qarabağ  nəhəng  sənətkarlıq  və  ticarət  mərkəzi  kimi 
tanındı.  Ticarət  Xilafət  üçün  böyük  gəlir  mənbəyinə  çevrildi.  Qarabağın  yüksək 
tərəqqiyə
 
malik olduğu dövrdə (IX əsr – X əsrin əvvəlləri) Ģimal ölkələri ilə Xəzər-
Volqa,  Dnepr,  Don  vasitəsilə  geniĢ
 
ticarət  əlaqəsi  var  idi  (Masudi.
 
Murude  az-

zaxab  s.  29  –  78;  Ġbn  Xaukal.  Mudcam  al-buldan  s.  23).  Dünyanın  bir  çox 
ölkələrindən,  xüsusilə  Avropa  və  ġərq  ölkələrinin  bir  çox  Ģəhərlərindən  Bərdəyə 
ticarət  karvanları  gəlirdi.  Bərdənin  ticarətinin  əsas  dayaq  nöqtələri  onun  məĢhur 
bazarları  beynəlxalq  ticarət  həyatında  mühüm  rol  oynamaqla  bərabər,  Ģəhərlərin, 
həmçinin  bölgənin,  inkiĢafında  xüsusi  rol  oynayırdı  (Q.  Ə.  Hacıyev.  Bərdə 
Ģəhərinin tarixi (b. e. ə. III əsr – b. e. XVIII əsri). Bakı, 2000, 320 s.).
 
Ərəb  xilafəti  parçalandıqdan  sonra  Qarabağ  ərazisində  (Yuxarı 
Qarabağda)  Sünik  və  Arsax-Xaçın  knyazlıqları  yarandı.  Xaçın  knyazlığı  dövrün 
narrativ və epiqrafik abidələrində “Albaniya hökmdarı” Mehranilər soyuna mənsub 
olan  Həsən  Cəlalın  dövründə  (1215  –  1261)  yüksək  inkiĢaf  mərhələsinə  çatdı. 
Alban memarlığının  ən mühüm əsərlərindən olan Gəncəsər (Qanzasar) məbədi də 
onun zamanında tikildi. 
Qarabağ  XII  əsrin  birinci  rübündən  Azərbaycan  Atabəyləri  dövlətinin 
tərkibinə  daxil  idi  (Mxitar  QoĢ.  Alban  salnaməsi.  Bakı,  Elm,  1993,  s..250; 
Bünyadov Z. M. Azərbaycan Atabəyləri dövləti (1136 – 1225-ci illər), Bakı, 1984, 
s.  15).  Belə  ki,  1136-cı  ildə  Səlcuq  sultanı  Məsud  Aranı  iqta  kimi  atabəy 
ġəmsəddin Eldənizə bağıĢlamıĢdı. Ġqamətgahı Qarabağda yerləĢən Eldəgiz, tezliklə 
yerli  əmirləri  öz  tərəfinə  çəkdi,  sultan  xidmət  asılılığından  çıxdı,  tədricən  bütün 
Azərbaycana  yiyələndi  (Mxitar  QoĢ.  Alban  salnaməsi.  Bakı,  1993,  s.  250;  Ал-
Хусайни. Ахбар ад-даулат ас-Селдьукиййа (Зубдат ат-таварих). Перевод З. М. 
Бунядова. М., 1980, с. 144). 
Qarabağ  XIII  əsrin  əvvəllərində  monqolların hücumu zamanı xeyli  zərər 
çəkmiĢdir,  Ģəhərləri  dağıdılmıĢ,  əhalisi  qırğına  məruz  qalmıĢdır  (Fazlullax  RaĢid 
ad-Din. Göstərilən əsəri, s. 28; Киракос Ганзакетси. История, с. 167; Azərbaycan 
tarixi üzrə qaynaqlar, s. 137 – 145). 
1259-cu  ildə  Hülakü  xanın  əmri  ilə  monqol  ordusu  Arqunun  baĢçılığı 
altında Qarabağı tutub Hülaküləri itaətə məcbur etmiĢdir (Fazlullax RaĢid ad-Din. 
Göstərilən  əsəri;  Пириев    В.  З.  Об  исторической  географии,...  с.  69;  Gəncə 
(tarixi oçerk), s. 22). 
XIV əsrin əvvəllərindən etibarən Azərbaycan uzun müddət Qızıl Orda ilə 
Hülakülər arasında döyüĢ meydanı olmuĢdur (Piriyev V. Z. Azərbaycan Hülakülər 
dövlətinin tənəzzülü dövründə. Bakı, Elm, 1978, 160 s.). 
XIV  əsrin  sonlarında  Qarsı,  Tiflisi,  ġəkini  fəth  etmiĢ  Teymur  Qarabağa 
daxil  oldu.  Qarabağın  da  tərkibinə  daxil  olduğu  Cəlairlər  dövləti  Teymurun 
hücumları  nəticəsində  süquta  uğradı.  XV  əsrdə  Qarabağ  Teymurilərlə 
qaraqoyunluların  müharibə  meydanına  çevrildi.  1408-ci  ildə  Azərbaycanda 
Teymurilərin  hakimiyyətinə  son  qoyuldu.  1410-cu  ildə  Qaraqoyunlu  Azərbaycan 
dövləti
 
yarandı.  Onun  tərkibinə  Qarabağ,  Cənubi  Azərbaycan,  Ərəb  Ġraqı  daxil 
oldu  (Mahmudov  Y.  M.
 
Osmanlı  Türkiyəsinin  xarici  siyasəti  və  Ağqoyunlu-
Venesiya münasibətləri. Bakı, 1970). 

1410-cu ildən etibarən Qarabağ da daxil olmaqla Kürdən cənuba yerləĢən 
Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı. 
1467-ci  ildə  Qaraqoyunlular  və  Ağqoyunlular  arasında  baĢ  vermiĢ 
döyüĢdən  sonra  Qaraqoyunlu  dövləti  süqut  etdi  və  Ağqoyunlu  dövlətinin  əsası 
qoyuldu. Ağqoyunlu tayfa birliyi hələ erkən orta əsrlərin baĢlanğıcından, bəlkə də 
əvvəl  Cənubi  Qafqazda,  baĢlıca  olaraq  Qafqaz  dağları  ilə  Araz  çayı  arasındakı 
ərazidə,  o  cümlədən  Qarabağda,  Göyçə  gölü  ətrafındakı  torpaqlarda,  Alagöz 
yaylaqlarında  və  baĢqa  yerlərdə  yaĢayırdılar.  Ağqoyunluların  ön  dəstələri 
Azərbaycanın Cənub rayonları, ġərqi Anadolu, Qərbi Ġran, Dəclə və Fərat vadiləri 
də daxil olmaqla çox geniĢ ərazidə yayılmıĢdı. 
XV  əsrdə  Qarabağın  hakimi  olmuĢ  əmir  Yar  Əhməd  Qaraman  1496-cı 
ildə  Azərbaycana  hücum  etdi  və  hakimiyyəti  ələ  aldı  (Фазлуллах  ибн  Рузбихан 
Xундьи. Тарих-и алам-ара-и амини. Пер. с англ. На русский Т. А. Минорской. 
Баку, Элм, 172 с, с. 24; Петрушевский И. П. Очерки по истории феодальных 
отношений в Азербайджане и.., Л., Наука, 1949, 382 с., с. 163). Hüseynəli Tərxan 
Yar  Əhmədi  padĢah  elan  etdi  və  onun  adına  pul  kəsdirdi.  Həmin  pullar  Bərdədə  kəsilirdi 
(Пахомов Е.А. Монетные клады Азербайджана и других республик, краев и областей 
Кавказа, вып. Ы. Баку, Изд. АН Азерб. ССР, 1957, с. 34-95, с. 28). 
XVI  əsrin  baĢlanğıcında  (1501-ci  ildə)  I  ġah  Ġsmayılın  baĢçılığı  altında  olan 
Azərbaycan  Səfəvilər  dövləti  yaranmıĢ  və  Azərbaycan  əraziləri  bu  dövlət  ətrafında 
birləĢdirilmiĢdi
 
(Mahmudov Y. M. Azərbaycan diplomatiyası (XV-XVII yüzilliklər). 
Bakı,  1996;  Əfəndiyev  O.  Ə.  Azərbaycan  Səfəvilər  dövləti,  s.  33;  Fərzəliyev  ġ.  F. 
Azərbaycan  XV-XVI  əsrlərdə,  s.  113;  Onullahi  S.  M.  XIII  -  XVIII  əsrlərdə  Təbriz 
Ģəhərinin tarixi; Жюзe. Выдержки переводов по Азербайджану, с. 26).
 
XVI əsrin sonlarında Osmanlı sullanı III Muradın (1574-1594) vaxtında 1578-ci 
ildə  Mustafa  paĢa  Azərbaycanı  tutarkən  Fərhad  paĢa  Gürcüstandan  keçərək  Qarabağa 
daxil  olmuĢ,  Osmanlı  hərbi  hissələrini  burada  yerləĢdirmiĢdir  (Mahmudov  Y.  M. 
Azərbaycan  diplomatiyası  (XV-XVII  yüzilliklər).  Bakı,  1996;  Əfəndiyev  O.  Ə. 
Azərbaycan Səfəvilər dövləti, s. 178). 
Qarabağ bəylərbəyiliyinin tərkibinə XVII əsrdən XVIII əsrin əvvəlinə qədər 
aĢağıdakı rayonlar daxil idi: Astabad, CavanĢir, BərgüĢad, Qazax, ġəmĢədil (Gəncə-
Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı, 2000, 576 s.). 
Beləliklə,  Qarabağ  əvvəllərdə  olduğu  kimi  VIII-XVII  əsrlərdə  də 
Azərbaycanın  ayrılmaz  hissəsi  olmuĢ,  Xilafətdən  sonra  yaranmıĢ  Sacilər,  Salarilər, 
ġəddadilər,  Eldəgəzlər,  Elxanilər  (Hülakülər),  Qaraqoyunlular,  Ağqoyunlular, 
Səfəvilər,  Osmanlılar  kimi  türk  hakimlərin  idarə  etdikləri  dövlətlərin  tərkibində 
olmuĢdur. Qarabağ əhalisinin əsas, aparıcı hissəsini türk tayfaları təĢkil etmiĢdir. 
 
 
 

QARABAĞ XVIII ƏSRDƏ 
 
XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi Qacarlar, Rusiya və Osmanlı 
imperiyaları  arasında  gedən  müharibələrin  mərkəzində  idi.  Səfəvilər  dövlətinin 
zəifləməsindən  istifadə  edən  Rusiya  ciddi  “Qafqaz  siyasəti”  yeridirdi.  I  Pyotrun 
Azərbaycan  neftinə  və  geostrateji  mövqeyinə  olan  marağı  Türkiyə  ilə  münaqiĢəyə 
gətirib  çıxardı.  Bu  münaqiĢələr  yerli  xalqa  ağır  zülm  və  bəlalar  verdi  (Ġsgəndər  bəy 
MünĢi. Tarix-i aləm aray-i Abbasi. AMEATĠEA, inv. № 934, 49 s; Мустафазаде Т. Т. 
Азербайджан  и  Русско-Турецкие  отношения  в  первой  трети  XVIII в.  Баку,  1993,  
240 с). 
Səfəvilər  dövlətinin  hərbi  qüdrətində  rolu  olan  Nadir  xan  ƏfĢar  Səfəvilər 
sülaləsinin  hakimiyyətinə  son  qoydu,  keçmiĢdə  Səfəvi  dövlətinin  tərkibinə  daxil 
olmuĢ əraziləri öz hakimiyyəti altına keçirmək üçün xeyli mübarizə apardı və buna nail 
oldu  (Мустафазаде  Т.  Т.  Азербайджан  и  Русско-Турецкие  отношения  в  первой 
трети XVIII в. Баку, 1993, с. 193-195). 
Nadir Ģah öldükdən sonra (1747-ci il) onun yaratmıĢ olduğu nəhəng imperiya 
müstəqil feodal xanlıqlara parçalandı (Бакиханов А. К. Гюлистани Ирам. Баку, 1991, 
с. 154). Azərbaycan ərazisində 20 xanlıq 7 sultanlıqdan ibarət feodal qurumlar yarandı. Bu 
xanlıqlardan  biri  Kür  və  Araz  çayları  arasında  böyük  əraziyə  malik  olan  Qarabağ 
xanlığı oldu. 
Qarabağ  xanlığının  əsasını  CavanĢirlər  sülaləsinin  Sarıcalı  oymağından  olan 
Pənah Əli xan qoydu (Mirzə Adıgözəl bəy. Qarabağnamə. Qarabağnamələr, birinci kitab, 
Bakı, 1989, s. 6-102; Axundov N. Qarabağ salnamələri, Bakı, 1989, s.36). 
Həmin dövrdən etibarən ermənilər Azərbaycan torpaqlarında “erməni dövləti” 
yaratmaq üçün müxtəlif layihələr iĢləyib hazırlayır və  bu layihələri reallaĢdırmaqdan 
ötrü  Rusiya  hakimiyyət  orqanlarına  təqdim  edirdilər.  Bu  məsələnin  ermənilərin 
xeyrinə  həlli  üçün  Rusiyaya  böyük  ümid  bəsləyirdilər.  (Nəcəfli  G.  C.  XVIII  əsrdə 
Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. Bakı 2007, 246 s.) 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ XIX - XX 
ƏSRLƏRDƏ 
 
XVIII  əsrdən  Qafqazı,  о  cümlədən  Cənubi  Qafqazı    ələ  keçirmək  üçün 
geniĢ hərbi fəaliyyətə baĢlayan Rusiya XIX əsrin birinci yarısında buna nail oldu. 
1805-ci ildə  Qarabağ  xanı ilə  Rus  imperatoru  arasında  “Kürəkçay” traktatı 
imzalandı (Трактат между
 
Карабахским ханом и Российской империей о переходе 
ханства под власть России от 14 мая 1805 года). Belə ki, iki yüz ildən artıq bir 
müddətdə
 
müstəqil  Azərbaycan  dövlətinin  qurulmasına  imkan  verilmədi.  11 
maddədən  ibarət  “Andlı  öhdəlik”  adlanan  bu
 
traktat  ilə  Qarabağ  xanlığı
 
Rusiya 

himayəsinə  qəbul  edildi  (Карабах:  Кюракчайский  договор-200,  Баку,  2005,  176 
с). 
“Kürəkçay”ın  (1805-ci  il)  ardınca  Rusiya  ilə  Ġran  (Qacarlar)  arasında 
bağlanan “Gülüstan” (1813-cü il) və “Türkmənçay” (1828-ci il) müqaviləsindən sonra 
Qarabağda  erməniləĢdirmə  prosesi  baĢlandı.  Rusiya  dövləti  Qarabağa  ermənilərin 
köçürməsinə hər  vasitə ilə  səy  göstərir,  hər  cür  Ģərait  yaradırdı  (Umudlu  V.  U.  ġimali 
Azərbaycanın  çar  Rusiyası  tərəfindən  iĢğalı  və  müstəmləkəçilik  əleyhinə  mübarizə 
(1801-1828), Bakı, 2004, 180 s.). 
1822-ci ildə Qarabağ xanlığı ləğv olundu. Onun yerinə eyni adlı əyalət yarandı. 
Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhətdən müstəmləkəçilik siyasəti 
gücləndi. 
Qeyd  etmək  lazımdır  ki,  Rusiya  Qafqazı  öz  təsiri  altında  saxlamaqla  iqtisadi 
maraqlarını  təmin  etmək  üçün  Rusiya  höküməti  öz  nüfuz  dairəsinə  daxil  etdiyi 
bölgələrdə  imperiyanın  siyasi  təsir  gücünü  göstərirdi.  XIX  əsrin  əvvəllərində 
Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və Ġranla (Qacarlarla) apardığı 
müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. Qarabağ da Rusiya 
imperiyasının tərkibinə keçdi. Rus hökuməti Ġran və Türkiyədən bu ərazilərə 200 mindən 
artıq  erməni  köçürdü.  Rəsmi  sənədlərə  görə  bu  ermənilər  Ġrandan  və  Türkiyədən 
köçürülmüĢdür  (Описание  переселения  армиян  азербижанских  в  пределы  
Росии. Москва, 1831). 
Rəsmi  və  tarixi  sənədlərdə  (1828-1830-cu  illərdə)  Ġrandan  40  min  nəfər, 
Osmanlı  Türkiyəsi  ərazisindən  isə  84  min  nəfər  erməninin  Azərbaycan  ərazisinə 
köçürüldüyü bildirilir. Həmin dövrdə rus ordusunun köməyi ilə Qarabağın müsəlman-
türk  kəndləri  boĢaldılır,  boĢaldılan  kəndlərə  erməni  ailələri  yerləĢdirilirdi.  Qafqaza 
köçürülmüĢ  erməninin  hesabına  demoqrafik  quruluĢ  dəyiĢdirildi,  süni  surətdə 
ermənilərin  yerli  türk-müsəlman  əhalisindən  sayca  üstünlüyü  təmin  edildi 
(Описание  Кавказкиe  провинции  (составленное  в  1823  году  по  распораъению 
главноупралящего в Грузии Ермолова), Тбилиси УНК, 1866, Баку, 2003). 
Qarabağda  1832-ci  ildə  keçirilmiĢ  kameral  sayımının  nəticələri  göstərir  ki, 
burada  ermənilərin  sayı  34,8  faizə  çatdırılmıĢ,  türk-müsəlman əhalinin sayı isə 64,8  faizə 
enmiĢdir  (ġükürov  K.  K.  Azərbaycan  əhalisi:  öyrənilməsi  tarixi  və  qaynaqları.  Bakı, 
Elm, 2004, 974 s.). 
Beləliklə, Rusiya Cənubi Qafqazdakı kaloniya siyasətini həyata keçirmək üçün 
özünə dayaq məntəqəsi yaratdı. Bu siyasətdən yararlanan ermənilər heç vaxt
 
olmadıqları 
bir ərazidə erməni dövləti yaratdılar. Bununla da Azərbaycanın Qarabağ bölgəsi münaqiĢə 
yuvasına çevrildi. 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə