~ 1 ~
ŞAHBAZ MURADOV, ÇİNGİZ BAXIŞ
AZƏRBAYCAN RESPUBLİKASINDA
ETNO-DEMOQRAFİK PROSESLƏR:
tarixi dəyişikliklər və reallıqlar
BAKI - 2013
~ 2 ~
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Redaktoru:
i.e.n. A.Q.GÖZƏLOVA
Rəyçilər:
t.e.d. A.H.BALAYEV
i.e.n. R.C.ƏFƏNDİYEV
Muradov Ş.M., Baxış Ç.Ə. Azərbaycan Respublikasında
etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar.
Bakı, 2013, 135 səh.
Kitabda XIX yüzillikdən başlamış indiyə qədərki bir dövrdə
Azərbaycan Respublikası ərazisində əhalinin milli tərkibinin for-
malaşması prosesi araşdırılmışdır. Bu prosesin etnik və demoqrafik
xüsusiyyətlərinin, baş vermə səbəblərinin dolğun şəkildə üzə çıxarı-
lması və dəyərləndirilməsi məqsədilə Azərbaycanda baş verən
taleyüklü tarixi-siyasi hadisələrin və sosial-iqtisadi dəyişikliklərin
təsirlərinin öyrənilməsinə geniş yer verilmişdir. Əsərdə indiyə qədər
Azərbaycanda keçirilən bütün əhali sayımlarının və bir sıra başqa
mənbələrin etno-statistik məlumatlarından geniş istifadə edilmişdir.
Kitab təkcə mütəxəssislər üçün deyil (demoqraflar, politoloqlar,
iqtisadçılar, etnoqraflar, sosioloqlar, tarixçilər), həm də geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuşdur.
~ 3 ~
MÜNDƏRİCAT:
Giriş.......................................................................................4
1.
Azərbaycan Respublikası əhalisinin sayının dinami-
kası və ona təsir edən amillər........................................8
2.
Əhalinin etnik tərkibinin formalaşması: xüsusiyyətlə-
ri, dəyişməsi meylləri və reallıqlar.............................47
~ 4 ~
Giriş
Dünyanın demoqrafik problemlərinin araşdırılması get-
gedə daha böyük önəm kəsb etməkdədir. Belə ki, iqtisadi,
ekoloji və xüsusilə də siyasi sahədə baş verən bir sıra
qlobal problemlərin yaranmasında demoqrafik faktorun
böyük rolu olduğu üzə çıxır. Təkcə onu demək kifayətdir
ki, qüdrətli iqtisadiyyatı ilə fərqlənən və buna görə də
siyasi nüfuzuna görə dünyanın aparıcı dövlətlərinə çevrilən
ölkələrin belə bir səviyyəyə yüksəlməsində demoqrafik
faktor başlıca rol oynamışdır. Daha doğrusu, əhalisinin
sayına görə dünyanın iri dövlətləri öz iqtisadi və hərbi
potensiallarını artırmaq baxımından kiçik dövlətlərlə müqa-
yisədə olduqca böyük imkanlara malik olmuşlar. Bunun
bariz örnəyi, əhalisinin sayına görə dünyanın iki ən nəhəng
dövləti olan Çin və Hindistandır: hazırda ümummilli daxili
məhsulun həcminə görə Cin ikinci, Hindistan isə onuncu
ölkə olmuşdur
1
. Halbuki bu nəhənglər adam başına düşən
milli gəlirin səviyyəsinə görə dünyanın əksər ölkələrindən
geri qalırlar. Digər tərəfdən ölkələrin sosial-iqtisadi durumu
və inkişaf perspektivləri demoqrafik proseslərin gedişatın-
dan və xarakterindən asılı olaraq böyük dəyişikliklərə
uğraya bilər. Hazırda məlum olduğu kimi bəzi ölkələr
əhalinin təbii azalması problemi ilə üz-üzə qaldığı halda,
1
http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)
~ 5 ~
Afrika ölkələrinin əksəriyyəti əhalinin yüksək təbii artımı
üzündən səfalətə uğramaqdadırlar.
Təəssüflə qeyd etmək lazımdır ki, son yüzilliklərdə baş
verən lokal münaqişələrin, hətta dünya müharibələrinə
gətirib çıxaran siyasi qarşıdurmaların yaranmasında da
demoqrafik faktorun olduqca böyük rolu olmuşdur. Tarixi
faktlar göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər
arasında məhz, böyük demoqrafik potensiala malik olan
dövlətlər və ya millətlər başqa ölkələrə qarşı iddialı və
aqressiv olmuş, hətta dünya ağalığına cəhd etmişlər (İkinci
Dünya Müharibəsi ərəfəsində dünya əhalisinin hər 25
nəfərindən biri alman idi). Xüsusilə qeyd etmək lazımdır
ki, milli dirçəliş və azadlıq əsri kimi qəbul edilmiş 20-ci
yüzillikdə və hal-hazırki dövrdə gedən demoqrafik proses-
lərin etnik aspektlərinin öyrənilməsi daha böyük önəm
daşıyır. Daha doğrusu, hal-hazırda etno-demoqrafik proses-
lərin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə
ki, dünyada baş verən lokal münaqişələrin böyük əksəriy-
yətinin təməlində məhz, etnik faktorun olduğu görünür.
Əsasən etnodemoqrafik proseslərin intensivliyi və xarak-
terindən asılı olaraq etnik münaqişələrin, o cümlədən etnik
separatizmin vüsət almasına əlverişli şərait yaranır. Məsə-
lən, hər hansı bir bölgədə etnodemoqrafik durumun bu və
ya digər millətin xeyrinə dəyişməsi mövcud sosial-siyasi
durumun etnik təməllərini sarsıdaraq millətlərarası müna-
sibətlərin pozulmasına və sonda milli düşmənçiliyə yol aça
~ 6 ~
bilər. Ən başlıcası isə odur ki, bölgənin etnodemoqrafik
durumu bir çox hallarda hakim siyasi qüvvənin strateji
maraqlarına uyğun olaraq süni yollarla dəyişdirilir. Başqa
sözlə bölgənin əhalisinə qarşı bəlli bir etnodemoqrafik siya-
sət aparılır. Bəzən bu siyasət deportasiya və soyqırım kimi
anti-humanist, zoraki üsullarla aparılmış və birdən-birə
əhalinin etnik siması kökündən dəyişdirilmişdir. Ancaq
İkinci Dünya Müharibəsindən sonra dünyada gedən siyasi
proseslərin nəticəsi olaraq belə üsullarin tədbiqi kəskin
şəkildə azalmış və yerini üstüörtülü, maskalanmış üsullara
vermişdir.
Azərbaycan 200 yüz ilə yaxındır ki, məhz, bu tip etno-
demoqrafik siyasətlərin hədəfindədir. Bunun nəticəsi olaraq
Azərbaycan bir çox tarixi-etnik ərazilərini deyure itirmiş və
20 ildir ki, Qarabağın ermənilər tərəfindən işğalına məruz
qalmışdır. Elə buna görə də Azərbaycanda etnodemoqrafik
proseslərin öyrənilməsi olduqca aktualdır. Bizim fikri-
mizcə, əsrlər boyu Azərbaycanın yerli əhalisinə qarşı apa-
rılan qərəzli etnodemoqrafik siyasətin iç üzü açılmadan,
incəlikləri üzə çıxarılmadan Qarabağ probleminin yaran-
ması köklərinin və səbəblərinin tam, dolğun şəkildə orta-
lığa çıxarılması mümkün deyil. Unutmaq olmaz ki, Ermə-
nistan siyasilərinin və erməni lobbisinin Azərbaycana qarşı
apardıqları informasiya müharibəsində istifadə etdikləri ən
başlıca arqumentlərdən biri etnodemoqrafik faktordur. Bir
sözlə, erməni saxtakarlıqlarının ifşa edilməsi və Azərbay-
~ 7 ~
canın diplomatiyasında gərəkli uğurların əldə edilməsi
üçün Azərbaycanda etnodemoqrafik proseslərin daha
dərindən öyrənilməsinə böyük ehtiyac vardır. Eyni zaman-
da Azərbaycanda milli azlıqların və etnik qrupların sosial-
iqtisadi, milli-mədəni inkişafını təmin etmək, millətlərarası
münasibətləri tənzimləmək və onların bir-biri ilə harmonik
bağlılığına nail olmaq üçün etnodemoqrafik tədqiqatların
aparılması olduqca vacibdir.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq, biz təqdim
etdiyimiz bu əsərdə 19-cu yüzilliyin sonlarından başlamış
bugünə qədərki müddəti əhatə edən dövrdə Azərbaycan
Respublikasının etnodemoqrafik inkişafında baş verən
önəmli dəyişiklikləri və hadisələri sosial-iqtisadi və etno-
siyasi baxımdan araşdıraraq baş vermə səbəblərini və
onlara təsir edən amilləri üzə çıxarmağı qarşımıza məqsəd
qoymuşuq.
~ 8 ~
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası
və ona təsir edən amillər
2012-ci ilin yanvar ayına olan rəsmi məlumata görə,
Azərbaycan əhalisinin sayı 9.235 min nəfər olmuşdur.
2009-cu ilin aprelin 13-də keçirilmiş əhali sayımının rəsmi
məlumatlarına görə isə Azərbaycan Respublikasında
8.922,3 min nəfər əhalinin yaşadığı təsbit edilmişdir. Hal-
hazırda əhalisinin sayına görə Azərbaycan Respublikası
Avropanın 19-cu ölkəsi olmuşdur. 2009-cu ildə 1989-cu ilə
nisbətən Azərbaycanın əhalisi 1.901,1 min nəfər və ya
27,1% artmışdır. Orta illik artım 95,1 min nəfər və ya 1,2%
təşkil etmişdir. Azərbaycan Respublikasının demoqrafik
inkişafı son 110 ildən artıq bir dövrdə gedən sosial-iqtisadi
və siyasi proseslərin xarakterindən asılı olaraq güclü
dəyişikliklərə məruz qalmışdır. Bu dövrdə Azərbaycanın
etno-demoqrafik durumu da intensiv olaraq böyük dəyişik-
liklərə uğramışdır.
Azərbaycanda əhalinin sayı və tərkibinin müəyyən
edilməsinə qədim zamanlardan təşəbbüs göstərilmiş və
bəzən onun qeydiyyata (uçota) alınmasına da cəhd
edilmişdir. Əhalinin qeydiyyata alınması 18-ci əsrdə daha
ardıcıl və geniş miqyas almağa başladı. Bu dövrdə
dünyanın inkişaf etmiş bir sıra ölkələrində əhalinin demoq-
rafik baxımdan öyrənilməsinə maraq daha da gücləndi.
Nəhayət, 1790-cı ildə ABŞ-da, 1800-ci ildə İsveç və
Finlandiyada, 1801-ci ildə İngiltərə, Danimarka, Norveç və
~ 9 ~
Fransada indiki standartlara uyğun gələn ilk əhali
sayımları (əhalinin siyahıya alınması; bax: Qeyd)
keçirildi
2
. Bu da öz növbəsində demoqrafiyanın daha
mükəmməl bir elm kimi formalaşmasına və inkişafına
təkan verdi. Belə ki, demoqrafik araşdırmaların aparılması
üçün əhali haqqında vacib olan fundamental statistik
məlumatlar, məhz əhali sayımları nəticəsində əldə edilmiş
məlumatlardan ibarətdir.
2
Демографический энциклопедический словарь, Москва, «Совет-
ская энциклоредия», 1985, ст.321.
Qeyd: Əsərdə “əhali sayımı” termini ədəbi dilimizdə geniş yer almış
“əhalinin siyahıya alınması” termininin əvəzinə işlənilmişdir. Belə ki,
“əhalinin siyahıya alınması” termini rus dilində işlədilən “perepis
naseleniya” termininin uğursuz hərfi tərcüməsi nəticəsində əmələ
gəlmişdir. Rus dilindəki “perepis” kəlməsi yenidən yazmaq mənasını
daşıyan “perepisat” felindən yaranmışdır. Rusiyada bir neçə yüz il
öncə formalaşmış bu termin o dövrdə vergi nəzarəti məqsədilə əha-
linin uçota alınması mənasını daşıyirdı. O dövrdən miras qalmış
“perepis naseleniya” termini müasir rus dilində demoqrafik bir termin
kimi qəbul edilmiş və heç də əhalinin siyahıya alınması mənasını
daşımır. Bilindiyi kimi “əhalinin siyahıya alınması” anonim aparılır və
son məqsəd bəlli bir təqvim günündə əhalinin sayı haqqında ayrı-ayrı
aspektlərdə (məsələn, yaşayış məntəqələrinə, yaşına və cinsinə,
milliyətinə, ana dilinə, təhsilinə və s. görə) məlumat toplamaqdır.
Toplanılan məlumatlar statistik rəqəmlər halına gətirildikdən sonra
“siyahıya alma” vərəqələri ləğv edilir. Onu da xatırladaq ki, Avropa
dillərinin əksəriyyətində hərfi tərcüməsi, məhz əhalinin sayılması
mənasını daşıyan termındən istifadə edilir. Bizim fikrimizcə “əhalinin
sayımı” daha yığcam və anlamlı olmaqla ədəbi dılımızdə əhalinin
doğumu, ölümü, artımı kimi demoqrafik terminlərlə yanaşı işlədilməsi
daha məqsədəuyğundur.
~ 10 ~
Azərbaycan Respublikası ərazisində ilk əhali sayımı
1897-ci ildə keçirilmişdir. Daha doğrusu 1897-ci ildə Rusi-
ya imperiyası hökümətinin keçirmiş olduğu ilk Ümumrusi-
ya əhali sayımı Azərbaycan Respublikası ərazisini də əhatə
edirdi. Belə ki, 19-cu əsrin əvvəllərində Şimali Azərbaycan,
yəni hazırki Azərbaycan Respublikasının ərazisi Rusiyanın
işğalına məruz qalmış və onun inzibati ərazi vahidlərinə
çevrilmişdi. Azərbaycanın tarixində əhali haqqında ilk
dolğun demoqrafik qaynaq, məhz 1897-ci il əhali sayımı
materiallarından ibarətdir. Ona görə də biz bu əsərdə
Azərbaycanın demoqrafik inkişafının 1897-ci ili başlanğıc
nöqtəsi kimi qəbul edərək öyrənilməsini daha məqsədəuy-
ğun hesab etmişik. Ancaq qısa da olsa 1897-ci ilə qədərki
dövrdə Azərbaycanın (Azərbaycan Respublikasının indiki
ərazisi) əhalisinin sayında baş verən dəyişiklikləri gözdən
keçirək.
Şimali Azərbaycanın ərazisi 1828-ci ildə Qacarlar
dövləti ilə Rusiya arasında bağlanan Türkmənçay müqa-
viləsi əsasında tamamilə Rusiya imperiyasının hakimiyyəti
altına keçdi. 1801-ci ildən başlayaraq 1828-ci ilə qədər
faciələrlə davam edən Rusiyanın Azərbaycana qarşı apar-
dığı işğalçı müharibələr şübhəsiz ki, Azərbaycanın yerli
əhalisinin böyük itkilərə uğramasına səbəb olmuşdu. Digər
tərəfdən müqavilə bağlanan andan Şimali Azərbaycan
ərazisi etnik və dini mənsubiyyət əsasında iri miqyaslı əhali
yerdəyişmələrinə məruz qalmışdır. Əlbəttə ki, bütün bunlar
~ 11 ~
Azərbaycanda əhalinin sayının dinamikasına güclü təsir
göstərmişdir. Ancaq təəssüf ki, həmin illərə aid əhalinin
sayı haqqında rəsmi statistik məlumatlar olmadığına görə
əhalinin sayının dinamikası haqqında dolğun fikir söylə-
mək mümkün deyildir. Sovet tarixi mənbələrinə görə Azər-
baycanın əhalisinin sayı haqqında ilk rəsmi statistik
məlumat 1863-cü ilə aiddir. Belə ki, 1863-cü il yanvarın
biri üçün verilən məlumata görə Azərbaycanın əhalisi 1.190
min nəfər olmuşdur. 1886-cı ilin rəsmi statistikasına görə
isə Azərbaycanda artıq 1.600 min nəfər əhalinin yaşadığı
təsbit edilmişdir
3
. Nəhayət 11 il sonra fevralın 9-da (o
zamanki təqvimə görə yanvarın 28-də) keçirilən əhali
sayımına görə Azərbaycanda 1.806,7 min nəfər əhali
yaşamışdır. Bu rəqəmlər əsasında 1863-1897-ci illəri əhatə
edən dövr ərzində Azərbaycan əhalisinin sayının dina-
mikasına dair apardığımız araşdırmalar göstərir ki, 1863-
1886-cı illərdə Azərbaycanda əhalinin sayı daha yüksək
templərlə artmışdır. Belə ki, bu 23 il ərzində əhalinin
sayının orta illik artımı 1,52% təşkil etmişdir. Halbuki
sonraki 11 ili əhatə edən 1886-1897-ci illərdə orta illik
artım tempi 1,12% olmuşdur. Bizcə bu fərq heç də təbii
artımdakı fərqlərlə deyil, miqrasiya proseslərindəki
fərqlərlə izah edilə bilər. Belə ki, məhz 1863-1886-cı illəri
əhatə edən dövrdə Rusiya və Osmanlı dövləti arasında
3
Демографический энциклопедический словарь, Москва, «Совет-
ская энциклоредия», 1985, ст.12.
~ 12 ~
sonuncunun ərazi itkiləri ilə sonlanan bir neçə dəfə
müharibə olmuş və hər dəfə bu müharibələrdən sonra
cənubi Qafqaza, o cümlədən Azərbaycana Osmanlı dövlə-
tinin torpaqlarından erməni əhalisi köçürülmüşdür.
1897-ci ildən sonraki 114 ili əhatə edən dövrdə Azər-
baycan Respublikasının əhalisinin sayı bu dövrdə gedən
tarixi, sosial-iqtisadi və siyasi proseslərin gedişatından və
xarakterindən asılı olaraq bəzi hallarda kəskin şəkildə
azalmış, bəzi dövrlərdə sürətlə artmış, bir müddət də stabil
artım dinamikasına malik olmuşdur. Ona görə də
Azərbaycanda əhalinin sayının dinamikasının araşdırılması
son 114 ildə baş verən önəmli iqtisadi və siyasi hadisələrə
uyğun şəkildə dövrlərə bölünərək aparılması daha
məqsədəuyğundur.
1897-1914-cü illər arasındakı dövr bizim müəyyən
etdiyimiz ilk dövrdür. Bu dövr ilk əhali sayımı aparılan
tarixdən Birinci Dünya Müharibəsinin başlanmasına
qədərki dövr kimi əlamətdardır. Bu dövrdə əhalinin sayı
29,5% və ya 532,5 min nəfər artaraq 2.339,2 min nəfərə
çatmışdır (bax: cədvəl 1). Orta illik artım 1,53% təşkil
etmişdir ki, bu da həmin dövrdə Rusiya imperiyası üzrə
analoji göstəricidən azca aşağı idi. Ancaq Rusiyada bu
artım demək olar ki, yalnız təbii artımın payına düşürdüsə,
Azərbaycanda əhali artımının 45 faizə yaxını miqrasiyanın
~ 13 ~
Cədvəl
1.
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası
(1897-1970-ci illər)
4
illər
əhalinin sayı (min nəfərlə)
bütün əhaliyə
nisbətən %-lə
bütün
şəhər
kənd
şəhər
kənd
1897
1.806,7
305,1
1.501,6
16,9
83,1
1913
2.339,2
555,9
1.783,3
23,8
76,2
1917
2.353,7
560,2
1.793,5
23,8
76,2
1920
1.952,2
405,8
1.546,4
20,8
79,2
1922
1.863,0
486,0
1.377,0
26,1
73,9
1926
2.313,7
649,5
1.664,2
28,1
71,9
1939
3.205,2
1.156,8
2.048,4
36,1
63,9
1940
3.274,0
1.212,0
2.062,0
37,0
63,0
1945
2.705,6
1.118,5
1.587,1
41,3
58,7
1950
2.858,9
1.252,3
1.606,6
43,8
56,2
1954
3.192,0
1.537,0
1.655,0
48,2
51,8
1955
3.277,2
1.584,6
1.692,6
48,4
51,6
1959
3.697,7
1.767,3
1.930,4
47,8
52,2
1960
3.815,7
1.835,2
1.980,5
48,1
51,9
1965
4.509,5
2.238,8
2.270,7
49,6
50,4
1970
5.117,1
2.564,6
2.552,5
50,1
49,9
5
Azərbaycanın əhalisi 2006, Bakı, “Səda”, 2006, s.19; Население
СССР 1987 (статистический сборник), Москва, «Финансы и ста-
тистика», 1988, s.11; 1897,1926, 1939, 1959, 1970-ci illərin məlu-
matları əhali sayımları üzrə; 1913, 1917, 1920-ci illərin məlumatları
ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir.
~ 14 ~
payına düşürdü
5
. Burada əhalinin miqrasiya
hesabına belə
yüksək templərlə artımı o dövrdə çar Rusiyasının yeritdiyi
köçürmə siyasəti və Azərbaycanın neft mədənlərinin
intensiv sürətdə istismar edilməsi ilə bağlı idi. Neft
sənayesində və onunla bağlı sahələrdə çoxlu iş qüvvəsinə
olan tələbat başlıca olaraq Rusiyanın mərkəzi quberni-
yalarında, eləcə də Şimali Qafqaz, Dağıstan və Cənubi
Qafqazın başqa rayonlarında yaşayan kəndlilərin buraya
miqrasiyası hesabına ödənilirdi. Təkcə 1908-1910-cu illər
ərzində Rusiyadan Azərbaycana 3 min kəndli ailəsi
köçürülmüşdür. Bunun nəticəsində Azərbaycanın müsbət
miqrasiya saldosu (qalığı) 1,6 dəfədən çox artaraq 1886-
1897-ci illərdəki 133,4 min nəfərdən 1897-1913-cü illərdə
219,8 min nəfərə çatmışdır (bax: cədvəl 2).
Qeyd edək ki, Bakıya miqrasiya edənlərin böyük
əksəriyyətini kişilər təşkil edirdi. Belə ki, ailəsi ilə birlikdə
iş axtarmaq çətin olduğundan miqrantların çoxu öz
ailələrini evdə qoyub gəlirdilər. Tarixi mənbələrə əsasən
Bakının neft sənayesi müəssisələrində işləyən rus mütəxəs-
sisləri, fəhlə və qulluqçuları əksər hallarda öz ailələri ilə
birlikdə, ermənilərin çoxu subay və təklikdə, müsəlman-
ların isə hamısı öz ailələrini evdə qoyub gəlir və təklikdə
yaşayırdılar. 1897-ci il əhali sayımı məlumatlarına görə
Bakı neftçıxarma müəssisələrində çalışan fəhlələrin 82,5
%-i
5
M.M.Allahverdiyev. Azərbaycanda işçi qüvvəsinin təkrar istehsa-
lının bəzi məsələləri, Bakı, “Elm”, 1966, səh. 46.
~ 15 ~
Cədvəl 2.
1920-ci ilə qədərki dövrdə Azərbaycanda əhalinin
mexaniki hərəkəti (min nəfərlə)
6
illər
artım (+) və ya azalma (-)
cəmi
hər il orta hesabla
1886-1897
+133,4
+12,2
1897-1913
+219,8
+13,8
1913-1920
-481,0
-68,7
1886-1920
-127,8
-3,7
subay və yaxud öz ailələrindən kənarda yaşayanlardan
ibarət olmuşdur. Bunu belə bir fakt da sübut edir ki, 20-ci
əsrin əvvəllərinə yaxın Bakının mədən rayonları əhalisinin
75%-ni kişilər, cəmi 25%-ni isə qadınlar təşkil edirdi.
Dostları ilə paylaş: |