Komitənin yеkun qеydləri»ndə bu müddəa ilə bağlı narahatlıq ifadə olunmuşdur. Komitənin
yekun qeydlərində göstərilirdi ki, “Komitə hazırda iştirakçı dövlətdə Cinayət və Əmək
Məcəllələrinə uyğun olaraq cniayət törətməkdə təqsirkar bilinənlərə münasibətdə məcburi
əməyin islah və cinayət cəzası tədbiri kimi tətbiqindən narahatlıq ifadə еdir”.
Bununla belə ötən dövr ərzində Əmək Məcəlləsinə dəfələrlə əlavə və dəyişikliklərin edilməsinə
baxmayaraq həmin müddət olduğu kimi qalır. Azərbaycan dövləti Komitənin tövsiyyəsini nəzərə
almamışdır.
Bununla belə qeyd olunmalıdır ki Azərbaycan Rеspublikası Konstitusiyasının 35-ci maddəsinə
görə «Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə
cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar
işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri
gördürmək hallarına yol verilir»
9
.
Beləliklə, Beynəlxalq minimal standartları ümumiləşdirərək cəza çəkmə sistemində əməyə cəlb
etmə zamanı aşağıdakı prinsiplərə əməl olunması vacibdir:
Faydalı əmək cəza xarakteri daşımamalıdır
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin məhkumların əməyindən istifadənin əsas
prinsiplərini müəyyən etmişdir. Əməyə cəlb etmənin məqsədi heç bir halda məhkuma cəza
vermək məqsədi daşımır. Eyni zamanda məcəllədə müəyyən edilir ki:
• Altımış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci
qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara,
hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində
uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik
yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər;
• Məhkumların əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və vəzifələrin siyahısı
cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
• Məhkumların istehsalat fəaliyyəti cəzaçəkmə müəssisələrinin əsas vəzifəsinə, yəni
məhkumların islah edilməsinə mane olmamalıdır.
• Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları
əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
8
Avropa Penitensiar Qaydaları. Mənbə:
http://www.justice.gov.az/view_hr.php?id=9
9
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası. Azərbaycan Respublikasinin iqtisadi,sosial və mədəni
hüquqular üzrə BMT komitəsinə təqdim etdiyi 3-cü dövrü hesabata alternativ hesabat Bakı-2011.
• Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş
qaydada səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn
günündə işdən azad edilirlər
• Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, tərbiyə müəssisələri istisna
olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot dövründə iş vaxtının müddəti
qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox olmamalıdır.
• Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək
stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti
tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda
işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından
çıxarıla bilər.
• Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən
edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər.
• Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə
işdən azad edilirlər.
• İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi
yerinə yetirən məhkumlara əmək qanunvericiliyində nəzərdə tutulmuş əlavə məzuniyyət
verilə bilər
10
.
Əmək ödənilməlidir
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə görə:
• Məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna
malikdirlər.
• İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların
aylıq əmək haqqının məbləği əməyin ödənilməsinin müəyyən olunmuş minimum
miqdarından az olmamalıdır.
• Natamam iş vaxtına görə əməyin ödənilməsi işlənmiş vaxta mütənasib və ya istehsaldan
asılı olaraq həyata keçirilir.
• Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
11
.
İş vaxtı standart iş günü vaxtından çox olmamalıdır
Cəzaların İcrası Məccəlləsinin şərtlərinə görə məhkumların iş vaxtının müddəti Əmək
Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. Bu isə o deməkdir ki, məhkumların həftəlik iş vaxtı
40 saat müəyyən edilir. Bununla belə “Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq,
tərbiyə müəssisələri istisna olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot
dövründə iş vaxtının müddəti qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox
olmamalıdır”
12
.
10
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Mənbə:
http://e-
qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1
11
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Mənbə:
http://e-
qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1
12
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Mənbə:
http://e-
qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1
İş yerlərində sağlamlıq və təhlükəsizliyə dair tələblər cəza çəkmə müəssisələrindən kənar
yerlərdə tətbiq olunan standartlara uyğun olmalıdır
Cəzaların İcrası Məcəlləsinə görə məhkumların əməyinin mühafizəsi, o cümlədən iş yerlərində
təhlükəsizlik texnikası qaydalarını əməl olunmasının qayda və şərtləri Əmək Məcəlləsi və digər
müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
CƏZASINI BAŞA VURMAQDA OLAN ŞƏXSLƏRİN AZAD OLUNDUQDAN SONRA
ƏMƏYƏ ÇIXIŞININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ FƏALİYYƏTLƏR
Məhkumların təhsili həm müvafiq beynəlxalq normalarda, həm də Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktlarına məhkumların islah olunması, onların cəmiyyətə tam hazır
qayıdışı məsələlərində əsas vacib elementlərdən biri kimi nəzərdə tutulur.
Azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxslərin təhsili ilə bağlı universal standartlar
aşağıdakılardır:
• Saxlanmış, yaxud həbs edilmiş şəxs saxlanma və həbs edilmə yerlərində təhlükəsiz və
intizam qaydalarını təmin edən ağılabatan şəraitdə, ağılabatan miqdarda, (əgər bu dövlət
hesabınadırsa mövcud imkanlar daxilində) tədris, bədii, və informasiya materialları
almaq hüququna malikdir;
• Təhsildən bəhrələnəməyi bacaran məhbuslara-icazə verilən ölkələrdə dini tərbiyə daxil
olmaqla- onu davam etdirmək imkanı təmin edilməlidir. Savadsızların və gənclərin təlimi
icbari sayılmalı və həbsxana idarəsi buna xüsusi diqqət yetirməlidir.;
• Məhbusların təlimi azad edilən məhbusların sonradan çətinlik çəkmədən oxuya bilmələri
üçün, mümkün qədər, ölkədə mövcud olan təhsil sisteminə uyğunlaşdırılmalıdır;
• Bütün müəssisələrdə məhbuslar onların fiziki və psixi sağlamlığı naminə istirahətlə və
mədəni fəaliyyətlə imkanı ilə təmin edilməlidir;
• Hər bir azadlıqdan məhrum etmə yerlərində məhbuslara ən azı öz bəzi maraqlarını və
tələblərini ödəməyə imkan verən hərtərəfli təhsil proqramı işlənib hazırlanacaq və həyata
keçiriləcəkdir. Bu cür proqramların məqsədləri müvəffəqiyyətli sosial reablitasiya
perspektivlərinin yaxşılaşdırmaq, məhbuslarda ruh yüksəkliynin saxlanılması, onları
əhatə edənlərə qarşı münasibətlərini yaxşılaşdırmaq və öz-özünə hörmət hissinin
artırılmasından ibarət olmalıdır.
• Təhsil penitensiar rejim çərçivəsində, təstiq edilmiş fərdi islah proqramına daxil olan, iş
günü ərzində hamıya keçirilməsi şərti ilə, əsasən ödənişli əməklə eyni statusa malik,
fəaliyyət kimi baxılmalıdır
13
.
Qeyd: Bir sıra inkişaf etmiş ölkələrdə təhsilə cəlb olunmuş məhkumlar buna görə əmək haqqına
bərabər tutulan əmək haqqı alırlar. Məsələn, Finlandiyada kompyuter, dil kurslarına gedən
məhkumlar da işləyən sayılır və onlara əmək haqqı ödənilir. Lakin Azərbaycanda belə hal nə
qanunvericilikdə nə də praktikada əks olunmamışdır.
• Bütün məhbuslar nəzərdə tutulduğu kimi özündə ümumtəhsil fənləri, peşə təlimi,
yaradıcılıq və mədəni fəaliyyəti, bədən tərbiyəsi və idmanı, sosial fənləri, kitabxana
vəsaitlərini də birləşdirən təhsilə yiyələnmək imkanına malik olmalıdır;
13
Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə
Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.
İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006
Qənaətbəxş tədbirlər proqram (iş, təhsil, idman və s.) azadlıqdan məhrum edilmiş şəxslərin
əhvalı üçün həlledici əhəmiyyətə malikdir. Bu, barələrində məhkəmə hökmü çıxarılmış və
məhkəmə qərarını gözləyən şəxslərin həbsdə saxlandığı, bütün müəssisələr üçün ədalətlidir.
Qeyd olunur ki, azadlıqdan ilkin məhrum etmə yerlərində fəaliyyət növləri olduqca məhduddur.
Məhbusların qısa müddətdə saxlandıqları bu cür müəssisələrdə həbsdə saxlanılanlar üçün
fəaliyyətin təşkil edilməsi çətin məsələ hesab edilir. Aydındır ki, söhbət məhkəmə hökmündən
sonra, cəzalarını çəkən şəxslər üçün müəssisələrdə fərdiləşdirilmiş proqramların yaradılmasına
göstərilən səylərdən gedə bilməz. Lakin azadlıqdan məhrum edilmiş şəxslərin, onlar üçün
nisbətən yaxşı maddi şəraitin yaradılmasına baxmayaraq sadəcə olaraq öz bağlı kameralarında
həftələr, bəzən isə aylarla, darıxmasına yol vermək olmaz. Komitə hesab edir ki, azadlıqdan
məhrum edilmiş şəxslərin günün müəyyən səmərəli hissəsini (8 saat və daha çox) kameradan
kənarda, öz vaxtını müxtəlif xarakterli faydalı fəaliyyətə sərf edə bilməsinə səy göstərmək
lazımdır. Əlbətdə ki, məhkum edildikdən sonra həbsdə saxlanılan şəxslərin saxlandığı yerlərin
şəraiti daha çox münasib olmalıdır.
14
Avropa Penitensiar Qaydalarına görə:
• Hər bir penitensiar müəssisə bütün məhbuslara maksimal geniş və onların fərdi
ehtiyaclarına cavab verən, məqsədlərinə uyğun olan təhsil proqramlarından istifadə
etmək imkanları verməyə çalışmalıdır.
• İlk növbədə oxumağı, yazmağı və saymağı bacarmayan, habelə ilkin təhsili və peşə
hazırlığı olmayan məhbuslara diqqət yetirmək lazımdır.
• Gənc məhbusların, habelə xüsusi ehtiyacları olan məhbusların təhsilinə xüsusi diqqət
yetirmək lazımdır.
• Daxili rejimə əsasən təhsilin statusu əməyin statusundan aşağı olmamalı və məhbuslar
təhsil proqramlarında iştiraka görə maliyyə cəhətdən məhdudlaşdırılmamalıdırlar.
• Hər bir penitensiar müəssisə lazımi qaydada müxtəlif populyar və tədris materiaları,
kitablarla və digər məlumat daşıyıcıları ilə komplektləşdirilmiş kitabxanaya malik
olmalıdır.
• İmkan daxilində penitensiar müəssisələrin kitabxanalarının işi yerli kitabxana xidmətləri
ilə birgə təşkil edilir.
• İmkan daxilində məhbusların təhsili:
a. onlar azadlığa çıxdıqdan sonra öz təhsillərini və peşə hazırlıqlarını problemsiz davam
etdirmələri üçün ümummilli təhsil və peşə hazırlığı sisteminə inteqrasiya olunmalıdır; və
b. kənarda olan təhsil müəssisələrinin himayəsi altında həyata keçirilməlidir
15
.
Cəzaların İcrası Məcəlləsinin 100 maddəsində “Müəyyən müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxslərin ilk peşə-ixtisas təhsili və peşə hazırlığı” ilə bağlı
tələblər müəyyən edilmişdir. Həmin maddəyə görə:
• Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində ilk peşə-
ixtisas təhsili və ya peşə hazırlığı həyata keçirilir.
• Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum
qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci
və ikinci qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar
ilk peşə-ixtisas təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.
14
Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə
Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.
İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006
15
Avropa Penitensiar Qaydaları. Mənbə:
http://www.justice.gov.az/view_hr.php?id=9
• Tərbiyə müəssisələrində ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı məhkumların iş günü
müddəti ərzində həyata keçirilir.
• Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ilk peşə-ixtisas təhsili üzrə imtahan
vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu
müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.
• Məhkumların ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah
edilməsi müəyyən edilərkən nəzərə alınır.
• İlk peşə-ixtisas təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.
Ölkənin Penitensiar sistemində təhsilin təşkili ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsinə
baxmayaraq, bütövlükdə məhkumların təhsil problemlərinin həll olunmasından danışmaq
mümkün deyildir. Belə ki, müəssislərdə olan texniki peşə məktəblərində müxtəlif peşələr üzrə
təhsil nəzərdə tutulsa da əslində bu təhsilin keyfiyyəti olduqca aşağı vzəiyyətdədir. Bir çox
hallarda peşə təhsilinin həyata keçirilməsi formal xarakter daşıyır və məhkumar yalnız belə
təhsildən əldə etdikləri müvafiq peşəyə dair diplom alır. Bununla belə Penitensiar Xidmətin bir
neçə müəssisəsində o cümlədən 4,5,6,9,15 saylı Cəza çəkmə müəssisələrində təşkil olunan
kompyüter kursları səmərəlidir. Bu kursları müəssisədən kənarda fəaliyyət göstərən ixtisaslaşmış
şirkətlər həyata keçirir və kursları müvəffəqiyyətlə bitirənlər mvafiq sertifikatla təmin olunurlar.
Lakin qeyd edilməlidir ki, bu kurslar məhduddur və burada təhsil almaq üçün növbələr vardır.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”
Azərbaycan Respublikası Qanunu da cəzasını başa vurmuş şəxslərin sosial adaptasiyasının təmin
olunmasında təhsilə xüsusi yer ayırır. Qanunun 6-cı maddəsində Cəza çəkməkdən azad edilmiş
şəxslərin sosial adaptasiyasının təmin edilməsi üçün həmçinin aşağıdakı tədbirlərin keçirilməsini
də nəzərdə tutur:
• Cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və
sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək;
• Təhsil almalarına şərait yaratmaq.
16
Qanunun 13-cü maddəsində Cəza çəkməkdən azad edilmiş şəxslərin təhsilinin və peşə
hazırlığının təşkili məqsədi ilə aşağıdakılar nəzərdə tutulur:
• Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas
və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə
yiyələnmələrinə şərait yaradır;
• Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların
məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi
qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir
17
.
Lakin qanunvericilikdə nəzərdə tutulmuş bu müddəaların praktikada tətbiqində problemlər
mövcuddur. Cəzasını başa vurmuş bir çox şəxslər sonradan nə təhsilə, nə də əməyə cəlb
olunmaqda müvafiq dövlət qurumlarından hər hansı yardım ala bilmirlər. Belə insanlara
cəmiyyətdə olan münasibət, xüsusən də keçmiş qadın məhkumlara olan münasibət onların sosial
adaptasiyasını mürəkkəbləşdirir.
16
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan
respublikası Qanunu. Maddə 6.
17
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan
respublikası Qanunu. Maddə 6.
MƏHKUMLARIN VƏ CƏZASINI BAŞA VURMUŞ ŞƏXSLƏRİN ƏMƏYƏ CƏLB
EDİLMƏSİNİN PROBLEMLƏRİ
Qanunvericiliklə bağlı olan problemlər
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə
təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı”nın (YADİDP) 7.3. maddəsində qeyd olunur ki,
“məhkumların cəmiyyətə yenidən inteqrasiya və adaptasiya olunması istiqamətində onların
azadlığa buraxıldıqdan sonra əmək bazarının tələblərinə cavab verən peşələrə yiyələnməsi
məqsədilə cəzacəkmə muəssisələrində istehsal sahələrinin yaradılması davam etdiriləcək”dir.
Eyni zamanda Dövlət Proqramının Tədbirlər planında da bu istiqamətdə konkret tədbirlər
nəzərdə tutulur. Tədbirlər Planında “Məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarının
tələblərinə cavab verən peşələrə yiyələnməsinin təmin edilməsi” göstərilir. Bundan əlavə ölkənin
Məşğulluq strategiyasında və bu strategiyanın həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər
planında da bu kateqoriya şəxslərin məşğulluğunun təmin olunmasına yönələn tədbirlər nəzərdə
tutulur.
Biz həmçinin yuxarıda Cəzaların İcrası Məcəlləsi, Əmək Məcəlləsi, “Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanundan da müddəaları
göstərmişdik.
Adı göstərilən normativ hüquqi aktların hər birində məhkumların əməyə cəlb olunması,
məhkumların və cəzasını başa vuran şəxslərin əmək fəaliyyətinin təmin olunmasının hüquqi
əsasları təmin edilmişdir. Bununla belə cəza çəkmə Müəssisələrində məhkumların əməyindən
səmərəli istifadədə ciddi problemlər qalmaqdadır. Bu halın mövcud olmasının bir sıra ciddi
əsasları da qanunvericiliklə bağlıdır.
Bu gün özəl sektor məhkumların əməyindən istifadə etməyə meyl göstərmir. Bu onunla bağlıdır
ki, özəl sektorda işçilərin sayıynyn süni azaldılması və ikili mühasibatlıq geniş tətbiq olunur.
Məhkumların bu sektor tərəfindən əməyə cəlb ediləcəyi halda ikili mühasibatlıq və əmək
müqaviləsi bağlamadan işə cəlb etmə mümkün olmayacaqdır. Eyni zamanda məhkumların
əməyə cəlb edilməsi bir sıra mürəkkəb məsələlərin həllini tələb edir ki, bu baxımdan
məhkumların əməyi özəl sektor üçün cəlbedici deyildir. Ölkədə əmək ehtiyatlarının kifayət qədər
olması və bu səbəbdən ucuz işçi qüvvəsinin kifayət qədər olması da özəl sektoru məhkumların
əməyindən istifadə etməsini zəruri etmir.
Belə olan halda məhkumların əməyindən dövlət sifarişləri hesabına həyata keçirilən işlərdə
istifadə etmək imkanı vardır.
Lakin bu gün dövlət vəsaiti ilə həyata keçirilən iri layihələrin heç birində cəza çəkmə
müəssisələri iştirak edə bilmirlər. Daha doğrusu bu müəssisələrə belə sifarişlərin verilməsinə
mövcud qanunvericilik şərait yaratmır. “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun 16-cı maddəsinə əsasən “Azərbaycan Respublikasında malların
(işlərin) və xidmətlərin dövlət satınalmaları bu Qanunun 17 - 21-ci maddələrində qeyd olunan
tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender,
təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.
Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə,
digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə
tutulmuş şərtlər əsasında istifadə edə bilər”
18
.
Qanunun tələbinə görə satınalan dövlət qurumu ilə malgötürən (podratçı) təşkilat arasında
müqavilə ixtisaslaşmış dövlət orqanı tərəfindən həyata keçirilən tenderin nəticələrinə uyğun
olaraq bağlana bilər. Bu isə cəza çəkəmə müəssisələrini həmin satınalamalar üzrə tenderlardə
iştirakını ciddi surətdə əngəlləyir. Əlbətdə Dövlət satınalmaları haqqında Qanun belə
18
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası qanunu. Maddə 16.
müəssisələrə və ya bu müəssisələrin baş idarəsinə (Ədliyyə nazirliynin Penitensiar Xidmətinə)
tenderlərdə iştirak etməyə görə hüquqi maneə yaratmır. Lakin belə tenderlərdə iştirak bu
müəssisələr üçün praktiki baxımdan mümkünsüz görünür. Bu barədə bir qədər aşağıda bəhs
olunacaqdır.
Lakin hazırda mövcud olan qanunvericilik cəza çəkmə müəssisələrində məhkumların əməyindən
dövlət satınalamaları vasitəsi ilə istifadəyə şərait yaratmır.
İstehsal imkanları
Yuxarıda qeyd olunduğu kimi hazırda Penitensiar Xidmətə daxil olan cəza çəkmə
müəssisələrində istehsal potensialı olsa da, isehsal sahələrinə aid olan qurğular, avadanlıqlar və
binalar fiziki və mənəvi baxımdan aşınmışdır və iri və müasir tələblərə cavab verən istehsalat
imkanlarına malik deyildir. Lakin iri həcmli və davamlı dövlət sifarişlərinin olacağı təqdirdə qısa
müddət ərzində yenidən qurma işlərinin həyata keçirilməsi, avadanlıq və qurğuların yenilənməsi,
zəruri kadr potensialının formalaşdırılması mümkündür.
Məsələn, Penitensiar Xidmətin 4 saylı Cəza çəkmə müəssisəsində (Qadın müəssisəsi) tikiş
sexində dəzgahlar köhnədir və müasir standartlara cavab vermir. Davamlı dövlət sifarişinin
olacağı təqdirdə bu müəssisədə istehsalı genişləndirmək və istehsal olunan malların keyfiyyət
göstəricilərini qaldırmaq mümkündür.
Digər müəssisələrdə də analoji vəziyyətdir. Lakin sifaişlərin olması vəziyyəti tədricən
normallaşdıra bilər. Aparılan araşdırmaların nəticələrinə əsaslanaraq bu gün üçün cəza çəkmə
müəssisələrinin çərçivəsində aşağıdakı sifarişləri yerinə yetirmək imkanındadır:
• Təhsil müəssisələri üçün mebel, o cümlədən partalar, şkaflar, uşaq bağçaları üçün
çarpayılar və s.;
• Ordu üçün mebel, o cümlədən çarpayılar, postellər;
• Ordu üçün geyimlər;
• Dövlət sifarişi ilə tikilən binalar üçün plastik qapı və pəncərələr;
• İnfrastruktur üçün nəzərdə tutulan məhsullur, o cümlədən yol nişanları;
Bunlar hazırda müəssisələrin mövcud potensialla yerinə yetirə biləcəyi sifarişlərin yalnız bir
qismidir.
Eyni zamanda müəssisələrin kənd təsərrüfatı üçün müxtəlif təyinatlı avadanlıqlar (üzüm dirəklər,
kənd təsərrüfatı alətləri və s.) istehsal etmək potensialı vardır.
Bir çox müəssisələrdə xüsusi qabiliyyəti olan məhkumlar fərdi qaydada əl işlərindən ibarət
müxtəlif hədiyyələr, o cümlədən stolüstü oyun vasitələri, tikmə və toxunma məhsullar
hazırlyırlar ki, bu da həm ölkə daxili istehlak, həm də xarici turistlərin istehlakı üçün tələb
olunur.
Dostları ilə paylaş: |