PROBLEMLƏRİN HƏLLİNƏ YÖNƏLƏN TƏDBİRLƏR VƏ SİYASƏT
Ölkənin cəza çəkmə sistemində məhkumların əməyə cəlb edilməsi, belə müəssisələrdə istehsalın
dircəldilməsinə praktiki əsasların yaradılması üçün ilk növbədə buna qanunvericilikdə mane olan
halların aradan qaldırılması ilə başlamaq zəruridir. Əks halda dövlət proqramlarında nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi mümkün olmayacaqdır.
Hazırda dövlət tərəfindən həyata keçirilən satınalmaların bir hissəsinin tenderdən kənar icbari
qaydada belə müəssisələrə sifariş şəkilində yönəldilməsi müsbət variantlardan biri ola bilər.
Ölkədə iri satınalmalar həyata keçirən bir sıra mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən,
Təhsil, Müdafiə, Nəqliyyat nazırliklərinin, eləcədə digər mərkəzi icra hakimiyyəti orqanlarının
sifarişlərinin və dövlət satınalmalarında iştirak edən dövlət şirkətlərinin subpodrat sifarişlərinin
bir hissəsi icbari qaydada belə müəssisələrə yönəldilərsə, bu müəssisələrdə məhkumların
məşğulluq problemləri əsaslı surətdə həll oluna bilər. Bunun üçün “Dövlət satınalmaları
Haqqında” Qanuna müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zəruridir. Əlavə və
dəyişikliklər vasitəsi ilə tenderdənkənar sifarişlərin verilməsinin həcmi, prosedurları və qaydaları
elə nizamlana bilər ki, sifariş nəticəsində isehsal olunan malların və ya göstərilən xidmətlərin
keyfiyyət göstəriciləri, eləcə də podratçı tərəfin öhdəliklərə əməl etmələri dəqiq
reqlamentləşdirilsin.
Digər bir üsul qanunda nəzərdə tutulan qapalı tenderlərə, yalnız belə müəssisələrin cəlb edilməsi
ola bilər. Bunun üçün də qanunvericilikdə qapalı tenderlərə cəlb etmə ilə bağlı əlavə müddəalar
daxil edilə bilər.
Cəza Çəkmə Müəssisələrinin hər hansı sifariş olmadan malları istehsal edərək bazara çıxarmaq
və satış yolu ilə gəlir əldə etmək imkanları da məhduddur. Bunun üçün müəssisələrdə sərbəst
vəsait yoxdur. Belə olan halda müvafiq aktla belə müəssisələrə onların təklifləri
qiymətləndirilməklə dövlət büdcəsindən faizsiz məqsədli kreditlər verilə bilər.
Müvafiq hüquqi əsaslar yaradıldıqdan və maliyyə resurslarının ayrılmasından sonra müəssisələr
biznes təkliflərini müvafiq dövlət və bank strukturlarına təqdim edə bilərlər. Təkliflər
qiymətləndirilməklə həmin müəssisələrə nisbətən uzunmüddətli kreditlər ayrıla bilər.
Cəzasını başa vurmuş şəxslərin məşğulluğunun təmin olunmasına yönələn tədbirlər
Bir sıra ölkələrin praktikasında cəzasını başa vurmuş şəxslərin məşğulluğunun təmin olunmasına
yönələn praktiki tədbirlər vardır ki, bu tədbirlər qismən effekt verir. Bunlar əsasən aşağıdakı
tədbirlərdir:
• Müvəqqəti işlər üçün əmək bazarının təşkili
Cəzasını başa vuran məhkumların daimi və davamlı iş yerləri ilə təmin olunması əsas
məqsəd
kimi qoyulmalıdır. Bununla belə bəzi ölkələrin praktikasında bu kateqoriya insanlar üçün
qısamüddətli və müvəqqəti işlərin həyata keçirilməsi üçün bazarların və birjaların təşkili
müsbət effekt verir. Məhkumlar peşə və ixtisaslarına, peşə vərdişlərinə uyğun olaraq
qruplaşdırılır və müvafiq icra hakimiyyəti orqanları vasitəsi ilə qısamüddətli işlər və ya
müvəqqəti işləri üçün sifarişləri qəbul edərək bu insanları həmin işlərə cəlb edirlər.
Belə işləri həyata keçirərkən хəsarət alan şəхslərə və ya хəsarət nəticəsində həlak
оlanların ailə üzvlərinə heç bir kоmpensasiyalar verilmir. Müvəqqəti işlər həyata keçirən
insanlar qeyri-fоrmal əmək bazarında хüsusi çəkiyə malikdirlər və bu baхımdan bu səhədə
tənzimləmə işlərinin həyata keçirilməsi оlduqca vacibdir.
• Peşə yönümünün dəyişdirilməsi üçün qısamüddətli təhsilin təşkili
Cəzaçəkmə müəssisələrində məhkumların peşə yönümünün dəyişdirilməsi və
peşəkarlıqlarının artırılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə
baxmayaraq, bu lazimi səmərə vermir. Bu baxımdan cəzasını başa vurmuş şəxslərin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən modul tipli qısamüddətli peşə təlimlərinə cəlb edilməsi
üçün əlavə tədbirlərin həyata keçirilməsi zəruridir. Belə təhsilin təşkili bu şəxslərə nisbətən
qısa müddət ərzində peşə vərdişinə yiyələnməyə və ya əvvəlki malik olduğu peşə və ya
ixtisas üzrə bilik və bacarıqlarını artırmağa imkan verər.
TÖVSİYYƏLƏR
Cəza Çəkmə Müəssisələrində həyata keçirilməsi zəruri olan tədbirlərə dair
• “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı” (YADİDP)və Dövlət proqramının icrası məqsədi ilə
qəbul olunmuş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dovlət Proqramı»nın həyata kecirilməsi uzrə
Tədbirlər Planında (TP) (2008-2010-cu illər) nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər monitorinq olunmalı, nəzərdə
tutulmuş tədbirlərin yerinə yetirilmə göstəriciləri qiymətləndirilməlidir.
• Cəza Çəkmə Müəssisələrində kiçik istehsal sahələrinin yaradılması zəruridir;
• Cəza çəkmə müəssisələrində mövcud olan istehsal sahələrinin hazırkı istehsal potensialı
qiymətləndirilməli, istehsal avadanlıqlarının, qurğularının və binalarının texniki vəziyyəti
qiymətləndirilməlidir;
• Cəza çəkmə Müəssisələrində saxlanılan əmək qabiliyyətli məhkumların təsnifatı
aparılmalıdır. Məhkumlar peşə və ixtisaslarına görə qruplaşdırılmalıdır.
• Məhkumların əvvəllərdə malik olduqları ixtisaslar və peşələr üzrə vərdişlərinin
səviyyəsinin öyrənilməsi məqsədi ilə attestasiya keçirilməli, ixtisas və peşələrinə uyğun
gəlməyən məhkumların peşə vərdişlərinin, bilik və bacarıqlarının artırılması üçün
tədbirlər həyata keçirilməlidir;
• İxtisası olmayan məhkumların, xüsusən də gənc məhkumların texniki peşə təhsilinə,
eləcə də müəssisələrdə təşkil olunan qısa müddətli kurslara(kompyüter, dil kursları və s.)
cəlb olunması istiqamətində xüsusi tədbirlər həyata keçirilməlidir;
• Müəssisələrdə mövcud olan Texniki peşə məktəblərində təhsilin səviyyəsinin olduqca
aşağı vəziyyətdə olmasını və tədris vasitələrinin fiziki və mənəvi cəhətdən aşınmasını, bir
çox hallarda isə olmamasını nəzərə alaraq, belə təhsil məktəblərinin texniki bazasının
müasirləşdirilməsi, müəllim və usta heyətinin bilik və bacarıqlarının artırılması
istiqamətində ciddi tədbirlərin həyata keçirilməsinə ciddi zərurət vardır;
• Cəza çəkmə müəssisələrində mövcud olan texniki peşə məktəblərində təhsilin
keyfiyyətinin artırılması ilə yanaşı, həmçinin intizam və davamiyyət məsələləri ilə bağlı
problemlər həll olunmalıdır;
Qanunvericiliyin təkmilləşdirilməsinə dair
• Cəza Çəkmə Müəssisələrində istehsalın dirçəldilməsi üçün ilk növbədə sifarişlərin olması
zəruridir. Hazırda müəyyən obyektiv və subyektiv səbəblərə görə özəl sektorun cəza
çəkmə müəssisələrinin əmək və istehsal potensialından istifadə etməməsini nəzərə alaraq
həmin müəssisələrə dövlət satınalmaları üzrə sifarişlərin icbari qaydada yönəldilməsi
zərurəti vardır.
• Müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklər etməklə dövlət satınalamaları
üçün sifarişlərin bir qismi (qanunvericiliyn müəyyən etdiyi minimum həddən az
olmayan) bu müəssisələrə yönəldilməsi mümkündür;
• Belə müəssisələrin məhsulu əvvəlcədən istehsal edərək satış şəbəkələrinə çıxarmaları
üçün ilkin vəsaitin olmamasını nəzərə alaraq müvafiq normativ hüquqi aktlara əlavələr və
düzəlişlər etməklə və ya hər hansı yeni normativ hüquqi akt qəbul etməklə bu
müəssisələrə dövlət büdcəsindən uzunmüddətli və faizsiz kreditlər verilə bilər.
Cəzasını başa vurmuş şəxslərin əməyə və təhsilə cəlb olunmasına dair
• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi cəzasını başa vurmuş
şəxslərin əməyə və təhsilə cəlb olunması üçün zəruri tədbirlər həyata keçirməlidir.
Hazırda bu istiqəmtdə həyata keçirilən tədbirlər qeyri-qənaətbəxşdir və problemi həll
etməyə kifəyət etmir;
• Cəzasını başa vurmuş şəxslərin peşə yönümünün dəyişdirilməsi üçün qısamüddətli modul
tipli kursların təşkili zəruridir;
• Cəzasını başa vurmuş şəxslərin daimi iş yerləri ilə təmin edilməsi prioritet olmaqla
yanaşı, onların müvvəqqəti və birdəfəlik işlərlə təmin edilməsi üçün zəruri tədbirlər
həyata keçirilməlidir.