Şahin Fazil
2
Şahin Fazil
YAPONİYA
SƏFƏRNAMƏSİ
“Elm və təhsil”
Bakı – 2011
Redaktor: Naibə Musayeva
professor
Şahin Fazil. Yaponiya səfərnaməsi.
Bakı, “Elm və təhsil”, 2011, 232 səh.
Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin
üzvü, “Məcməüş – şüəra” / ”Şairlər məclisi” / ədəbi dərnəyinin sədri
Şahin Fazil uzun müddət Əfqanıstanda yaşamış və işləmiş / 1963-1988
-ci illər arasında fasilələrlə /, İran, Türkiyə, İraq, Dubay, habelə Sovetlər
İttifaqının müxtəlif respublikalarında səfərlərdə olmuş, Beynəlxalq
Elmi Konfranslarda iştirak etmiş, onlarla səfərnamə yazmışdır.
Bu kitabda onun Yaponiyada olduğu 10 gün müddətində yazdığı
səfər təəssüratları, yapon alimləri ilə keçirdiyi elmi görüşlər, etdiyi
məruzələr, həmçinin bu Gündoğar Ölkədə qələmə aldığı müxtəlif vəznli
şerlər oxucu nəzərinə çatdırılır.
Şahin Fazil yapon hayku janrı tərzində “Azərbaycan haykuları” adlı
kitab da yazmış, həmin kitabdakı müxtəlif şer nümunələri Yaponiyada,
kitabın özü isə Bakıda / 2007 / çap olunmuşdur.
Səmimi diqqət və qayğısına görə həkim dostum
Namiq Məmmədova səmimiyyətlə təşəkkür edir,
uğurlar diləyirəm
Müəllif
2011
098
4702000000
N
qrifli nəşr
©
«Elm və təhsil», 2011
Şahin Fazil
4
I. 15 dekabr-2008 – 18 fevral 2009.
Bakı.
Yaponyadan
magistrant
Şaiq
Cəfərzadənin mənə telefon zəngi və Senday
şəhərindəki Tohoku Universitetinə mühazirə
oxumağa getməyim üçün onun gözlənilməz tə-
klifi. Səfərimlə alaqədar Tohoku Universite-
tinin professorları Hiroki Oka, Takaşi Ku-
roda, həmçinin magistrant Şaiq Cəfərzadə
tərəfindən mənə ünvanlanan müxtəlif dilli
(ingilis, rus, fars və Azərbaycan) məktublar .
ox səfərlərdə olmuşam. İlk uzaq səfərim
Əfqanıstana oldu. Azərbaycan Dövlət Uni-
versiteti (Universitetin o zaman kimin adına
olmasını heç yazmaq da istəmirəm, onsuz
da çoxları bilir, bilməyənlərin bilmələri vacib deyil)
Şərqşünaslıq fakültəsi, Fars dili şöbəsinin V kursunda
oxuyarkən Əfqanıstan getdim. O vaxtlarda SSRİ
miqyasında xarici ölkələrə işləməyə göndərilən tələbə yox
dərəcəsindəydi. Dövlətimizlə başqa dövlətlər arasında
siyasi əlaqələr çox olsa da, iqtisadi-mədəni əlaqələr hələ
zəif idi. Qubadan Bakıya oxumağa gələn bir tələbə üçün
xarici ölkəyə getmək, özü də işləməyə getmək, əlbəttə
gözlənilməz idi. Mən fakültəmizdən xaricə işləməyə
göndərilən ilk tələbə idim.
Əfqanıstan krallığı. Məhəmməd Zahir şah. Monar-
xiyalı bir ölkə. Dağlar, bağlar, ormanlar, səhralar, dü-
zəngahlar, dərələr, vadilər… və əfsanələr diyarı. Sonralar
əfqanlardan o qədər əfsanələr eşitdim ki. Nadir şah Əfşarın
hakimiyyəti dövründə (1736-1747) Cənubi Azərbaycandan
Ç
Йапонийа сяфярнамяси
5
Əfqanıstana köçürülmüş Azərbaycan türkləri (onlar
hazırda da Kabul yaxınlığındakı Təpə və Nanəkçi
kəndlərində yaşayırlar) «Abbas və Gülgəz», «Koroğlu»,
«Aşıq Qərib» və başqa dastanlarımızı keçən əsrin ikinci
yarısında, saz çala-çala bu günün Azərbaycan türk dilində
mənə danışarkən həssas bir insan kimi gözlərim
yaşarmışdı:
Çimirəm göz yaşım ilə, oluram pak, təmiz,
Göz yaşım var isə dərya mənə lazımdırmı?
(Şahin Fazil. Qəzəllər,
Bakı, 1994, s.17)
1
Dünya qəribə dünyadır. Ona mütləq şəkildə pis, ya-
xud mütləq şəkildə yaxşı demək olmur. Dünya əfsanələr
və reallıqlar dünyasıdır. Əfqanıstan da dünyanın bir
parçası. Dünya gündüz-gecə öz oxu ətrafında fırlanır, eyni
zamanda ildə bir dəfə günəşin də başına dolanır. Mən də,
Qubadan çıxdım, Bakıda oxudum və günlərin bir gün
fırlanıb-dolanıb gəlib çatdım Əfqanıstana, dünyanın o
zamankı «əfsanələr və reallıqlar dünyasına»
Bir gözdə: qaranlıqdı fəqət, qəmdi bu dünya,
Bir gözdə: şəfəq dalğalı aləmdi bu dünya.
Bir gözdə: məşəqqət dolu, zillət dolu bir yer,
Bir gözdə: təravətlidi, xürrəmdi bu dünya.
Bir gözdə: bütün sirri olubdur açıq-aşkar,
1
Бундан сонра мисал эятиряъяйим ше’р парчаларыны мцхтялиф
китабларымдан эютцрмцшям.
Şahin Fazil
6
Bir gözdə sehr mücrüsü, mübhəmdi bu dünya.
Bir gözdə: bütün müşkülatın həllinə qadir,
Bir gözdə: çətinlik dolu aləmdi bu dünya.
Bir gözdə: həmi huriyə, həm qılmana malik,
Bir gözdə: əziyyətdi, cəhənnəmdi bu dünya.
Bir gözdə: qiyamət gününün dəhşəti parlar,
Bir gözdə: poladdan dəxi möhkəmdi bu dünya.
Bir gözdə: dönüb göz nuruna zülməti yarmış,
Bir gözdə: donan göz yaşıtək nəmdi bu dünya.
Fırlansa müdam, Şahinə sərsəm deyəcəklər,
Fırlanmada gündüz-gecə, sərsəmdi bu dünya.
(Qəzəllər, 1994, səh. 162)
Əfqanıstanda çox yaşadım, müəyyən fasilələrlə
1963-1988-ci illər arasında 13 il o qürbət diyarda ömür
sürdüm. Əfqanıstan mənə çox şey verdi. Buna görə də
həmin ölkəyə çox minnətdaram. Amma, vətən vətəndir,
illah ki, Odlar diyarı ola. Əfqanıstanda od da gördüm, odu
söndürən su da, gül də gördüm, güllə də. Amma,
Olmuşsa da hörmət mənə əfqan diyarında,
Bildim ki, yad ellərdə adam bəxtəvər olmaz.
(Qəzəllər, 1994, s.165)
Əfqanıstanda üç dövlət medalı ilə təltif olundum.
Aldığım birinci medalımın adı «Sədaqət»dir. Mən əgər
Йапонийа сяфярнамяси
7
sadiq adam olmasaydım «Sədaqət» almazdım ki. «Birinci
Divan» kitabımdakı bir şe’r:
Təşəkkür
Əfqanıstanda həmin respublikanın «Sədaqət»
medalı ilə təltif olunmağım münasibəti ilə
Əfqan diyarında çox olmuşam mən,
Qürbət on ilini aldı ömrümün.
Məqsədim deyildi eşidim «əhsən»,
Zəhmət çəkməyirdim «təşəkkür» üçün.
Orda sərf etdiyim əməyim mənim
Qərəzsiz bir kəsin əməyi idi.
İgid əfqanlara köməyim mənim
Qardaşın qardaşa köməyi idi.
Heç də gizləmirəm, bu gün, bu dəmdə
Böyük bir iftixar mənə yar olub.
Hüdudu bir qarış olan sinəmdə
Hüdudsuz bir sevinc bərqərar olub.
Odlar ölkəsinə dağlar ölkəsi
Gör necə göndərib təşəkkürünü:
Mənə yetsin deyə «təşəkkür» səsi
Medala döndərib təşəkkürünü.
Bu təltif təb’imi gətirdi dilə,
Medalı sinəmə sancaraq bu gün,
Əfqan ölkəsinə ehtiram ilə
Təşəkkür edirəm təşəkkür üçün.
Şahin Fazil
8
(Şahin Fazil. Divan,
1996, səh.427-428)
«Sədaqət» dövlət medalı ilə təltif olunduğum vaxt
mən Əfqanıstanda 10 il işləmişdim. Sonra daha 3 il
işləməli oldum və daha 2 medala layiq görüldüm.
«Üçüncü Divan»dan «Üç medal» şe’ri:
Mən
artıraraq
ayağımın taqətini,
əlimin gücünü,
Əfqanıstana medal almaq üçün getməmişdim,
amma verdilər,
Özü də üçünü.
Qubamın Tarix Muzeyinə
vermişəm medalları,
mən öldükdə
itib-batmasınlar barı.
Arxayınam yazdıqlarım sarıdan,
hələ ölməmişkən
düşməyim deyə iztiraba
əlyazmalarımı çevirirəm kitaba,
arxayın edirəm canımı.
Yazıram «Dördüncü Divan»ımı.
Üç Divan
Və
şair Qiymət Məhərrəmlinin
«Birinci Divan»a yazdığı dissertasiya,
verdiyi qiymət.
Йапонийа сяфярнамяси
9
Və akademik Bəkir Nəbiyevin
«Şahinin qanadları» -
«İkinci Divan»ıma
və «Təzkirə» kitabıma
yazılan məqaləsi –
Qiyməti böyük,
siqləti dərin.
Şöhrət acı deyiləm,
rütbə möhtacı deyiləm,
elə bunlar bəsidir bu şairin.
Bu şair
Tezliklə bu dünyadan
Çəkəcəkdir köçünü…
Mən
Əfqanıstana medal almaq üçün getməmişdim,
amma verdilər,
özü də üçünü.
15.01.2007
(Şahin Fazil. Üçüncü Divan,
Bakı, səh.839-840)
Hazırda 20 ildən çoxdur ki, qayıtmışam Əqfanıstan-
dan. Bu müddət ərzində çox ölkələrdə oldum və olduğum
hər bir xarici (yaxud daxili) diyar haqqında «Səfər-
namələr» yazdım. Yazdım və çap etdirdim. Onların
əksəriyyəti məqalə şəklindədir. Hər səfərnamənin öz «Sə-
fərnamə şe’rləri» var. Məsələn, «İran səfərnamə şe’rləri»
(«İran səfərnamələri» kitabı, 9 səfərnamə, Bakı, 2003;
«İkinci Divan» Bakı, 2005; «Üçüncü Divan», Bakı, 2008).
Şahin Fazil
10
İrana X-XVII səfərnamə şe’rləri («Üçüncü Divan»)
1
;
«Naxçıvan dəftəri» silsiləsindən şe’rlər («İkinci Divan»);
«İkinci Naxçıvan səfərnaməsi» şe’rləri («Üçüncü Divan»);
«Özbəkistan dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»);
«Gürcüstan dəftəri» silsiləsindən («İkinci Divan»);
«Lənkəran dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»);
«Dağıstan dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»),
«Dağıstan şe’rləri silsiləsindən» («İkinci Divan»); «Birinci
İraq dəftəri» şe’rlər silsiləsi («İkinci Divan»); «İkinci İraq
dəftəri şe’rlər silsiləsi» («İkinci Divan») və sair.
İndicə nəzərə çatdırdığım kimi, getdiyim yerlərin
çoxunun öz səfərnamələri və səfərnamə şe’rləri vardır.
2009-cu ilin fevral ayının 18-dən mart ayının 1-dək
isə Yaponiyaya etdiyim səfərim və şe’rlərim. Kiçik bir
dəftərə həmin səfər qeydlərimi, həmin «Gündoğan» ölkədə
gəzdiyim, gördüyüm yerlər haqqında yığcam təəs-
süratlarımı yazmışdımsa da, hətta «Yaponiya səfərna-
məsi» şe’rlər silsiləsini qəzetdə dərc etdirmişdimsə də,
(Bax: «Kredo» qəzeti, №14, 11 aprel, 2009), «Yaponiya
səfərnamələri» kitabımı (!) yazmağa başlaya bilmədim.
Səbəb: Vaxt azlığı. O qədər iş ortaya çıxdı ki. O cümlədən
XVI əsrin sonu, XVII əsrin birinci rübündə yaşayıb-
yaratmış tarixçimiz İsgəndər bəy Münşi Türkmanın fars
dilində yazdığı «Tarixe-aləmaraye-Abbasi» adlı 3 cildlik
əsərinin dilimizə tərcüməsinin yekunlaşdırılması, başqa bir
tarixçimiz (XVI əsr) Həsən bəy Rumlunun «Əhsənüt-
təvarix» kitabının tərcüməsinin davamı, başqa elmi işlər,
konfranslar, xaricə səfərlərim.
1
Ирана 21 səfərimi əhatə edən йени «Иран сяфярнамяляри» китабым бу
эцнлярдя Иран Ислам Республикасы Мядяниййят Мяркязи тяряфиндян чап
олунаъагдыр.
Йапонийа сяфярнамяси
11
Nəhayət, bu il vaxt tapdım. Yadıma akademik Bə-
kir Nəbiyevlə 2006-cı ildəki bir söhbətim düşdü. Dedi: -
İstirahətə gedirəm. Özümlə çox kitab aparmayacağam. İki
kitab isə mənə lazım olacaq: «İkinci Divan» və «Təz-
kireyi-Şahin». Geniş bir məqalə yazacağam.
Akademik həmin kitabları özüylə apardı istirahət
etdiyi yerə və rə’yini, daha doğrusu dolğun elmi məqalə-
sini yazdı. Yazdı və çap etdirdi («Elm» və «Kredo» qə-
zetləri, «Azərbaycan» jurnalı və akademikin 5 cildlik əsər-
lərinin 5-ci kitabı). Sağ olsun və’d verən və və’dinə əməl
edən şəxs, şəxsiyyət.
…Çox yazmışam, amma zəhmətimin layiqli qiymə-
tini hələ almayanlardanam. Qubalı şair Ramiz Qusarçaylı
kimi. İki sətirlik kiçik bir şe’rində böyük bir mənzərə
yaradan Ramizin poetik yaradıcılığından:
«Hər gül üstü bir arının iş yeri,
Ləçəyində dodaq yeri, diş yeri».
(Ramiz Qusarçaylı, Bir çiçək
axşamı, Bakı, 2005, səh.94)
Gözəldir, deyilmi? O Quba şairi də bu qubalı kimi,
hələ zəhmətinin qiymətini görmək, əməyinin bəhərini
dərmək ümidindədir. Zavalı xəyalpərvər… Zavalı mən…
Keçən il 70 yaşım tamam oldu. İndi 72-nin içində-
yəm. Quba tarixində ilk böyük «Quba tarixi»ni yazdım
1
.
1
«Губа тарихи»нин йазылма сябяби щаггында «Губа тарихи»нин «Юн
сюз»цндя беля йазылмышдыр: « 1996-ъы илин октйабр айынын 20-дя Ямир
Теймурун анадан олмасынын 660 иллик йубилейиня щяср олунан Бейнялхалг
Елми Конфрансда иштирак етмякдян ютрц Дашкяндя учмалы идим. Учуша
бир эцн галмыш, ахшамцстц «Азярбайъан» няшриййатынын баш редактору
Нащад Ялийев зянэ едиб няшриййатын директору Назим Ибращимовун
Şahin Fazil
12
Kitab yayıldı, amma onun Qubada təqdimat mərasimi
keçirilmədi. 6 il bundan əvvəl mənim 65 yaşım oldu,
amma Qubada yenə qeyd olunmadı. Keçən ilə isə 70 yaş.
Qubanın yadına yenə də düşmədim. Heç Bakının da.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru,
tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi
Yaqub Mahmudov AMEA Prezidentinə rəsmi məktub
göndərdi. Məktubda respublika rəhbərliyindən 70 yaşım
və elmi fəaliyyətimlə bağlı mənə «Əməkdar elm xadimi»
adının verilməsi tövsiyyə olunurdu. Məktub, insafən
AMEA Prezidenti akademik Mahmud Kərimov tərəfindən
мянимля эюрцшмяк истядийини билдирди. Сабащ Дашкянддя олаъаьым
хябярини ешидяндя мяня уьурлу йол диляйян Нащад Юзбякистан сяфяриндян
эери гайыдан кими Назим мцяллимин йанына эедиб, онунла эюрцшмяйими
хащиш етди. Деди ки, онун сянинля ваъиб сющбяти вар.
Ертяси эцн Дашкянддя олдум, Сямяргяндя эетдим, Юзбякистанын
бир чох тарихи йерлярини зийарят етдим, лакин Нащадын мяня дедийи «Назим
мцяллимин сянинля ваъиб сющбяти вар» ъцмляси бир щяфтя ярзиндя мяня
ращатлыг вермяди. Ахы, Назим мцяллим узун илляр дювлят ишляриндя ишляйян,
сялигя-сащманлы, сюзцбцтюв, ишэцзар бир шяхсдир вя щяр хырда мясялядян
ютрц адамы йанына чаьыран адам дейил.
Октйабрын 28-дя, базар ертяси, Назим Ибращимовун йанына
эетдим. Адяти цзря мяни айаьа дуруб гаршылады вя дярщал мятлябя кечди.
Билдирди ки, Губа район Иъра Щакимиййятинин башчысы Вагиф
Мащмудовун тяшяббцсц иля цч китабын щазырланмасы вя чапы нязярдя
тутулмушдур, ики китаб («Губа» буклети вя Губа шящидляриня щяср олунан
ясяр) артыг щазырдыр вя «Губа тарихи» китабынын йазылмасы ися мяндян
хащиш олунур (Бах: «Губа тарихи», Бакы, 2001, сящ.11).
Ону да гейд едим ки, «Губа» буклетинин мятнинин йазылмасы да
Н.Ибращимов тяряфиндян мяня щяваля олунду вя Губанын тарихи барядя
йаздыьым мцхтясяр иъмал-мя’лумат китабын илк сяккиз сящифясиндя
Азярбайъан вя рус дилляриндя чап едилди. Лакин, сяккиз ай ярзиндя йазыб
битирдийим (нойабр 1996 – август 1997) «Губа тарихи»нин ялйазма
нцсхяси бир нечя ил ялимдя галды, онун чапы цчцн щеч ким ъящд етмяди.
Саь олсун Фяхряддин Губалы (Фяхряддин Пироьлан оьлу Ялийев), китаб
онун шяхси вясаити щесабына 2001-ъи илдя ишыг цзц эюрдц.
Йапонийа сяфярнамяси
13
nəzərə alındı və Prezidentə göndərildi. Göndərildi, amma
gedib
çatmadı.
Görəsən,
Yaponiya
imperatoruna
ünvanlanan sənədi yapon mə’muru ona çatdırmamağa
cür’ət edərdimi? Ax, mə’murlar, mə’murlar. Əlbəttə,
aranızda yaxşı mə’murlar da var. Yaxşı olun, ey
Azərbaycan mə’murları. Yaxşı olun, ey dünya mə’murları.
Xeyirxah olun, ey mə’murlar! Sizin yaxşılığınız
vacibdir! Əsas sizsiniz. Bizlər nəçiyik ki? Olsa-olsa bir
doktor, yaxud professor. Məgər doğrudanmı «Əməkdar
elm xadimləri»nin hamısı, təvazökarlıqdan uzaq olsa da,
deməliyəm, mən kimi əməkdardırlar? 200-dən çox elmi
məqalə, 26 kitab, o cümlədən 4 divan, 5 monoqrafiya, fars
dilindən və osmanlı türkcəsindən 3 tərcümə əsəri, 10-dan
çox şe’r kitabı. Çap olunmuş kitab və məqalələrim ən azı
1000 çap vərəqindən artıqdır. Əməkdar deyiləmmi?
Qəzəl
Mənə dərd verməyin, öz dərdi-sərim var mənim,
Ürəyim birsə də, min bir qəhərim var mənim.
Mən də Sabir sayağı əyriyə həmvar demərəm,
Sözü kəskin deyirəmsə, kədərim var mənim.
Bağiban, hər alağı rədd eləyirsən, əhsən,
Əcnəbi hər sözə qarşı çəpərim var mənim.
Boş xurafatla məni qorxuda bilməz zahid,
Aləmin çox xəbərindən xəbərim var mənim.
Fras-ərəb mə’xəzinin bir çoxu mə’lumdu mənə,
Şahin Fazil
14
Nəzəri çox deyimə öz nəzərim var mənim.
Var adam millətinə bircə bəhər bəxş etməz,
On kitabım var isə on bəhərim var mənim.
Qubamın tarixini vəcd ilə aldım qələmə,
Hələ elm aləminə çox səfərim var mənim.
Yazıram tarixini xalqımızın şövq ilə,
Bu vətən mülkünə, Şahin, səmərim var mənim.
(İkinci Divan, Bakı, 2005, səh.229)
Hazırda müstəqilliyimizdən 20 il keçir. Qətiyyən
danmaq olmaz ki, indi Bakının və bə’zi rayon
mərkəzlərimizin
xarici
görünüşü
müsbət
mə’nada
dəyişilib, xeyli körpü tikilib, yol çəkilib. Amma, alimlərin,
müəllimlərin, tibb işçilərinin maddi vəziyyətləri hələlik
düzəlmir ki, düzəlmir, yaxud düzəldilmir ki, düzəldilmir.
Amma,
illər
ötdükcə
maddi
vəziyyətimizin
yaxşılaşacağına
inamım
böyükdür.
Axı,
bizim
respublikamız rəsmi mə’lumata görə iqtisadi inkişaf
baxımından
bütün
dünyada
ad
çıxarmış,
parlaq
gələcəyimizin yaxşı təməlini qoymuşdur. Yaxşı təməl
nəticə e’tibarilə yaman ola bilməz. Konstitusiyamız
yüksək
səviyyədə
hazırlanmışdır.
Qanunlarımız
mahiyyətcə
çox
yaxşıdır
və
vətəndaşlarımızın
mənafelərinə xidmət edir, amma, hələ ki, onların bəziləri
tam işlək deyil və lazımi şəkildə icra olunmur.
Əməkdar İncəsənət xadimi, yazıçı Yasif Nəsirli
«Günəşlə görüş» kitabında yazır: «Ancaq, Yaponiyada
Йапонийа сяфярнамяси
15
insanlar öz Allahlarını yaxşı tanıyırlar. Allahsız iş
tutmurlar. Burda dövlətin qanunları işləyir. Qanunlar hər
şeyi həll edir. İnsanlar öz hüquqlarını bilirlər və onu
ləyaqətlə müdafiə edirlər» (Yasif Nəsirli. Günəşlə görüş,
səh.50-51).
Mətləbi çox uzatdım deyəsən. «Yaxşı» və «yaman»
mövzusu mənim diqqətimi həmişə özünə cəlb edib.
«Divan»ımda belə bir şe’r var:
Ömür
Yaxşıdı ki,
adamların arasında
yaxşı çox.
Yamandı ki,
yamanların sırasında
yaxşı yox.
Elə mənhus adam var ki,
sinəsində ürək deyil,
daş vurur,
Biçinçi ot biçən təki
boyun biçir, baş vurur...
Elə ölməz ölüm var ki,
elə şərəf, elə şan.
Elə məhrəm zülüm var ki,
istəmirik ola yan.
Elə uzun ömür var ki,
Şahin Fazil
16
ömür deyil, kömürdür.
Elə qısa ömür də var
Ömürdür!
(Bax: Divan, Bakı, 1996, səh.324)
Son 1-2 ayda Azərbaycanda rüşvətxorluq və
korrupsiyaya qarşı yeni mübarizə dalğası coşub. Belə bir
mübarizə 2005-ci ildə də başlanmışdı, amma dövlət orqan
və idarələrində kütləvi hal alan «böyük» mübarizə dalğası,
bir-iki «kiçik» faktı çıxmaq şərti ilə, rüşvətxorları aparıb
Xəzər dənizinə tökmədi. Üçüncü dalğanı gözləyirik.
Beləliklə,
əsas
mətləbə
keçirəm.
Beləliklə,
Yaponiya səfəri, Yaponiya səfərnaməsi, Yaponiya
səfərnamə şe’rləri.
2008-ci ilin dekabr ayının 15-i idi. Bakı Dövlət
Universiteti Şərqşünaslıq fakültəsinin professoru Mirzə
Rəhimov mənə zəng vurdu:
- Necəsən?
- Yaxşıyam.
- Yaponiyaya getmək istərdinmi?
Duruxdum:
- Haraya?
- Yaponiyaya!
- Zarafat edirsənmi?
- Qətiyyən.
- Əlbəttə, getmək istərdim. Kim istəməz ki?
- Sənə indi zəng edəcəklər. Yaponiyadan.
5-10 dəqiqədən sonra zəng. Doğrudan da
Yaponiyadan.
- Mən Şaiqəm. Mirzə müəllim Yaponiyanın
Tohoku Universitetinin də’vətinə sizin razılaşdığınızı
bildirdi.
Йапонийа сяфярнамяси
17
- Təklif realdırmı?
- Əlbəttə. Elə buna görə sizə zəng vurmuşuq.
Səfəriniz bir-iki aydan sonra, fevralın ortaları üçün
müəyyənləşdirilib. Sizin adınıza məktub gələcək.
Mənim adıma ingilis dilində rəsmi məktub gəldi.
Bir neçə gündən sonra 19 dekabr 2008-ci ildə göndərilmiş
həmin məktubun Senday şəhəri Tohoku Universitetinin
Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzinin professoru
Hiroki Oka tərəfindən rus dilinə çevrilmiş nüsxəsini də
aldım. Beləliklə, mənim adıma yüksək mədəniyyət və
ehtiramla yazılmış eyni məzmunlu də’vətnamədə özündə
yüksək yapon mədəni müraciətini əks etdirən aşağıdakı
mə’lumat və təklif öz əksini tapmışdı:
«Əziz professor Şahin F.Fərzəliyev.
Yaponiyaya gəlmək, «Tarixi ən’ənələr və postsovet
rejimi ölkələrində tədqiqat və təhsil metodlarının yenidən
işlənməsi üzrə tədqiqatlar» mövzusu üzrə bizim elmi-
tədqiqat işimizə öz köməyinizi əsirgəmədiyinizə və
təklifimizi qəbul etdiyinizə görə Sizə öz minnətdarlığımı
bildirmək istərdim.
Mənim adım Oka Hirokidir, Yaponiyanın Tohoku
Universitetinin Şimal-Şərq Asiya Tədqiqatları Mərkəzinin
professoru və bu proyektin rəhbəriyəm. Yaponiya Maarif
Nazirliyinin himayəsi və maddi yardımı ilə 2007-ci ildə
başlayan bu elmi-tədqiqat proyekti Rusiya, Azərbaycan,
Corciya (Gürcüstan – Ş.F.), Özbəkistan və Monqolustan
da daxil olmaqla, sabiq sovet ölkələrinin yaxın keçmişdəki
tarixşünaslıq və təhsil ən’ənələrini öyrənmək və onlara
yardım etmək məqsədi daşıyır. 2008-ci ilin fevralında biz
Monqolustan və Özbəkistanın iki xarici tədqiqatçısı ilə öz
ilk görüşümüzü keçirdik. Bu dəfə isə yuxarıdakı proyekt
Şahin Fazil
18
üzrə Azərbaycan və Corciya tədqiqatçıları ilə görüşmək və
göstərilən mövzunu müzakirə etməklə şərəflənirik.
Burada, hal-hazırda Sizin də’vətinizlə bağlı
sənədlər hazırlığı və viza prosesi reallaşmaq üzrədir. Biz
tezliklə onları Sizə göndərəcəyik.
Siz lütfən öz mühazirənizin adını bizə yollayın.
Həmçinin xahiş edirik ki, mühazirənizin xülasəsini 15
fevral tarixinədək göndərəsiniz. Seminar 2009-cu ilin
fevral ayının 21-də keçiriləcəkdir.
Nəzərinizə çatdırırıq ki, səyahətiniz zamanı sizin
ölkənizlə Yaponiyanın Senday Universiteti arasındakı
mövcud xərclər (expences) tərəfimizdən ödəniləcəkdir.
Xahiş edirik ki, bizimlə əlaqə saxlayasınız.
Səmimiyyətlə Hiroki Oka – Yaponiya Tohoku Universiteti
Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzi.
Tel./ Fax. 81-22-795-60-83
19.12.2008».
Elə həmin gün Hiroki Okanın başqa bir məktubu da
evimə göndərildi.
Mən bu məktubu günorta vaxtı almışdım.
Axşamüstü poçtalyon dr. Hiroki Okanın başqa bir
məktubunu da evimə gətirdi. İngilis dilində olan məktubda
yazılmışdı:
Dostları ilə paylaş: |