Kuril adaları. Kamçatka yarımadası ilə Hokkaydo adası
arasında adalar qrupu... 30-dan çox böyük, çoxlu kiçik ada
və qayalardan ibarətdir. Uzunluğu təqr. 1200 km. faydalı
qazıntıları: kükürd, mis, qızıl, qalay... Kuril adaları
haqqında ilk mə’lumatı rus səyyahı V.V.Atlasov
vermişdir. 18-19-cu əsrin əvvəllərində buranı başqa rus
səyyahları tədqiq etmişlər. Rusiya-Yaponiya müqaviləsinə
Йапонийа сяфярнамяси
35
əsasən (1855) İtirup adasından şimaldakı bütün adalar
Rusiyanın mülkü e’lan olundu. 1875-ci il müqaviləsi ilə
Kuril adalarından 18-i Yaponiyaya verildi, əvəzində
Yaponiya Saxalinin tamamilə Rusiyaya keçməsini tanıdı.
1875-1945-ci illərdə Kuril adalarını Yaponiya idarə
etmişdir. Krım konfransının qərarı ilə (1945) Kuril adaları
Sovet İttifaqına verildi. Kuril desant əməliyyatı (1945)
nəticəsində Sovet Ordusu Kuril adalarını Yaponiya
qoşunlarından təmizlədi. San-Fransisko sülh müqaviləsinə
(1951) əsasən Yaponiya Kuril adalarına olan hüquq və
iddialarından əl çəkdi. Lakin Yaponiyanın millətçi
dairələri Kuril adalarının geri qaytarılması barədə
iddialarında tə’kid edirlər» (Bax: ASE, VI cild, Bakı,
1982, səh.25).
Buradan çıxarılan nəticə: SSRİ Kuril adalarını işğal
etmişdir. Ermənistanın Dağlıq Qarabağı və üstəlik daha bir
neçə rayonumuzu işğal etdiyi kimi. Belə olan halda
Yaponiyanın «millətçi dairələri» nə etməlidirlər? Heç
olmasa 1875-1945-ci illərdə, yuxarıda yazıldığı kimi
«Kuril adalarını Yaponiya idarə etmişdir». Bəs ermənilər
haçan Qarabağ torpağını idarə etmişlər? Dünyaya
«haqsızlıq dünyası» desək səhv etmərik.
Yaponiya tarixi haqqında maraqlı mə’lumatlar
kitabı olan «Yaponlar (etnopsixoloji oçerklər)» kitabında
isə bu qədim ölkə barədə oxuyuruq: «Yaponların
etnogenezi məsələsi hal-hazırda da mübahisələr doğurur...
Bizim
(yə’ni
rusların
–
Ş.F.)
yaponşünaslığında
Yaponiyanın ən qədim tayfasının aynlar olduğu
göstərilmişdir. Xokkaydo adasına Asiya qit’əsinin şərq
sahillərindən gələn adamlar aynlarla qaynayıb qarışmış,
buraya gələn qəbilələrdə mədəni inkişaf prosesi eramızın
Şahin Fazil
36
V əsrinədək davam etmişdir. VI-VII əsrlərdə Yaponiyaya
Koreya və Çindən də gələnlər olmuş, ayn əhalisinin bir
hissəsi gəlmələrə qarışmış, o əhalinin başqa hissəsi şimala
doğru sıxışdırılmışdır.
Hazırda Yaponiya etnik tərkibinə görə dünya
ölkələri arasında ən yekcins ölkə sayılır, belə ki, ölkə
əhalisinin 99 faizini yaponlar təşkil edir. Aynlar isə
olduqca azalmışdır, yalnız Xokkaydoda yaşayırlar və
onların sayı 20 min nəfərdən çox deyildir» (bax:
В.А.Пронников, И.Д.Ладанов. Японцы. Этнопсихоло-
гические очерки, Москва, 1996, стр.7-8).
Qeyd edim ki, mənim bacım Naibə kimya elmləri
doktoru, professordur. Bakı Dövlət Universitetinin Kimya
Fakültəsində Azərbaycan və ingilis dillərində mühazirələr
oxuyur, həm də bu Universitetin Şərqşünaslıq fakültəsində
Yapon ədəbiyyatı (xüsusi kurs), yapon kalliqrafiyası,
Yaponiya və Azərbaycan üzrə müqayisəli ədəbiyyat
(konfaratilistika)
fənnlərindən
dərs
deyir.
Mən
«Azərbaycan haykuları» kitabımı yazdığıma görə bacıma
minnətdaram. Məni yaponların bu janrını daha dərindən
öyrənməyə Naibə təşviq etdi. Fenomen Naibə!
1
500-dən
çox Azərbaycan haykusu
1
və vaka (tanka) yazdım,
haykularım haqqında BDU-nun mə’zunu, hazırda isə
Yaponiyanın Bakıdakı Səfirliyinin mütərcimi Rəşad
1
Гейд: Наибя баъым щаггында эениш мя’лумат алмаг цчцн бах:
Гюльрух Алибейли, «Наиба Мусаева - феномен», «Зеркало» гязети, 5
март, 2011, № 42, сящ.40. Гейд: Яэяр Эцлрух ханым Ялибяйлинин
тя’биринъя десям мяним «феномен» баъым Азярбайъан Дювлят
Университетиндяки педогожи фяалиййяти иля йанашы Елмляр Академийасынын
Сумгайыт шящяриндя йерляшян «Хлор Цзвц Бирляшмяляр Институтунда»
лабораторийа мцдири олмуш, щямчинин 1990-1992-ъи иллярдя Таллиндяки
Тарту Университетинин йарым штатлы баш елми ишчиси вязифясиндя чалышмышдыр.
Йапонийа сяфярнамяси
37
Quluzadə diplom işi yazdı və onu müvəffəqiyyətlə
müdafiə etdi. Rəşad hələ tələbə ikən Tokioda çap olunan
«Yapon dili və mədəniyyəti sahəsində xarici ölkə
tələbələrinin tədqiqatları» jurnalında (Tokio Xarici Dillər
Universitetinin Tədqiqatlar jurnalı, Tokio, 2005) «Şahin
Fazilin haykularını Azərbaycan haykusu adlandırmaq
olarmı?» adlı elmi məqalə ilə çıxış edərək, mövzu üzrə
verdiyi suala «hə» cavabını bildirdi. Məqalənin bə’zi
yerlərindən hissələr:
«Azərbaycanda hayku deyilən bir janr yox idi,
azərbaycanlıların hayku haqqında olan mə’lumatları yalnız
rus dilinə tərcümə edilmiş yapon haykuları vasitəsi ilə
idi...
...Azəri haykularında da, digər xarici ölkələrin
haykuları kimi, yapon haykularının 5+7+5 heca sayı
qanununa riayət olunmur. Bu, məhz o səbəbdəndir ki,
yapon dilinin heca quruluşu ilə Azərbaycan dilinin heca
quruluşu çox fərqlənir. Lakin, misralardakı hecaların
ümumi sayı yapon haykularında olduğu kimi 17-dir:
Tək qalmışam.
Evimə qonaq gəlib təklik
Gəlin kimi.
Burada 1-ci misrada 4 heca, ikinci misrada 9, 3-cü
misrada isə 4 heca var, ümumilikdə isə 17 hecadır...
... Yapon haykularındakı «ya», «kana», «ker» və s.
kimi ayırıcı hissəciklər azəri haykusunda olmasa da, onları
əvəz edən, onların vəzifəsini yerinə yetirən (-), (.), (!), (,),
(:), (...) kimi işarələr var. Məsələn:
Şahin Fazil
38
Külək –
Olmasa əsməz, əsməsə görünməz,
Ey yaradan!
Bahar... çiçək yağışı...
Budaqlar
Doğmağa hazırlaşır.
Bu haykulardakı «-», «...», «!» işarələri yapon
haykularındakı ayırıcı hissəciklərin vəzifəsini yerinə
yetirir...
...Azəri haykularında da «mövsüm sözləri» kimi
adlana biləcək sözlər var. Məsələn:
Qar
Yorğan kimi örtdü damı,
Elə bildi ki, qızdırır.
... Şahin Fazilin haykularının mövzuları müxtəlif-
dir, böyük hissəsini «sevgi», «tənhalıq», «ölüm», «kədər»
və «təbiət» mövzularında olan haykular tutur:
Dərhal qaytaracağam sənə
Mənə borc ver
Öpüşünü.
Йапонийа сяфярнамяси
39
Özünü sıx mənə,
Qoyma üşüsün.
Divarda kölgəmiz.
...Şair insanlara müraciət mövzusunda da hayku
yazmışdır:
Ey adamlar, insan yaradın
Dünyada çox azdır
İnsan.
Dünya çirkli, insanların qəlbi də çirkli, insan deyə
biləcəyimiz adam çox az... Məhz şair bu hayku ilə
insanlara müraciət edərək «İnsan yaradın» deyə xahiş
edir...
Mənim
bu
mövzunu
seçimdə
məqsədim
«Azərbaycan şairi olan Şahin Fazilin haykularını azəri
haykusu adlandırmaq olarmı, ya yox»u müəyyən etmək
idi...
Mövzu cəhətdən ayırıcı hissəcikləri əvəz edə
biləcək
işarələrin
olması,
bu
haykuların
«hayku
standartları»na cavab verdiyini sübut edir. Lakin, forma
cəhətdən yapon haykuları deyil… və 5+7+5 ardıcıllığı
gözlənilməsə də, ümumilikdə 17 heca var. Buna görə də,
Şahin Fazilin haykularını xaricilərin haykuları kimi
adlandırmaq olar» (Bax: Göst. jurnal, səh.149).
Günlər bir-birini əvəz etdikcə mənim Tokioya uçuş
vaxtımın gəlib çatması azalır.
Bir gün akademik Bəkir Nəbiyevin direktor olduğu
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna
getdim. Bilirdim ki, bu möhtərəm alim, ruhən mənə yaxın
Şahin Fazil
40
insan vaxtı ilə Yaponiyada olmuş və «Yaponiyada
gördüklərim» adlı məqalə yazmışdır. O, məqaləsinin bir
nüsxəsini mənə verdi. «İstifadə edəcəyəm» dedim. Dərhal
cavab verdi: «Alimlərin, yazıçıların, ümumiyyətlə bütün
yaradıcı insanların yazdıqları hökmən nəyəsə yaramalıdır.
Sənin yaradıcı istifadəni gözləyirəm».
Kitabşünas dostum, tarix üzrə fəlsəfə doktoru
İmaməddin
Zəkiyev
mənim
tezliklə
Yaponiyaya
gedəcəyimi bilib öz köməyini əsirgəmədi. Yəni, Yasif
Nəsirlinin Yaponiyadan aldığı təəssüratı özündə əks
etdirən
«Günəşlə
görüş»,
həmçinin
Vsevalod
Ovçinnikovun «Sakura budağı» kitablarını mənə gətirdi.
Bacım Naibədən isə Həsən Seyidbəylinin «On beş gün
Yaponiyada» (Bakı, 1966) kitabını götürdüm. SSRİ
Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun 1990-cı
ildə çap etdiyi «Yaponiyada imperator kultu (Miflər, tarix,
doktrinalar,
siyasət)»
və
V.A.
Pronnikov
və
İ.D.Ladanovun «Yaponlar» kitabının 1996-cı ildə çapdan
çıxmış 3-cü nəşri də işimə yaradı və Yaponiya xüsusunda
mütaliəmə başladım. E’tiraf etməliyəm ki, bu məqalə və
kitabların hamısından akademik B.Nəbiyev demişkən
«yaradıcılıqla istifadə» etdim.
Nəhayət 17 fevral 2009-cu il.
Bütün günü evdə oldum. Bir neçə saat işlədim
(İsgəndər bəy Münşinin «Tarixe-aləmaraye-Abbasi»
kitabının
tərcüməsini
tamamlamaqdayam).
Yatmaq
istədim. Yuxum gəlmədi. Qocanın yuxusu ərşə çəkilərmiş.
Bir neçə il əvvəl, xoşbəxt çağımda yazdığım bir şe’rimi
xatırladım:
Йапонийа сяфярнамяси
41
Laylay, mənə bir laylay
Arabir sevincim həzzlə yanaşı,
Hərdən qəhər boğur bir anlıq məni.
Saçımdan qaradır qarlı dağ başı,
Deyəsən tərk edir cavanlıq məni.
Çoxu illərimin geridə qaldı,
Neçə aydan ötüb, ildən aşmışam.
Ömrün təzadımı, yoxsa nə haldı,
Yarım, qocalmışam uşaqlaşmışam.
Gəncliyim ilğıma, röyaya bənzər,
Cavanlıq gözümdən uzaq kimidir.
Uşaq var çoxbilmiş qocaya bənzər,
Qoca var küsəyən uşaq kimidir.
İnadkar olmuşam, dözəsən gərək,
Uşağa dönmüşəm mən qoca ikən.
Qəlbim kövrək olub cocuq qəlbitək,
Layla çal, bir layla istəyirəm mən.
Ey yar, uşağam sanki,
Laylay, mənə bir laylay.
Sinndən uzağam sanki,
Laylay, mənə bir laylay.
Laylay de nəvəm yatsın,
Laylay mənə həm çatsın,
Laylay məni yuxlatsın,
Laylay, mənə bir laylay.
Şahin Fazil
42
Laylay, naçaram yoxsa,
Laylay ki, zaram yoxsa.
Bax, ağlayaram yoxsa,
Laylay, mənə bir laylay.
Cənnətdi həyat mənli,
Ləzzətdi həyat sənli.
Nənni, mənə bir nənni,
Laylay, mənə bir laylay.
(Bax: Əllərini ver
mənə, Bakı,1998
səh.71-72)
Axşamüstü şəhərə çıxıb Yaponiyada görüşəcəyim
alimlər üçün bə’zi suvenir-hədiyyələr aldım. Evə qayıdıb
aparacağım şeyləri səliqə-sahmana saldım.
Aparmaq üçün çoxlu kitab əldə etmişdim. Əvvəlki
iki divanımı və bu günlərdə çapdan çıxmış «Üçüncü
Divan»ımdan bir neçəsini də çamadana yerləşdirdim.
Mənim birinci «Divan» kitabım 1996-cı, «İkinci Divan»
2005-ci, «Üçüncü Divan» isə 2008-ci ildə çap
olunmuşdur. 3023 səhifədən ibarət üç divan. Çox əmək
sərf elədim bu divanlara:
Şe’rimi Qur’an oxuyub yazmışam,
Rəmzimi irfan oxuyub yaxmışam.
Yazmamışam «Divan»ı birdən-birə,
Bir neçə «Divan» oxuyub yazmışam.
Bircə gün ömrümdə hədər keçmədi,
Şahina, hər an oxuyub yazmışam.
Йапонийа сяфярнамяси
43
(ÜçüncüDivan, səh.456)
Mə’lum qəzəlimin son beytini qeyri-təvazökarlıq-
dan uzaq sanın. Ümumiyyətlə, yazmadığım gün yoxdur.
Əlimdə hər zaman tutdum qələm,Şahin,
mən öldükdə,
Görərlər seyr edən kəslər məzarımdan
qələm qalxıb.
(Üçüncü Divan, əh.77)
Gündüz, işlədiyim İnstituta da baş çəkmişdim. Elmi
işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi
Bəhramovun mənə verdiyi Qarabağa həsr olunmuş sidi də
çamadanıma qoyuldu. Ən başlıcası isə, məni Tokionun
Narita Beynəlxalq aeroportunda qarşılayacaq Şaiq
Cəfərzadə üçün əldə etdiyim və əsasən Azərbaycan Xalq
Cümhuriyyəti
tarixinə
aid
əsərləri
qablaşdırdım.
Məmmədəmin Rəsulzadənin demək olar ki, bütün
əsərlərini tapmışam Yaponiya ölkəsində magistrant olan
Şaiq üçün. Xatırladım ki, o, orada olacağım günlərdə
mənim tərcüməçim və müşayiətçim olacaq.
Ağır peşədir tərcüməçilik. İllərlə daşımışam bu
peşəni. Bir vaxt Əfqanıstanda yazmışdım ki:
Tərcüməçi – mənim peşəm!
Yad diyarda neçə illər tərcüməçi işləmişəm.
.
(Əllərini
ver
mənə,
Bakı, 1998, səh. 123)
Şahin Fazil
44
Saat 22-dir. Televizoru söndürüb yatağa uzandım.
Gecə yarısı yola düşməliyəm. Amma, yuxu gözümə
gəlmirdi ki, gəlmirdi. İki saata qədər mürgülədim...
II. 18 fevral 2009.
Səfərimin başlanması. Bakı-Moskva
istiqamətli uçuş. Moskva. Şeremetjevo – 2
Beynəlxalq aeroportu . Tranzit zal. Səhər
saat 8 -dən axşam saat 18-dək bu zalda
keçirdiyim intizar. Nəhayət, Tokioya
uçacaq SU-583-cü reys sərnişinlərinin
qeydiyyatının
başlanması.
Nəhəng
Fransa aerobusu. Məşhur yapon rəqqası
Kohşon Nanami ilə tanışlıq. Tokio. “
Narita” Beynəlxalq aeroportu.
Saat 3-dür. Sürücü Həmidlə aeroporta yollandıq.
Saat 6-da «Boinq» markalı təyyarə səmaya qalxdı. Narahat
idim. Öndə dəfələrlə gördüyüm Moskva, sonra ilə hələ bir
dəfə də görmədiyim Tokio şəhəri dururdu...
Moskvadayam. Hər yan mənim saçımdan da ağ qar
içindədir.
Dördlük
Kim məni qarğışladı –
Saçımda qar qışladı.
Cavanlığım bitməmiş
Qocalığım başladı.
Şeremetyevo-2. Tə’miri hələ bitməyib. Tranzit zal.
Bir neçə saat gözləməliyəm burada. Tokioya uçuş bu gün
Йапонийа сяфярнамяси
45
saat 19
20
-dən sabah saat 10
55
-dək davam edəcəkdir.
Təəccüblənirəm. 15 saat uzunluğunda fasiləsiz uçuş. Mənə
dedilər ki, sabah günorta vaxtı Tokioda olacaqsınız.
Təyyarə biletindəsə çatacağımız vaxt 10
55
göstərilmişdir.
1985-ci ilin noyabr-dekabr aylarında bir neçə gün
Yaponiyada olmuş Bəkir müəllimin məqaləsinə göz
gəzdirirəm. Akademik yazır: «İlk möcüzə elə yolda özünü
göstərdi. Biz Moskvanın Şeremetyevo təyyarə meydanında
Tokioya uçan hava gəmisinə daxil olanda axşam
düşmüşdü. Qarşıda təqribən 10 saat davam edən fasiləsiz
uçuş dururdu. Güman etmək olardı ki, biz mənzil başına
çatanda səhər açılacaqdı. Lakin bu dəfə Aeroflotun
sərnişinləri üçün səhər... gecə yarısı açıldı. Məsələ
burasındadır ki, müxtəlif coğrafi en dairələri üzərində
yerləşən Moskva və Tokio şəhərləri arasında günəşin
doğması və batması baxımından altı saatlıq zaman fərqi
var. Buna görə də cəmi 10 saat yolda olduğumuza
baxmayaraq, qarşımıza çıxmış ev sahibləri kiçik bir
rahatlıqdan sonra bizi səhər çayı içməyə yox, nahar üçün
restorana də’vət etdilər...» (Bax: «Çətin yollarda» kitabı,
Bakı, 2000, səh.683).
Bəli, Bəkir müəllim üçün gecə yarısı açılan səhər
mənim üçün günorta vaxtı açıldı.
Mərhum
yazıçımız
Həsən
Seyidbəyli
də
Yaponiyada olub və orada 15 gün qalıb. Bəkir müəllim,
Yasif Nəsirli və mən gedəcəyimiz bu ölkəyə Bakı-
Moskva-Tokio marşrutu ilə uçduğumuz halda, məşhur
yazıçımızın səfər marşrutu bir neçə ölkənin ərazisindən
keçməklə onu Tokioya aparıb çatdırıb: Özbəkistan-
Əfqanıstan-Pakistan-Hindistan-Tayland-Yaponiya. (Bax:
Şahin Fazil
46
Həsən Seyidbəyli. On beş gün Yaponiyada, Bakı, 1966,
s.7-26).
Mən isə hələlik Moskvadayam, tranzit zalda. Zal
dolur, boşalır. Ağ dərililər, qara dərililər, sarı dərililər,
qıyıqgözlər qarışıblar bir-birlərinə. Hamı tələsir və
gözləyir. Vaxtını buradakı kafe-barlarda keçirənlər kim,
bardaş qurub oturanlar kim, skamyada uzanıb yatanlar
kim. Mənsə, bu geniş tranzit zalda, dəmirdən düzəldilmiş
skamyaların üstündə gah uzanır, gah da zalın müxtəlif
salonlarında gəzirəm. Ümumiyyətlə, gəzməyi, ayaq üstdə
olmağı
çox
sevirəm.
Bakıdakı
«İzmir
bağı»nda,
Akademiyamızın qarşısındakı iri hovuz ətrafında, «Hüseyn
Cavid bağı»nda o qədər addımlamışam ki. Ayaqlarımla o
qədər yer ölçmüşəm ki (geodezistlərin yerölçən cihazları
kimidir ayaqlarım sanki).
Ayaq üstdə
Günlərimin çoxunu mən
keçirmişəm
ayaq üstdə.
Heç təsəvvür eləməzdim
neçə-neçə məsafəni
keçərmişəm
ayaq üstdə.
Yazanda da gəzən mənəm,
Ayaqlarım nə qədər ki, gəzir yeri –
Yerölçənəm.
Minnətdaram ayağıma,
Qorxutmayır yaxın məni,
uzaq məni.
Йапонийа сяфярнамяси
47
Durğunluqdan, ətalətdən
Uzaq edir ayaq məni.
İstəmirəm sükunətdə
günüm ötə.
Günlərimin çoxunu mən
Keçirmişəm ayaq üstdə.
Lap ölümün önündə də
Diz çökmərəm hələm-hələm,
Öləndə də gərək öləm
Ağac kimi,
Ayaq üstdə.
(Bax: Yenə görüşərik,
Bakı, 1989, səh.23)
Hələ uçuşa çox var. Vaxtı öldürmək gərəkdi.
Mənim nəzərimdə adam öldürənlə vaxt öldürənin hər ikisi
qatildir. Mən bu saatlarda, bu qərib ölkədə, bu tranzit zalda
qatil olmuşdum. İndi başqa çarəm yoxdu. Vaxtı öldürmək
gərəkdi. Hələ 11 saat gözləməliyəm. Mən indi vaxt
öldürən olmuşam. Mən vaxtımı öldürürəm. Mən hal-
hazırda qatiləm.
Hayku
Kimsə adam öldürür,
Kimsə vaxt –
Hər ikisi qatildir!
Kitab
oxumağa
başladım.
V.Pronnikov
və
İ.Ladanovun «Yaponlar» kitabını yenidən əlimə götürdüm.
Müəlliflər yazırlar: «Müasir Yaponiya Asiya qit’əsinin
Şahin Fazil
48
şərq sahilindən şimaldan cənuba doğru uzanan arxipelaq
üzərində yerləşir. Onun əsas adaları: Şimalda – Hokkaydo,
mərkəzdə Honsyu və Sikoku, cənubda – Kyusyu.
Bunlardan başqa orada 3 mindən çox kiçik adalar vardır.
Sahəsi 400 min kv. km., əhalisi 120 milyon nəfərdir» (bax:
Yaponlar, səh.3-4).
Əlbəttə, Yaponiya əhalisinin sayı hazırda daha
çoxdur zənnindəyəm. Axı, «Yaponlar»ın yazılmasından 15
il vaxt ötmüşdür.
Gözlərim yoruldu. Gözlərin yorğunluğunu azaltmaq
üçün kipriklərimi qapadım. Çox səfərlərdə olmuşam.
Amma, düşünürəm ki, bu uzaq səfər üzəcək məni.
Yorğunam. «Yaponlar»ı qapayıb dəftərimi açdım,
qələmimi götürdüm. Narahatlığımı ifadə edən və
«Yaponiya səfərnaməsi» silsiləsindən olan birinci şe’rimi
yazdım:
Rica
Kömək et, dəyməsin cəhd oxum daşa,
İlahi, qalmasın ürəyimdə kam.
Yapon səfərini vuraraq başa
İnşallah vətənə qayıdasıyam.
Məni dözümlü et, yolumu nurlu,
O nurlu yolla da obama dönüm.
Qoy Yapon səfəri ola uğurlu,
İlahi, et kömək yuvama dönüm.
Baharı mümkünsə ömür qışının
Bu uzaq səfərdən mənə dönüş yaz.
Yuvası Bakıdır Şahin kişinin,
Şahin quşununsa yuvası olmaz.
Йапонийа сяфярнамяси
49
Mən Şahin kişiyəm, quş deyiləm ki...
Moskva, Şeremetyevo-2,
18 fevral 2009
«Şahin kişi» olsam da, əgər mənə «şahin quşu» de-
sələr yanılmazlar. Axı, hey uçuram, təyyarədə hərdənbir,
amma fikir səmasında, şe’r asimanında daim uçuram.
Uçuşsuz günüm olmasın, İlahi. Hələ uçmalıyam, İlahi.
Hələ qanadlarımda (yadıma Bəkir müəllimin «Şahinin
qanadları» ifadəsi düşdü) qüvvət var, İlahi:
Neçə şahin quşunun seyr eləmiş pərvazın...
Geriyə qalmayacaqdır adaşından Şahin
(İkinci Divan, s.259)
Necə
deyərlər,
insan
quş
kimidir.
Dünən
Bakıdaydım, bu gün Moskvadayam, sabah isə Tokioda
olacağam inşallah.
Sübh saat 8-dən qonmuşam bu hava limanının
tranzit zalına. Vaxt öldürən qatiləm. Ağır şeydir vaxt. Çox
ləng keçir. Hələ saat 10-dur. Hələ gör neçə saat burada
qalmalıyam...
Bir dəstə erməni idmançısına gözüm sataşdı.
Harayasa uçmaq üçün gəliblər. Gözüm azərbaycanlı gəzir.
Amma, gözüm axtardığını tapmadı. Ermənilərsə hır-hır
hırıldaşır, kələn-köntöy dillə nəsə danışır, gülüşürlər.
Hırıldayın, ey Qarabağımı işğal edən namərdlər, vaxt
gələr, biz də gülərik. Hazırda isə Qarabağım əldən gedib...
Şahin Fazil
50
Düşmənim gör neçə müddətdi bağımdan yapışıb,
Çəmənimdən, düzənimdən, bulağımdan yapışıb.
Topxana ormanının şövqü başından çıxmır,
Palıdımdan, vələsimdən, qovağımdan yapışıb.
Özünün nur saça bilmir deyə solğun çırağı,
Qarabağ mülkü təkin çilçırağımdan yapışıb.
Ağlın olsun, gəl odumdan, ocağımdan əl çək,
Əlini yandıracaqsan ocağımdan yapışıb.
Natəmiz vüs-vücudundan eli pak etməkçin
Qovaram mən səni bir gün yarağımdan yapışıb.
Sənə yalvarmayıram, əmr edirəm, getsə belə
Mənə sən yalvaracaqsan ayağımdan yapışıb.
Şahinəm, olsa lüzum, qaplana dönnəm bir gün,
Məni gəl silkələmə sən budağımdan yapışıb.
(Qəzəllər, Bakı,
1994, səh.144)
Tranzit zal dolub-boşalır, boşalıb-dolur. Saat 11.
Saat 12. Saat 13. Ürəyim çəkildi. Cavanlıq vaxtımda
vaxtın ötüşünə bir o qədər də məhəl qoymazdım. İndi isə,
qocayam. Yaş 70-i haqlayıb. Hövsələsiz olmuşam. Ürəyim
çəkildi.
Mənim «Mənim qocalığım» adlı şe’rim var.
Bədbindir. Hazırkı halıma münasibdir:
Йапонийа сяфярнамяси
51
Şahin Fazil
52
Gün-gündən qısalır həzzimin boyu,
Qəmim uzandıqca möhnətim artır.
Yığılır gözümə mirvari suyu,
Yaşım çoxaldıqca sərvətim artır.
Saçım gümüşlənir mənim get-gedə,
Üzüm qızıl kimi saralmaqdadır.
İstilik görmürəm daha heç nədə,
Başımın üstünü qar almaqdadır.
Rəngi solmaqdadır ömür gülümün
Baba çuxasıtək, nənə donutək.
Önünə çıxıram gözəl ölümün,
Ölümü yar kimi qucum mən gərək.
Kədərim dərdimlə həmahəng gedir,
Çoxdan oxumuram gənclik himnimi.
Sür’ətim azalır, işim ləng gedir,
Hərdən axsayıram Teymurləng kimi.
Yar bəyənməyirəm, yar atmayıram,
Qələmim əlimdə yaraq əvəzi.
Daha mən uşaq da yaratmayıram,
Şe’r yaradıram uşaq əvəzi.
(Üçüncü Divan,
səh. 485-486)
Bəli, bu gün, elə burada bu tranzit zalında
yuxarıdakı şe’rimi yaratdım: «Rica» şe’rimi...
Йапонийа сяфярнамяси
53
Saat 14. Saat 15. Saat 16. İlahi, dözüm ver mənə.
Hayku
Ey vaxt, get,
Ey vaxt, get,
Ey yar gəl ki, vaxt getməsə gəlməzsən.
(Üçüncü Divan, səh.
1023)
Saat 17. Saat 18. Görəsən darıxmaqdan ölmək
olarmı? Ölmərəm ki? Qərib yerdə, özü də tək, tənha.
Vaxtın ləng ötməsi barədə elə bu dəm ləngimədən bir
başqa hayku yazdım:
Hayku
Dəqiqələrin
Ayaqları ləng –
Daş sallanıb onlardan.
Nəhayət olduqca məlahətli bir qadın səsi eşitdim
(mən bu saat lap şeytanın da səsini «məlahətli qadın
səsinə» bənzədərdim): «Tokioya uçan SU-583-cü reysin
sərnişinlərinin
qeydiyyatı
18-ci
çıxış
yolunda
başlanacaqdır». Sağ olun, ey qeydiyyatçılar, var olun. Tez
qeyd eləyin bizi, oturaq təyyarəyə, uçaq Yaponiyaya.
Amma, yamanca qar yağır. Cənubi Azərbaycan şairi Mirzə
Əli Möcüz demişkən:
«Görəsən göydəki ambardə qar var, ya yox?»
Şahin Fazil
54
Yəqin ki çox qar var. Yağır ki, yağır...
Təyyarənin uçuşu yarım saatdan da çox gecikdi.
Nəhayət ki, təyyarədəyik. Nəhəng bir təyyarə. Olduqca iri
bir dəmir quş. «Dəmir quş»un içərisindəyik. Mixaildən
(bortprovodnik) soruşdum:
-Bu nə təyyarədir belə?
Cavab verdi: - Aerobusdur.
Dedim: - Harada düzəldiblər?
Dedi: - Fransada.
Dedim: - Maşallah!
Görəsən, bir də haçansa, aerobus demirəm, heç
olmasa bapbalaca təyyarə düzəldə biləcəyikmi? Yadıma
böyük şairin kiçik bir şe’rinin bu misraları düşdü:
«Özgələr qoy paravoz, ya gəmi icad eləsin,
Biz verib pul, minərik, yol gedərik rahət ilə».
Aerobus nə aerobus! Həm görünüşünə, həm də
sərnişin tutumuna görə olduqca əzəmətli bir hava gəmisi.
Yaponiyaya uçarkən belə aerobus Bəkir müəllimin
də diqqətini cəlb edib: «Səfərimiz davam edirdi. Ertəsi
gün, Yaponiya hava xətləri şirkətinə məxsus «Boinq -
743» təyyarəsi ilə Sapporoya yola düşdük. Təqribən 500
sərnişin tutan üç hissədən ibarət böyük teatr salonunu
xatırladan bu təyyarədə ilk dəfə uçmaq, yol boyu
televiziya ilə göstərilən filmlərə baxmaq, yaxud qulaq
radiosu ilə gözəl yapon xalq musiqisini dinləmək, əlbəttə,
maraqlı idi. Lakin, bir ildə «Boinq» markalı Amerika
təyyarələrinin bir neçə dəfə qəzaya uğradığını, çoxlu
Йапонийа сяфярнамяси
55
sərnişinin tələfatına səbəb olduğunu bildiyimdən, niyə
gizlədim, həyəcan keçirirdim...» (Bax: Göst. kitab, s.684).
Elə mən də həyəcan içindəyəm, Bəkir müəllim,
amma mənim uçduğum bu təyyarə Amerikada yox, Mixail
dedi ki, Fransada düzəldilib. Mənzil başına çataram
inşallah.
Aerobusa göz gəzdirirəm. Hər üç hissənin ön
divarlarında monitorlar quraşdırılıb. Həmin monitorlar
bütün uçuş boyu sərnişinləri aerobusun getdiyi marşrutu,
onun sur’ətini, uçuş yüksəkliyini, havanın temperaturunu,
üstündən uçub getdiyini bütün şəhər, dağ, çay və çöllərin
adlarından agah edir. Moskva ilə Tokionun arasında olan
hava yolunun uzunluğu, gəmi komandirinin e’lan etdiyinə
görə 8 saat 55 dəqiqədir. 7716 km. məsafə və 8 saat 55
dəqiqə uçuş.
Sərnişinlərin çoxusu yatır. Mənimsə yuxum gəlmir.
İstəyirəm ki, gəlsin, amma gəlmir ki, gəlmir. Həyatımda
yuxusuz qaldığım vaxtlarım çox olub. Bə’zən yuxunu
özüm qovmuşam gözlərimdən, çünki yuxu gedəndə şe’r
gəlir, şe’r doğulur. Belə bir şe’rim var:
Kim isə yuxumu götürüb qaçır
Elə ki, yumuram gözümü gecə
Hansı bir qüvvəsə gözümü açır.
Yatmağa qoymuram özümü gecə,
Kim isə yuxumu götürüb qaçır.
Gecə ilham pərim gülür üzümə,
Gecə səhərəcən şe’r deyirəm.
Qayıtmasın deyə yuxu gözümə,
Hərdənbir qolumu çimdikləyirəm...
Şahin Fazil
56
Bə’zən ürək deyir, bə’zən dil deyir,
Arada sözlərin rəngi görünür.
Səhər açılanda əlimdə şe’r,
Balışda mürəkkəb rəngi görünür.
Özümü yalandan öyə bilmərəm,
Demirəm hər və’də sözüm çox olur.
Özgə şe’rləri deyə bilmərəm.
Mənim şe’rlərim gecə doğulur.
Belə artırıram şe’r varımı,
Azalmır bu varın istəyi canda.
Bə’zən qaranlıqda yazdıqlarımı
Oxuya bilmirəm sübh açılanda.
Beləcə-beləcə çoxaldı şe’r,
Beləcə-beləcə çoxaldı misra.
Bə’zən bir gecədə beş-altı şe’r,
Bə’zən bir gecədə beş-altı misra...
(Əllərini ver mənə, səh.47-48)
Йапонийа сяфярнамяси
57
Xəyalım şe’rdə, nəzərim monitordadır.
Tokionun «Narita» adlanan aeroportuna çatanadək
aerobusumuz bu yerlərin üzərindən keçir: Kostroma,
Voloqda, Sıktıvkar, Yekaterinburq, Uxta ilə Perm arasında
yerləşən Ural dağları, sonra Qərbi Sibir düzənliyi,
Novosibirsk, İrkutsk, Xabarovsk, oradan şimalda Curcur
dağları və Tatar boğazı... Ada bax ha-Curcur. Boğaza bax
ha – Tatar! Yəqin ki, bu yerlərdə qədimlərdə türklər
yaşayıblar (Oljas Süleymenovun çoxdan oxuduğum «Az i
ya» kitabını bir də nəzərdən keçirməliyəm).
Maqadan şimalda qaldı. «Maqadan» dedim, yadıma
Cəmaləddin düşdü. Qohumum Cəmaləddin. 13-14 yaşım
vardı. Cəmaləddin günlərin bir günü Qubaya gəldi.
«Müharibədə itkin düşənlər» siyahısındaydı onun adı. Sən
demə, itkin deyilmiş, Maqadandaymış. 1953-cü ildə gəlib
çıxdı
Azərbaycana,
Qubaya.
Yaman
«vurandı».
Qohumlarım İmrana, Tariyelə, kiçik qardaşım Nərimana
və mənə çaxır içmək öyrətdi. Özü isə spirt içirdi. 96
dərəcəli spirt. Çox içdiyi üçün çox tez öldü. Biz isə çox
içmədik. Doğrudur, İmran da, Tariyel də, Nəriman da çox
yaşamadılar. Əməkdar İncəsənət xadimi İmran Xəlilov,
əsgərlikdən sonra Özbəkistanın Nəvai şəhərində ömür
sürən Tariyel Zeynalov və mənim müstəntiq qardaşım
Nəriman Fərzəliyev çoxdan Allah rəhmətinə qovuşublar.
Mən isə, hələ ki, sağam və hazırda Yaponiyaya
uçmaqdayam. Şükür sənə İlahi:
Hər yanan sönməlidir, sönməlisən, ey Şahin,
Əriyib şam təhəri söndü Nəriman da belə.
(Qəzəllər, 1994, səh.58)
Şahin Fazil
58
Curcur dağları! Tatar boğazı! Nəhayət, Sakit
Okeanın içərisində mövcud olan qırx minədək böyük-kiçik
adadan ibarət Yaponiya və onun paytaxtı Tokio. Artıq,
şəhərin Narita aeroportunu görürəm.
Aerobusda hamımıza deklarasiya vərəqi paylandı. 2
vərəq. Onları yazıb doldurmalıyam. Yanımda bir yapon
əyləşib. Kohşon Nanami. Çənəsində uzun saqqalı olan
(guya mən də saqqal saxlayıram!..) K.Nanami məşhur
rəqqasdır. Mənə nisbətən ingilis dilini çox yaxşı bilir.
Mənim deklarasiyamı da o doldurdu. Deklarasiya
vərəqlərində çoxlu suallar vardı ki, onların biri belə idi:
«Siqaret çəkirsinizmi?». Cavabım «yox» yazıldı və dərhal
çoxdan yazdığım bu beyt yadıma düşdü:
Etməsəm də meyə aludə bu vurğun canı,
Meyi üstün tuturam, neyləyirəm qəlyanı?
Йапонийа сяфярнамяси
59
III . 19 fevral
Dostları ilə paylaş: |