VI . 22 fevral.
Sürət qatarı. Senday-Matsuşi-
ma istiqaməti. Matsuşima şəhəri. Zuy-
ganji mə`bədi. Mə`bədin geniş həyə-
tindəki müxtəlif budda heykəlləri və
fontanlar. Zuyganji İncəsənət Muzeyi.
Muzeyin müxtəlif guşə və mərtəbələri.
Çoxsaylı eksponatlar. Sendaya dönüş.
“ Kamikadze” adlı şeirim.
Bu gün heç bir tədbir nəzərdə tutulmamışdır. Bu
gün sadəcə olaraq gəzinti günümüzdür. Dünən yaponlar
haqqında bir qəzəl yazmışam:
Aləmlə girib bəhsə fərasətli yaponlar.
Йапонийа сяфярнамяси
101
Heyrətdə qoyur aləmi heyrətli yaponlar.
Qeyrətlə sevər torpağı qeyrətli oğullar,
Qeyrətlə sevir torpağı qeyrətli yaponlar.
Var burda təmizlik ki, digər ölkədə varmı?
Zəhmətlə çatıb məqsədə zəhmətli yaponlar.
Heç yerdə görə bilmədiyim paklığı gördüm,
İbrətdi bugün bizlərə ibrətli yaponlar.
Davranmağı ərkanla, nəzakətlə, ədəblə
Təlqin eləyir xəlqə nəzakətli yaponlar.
Dövlət var elə, sanki onun qanunu yoxdur,
Qanunları işlək ulu dövlətli yaponlar.
Rəbb hörməti vardır deyə hörmətli olublar,
Alqış sizə, əhsən sizə hörmətli yaponlar.
Mə’murları, Şahin, necə də düzlüyə məftun,
Düzgünlüyü vardır deyə – sərvətli yaponlar.
21 fevral, Senday
Şaiqin mənə etdiyi dünənki təklifə görə bu gün
tarixi bir yerə getməliyik: Sendaydan təxminən 50-60 km.
aralıda yerləşən Matsuşima körfəzindəki şəhərə və
istirahət güşəsinə.
Qatara əyləşib yola düşdük. Seiçi Kitaqava və Vaja
Kiknadze də bizimləydilər.
Şahin Fazil
102
Ətrafı seyr edirəm. Əcəb təmiz təbiətdir. Yağış
yağmağa başladı. Ətraf daha da təzələndi. Sizə təəccüblü
gəlməsin, əziz oxucular. Palçıq yoxdur bu yerlərdə. Asfalt
qapqara, maşınlar tərtəmiz. Burada maşınları yumağa
ehtiyac yoxdur. Ayaqqabılar silinmir. Hər yandan təmizlik
yağır, təbiət göz oxşayır. Yol boyunca yanından
keçdiyimiz evlərə də göz yetirirəm. Evlərin damları. Sanki
bu damlar bu adamların əlləriylə çimdirilib, asfalt da,
ağaclar da yuyundurulub.
Baharın tezliklə yetişəcəyi duyulur. Bə’zi budaqlar
tumurcuqlayıblar. Həyətləri, hətta evlərin balkonlarını da
«Çin qızılgülü» adlandırılan güllər bəzəyir. Gülsevərdir
yaponlar. Yol boyunca həmişəyaşıl sərv, şam, küknar
ağacları. Mən Yaponiyanı dünyanın böyük bir güldanı
kimi təsəvvürümdə canlandırdım və bir bayatı yarandı:
Qoynunda şəlalə – min,
Qucağında lalə – min.
Yaponiya ölkəsi
Güldanıymış aləmin.
Matsuşima şəhəri,
22 fevral
Qışda bahar. Sakura çiçəkləri, ərik gülləri, «Çin
qızılgülləri»...
Matsuşimadayıq. O qədər də böyük olmayan bir
şəhər. Sakit Okean suları Matsuşimanın ayaqlarını yalayır.
Məşhur yapon hayku janrlı şe’rin yaradıcılarından sayılan
M.Başo da olub Matsuşimada. M.Başo haqqında bir neçə
söz:
Йапонийа сяфярнамяси
103
Bir qədər yuxarıda hayku barədə qısa mə’lumat
vermişdim. Yapon haykularının mütaliəsi məni bu janra
olduqca həvəsləndirdi: qısa şe’rlərdə böyük mə’nalar. Və
bu mənaları hər oxucu özü bildiyi kimi qavrayır, dərk edir.
Müxtəlif ölkələrin Aleksey Andreyev, Mixail Sapeqo,
Anita Vircil, Böyükxan Pərviz, Elşad Səfərli kimi şair və
mütərcimləri də hayku yazmışlar. Mən də cəsarət edib
yazdım, nəticədə «Azərbaycan haykuları» adlı kitab
yarandı. Gözəl janrdır hayku. Azərbaycan haykusunun
tədqiqatçılarından Rəşad Quluzadə yazır: «Haykuda məni
cəlb edən, onun son dərəcə yığcamlığına baxmayaraq,
böyük poemaların, romanların deyə bilməyəcəyini
oxuculara çatdırmaq xüsusiyyətidir» (Bax: «Yapon dili və
mədəniyyəti
sahəsində
xarici
ölkə
tələbələrinin
tədqiqatları» jurnlaı, səh. 145).
Qayıdaq M.Başoya. Onun bir neçə haykusu:
«Gül pətəyindən arı
Asta-asta çıxır,
Ah, necə də həvəssiz».
«Qış günəşi.
Kölgəm mənim buzlayır
Atın belində».
«Şeh damcılayır
Dünyamızın çirkini
Yox etmək üçün».
«Bu ildə də yenidən
Meymunun maskası
Şahin Fazil
104
Meymundadır».
Mən
Matsuşimada
olarkən
eşitdim
sanki
M.Başonun bu yerdə əbədi qalan addım səslərini. Bir daha
yetişdi mənə onun hissləri, duyğuları, kədəri, sevinci. Başı
dolu haykuçu olub Başo.
Mənim «tənqidçi» adlanan, yaxud adlandırılan
qələm əhlinə münasibətim, nə gizlədim, yaxşı deyil.
Uydurulmuş yaradıcılıq peşəsidir. Məgər Nizami, Sə’di,
Hafiz, Füzuli dövründə tənqidçilər olublarmı? Zənnimcə,
tənqidçi nə şair, nə də yazıçı ola bilən ədəbiyyat
«həvəskarı»dır, o, «filan şair yaxşı, filan ortabab, filan
pisdir»
deyə
mühakimə
yürüdür,
onların
ədəbi
yaradıcılıqlarını onlardan zəif ola-ola təhlil edir, tə’rifləyir,
pisləyir. Əgər Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul
Rza kimi ordenli şairlər hayku yazsaydılar, tənqidçilər
onların
hayku
yaradıcılıqlarını
gen-bol
tə’rifləyər,
barələrində məqalə və monoqrafiyalar yazardılar. Bu gün
hansı tənqidçi Böyükxan Pərvizdən, Elşad Səfərlidən
hayku yazan şairlər kimi söz deyib? «Onlar nə yazacaqlar
ki?» deyə düşünən tənqidçi, şe’rlərini heç oxumadan bu
şairlərə və şəxsən mənə əhəmiyyət vermir. Vaxtilə
türkdilli ədəbiyyatda, mə’lumdur ki, qəzəl janrı da yox idi.
Qəzəli ərəblər (Xəlil ibn Əhməddən başlayaraq)
yaradıblar, amma artıq neçə əsrdir ki, qəzəl Azərbaycan
ədəbiyyatının doğma poetik janrı kimi özünə vətəndaşlıq
hüququ qazanmışdır. Yaxud, sovet janrı (ingilislərin?)
bizim mlli ədəbiyyatımızda yox idi. İnanıram ki, hayku da,
indi yox, bir neçə illərdən sonra ədəbiyyatımızda doğma
janr
sayılacaqdır.
M.Başonun
haykularına
diqqət
yetirdinizmi? Nə qədər lakonik və mə’nalı şe’rlər!..
Йапонийа сяфярнамяси
105
Haykular haqqında eşidib yox, oxuyub fikirləşmək
lazımdır:
Mənim şe’rlərimi
Oxuyub sətir-sətir,
Dərk edib şe’r-şe’r,
Çevirib varaq-varaq
fikirləş.
Mənim şe’rlərimi
Fikirləşib oxuma,
Oxuyaraq fikirləş.
(İkinci Divan, səh. 558-559)
Yaponşünas
Rəşad
Quluzadənin
mə’lum
məqaləsində Şahin Fazil haykuları haqqında müsbət
fikirlər
vardır
(bunu
mənim
qeyri-təvazökarlığım
sanmayın. Mən demirəm ki, Rəşad Quluzadə deyir): «...
Şahin Fazilin sevgi mövzusunda yazılmış haykuları əsasən
sevgili yar ilə olan söhbət, sevgiliyə olan hisslərin
tərənnümü, sevgili haqqında olan xatirələrin təsviri
formasında işlənmişdir:
Özünü sıx mənə,
Qoyma üşüsün
Divarda kölgəmiz».
Digər tərəfdən, onun haykuları arasında qəm-kədər,
qüssə mövzuları da az deyil.
Tut əlimi,
Şahin Fazil
106
Əlim çirkli deyil,
Göz yaşımla yumuşam.
Şair göz yaşını tökərək ağladığını «əlimi göz
yaşımla yumuşam» deyə ifadə edir.
Şahin Fazilin haykularında təbiət mövzusu da əsas
mövzulardan biridir:
Quru budaq
Ölüdür onsuz da,
Yaşı sındırma, külək!
Qarşısına çıxan hər şeyi sındırıb dağıdan küləkdən
şair heç olmazsa hələ cavan olan budağı sındırmamağı
xahiş edir.
Şahin Fazilin haykularında, bunlardan başqa,
«Tanrı», «İnsanlara müraciət» kimi mövzular da var:
Ey Allah,
Çata bilmirəm sənə,
Əlim aşağıdır.
Burada Tanrının dahiliyi, əlçatmazlığı və bununla
yanaşı insanların gücsüzlüyü haqqında danışılır» (Bax:
Göst. jurnal, səh. 147-148).
Matsuşimanın sahildən bir qədər uzaq olan
Zuyganji adlı mə’bədgahına gəldik.
Yaponiya mə’bədlər diyarıdır. Mə’bəd yaxud
mə’bədgah. Hər iki istilah ibadətgah deməkdir. İbadətgah,
yəni insanların ibadət etməyə gəldikləri müqəddəs yer. Bu
ölkədə qədimdən bəri iki din (sintoizm və buddizm)
Йапонийа сяфярнамяси
107
mövcuddur ki, hər ikisi geniş yayılmışdır. Hər iki dində
konfutsiçik tə’limi əsas yer tutur.
Mən indicə «iki din» ifadəsi işlətdim və hər iki
dində konfutsiçilik tə’liminin əsas yer tutduğunu qeyd
etdim. Yaponiya və yaponlar haqqında oxuduğum
kitabların böyük əksəriyyətində məhz iki dindən
sintoizmdən və buddizmdən danışılır. Bəkir Nəbiyev də
«Yaponiyada mövcud olan hər iki dinə (sintozim,
buddizm) məxsus irili-xırdalı onlarla bu cür mə’bəd şəhəri
üzük qaşı kimi dövrələmişdir» yazır (Bax: Bəkir Nəbiyev.
Göst. kitab, səh. 695). «Sakura budağı»nda yaponşünas
jurnalist V.Ovçinnikov da əsasən iki dindən danışmasına
baxmayaraq konfutsizmə əsərində «üçüncü din» kimi
baxmışdır. Onun kitabına nəzər yetiririk: «Yaponun
qəlbində üç din iz qoymuşdur. Sinto yaponları təbii
gözəlliyə həssaslıq, təmizkarlıq və allahdan törəmələri
haqqındakı
əfsanələr
vermişdir.
Buddizm
yapon
incəsənətinə
öz
fəlsəfəsini
əlavə
etmiş,
taleyin
kəşməkeşlərinə dözmək üçün xalqdakı fitri mətanəti
möhkəmləndirmişdir. Nəhayət, konfutsizm özü ilə belə bir
ideya gətirmişdir ki, mə’nəviyyatın əsası yaşlılara və
yuxarı rütbəlilərə minnətdarlıq kimi başa düşülən
sədaqətdir» (Bax: Sakura budağı, səh.23). Yapon dinləri
haqqında belə söz açmasına baxmayaraq, «Sakura
budağı»nda yenə də fəqət iki dindən təfərrüatla danışılır.
Oxuyuruq: «Mə’bədlərə aparan yolların özləri də
müxtəlifdir. Sinto mə’bədinə aparan yola həmişə çınqıl
tökülür ( mən bunu Zuyganji mə’bədində gördüm – Ş.F.),
adamın ayağı çınqıla batır. Ekskursiyaya gələnlər çox vaxt
təəccüblənirlər, məgər Meydz parkının xiyabanlarına asfalt
döşəmək olmaz? Lakin piyada üçün narahat olan bu yolun
Şahin Fazil
108
dini mə’nası vardır. İnsanın ayağı altındakı çınqıl sanki
dindarın beynindən bütün kənar fikirləri qovub çıxarır, onu
allahla söhbətə hazırlayır. Budda mə’bədinə isə adətən daş
tavalardan düzəldilmiş dolanbac, ensiz yollar aparır.
Nəhayət, dua edənlərin özlərinin hərəkətlərinə
baxıb din haqqında fikir yürütmək olar. Adamlar mə’bədin
qabağında dayanıb əl çalırlarsa (bir qədər aşağıda əl çalma
mərasimi haqqında akad. Bəkir Nəbiyevin də izləməsini
vermişik – Ş.F.), sinto allahlarının diqqətini cəlb etmək
istəyirlər. Lakin onlar hindlilər kimi dinməz durub
başlarını sinələrində qoşalaşdırdıqları ovuclarına tərəf
əyirlərsə, deməli Buddaya müraciət edirlər.
Əcnəbi bu fərqləri tədriclə öyrənəndən sonra
nəhayət Yaponiyada nə qədər sintoçu və nə qədər buddaçı
olduğu haqqında sual versə, cavabında çox qəribə
rəqəmlər eşidər. Həmin rəqəmlərdən elə çıxar ki, ölkədə
dindarların sayı əhalinin sayından iki dəfə çoxdur. Bu, o
deməkdir ki, hər bir yapon özünü həm sintoçu, həm də
buddaçı sanır, hər iki dinin mərasimlərində iştirak edir.
Allahların bu cür yanaşı durmalarını nə ilə izah
etmək olar? Onlar hər bir yaponun qəlbində necə yer
tapmışlar və öz aralarında necə yola gedirlər? Suallara belə
cavab vermək mümkündür: əməyin qəribə bölgüsü
sayəsində sinto insan həyatındakı bütün fərəhli hadisələri
götürmüş, kədərli hadisələri isə buddizmə vermişdir.
Uşağın anadan olması və toy sinto mərasimləri ilə qeyd
edilirsə, dəfn və sələflərin yası budda mərasimləri ilə
keçirilir.
Yeni doğulan yaponu ən əvvəl sinto mə’bədinə
aparırlar ki, yerli allaha təqdim etsinlər. Müəyyən
müddətdən sonra uşağın ölməsi təhlükəsinin sovuşduğu
Йапонийа сяфярнамяси
109
hesab ediləndə onu bu dəfə həyata möhkəm qədəm
qoymuş məxluq kimi yenidən ora gətirirlər...
Nikahla da ancaq sinto məşğul olur...
Ölümlə əlaqədar hadisələr və mərasimlər, necə
deyərlər, buddizmin səlahiyyətinə aiddir. Dəfn, yas,
qəbristanlara qulluq etmək – buddizm mə’bədləri üçün
gəlir mənbələri bunlardır... Buddizm ilə əlaqədar olan
yeganə xalq bayramı bon – mərhumların xatirəsi günüdür.
Həmin günü yayın ortalarında, ay yeddinci dəfə
bədirlənəndə qeyd edirlər. Həm də şadyanalıqla qeyd
edirlər ki, əfsanəyə görə əcdadlarının bu vaxt öz qohumları
yanına qonaq gələn ruhlarını sevindirsinlər» (Bax: Sakura
budağı, səh. 20-21).
Demək, ruhlar. Demək, ölümdən sonrakı həyat.
Demək, ruhun ölməzliyi. Mən altı il bundan əvvəl bu
haqda belə bir şe’r yazmışdım:
Ölülər ölü deyil
Behiştdə diri varsa,
Ölülər ölü deyil.
Əl çalıb oynayarsa,
Ölülər ölü deyil.
Ey Məmmədquluzadə,
Yaşamırmı dünyadə
Ölü – düşərsə yadə?
Ölülər ölü deyil.
Eşq gölünü üzürsə,
Cənnət bağın gəzirsə,
Şahin Fazil
110
Cəhənnəmə dözürsə
Ölülər ölü deyil.
Bu məfhumda varmı sirr?
Şəhadət eləyibdir,
Allah özü deyibdir
1
,
Ölülər ölü deyil.
Şahin Fazil, hər nəfər
Ölən kimi, dirilər.
Diridir, ey dirilər,
Ölülər ölü deyil.
13.08.2005
Üçüncü Divan, səh.645-646
Sintoizm, buddizm və konfutsizm haqqında görək
başqa mənbələr nə yazırlar: 1. Sintoizm – ibtidai təbiət
kultuna, nəsli və tayfa allahlarına inam və müxtəlif
sehrkarlıq adətləri əsasında meydana gəlmişdir (buddizmlə
yanaşı). Sinto-yaponca «Allahın yolu», yaxud «tə’limi»
deməkdir. Sintoizmə görə, insanın mənşəyi sonsuz sayda
ruhlardan, nüfuzlu allahlardan (kami) başlayır. Həmin
allahlar içərisində xüsusi yeri Günəş ilahəsi Amaterasu
tutur. Yeni eradan əvvəl 660-cı ildə «Yamato dövləti»nin
taxtına əyləşmiş əfsanəvi Yaponiya imperatoru Dzimmu
(Dzimmu - Tenno) birbaşa Amaterasunun nəslindəndir.
1
«Биз юлцляри дирилдярик»
Гу’ран, Йасин суряси, 12-ъи айя.
«Сонра Aллащ онлара «юлц» деди. Сонра щамысыны дирилтди».
Гу’ран, Бягяря суряси, 243-ъц айя.
Йапонийа сяфярнамяси
111
Yaponiya imperatorları sülaləsi bu günədək qırılmaz
şəkildə məhz Dzimmu nəslindəndir.
Sintoist ibadət 4 ünsürdən ibarətdir: saflaşdırma
(xarayi), qurbanvermə (sinsey), qısa dua (norito) və şərab
nəziri ayini (naorai) (Bax: ASE, IX cild, Bakı, 1986,
səh.304; «
Yaponlar» kitabı, s.8-9).
2. Buddizm. – Dünyada ən geniş yayılmış
dinlərdən biridir. Eradan əvvəl VI-V əsrlərdə Hindistanda
yaranmışdır. Banisi «Budda» adı ilə məşhur olan
Siddhartha Qautama hesab edilir. Bu din hamının
bərabərliyini e’lan etmişdir.
Eramızın əvvəllərində buddizm «hinayana» («dar
yol») və «mahayana» («geniş yol») adlanan 2 böyük qola
(altı əsr sonrakı müsəlmanların sünni və şiə məzhəbləri
kimi – Ş.F.) ayrıldı. Hər iki qolun əsas dini – fəlsəfi
məktəbləri I-V əsrlərdə formalaşmışdır (ASE, II cild, Bakı,
1978, səh.341).
Haşiyə: Qol, yaxud yol, ya da məzhəb dedikdə az
qalır ki, Şahin Fazilin qolu tutulsun. Sünni-şiə ixtilafı.
Haçanacan davam edəcək? Davama ehtiyac varmı? Bir
dinin 2 təriqəti. Müsəlmanları bir-birlərinə ideoloji
baxımdan düşmən edən 2 qol, yaxud yol. Müsəlmanlar
arasındakı ayrılığın əsas mənbələri. Məhz bu 2 qolun,
yaxud yolun qüsuru üzündən XVI əsrdən başlayaraq 2
böyük dövlət – səfəvilər və osmanlılar bir-birlərinə
düşmən kəsildilər, yüz minlərlə müsəlman qanı axıdıldı:
Nə sünni, nə şiə?
Şahin Fazil
112
Nə sünni, nə şiə?
Əgər biz
müsəlman kişiləriksə
və bu kişilər
vahid islama şəriksə,
nə sünni, nə təsənnün?
nə şiə, nə təşəyyö?
Nə o, nə bu?
Nə onlar, nə bunlar?
Düşmənə lazım bu ayrılıq,
Yağıya gərək bu oyunlar.
Ayrılıq yaraşmaz islama,
Ayrılıq yaraşmaz kişiyə!
Nə sünni, nə şiə?
Ayrılıq bədlərin əməlidi.
İslamı
məzhəbə
ayıran
müsəlman
havalıdı, divanədi, dəlidi!
İslamın
dörd sütunu var,
Onlar
Ömərdi,
Əbubəkrdi,
Osmandı,
Əlidi!
Onlar peyğəmbərlərin səhabələridi.
Onların hər biri
islama dirəkdi,
Йапонийа сяфярнамяси
113
Onlara ehtiram gərəkdir!
Onlar
İslamı qorudular,
Onlar
Qu’ranı qorudular,
Onlar müsəlmanlığın
atəşi, odu, qorudular,
Onlar
müqəddəs dinimizi qorudular,
ayinimizi qorudular,
elə indi də qoruyurlar,
elə indi də durublar
keşiyə!
Ayrılıq yaraşmaz kişiyə!
Nə sünni, nə şiə?
(Üçüncü Divan,
səh.304-306)
Bəli, onlar uzun illər qan axıtdılar, öz qanlarını
axıtdılar, qara torpağı al qana boyadılar:
Qəzəl
Torpağın altı qızıl qanlara qəltan oldu,
Bu səbəbdənmi onun üstü gülüstan oldu?
Qırmızı gülləri gördükcə gözüm dincəldi,
Qırmızı qanlara baxdıqca gözüm qan oldu.
Əfqanıstan, Ərəbistan, Çesenistan qanlı...
Şahin Fazil
114
Həm də al qanına qərq Azəribaycan oldu.
Bu müsəlman arasında niyə yoxdur birlik?
Nə bəla gəldi müsəlmanə pərişan oldu?
Mirzə Sabir harada gördü müsəlman,
qorxdu,
Mirzə Şahin də onun timsalı peşman oldu.
Yandırın cismimi hindu kimi, ey yoldaşlar,
Sağ ikən Şahinə bəsdir ki, müsəlman oldu.
(Üçüncü Divan, səh.241-242)
Sünni də, şiə də namaz qılır, amma yenə də eyni cür
yox: biri əllərini aşağıya uzadır, digəri qatlayır.
Bir molla demiş Şahinə ki, «gündə namaz qıl»,
Vaxtım hanı, saqi məni hər an eləyir məst.
(Üçüncü Divan,
səh.236)
Nə isə!.. Buddizmə görə insan həyatı şər və
əzabdan ibarətdir. Əzabları arzu və ehtiraslar doğurur. Son
məqsəd – bütün arzulardan imtina etmək və ruhun
«nirvana» («nicat») vəziyyətinə nail olmaqdır. Buddizm
tə’liminə görə 3 dünya mövcuddur: insan, heyvan və
ruhlara məxsus bu dünya; Allahın məskən saldığı səma
səltənəti; Buddanın yaşadığı mütləq boşluqlar dünyası.
Йапонийа сяфярнамяси
115
Özünü 3-cü dünyaya – Budda aləminə hazırlamaq
insanların son məqsədi hesab olunur.
Qeyd etmək istərdim ki, dünyada 500 milyona
qədər buddist və saysız-hesabsız Budda heykəlləri var
(ASE, II cild, səh.341).
Budda heykəllərinin ən nəhəngi Əfqanıstanın
Bamyan adlı yerindəydi: biri 54, o biri isə 35 metr
hündürlüyündə olan və qranit dağda yonulan, kişi və qadın
Buddalar. Əfqanıstan şahı Əmir Əbdürrəhman xan XX
əsrin əvvəllərində o heykəllərin utanc yerlərini topa
tutdurub dağıtmışdı. Mən şəxsən o heykəlləri görmüşdüm.
Talibançılar isə hakimiyyətə gəldikdən sonra hər iki
heykəli partladıb yox etdilər.
Yaponiyada konfutsiçilik də özünəməxsus ideoloji
və əxlaqi tə’sirə malikdir. Konfutsi kim olmuşdur? Adı
Konfutsi kimi qəbul olunmuş Kun-tszi (e.ə. təqr. 551-479)
Qədim Çin mütəfəkkiri və konfutsiçiliyin banisidir. O,
Çində ilk xüsusi məktəb açmış, «Müsahibələr və
mülahizələr» («Lun yuy») adlı kitab yazmışdır. Onun etik-
siyasi
tə’limində
ən
mühüm
anlayış
«jen»dir
(«insanpərvərlik»).
Konfutsiçilik tə’liminə görə, istismarçılar və
istismar olunanların mövcudluğu ədalətli və qanunauyğun
sayılmışdır; hökmdarların hakimiyyəti müqəddəsdir, onu
Allah
bəxş
etmişdir.
İnsanın
taleyini
«səma»
müəyyənləşdirmişdir,
adamların
«nəciblər»ə
və
«miskinlər»ə bölünməsi dəyişilə bilməz. Kiçik böyüyə,
aşağı yuxarıya itaətlə tabe olmalıdır (Bax: ASE, V cild,
Bakı, 1981, səh. 500).
Beləliklə, yaponların iki dini və bir tə’limi:
sintoizm, buddizm və konfutsiçilik tə’limi. «Sintoizmin,
Şahin Fazil
116
buddizmin və konfutsizmin dinc yanaşı yaşamaları,
dünyagörüşlərindən heç birinin başqasından üstün
olmaması,
onu
qətiyyət
sıxışdırmaması
sayəsində
yaponların şüurunda digər tərəfin fikrinə dözmək ideyası
dərin kök salmışdır. Onların mə’nəvi həyatında dialoq
üçün həmişə yer olmuşdur. Hər din və dünyagörüşü
sisteminə yola – müdrikliyin, mə’nəvi kamilliyin, daxili
təkmilləşmənin zirvələrinə gedən yol kimi baxılmışdır.
İnsanın bu cür yollardan istədiyini seçmək hüququ
olmuşdur. Qərbdən fərqli olaraq Yaponiya kafirlərin tə’qib
edilməsini, müqəddəs kitablara və ya onların sonrakı
təfsirlərinə zidd gələn hər hansı faydalı ideyaların
boğulmasını görməmişdir».
Bu fikir isə Fasko Maraininin «Yaponiya
ən’ənələrinin cizgiləri» kitabındandır (Bax: Sakura budağı,
səh.24).
Bir qədər yuxarıda yazmışam ki, biz 4 nəfər
Matsuşimanın Zuyganji adlanan mə’bədgahına gəldik. Bu
mə’bəd, təbii ki, yapon milli üslubunda inşa olunmuşdur
və olduqca gözəldir. Mənə dedilər ki, Zuyganji orta əsrlərə
aid tarixi abidədir. Mə’bədgahın ərazisində ağac
materiallarından inşa olunan böyük bir ziyarət binası
vardır. Qaydaya riayət edərək ayaqqabılarımızı çıxardıq,
qarşımızda cütlənmiş başmaqlardan geyindik və içəri daxil
olduq. Müxtəlif ibadət otaqları. Otaqların birində
görünüşcə mafəyə oxşar və kəcavə görkəmli bir əşya
gözümə dəydi. Yəqin ki, yapon kahini bu kəcavənin
aşağısındakı kvadrat şəkillli və kiçik pəncərələri 4 tərəfə
açılan bu darısqal «yeşiyin» içərisində əyləşir, ona xidmət
edən adamlar isə hər iki yandan irəliyə və arxaya uzanan
Йапонийа сяфярнамяси
117
taxtalar
vasitəsilə
kəcavəni
çiyinlərinə
götürüb
aparırmışlar.
Zuyganji mə’bədgahının olduqca böyük olan
ərazisində bir neçə böyük və kiçik Budda heykəli gördüm.
O heykəllərin yaxınlığındakı bə’zi ağacların budaqlarına
ağ rəngli xırda parça kəsikləri bağlanmışdı (eynən bizim
pirlərimizdəki kimi).
Ərazidə bir muzey də var: Zuyganji İncəsənət
Muzeyi. Müasir üslubda tikilmiş yaraşıqlı bir bina.
Girəcikdə qara metaldan tökülmüş böyük bir zəng. Çəkisi
160 kq-dır. Binaya daxil olan adamın nəzərinə dərhal
Budda dəyir. Bu heykəl ağacdan yonulmuşdur və XVIII
əsrə aiddir. Heykəli, qorunmasından ötrü, şüşəli örtük
içərisinə salmışlar. Diqqət yetirirəm: Buddanın bə’zi
yerləri artıq çürümüşdür.
Mən indi Zuyganji İncəsənət Muzeyinin salon, zal
və müxtəlif otaqlarında nümayiş etdirilən eksponatların bir
qədər ətraflı təsvirini vermək istərdim:
Dostları ilə paylaş: |