Sakit hüseynov azərbaycanda diNİ tolerantliq məDƏNİYYƏTİ: tarix və MÜASİRLİk kitab Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix07.07.2017
ölçüsü0,8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

mişi və bu günü» mövzusunda  beynəlxalq  elmi-praktik 
konfrans (19 aprel 2006).
14. «Mədəniyyətlərarası dialoqda qadınların rolu-
nun genişləndirilməsi»  mövzusunda  beynəlxalq  Forum 
(10 iyun 2008).
15. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 
(7-9 aprel 2011).
16. «İslamda mədəniyyət və gözəllik amili» mövzu-
sunda beynəlxalq elmi-praktik konfrans (9-10 noyabr 2009).
17. «Dəyişən dünyada tolerantlığın gücləndirilməsi» 
möv zusunda I Beynəlxalq Bakı Forumu (19-21 dekab 2012).
Yuxarıda  qeyd  olunan  sonuncu  forum  19-21  dekabr 
2012-ci  ildə  Azərbaycan  Respublikası  Dini  Qurumlarla  İş 
üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq uğrunda İs-
lam  Konfransı  Gənclər  Forumunun  birgə  təşkilatçılığı  ilə 
təşkil edilmişdir. Bu forumda iştirak edən Misirin tanınmış 
“Əl-Əhram  Əl-Arabi”  adlı  həftəlik  jurnalının  baş  redaktor 
müavini Süzi Əl-Qineydi Bakıdan Misirə qayıtdıqdan sonra 
Azərbaycanda mövcud olan dini tolerantlıq vəziyyətini işıq-
landırmaq üçün çalışdığı jurnalda “Bakı tolerantlıq və günəş 
şəhəridir” adlı məqalə çap etdirmişdir. Süzi Əl-Qineydi Ba-
kıda olduğu müddətdə Azərbaycanda mövcud olan dini du-
rumla şəxsən tanış olmuş, xalqımızın tarixi, mədəniyyəti və 
iqtisadi inkişafı ilə maraqlanmış, eyni zamanda torpaqları-
mızın Ermənistan tərə indən işğal olunduğunu önə çəkmiş, 

17
lakin bütün bunlara rəğmən, hazırkı şəraitdə Azərbaycanın 
dini tolerantlığa örnək olan bir ölkə olduğunu çalışdığı jur-
nalda aşağıdakı kimi qeyd etmişdir: “Azərbaycan kimi ölkə-
dən  yaxşı  örnək  götürə  bilərik.  Azərbaycan  xalqı  1990-cı 
illərdə  daxili  parçalanmalarla  dolu  ağır  mərhələni  uğurla 
qət etməyə müvəffəq olmuşdur. Eyni zamanda, həmin mər-
hələdə Azərbaycanın 20% torpaqları Ermənistan tərə indən 
işğal olunmuşdur. Ermənistanın separatçı rejimi Dağlıq Qa-
rabağ regionunun müstəqilliyini elan etmişdir. Buna baxma-
yaraq, bu müstəqillik heç bir dövlət tərə indən tanınmamış 
və həmin region beynəlxalq hüquqa görə Azərbaycanın ay-
rılmaz hissəsi hesab olunur. Bu regionun erməni silahlı qü-
vvələri tərə indən işğalı hələ də davam edir. Bütün bunlara 
rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi ol-
mağı bacarmışdır.”(2)
Qeyd edək ki, din və mədəniyyətlə bağlı yuxarıda göstə-
rilən  möhtəşəm  beynəlxalq  konfransların  respublikamızda 
keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə ölkəmizin siya-
si nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azər-
baycanın beynəlxalq aləmdə dinlərarası, mədəniyyətlərarası 
dialoqun səmərəli inkişafına töhvə verən bir ölkə olduğunu 
dünyaya tanıdır. 

18
I FƏSİL. 
QAFQAZDA İSLAM SİVİLİZASİYASI VƏ AZƏRBAYCAN
1.1.İslam dininin Azərbaycanda yayılması
Azərbaycanda islam dini ilə yanaşı xristian dini 
də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşa-
yır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, in-
sanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğun-
dan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, 
dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlə-
rin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dö-
zümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən  ədavət, 
münaqişə, müharibə yolverilməzdir. 
Heydər Əliyev
Şərqlə-Qərbin  qovşağında  yerləşən  Azərbaycan  İslam 
dünyasının bir parçası olaraq Qaqazda ən böyük müsəlman 
respublikası  sayılır.  Digər  Qafqaz  xalqları  kimi  Azərbaycan 
xalqı da tarixən həmişə öz milli-mənəvi və dini dəyərlərinə 
sadiq olmuş, öz adət-ənənələrinə ehtiramla yanaşmışdır.
Son  illərdə  islam  dini,  islam  sivilizasiyası  haqqında  ye-
ni-yeni  tədqiqat  əsərlərinin  sayı  çoxalmış,  bu  sahədə  ke-
çirilən  beynəlxalq  konfrans  və  simpoziumların  coğra iya-
sı  genişlənmişdir.  Xüsusən,  islam  mədəniyyətinə  diqqətin 
artması ABŞ-da baş verən 2001-ci il sentyabr hadisəsindən 
sonra daha da mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. 
Araşdırmalar göstərir ki, son illərdə, xüsusən, islamın tarixi 
mahiyyəti, dünya mədəniyyət tarixində islamın oynadığı rol, 
onun bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miq-
yasda keçirilən elmi konfransların və simpoziumların müza-

19
kirə obyektinə çevrilmişdir.
Belə  beynəlxalq  simpoziumlardan  biri  də  8-9  dekabr 
1998-ci il tarixində ulu öndər H.Əliyevin təşəbbüsü ilə Bakı 
şəhərində keçirilmişdir. «İslam sivilizasiyası Qafqazda» möv-
zusuna  həsr  olunmuş  bu  beynəlxalq  tədbir  öz  məzmun  və 
mahiyyətinə görə mühüm əhəmiyyət kəsb etmiş və Qafqaz-
da  islam  sivilizasiyasının  rolunun  elmi  cəhətdən  araşdırıl-
masında  sanki  vacib  bir  mərhələ  rolunu  oynamışdır.  Digər 
tərəfdən  bu  simpoziumun  praktiki  cəhətdən  də  müəyyən 
əhəmiyyət kəsb etməsi – regionda münaqişə ocaqlarının (Şi-
mali Qafqaz, Qarabağ, Cənubi Osetiya və s.) mövcud olması 
və bəzi «tədqiqatçıların» bu münaqişələrə dini don geyindir-
məsi baxımından elmi aktuallıq daşıması ilə şərtlənmişdir.
«İslam  sivilizasiyası  Qafqazda»  adlı  simpoziumda  çıxış 
edən ulu öndər H.Əliyev bu tədbirin təkcə Azərbaycan üçün 
yox, həm də Qafqaz və bütün islam aləmi üçün mühüm əhə-
miyyət  kəsb  etməsindən  bəhs  edərək  demişdir:  «Məmnu-
niyyətlə qeyd edirəm ki, belə simpoziumun keçirilməsi 
ilə  əlaqədar mənim qəbul etdiyim qərar artıq həyata 
keçrilibdir, beynəlxalq simpozium bu gün öz işinə baş-
layıbdır. Ümidvaram ki, simpozium çox dəyərli işlər 
görəcək və Qafqazda islam sivilizasiyasının rolunu və 
bu sahədə gələcək elmi-tədqiqat işlərinin proqramları-
nı müəyyən edə biləcəkdir. Bu, təkcə Azərbaycan üçün 
yox, bütün Qafqaz xalqları, bütün islam aləmi üçün çox 
əhəmiyyətli işdir.» (3)
Ulu öndər Qafqazda yaşayan xalqların, o cümlədən Azər-
baycan  xalqının  zəngin  coğra i  mövqeyi,  tarixi  kökləri,  qə-
dim  mədəniyyəti  haqqında  çox  fəxrlə  danışaraq  Qafqazda 
islamın  yayılmasına  diqqət  yetirmiş  və  islamın  Qafqazda 
yayılmasında Azərbaycanın mühüm rol oynadığını önə çək-
mişdir.  H.Əliyev  Qafqazda  yaşayan  və  islam  dininə  etiqad 
edən  xalqların  həyat  və  fəaliyyətində,  yaşayış  tərzində  is-

20
lam dininin mühüm əhəmiyyətini qeyd etmiş və bu xalqla-
rın milli-mənəvi dəyərlərinin zənginləşməsində islam dinin 
böyük  rol  oynadığını  xüsusi  vurğulayaraq  demişdir:  «Biz 
qafqazlılar özümüzün qafqazlı olmağımızla fəxr edirik. 
Bu nə deməkdir? Qafqazın təkcə məğrur dağları, onun 
gur çayları, gözəl bulaqları, meşələri, gül-çiçəkləri deyil-
dir. Qafqazlı olmaqla fəxr etmək Qafqaz xalqlarının ta-
rixi kökləri ilə, Qafqaz xalqlarının bəşər mədəniyyətinə 
verdikləri töhfələrlə bağlıdır. Bu baxımdan Qafqazda 
islamın yayılması  və inkişaf etməsi Qafqaz xalqlarının 
tarixinin böyük bir hissəsini təşkil edir, eyni zaman-
da islam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi 
dəyərli töhfələrin olmasını əks etdirir. Qafqaz xalqları-
nın, demək olar ki, əksəriyyəti islam dininə itaət edir. 
İslamın Qafqazda yayılması tarixini siz alimlər yaxşı bi-
lirsiniz. Mən, sadəcə, bir nöqtəni vurğulamaq istəyirəm 
ki, Azərbaycan bu sahədə mühüm yer tutur.»(4)
Qeyd edək ki, Qafqazda islamın yayılması, əsasən, Azər-
baycandan  başlayır  və  Azərbaycan  tarixinin  böyük  bir  his-
səsini təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam 
dəyərlərinin, islam sivilizasiyasının yayılması və inkişaf et-
məsində xüsusi rol oynamışdır. İslam dininin qədim Qafqaz-
da yayılmasının Azərbaycandan başladığını vurğulayan ulu 
öndər  islamın  Qafqaza  yeni  sivilizasiya,  yeni  mədəniyyət 
gətirdiyini  xüsusi  qeyd  edərək  demişdir:  «Məlumdur ki, 
Qafqazda islamın yayılması  və inkişaf etməsi Azərbay-
candan başlayır.  İslam Qafqaz xalqlarına səadət, xoş-
bəxtlik gətiribdir, inkişaf, islami dəyərlər gətiribdir. Bu 
dəyərlər müqəddəs kitabımız Qurani-Kərimdən gələn 
islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyər-
lərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda ya-
şayan xalqlar islam dinini qəbul edənə qədər də böyük 
mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə 

21
malik olmuşlar.  İslamın dini-mənəvi dəyərləri Qafqaz 
xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənə-
vi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi 
dəyərlərini təşkil edibdir.»(5)
Məlumdur ki, islam dininin dünyanın müxtəlif bölgələ-
rində  yayılması  ilə  bağlı  uzun  illər  belə  bir  ikir  formalaş-
mışdır ki, guya islam dini “qılınc gücünə”, “zorakı yolla” ya-
yılmışdır. Hətta, xüsusən, Azərbaycanda insanların şüurunda 
tarixən  belə  bir  ifadə  formalaşmışdır  ki,  “Biz  qılınc  müsəl-
manıyıq.” Yəni ərəb-islam qoşunları islamı bizlərə “qılınc gü-
cünə” qəbul etdirmişlər.
Lakin  tarixi  mənbələr  və  dünyada  tanınmış  şərqşünas 
alimlər  islamın  zorakılıqla  yayılmadığını  təsdiq  etmişlər. 
Məsələn, məhşur şərqşünas akademik V.V.Bartold yazırdı ki, 
islam zorakılıqla yayılmamışdır, bu dinin yayıldığı ərazilərdə 
nə  xristianlar,  nə  də  zərdüştlər  təqibə  məruz  qalmamışlar.
(6,s.88)
İslam  dininin  Azərbaycanda  və  bütövlükdə  Qafqazda 
yayılması  prosesində  zorakılığın  olmaması  və  bu  prosesin 
siyasi müahidələr (müqavilələr) yolu ilə həyata keçməsi fak-
tı  bir  çox  elmi  ədəbiyyatlarda  öz  geniş  ifadəsini  tapmışdır. 
Məsələn,  “Qafqazda  islam  fütuhatının  tarixi  bir  çox  başqa 
yerlərdə olduğu kimi daha çox siyasi müahidələr tarixini xa-
tırladır: hicrətin 18-ci ilində “Azərbaycan əhli ilə”, 21-ci ilin-
də Muğanla, 22-ci ilində Şirvanla, 25-ci ilində Təbriz, Talış, 
Arran və başqa ərazilərdə yaşayan əhali ilə sülh müahidələri 
imzalandı. Başqa şəhər və vilayətlərdə də buna bənzər müa-
hidələr imzalanmışdı.”(7,s.147-148)
İslamın dünyanın müxtəlif bölgələrində yayılması zama-
nı zorakılığa yol verilməməsi haqqında göstərişlər olduğunu 
bir çox tarixçi alimlər öz əsərlərində şərh etmişlər. Müəyyən 
mənbələrə istinad edən Azərbaycanın din alimlərinin əsər-
lərində  də  belə  faktlara  rast  gəlmək  olur.  Məsələn,  Şeyxü-

22
lislam  Allahşükür  Paşazadə  məhşur  ərəb  tarixçisi  Yaqut 
Əl  Həməviyə  (Bax:  Mücəm  əl-Buldən.  I  cild,  Qahirə,  1906, 
s.161) istinad edərək göstərmişdir ki, ərəblər Qafqazda yerli 
əhali ilə bağladıqları müqavilələrdə öhdəlik götürürdülər ki, 
“əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək, atəş-
gədələrdən  heç  biri  dağıdılmayacaq...,  əhaliyə  bayramlarda 
öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə, onu etməyə 
mane olmayacaqlar.”(6,s.46)
Yerli  əhali  ilə  bağlanan  müqavilələrdə  alınacaq  cizyə 
(can vergisi) göstərilməklə, cizyənin hansı sosial təbəqələr-
dən alınması şərh edilir, verginin miqdarı göstərilir və bü-
tövlükdə  bağlanan  müqavilənin  bütün  şərtləri  əhaliyə  izah 
olunurdu.
Belə müqavilələrdən biri ərəblərin Azərbaycana gəldiyi 
ilk vaxtlarda (hicri 18, miladi 639-cu ildə) Ərdəbil yaxınlığın-
da Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadla bağlan-
mışdır. Bu müqavilənin mahiyyətini dərk etmək üçün onun 
məzmununa diqqət yetirək:
“Bismillahir-Rəhmanir-Rəhim!  Əmirəlmöminin  Ömər 
ibn-Xəttabın canişini Üçbə ibn Fərqəd Azərbaycanın vadilə-
rindəki,  dağlarındakı,  nahiyələrindəki  və  sərhədlərindəki 
əhalisinə,  dinlərinin  ardıcıllarına  –  özlərinə  və  mal-dövlət-
lərinə, dinlərinə və ailələrinə əmin-amanlıq verir o şərtlə ki, 
uşaqlardan, qadınlardan, dünya malından, heç nəyi olmayan 
mütəmadi  xəstələrdən  və  dünyada  hər  şeydən  əl  çəkmiş 
abidlərdən savayı, onlar gücləri çatdıqları qədər cizyə ödə-
sinlər. Bu onlara və onlarla yaşayanlara aiddir. Onlar müsəl-
man döyüşçülərdən bir müsəlmanı bir gün-bir gecə saxlamalı 
və ona yol göstərməlidirlər. Onlardan kim hansı ildə orduya 
cəlb olundu, o həmin ilin vergisindən azad olunur, kim çıxdı 
– ona sığınacağına çatana kimi əmin-amanlıq verilir”.
Yazdı  –  Çündüb.  Şahidlik  etdilər  –  Bükeyr  bin  Əbdillah 
əl-Leysi və simək bin Xərəşə əl-Ənsari, Yazıldı – 18-ci ildə.” 

23
(8,s.147-148)
İslamın  Azərbaycanda  yayılmasından  sonra  xilafətin 
nü mayəndələri ilə yerli əhali arasında bağlanan sülh müqa-
vilələrinin mahiyyətini şərh edən AMEA-nın akademiki, ta-
rixçi-alim  Nailə  xanım  Vəlixanlı  bu  müqavilələrdən  bəhs 
edərək  yazmışdır:  “Beləliklə,  Azərbaycanın  şimal  və  cənub 
torpaqları  bütünlüklə  işğal  edilib  Xilafət  tərkibinə  qatıl-
dı.  Yerli  əhali  ilə  aralarındakı  münasibəti  müəyyən  nizama 
salmaq  üçün  başqa  yerlərdə  olduğu  kimi,  burada  da  yeni 
müqavilələr bağlanıldı. Tərə lər arasında sülh münasibətlə-
rini bərpa edən bu müqavilələrə əsasən, yerli əhali ya islamı 
qəbul etməli, ya da can vergisi – cizyə verməli idi. Fütuhatın 
ilk illərində ərəblərin işğal etdikləri ölkələrdən siyasi itaətlə 
yanaşı tələb etdikləri də bu və digər vergilər idi.”(9,s.30)
İslam  –  tarixən  dini  tolerantlıq  mədəniyyətinə  örnək 
olmuşdur. İslam dinində tolerantlığın yüksək olduğunu Av-
ropanın  tanınmış  alimləri  də  öz  əsərlərində  dəfələrlə  vur-
ğulamışlar.  Bu  ikir  islam  dini,  islam  sivilizasiyası  tarixini 
araşdıran  tanınmış  ingilis  alimi  Arnold  Toynbinin  (1889-
1975) 2006-cı ildə Moskvada rus dilində çap olunmuş “Si-
vilizasiya tarixin məhkəməsi qarşısında” adlı kitabında daha 
geniş şərh edilmişdir. A. Toynbi islam dininin meydana gəldi-
yi gündən geniş yayılması səbəblərini və islamın başqa din-
lərə  qarşı  dözümlü  olduğunu  vurğulayaraq  yazır:  “Yəhudi, 
xristian və zərdüştlük azlıqlarının İslam dünyasında öz var-
lığını indiyə qədər qoruya bilməsinin səbəbi Məhəmmədin 
onlara  qismən  dözümlü  münasibəti  olmuşdur;  O,  Quranda 
müsəlmanlara göstəriş verirdi ki, islam dövlətinə tabe olan 
qeyri-müsəlman  “Kitab  əhli”  ilə  münasibətdə  ola  bilərlər. 
Bundan  başqa,  islam  öz  yolu  ilə  irəlilədikcə,  başqa  missio-
ner dinlər kimi islamı qəbul edənlərin əvvəlki dinlərinin ele-
mentlərini gizlicə qəbul edirdi. Bu halda və başqa hallarda 
da qəbul etmək kompromislə qiymətləndirilirdi.”(10,s.133) 

24
Toynbinin yuxarıda irəli sürdüyü  ikirdən aydın olur ki, 
yarandığı  vaxtdan  başqa  dinlərlə,  xüsusən,  xristian,  yəhu-
di və zərdüştlük dinlərinə qarşı islam dini dözümlülük nü-
mayiş  etdirmişdir.  Burada  A.Toynbi  islamın  başqa  dinlərə 
qarşı  tolerant  olmasını  Məhəmməd  peyğəmbərin  özünün 
bir  şəxsiyyət  kimi  tolerant  olması  ilə  əsaslandırırdı.  Başqa 
dinlərin “İslam dünyasında öz varlığını indiyə qədər qoruya 
bilməməsinin səbəbi Məhəmmədin onlara qismən dözümlü 
münasibəti  olmuşdur”-deyən  A.Toynbinin  ikirlərini  təhlil 
etsək, buradan məlum olur ki, islamda tolerantlığın islamın 
öz mahiyyətindən irəli gəldiyini qeyd etmək əvəzinə, o, dö-
zümlülüyü  Məhəmməd  peyğəmbərin  şəxsiyyəti  ilə  şərtlən-
dirməyə çalışmışdır. Lakin A.Toynbinin bu  ikri ilə bütövlük-
də razılaşmaq çətindir. Çünki əvvəla, A.Toynbi tolerantlığın, 
sülhün islam dininin öz mahiyyətindən irəli gəldiyini inkar 
etmiş olur.
Qeyd edək ki, Qurani-Kərimdə insanlar sülhə çağrılaraq 
onlara  müraciət  edilir  ki,  “Ey  iman  gətirənlər!  Hamınız  bir 
yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki 
o, sizin açıq-aşkar düşməninizdir!” (Əl-Bəqərə, 208). Deməli, 
islamın müqəddəs kitabında bütün insanların sülhə çağırıl-
ması Allahın buyurduğu kimi irəli sürülmüşdür. Digər tərəf-
dən A.Toynbi öz əsərlərində Məhəmməd peyğəmbəri islam 
dininin yaradıcısı, Quranın müəlli i və görkəmli din xadimi 
kimi xarakterizə etmiş, lakin peyğəmbərimizin –Allahın el-
çisi olduğu  ikrini bütöv şəkildə qeyd etməmişdir ki, bunun-
la  da  razılaşmaq  olmaz.  Fəlsəfə  elmləri  doktoru,  professor 
Y.Rüstəmovun qeyd etdiyinə görə, “A.Toynbi isə Məhəmməd 
peyğəmbəri  ilahi  mahiyyətdən  məhrum  edir,  onu  yalnız 
görkəmli  din  və  dövlət  xadimi  kimi  xarakterizə  edir,  praq-
matik lider hesab edirdi.”(11,s.147)
İslamın təbliğ edilməsində zor və məcburiyyətin olma-
ması Quranda aydın şəkildə göstərilmişdir: “Dində məcbu-

25
riyyət  (zorakılıq)  yoxdur.  Artıq  döğruluq  (iman)  azğınlıq-
dan  (küfrdən)  ayırd  edildi.  Hər  kəs  Tağutu  (Şeytanı  və  ya 
bütləri) inkar edib Allaha iman gətirərsə, o, artığ (qırılmaq 
bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. 
Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” (Əl-Bəqərə, 
256). Yaxud, Qurani-Kərimin başqa bir surəsində göstərilir 
ki, “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar 
da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən 
Allahı  düşməncəsinə  söyərlər...”(Ənam,  108).  Göründüyü 
kimi, burada İslamın digər səmavi dinlərə və dini konfessi-
yalara dözümlülük münasibəti göstərilir. Yəni buradan aydın 
olur ki, İslam istənilən əks  ikrə qarşı zorakılığı istisna edir, 
insanlar arasında dözümlülük və sülh münasibətini önə çə-
kir. Quranda irəli sürülən bu  ikirlər islamda dözümlülüyün 
prioritet olduğunu göstərən ən mühüm faktlardan biridir. 
Doğrudur,  Məhəmməd  peyğəmbərin  özünün  sülhpər-
vər  və  başqa  millətlərə  qarşı  dözümlülük  nümayiş  etdir-
məsi  haqda  xeyli  tarixi  faktlar  vardır.  Bu  tarixi  faktlardan 
birini şərh edən Şeyxülislam H.A.Paşazadə özünün “Qafqaz-
da  islam”  adlı  kitabında  yazmışdır:  “Məlumdur  ki,  islamın 
erkən  çağlarında,  müsəlman  cəmiyyətinin  hüdudları  hələ 
Ərəbistan  yarımadası  ilə  məhdudlaşdığı  bir  vaxtda,  Həzrə-
ti  Peyğəmbər  qonşu  dövlətlərin  başçılarına  bir  sıra  xüsusi 
məktublar  göndərmişdi.  Belə  məktublardan  biri  Abdallah 
bin Hüzeyfə əs-Səhmi vasitəsilə Sasani şahına göndərilmiş-
di.”(12,s.46-48) Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu vaxt 
Qafqazın  böyük  bir  hissəsi  Sasanilərin  hökmranlığına  tabe 
idi. Həzrəti Peyğəmbərin Sasani şahına göngərdiyi məktub-
da deyilirdi:
“Bismi-l-lahi-r-Rəhman-i-r-Rəhim!
Allahın  rəsulu  Məhəmməddən  Fars  şahı  Xosrova.  Sala-
mi-sülh  o  kəsə  ki,  Hidayət  yolunu  tutmuşdur  və  Allaha  və 
Onun rəsuluna iman gətirmişdir və şəhadət etmişdir ki, Va-

26
hid  Allahdan  başqa  ilahi  yoxdur.  Ona  şərik  olan  yoxdur  və 
Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir 
Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün in-
sanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. Ka irlər 
üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et – səlamət 
qalarsan!  Boyun  qaçırsan  atəşpərəstlərin  günahları  üçün 
məsuliyyəti sən daşıyırsan.”(13,s.46-48) 
Bu məktubdan görünür ki, Məhəmməd peyğəmbər çox 
təmkin və ləyaqətlə Xosrov şahı islam dininə sülh yolu ilə ça-
ğırır və islamın əsas prinsipini aydın şəkildə sayğı ilə şərh 
edir.  Bu  məktub  Peyğəmbərin  sülhpərvər  olduğunu,  islam 
dininin isə tolerant din olduğunu bir daha təsdiq edir. 
Azərbaycanda və bütövlükdə Qafqazda yaşayan müxtə-
lif  xalqların  tarixən  tolerant  şəkildə,  sülh  və  əmin-amanlıq 
şəraitində  yaşadıqlarını  beynəlxalq  simpoziumda  vurğu-
layan ulu öndər H.Əliyev bütövlükdə islam dininin tolerant 
din  olduğunu,  eyni  zamanda  Azərbaycan  xalqının  başqa 
dinlərə qarşı dözümlü olduğunu aşağıdakı kimi şərh etmiş-
dir: “Dünyada bir çox böyük dinlər mövcudur. Hər dinin 
özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə 
fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı 
mən i münasibət göstərməmişik,  ədavət aparmamı-
şıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə 
məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözüm-
lülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəra-
itində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, 
tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini ta-
pıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini 
də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. 
Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar 
hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı ol-
mayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi 
dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş 

27
gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini 
nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolveril-
məzdir. Hər halda XX əsrin sonunda və qarşıdan gələn 
XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır.”(14)
1.2.Çarizmin Azərbaycandakı müstəmləkəçilik 
siyasətində din amili.
Biz azərbaycanlılar heç vaxt inamımızdan, dini-
mizdən uzaqlaşmayacağıq və bu mənəvi mən bə lə-
rimizdən istifadə edərək gələcəyimizi quracağıq.
Heydər Əliyev
Tarix boyu bir çox dövlət rəhbərləri öz işğalçılıq siyasət-
lərini həyata keçirmək üçün həmişə din amilindən istifadə 
etmişlər.  Məsələn,  vaxtilə  rus  imperatoru  I  Pyotr  1725-ci 
ildə  yazdığı  “Vəsiyyətnamə”sində  işğalçılıq  siyasətində  din 
amilindən istifadə məsələsini önə çəkmişdir. Rusiyanın sər-
hədlərini Hindistandan Avropayadək genişləndirməyi, Tür-
kiyə, İran və Qafqaz torpaqlarını rus imperiyasının tərkibinə 
birləşdirməyi arzulayan I Pyotr “Vəsiyyətnamə”sində hətta 
sünni və şiə məzhəbləri arasında ixtilaf yaratmağı öz xələf-
lərinə vəsiyyət etmişdir: “Bu məqsədi həyata keçirmək üçün 
həmişə  Türkiyə  ilə  İran  arasında  itnə-fəsad  törətmək,  da-
va-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri 
arasındakı ixtila lar böyük, kəskin silah və basılmaz ordudur. 
Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə qar-
şıdurmaları yaxşı vasitədir.”(15)
Rusiya  imperiyasının  qonşuluğunda  olan  iki  böyük 
müsəlman  ölkəsi  arasında  qarşıdurma  yaratmaq  yolu  ilə 
onları zəi lətməyi nəzərdə tutan imperator həmin ölkələrin 
din xadimlərini ələ almağı xələ lərinə xatırladaraq yazmış-
dır: “Bu ölkələrin müsəlmanlarının öz hüquqlarını tanıma-
ları bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İranın din 

28
xadimlərini ələ almaq və onlar vasitəsilə sünni-şiə qarşıdur-
malarını qızışdırmaq lazımdır.” (16)
Buradan göründüyü kimi, Rusiya imperiyasının işğalçılıq 
siyasətində din amilindən istifadə edilməsi I Pyotrun “Vəsiy-
yətnamə”sində xüsusi yer tutmuşdur.
XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərə indən 
işğal edildikdən sonra çarizm burada öz müstəmləkəçilik si-
yasətini daha da dərinləşdirmək üçün bəzi tədbirlər həyata 
keçirməyə başladı. Bu tədbirlərdən biri yerli əhalinin – azər-
baycanlıların  dini  əqidəsinə  təsir  göstərmək,  onları  həm 
hüquqi-siyasi, həm də mənəvi-psixoloji cəhətdən rus çariz-
minin müstəmləkəçilik qaydalarına tabe etdirməkdən ibarət 
idi.
İslam  dininin  cihad  prinsipini  əsas  tutan  bacarıqlı  sər-
kər də  Şeyx  Şamilin  rəhbərliyi  altında  çarizmə  qarşı  uzun 
illər milli azadlıq mübarizəsi aparan Şimali Qafqaz dağlıları-
nın dini-mənəvi dəyərlərinin hansı qüvvəyə malik olduğunu 
artıq rus imperiyası yaxşı bilirdi. Məhz rus çarizminin Azər-
baycandakı  müstəmləkəçilik  siyasətində  qarşıya  qoyduğu 
məqsəd Rusiya hakim dairələrinin Qafqaz canişinliyinə gön-
dərdikləri  məx i  təlimatda  deyildiyi  kimi,  “oradakı  əhalini 
(Şimali Azərbaycandakı – H.S.) rusca danışmaq, rusca  ikir-
ləşmək və rusca duymağa məcbur etmək”dən ibarət idi.
Rus  çarizminin  Qafqazdakı  müstəmləkəçilik  siyasətin-
də  din  amilindən  istifadə  etməsini  Şeyxülislam  Allahşükür 
Paşazadə aşağıdakı kimi şərh etmişdir: “İranın və Türkiyə-
nin  müsəlman  dövlətləri  olduğunu  nəzərə  alan  və  onların 
Qafqaz müsəlmanlarına daha çox təsir göstərə biləcəyindən 
ehtiyat edən Rusiya hökuməti burada həm şiəliyin, həm də 
sünniliyin  nüfuzunu  müəyyən  qədər  məhdudlaşdırmaq  si-
yasəti  yeridirdi.  Xristianlığın  təbliğini  gücləndirmək  və  bu 
məqsədlə  Türkiyədən  və  İrandan  minlərlə  erməninin  və 
Rusiyadan  müxtəlif  bidətçi  təriqətlərin  nümayəndələrinin 

29
Azərbaycana köçürülməsi, Qafqaz müsəlmanlarının Türkiyə, 
İran  və  Ərəb  ölkələrindəki  həmməzhəbləri  ilə  əlaqələri-
nin  məhdudlaşdırılması,  Məkkə,  Mədinə,  Məşhəd,  Kərbəla, 
Nəcəf  kimi  müqəddəs  yerlərə  ziyarətlərin  qarşısını  almaq 
cəhdləri, müxtəlif islam mərkəzlərinin və müsəlman nüfuz 
sahiblərinin göstərişlərinin Qafqaz müsəlmanları üçün heç 
bir səlahiyyəti olmaması barədə rəsmi qərarlar, din xadim-
lərinin  qonşu  dövlətlərin  nə inə  fəaliyyət  göstərməkdə  gü-
nahlandırıb Qafqazdan çıxarılması və s. bu siyasətin tərkib 
hissəsini təşkil edirdi.”(17,s.93)
Göründüyü  kimi,  azərbaycanlıların  dini  əqidəsinə  və 
mənəvi-psixoloji  dəyərlərinə  təsir  edərək  onların  ruslaş-
dırılması  və  getdikcə  xristianlaşdırılması  məsələsi  XIX  əs-
rin  əvvəllərində  rus  çarizminin  qarşısında  duran  ən  vacib 
məqsədlərdən biri olmuşdur. Azərbaycanlıların “ruslaşdırıl-
ması” və “xristianlaşdırılması” məqsədi ilə çar hökuməti bu 
dövrdə Rusiyanın və Ukraynanın mərkəzi quberniyalarından 
Şimali Azərbaycana xeyli malokan, duxobor və s. təriqətlər-
dən olan ailələr köçürmüşdür. Məsələn, təkcə 1833-1843-cü 
illərdə Rusiyadan Azərbaycana köçürülənlərin hesabına bu-
rada 20-yə qədər kənd yaranmışdır.
 
Bu  köçürmələrdən  sonra  Azərbaycan  kəndlilərinin  de-
moqra ik  vəziyyətində,  həyat  tərzində,  məişət  sferasın-
da müəyyən dəyişikliklər baş verdi ki, bu da yerli əhalinin 
mənəvi-psixoloji  baxışlarında  öz  əksini  tapmaya  bilməzdi. 
Məsələn,  yerli  əhali  Azərbaycana  köçrülən  ruslara  –  “haki-
miyyət dairələrinə yaxın adamlar kimi” yanaşmağa başladı-
lar. Gəlmələr isə yerli əhalini – “geri qalmış tatarlar” adlan-
dırmağa başladılar. Bəzən isə gəlmələrlə yerli əhali arasında 
milli məişət zəminində müəyyən münaqişələr yaranırdı. 
XIX əsr Avropanın müstəmləkəçi ölkələrindən, məsələn, 
Böyük  Britaniya  və  Fransadan  fərqli  olaraq  Çar  Rusiyası 
müstəmləkə  torpaqlarında  yerli  əhalinin  dini  əqidəsinə  və 

30
milli mənəvi dəyərlərinə hörmətlə yanaşmırdı.
Belə  ki,  rus  hakim  dairələri  Azərbaycanda  öz  müstəm-
ləkəçilik  qaydalarını  möhkəmləndirmək  üçün  yerli  əhali-
nin  dini  işlərinə  qarışaraq  ruhani  rəhbərlərini  istədikləri 
vaxt  vəzifədən  azad  edir,  onların  yerinə  özlərinə  münasib 
adamları təyin edirdilər. Məsələn, 1816-cı ildən Qafqazdakı 
rus  qoşunlarının  Ali  Baş  Komandanı  təyin  edilmiş  A.P.Yer-
molov 1822-ci ildə Ti lis axundu Tanrıverdini vəzifəsindən 
azad edərək İrana sürgün etdirmişdi. Bu qərarı A.P.Yermo-
lov  onunla  əsaslandırırdı  ki,  guya  Axund  Tanrıverdi  xaric-
dən – islam ölkələrindən dəstək alıb Qafqaz müsəlmanlarını 
Rusiyaya qarşı milli azadlıq mübarizəsinə qaldırmağa cəhd 
göstərir.
 
A.P.Yermolovun  geniş  əhali  kütləsinə  ünvanlanan 
“müraciətnamə”sində göstərilirdi ki, guya axund Tanrıverdi 
“Rusiyanın faydalı himayədarlığını qəbul etməyərək” o, “hö-
kumət üçün zərərli olan xaricilərlə gizli əlaqələrin qurulma-
sını”
 
dəstəkləmişdir. (18,s.481)
Azərbaycanlıların rusların ağalığına qarşı getdikcə artan 
narazılıqlarını  aradan  qaldırmaq,  onları  müstəmləkə  qay-
dalarına  tabe  etdirmək  üçün  Rusiyanın  hakim  dairələri  ən 
müxtəlif  tədbirlərə  əl  atırdı.  Onlar  başa  düşürdülər  ki,  hər 
bir  xalqın  milli-azadlıq  mübarizəsində  dini  mənəvi  amil-
lər  həlledici  rol  oynayır.  Buna  görə  də  öz  müstəmləkəçilik 
planlarını genişləndirmək istəyən rus generalları xalqın di-
ni-mənəvi dəyərlərinə təsir etmək üçün bütün vasitələrə əl 
atırdılar. Belə ki, çar hökuməti Qafqaz müsəlmanlarına vahid 
bir mərkəzdən rəhbərlik etmək üçün 1822-ci ildə “şeyxülis-
lam” vəzifəsini yaratdı və bu vəzifəyə Salyan axundu Məhəm-
məd Əli təyin edildi.
Bundan  başqa,  rus  generalları  Qafqazda  islam  dininin 
ayrı-ayrı məzhəbləri arasında düşmənçilik toxumu səpməyə 
çalışır  və  sünnilərlə  şiələri  bir-birinə  qarşı  qoymaqdan  da 
çəkinmirdilər. Bu çirkin məqsədi həyata keçirmək üçün ça-

31
rizm nümayəndələri şiə və sünni məzhəblərinin başçılarını 
ələ almağa və onların vasitəsilə dindarlara təsir etməyə ça-
lışırdılar.
1828-ci ildə rus qoşunları Təbrizi tutduqdan sonra Ru-
siyanın Qafqazdakı canişini İ.F.Paskeviç Təbrizin mücdehidi, 
məhşur ilahiyyat alimi Ağa Mirfəttah Təbatəbainin Zaqafqa-
ziyanın şiə əhalisinin rus imperatorunun “üzünə ağ olduğu-
na” görə onların “başına ağıl qoymaqdan ötrü” Ti lisə gəlmə-
sinə nail olmuşdur. Ağa Mirfəttah Təbatəbai Ti lisə gəldiyinə 
görə, o, çar hökuməti tərə indən “briliyantla bəzədilmiş qızıl 
medal”  və  birinci  dərəcəli  Müqəddəs  Anna  ordeni  ilə  təltif 
edilmişdir. Bundan başqa, A.M.Təbatəbaiyə guya imperatora 
xidmət etdiyinə görə 2000 onluq (çervonets), Ti lisdə gözəl 
bağı olan xüsusi mülk və Şirvanda illik gəliri 5360 rubl olan 
15 kənd verilmişdir. (19,s.29-30)
Qeyd edək ki, A.M.Təbatəbainin çar hökuməti tərə indən 
Ti lisə  gətirilməsinin  bir  tərəfdən  Zaqafqaziya  müsəlman-
larının  çarizmə  qarşı  narazılığının  aradan  qaldırılmasında 
müəyyən təsiri olsa da, digər tərəfdən belə bir ilahiyyat ali-
minin Azərbaycanda, o cümlədən, bütöv Qafqazda İslam ma-
arifçiliyinin genişlənməsi və yerli əhalinin dini səviyyəsinin 
yüksəlməsində müsbət rolu olmuşdur.
1832-ci ildə rus generalı Q.V.Rozen Zaqafqaziyanın sün-
ni məzhəbli müsəlmanlarını “sakitləşdirmək”, “hakimiyyətə 
tabe  etdirmək”,  “onların  azğın  mənəviyyatını  yumşaltmaq” 
və onları imperatora sədaqətlə xidmət etdirmək üçün yüksək 
ruhani nümayəndələrinə müfti dərəcəsi təyin etdi. (20,s.30)
 
Bu məqsədlə rus generalı Q.V.Rozen milliyyətcə tatar olan və 
çar hökumətinə böyük xidmətlər göstərmiş Tacəddin Mus-
ta in  Əfəndini  Kazan  şəhərindən  Qafqaza  müfti  vəzifəsinə 
gətirtdi.  Kapitan  rütbəsi  daşıyan  Musta in  Əfəndi  vaxtilə 
Şeyx Şamilin çar hökumətinə tabe olması üçün onunla danı-
şıqlar aparmışdır. Qafqaza gəldikdən sonra Musta in Əfəndi
 

32
Zaqafqaziya müsəlmanlarına müraciət edərək demişdir: “Ey 
müsəlman cəmiyyəti! Bizim kimi siz də hamıya qarşı lüt kar 
olan böyük imperatorun xeyirxahlığı himayəsində xoşbəxt-
liklərə çatacaqsınız... Bizim kimi siz də... böyük imperatora 
qəlbən xidmət etməklə, ona dualar oxumalısınız.”(21,s.167)
Həmin  dövrdə  çarizmin  Azərbaycanda  ruslaşdırma  si-
yasətini  xarakterizə  edən  Azərbaycan  Demokratik  Respub-
likasının  banisi  Məmməd  Əmin  Rəsulzadə  özünün  “Azər-
baycan Cümhuriyyəti” əsərində bu məsələdən bəhs edərək 
yazmışdır: “Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəb-
hədən  gəliyordu.  Bir  tərəfdən  xalqın  hissiyyati-diniyyəsini 
idarə edən üləma və mollaları kəndi kontroluna tabe tutur, 
digər tərəfdən də milli tərbiyyəyə meydan verməyərək xəlqi 
rus məktəblərində (uşkol) oxumağa icbar ediyordu. Birinci 
məqsədin təmini üçün şiə və sünnilərə məxsus olmaq üzrə 
ayrı-ayrı iki idarəyi-ruhaniyyə təsis eləmiş, bütün molla və 
əfəndiləri  bu  idarə  vasitəsilə  kəndisinə  tabe  birər  məmur 
kibi  qullanmışdır.  İkinci  məqsədi  təmin  üçün  də  müəyyən 
ruslaşdırma proqramilə uşkollar (məktəblər) təsis edilmiş-
dir.”(22,s.16)
Öz müstəmləkəçilik planlarını hər vasitə ilə möhkəmlən-
dirməyə çalışan çar çinovnikləri xalqın dini-mənəvi dəyər-
lərinə, minillik əqidəsinə, milli adət-ənənələrinə ciddi təsir 
göstərməklə azərbaycanlıları ruslaşdırmaq planlarını həya-
ta keçirə bilmirdilər. Əksinə, çarizmin yerlərdəki nümayən-
dələri  xalqa  qarşı  nə  qədər  özbaşınalıq  edirdilərsə,  əhali 
arasında onlara qarşı narazılıq getdikcə artırdı. Belə ki, rus 
çinovniklərinin özbaşınalıqlarından cana doymuş xalq 1837-
ci ildə üsyan etdi. Tarixə Quba üsyanı adı ilə daxil olmuş bu 
milli-azadlıq hərəkatı təxminən 16 min kəndlini və şəhərlini 
əhatə etmişdir. Üsyan amansızcasına yatırıldı.
Bu hadisədən sonra çar hökuməti Azərbaycandakı müs-
təm ləkəçilik  siyasətində  müəyyən  manevrlərə  əl  atdı.  Yük-

33
sək müsəlman təbəqələrinin xalq arasında geniş nüfuza ma-
lik olduğunu görən çarizm onların cəmiyyətdəki mövqeyini 
hüquqi cəhətdən yüksəltmək üçün xüsusi bir komitə yaratdı. 
1843-cü  ildə  yaradılan  bu  komitə  –  “yüksək  müsəlman  tə-
bəqələrinin (bəy, xan, məlik, qazi və s.) hüquqlarını araşdıran 
xüsusi komitə” – adlandırıldı.
 
Bu komitə yüksək təbəqələrin 
hüquqlarının əvvəlki illərə nisbətən yüksəlməsinə və həmin 
təbəqələrə  müəyən  imtiyazlar  verilməsinə  nail  oldu.  Bu-
nunla da çarizm xalqın milli-azadlıq hərəkatında yüksək tə-
bəqələrin təsirini azaltmaq yolunda müəyyən addımlar atdı.
Digər  tərəfdən  çar  hökuməti  hakim  dairələrin  istəyini 
yerinə yetirməyən, çarizmə qarşı genişlənən narazılığa qo-
şulan  bəzi  nüfuzlu  dini  rəhbərləri  cəzalandırmağa  başladı. 
Məsələn,  müsəlmanlar  arasında  imperiya  xofu  yaratmaq 
üçün Şuşa qazisi Mirzə Əbdülqasım həbs edilib Metex qala-
sına  salındı.  Nuxa  qazisi  Abdal  Lətif  Əfəndi  çar  məmurları 
tərə indən izlənildiyini hiss edib 1844-cü ildə Həcc ziyarəti 
məqsədilə Məkkəyə gedərək Azərbaycanı tərk etdi.(23,s.26)
 
Ümumiyyətlə, Şimali Azərbaycan işğal olunduqdan son-
ra əhali arasında böyük nüfuza malik olan Azərbaycan xanla-
rından Qarabağ xanı Mehdiqulu xan, Şirvan hakimi Mustafa 
xan, Bakı hakimi Hüseynqulu xan, Talış xanı Mir Həsən xan 
rus müstəmləkəçilərinin özbaşnalığına dözə bilməyərək İra-
na köçməyə məcbur olmuşlar. 
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə