Sakit hüseynov azərbaycanda diNİ tolerantliq məDƏNİYYƏTİ: tarix və MÜASİRLİk kitab Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının


canın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix07.07.2017
ölçüsü0,8 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

canın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu 
gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində 
saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün 
də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim 
görkəmli muğam ustalarımız öz məharətini, öz biliklə-
rini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq 
keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm 

101
rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbay-
cansız təsəvvür etmək mümkün deyildir. Təsadü i deyil 
ki, birinci Beynəlxalq Muğam festivalı  məhz Azərbay-
canda, bu gözəl Muğam Mərkəzində keçirilir.» (87) 
Rəsmi mərasimdə iştirak edən YUNESKO-nun sabiq baş 
direktoru K.Matsuura Azərbaycan xalqının zəngin mədəniy-
yətə malik olduğunu vurğulayaraq, ölkəmizdə mədəni irsin 
qorunmasında prezident İlham Əliyevin və Mehriban xanım 
Əliyevanın xüsusi rol oynadığını diqqətə çəkərək demişdir: 
«Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum 
ki, prezident Əliyev, xanım Əliyeva Qeyri-Maddi İrsin qorun-
masına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi 
dəyərlərinin yaşanmasına böyük qayğı göstərirlər. Mən buna 
görə, prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin 
minnətdarlığımı bildirirəm. Mən dəfələrlə ölkənizə səfər et-
dikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada 
musiqinizi dinləmişəm, rəqslərinizi görmüşəm. Bütün bun-
lar qeyri-mədəni irsin tərkib hissələridir.»(88)
Buradan  göründüyü  kimi,  YUNESKO-nun  sabiq  baş  di-
rektoru  K.Matsuura  Azərbaycan  xalqının  zəngin  mədəniy-
yətə malik olduğunu bildirməklə, həm də xalqımızın mədəni 
irsinin qorunmasında prezident İlham Əliyevin və Mehriban 
xanım Əliyevanın fəaliyyətini yüksək dəyərləndirmişdir. Bu 
baxımdan  istər  Azərbaycan  muğam  sənətinin,  istərsə  də 
xalqımızın aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədə-
ni irsin qorunduğu şah əsərlərin siyahısına daxil edilməsin-
də Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın 
bu sahədə göstərdikləri təşəbbüs və səyləri xüsusi qeyd et-
mək lazımdır.
Məlumdur ki H.Əliyev fondu muğam sənətinin qorunub 
saxlanılması və inkişaf etdirilərək dünyaya tanıdılması sahə-
sində çox böyük işlər görmüşdür. Hələ 2005-ci ildə H.Əliyev 
Fondu tərə indən həyata keçirilən «Azərbaycan muğamları» 

102
layihəsi çərçivəsində 24 məşhur muğam ustadının ifaların-
dan ibarət «Qarabağ xanəndələri» adlı zəngin musiqi albo-
mu hazırlanıb təqdim edilmişdir. Sonra bu layihənin davamı 
kimi 2008-ci ildə «Muğam ensiklopediyası» hazırlanıb nəşr 
edilmişdir. Bu isə mütəxəssislər tərə indən xalqımızın qədim 
musiqi  irsinin  qorunması  və  inkişafı  yolunda  sanballı  nəşr 
kimi dəyərləndirilmişdir.
Muğam Mədəniyyətimizin qorunması və təbliği sahəsin-
də  möhtəşəm  tədbirlər  həyata  keçirən  H.Əliyev  fondunun 
növbəti  uğurlu  layihələrindən  biri  də  «Azərbaycan  muğa-
mı» interaktiv audiovizual multimedia toplusu və «Muğam 
aləmi» nəşridir ki, bu da muğamsevərlər üçün ən gözəl təd-
ris vəsaitidir. Qeyd edək ki, 8 diski əhatə edən «Azərbaycan 
muğamı»  multimedia  toplusunda  muğamın  mənşəyi,  növ-
ləri, eyni zamanda quruluşu və kompozisiya xüsusiyyətləri 
toplanmışdır.  «Muğam  aləmi»  adlanan  toplu  H.Əliyev  fon-
dunun  prezidenti  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü 
ilə  2009-cu  ilin  mart  ayında  Bakıda  keçirilən  Beynəlxalq 
Muğam  Festivalına  həsr  edilmişdir.  Maraqlı  cəhət  odur  ki, 
«Muğam aləmi» toplusuna klassik Azərbaycan muğamlarını, 
simfonik  muğamları,  Azərbaycan  muğam  operalarını,  eyni 
zamanda tanınmış xarici musiqiçilərin çıxışlarını və etnoçaz 
nümunələrini əhatə edən 33 DVD yerləşdirilib. Buradan gö-
ründüyü kimi, Azərbaycan muğamlarının təbliği ilə bağlı çox 
işlər görülmüşdür.
Azərbaycan mədəniyyətinin inkişafında muğam sənəti-
nin yeri və rolundan bəhs edən Mehriban xanım Əliyeva de-
mişdir: «Muğam sənəti, Muğam bütün dövrlərdə ökəmizdə 
yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi, ictimai və yaxud 
iqtisadi vəziyyətdən asılı olmayaraq muğam sənəti öz xüsusi 
yerini qoruyub, saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin 
yaşamasında,  nəsildən-nəslə,  ustaddan-tələbəyə,  müəllim-
dən şagirdə, ağsaqqaldan-gəncə çatdırılan sənətkarlıq, ifaçı-

103
lıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, 
canlı ünsiyyət lazımdır. Belə bir mürəkkəb prosesdə, təbii ki, 
heç bir kitab, ya dərslik, ya videoyazı, audioyazı canlı təma-
sı əvəz edə bilməz. Məhz bu canlı ənənə əsrlər boyu bizim 
məşhur xanəndələrimiz və ustadlarımız tərə indən qorunub 
saxlanılıb  və  yaşadılıb.  Bu  ənənələr  bu  gündə  yaşadılır  və 
mən  bizim  bütün  ustadlarımıza,  xanəndələrimizə  bir  daha 
öz dərin hörmətimi və təşəkkürümü bildirmək istəyirəm .»(89)
Mədəniyyətimizə, tarixi-mədəni sərvətlərimizin qorun-
ması və bərpasına dövlət başçısı İlham Əliyev və Mehriban 
xanım Əliyevanın diqqət və qayğısı xalq tərə indən həmişə 
rəğbətlə qarşılanmaqdadır. 
Başqa  sahələrdə  olduğu  kimi,  ölkələrarası  mədəni 
əlaqələrin inkişafında da məlumdur ki, informasiya resurs-
ları o cümlədən veb-saytlar mühüm rol oynayır. Bu baxım-
dan 2009-cu il 18 fevral tarixində «Bakı-İslam mədəniyyə-
tinin  Paytaxtı-2009»  mədəniyyət  ilinin  açılışı  münasibətilə 
“www.baku-icc-2009.az”  veb-saytı  istifadəyə  verilmişdir. 
Saytdan  istifadə  edənlərin  dil  probleminin  aradan  qaldırıl-
ması məqsədilə saytın portalının 5 dildə 

 azərbaycan, ingi-
lis, rus, ərəb və fransız dillərində fəaliyyət göstərməsi nəzər-
də  tutulmuşdur.  19  bölmədə  194  mövzunu  əhatə  edən  bu 
sayta «Xəbərlər», «Online səsvermə», «Qonaq kitabı», «Azər-
baycan  haqqında»,  «Abşeron  yarımadası»,  «Bakı»,  «Mədə-
niyyət», «Turizm» və digər bölmələr daxil edilmişdir. Qeyd 
etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təb-
liğində, onun beynəlxalq aləmdə tanınmasında veb-saytların 
mühüm rolu olmuşdur. İSESKO-nun baş direktoru Əbdüləziz 
ibn Osman Əl-Tüveycri 2009-cu il fevralın 18-də bu veb-say-
tın təqdimat mərasimində çıxış edərək onun İslam mədəniy-
yətinin tanınmasına, sevilməsinə bir daha təkan verəcəyini 
vurğulamış və başqa dinlərin nümayəndələrinə Azərbaycan 
tarixi, musiqisi, bütövlükdə mədəniyyətinin özünəməxsuslu-

104
ğu haqqında ətra lı məlumat verəcəyini bildirmişdir. (90)
2009-cu  ilin  mart  ayının  sonunda  Azərbaycan  Aşıqlar 
birliyinin  sədri,  xalq  şairi  Zəlimxan  Yaqubun  başçılığı  ilə  8 
nəfərdən ibarət nümayəndə heyəti Aşıq musiqisi ilə əlaqə-
dar  konsert  vermək  üçün  Fransanın  Paris  və  Strasburq 
şəhərlərində  olmuşlar.  Azərbaycan  Respublikası  Mədəniy-
yət və Turizm Nazirliyi ilə Fransanın «Maison des cultures 
du monde» Assosiasiyası arasınada imzalanmış müqaviləyə 
əsasən,  29  mart  2009-cu  il  tarixində  Parisin  məşhur  Luvr 
Muzeyinin Auditorium zalında keçirilmiş konsertdə aşıqlar 
çox yüksək səviyyədə iştirak etməklə tamaşacıları müxtəlif 
aşıq havaları ilə tanış etmişlər. Tamaşaçıların əksəriyyətinin 
xarici vətəndaşların təşkil etdiyi konsert proqramı davamlı 
alqışlarla qarşılanmışdır.
30  mart  2009-cu  il  tarixində  Strasburq  Konservatori-
yasının  konsert  zalında  növbəti  Aşıq  musiqisi  konsertinin 
keçirilməsi  məqsədilə  nümayəndə  heyəti  Strasburq  şəhə-
rinə yola düşmüşdür. Paris konsertində olduğu kimi davamlı 
alqışlarla müşayət olunmuş konsert zamanı aşıq və musiqi-
çilərimiz çox yüksək səviyyədə çıxış edərək Azərbaycan mə-
dəniyyətində xüsusi yer tutan Aşıq sənətini xarici vətəndaş-
lara sevdirməyə nail olmuşlar.
Bundan başqa aşıqlarımız 2009-cu ilin noyabrında Bö-
yük Britaniyanın paytaxtında və bir sıra iri şəhərlərində ge-
niş konsert proqramları ilə çıxış etmişlər.
Qeyd edək ki, sosial-iqtisadi sahədə olduğu kimi mədə-
niyyət  sahəsində  də  Azərbaycanın  böyük  nailiyyətlər  əldə 
etməsi onun beynəlxalq nüfuzunun artmasının göstəricisinə 
çevrilmişdir. Belə ki, qısa zaman ərzində respublikamızın bir 
çox  maddi  və  mənəvi  mədəniyyət  nümunələrinin  YUNES-
KO-nun Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan mə-
dəniyyətinin beynəlxalq təşkilatlar və ictimaiyyət tərə indən 
tanınmasının bariz nümunəsidir. Bu həm də qədim və zəngin 

105
Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasi-
yasının əsas şərtlərindən biridir. 
2000-2009-cu  illərdə  YUNESKO-nun  siyahısına  daxil 
edil miş  Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyət  nü-
munələri aşağıdakılardır:
1. 
İçərişəhər qala divarları ilə birlikdə – 2000-ci ildə YU-
NESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.
2. 
Qız Qalası – 2000-ci ildə YUNESKO-nun Dünya Mad-
di-Mədəni İrs siyahısına daxil edilib. 
3. 
Azərbaycan  muğamları  –  2002-ci  ildə  (noyabr)  YU-
NESKO tərə indən «Bəşəriyyətin Şifahi və Qeyri-maddi irsi-
nin Şah əsəri elan olunub.
4. 
 2003-cü ildə isə YUNESKO Azərbaycan muğamlarını 
«Bəşəriyyətin Şifahi və Mənəvi İrsinin Şedevrləri» siyahısına 
daxil etmişdir.
5. 
Şirvanşahlar Sarayı-2003-cü ildə YUNESKO-nun Dün-
ya  Maddi-Mədəni  İrs  siyahısına  daxil  edilib.  Şirvanşahlar 
kompeksinə – divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, sa-
ray türbəsi, minarəli saray məscidi, hamam və nisbətən son-
rakı illərdə tikilmiş Şərq darvazası daxildir.
6. 
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə YU-
NESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.
7. 
Aşıq sənəti – 2009 (28 sentyabr-2 oktyabr) YUNES-
KO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
8. 
YUNESKO  2009-cu  ildə  Novruz  bayramını  Azərbay-
can, Hindistan, İran, Qırğızstan, Özbəkistan, Pakistan və Tür-
kiyənin  beynəlmiləl  bayramı  kimi  Qeyri-Maddi  Mədəni  İrs 
Siyahısına daxil etmişdir.
Bütün bunlar Azərbaycan mədəniyyətinin milli çərçivə-
dən  çıxaraq  dünya  mədəniyyəti  nümunələrinə  çevrildiyini 
və bəşəri mahiyyət kəsb etdiyini göstərən faktlardır.
Məlumdur  ki,  davamlı  inkişafa  keçid  hər  hansı  bir  cə-
miyyətdə yaşayan bütün etnik qrupların mədəni inkişafına 

106
hərtərə li şərait yaradılması və buna dövlət qayğısı ilə şərt-
lənir.  Xüsusən,  qloballaşma  dövründə  ölkəmizdə  yaşayan 
milli azlıqların və etnik qrupların mədəniyyəti Azərbaycan 
mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. 
Azərbaycan  mədəniyyətinin  zəngin  olması  da  məhz  onun 
rəngarəngliyində və mədəni müxtəli liyində ifadə olunması 
ilə şərtlənir. 
Ölkəmizdə mədəniyyətin ümumi inkişafının göstəricilə-
rindən  biri  Azərbaycan  mədəniyyətinin  tərkib  hissəsi  olan 
milli azlıqların mədəniyyət və incəsənətlərinin qorunub sax-
lanılmasına dövlət qayğısının gücləndirilməsindən ibarətdir. 
Bu qayğının ən parlaq təzahürü milli azlıqların incəsənətinə 
həsr  olunmuş  festivalların  mütəmadi  olaraq  təşkil  edilmə-
sidir. Son illərdə bu cür mədəniyyət tədbirləri daha tez-tez 
keçirilməyə  başlamışdır.  Belə  ki,  respublikamızda  milli  az-
lıqların mədəniyyət və incəsənətinə həsr olunmuş festivallar 
2006, 2008 və 2011-ci illərdə keçirilmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  sonuncu  mədəniyyət  festivalı 
14-18 iyun 2011-ci il tarixində «Azərbaycan – doğma diyar» 
devizi  altında  Bakıda  keçirilmişdir.  Heydər  Əliyev  Fondu-
nun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılı-
ğı ilə keçirilən bu festivala Astara, Lənkəran, Lerik, Masallı, 
Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, Quba, Qusar, İsmayıllı, 
Şabran  rayonlarından  olan  azsaylı  xalqların  bədii  özfəaliy-
yyət  kollektivləri  qatılmışdır.  Festival  çərçivəsində  maraqlı 
mədəniyyət tədbirləri keçirilmiş, müxtəlif incəsənət kollek-
tivlərinin geniş konsert proqramı təqdim olunmuş, “Qlobal-
laşma  dövründə  Azərbaycanda  etnik  mədəniyyət”  mövzu-
sunda dəyirmi masa keçirilmişdir.
Festivalda iştirak edən talış, avar, ləzgi, udin, yəhudi, rus, 
ukraynalı,  tatar  və  digər  xalqların  nümayəndələrinin  milli 
paltarlarda  rəqs  etmələri,  öz  dillərində  mahnı  oxuması  və 
müxtəlif  səhnəciklər  göstərməsi  tamaşaçıların  böyük  ma-

107
rağına səbəb olmuşdur. Festivalda tamaşaçıların ən çox ma-
rağına  səbəb  olan  mədəniyyət  kollektivlərindən  Lənkəran 
şəhər «Nənələr» talış folklor xalq mahnı və rəqs kollektivi, 
«Suvar» ləzgi mahnı və rəqs ansamblı, Balakən rayonunda-
kı «Cahan» avar folklor qrupu, Rus Mədəniyyət Mərkəzinin 
folklor qrupu, «Cəngi» udin folklor ansamblı və s. kollektiv-
ləri göstərmək olar. Bütün bunlar ölkəmizdə multikulturaliz-
min inkişafına dövlət qayğısını göstərən faktlardır.
Qeyd  edək  ki,  Azərbaycan  dövləti  respublikamızda  ya-
şayan azsaylı xalqların və etnik qrupların milli mədəniyyət-
lərinin,  incəsənətlərinin  qorunub  saxlanılması  və  gələcək 
nəsillərə  çatdırılması  üçün  geniş  miqyaslı  tədbirlər  həyata 
keçirməkdədir.  Məsələn,  beş  dildə  «Azərbaycanda  yaşayan 
xalqların  mahnıları»  adlı  CD  hazırlanmış,  vaxtaşırı  azsaylı 
xalqların  mədəniyyəti  ilə  əlaqədar  televiziya  verilişləri  ha-
zırlanıb tamaşaçılara təqdim olunmuşdur. 
Hazırda  Azərbaycanın  Türkdilli  ölkələrilə  mədəni  əla-
qə lərində TÜRKSOY təşkilatı əsas rol oynamaqdadır. TÜRK-
SOY təşkilatının əsası 1992-ci ilin yazında İstanbul şəhərin-
də türkdilli dövlətlərin mədəniyyət nazirlərinin 1-ci görüşü 
zamanı qoyulmuşdur. TÜRKSOY-un idarəetmə orqanlarının 
strukturu  və  fəaliyyət  mexanizmləri  təşkilatın  1992-ci  ilin 
dekabrında  Bakıda  keçirilən  2-ci  toplantısında  formalaşdı-
rılmışdır. Bundan sonra “TÜRKSOY-un yaradılması və fəaliy-
yət prinsipləri haqqında müqavilə” sənədi 12 iyul 1993-cü 
il tarixində Alma-Ata şəhərində altı təsisçi – dövlət və təşki-
latın daimi üzvləri – Azərbaycan, Qazaxıstan, Türkiyə, Türk-
mənistan,  Qırğızıstan  və  Özbəkistan  respublikaları  tərə in-
dən  imzalanmışdır.  Daha  sonra  bu  müqaviləyə  müşahidəçi 
dövlət  qismində  Tatarıstan,  Başqırdıstan,  Şimali  Kipr  türk 
respublikaları, həmçinin, RF tərkibində olan Tuva, Xakasiya, 
Altay, Saxa-Yakutiya respublikaları və Moldova respublikası 
tərkibində Qaqauz Yeri qoşulmuşdur.

108
TÜRKSOY təşkilatının əsas məqsəd və vəzifələri aşağda-
kılardan ibarətdir:
–  Beynəlxalq  münasibətlərin  humanistləşdirilməsi  və 
stabilləşdirilməsinə  istiqamətlənən  beynəlxalq  ictimaiyyə-
tin  mənəvi  inkişafının  prioritetlərinin  regional  və  planetar 
səviyyədə qəbul və təsdiq edilməsi;
–  Beynəlxalq  dialoqun  təşkili  və  inkişaf  etdirilməsi  və 
TÜRKSOY-a  üzv  dövlətlərin  mədəni  oxşarlığının  dəstəklən-
məsi;
– Türkdilli xalq və ölkələr arasında dost münasibətlərin 
və qarşılıqlı anlaşmanın qurulması;
– Türkdilli xalqların etnogenezi, gerçək tarixi, ədəbiyyat, 
mədəniyyət və incəsənətin öyrənilməsi sahəsində elmi araş-
dırmaların intensivləşdirilməsi;
– Öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyya-
tının, mədəniyyət və incəsənətinin və ənənələrinin yeni nə-
sil tərə indən öyrənilməsinin dəstəklənməsi və s.
Əlbəttə, həyat inkişaf etdikcə TÜRKSOY-un da fəaliyyət 
istiqamətləri genişlənir və çeşidli tədbirlər keçirilir. Türkdil-
li ölkələr arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi 
ikri  2-3  oktyabr  2009-cu  il  tarixində  Türkdilli  dövlətlərin 
dövlət  başçılarının  Naxçıvan  (Azərbaycan)  şəhərində  keçi-
rilmiş IX Sammitində qəbul edilmiş Bəyannamədə öz əksi-
ni  tapmışdır.  Qeyd  edək  ki,  Naxçıvan  şəhərində  keçirilmiş 
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü TÜRK-
SOY-un fəaliyyətinə böyük dəstək göstərmiş və türk dünya-
sının mədəniyyət sahəsindəki əməkdaşlığına yeni yollar aç-
mışdır.
TÜRKSOY «Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009» 
mədəniyyət ili çərçivəsində keçirilən tədbirlərdə də fəal iş-
tirak  etmişdir.  Bu  məqsədlə  TÜRKSOY-un  Daimi  Şurasının 
növbəti  (XXVI)  toplantısı  16-17  oktyabr  2009-cu  il  tarixdə 
Bakı şəhərində keçrilmişdir. Toplantını açan Azərbaycan Mə-

109
dəniyyət və Turizm naziri Ə.Qarayev hesabat dövründə təş-
kilatın fəaliyyəti haqqında məlumat verərək bildirmişdir ki, 
Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənə-
vi irs, mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və 
xalqların  regional  əməkdaşlığını  həyata  keçirən  TÜRKSOY 
bu sahədə öz fəaliyyətini daha da genişləndirmişdir. 
Tədbirdə  çıxış  edən  TÜRKSOY-un  baş  direktoru  Düsen 
Kaseinov bu təşkilatın türk xalqlarının daha da yaxınlaşması 
istiqamətində  həyata  keçirdiyi  tədbirlər  barədə  ətra lı  mə-
lumat  vermişdir.  Türk  xalqlarının  mədəni  əlaqələrinin  ge-
nişlənməsindən bəhs edən D.Kaseinov bildirmişdir ki, dahi 
Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun «Koroğlu» operası ar-
tıq beş ölkədə böyük uğurla nümayiş etdirilmişdir. O, qeyd 
etmişdir ki, dünyanın ən böyük operalarından olan “Koroğ-
lu”nun  türk  xalqlarının  teatr  səhnəsində  oynanılması  bu 
xalqların  mədəni  həyatında  böyük  hadisədir.  TÜRKSOY-un 
beynəlxalq mədəni əməkdaşlıq sahəsindəki rolundan danı-
şan D.Kaseinov qeyd etmişdir ki, təşkilat YUNESKO, İSESKO, 
Avropa Şurası, Dövlətlərarası Humanitar Əməkdaşlıq Təşki-
latı  (DHƏT)  və  MDB  arasında  əməkdaşlığın  gücləndirilmə-
sinə istiqamətlənmiş bir sıra tədbirlər həyata keçirmişdir.
Qeyd  edək  ki,  Novruz  bayramının  YUNESKO-nun  Qey-
ri-Maddi  İrs  siyahısına  daxil  edilməsində  TÜRKSOY-un 
müəyyən  rolu  olmuşdur.  Ümumiyyətlə,  TÜRKSOY-un  Türk-
dilli ölkələrdə həyata keçirdiyi tədbirlər o, cümlədən «Türk 
dillərinin  bədii  tərcüməsinin  problemləri  və  müasir  vəziy-
yət»  (İstanbul),  «Sivilizasiyaların  dialoqunda  türk  dünya-
sının  rolu»  (Alma-Ata)  adlı  simpoziumlar,  17-ci  beynəlxalq 
«Xəzər» axşamları (Elazığ, Türkiyə), İstanbulda Tatarıstan və 
Başqırdıstanın  mədəni  mərkəzlərinin  açılması  və  sabantu-
yun qeyd edilməsi, müxtəlif kino, teatr və musiqi festivalları-
nın keçirilməsi həmin ölkələr arasında mədəni əməkdaşlığın 
genişləndirilməsində  TÜRKSOY-un  mühüm  rol  oynadığını 

110
göstərən faktlardır.
Türkdilli  xalqların  mədəni  əlaqələrinin  inkişafında 
TÜRKSOY-un  fəaliyyətinin  ulu  öndər  tərə indən  dəstəklən-
məsini Heydər Əliyevin türkdilli xalqların tarixən formalaş-
mış ortaq mənəvi dəyərlərinin qorunması sahəsində uzaq-
görənlik kimi dəyərləndirmək olar.
Son illərdə respublikamızda islamın bəşəri dəyərlərinin 
kulturoloji aspektlərinin araşdırılmasına da xeyli diqqət ye-
tirilir. Bu baxımdan 9-10 noyabr 2009-cu il tarixində Bakıda 
«İslamda  mədəniyyət  və  gözəllik  amili»  mövzusunda  keçi-
rilən beynəlxalq elmi praktiki konfransı buna misal göstər-
mək olar. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mil-
li Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən bu 
konfransda  «Azərbaycan  folkloru  islam  kontekstində»,  «İs-
lam  mədəniyyəti  və  ənənələrinin  öyrənilməsində  arxeoloji 
materialların  rolu»,  «İslam  mədəniyyətinin  təşəkkülündə 
Azərbaycan  ziyalılarının  rolu»,  «İslamda  harmoniya  –  dün-
ya ilahiliyinin ifadəsidir», «İslamda qadına verilən dəyər və 
qadın hüquqlarının müha izəsi», «Müasir gəncliyin tərbiyə-
sində  islamın  rolu»,  eyni  zamanda  digər  aktual  mövzular 
dinlənilmiş və islam mədəniyyəti ilə bağlı geniş müzakirələr 
aparılmışdır. 9 ölkədən gəlmiş dinşünas kulturoloq,  ilosof, 
tarixçi və s. mütəxəssislərin iştirak etdiyi bu konfransda ma-
raqlı məruzələrlə çıxış edən AMEA-nın prezidenti akademik 
M.Kərimov,  AMEA-nın  vitse-prezidenti  N.Vəlixanlı,  Rusiya 
Federasiyası  Nijni  Novqorod  İslam  İnstitutunun  rektoru  D.
Muxətdinov,  Moskva  Dövlət  Mədəniyyət  və  İncəsənət  Un-
versitetinin  müəllimi  N.Yemelyanova,  Türkiyənin  Mərmərə 
Unversitetinin nümayəndəsi Rəcəb Qaradağ və digər alimlər 
islamın bəşəri dəyərlərini önə çəkmiş, islamda gözəllik ami-
linin fəlsə i və kulturoloji istiqamətlərini təhlil etmiş və bu 
mədəni  dəyərlərin  müasir  gənclərin  estetik  şüurunun  for-
malaşmasındakı rolunu şərh etmişlər. (91)

111
Konfransda iştirak edən nümayəndələr belə qənaətə gəl-
mişlər ki, son illərdə YUNESKO-nun və İSESKO-nun dəstəyi 
ilə  Azərbaycanda  keçirilən  bütün  tədbirlərin  uğurla  nəti-
cələnməsi ölkəmizi dini tolerantlıq nümunəsinə və Siviliza-
siyalararası dialoqun baş tutduğu məkana çevirmişdir. 
Son illərdə Azərbaycanda keçirilən bu cür yüksək səviy-
yəli beynəlxalq tədbirlər dinlərarası və mədəniyyətlərarası 
dialoqa təkan verməklə yanaşı respublikamızın beynəlxalq 
mədəni əlaqələrinin genişlənməsində mühüm rol oynayır.
3.4. Dinlərarası və mədəniyyətlərarası dialoq – davamlı 
inkişafın əsasıdır
Qloballaşan dünyada hamımız bir-birimizə daha 
yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, 
din lərarası dialoqun bu gün dərin məna kəsb et-
məsi də  məhz bununla bağlıdır. Bu dialoqu inkişaf 
etdirərək, bu dialoqa dəstək verərək biz müəyyən 
mənada terrorizmin formalaşmasına xidmət edən 
bütün qaynaqları araşdırıb onu kökündən məhv et-
məyə can atmalıyıq. 
   
 
 
 
 
Heydər Əliyev
Dini  tolerantlıq  mədəniyyətinin  formalaşmasında  mü-
hüm rol oynayan amillərdən biri də dinlərarası dialoqun ge-
nişlənməsidir.
Qeyd edək ki, hazırki qloballaşma dövründə dinlərarası 
dialoqun  genişlənməsi  həm  nəzəri,  həm  də  praktiki  cəhət-
dən mühüm əhəmiyyət kəsb edir. Dinlərarası dialoq prose-
sində əvvəlcə müxtəlif dinlər arasında qarşılıqlı anlaşma ya-
ranır, sonra isə birgə əməkdaşlığa doğru fəaliyyət birliyinə 
səy göstərilir.
Üçüncü  minilliyin  başlanğıcında  bəşəriyyətin  qarşısın-

112
da duran mühüm məsələlərdən biri sivilizasiyalar arasında 
yarana biləcək mümkün münaqişələrin qarşısının alınması, 
eyni  zamanda  dinlərarası  və  mədəniyyətlərarası  dialoqun 
həyata  keçirilməsindən  ibarətdir.  Qeyd  etmək  lazımdır  ki, 
hazırda  dinlərarası  və  mədəniyyətlərarası  dialoq  əvvəlki 
dövrlərlə  müqayisədə  daha  çox  aktuallıq  kəsb  edən  qlobal 
problemlərdən  biridir.  Hazırki  şəraitdə  mədəniyyətlərarası 
dialoq zərurətinin əsas səbəblərindən biri planetdə kütləvi 
qırğın (nüvə və s.) silahlarının həcminin çoxalması, müxtəlif 
regionlarda terror hadisələrinin baş verməsi, planetdə qlo-
bal  ekoloji  gərginliyin  artması,  təbii  fəlakətlərin  çoxalması 
və s. ilə şərtlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müa-
sir  dövrdə  sivilizasiyalar  arasında  dialoq  qlobal  səviyyədə 
bəşəriyyətin ehtiyaclarından birinə çevrilmişdir.
Məlumdur ki, ABŞ-da baş verən 2001-ci il 11 sentyabr 
hadisələrindən sonra dinlərarası və sivilizasiyalararası dia-
loq zərurəti daha da aktuallaşmış və bu istiqamətdə aparılan 
elmi-nəzəri  tədqiqatların  və  əməli  tədbirlərin  dəyəri  daha 
da mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.
Təsadü i deyildir ki, XXI əsrin ilk ili - 2001-ci il BMT Baş 
Assambleyası tərə indən «Sivilizasiyalararası dialoq ili» elan 
olunmuş  və  2001-ci  il  9  noyabr  tarixdə  BMT  Baş  Assamb-
leyasında «Sivilizasiyalararası dialoq üçün qlobal gündəlik» 
adlanan  qətnamə  qəbul  edilmişdir.  Bunlar  onu  göstərir  ki, 
qloballaşma  dövründə  sivilizasiyalararası  dialoqun  həyata 
keçirilməsi daha çox əhəmiyyət kəsb edir. 
Mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı respub-
likamızda  son  illərdə  xeyli  tədbirlər  keçirilmiş,  beynəlxalq 
elmi  konfranslar,  genişmiqyaslı  forumlar  təşkil  edilmişdir. 
Məsələn, Azərbaycanda bu cür tədbirlərin keçirilməsi Avro-
pa  mədəniyyəti  ilə  İslam  ölkələrinin  mədəniyyəti  arasında 
respublikamızın  körpü  rolunu  oynadığını  göstərən  faktlar-
dır. İki sivilizasiya arasında mədəniyyətlərin və dinlərin dia-

113
loqunun təşkil edilməsində mühüm rol oynayan Azərbayca-
nın beynəlxalq aləmdə nüfuzu da getdikcə artmaqdadır.
Son illərdə Azərbaycan Respublikası dinlərarası və mə-
dəniyyətlərarası dialoqla bağlı bir çox beynəlxalq konfrans-
lara  ev  sahibliyi  etmişdir.  Bu  tədbirlərdən  biri  2006-cı  ilin 
aprelində  Bakıda  keçirilən  «Azərbaycan:  sivilizasiyalarara-
sı  dialoqun  keçmişi  və  bu  günü»  adlı  konfransıdır.  Heydər 
Əliyev  fondunun  dəstəyi  ilə  keçirilən  bu  konfransda  Latın 
Mədəniyyəti  Akademiyasının  böyük  bir  nümayəndə  heyəti 
də iştirak etmişdir. Qeyd edək ki, Latın Mədəniyyəti Akade-
miyası  (LMA)  2000-ci  ildə  latın  mənşəli  ölkələrin  mədəni 
irsini  qorumaq  məqsədilə  yaradılmışdır.  Latın  Mədəniyyət 
Akademiyası  son  illərdə  «Latın  dünyası  və  islam  aləmi» 
mövzusunda konfranslar keçirməklə latın və islam siviliza-
siyaları arasında dialoqun genişləndirilməsi sahəsində xeyli 
işlər  görmüşdür.  İndiyədək  Latın  Mədəniyyət  Akademiya-
sı – Tehran, İskəndəriyyə, İstanbul, Ankara və s. şəhərlərdə 
konfranslar  keçirərək  mədəniyyətlərarası  dialoqa  xidmət 
edən dəyərlərin araşdırılmasına diqqəti yönəltmişdir. Əsas 
məqsədlərdən biri – Qərb rasionalizmini islam mədəniyyəti 
ilə zənginləşdirmək və sivilizasiyalararası yarışda hegemon-
çuluğun qarşısını almaqdır. Latın Mədəniyyət Akademiyası-
nın nümayəndə heyətini prezident İ.Əliyev qəbul etmişdir. 
Görüş  zamanı  ölkəmizin  tarixi,  mədəniyyəti,  zəngin 
adət-ənənələri  haqqinda  qonaqlara  geniş  məlumat  verən 
prezident  İ.Əliyev,  respublikamızda  yaşayan  xalqların  sülh, 
dostluq və mehribançılıq şəraitində yaşadığını, dinlər və mə-
dəniyyətlər  arasında  tolerantlığın  hökm  sürdüyünü  bildir-
mişdir. Ölkəmizdə hökm sürən millətlərarası dostluqdan və 
dinlərarası anlaşmadan danışan prezident Azərbaycanın bu 
sahədəki təcrübəsinin dünyanın başqa ölkələrində bir örnək 
kimi  öyrənilməsini  xüsusi  olaraq  vurğulamışdır.  Prezident 
qeyd etmişdir ki, dünyanın hazırki inkişaf mərhələsində si-

114
vilizasiyalar arasında dialoqdan çox danışılır. Lakin reallıq-
da bəzi hallarda biz təhlükəli meyillər: toqquşmalar, təcrid 
olma, münaqişələr və digər hallar görürük və bunları bəzən 
dini mənsubiyyətlə bağlayırlar. Bu çox təhlükəli meyllərdir. 
Çünki, bunun çox gözlənilməyən nəticələri olur. Mən hesab 
edirəm ki, dünyanın aparıcı intellektual dairələri – alimlər, 
qabaqcıl insanlar birgə yaşayış prinsiplərinin, dinlər, xalqlar, 
millətlər arasında anlaşmanın təşviq olunmasında müəyyən 
rol oynaya bilərlər. (92)
Qeyd  edək  ki,  konfransda  çıxış  edən  Latın  Mədəniyyət 
Akademiyasının  baş  katibi  Kandido  Mendes  Azərbaycanda 
mədəniyyətlərarası  vəziyyətin  yaxşı  olduğunu  vurğulamış 
və  konfransa  sədrlik  edən  H.Əliyev  fondunun  prezidenti 
Mehriban xanım Əliyevaya müraciət edərək demişdir: «Bö-
yük gələcək perspektivlərə malik bir ölkə kimi, Azərbaycan 
xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz 
bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə bilə-
cək bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti Akade-
miyası  slavyanların,  türklərin,  digər  Avrasiya  millətlərinin 
arasında korpü yaratmağa çalışır.... Tarixin nə cür, nə məcra-
da inkişaf etməsinin məhz Azərbaycandan görünüşü bizim 
üçün vacibdir. Buna görə, qarşınızda baş əyirik və bu gözəl 
dialoqu  məhz  sizin  ölkənizdə  həyata  keçirdiyimizə  görə 
təşəkkürümüzü bildiririk.»(93)
Aparılan müşahidələr göstərir ki, Azərbaycan Respubli-
kası dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfə-
sini  verməkdədir.  2008-ci  il  2  dekabrda  Avropa  Şurasının 
üzvü  olan  dövlətlərin  mədəniyyət  nazirlərinin  «Mədəniy-
yətlərarası dialoq Avropa və onun qonşu regionlarında da-
vamlı inkişafın və sülhün əsasıdır» mövzusunda beynəlxalq 
konfransın  Bakıda  keçirilməsi  Azərbaycanın  mədəniyyət-
lərarası  dialoqda  müəyyən  rol  oynadığını  göstərən  faktdır. 
Bakıda  keçirilən  və  250-dən  çox  nümayəndəni  əhatə  edən 

115
konfransda  Avropa  Şurasının  üzvü  olan  ölkələrdən  başqa, 
İslam  ölkələrinin  (İSESKO  və  ALESKO-nun)  yüksək  rütbəli 
rəsmiləri, müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarının 
təmsilçiləri o cümlədən, 16 nazir, 18 nazir müavini, 10 bey-
nəlxalq təşkilatın rəhbəri iştirak etmişdir. (94)
Konfransda  Azərbaycan  Respublikasının  prezidenti  İl-
ham  Əliyev,  Avropa  Şurasının  sabiq  Baş  katibi  Terri  Devis, 
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, 
ALESKO-nun  baş  direktoru  Mondi  Busnina,  YUNESKO-nun 
Mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direk-
toru  xanım  Katerina  Stenou,  Avropa  Şurasının  beynəlxalq 
mədəniyyətlərarası  əlaqələndiricisi  xanım  Qabriella  Batte-
ni-Draqoni,  BMT-nin  sivilizasiyaların  ittifaqı  o isinin  direk-
toru  Mark  Şuer  və  başqalarının  çıxışları  maraqla  qarşılan-
mışdır.
Qeyd edək ki, müzakirə olunan mövzuların mahiyyətinə, 
iştirakçıların  tərkibi,  əhatə  olunan  regionların  miqyasına 
görə Bakıda keçirilən bu konfransı Avropa və İslam ölkələ-
rinin  tarixində  mədəniyyətlərarası  dialoq  mövzusunda  ilk 
beynəlxalq  tədbir  kimi  dəyərləndirmək  olar.  Konfransda 
müzakirə olunan mövzular, əsasən, iki istiqaməti əhatə et-
mişdir. Bunlar aşağıdakılardan ibarətdir:
–  Mədəniyyət  siyasəti  və  mədəniyyətlərarası  dialoq: 
müxtəlif  mədəniyyətlərin  idarə  edilməsinə  dair  yeni  kon-
sepsiya;
– İrs və mədəniyyətlərarası dialoq: hamımız birgə milli 
irsdən dünyəvi irsə doğru;
Bu mövzuları müzakirə edən konfrans iştirakçıları belə 
qərara gəlmişlər ki, millətlərarası dialoqa və regionların da-
vamlı inkişafına təkan verən amillərdən biri millətlərin bü-
tün dəyərlərini göstərən milli irsdir. Milli irsin qorunub sax-
lanılması isə hər bir millətin və xalqın prinsipial məsələsidir. 
Konfransda  fəal  iştirak  edən  Azərbaycan  Respublikası-
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə