Sanitariya qaydalarına riayət olunmasına dair tələblər



Yüklə 8,65 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü8,65 Kb.
#14206

1.11. Sanitariya qaydalarına riayət olunmasına dair tələblər 

 

1.11.1. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri aşağıdakıları təmin etməlidir: 

 

1.11.1.1.  rəhbərlik  etdiyi  müəssisədə  sanitariya  qaydalarının  məzmununun  və  tələblərinin 



müəssisənin əməkdaşlarının nəzərinə çatdırılmasını; 

 

1.11.1.2.  müəssisənin  bütün  əməkdaşları  tərəfindən  daxili  nizam-intizam  və  sanitariya  qaydalarının 



tələblərinə ciddi riayət olunmasını və bunun üçün lazımi şəraitin yaradılmasını; 

 

1.11.1.3. istehsalat və laboratoriya nəzarətinin təşkilini



 

1.11.1.4.  sağlamlığı  imkan  verən,  peşəkar  hazırlıqdan  və  attestasiyadan  keçmiş  şəxslərin  işə  qəbul 

olunmasını; 

 

1.11.1.5. işçi heyətinin şəxsi tibbi kitabça ilə təmin edilməsini



 

1.11.1.6.  məktəbəqədər  təhsil  müəssisəsinin  işçilərinin  işə  qəbul  edilərkən  ilkin,  sonradan  isə  dövri 

tibbi müayinələrdən keçməsini; 

 

1.11.1.7.  2  ildə  1  dəfədən  az  olmayaraq,  gigiyenik  təlimatlandırılma  proqramı  üzrə  hazırlıq  və 



təkmilləşdirmə kurslarının təşkilini; 

 

1.11.1.8.  dövlət  sanitar-epidemioloji  nəzarət  orqanlarının  qərarlarına  və  göstərişlərinə  riayət 



edilməsini; 

 

1.11.1.9.  mövcud  qanunvericiliyə,  sanitariya  qaydalarına  və  gigiyenik  normativlərə  uyğun  olaraq, 



işçilər üçün əlverişli əmək şəraitinin yaradılmasını; 

 

1.11.1.10.  müəssisədə  istifadə  olunan  texnoloji,  soyuducu  və  digər  avadanlıqların  işlək  vəziyyətdə 



olmasını; 

 

1.11.1.11. zəruri hallarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsini



 

1.11.1.12.  ilkin  tibbi  yardımın  göstərilməsi  üçün  dərman  qutularının  olmasını  və  onların  vaxtında 

dərman vasitələri ilə təchiz edilməsini

 

1.11.1.13. seminarlar, söhbətlər və məruzələr aparmaqla, işçi heyəti ilə sanitariya-əksepidemik işlərin 



təşkilini. 

 

1.11.2.  Məktəbəqədər  təhsil  müəssisəsinin  tibb  heyəti  sanitariya  qaydalarının  tələblərinə  riayət 



olunması ilə bağlı gündəlik nəzarəti həyata keçirir. 

 

1.11.3.  Məktəbəqədər  təhsil  müəssisəsinin  rəhbəri  sanitariya  qaydaları  və  normalarının,  gigiyena 



tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 

 

Yüklə 8,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin