ŞƏBƏKƏLƏRDƏ ELEKTRİK ENERJİSİNİN KEFİYYƏTİNİN İDARƏSI VƏ GƏRGİNLIK TƏNZİMLƏNMƏSİ
Azərbaycan Respublikasında elektrik şəbəkələri, şərti qəbul edilən alçaq, orta, yüksək və ifrat yüksək gərginliyə görə müxtəlif şəbəkələrə bölünən yəni, uyğun olaraq 0.4kV, 6-35kV, 110-330kV, 500kV gərginlikli şəbəkələr nəzərdə tutulur. Həcminə görə çox geniş yayılan şəbəkələr 0.4-35 kv-luq şəbəkələr sayılır. Bu şəbəkələr on min km-lərlə ölçülə bilən uzunluğa malikdir və onlar paylayıcı şəbəkələr (PŞ) adlandırılır. PŞ-lərin vəzifəsi istehsal ounan elektrik enerjisini mənbələrdən tələbatçılara və yaxud tələbatçıların yarımstansiyalarına ötürülməsidir. EŞ-in əsas məqsədi, tələbatçıların ən az əmək və mailiyyə vəsaitləri, ən az material istifadəsi şəraitində, kəsilməz, kefiyyətli və lazımi miqdarda elektrik enerjisi ilə təmin etməkdir.
Dostları ilə paylaş: |