Cavab :
1--- Aviaşirkətin işini qiymətləndirən göstəricilər sırasında uçuşların təhlükəsizliyi, hərəkətin müntəzəmliyi, servisin səviyyəsini göstərmək olar.
Uçuşların təhlükəsizliyi insanların həyat və sağlamlığı üçün təhlükəsiz hava daşımaları həyata keçirmək imkanından ibarətdir.
Bütün digər göstəricilər ancaq onun yerinə yetrilməsi zamanı gücə minir. Təhlükəsizlik səviyyəsi nə qədər yüksəkdirsə aviadaşımalara təlabat gəlir, ümumi iş həcmi , əmək məhsuldarlığı rentabillik də yüksələr.
Təhlükəsizlik kimi müntəzəmlikdə aviadaşımalara təlabatı artırır yaxşılaşdırır.
Uçuşların müntəzəmliyini təhlil edərkən göndərmələrin müntəzəmliyi və reyisin yerinə yetirilməsi müntəzəmliyini fərqləndirirlər.
Servisin səviyyəsi sərnişinlərə və yük göndərənlərə həm yerdə və uçuşda həm də mədəni xidmət sahəsində maksimal mümkün olan rahatlıq təqdim etmək imkanıdır.
Aviakompaniyanın idarəetmə strukturunda sərnişinlərə xidmət bölmələri satış xidməti, bronlaşdırma xidməti, sərnişinlərə yerdə xidmət, bölməsi, bort bələdçiləri xidməti və sair.
Nəqliyyat departamentləri adətən klientlərdən gələn şikayətlərin aviakompaniyalara bölməklə statistik uçotunu aparır.