Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?


) Uşaqlarda kəskin appendisitə şübhə olduqda hansı rektal müayinə olmalıdır?



Yüklə 1,35 Mb.
səhifə10/17
tarix12.12.2016
ölçüsü1,35 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

592) Uşaqlarda kəskin appendisitə şübhə olduqda hansı rektal müayinə olmalıdır?

A) Mütləq

B) Kiçik yaşlı uşaqlarda göstərişə əsasən

C) Mütləq deyil

D) Qızlarda göstərişə əsasən

E) Klinikadan asılı olaraq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
593) Kəskin appendisitdə Sitkovski sindromu necə olur?

A) Siqmanı təkanvari sıxdıqda sağ qalça çuxurunda ağrıların artması

B) Göbək nahiyyəsindən başlanan ağrının sağ qalça çuxurunda lokallaşması

C) Sağ qalça çuxurunda palpasiya zamanı sağ ayağı yuxarı qaldırdıqda ağrıların

D) Xəstə sol böyrü üstə uzandıqda sağ qalça çuxurunda ağrıların artması

E) Sağda xayanın sola nisbətən yuxarı yerləşməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
594) Dumbadze sindromu kəskin appendisitdə necə olur?

A) Kor bağırsaq künbəzini medial istiqamətdə hərəkət etdirdikdə ağrıların artması

B) Rektal müayinə zamanı sağ qalça çuxurunda ağrıların olması

C) Qarnı üstə uzandıqda ağrıların azalması

D) Periton reflekslərinin azalması

E) Göbək həlqəsinin palpasiyada ağrılı olması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
595) Kəskin appendisitdə qanın analizində hansı xarakter dəyişikliklər müşahidə edilir?

A) Leykopeniya

B) Hiperleykositoz

C) Leykositoz və neytrofillərin sola meyilliyi

D) Dəyişiklik olmur

E) EÇS artması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
596) Şeynleyn-Qenox xəstəliyində hansı xarakter ələmətlərdən biri kimi abdominal sindrom olur?

A) Bütün sadalananlar

B) Hematuriya, albuminuriya

C) Oynaqların ağrılı şişməsi

D) Dəridə hemorragik dəyişikliyin olması

E) Dərini sürtdükdə nöqtəvari qansızmanın yaranması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
597) Uşaqlarda kəskin mezodenitin xarakterik əlamətləri olduqda həkimin taktikası necə olmalıdır?

A) Xəstənin cərrahiyyə şöbəsindən terapiya şöbəsinə köçürülməsi

B) Antibakterial terapiyanın başlanması

C) Sağ qalça çuxurundan olmaqla təcili cərrahi əməliyyat

D) Laparoskopiya

E) Müşahidə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
598) Kəskin appendisitdə iltihabi prosesin reqresiyası hansıdır?

A) Mümkün deyil

B) Qanqrenoz appendisitdə mümkündür

C) Hətta perforativ appendisitdə mümkündür

D) Fleqmanoz appendisitdə mümkündür

E) İlkin stadiyada mümkündür


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
599) Kəskin appendisit diaqnozu ilə uzanmış xəstənin yataqda vəziyyəti hansıdır?

A) Oturaq vəziyyətdə

B) Sağ böyrü üstə qarnına ayağını sıxaraq

C) Sol böyrü üstə

D) Arxası üstə

E) Qarnı üstə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
600) 3 yaşında kəskin appendisitə şübhə ilə qospitalizə olunmuş, stasionarda olan xəstə çox narahatdır və baxmağa imkan vermir. Xəstəyə müayinə, baxışın keçirilməsi, diaqnozun dəqiqləşdirilməsi üçün xəstəyə nələr təyin olunmalıdır?

A) Seduksen

B) Promidol

C) Uşağa təbii yuxuda olarkən baxmaq lazımdır

D) Spazmolitiklər

E) İsti vanna etmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
601) Kəskin appendisitə şübhə ilə stasionarda yatan uşağa laparoskopiya etmək mümkün olsa, dinamik müşahidəni neçə vaxt davam etdirmək olar?

A) 3 saata qədər

B) 12 saata qədər

C) 6 saata qədər

D) 18 saata qədər

E) 24 saata qədər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
602) Cərrah və genekoloq xəstəyə baxaraq kəskin appendisit və ya kəskin adneksiti differensə edə bilmirlərsə onda nə etmək lazımdır?

A) Dinamik müşahidə

B) Sağ qalça suxurundan kəsik aparmaq

C) Laparoskopiya

D) Pfanenşteyn kəsiyi ilə laparotomiya

E) Orta laparotomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
603) Şəkərli diabeti olan xəstədə kəskin appendisitə şübhə olduqda diaqnozu təsdiqləmək məqsədilə nələr olunmalıdır?

A) Orta laparotomiya

B) Konservativ müalicə

C) Laparoskopiya

D) Sağ qalça nahiyyəsindən laparotomiya

E) Müşahidə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
604) Uşaqlarda kəskin appendisit üçün daha çox hansı əlamətlər xarakterikdir?

A) Qarın əzələlərində gərginlik və qusma

B) Şotkin simptomu və qusma

C) Lokal ağrı və qusma

D) Maye nəcis və qusma

E) Qarın əzələlərində gərginlik vəl lokal ağrı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
605) Uşağın cərrahi əməliyyatı zamanı məlum olub ki, appendiks qanqrenoz dəyişikliyə uğramışdır. Qarında maye şəffafdır, çıxıntının yatağında fibrin və infiltrativ səhfə var. Appendektomiya icra olunub, sonrakı taktikaya nə daxildir?

A) Birmomentli antibiotikə başlamaq

B) Rezin buraxıcı qoymaq

C) Tənzif tampon qoymaq

D) Periton boşluğunun yuyulması

E) Mikuliç tamponundan istifadə etmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
606) Uşağın cərrahi əməliyyatı zamanı məlum olub ki, appendiks perforativ dəyişikliyə uğramışdır. Periappendikulyar absesi var, divarları dağılıb. Appendektomiya icra olunub, sonrakı taktikaya nə daxildir?

A) Mikuliç tamponundan istifadə etmək

B) İki dəlikli drenaj qoymaq

C) Birmomentli antibiotikə başlamaq

D) Rezin buraxıcı qoymaq

E) Periton boşluğunun yuyulması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
607) Uşağın cərrahi əməliyyatı zamanı məlum olub ki, appendiks perforativ dəyişikliyə uğramışdır əzələ gərginliyi qeyd olunur. Hansını icra etmək lazımdır?

A) Tənzif tampon qoymaq

B) Rezin buraxıcı qoymaq

C) Mikroirriqator

D) Periton boşluğunun yuyulması

E) İki dəlikli drenaj qoymaq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
608) Uşaqda soyuq infiltrativ appendisit diaqnozu qoyulub. Sonrakı müalicə taktikası necə olmalıdır?

A) Ambulator müşahidə

B) Planlı qaydada xəstəni əməliyyat etmək

C) Antibiotik, fizioteapiya, dinamik müşahidə

D) Təcili cərrahi əməliyyat

E) Stasionar müşahidə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
609) Uşağın cərrahi əməliyyatı zamanı məlum olub ki, appendiks perforativ dəyişikliyə uğramışdır, güclü irinli ifrazat var, bağırsaqların parezi, toxumaların infiltratı, fibrinoz dəyişikliyi var. Cərrahi əməliyyatı necə sona çatdırmaq lazımdır?

A) Əməliyyatdan sonra qarın boşluğunun lavajı

B) Qarın boşluğunun yuyulmaqla bir momentli sanasiyası

C) Laparastomiya

D) Sağ qalça nəhiyyəsinin drenə edilməsi

E) Mikroirrinatorların daxil edilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
610) Uşağın cərrahi əməliyyatı zamanı məlum olub ki, appendiks perforativ dəyişikliyə uğramışdır, periton boşluğunun bütün şöbələrində irin var. Ilgəklərarası irin, nəzərə çarpan toxumaların infiltratı, fibrinoz dəyişikliyi və bağırsaqların parezi var. Cərrahi əməliyyatı necə sona çatdırmaq lazımdır?

A) Laparostomiya

B) Appendektomiya, peridural anesteziya

C) Appendektomiya

D) Əməliyyatdan sonra qarın boşluğunun lavacı

E) Sağ qalça nəhiyyəsinin drenə edilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
611) Əməliyyat zamanı soyuq, infiltrativ appendisit aşkar olunmuşdur. Əməliyyat nə ilə bitirilməlidir?

A) Mikroirriqator

B) Infiltratı ayıraraq appendektomiya etmək

C) Yaranı tikmək, əməliyyatdan sonra antibiotikoterapiya, fizioterapiyanı

D) Rezin buraxıcı

E) İnfiltrat nahiyyənin tənzif tamponadası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
612) Əməliyyat zamanı absesləşmiş-infiltrativ appendisit aşkar olunmuşdur. Xəstələnmə müddəti 6 sutkadır. İnfiltrativ prosesdən kor bağırsaq künbəzi bir qədər böyümüş, soxulcanabənzər çıxıntının ifrazatı çətinləşmiş, lakin onun əsası tam sərbəstdir. Optimal necə taktika olardı?

A) Appendektomiyadan imtina etmək, yerli mikroirriqator saxlamaq

B) Appendektomiyadan imtina etmək, irinliyin tambonla drenə edilməsi

C) Retroqrad appendektomiya və irinliyin drenə edilməsi

D) Appendektomiya etməyərək ancaq əsasından ayırıb drenə etmək

E) Adi üsulla appendektomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
613) Uşağı appendektomiya etdikdən 8 saat sonra peritondaxili qanaxma klinikası vardır. Uşağa hansı göstərişdir?

A) Konservativ müalicəni apararaq dinamiki müşahidə

B) Sağ qalça çuxurundan təftiş

C) Laparosintez

D) Laparoskopiya

E) Orta laparatomiya və periton boşluğunun təftişi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
614) Fleqmanoz appendisit münasibəti ilə cərrahi əməliyyata uğramış xəstədə əməliyyatın 6-cı sutkasından temperaturun hektik yuxarı qalxması müşahidə edilir. Qarın yumşaqdır, ağrısızdır. Tez-tez sidik ifrazı və defekasiyanın çətinləşməsi müşahidə edilir. İlk olaraq aşağıda göstərilən müayinələrin hansından başlamaq lazımdır?

A) Rektal barmaq müayinəsi

B) Qarın boşluğunun USM-i

C) Döş qəfəsinin rentgenskopiyası

D) Qarının narkoz altında palpasiyası

E) Laparoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
615) Uşaqda appendektomiyadan sonra yara boyu infiltrat müşahidə edilir. Nə məsləhət görülür?

A) Bütün tikişləri sökmək

B) Müşahidə

C) Antibiotik təyini

D) Fizioterapiya kursu

E) Bir tikişi sökərək əməliyyat kəsiyi boyu yaranın zondla yoxlanması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
616) Beş yaşında uşağın qarnında tutmaşəkilli ağrı, qusma və qazlar xaric olmur. Ağrılar 12 saatdır ki başlamışdır. 1 il əvvəl fleqmanoz appendisit münasibəti ilə cərrahi əməliyyata uğrayıb. Müayinəni nədən başlamaq lazımdır?

A) Hipertonik imalədən

B) Barium ilə müayinə

C) Qarın boşluğunun təsviri rentgenskopiyasından

D) Narkoz altında qarının palpasiyasından

E) Rektal müayinədən


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
617) Erkən bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?

A) 48-72 saat

B) 12-24 saat

C) 6-12 saat

D) 3-6 saat

E) 72 saatdan çox


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
618) Gecikmiş bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?

A) 3-6 saat

B) 6-12 saat

C) 48-72 saat

D) 72 saatdan çox

E) 12-24 saat


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
619) Uşaqda stranqulyasion bağırsaq keçməməzliyi varsa ona nə vacibdir?

A) Təcili cərrahi əməliyyat

B) Əməliyyatönü hazırlıqdan sonra əməliyyat

C) Konservativ müalicə etmək

D) Barium ilə yoxlama və 3-6 saat müddətində konservativ müalicə

E) Müşahidə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
620) Əməliyyatın 4-cü sutkasında uşaqda erkən bağırsaq keçməməzliyi yaranarsa, ona hansı tədbir vacibdir?

A) Təcili cərrahi əməliyyat

B) Barium vermək və müşahidə

C) Müşahidə

D) Planlı şəkildə cərrahi əməliyyat

E) Barium vermək, konservativ tədbirlər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
621) Bitişmə mənşəli paralitik bağırsaq keçməməzliyində konservativ müalicəni ən çox neçə saat uzatmaq olar?

A) 48-72 saat

B) 24-48 saat

C) 3-6 saat

D) 12-24 saat

E) 6-12 saat


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
622) Uşağın 10 yaşı var. Appendikulyar peritonit münasibəti ilə 1 il əvvəl cərrahi əməliyyata məruz qalıb. Tutmaşəkilli qarında ağrı, qusma, defekasiyanın gecikməsi kimi şikayətləri var. Stasionarda əsas olaraq aşağıdakı hansı müayinələrdən başlanılmalıdır?

A) Qarın boşluğunun təsviri rentgenskopiyası

B) Barium içirtmək

C) Rektal barmaq müayinəsi

D) Hava ilə iriqoskopiya

E) Mədəni zondlamaq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
623) Nazik bağırsağın invaginasiyasına hansı daha çox səbəb olur?

A) Dispepsiya

B) Orqanik olaraq (divertikul, polip, şiş, qanaxma)

C) Qida qəbulunun və ya rejiminin pozulması

D) Yaşla əlaqəli diskordinasiyalı peristaltika

E) Respirator-virus infeksiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
624) 10 aylıq uşaqda tutmaşəkilli qarında ağrı və 1 dəfə qusma olub. Temperatura normaldır. Sağ qalça çuxurunda girdə, şişəbənzər törəmə əllənir. Rektal müayinədə patologiya tapılmadı. İlkin diaqnoz bağırsaq invaginasiyasıdır. Klinik qiymətləndirmə necə olmalıdır?

A) Bağırsaq keçməməzliyi kimi

B) Parlaq kliniki əlamətlərin təzahürü kimi

C) Fəadlaşma kimi

D) Başlanğıc mərhələ kimi

E) Peritonit əlamətlərinin təzahürü kimi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
625) Uşaqda bağırsağın invaginasiyasının başlanğıc mərhələsidir. Rasional müalicə üsulu hansı sayılır?

A) Kolanaskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək

B) Operativ müalicə

C) Laparoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək

D) Narkoz altında palpator olaraq invaginantı düzəltmək

E) Rentgen altında hava vuraraq bağırsağı düzəltmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
626) 8 aylıq uşaq bir dəfə qusub. Qarında tutmaşəkilli ağrı var. Sağ qalça çuxurunu palpasiya etdikdə yumru törəmə əllənir. Rektal müayinədə aşkar qanaxma var. Xəstəlik 10 saat bundan qabaq başlamış. Daha inandırıcı diaqnoz hansıdır?

A) Bağırsaq infeksiyası

B) Bağırsağın invaginasiyası

C) Appendikulyar infiltrat

D) Kəskin appendisit

E) Qarın boşluğunun şişi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
627) 8 aylıq uşaqda bağırsağın invaginasiyasının klinikası var. Uşaqda 8 saat bundan qabaq narahatçılıq başlamışdır. Optimal müayinə üsulun hansıdır?

A) Rektal təzyiqin yoxlanması

B) Barium ilə irriqoskopiya

C) Laparoskopiya

D) Hava ilə iriqoskopiya

E) Kolonoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
628) İnvaginasiyada kolonoskopiyanın tətbiq olunmasından sonra aşağıda sadalananlardan hansını daha çox dəqiqləşdirir?

A) Vizual diaqnostikanı

B) İnvaqinatın orqanik dəyişikliyinin səbəbini

C) Xəstələnmənin zamanından asılı olmayaraq əməliyyata göstərişin olub,

D) Rentgen müəyinədən imtina

E) Vizual invaginatın geriyə qaytarılması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
629) İnvaginasiya diaqnozu ilə yatmış xəstədə hansı müayinə metodu ilə xəstələnməini zamanından asılı olaraq dəqiq bilmək mümkündür ki, əməliyyata göstərişdir və ya göstəriş deyil?

A) Hava ilə iriqoskopiya

B) Laparoskopiya

C) Kolonoskopiya

D) Barium ilə iriqoskopiya

E) Narkoz altında qarnın palpasiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
630) İnvaqinasiya ilə 10 saat bundan qabaq xəstələnmiş uşaqda konservativ müalicə effektsizdir. İnvaqinat sağ qalça çuxurunda yerləşir. Hansı məqsədəuyğundur?

A) Orta laparotomiya

B) Pfanenşteyn kəsiyi ilə

C) Köndələn laparotomiya

D) Sağ qalça çuxurundan kəsik etmək

E) Pararektal kəsiklə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
631) İnvaqinasiya ilə 12 saat bundan qabaq xəstələnmiş uşaqda konservativ müalicə effektsizdir. İnvaqinat epiqastral nahiyyədə əllənir. Hansı məqsədəuyğundur?

A) Orta laparotomiya

B) Pararektal kəsiklə

C) Köndələn laparotomiya

D) Sağ qalça çuxurundan kəsik etmək

E) Pfanenşteyn kəsiyi ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
632) İnvaqinasiya ilə 24 saat bundan qabaq xəstələnmiş uşaqda konservativ müalicə effektsizdir. Bağırsaq keçməməzliyi əlamətləri meydana çıxıb. Hansı məqsədəuyğundur?

A) Köndələn laparotomiya

B) Orta laparotomiya

C) Pararektal kəsiklə soldan

D) Pararektal kəsiklə sağdan

E) Sağ qalça çuxurundan kəsik etmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
633) Uşağın gecikmiş bağırsaq invaginasiyası münasibəti ilə cərrahi əməliyyatı zamanı məlum olmuşdur: Yoğun bağırsağın distal hissəsi nekrozlaşıb və bağırsaq daxilinə keçmiş 50 sm həyati qabiliyyəti şübhəlidir. Cərrahın taktikası hansı olmalıdır?

A) Prosesə uğramış bütün yoğun bağırsağı rezeksiya etmək və nazik-yoğun bağırsaq arasında anastamoz qoymaq

B) Prosesə uğramış bağırsaq ilgəyin hamısın dəriyə çıxartmaq

C) Hal-hazırda dəqiq nekrozlaşmın nahiyyəni rezeksiya etmək, ileostoma və xəstəni 12 saatdan sonra planlı əməliyyata hazırlamaq

D) Bütün yoğun bağırsağı rezeksiya edib, ileostoma qoymaq

E) Nekrozlaşmış nahiyyəni rezeksiya etmək və bağırsaq anastamozu qoymaq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
634) İnvaginasiya ilə xəstələnmiş 3 aylıq uşaqda bağlı ileostomanın müddəti nə qədərdir?

A) 1 ay


B) 1 il

C) 5-7 gün

D) 3 ay

E) 6 ay
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


635) Qarnın küt travması ilə uşaq cərrahi əməliyyat olunmuş və məlum olmuşdur ki, dalaq xətti partlayıb və zəif qanaxma var. Cərrahın rasional taktikası olmalıdı:

A) Dalaq arteriyasının bağlanması

B) Dalaq üzərində manipulyasiya etmədən sığortalanmaqdan ötrü drenaj qoymaq

C) Splenektomiya

D) İmplantasiya etməklə splenektomiya

E) Defektin tikilməsinə səy göstərmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
636) Qarnın küt travması ilə uşaq cərrahi əməliyyat olunmuş və məlum olmuşdur ki, dalaq dalaq qapısı da daxil olmaqla massiv partlayıb və aktiv qanaxma var. Cərrahın rasional taktikası hansı olmalıdır?

A) Dalaq üzərində manipulyasiya etmədən sığortalanmaqdan ötrü drenaj qoymaq

B) İmplantasiya etməklə splenektomiya

C) Splenektomiya

D) Defektin tikilməsinə səy göstərmək

E) Dalaq arteriyasının bağlanması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
637) 7 yaşında uşaq hündürlukdən yıxıldıqdan sonra orta ağır vəziyyətdə stasionara qəbul olub. Şikayəti qarında olan ağrıdandır. Qarnın ön divarında daimi olmayan ağrı var, perkusiyada qarın ağrılıdır. İlk növbədə hansı müayinə başlanmalıdır?

A) USM-dən

B) Laparoskopiyadan

C) Laparosintezdən

D) Venadaxili uroqrafiyadan

E) Qarın boşluğunun rentgenoqrafiyasından


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
638) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabildir. Cərrahın məqsədəuyğun taktikası hansı olmalıdır?

A) Dinamiki müşahidə və konservativ müalicə

B) Laparoskopiya, periton boşluğunun müayinəsi

C) Laparosientez

D) Laparotomiya, periton boşluğunun reviziyas

E) Laparoskopiya, uzun müddətli drenajın qoyulması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
639) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlamasına şübhə var diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti getdikcə ağırlaşır. Cərrahın məqsədəuyğun taktikası hansdır?

A) Laparosintez

B) Laparoskopiya, periton boşluğunun müayinəsi

C) Dinamiki müşahidə və konservativ müalicə

D) Laparoskopiya, uzun müddətli drenajın qoyulması

E) Laparotomiya, periton boşluğunun reviziyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
640) 10 yaşında olan uşaqda qaraciyərin zədələnməsinə şübhə var. Qarında daimi olmayan ağrılar var. Qarında perkusiya ağrılıdır, çox olmayan sərbəst maye var. Orta ağır vəziyyətdədir. Hemodinamika stabildir. Uşağa nə məsləhət görülməlidir?

A) Müşahidə və konservativ müalicə

B) Laparoskopiya

C) Laparosintez

D) Laparotomiya

E) Müşahidə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
641) 7 yaşında olan uşaq hündürlükdən yıxılıb. Qarın əzələsində daimi olmayan ağrılar var. Qarın perkusiya da ağrılıdır. Orta ağır vəziyyətdədir. Uşağın müayinəsini hansından başlamaq məqsədəuyğun olardı?

A) Laparosintezdən

B) USM-dən

C) Venadaxili uroqrafiyadan

D) Laparoskopiyadan

E) Qarın boşluğunu təsviri rentgenoqrafiyasından


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
642) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti orta ağırlıqdadır. Uşağa hansı vacibdir?

A) Dinamiki müşahidə və konservativ müalicə

B) Laparotomiya, periton boşluğunun reviziyası

C) Laparosintez

D) Uzun müddətli drenajın qoyulması

E) Laparoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
643) Uşaq qarnından küt travma alıb. Daxili qanaxması var. Dalağın partlamasına şübhə var. Xəstənin müşahidəsi zamanı vəziyyətində pisləşmə var. Stabil olmayan hemodinamika. Uşağa nə məsləhət görülür?

A) Dinamiki müşahidə və konservativ müalicə

B) Laparosintez

C) Uzun müddətli drenajın qoyulması

D) Laparoskopiya

E) Laparotomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
644) Dalağın partlaması zamanı rasional əməliyyat hansı sayılır?

A) Sol tərəfdən qabırğaarası kəsiklə

B) Pararektal kəsiklə

C) Transrektal kəsiklə

D) Köndələn laparotomiya

E) Orta laparotomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
645) Qarnından travma almış uşağın qaraciyərinin zədələnməsinə şübhə var. Vəziyyəti ağırdır. Hemodinamika stabil deyil. Hansı məqsədəuyğun müalicə taktikası sayıla bilər?

A) Laparoskopiya

B) Laparotomiya

C) Müşahidəni davam etdirmək

D) Konservativ müalicə

E) Laparosintez


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
646) Müştərək travma almış uşaqda: Baş beyin silkələnməsi, II tip koma, peritondaxili qanaxma, stabil olmayan hemodinamika. Məqsədəuyğun müalicə taktikası hansıdır?

A) Konservativ müalicə

B) Laparoskopiya

C) Müşahidəni davam etdirmək

D) Laparosintez

E) Laparotomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə