Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?


) 1,5 yaşa qədər olan xəstənin xaya qişalarının gərginləşməmiş hidropsunun müalicəsi nəyi tələb edir?



Yüklə 1,35 Mb.
səhifə3/17
tarix12.12.2016
ölçüsü1,35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

129) 1,5 yaşa qədər olan xəstənin xaya qişalarının gərginləşməmiş hidropsunun müalicəsi nəyi tələb edir?

A) Təcili əməliyyatı

B) 1,5-2 yaşa qədər müşahidəni

C) 3-4 yaşa qədər müşahidəni

D) Punksiyanı

E) Planlı surətdə operativ müalicəni


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
130) Vinkelman əməliyyatına göstərişlər hansıdır?

A) Bulanıq hidrops mayesi

B) Yuxarı yaşlı uşaqlarda ilk dəfə meydana çıxmış hidrops

C) Obliterasiya olunmuş vaginal çıxıntı

D) Bütün sadalananlar

E) Xaya qişasının dəyişilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
131) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı dövrdə aşağıdakılardan hansı vacibdir?

A) Yataq rejimi

B) Fizioterapiya

C) Fiziki yüklənmənin məhdudlaşdırılması

D) Masaj

E) Adi həyat tərzi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
132) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı ağırlaşmalar aşaıdakılardan hansı ilə əlaqədardır?

A) Texniki kobudluqla

B) Yanaşı qüsurlarla

C) Uşağın yaşı ilə

D) Yuxarı sidik yollarının patologiyası ilə

E) Əməliyyatın gecikməsi ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
133) 7 yaşdan yuxarı uşaqlarda xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı proqnoz nə ilə əlaqədardır?

A) Sidik ifrazı sisteminin yanaşı xəstəlikləri ilə

B) Əməliyyatdan əvvəl aparılmış hormonal terapiya ilə

C) Punksion üsulla müalicə cəhdləri ilə, operativ müdaxilənin variantı ilə

D) Operativ müdaxilənin variantı ilə

E) Punksion üsulla müalicə cəhdləri ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
134) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır?

A) 2-3 yaşa qədər

B) Doğulana qədər

C) Doğuşdan dərhal sonra

D) 1 yaşa qədər

E) Bətndaxili dövrün 28-32-ci həftəsinə qədər


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
135) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal olunan səbəbi hansıdır?

A) Sidik ifrazı sisteminin patologiyası

B) Peritonun yataq çıxıntısının bitişməməsi

C) Angiodisplaziya

D) Spesifik proses

E) Hormonal disbalans


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
136) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır?

A) Qasıq nahiyyəsində hiperemiya

B) Qasıq nahiyyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik

C) Kəskin ağrının olması

D) Xarici qasıq həlqəsinin genişlənməsi

E) Qasıq nahiyyəsində ödem


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
137) 6 aylıq uşaqda toxum ciyəsi qişasının sistinin müalicəsi özündə nəyi əks etdirir?

A) Hormonal müalicəni

B) Bir-ikidəfəlik punksiya, effektsiz olduqda əməliyyatı

C) Planlı surətdə operativ müalicəni

D) Dinamiki müşahidəni

E) Təcili operativ müalicəni


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
138) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı daxildir?

A) Xaya qişalarının kəsilib çıxarılması

B) Qross əməliyyatı

C) Qişaların kəsilməsi

D) Vinkelman əməliyyatı

E) Toxum ciyəsi elementlərinin punksiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
139) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı müalicəyə hansı daxildir?

A) Fizioterapiya

B) Fiziki yüklənmənin məhdudlaşdırılması

C) Müalicəvi bədən tərbiyəsi

D) Masaj

E) Adi həyat tərzi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
140) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı ağırlaşmalar aşağıdakılardan hansı ilə əlaqədardır?

A) Uşağın yaşı ilə

B) Əməliyyatın gecikməsi ilə

C) Yanaşı qüsurlarla

D) Əvvəlcə həyata keçirilmiş punksiyalarla

E) Texniki kobudluqlarla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
141) Göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir?

A) Göbək damarlarının iltihabı

B) Göbək həlqəsi aponevrozunun bitişməməsi

C) Portal hipertenziya

D) Göbək ciyəsi damarlarının inkişaf qüsurları

E) Doğuş travması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
142) Sadalanan simptomlardan hansı göbək yırtığı üçün daha az xarakterikdir?

A) Tez-tez boğulma

B) Göbək həlqəsinin genişlənməsi

C) Sakit halda asanlıqla düzəlməsi

D) Şişkinlik əksər hallarda narahatlıq zamanı meydana çıxır

E) Sakit halda çətin düzəlməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
143) 1 yaşı olan uşaqda göbək yırtığı var. Defekt təxminən 0,5 sm təşkil edir. Ümumi vəziyyətində dəyişiklik yoxdur. Ona nə məsləhət görülməlidir?

A) Qarnın masajı, gimnastika, qəbizliyin profilaktikası

B) Təcili cərrahi müdaxilə

C) Qarnın masajı, qəbizliyin profilaktikası, göbək həlqəsinin kənarlarının leykoplastırla yaxınlaşdırılması

D) Dinamiki müşahidə

E) 2 yaşa çatdıqdan sonra planlı əməliyyat


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
144) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür?

A) 2 yaşa qədər

B) Diaqnoz qoyularkən

C) 1 yaşa qədər

D) 4-5 yaşında

E) 3 yaşdan sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
145) Göbək yırtığına görə əməliyyatdan sonrakı erkən dövrdə hansı lazımdır?

A) Stulun yumşaq olması

B) Bandaj gəzdirmə

C) Fizioterapiya

D) Yataq rejimi

E) Adi həyat tərzi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
146) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?

A) Tikişlərin aralanması

B) Residiv

C) Liqatura fistulu

D) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

E) Piyliyin eventrasiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
147) Qarnın ağ xəttinin yırtığının formalaşmasının mümkün səbəbi hansıdır?

A) Doğuş travması

B) Qarnın ön divarı əzələlərinin zəifliyi

C) Qarnın ön divarının iltihabi xəstəlikləri

D) Qarındaxili təzyiqin yüksəlməsi

E) Birləşdirici toxumanın displaziyası


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
148) Qarnın ağ xəttinin yırtığı üçün hansı daha xarakterikdir?

A) Hiperemiya və şişkinlik

B) Dispeptik hallar

C) Qarında tutmaşəkilli ağrılar

D) Orta xətt üzrə aponevrozda deffektin olması

E) Ürəkbulanma və qusma


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
149) Qarnın ağ xəttinin yırtığı zamanı təcili əməliyyata göstərişlər hansıdır?

A) Kosmetik deffekt

B) Yanaşı dispeptik hallar

C) Ağrı simptomu

D) Diaqnozun qoyulması

E) Fiziki inkişafdan qalma


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
150) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən qarnın ağ xəttinin yırtığı nə vaxt əməliyyat olunmalıdır?

A) 1 yaşa qədər

B) 10 yaşdan sonra

C) 3 yaşdan sonra

D) 1-3 yaşında

E) 5 yaşdan yuxarı


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
151) Bud yırtığı ilə əməliyyatdan sonra hansı vacibdir?

A) Müalicəvi bədən tərbiyəsi

B) Fizioterapiya

C) Bir həftəlik yataq rejimi

D) İki həftəlik yüngül rejim

E) Pəhriz


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
152) Bud yırtığı ilə əməliyyatda ən təhlükəli ağırlaşma hansıdır?

A) Sinir dəstəsinin zədələnməsi

B) Qasıq bağının zədələnməsi

C) Bud venasının zədələnməsi

D) Bud arteriyasının zədələnməsi

E) Toxum ciyəsi elementlərinin zədələnməsi


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
153) Spigel xəttinin yırtığının əmələ gəlməsində hansı əzələnin displaziyası səbəbkardır?

A) Xarici çəp əzələnin

B) Düz əzələnin

C) Köndələn əzələnin

D) Daxili çəp əzələnin

E) Köndələn fassiyanın


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
154) Spigel xəttinin yırtığının xarakterik simptomu hansıdır?

A) Epiqastral nahiyyədə elastik şişkinliyin olması

B) İştahsızlıq

C) Hərarətin qalxması

D) Dispeptik əlamətlər

E) Fiziki gərginlikdən sonra göbəkdən yuxarı orta xətt boyunca ağrıların olması


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
155) Yerli toxumalar hesabına plastikanın aparılması əks-göstəriş hansıdır?

A) Amniotik bağın kəsilməsindən sonra dəri deffekti

B) Deffekt ətrafında hərəkətli dərinin olması

C) Geniş dəri deffekti

D) Çapıqların götürülməsindən sonra böyük olmayan dəri deffekti

E) Kelloid çapıqlaşmaya meyilliyin olması


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
156) Tamqatlı dəri loskutu ilə plastika nə vaxt aparılır?

A) Sindaktiliyada

B) Çapıqların götürülməsindən sonra böyük olmayan dəri deffekti

C) Dərinin ikincili yerdəyişməsinin qarşısını almaq məqsədilə

D) Kiçik qranulyasiya edən yaralarda

E) Böyük qranulyasiya edən yaralarda


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
157) Uşaqlarda venaların inkişaf qüsurlarının etiopatogenezininə hansı daxildir?

A) Onurğa beyni vazomotor mərkəzlərinin zədələnməsi

B) Sadalananların hamısı

C) Venoz divarların anadangəlmə natamamlığı

D) Venoz qapaqların anadangəlmə aplaziyası

E) İrsiyyət


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
158) Uşaqlarda səthi venaların inkişaf qüsurları üçün xarakter simptomu hansıdır?

A) Venaların varikoz genişlənməsi

B) Ağrı

C) Qubka simptomu



D) Flebolitlər

E) Yumşaq toxumaların atrofiyası


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
159) Uşaqlarda dərin venaların inkişaf qüsurları üçün xarakter simptomu hansıdır?

A) Flebolitlər

B) Trofiki pozğunluqlar

C) Xəstə orqanın atrofiyası

D) Xəstə ətrafın hipertrofiyası və qalınlaşması

E) Venaların varikoz genişlənməsi


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
160) Uşaqlarda səthi venaların inkişaf qüsurlarının effektiv müalicə üsulu hansıdır?

A) R-terapiya

B) Endovaskulyar okklüziya

C) Krioterapiya

D) Cərrahi müalicə

E) Hormonoterapiya


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
161) Uşaqlarda arteriya damarların anadangəlmə inkişaf qüsurlarının əsasında nə durur?

A) Endokrin xəstəliklər

B) Onurğa beyni vazomotor mərkəzlərinin zədələnməsi

C) İnfeksion proses

D) İrsiyyət

E) Venoz divarların anadangəlmə natamamlığı


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
162) Arterio-venoz şuntların əsas diaqnostika üsulu hansıdır?

A) Angioqrafiya

B) R-qrafiya

C) EKQ


D) Doppler USM

E) Termometriya


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
163) Arterio-venoz anevrizmaların əsas müalicə üsulu hansıdır?

A) Kriodestruksiya

B) R-terapiya

C) Endovaskulyar okklüziya

D) Cərrahi müalicə

E) Skleroterapiya


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
164) Arterio-venoz fistula ilə əməliyyatdan sonra hansı vacibdir?

A) Müalicəvi bədən tərbiyəsi

B) Hormon terapiya

C) Angioterapiya

D) R- terapiya

E) Heparin terapiya


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
165) Arterio-venoz anevrizmaların əməliyyatdan sonra əsas ağırlaşmasına hansı aiddir?

A) Limfostaz

B) Tikişlərin çatmamazlığı

C) Tromboflebit

D) Funksiyanın müvəqqəti pozulması

E) Yaranın irinləməsi


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
166) Limfa damarların inkişaf qüsurlarının əsas diaqnostika üsulu hansıdır?

A) Reovazoqrafiya

B) Angioqrafiya

C) Voldır sınağı

D) Limfoqrafiya

E) EKQ
Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989



Uşaqlarda irinli cərrahiyyə

167) Uşaqlarda irinli infeksiyanın yayılmağa meyilli olması hamiləlikdə nə ilə müşahidə olunur?

A) Orqan və toxumaların nisbi qeyri-yetkinliyilə

B) Hipertermiyaya meyilli olması ilə

C) Əmizdirmə xüsusiyyətləri ilə

D) Hamiləliyin I yarısının toksikozu ilə

E) Anamnezində MSS-də travma ilə


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
168) Uşaqlarda irinli-iltihabi proseslərin əsas törədicisi hansıdır?

A) Stafilokok

B) Protey

C) Streptokok

D) Göy-yaşıl irin çöpləri

E) Bağırsaq çöpləri


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
169) Uşaqlarda stafilokok infeksiyası üçün xarakterik nədir?

A) Antibiotiklərə qarşı davamlılığın nadir hallarda inkişafı

B) Dərmanlara tez öyrəşmə

C) Ətraf mühitdə az yayılma

D) Kliniki əlamətlərin aydın olmaması

E) Antibiotiklərə qarşı yüksək həssaslıq


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
170) İltihabi prosesin mərhələsi kimi eksudasiya neçə sutka davam edir?

A) İki sutka

B) Bir həftə

C) Üç sutka

D) Bir sutka

E) Dörd sutka


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
171) İltihabi prosesin mərhələsi kimi infiltrasiya neçə sutka davam edir?

A) Yeddi-onuncu sutkalar

B) Bir sutka

C) Beşinci-altıncı sutkalar

D) Təyini mümkün deyil

E) İkinci-dördüncü sutkalar


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
172) Ne vaxt irinli yaranın təmizlənməsi baş verir?

A) İkinci həftənin sonunda

B) Dördüncü-altıncı sutkada

C) Yeddi-onuncu sutkada

D) İkinci-üçüncü sutkada

E) İki həftədən sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
173) İrinli yaranın reparasiyası nə vaxt baş verir?

A) Dördüncü- altıncı sutkada

B) İki həftədən sonra

C) İkinci-üçüncü sutkada

D) Yeddi-onuncu sutkada

E) İkinci həftənin sonunda


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
174) Qazlı anaerob infeksiyada ifraz olunan hemotoksin üçün hansı xarakterik deyil?

A) Birləşdrici toxuma və əzələlərin nekrozu

B) Damarların trombozu

C) Hemoliz

D) Miokard, qaraciyər və böyrəyin zədələnməsi

E) Beyinin ayrılıqda zədələnməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
175) Uşaqlarda infeksion prosesin gedişində hansı əsas sayılmır?

A) Orqanizmin immunooci reaktivliyi

B) Törədicinin antibiotiklərə qarşı davamlılığı

C) Anamnezində MSS-nin natal travması

D) Orqanizmin sensibilizasiyası

E) Mikrofloranın virulentliyi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
176) Anaerob infeksiyada patogenetik müalicənin hansı əsas şərti sayılmır?

A) Zədələnmiş toxumaların kəsilib götürülməsi

B) Dövr edən toksinlərin neytralizasiyası

C) Lampas kəsiklər

D) Homeostazın tənzimlənməsi

E) Ətrafın vacib immobilizasiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
177) Anaerob infeksiyada amputasiyanın hansı əsas xüsusiyyəti sayılmır?

A) Güdülün tikilməsindən imtina

B) Vizual təyin edilmiş zədələnmə sahəsindən yuxarı amputasiya

C) Jqutsuz əməliyyat

D) Fassial futlyarların kəsilib açılması

E) Yaranın drenajından imtina


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
178) Hospital infeksiya mənbəyinə hansı aid edilmir?

A) Şöbədəki yuyunma çanaqları

B) Məhlullar, kremlər və məlhəmlər

C) Personal-infeksiya daşıyıcısı

D) Xəstəyə baş çəkənlər

E) Xəstələr


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
179) Göy-yaşıl irinli infeksiyaya qarşı effektiv vasitə hansı sayılır?

A) Hipertonik məhlul

B) Furasilin məhlulu

C) Bor turşusu

D) Levomekol

E) Hidrogen peroksid


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
180) İrinli yaranın cərrahi işlənməsi nəyi təmin etmir?

A) Antibakterial təsiri

B) Sağalmanın sürətini

C) Prosesin generalizasiyasının əngəllənməisni

D) Yara infeksiyasının məhdudlaşmasını

E) İntoksikasiyanın azalmasını


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
181) İrinli yaranın cərrahi işlənməsində hansı anesteziya üsulu məqsədəuyğun sayılır?

A) Ümumi anesteziya

B) Fərdi olaraq

C) Yerli infiltrasion

D) Yerli xloretil

E) Yerli keçirici


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
182) İrinli yarada tamponun hiqroskopik təsir müddəti neçə vaxt davam edir?

A) 7-9 saat

B) 10-12 saat

C) 2-3 saat

D) Fərdi olaraq

E) 4-6 saat


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
183) İrinli yarada rezin buraxıcının əsas təsir mexanizmi hansıdır?

A) Passiv ötürmə

B) Müştərək xüsusiyyət

C) Hiqroskopik xüsusiyyət

D) Aktiv aspirasiya

E) Kapilyar xüsusiyyət


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
184) İrinli yaranın drenə edilməsi hansı mərhələdə aparılır?

A) Fərdi olaraq

B) Regenerasiya

C) Reorqanizasiya

D) Bütün mərhələlərdə

E) İtihablaşma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
185) İrinli yarada aktiv drenləmə zamanı əsas təsir amili hansıdır?

A) İltihab əleyhinə faktor

B) Antibakterial təsir

C) Yerli prosesin məhdudlaşdırılması

D) Mexaniki təmizlənmə

E) İltihabi prosesin generalizasiyasının məhdudlaşdırılması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
186) İrinli yaranın daha effektiv drenləmə üsulu hansıdır?

A) Passiv ötürmə üçün birmənfəzli boru

B) Aktiv drenləmə

C) Siqar üsullu

D) Tampon

E) Rezin buraxıcı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
187) İrinli yarada birincili gecikdirilmiş tikişlər hansı müddət ərzində qoyulur?

A) 7-10 gün

B) 3-4 gün

C) 12-14 gün

D) 10-12 gün

E) 5-6 gün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
188) İrinli yarada erkən ikincili tikişlər hansı müddət ərzində qoyulur?

A) 7-10 gün

B) 5-6 gün

C) 12-14 gün

D) 10-12 gün

E) 3-4 gün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
189) İrinli yarada ikincili gecikdirilmiş tikişlər hansı müddət ərzində qoyulur?

A) 5-6 günə

B) 3-4-cü həftəyə

C) 2-ci həftəyə

D) Yaranın vəziyyətindən asılı olaraq

E) 3-4 günə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
190) İrinli yarada ikincili tikişlər nəyi təmin etmir?

A) Yara ifrazatı ilə itirilmənin azalmasını

B) Sağalma müddətinin azalmasını

C) Kosmetik nəticələrin yaxşılaşmasını

D) Hospital infeksiyalaşma təhlükəsinin azalmasını

E) İltihab mərhələlərinin müddətinin qısalmasını


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
191) İrinli yarada ikincili tikişlərin qoyulması üçün vacib şərt hansıdır?

A) Xəstənin vəziyyətinin yaxşılaşması

B) Perifokal iltihabın keçməsi

C) Laborator göstəricilərin normallaşması

D) Reparativ mərhələnin başlanması

E) Hərarətin olmaması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
192) On üç yaşlı uşağın boyun nahiyyəsində 1sm diametrli iltihabi infiltratın zirvəsində irinli nekroz sahəsi var. Vəziyyəti orta ağırdır. Diaqnoz hansıdır?

A) Fleqmona

B) Furunkul

C) Karbunkul

D) Furunkulyoz

E) Psevdofurunkulyoz


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
193) Uşağın aşağı dodağında absesləşən furunkul olarsa, ona nə etmək olmaz?

A) Fizioterapiya

B) Hospitalizasiya

C) Antibiotikoterapiya

D) Məlhəmlə sarğı

E) Radikal cərrahi müalicə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
194) Cərrahi sepsislə xəstələrin artması nə ilə əlaqədar deyildir?

A) Praktikaya yeni antibakterial dərmanların tətbiqiylə

B) Mikrofloranın antibiotiklərə qarşı davamlılığının artmasıyla

C) Makroorqanizmin müqavimətinin artmasıyla

D) Hospitaldaxili infeksiyanın yayılmasıyla

E) İnvaziv diaqnostika və müalicə üsullarının artmasıyla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
195) Uşaqlarda cərrahi sepsis anlayışı hansını təyin etmir?

A) Yerli cərrahi və ümumi intensiv müalicənin vacibliyini

B) Orqanizmdə reaktivliyin dəyişməsini

C) Ümumi ağır infeksion vəziyyəti

D) Hormonal müalicəyə göstərişi

E) Yerli infeksiya ocağının olmasını


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
196) Aşağıda göstərilənlərdən hansı cərrahi sepsisin patogenezini təyin etmir?

A) İnfeksiyanın törədicisi (növü, virulentliyi)

B) Orqanizmin spesifik reaktivliyi

C) İlkin infeksiya ocağının vəziyyəti (yerləşməsi, yerli dəyişikliklərin xarakteri)

D) Orqanizmin qeyri-spesifik reaktivliyi

E) Əvvəl aparılan antibakterial müalicə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə