Şəkərli diabet nədir?



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
tarix25.12.2016
ölçüsü1,02 Mb.

Mündəricat

1. 


Şəkərli diabet nədir?

 

 ......................................................................................2



2. 

1-ci tip ŞD xəstəliyinin inkişafına təkan verən xarici mühit faktorları:

 ............2

3. 


1-ci tip ŞD diaqnostikası

..................................................................................5

4. 

Qanda şəkərin təyini



.......................................................................................7

5. 


Müalicənin məqsədi

........................................................................................8

6. 

1-ci tip şəkərli diabetin müalicəsi



......................................................................8

7. 


Qida  və içkilər

...............................................................................................12

8. 

Diabet və hipoqlikemiya



................................................................................14

9. 


Diabet və fiziki məşqlər

.................................................................................14

10. 

Qızlarda diabet və hamiləlik..



.....................................................................15

11. 


Aybaşı/pubertat

...........................................................................................15

12. 

Diabet və düşərgə



........................................................................................16

13. 


Pəncəyə qulluq! 

...........................................................................................16



2

Şəkərli diabet nədir? 

Şəkərli diabet (ŞD)– insulinin əmələ gəlməsi və 

ya təsir gücünün pozulması nəticəsində yaranan, 

xroniki  hiperqlikemiya ilə xarakterizə olunan 

müxtəlif etiologiyalı maddələr mübadiləsinin 

xəstəliyidir.  

Şəkərli diabet – orqanizmin ümumi  xəstəliyi olub mütləq (1-ci tip) və ya nisbi 

(2-ci tip) insulin çatışmazlığı ilə səciyyələnir. 

1-ci tip ŞD autoimmun xarakterli olub, genetik meylli şəxslərdə uzun 

müddət davam edən xroniki, limfositar insulit nəticəsində beta hüceyrələrin 

zədələnməsinə gətirib çıxardır. Nəticədə insulin çatışmazlığı yaranır. 

1-ci tip ŞD xəstəliyinin inkişafına təkan verən xarici mühit faktorları: 

 virus infeksiyaları (qrip, paraqrip, virus 



hepatiti,parotit xəstəliyi);

 insulin yaradan beta hüceyrələrini zədələyən 



kimyəvi amillər  və toksinlər (zəhərlər); 

 qida faktoru (inək südünün erkən dövrdə 



uşağın qida rasionuna daxil edilməsi);

 digər nadir faktorlar (stress, qorxu, əsəbilik);



Bir sıra statistik materiallar təsdiq edib ki, uşaqlarda və yeniyetmələrdə yeni 

şəkərli diabet halları əsasən payız və ya qış mövsümündə rast gəlir. 

ŞD uşaqlarda istənilən yaşda rast gələ bilər. Həyatın ilk aylarında xəstəlik 

çox nadir hallarda rast gəlinsə də 9 ayından başlayaraq pubertat dövrə qədər 



3

xəstəliyin intensivliyi artır, yaşlı şəxslərdə isə yenidən azalır.  

Sağlam mədəaltı vəzi qana qlukoza daxil olduğu andan qan dövranına insulin 



ifraz etməyə başlayır. İnsulin öz növbəsində açar vəzifəsini yerinə yetirərək 

hüceyrələrə yönələn  qapıları  “açaraq” qlükozanın onlara daxil olmasını təmin 

edir. İnsan orqanizmində gedən maddələr mübadiləsinin ən vacib həlqələrindən 

biri də qidanın enerjiyə və istiliyə çevrilməsindən ibarətdir; 

 

Karbohidratlar qlükozaya çevrilir;



 

Zülallar amin turşulara parçalanır; 

 

Yağlar yağ turşusuna çevrilir;



  Bizim orqanizmimiz enerjini 3 qida 

komponentindən ala bilir – lakin karbohidratlar  

bu 3 komponentdən  daha əhəmiyyətlisi hesab 

olunur. Çünki bizim orqanizmə təcili enerji lazım olanda karbohidratlar tezliklə 

şəkərə çevrilə bilir. Qaraciyər öz qlükoza ehtiyatını qida fasilələrində azad 

etməklə qanda şəkərin normal miqdarını saxlaya bilir. Şəkərin hüceyrələrə daxil 

olması üçün mədəaltı vəz qana insulin ifraz etməlidir. İnsulin öz növbəsində 

özünəməxsus  həssas hüceyrələrin səthində  reseptorlarla əlaqə yaradır. Şəkərin 

hüceyrələrə daxil olması üçün insulin öz reseptorları ilə bağlantı yaratmalıdır. 

Yemək qəbul etdikdən sonra qanda şəkərin miqdarı tədricən artmağa başlayır. 



4

Bununla bağlı olaraq mədəaltı vəzinin ifraz etdiyi insulinin də miqdarı müvafiq 

olaraq artır. 

Bu zaman qaraciyər öz qlükoza ehtiyatını azad etmir, əksinə ehtiyatda saxlayır 

ki, sonra lazım olduqca  azad edə bilsin. İnsulin öz işini bitirdikdən sonra 

parçalanaraq orqanizmdən kənarlaşdırılır, ona görə də orqanizmdə insulin 

ehtiyatı daima yenilənərək lazımi miqdarda olmalıdır. 

1-ci tip diabetdə (insulindən asılı tip) mədəaltı vəzinin insulin ifraz edən 

hüceyrələri zədələnmiş olur. İnsulin çatışmadıqda və ya ümumiyyətlə olmadıqda 

hüceyrələr şəkəri qandan mənimsəyə bilmir: -  nəticədə “aclıq” keçirir. Qanda 

isə, şəkərin səviyyəsi getdikcə artmaqda davam edir. Yeganə köməkçi üsul, 

dərialtına insulin yeritməkdir ki, o da birbaşa qana sovrulur. Təəssüflər olsun 

ki, hələ də insulinin daxilə qəbul olunan forması kəşf olunmayıb. Əgər şəkərli 

diabet xəstəliyi yaranıbsa, insulin istehsal edən hüceyrələri yenidən bərpa 

etmək mümkün deyil. Mədəaltı vəzinin və ya insulin ifraz edən hüceyrələrin 

transplantasiyasına cəhdlər edilir. Amma hələ ki, bu əməliyyatı uğurlu hesab 

etmək olmaz. Ona görə də, yeganə müalicə üsulu kimi pəhriz və insulinin təyini 

hesab olunur. Bügünkü gün mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinin 

zədələnmə mexanizmi hələ də bütün dünya alimləri və mütəxəssisləri üçün həll 

olunmaz məsələ olaraq qalır. 

Belə bir sual meydana çıxır:

Niyə bəzi insanlarda bu xəstəlik rast gəlir digər qrup insanlarda isə ümumiyyətlə 

yaranmır. Əlbəttə ki,  1-ci tip diabet irsi xarakter daşıyır lakin valideynlərdən 

birbaşa olaraq  uşaqlara  praktiki olaraq  ötürülmür. Ona görə də, ŞD olan 

insanlar qorxmadan və çəkinmədən istənilən sayda övlad sahibi ola bilərlər.


5

1-ci tip ŞD diaqnostikası

Əlamətləri;

Əgər 1-ci tip  diabet müalicə olunmasa şəkərin qandan  hüceyrələrə keçməsi 

ləngiyir və bütün şəkər sidiklə xaric olunur: 

Bu proses özünü aşağıdakı kimi təzahür edir; 

poliuriya (tezləşmiş sidik ifrazı);           



polidipsiya (artmış susuzluq);



6

polifagiya (iştahın artması);        



   

bədən kütləsinin azalması; (arıqlama)              



ümumi zəiflik;     

Enurez (sidiyi saxlamamaq, əsasən gecələr yuxuda ikən);



7

Əgər insan yuxarıda sadalanan əlamətləri özündə hiss edərsə həkim asanlıqla 

ŞD şübhələnməlidir. 

Belə ki, 2-ci tip ŞD  bu simptomlar ya olmur ya da çox zəif təzahür edir ki, insan 

illərlə xəstə olduğunu ağlına belə gətirmir.

Diaqnozu düzgün qoymaq üçün xəstənin qanında  şəkərin miqdarını bilmək 

lazımdır. Şəkərin miqdarı qanda millimollarla (mmol/l) və ya milliqramlarla 

(mq% və ya mq/dl) ölçülür.

ŞD olmayan insanlarda acqarına qanda 

şəkərin miqdarı 5,6 mmol/l (100mq%) 

təşkil edir. Yeməkdən 2saat sonra 7,0 mmol/l 

(126 mq%) artır. Sağlam insanlarda şəkər 3.5 

mmol/l ( 63mq%) aşağı düşmür. 

Şəkərin səviyyəsi qanda 10 mmol/l-dan aşağı (180mq%) olarsa  sidikdə şəkər 

təyin olunmur. 

Qanda şəkərin təyini

Qanda şəkər gün ərzində 4-5 dəfə ölçülə 

bilər və o zaman qanda şəkər 5-7mmol/l 

arasında olmalıdır. Qanda şəkərin çox aşağı 

düşməməsinə fikir vermək lazımdır. 

Şəkəri əsasən yuxudan qabaq ölçmək çox 

vacibdir belə ki, bunu bilməklə uşağın gecə 

ərzində rahat və hipoqlikemiyasız  yatmasına 

arxayın olmaq olar. 

 


8

Müalicənin məqsədi

Müalicənin məqsədi qanda qlükozanın səviyyəsini normada saxlamaqdan ibarətdir

Məlumdur ki, qanda şəkərin səviyyəsinə ideal 

nəzarət  “ uzaq fəsadlar”ın yaranmasını xeyli 

ləngidir.

Qlikohemoqlobin HbA1C Bu analizin 

norması 6.5% olmalıdır. Qlikohemoqlobin 

2-3 aydan bir yoxlanılmalıdır.   

1-ci tip şəkərli diabetin müalicəsi

Diabeti olmayan insanlarda insulin müstəqil olaraq ifraz olunur. Ona görə də 

diabeti olan insanlar yediyi qidanın miqdarına müvafiq olaraq insulin dozasını 

almalıdırlar. 

Insulin hal-hazırda 1-ci tip şəkərli diabetin müalicəsində nail olunan yeganə 

müalicə üsuludur. Insulin mədəaltı vəzinin xüsusi qrup hüceyrələrinin yaratdığı 

və qana ifraz etdiyi bir hormondur (şirədir). O, bizim orqanizmimizə doğma 

bir maddədir o səbəbdən də ondan qorxmaq lazım deyil. Şəkərli diabeti olan 


9

insanlarda bu maddə kifayət qədər yaranmadığına görə orqanizmə kənardan 

müdaxilə etmək lazım gəlir. Yəni, insulin dəri altına yeridilir.

Insulin öz təsir müddətinə görə 4 əsas qrupa bölünür:

1. Ultraqısa təsirli insulinlər (novorapid, xumaloq)

2. Qısa təsirli insulin(xumulin R);

3. Uzun təsirli insulin ( lantus, levemir)

4. Qarışıq insulinlər (mixtard,novomix və s.)

Uşağın vəziyyətindən və diabetin ağırlıq dərəcəsindən asılı olaraq insulinləri 

müxtəlif kombinasiyalarda təyin etmək lazımdır. Misal üçün aşağıdakı 

kombinasiyaları göstərmək olar:

• Ultraqısa təsirli insulinlə orta təsirli insulin;

• Qısa təsirli insulinlə orta təsirli insulin;

• Orta təsirli insulinlə qarışıq təsirli insulin;

• Qısa təsirli insulinlə qarışıq təsirli insulin.

Uşağın vəziyyətindən və diabetin ağırlıq dərəcəsindən asılı olaraq  insulinləri 

müxtəlif kombinasiyalarda  təyin etmək lazımdır.

1. Ultraqısa təsirli insulinlər yeməkdən 5 dəq. əvvəl təyin olunur. Bu növ insulinlər 

3-5 dəqiqədən sonra  təsir edir. Bu növ insulinlər  uşaqlar və yeniyetmələr üçün 

daha münasibdir. Çünki uşaq və yeniyetmələrin orqanizmi və mədəaltı vəzisi bu 

hormona çox həssasdır.  Buna görə də bu növ hormonun dərialtına yeridilməsi 

tez bir zamanda arzu olunan effekt verir.    

2. Qısa təsirli insulinləri yeməkdən 30 dəq. əvvəl  təyin edirlər. Bu növ insulinin 

təsiri dərialtına yeridiləndən 30 dəq. sonra başlayır, ona görə də 30 dəqiqədən 

sonra mütləq müvafiq çörək vahidi qədər qida qəbul olunmalıdır.  Bu insulin 


10

yeridiləndən sonra  qanda  təsir müddəti 2-4 saat sonra pik nöqtəsinə çatır və 

tədricən sonradan səviyyəsi enməkdə davam edir. Bu səbəbdəndə qısa təsirli 

insulinləri mütləq uzun və ya orta təsirli insulinlərlə kombinasiya şəklində təyin 

etmək vacibdir. 

3. Orta təsirli insulinin təsir müddəti yeməkarası fasilələrdə və gecə saatlarında 

qanda şəkərin normal səviyyəsini saxlamaq üçün təyin olunur. Dərialtına 

yeritdikdən 1-3 saat sonra təsir etməyə başlayır və 10-14 saat davam edir. Ona 

görə də  bu insulini  gün ərzində iki dəfə təyin etmək lazımdır.  Səhər və axşam 

yeməyindən əvvəl insulinin təsir müddətinin davametməsi onun yeridilmə 

dozasından asılıdır. Doza artıq olduqca təsir müddəti də getdikcə uzanır. Təsir 

müddətinin ən yüksək səviyyəsi 6-8 saat çəkir. Bu növ insulinlər uşaqlar üçün 

məsləhət görülmür. Belə ki, gecə saatlarında qanda insulinin ifrazı dalğavari 

xarakter alır. Ona görə də bu insulini təyin edərkən qanda şəkərin miqdarını 

nəzərdə saxlamaq lazımdır.

4. Bu növ insulin orqanizmin sağlam mədəaltı vəzisinin normal fəaliyyətini 

təkrarlayır. Bu insulini gün ərzində 1-2 dəfə yeritmək məqsədə uyğundur. 

Qanda şəkərin miqdarından asılı olaraq seçilən insulin dozası fərqli olur.  Bazal 

insulin kimi uzun müddətli insulin təyin olunur.  Qida   fasilələrində və gecə 

saatlarında  isə qanda şəkərin normal miqdarını qısa təsirli insulini təyin olunur. 

Qida insulini rolunu isə qısa təsirli və ultraqısa təsirli insulinlər oynayır.  Ona 

görə də bu növ insulinləri gündə azı 3-4 dəfə - səhər yeməyindən, günorta 

yeməyindən və axşam yeməyindən əvvəl dərialtına yeridilir. 

Insulinin vurulma nahiyələrini seçərkən nəzərə almaq lazımdır ki, müxtəlif 

nahiyyələrdən insulin müxtəlif dərəcədə sovrulur və bununla da təsir müddəti 

getdikcə dəyişir. Belə ki, insulini qarın, bud, çiyin, sağrı, kürək nahiyyələrinə 



11

vurmaq olar. Qarın və çiyin nahiyyələrindən insulin sürətlə sovrulur. Sağrı və 

bud nahiyyələrindən isə çox ləng sovrulur. İnsulinin vurulma nahiyyələrini 

hər 3 gündən bir dəyişmək lazımdır. Belə ki, davamlı olaraq insulin eyni yerə 

vurularsa həmin nahiyyədə dərialtı piy qatı qatılaşır (lipodistropiya) və insulinin 

sovrulması pozulur (ləngiyir). İnsulin inyeksiyasından sonra həmin nahiyyəni 

masaj etmək olmaz. 


12

Yaş  


1-3 

4-6 


7-10 

11-14 


dən aşağ

11-14dən 

yuxar 

15-18dən 



aşağ 

15-18dən 

yuxar 

Səhər  


yeməyi 

2 3 3 4 3-4 

4-5 

3-4 


Ikinci 

səhər  


yeməyi 

1-1.5 


2 2 2 2 2 2 

Günorta 


yeməyi 

2 3 4 4-5 

4 5 4 

Axşam 


 yeməyi 

1.5-2 


2-3 3  4  3-4 4-5 3-4 

Ümumi  


hesab 

6.5-7.5 10-13 12 

14-15 12-14 15-17 12-14 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bir çörək vahidi  aşağıdakı qida məhsullarının tərkibinə daxildir



Yaşdan asılı olaraq sutkalıq çörək vahidinə tələbat

Qida  və içkilər

Diabetli uşaqlar üçün xüsusi qida tələb olunmur. Onlar sağlam normal 

qida məhsulları ilə qidalana bilərlər. Belə uşaqlar şirniyyatı və deserti qida 

rasionlarından çıxartmalıdırlar. Qida qrafikinə ciddi riayət etməklə gün ərzində 

5-6 dəfə qida qəbul olunmalıdır.

Gəzintiyə çıxarkən təcili tibbi yardım ləvazimatlarını mütləq çantada gəzdirməli! 

Düşərgələrdə olarkən insulin preparatlarını düz düşən günəş şüalarından 

qorumaq lazımdır. insulini xüsusi çantalarda sərin və quru yerdə saxlamaq 

lazımdır.



13

Qida məhsulu 

Həcmi 

Qramm

Qara çörək 

1 tikə 

30 

Ağ çörək 

1 tikə 

25  

Adi suxar 

1 tikə 

15 

Dənli və un məmulatlar 

Qarabaşaq yarmas  1.5 x.q 



15 

Çiy düyü 

1 x.q 

15 

Bişmiş düyü 

2 x.q 

50 

Meyvələr 

Alma 


1 orta ölçülü

100 

Qabqsz banan 

yarm 

50 

Armud 


1 orta ölçülü

100 

Vişnə 


10 ədəd 

90 

Portağal 

1 kiçik 

100 

Alça 


4 ədəd 

70 

Süd məmulatlar 

Süd 3.6% 

1stəkan 

250 

Yağsz süd 0.5% 

1 stəkan 

250 

Qatq 


1 stəkan 

250 

Qatlaşdrlmş  

süd 

1 stəkan 



100 

Kartofdan hazrlanan məmulatlar 

Qabql bişmiş 

1 orta 

75 

Püre 


2 x.q 

90 

Qzardlmş 

1x.q 

15 

 

 


14

Diabet və hipoqlikemiya

Hipoqlikemiya əlamətləri qanda şəkərin səviyyəsi 3mmol/l –dən aşağı olanda 

yaranır. 

Əlamətləri; 

•  Yüngül  dərəcə  hipoqlikemiya  zamanı  –  aclıq  və 

tərləmə. Uşağın əlləri və ayaqları əsməyə başlayır, 

dərinin  rəngi  avazıyır,  uşaq əzginləşir, uşaqda 

başağrısı gözlərdə dumanlılıq yarana bilər. 

•  Orta    dərəcəli  hipoqlikemiya  –  qanda  şəkərin 

səviyyəsi elə aşağı düşür ki, uşaq ətrafda nə baş verdiyini 

bilmir, huşu alaqaranlıq olur. Bu dərəcə çox qorxulu 

olduğu üçün bu mərhələdə uşaq müalicə cəhdlərinə çox aqressiv reaksiya göstərə 

bilər. 


•  Ağır dərəcəli hipoqlikemiya – uşaq huşunu itirir və qıcolmalar başlayır. 

Müalicə : yüngül və orta dərəcəli hipoqlikemiya zamanı 1 stəkan şirə və ya 

15-20 qr qənd vermək lazımdır. əgər simptomlar qalıbsa bu müalicəni 4-5 

dəqiqədən sonra təkrarlayırlar. Ağır dərəcəli hipoqlikemiya zamanı uşağın 

ağzına heç bir şey qoymaq olmaz. Əks halda uşağın nəfəs yolları tutula bilər.

Hipoqlikemiyanın profilaktikası; gün ərzində qanda şəkərin səviyyəsini elə 

nəzarətdə saxlamaq lazımdır ki, o 5mmol/ldən aşağı düşməsin. 

Diabet və fiziki məşqlər

Fiziki hərəkətlər ürəyin, qan damar sisteminin 

fəaliyyətinə və eləcə də orqanizmin ümumi halına 

çox müsbət təsir edir. Idman hərəkətləri orqanizmin 


15

insulinə həssaslığını artırmaqla yanaşı həm də qanda 

şəkərin səviyyəsi aşağı salır. 

Bir neçə məsləhət:

•  İdmana  və  fiziki  gərginliyə  başlamazdan  qabaq  və 

sonra qanda şəkərin təyini.  

Qanda şəkərin aşağı səviyyəsi idmandan bir neçə saat 

sonra yaranır. 

• Məşqdən qabaq qanda şəkərin səviyyəsi 4-6mmol/l olmalıdır.

• Qanda şəkərin miqdarı 13mmol/ldən yüksək olarsa idmanla məşqul olmaq 

məsləhət deyil.

Fiziki gərgimlikdən sonra qanda şəkərin səviyyəsi 8-10mmol/l olması 

məqsədəuyğundur. 

Qızlarda diabet və hamiləlik  

 

Yaxşı kompensasiya olunmuş diabet xəstəliyində qızlar normal fiziki inkişafa 



çatırlar. 

Aybaşı/pubertat

Çox vaxt aybaşı dövründə, aybaşıdan əvvəl qanda şəkərin səviyyəsi xeyli 

dəyişkən olur. Bu səbəbdən aybaşı zamanı qanda şəkərin səviyyəsinə nəzarət 



16

etmək lazımdır. Insulinin dozasını korreksiya etmək 

lazım gəlir. 

Qoruyucu vasitələrdən istifadə etməklə təsadüfi 

hamiləlikdən qorunmaq lazımdır. 

Hamiləliyi planlaşdırarkən xüsusilə diqqətli olmaq 

lazımdır. Diabeti olan qadınlar xəstəliyi kompensasiya edərək istənilən sayda 

uşağa sahib ola bilərlər. 

Diabet və düşərgə

Diabeti olan uşaqlar da digər uşaqlar kimi düşərgələrdə problemsiz istirahət 

edə bilərlər.  Uşağı müşaiyət edən  həm tibb həm də  düşərgə personalı xəstəlik 

haqqında hər tərəfli məlumata malik olmalıdır. 

Pəncəyə qulluq!

Pəncəyə qulluq etmək hər bir diabeti olan uşaq və böyüklər üçün



 vacibdir.  Bu qulluq növünə aşağıdakılar aiddir:

Dar ayaqqabı geymək olmaz;



Corablar pambıq parçadan olmalıdır;

Ayaqqabını geyərkən içini nəzarət etməli( çınqıl, mıx, daş, qumu təmizləməli);



Hər axşam yuxudan qabaq ayaqlara ilıq vanna etməli;

Ayaqları ayaq kremi ilə 10 dəq  massaj etməli;



Yaxşıca qurutmalı ki, ayaqlar və barmaq araları nəm qalmasın;

Uzun müddət ayaq üstə və ya oturaq vəziyyətdən qaçmalı;



Bununla da ayaqda və pəncədə yaranacaq qan durğunluğunu 

aradan qaldırmış olacaqsınız. 


17

 İzahlı lüğət

Doza 

– miqdar


 

Hiperqlikemiya 

– qanda şəkərin yüksək səviyyəsi

Xroniki 


– uzun sürən,davamlı

Etiologiya 

– mənşəli

Pubertat 

– yetkinlik dövrü, yeniyetmə dövr

Karbohidrat 

– qida komponenti

Zülal 


– qida komponenti

Transplantasiya 

– orqan köçürülməsi

Irsi 


– nəsildə meyillik

Poliuriya

 – sidik ifrazının tezləşməsi

Polidipsiya

 – artmış susuzluq

Polifagiya

 – iştahın artması 

Enurez 


– gecə, yuxuda ikən sidiyi saxlaya bilməmək

Bazal


 –  əsas

Hipoqlikemiya 

– qanda şəkərin səviyyəsinin aşağı düşməsi

İstifadə olunmuş ədəbiyyat  

1. “Diabetik pəncəyə dair Beynəlxalq Konsensus”. Diabetik pəncəyə dair 

Beynəlxalq İşçi Qrupu tərəfindən hazırlanmışdır. May, 1999

2. «Как жить с диабетом 1-го типа». Общие рекомендации для пациентов. 

Под редакцией Lisbeth Vang, RN, Директор Сестринской Службы, 

Диабетологический центр «Стено».

3. И.И.Дедов, Г.А. Мельниченко, В.В. Фадеев., Эндокринология. 2007



4. www.dialand.ru 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə