həmişə təəccüb edərdim və öz-özümə sual verərdim? Nə üçün ataları dura-dura kənd arası “Firən” ansamblı deyirdilər? Bəzi vaxtlar kənd arasında “Firən ansamblı” da deyirdilər.
Sonralar tarixi araşdırdıqda bir kitabda məlum oldu ki, bunların anası Firən xalanın atası Aşıq Hümbət XIX-əsrin sonunda və XX əsrin əvvəllərində bizim ərazidə tanınmış aşıqlardan olub. Deyilənə görə 1880-cı ildə “Aşura” mərasimləri dövründə, o dövrün kənd mollaları: Hacı Mirzə, Mirzə Hüsü və Mirzə Əziz dini mərasimdə oxutmaq üçün Aşıq Hümbətin sazını vurub sındıraraq, onu dini ayinləri oxumağa məcbur edərmişlər.
Şəkildə: soldan – nağarada- Fazil, tarda-Əfsər və oxuyur- Tehran Əmirov
D
eməli, Süleyman kişinin uşaqlarına musiqi həvəsi onlara ana babalarından keçmişdir. Süleyman kişinin böyük oğlu Əfsər-tarda, Veysəl-kamançada, Cəbrayıl - qarmonda, Mikayıl və Məzahir- gitarada, Vidadi Veysəl oğlu - qoşa nağarada və bunların bacısı oğlu Fazil isə nağarada çalardılar. Bundan əlavə bu ailə uşaqları çox baməzə idilər.
Bu ailədə olan Seyidəli (həmişə subay)ilə baglı çoxlu lətifələr və baməzə əhvalatlar vardır.
C əfərov Əhməd Xanlar oğlu uzun müddət kolxozda sürücü işləyərək hörmət sahibi olmuş və ilan zəhərindən faciəli ölmüşdür .Cəfərov Əvəz Surxay oğlu uzun illər Horadiz stansiyasında Neftbazada işləmiş, öz səmimiliyilə, ağır və təmkinli davranışı ilə həmişə seçilərdi.
Əmirov Vəli Səttar oğlu - əvvəlcə kolxozda,
sonra isə Horadiz stansiyasında Yük bazasında işləyirdi. Olduqca səmimi və xoşxasiyyət bir insan kimi özünü göstərmişdi.
Mürşüd və Sabir Səttar oğlu Əmirov qardaşları İqtisad elmlər namizədi alimidirlər və Bakı şəhərində yaşayırlar.
Əmirov Fərman Yunus oğlu uzun illər sürücü işləyərək, özünü əla sürücü kimi göstərmişdir. 2006-cı ildəMəşhəti ziyarətində olub.
Əmirov Müslüm Yunus oğlu da Horadiz stansiyasında olan ticarət bazasında işləyib, həm də, bu məhəllədə şosse yolun üstündə ev tikib ailəsilə birgə yaşayırdı.
Əmirovlar Əfsər, Veysəl, Cəbrayıl, Məzahir qardaşları da şosse yolun alt hissəsində hərəsinin öz şəxsi evlərində ailələrilə birgə yaşayırdılar.
B
u məhəllədə Hüseyn Zülfüqar oğlu və həyat yoldaşı Miniş
Səttar qızı ilə bütün kəndin xeyir-şərində aşbazlıq edərdilər, həm də çox
gözəl xörəklər bişirməkdə ad-san qazanmışdılar. Hüseynlə birlikdə bəy
toylarında Mirzalı Fətəli oğlu Əliyev də sənəti traktorçu olsa da, arabir
aşbazlıq edərdilər.
Bu nəsildən Qarabağ müharibəsinin iki şəhidi olub:
1. Əmirov Elman Salman oğlu
2. Əmirov Nizami Müslüm oğlu
Bütün Qarabağ şəhidlərimizə Allah rəhmət eləsin!
Dostları ilə paylaş: |