Səkinə Zeynal qızı Zeynallı UŞaq evləRİNDƏ valideyn himayəSİNDƏn məhrum olmuş UŞaqlarla sosial iŞİn aktual problemləRİ



Yüklə 32,82 Kb.
səhifə1/6
tarix28.03.2023
ölçüsü32,82 Kb.
#90649
növüReferat
  1   2   3   4   5   6
REFERAT Z.S


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT
MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ

Kulturologiya fakültəsi


Sosial-Mədəni fəaliyyət kafedrası
Əlyazması hüququnda


Səkinə Zeynal qızı Zeynallı


UŞAQ EVLƏRİNDƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLARLA SOSİAL İŞİN AKTUAL PROBLEMLƏRİ
mövzusunda
REFERATI
İxtisasın şifri və adı: 060805 Sosial iş
İxtisaslaşma: Gənclərlə iş
Elmi rəhbər: Əhmədova Tamilla
ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru


BAKI – 2023
MÜNDƏRİCAT



  1. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLAR..............................................................3

  2. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLARIN HÜQUQLARI ÜZRƏ TƏMİNATLAR.........................................................................................4

  3. AZƏRBAYCANDA KİMSƏSİZ UŞAQLARA QAYĞI........................8



  1. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLAR



Valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanundan, digər normativ hüquqi-aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların habelə onların arasından olan şəxslərin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi, dövlət və qeyri-dövlət fondları, qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.[1, s.6] [3]

Yüklə 32,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin