Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix05.05.2017
ölçüsü2,08 Kb.
1   2   3   4   5

Şərq və Qərb məhəbbət 
konsepsiyalarının 
müqayisəli təhlili
99

Əlbəttə,  aşiq  olmaq  adamın  özündən  asılı 
deyil. Amma onu tənzimləmək, digər ali hisslərlə 
tamamlamaq insanın öz işidir; insanlıq borcudur. 
İnsanlıq  aşiqliyə  qurban  verilə  bilməz.  İfrata 
vardırılan eşq istənilən halda faciə ilə sonuclanır. 
Vüsal  olmayanda  bu  hissin  faciəyə  gətirəcəyi 
aydındır. Bəs vüsal olanda necə?  
Yeri  gəlmişkən,  şairlər  belə  böyük  eşqləri 
nəyə  görə  vüsalla  tamamlamırlar?  Çünki  vüsal 
ideallaşdırılmış  eşqin  qənimidir.  Həsrət  isə, 
əksinə, eşqi daha da alovlandırır. 
Nəsimi deyir:
     Səndən irağ, ey sənəm, şamü səhər yanaram,
     Vəslini arzularam, dəxi betər yanaram.
     Məndən irağ olduğun bağrımı qan eylədi,
     Oldu gözümdən rəvan  xuni-cigər, yanaram.
1
Bu  misralar  Şərq  poeziyası  üçün  çox  sə-
ciyyəvidir.  Məhəbbətdən  ancaq  vüsalaqədərki 
mərhələdə,  əlçatmazlıqdan  doğan  yanğı,  həsrət 
hissi,  qəm-kədər  vəsf  olunur.  Bu  məhəbbət  real 
həyat müstəvisinə, insanlararası münasibətə tətbiq 
olunmaq  üçün  deyil.  Çünki  qarşı  tərəfə  adekvat 
olmayan  münasibət  bəslənir  və  reallıqla 
üzləşdikdə  heç  də  hər  şeyin  fərz  edildiyi  kimi 
olmadığı  üzə  çıxır.  Yəni  evlənmək  üçün,  ailə 
1
  Nəsimi.  Seçilmiş   əsərləri.   B.,   «Azərnəşr», 
1973, səh. 127.
100

qurmaq  üçün  sevgi  əsas  şərt  olsa  da,  kafi  şərt 
deyil.  Ailə  qurarkən  insan  istər-istəməz  həyatın 
nasiranə  reallıqları  ilə  də  üzləşməli  olur.  Sevdiyi 
insanla  da  sonrakı  münasibətlər  istər-istəməz  bu 
reallıqlarla  vasitələnir.  Əlbəttə,  bütün  bunlar 
qabaqcadan  nəzərə  alınsa,  bütün  hisslər  bir  hissə 
müncər  edilməsə,  sevənin  qəlbində  sevgilidən 
başqa həyatı reallıqlar üçün də yer saxlansa, belə 
sevginin  ömrü  uzun  ola  bilər.  İfrata  varmış 
hissiyyat 
isə 
reallığa 
sığmadığı 
üçün 
parçalanmağa məhkumdur. 
Bəli, aşiq olmaq adamın özündən, yəni ira-
dəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. 
İfrata  varılması,  hansı  isə  hissin  mütləqləşməsi 
mənəvi  aləm  ahəngdar  inkişaf  etmədikdə, 
intellektual-mənəvi  səviyyənin  hələ  aşağı  olduğu 
çağlarda mümkündür. Təsadüfi deyildir ki, adətən 
ilk  məhəbbət    ifrata  varır.  Və  bu  da  təsadüfi 
deyildir  ki,  müdriklərimiz  «ilk  məhəbbətin  gözü 
kor  olar»,   –  demişlər.  İlk  məhəbbət  –  dərk 
olunmamış, insanın özü üçün aşkarlanmamış mə-
həbbətdir.  Yəni  burada  şüur  yox,  qeyri-şüuri 
başlanğıc  (aşkarlanmayan  şüur)  həlledici  rol 
oynayır.  Bundan  başqa,  bu  yaş  həddində  insanın 
digər böyük duyğuları – valideyn qarşısında borc, 
millət və vətən sevgisi, insanlıq məsuliyyəti hələ 
formalaşmamış  olduğundan,  tez  baş  qaldıran  bir 
hiss  mənəvi  aləmdəki  bütün  boşluğu  dolduraraq 
öz  monopoliyasını  yaradır.  Bu  hiss  Səmərqəndi, 
101

Buxaranı  bir  gözəlin  qara  gözlərinə  qurban  ver-
məkdən daha güclü bir hissdir. Çünki öz həyatını 
vermək  əzmindədir.  Hətta  daha  çox;  dünyada 
böyük,  gözəl,  möhtəşəm  nə  varsa, –  hamısı  bir 
fərdi məhəbbətə qurban verilə bilərmiş. Bu ideya 
C.Cabbarlıya məxsus pafosla belə ifadə olunur: 
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım  oyansın…
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım.
Mən bir susmaz bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın, 
Oxu, bülbül, bəlkə yarım  oyansın…
1
Hisslər necə də möhtəşəmdir!   Heç şübhə-
siz,  Şərq  poetik  təfəkkürünün  ən  gözəl  nü-
munələrindəndir.  
Lakin  vəcd  məqamında  hissin  kükrəyib 
coşması,  zirvəyə  yüksəlməsi  poeziya  üçün  nə 
dərəcədə  məqbuldursa, bir anın yox,  daha böyük 
zaman  intervalınının,  insan  ömrünün,  bəşər 
tarixinin  məntiqindən  çıxış  edən  sağlam  düşüncə 
üçün o dərəcədə yolverilməzdir. Çünki   bu şerdə 
də  bütün  klsassik  Şərq  poeziyasına  uyğun olaraq 
məhəbbət eqoist səciyyə daşıyır. Günəş olmasa – 
həyat  da  olmaz,  sevənlər  də!  Biz  şairi  müstəqim 
1
  Cəfər Cabbarlı.  Seçilmiş əsərləri. B., «Çaşı-
oğlu», 2004, səh. 317.
102

mənada,  nasiranə  anlamaq  mövqeyindən  çox 
uzağıq.  Amma,  bununla  belə,  gülün  və  günəşin 
daha universal sevgi rəmzləri olduğunu da unuda 
bilmərik. Yəni ən gözəl hissin də ifrata varılması 
onun öz əksliyinə çevrilir. 
Əlbəttə, poeziyada önəmli olan hissdir. Bir 
hiss  tərənnüm  olunurkən,  yerdə  qalan  hər  şey 
yaddan  çıxarılır.  Ona  görə  də,  poetik  təfəkkürlə 
çox  da  uzağa  getmək  mümkün  deyil.  Real 
həyatda  isə  sevgi  hisslə  əqlin  vəhdəti  şəklində 
təzahür  edir.  Sadəcə,  insanın  öz  hisslərini 
anlamaq və onu reallıq müstəvisinə keçirə bilmək 
səriştəsi  olmalıdır.  Özünü  hisslərin  ixtiyarına 
buraxmaq fərdi azadlığın yüksək dərəcəsi olsa da, 
hissləri  cilovlamaq,  ictimai  reallığı,  başqalarının 
varlığını  və  hisslərini  də  nəzərə  almaq  sosial 
yetkinliyin,
 şəxsiyyət 
azadlığının 
yüksək 
təzahürüdür.  Məhz  sosial  müstəvidə  məhəbbətin 
duyğusal komponenti ilə yanaşı, əqli komponenti 
də inkişaf edir. 
Şərqdə isə hiss əqlə yer qoymur. Görünür, 
belə  bir  disbalansın  nəticəsidir  ki,  fərdi  mə-
həbbətinin  əsiri  olanlar,  nəinki  başqa  insanların, 
heç  sevgilisinin  də  duyğularına  sayğı  ilə 
yanaşmırlar.  Sevgili  üçün  dünyaları  verməyə 
hazır olanlar onu duymaq və bu duyğuya hörmət 
bəsləmək  «əziyyətinə»  qatlaşa  bilmirlər.  Bunun 
nəticəsidir ki, «qız qaçırmaq» ənənəsi kimi vəhşi 
bir  hala  haqq  qazandıranlar  da  tapılır.  Və  bəzən 
103

bunu  böyük  məhəbbətin  sosial  maneələrə  qarşı 
mübarizəsi kimi dəyərləndirirlər. Bəs qız özü razı 
olmayanda  belə  bir  addım  atanlar  hansı  mənəvi 
mühitin  yetirmləridir?  Qərbdə  bu  ancaq  cinayət 
kimi  qiymətləndirilir.  Bizim  hüquq  normalarına 
görə  də  belədir.  Amma  bəs  bunu  adət  kimi 
qələmə verməyə çalışanların nəzərində necə?  
Belə  halların  baş  verməsi  hissin  bö-
yüklüyündən  yox,  intellektin   zəifyindən,  digər 
hisslərin  və  həyatın  mənası  haqqında,  insanın 
sosial  və  mənəvi  məsuliyyəti  haqqında  bilgilərin 
azlığındandır. 
Hissin  böyüklüyü  bəzən  onun  hələ  dife-
rensiallaşmamış  olmasının  nəticəsidir.  Hisslərin 
tərbiyə  olunması,  insanın  öz  hisslərini  dərk  et-
məyə  çalışması  və  onları  fərqləndirməsi,  təsnif 
etməsi,  səbəblərini  anlaması  mənəvi-intellektual 
inkişafın  məqamlarıdır.  Yəni  məhəbbət  ancaq 
hiss müstəvisində deyil, tntellekt müstəvisində də 
nəzərdən  keçirilməlidir.  Güclü  hissin  idarə 
olunması üçün dərin düşüncə və böyük iradə tələb 
olunur.  Horatsi  demişkən,  əqllə   idarə  oluna 
bilməyən böyük qüvvə öz məxsusi ağırlığı altında 
əzilməyə  məhkumdur.  Mənəviyyatsız  adamın 
ağıllı olması ziyan verdiyi kimi, ağılsız adamın da 
hissiyatının güclü olması ziyanlıdır.
Amma  məhəbbətə  bu  cür  baxışın  əleyh-
darları  da  vardır.  Xüsusən  də  Şərqdə.  Bu  möv-
qeyin konseptual ifadəsini mən hələ təqribən 30 il 
104

bundan  əvvəl  tanınmış  filosoflarımızdan  birinin 
münasibətində görmüşəm. O vaxt mən hələ BDU-
nun  aspirantı  olarkən  «Məhəbbət  və  intellekt» 
kitabı  üzərində  işləyirdim.  Şərq         poeziyasının 
fəlsəfəsi  ilə  məşğul  olan  və  bu           problemin 
mütəxəssisi 
saydığım 
professor 
Camal 
Mustafayev  mənim  bu  təşəbbüsümdən   xəbər 
tutunca çox hiddətləndi: – «Ah, siz fiziklər, bircə 
məhəbbət  qalıb  saf,  təmiz,  buna  da  intellektmi 
qatmaq  istəyirsiniz?».   «Məsləhət  bilmirəm»,   – 
dedi.  Əlim  işdən  soyudu,  neçə  illər  ərzində  bu 
mövzuda  vaxtaşırı  qeydlər  etsəm  də,  kitabımı 
yazmadım. 
«Hər pis şeyin yaxşı tərəfi də  var», –   de-
yirlər.  Bu  vaxt  ərzində  mən  məhəbbətin 
intellektual-fəlsəfi  aspektləri  ilə  əlaqədar  daha 
çox mənbələrlə tanış ola bildim. Ona görə də, üs-
tündən  30  il  keçdikdən  sonra  mən  öz  möv-
qeyimdə  daha  israrlıyam.  Əqllə  sərinləşdirilmə-
yən yanar məhəbbət uçub gedəcək. Bu yerdə Əbu 
Turxanın bir bəndi yadıma düşdü:
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Belə  düşünmək  ki,  Şərq  həmişə  duyğusal 
olmuş  və  əqlin  rolunu  dəyərləndirməmişdir,   – 
105

səhv olardı. Əksinə, rassionalizm ilk dəfə Şərqdə 
təşəkkül tapmışdır. Elm, bilik də məhəbbətdən az 
vəsf  olunmamışdır.  Hətta  sevgilərin  ən  böyüyü 
əqlə, kamala ünvanlanmışdır. 
Yuxarıda  Əbu  Turxandan  misal   gətirdi-
yimiz  rübaidə  diqqət  tarixən  «gül»  və  «bülbül» 
təşbehlərinin  mənasının  dəyişməsinə  yönəldil-
mişdi.  Başqa  bir  şerində  Əbu  Turxan  bülbülün 
gülə sevgisini vətən hissi ilə əlaqələndirir:
Elə ki, bülbül ahu-zar edir,
Gülə sevgisini bil, izhar edir,
Gül ona vətəndir, burda sevənlər
Vətəni özünə nazlı yar edir. 
Lakin  təəssüf  ki,  sonralar  İslam  şərqində 
renessans  dövrü  keçdikdən,  hisslər  öz  əvvəlki 
yüksək  məzmununu  itirdikdən,  hikmət  mərtəbə-
sindən  zövq-səfa  mərtəbəsinə  endikdən         sonra 
eşqin  hüdudları  da  məhdudlaşmış,  gül-bülbül 
münasibəti  də  ancaq  oğlanla  qız  arasında 
münasibət çərçivəsinə salınmışdır. 
Şərq  ölkələrində  ancaq  kapitalist  ictimai-
iqtisadi  münasibətlərinin  formalaşmağa  başladığı 
dövrdə milli hiss, dövlətçilik şüuru, vətən sevgisi 
yenidən  güclənmişdir.  Bu  baxımdan,  XX  əsrin 
əvvəlləri  Azərbaycanda  bütün  mənalarda  mənəvi 
yüksəliş illəri olmuş, insanlar azadlıq və səadətin 
ancaq milli istiqlal sayəsində əldə edilə biləcəyini 
106

dərk  etmiş,  vətən  sevgisi  güclənmiş,  yeni 
məzmun  və  mündəricə  kəsb  etmişdir.  Məhz  bu 
dövrün ab-havası Abbas Səhhətə Vətən haqqında 
«sevgili canan», «könlümün sevgili məhbubu», – 
deməyə imkan vermişdir.     
Yaxud  Əhməd  Cavad  Azərbaycan  De-
mokratik Cumhuriyyətinin yaranması ilə əlaqədar 
öz sevinc və məhəbbətini belə ifadə edir: 
      Sən qüdrətin aşıb-daşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
Səhər dilli bir fincanın əli ilə
Ahuların duruşundan yarandın.
Ay işığı, gözəlliyin, qızlığın,
Çiçəklərlə öpüşündən yarandın.
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandım .
1
Bu  şer  parçasını  öz  kitabında  iqtibas  gə-
tirən  professor  Şamil  Qurbanov  yazır:   «Azər-
baycan  Demokratik  Respublikası  xalqımız  üçün 
onun  taleyinə  doğan  dan  ulduzu,   «qaranlıqda 
boğularkən»  ümidsizliyə  qapıldığı  bir  vaxtda 
göydən  enmiş  ilahi  bir  qüvvənin  ərməğanı  idi. 
Şairi  və  onun  oxucularını  belə  bir  yüksək  poetik 
1
  Ş.Qurbanov.  Məmməd   Əmin   Rəsulzadə. 
«Nurlan», 2001, səh. 80.
107

pafosa sövq edən də, gözünə işıq, qəlbinə sevinc 
verən də məhz bu möcüzəli bir varlıq idi».
1
 Milli 
istiqlalın  yaratdığı  fərəh  duyğusu  həm  də  vətən 
sevgisinin təzahür formasıdır. 
Abbas  Səhhət  və  Əhməd  Cavad  kimi 
müqtədir  şairlərin  vətən  sevgisini  tərənnüm  et-
məsi müəyyən mənada ənənəvi Şərq poeziyasının 
hüdudlarını  keçmək  anlamını  versə  də,  bu 
sevginin  ifadə  formaları  yenə  də  Şərq  poetik 
təfəkkürünə  uyğun  gəlir.  İlk  baxışdan  belə  dü-
şünmək  olar  ki,  əsas  forma  yox,  mövzudur;  yəni 
sevginin  ünvanı  dəyişilmişdir.  Lakin  burada 
forma   özü  də  bilavasitə  mentaliteti  ifadə  edir. 
Belə  ki,  şairlərimizin  yenə  də  sevgili  qızlara, 
gözəllərə  ünvanlanmışdır  ənənəvi  ifadələrdən, 
metaforalardan,  bənzətmələrdən  istifadə  etməsi 
sevgi hissinin hələ də diferensiallaşmaması, daha 
çox  abstrak  səciyyə  daşımasının  nəticəsidir. 
Qərbdə isə hətta poetik obrazlar da konkretləşmiş, 
vətənin,  azadlığın,  istiqlalın  yaratdığı  sevgi 
duyğuları  spesifik  bədii  ifadə  forması  kəsb 
etmişdir.  Burada  hər  şey  məhəbbətdə  əqli 
komponentin iştirak dərəcəsindən ibarətdir. 
Bəli,  Qərb  sevgisi  rasionallaşdırılmış  və 
görünür  məhz  bunun  sayəsində  diferensiallaşmış 
sevgidir. Yəni ancaq sevginin obyekti   dəyişmir, 
onun xarakteri də, məzmunu da dəyişir. Məsələn, 
vətən  sevgisi  daha  «ay  işığından»    deyil, 
1
   Yenə  orada.
108

dövlətçilik  şüurundan,  vətəndaşlıq  qürurundan 
qidalanır.
Qərbdə  dövlətçilik  şüuru,  milli  təəssüb-
keşlik  və  vətən  hissi  də  intellekt  süzgəcindən 
keçərək  formalaşmışdır.  İntellekt  isə  hər  şeyi  öz 
yerinə  qoyduğundan,  hissləri  tənzim  etdiyindən 
Qərbdə  insanın  əməli  də,  hissi  də  ictimai  nor-
malar  çərçivəsində  inkişaf  etmişdir.  Məhəbbət 
daha  çox  intellektual  təsirə  məruz  qalmış  və 
sosiallaşmışdır. 
Şərqdə  də  ictimai  şüur,  mövcud  əxlaq 
normaları, adət-ənənə məhəbbət hissinə təsir edən 
amillər  sırasındadır.  Lakin  burada  məhəbbətin 
fərdilik  dərəcəsi,  məhrəmliyi  yüksək  olduğundan 
daha 
çox 
iç 
dünyasına 
aid 
olmuş, 
sosiallaşmamışdır.  Digər  tərəfdən,  ictimai  amil 
çox  vaxt  vüsala  maneə  kimi  ortaya  çıxdığından, 
məhəbbət  reallığın  baryerlərini  aşmaq  üçün  daha 
yüksək  emosional  potensial  kəsb  etməli  olur. 
Lope  de  Veqa  məhz  bu  cəhəti  nəzərə  alaraq 
demişdir: «Məhəbbəti  heç  nə  keçilməz  maneələr 
qədər artırmır». 
1
 
Məhəbbət hissinin artıqlığı isə, Qərbdə çox 
vaxt  pis  əlamət  hesab  olunmuşdur.  Ailənin 
maraqları  ön  plana  çəkildiyindən  sevgi  amili 
imkan daxilində istisna olunur. L.Stonenin «1500-
1800-cü illərdə İngiltərədə ailə, seks və evlənmə» 
əsərində  yazdığı  kimi  yeni  dövrün  ilk  əsrlərində 
1
 Энциклопедия ума, стр. 209.
109

bü  ölkədə  romantik  məhəbbət  və  etirasın  nigah 
üçün  əsas  kimi  götürülməsi  ittiham  olunurdu.

Fransada  isə  sevgi  və  etiras  ancaq  məşuqə 
saxlamaq  üçün  əsas  ola  bilərdi;  ailə  qurmağın 
şərtləri  isə  daha  çox  ölçülüb-biçilmiş  planlar 
əsasında  qurulurdu.
2
  Həmin  planlar  ki,  biz  ona 
həmişə 
rişxəndlə 
yanaşmışıq.   «Əhməd 
haradadır?»  filmində  «məgər  evlənmək  də 
planladır?»,  –  sualı  hətta  bizim  çağdaş  düşüncə 
üçün də çox səciyyəvidir. Ürək hökm edən yerdə 
ağıl  nə  haqla  plan  qurur?  Burada  biz  ifrat  Qərb 
düşüncəsi  simvolizə  etmək  üçün  Əbu  Turxandan 
misal gətirdiyimiz bir şeri yada salmaq istərdik:
Çox uzun sürən hiss, həyəcanlar,
Qərinələr, illər, lap qısa anlar,
Hamısı zamanın hissələridir, 
Böyük bir planın hissələridir.
Bizdə  belə  bir  fikir  var  ki,  guya  ailənin 
planlaşdırılması  ideyası  məhəbbətin  ülviyyətinə 
qəsddir.  Qərbdə  isə,  göründüyü  kimi,  məhəbbət 
özü  az  qala  ailə  planlarına  qəsd  kimi  dəyər-
ləndirilir.  Qərdə  gənclərin  evlənməsi,  ailə  qur-
1
  L.Stone.   The   Family,   Sex   and   Marriage   in 
England, 1500-1800. N.Y. Harper & Row, 1977, p. 86.
2
  Le   Roy   Ladurie   E.   Montaillou   /   Trans.   B. 
Bray. N. Y.: George Braziller, 1978, p. 186-187.
110

ması ilə bağlı bir sıra tədqiqatlara nəzər saldıqda 
təəccüblənməmək  olmur.  Məsələn,  son  vaxtlarda 
Nobel  mükafatına  layiq  görülmüş  tədqiqatlardan 
birində  «nigah  bazarı»ndan  bəhs  edilir,  Şərq 
poeziyasında ənənəvi olan aşiq-məşuq münasibət-
ləri  bazar  iqtisadiyyatı  konteksinə  salınır. 
Amerika iqtisadçısı Q.S.Bekker «İnsan davranışı; 
iqtisadi  yanaşma»  əsərində  yazır:   «İnsan  nigah 
bazarına daxil olarkən ümid edir ki, onun nigahda 
qazancı  subaylıq  zamanındakına  nisbətən  çox 
olacaq».
1
Qərbdə  evlilik  məhəbbət  və  ya  cinsi 
münasibət  mənasında  yox,  daha  çox  dərəcədə 
birgə  mülkiyyət  və  birgə  təsərrüfat  mənasında 
başa  düşülür.  Hüquq  müstəvisində  evlənmək  və 
boşanmaq  prosedurları  da  müvafiq  olaraq 
mülkiyyətin birləşməsi və bölgüsü məsələsi kimi 
ortaya  çıxır.  Kiminlə  isə  «dostluq»  etmək, 
müntəzəm  cinsi  münasibətlərdə  olmaq  evlilik 
üçün  əsas  sayılmır.  Q.S.Bekker  yazır: «Məsələn, 
kişi  və  qadın  uşaqların  tərbiyəsində,  ev  tə-
sərrüfatında  və  digər  faydalı  məsələlərdə  ailə 
qurmağın əhəmiyyətli olduğuna əmin olana qədər 
nigaha girməyi təxirə salırlar».
2
1
  Гэри   С.Беккер.     Человеческое   поведение; 
экономический   подход.   М.,   ГУ   ВШЭ,   2003.   стр. 
396.
2
  Yenə orada. səh. 397.
111

Əlbəttə,  kapitalizm  dünyasında  bütün  mə-
sələlərdə  olduğu  kimi,  ailə  qurulmasında  da 
kapitalın  ən  önəmli  fakt  kimi  ortaya  çıxması 
təəccüblü  olmamalıdır.  Həm  də  belə  düşünmək 
ki,  qərblilər  məhəbbəti  ümumiyyətlə  nəzərə 
almırlar,   –  düzgün  olmazdı:   «Oxucular  soruşa 
bilərlər  ki,  mənim  tədqiqatlarımda  romantik 
bağlılıq  üçün  də  yer  vardırmı,  yoxsa  məhəbbət 
iqtisadi  yanaşma  çərçivəsində  öyrənilmək  üçün 
həddindən  artıq  emosional  və  irrasionaldırmı?».

Bu  konteksdə  Qeri  Bekker  müasir  Qərb 
ölkələrində  bəzi  cəmiyyətlərdən  fərqli  olaraq, 
nigah  zamanı  məhəbbətin  hər  halda  nəzərə 
alındığını  da  qeyd  edir.
2
  Bu  «bəzi  cəmiyyətlər» 
görəsən hansılardır? Nə qədər paradoksal görünsə 
də,  Bekker  yəqin  bizi,  islam  ölkələrini  nəzərdə 
tutur.   (Kor  kora  lağ  etməsə,  bağrı  çatlayar). 
Görünür,  burada  çadra  amili  əsas  rol  oynayır. 
Sifətini görmədiyin, toxunmadığın adamı sevmək 
Qərb  təfəkkürü  üçün  anlaşılmazdır.  Digər 
tərəfdən, Qərbdə belə təsəvvür  var  ki,  müsəlman 
ölkələrində qızı ərə «başlıq» müqabilində verirlər.
Doğrudan da, Qərbdə başlıq   yoxdur, lakin 
əvəzində  plan  var.  Başlıq  isə  Şərqdə  heç  də 
universal  xarakter  daşımır  və  həm  də  bəzən 
rasional  motivlərə  əsaslanır.  Məsələn,  qərblilər 
başlıq  alsaydılar,  onun  məbləği  ali  təhsilli,  çox 
1
  Yenə orada. səh. 402. 
2
  Yenə orada.  
112

görmüş,  çox  gəzmiş  qızlar  üçün  daha  böyük 
olardı.  Türkmənistanda  isə  orta  təhsilli  qız  üçün 
başlıq ali təhsillidən artıqdır. Ən yüksək məzənnə 
isə  heç  təhsil  görməmiş,  evdən-eşiyə  çıxmamış 
qızlar  üçündür.  Deməli,  əsas  məsələ  hansı 
meyarlardan  çıxış  etməkdə,  nəyə  üstünlük 
verməkdədir.  Meyar  haradasa  təcrübə,  bilik  və 
sərbəstlik,  haradasa  məsumluq,  itaətkarlıq  və 
bakirəlik dərəcəsidir.
Başlıq almayan Qərb ölkələrində qızın ailə 
büdcəsinə  nə  qədər  gəlir  gətirəcəyi  haqqında 
mülahizə  əsas  yer  tutur.  Təzahürlər  fərqli, 
mahiyyət  isə  eynidir.  Lakin  Qərblilər  öz  iqtisadi 
maraqlarını  daha  ustalıqla maskalaya bildiyindən 
sadəlövh şərqlilərə lağ etməkdən çəkinmirlər.
Qərb tərbiyə sistemində, o cümlədən, bizim 
pedaqoqların indi də istifadə etdiyi sovet pedaqoji 
sistemində  məhəbbət  hissi  yüksək  mənəvi  dəyər 
kimi  geniş  şərh  olunmamış  və  bir  çox  hallarda 
sadəcə  cinsi  ehtiyacla  və  ya  evliliklə,  ailə  ilə  bir 
səviyyədə  təqdim  olunmuşdur.  Məsələn,  L.V. 
Vorobyovun  orta  məktəblər  üçün  dərs  vəsaitinə 
daxil  edilmiş  məqaləsində  deyilir: «Məhhəbbətin 
sirri  heç  də  ülvi-səmavi  yox,  cismani-çağdaş 
mənşəyə  malikdir.  Cinsi  münasibətsiz  məhəbbət 
mümkün deyil».
1
 Yəqin ona görə də, kimsə kimi 
1
  Хрестоматия   по   этике   и   психологии 
семейной жизни: Учеб. пособие для учащихся ст. 
классов. М., Просвещение, 1987, стр. 44.
113

isə  sevib-sevməyəcəyini  bilmək  üçün  əvvəlcə 
yaxın münasibətlərdə olmalı imiş. Qərbdə bu cür 
yanaşmanın əsas səbəbi məhəbbətin cinsi həyatla 
həqiqətdə 
olduğundan 
daha 
artıq 
əlaqələndirilməsidir. 
Əlbəttə,  Qərb  fəlsəfəsində  də,  rus  ədəbi-
bədii və fəlsəfəi fikrində də məhəbbətdən yüksək 
mənəvi-estetik  hiss  kimi  bəhs  olunan  məqamlar 
az  deyil.  Zadəganlıq  dövründə  Rusiya  daha  çox 
dərəcədə  Şərq  ölkəsi  idi.  Əks  təqdirdə,  Puşkin 
poeziyası, «Yevgeni  Onegin»  kimi  şərəf  və  mə-
həbbət  dastanları  yaranmazdı.  Lakin  zaman 
keçdikcə  məhəbbət  ideyasının  tənəzzülünü  görü-
rük.  Dünya  ədəbiyyatının  şedevri  olan  «Anna 
Korenina»  artıq  geriyə  doğru  bir  addımdır.  Ona 
görə  yox  ki,  L.N.Tolstoy  bir  sənətkar  kimi 
Puşkinə nəzərən geriləmədir; ona görə ki, ictimai 
reallığın, mənəvi mühitin özündə tənəzzül vardır. 
Qərbi  Avropada  isə  bu  geriləmə  daha  əvvəl 
başlanmışdı.   «Tristan  və  İzoldası»,   «Romeo  və 
Cülyettası»  olan  xalqların  ədəbiyyatı,  görünür, 
kapitalizm  cəmiyyətinin  yaratdığı  yeni  mənəvi 
mühitin  təsirindədir  ki,  böyük  məhəbbətdən 
erotikaya  doğru  eniş  yolu  keçmişdir.  Bəli,  bunu 
reallığın  özü  tələb  edirdi.  Düzdür,  Azərbaycan 
ədəbiyyatında  məhəbbətə  münasibətdə  romantik 
ənənələr  zəifləsə  də,  hələ  davam  edir.  Amma 
təəssüf  ki,  gerçək  ictimai  reallığımız  heç  bu 
zəifləmiş  ədəbiyyatımıza  da  uyğun  gəlmir.  Bu-
114

nunla  belə,  bizcə,  bu  məqamda  ədəbiyyat 
realistik,   təsviredici olmaqdan daha çox, roman-
tik və xilaskar missiyanın daşıyıcısı olmalı, ideala 
səsləməlidir.  Halbuki,  reallığı  da  qabaqlamağa 
çalışanlar, Avropa ədəbi mühitində gedən müasir 
prosesləri  ədəbiyyatımıza  gətirməyi  az  qala 
qəhrəmanlıq hesab edənlər də var.
Şərq  məhəbbət  poeziyasında  eşqin  etalonu 
kimi təqdim olunan məcnunluq fenomeni Qərbdə 
psevdoməhəbbətin  formalarından  biri  hesab 
olunur. Maraqlıdır ki, bu mövzuda Şərq poeziyası 
kontekstində  yox,  psixi  xəstələri  müayinə 
kontekstində  söhbət  açılır.  XX  əsrin  böyük 
psixiatrı  və  filosofu  Erix  Fromm  yazır: 
«Psevdoməhəbbətin  geniş  yayılmış  və  çox  vaxt 
(bədii  filmlərdə  və  romanlarda)   «böyük  mə-
həbbət»  kimi  təqdim  olunan  forması  –  bütpərəst 
məhəbbət  əgər  insan  özünü,  öz  fərdiyyətini  dərk 
etmək  səviyyəsinə  yüksəlməyibsə,  onda  o,  öz 
sevgilisini  ilahiləşdirməyə,  onu  özü  üçün  pirə, 
qibləgaha  çevirməyə  meyllidir.  O,  öz  şəxsi 
qüvvələrindən  ayrılaraq  bu  qüvvələri  sevgilisinə 
yönəldir və ona summum bonum (lat. – ali fəzilət) 
kimi,  ümumiyyətlə,  bütün  məhəbbətin,  bütün 
işığın,  hər  cür  fərəhin  daşıyıcısı  kimi  pərəstiş 
edir».
1
 
1
  Э.   Фромм.   Искусство   любить.   //   Душа 
человека. М., 1992, стр. 161
115

Qərbdə  məhəbbət  real  cismani  həyatdan 
ayrılmır.  E.From  yazır:   «Məhəbbət  ancaq  o 
zaman  mümkündür  ki,  iki  nəfər  bir-biri  ilə 
mövcudluğun  ən  dərin  qatında  ünsiyyət  saxlayır 
və  ona  görə  də  onların  hər  biri  özünü  bu  dərin 
qatda 
yaşaya 
bilir.
 İnsan 
gerçəkliyinin, 
həyatiliyin,  məhəbbətin  əsası,  təməli  ancaq  bu-
rada,  bu  «dərin»  yaşantıda  qoyulmuşdur.  Bu  cür 
yaşanan  məhəbbət  –  müntəzəm  çağırışdır;  bu, – 
istirahət 
yox,
 hərəkət,
 inkişaf,
 birgə 
fəaliyyətdir…
1
  Qərbdə  bu  cür  yanaşma  tərzi 
ədəbiyyat və kinoda da təbliğ olunr. Lakin təəssüf 
ki, bir çox hallarda müasir Qərb dünyası daha çox 
bayağılaşmış,  heyvani  səviyyəyə  enmiş  hissləri 
önə çəkir. Reallıq örnək olmaq səlahiyyətini itirir. 
Ona  görə  də,  biz  gənclərə  öz  ideallarını 
bugünkü  reallıqdan  deyil,  klassik  milli  ədəbiy-
yatdan seçmələrini tövsiyə edərdik. Ən azı tədris 
proqramlarında ali duyğularımızın daşıyıcısı olan 
klassik  ədəbi-bədii  irsə  daha  çox  yer  verməliyik. 
Lakin  bir  şərtlə  ki,  böyük  ideallara  səsləyən 
ədəbiyyat  da  ictimaiyyət  tərəfindən  dəstəklənsin 
və  cəmiyyətdə  ədəbiyyatımıza,  milli-mənəvi 
dəyərlərimizə qayıdış istiqamətində real proseslər 
getsin. Ancaq bu yolla gələcəyə alnı açıq getmək 
olar.
Cəmiyyət  insana  öz  ürəyinin  hökmü  ilə 
yaşamaq  imkanı  verməlidir.  H.Cavidin,  C.Cab-
1
 Yenə orada, səh. 163.   
116

barlının  keçən  əsrin  əvvəllərində  qoyduğu  bu 
tələb Qərbdə hələ indi-indi gah «insanın hüquq və 
azadlıqları», gah «gender» problemləri adı altında 
gündəmə  çıxarılır  və  bizə  müasir  Qərb  dəyərləri 
kimi  təqdim  olunur.  Lakin  Qərb  bu  dəyərlərin 
milli-mənəvi  invariantlarla  uyğunlaşdırılması 
problemini  hələ  də  həll  edə  bilməmişdir.  Böyük 
ədiblərimiz isə hələ o vaxt bir addım qabağa get-
miş  və  cəmiyyətin  yaratdığı  çəpərləri  uçurmaq 
tələbi  ilə  kifayətlənməyərək  istəklərin  özünü 
yüksək  mənəvi pilləyə qaldırmaq,  qadağaları  kö-
nüllülüklə,  könlün  ucalığı  ilə  əvəz  etmək 
mövqeyindən çıxış etmişlər.
Bakirəlik  də,  mənəvi  saflıq,  təmizlik  də 
gözübağlı saxlanmaqla yox, hissləri şüurlu surət-
də idarə edəcək bir səviyyəyə yüksəliş SAyəsində 
qorunub saxlanmalıdır.  Lakin yüksəliş üzünü  aç-
maqla,
 açıq-saçıq 
olmaqla 
qarışıq 
SA-
lınmamalıdır.  Çadranın  atılması  müstəqim  mə-
nada  başa  düşülməməli,  üzlərin  yox,  gözlərin 
açılması  ön  plana  çəkilməlidir.  Biz  bir  dəfə  bu 
səhvi etmişik. Hətta, çadraya qarşı çıxmağın sim-
volunu yaratmış C.Cabbarlı da sonrakı illərdə ha-
disələrin  başqa  istiqamətdə  gedişindən  narahat 
olaraq  «Hürriyyəti-nisvan»  şerini  yazmış,   «mən 
belə azadlığa səsləmirdim», – demişdir.
Bu  gün  biz  gözəlliyin,  ülvi  hisslərin,  mə-
həbbətin tərbiyəvi funksiyasından danışarkən, ey-
ni  zamanda  əqllə  hissin  optimal  nisbətinin  də  nə 
117

dərəcədə  zəruri  olduğunu  nəzərdən  qaçırma-
malıyıq.
Hər  hansı  bir  həyat  tərzi,  hər  hansı  bir 
əqidə, hətta hər hansı bir geyim insana kənardan, 
icbari yolla qəbul etdirilməməlidir. Namus, ismət 
də kişi diktatının və ya çadranın sayəsində deyil, 
mənəvi  bütövlüyün  ayrılmaz  tərkib  hissəsi  kimi, 
daxildən gələn tələbat kimi mövcud olmalıdır. 
İnsanın bütün həyatı, əməli fəaliyyəti onun 
şəxsi  arzu  və  istəklərinə  uyğun  gəlməli,  istək  və 
əməl bir harmoniya təşkil etməlidir.
118
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə