HİKMӘT QULİYEV
HİKMӘT QULİYEV
MÜDRİK QOCA ARXETİPİNİN
SEMANTİK STRUKTURU VӘ
PARADİQMALARI
M
üdrik qoca arxetipinin
semantik
strukturu vә paradiqmalar
ı
1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
_______________________________________________
HİKMƏT QULİYEV
MÜDRİK QOCA ARXETİPİNİN
SEMANTİK STRUKTURU VƏ
PARADİQMALARI
BAKI – 2016
2
Elmi redaktor:
Muxtar KAZIMOĞLU
AMEA-nın müxbir üzvü
Rəyçilər:
Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru
Xatirə BƏŞİRLİ
filologiya üzrə elmlər doktoru
Etibar TALIBLI
filologiya üzrə fəlsəfə doktoru
Hikmət Valeh oğlu Quliyev. Müdrik Qoca arxetipinin semantik
strukturu və paradiqmaları. Bakı: “Elm və təhsil”, 2016,
–
216 səh.
Monoqrafiyada Azərbaycan folklorunda Müdrik Qoca arxetipinin
semantik strukturu və paradiqmaları müasir nəzəri-metodoloji yanaş-
malar kontekstində öyrənilmişdir. Tədqiqatda Müdrik Qoca arxetipinin
təzahür səviyyələri (mədəni qəhrəman və trikster), obraz paradiqmaları
(Dədə Qorqud, Koroğlu, Molla Nəsrəddin, Hacı dayı və s.), sosiokultu-
roloji aspektləri (seyidlik, dərvişlik, aşıqlıq, el ağsaqqallığı), emosional
özünüifadə modelləri (gülüş, axmaqlıq, səfehlik, dəlilik, səbr) müəy-
yənləşdirilmişdir.
İSBN – 9-789952-810899
folklorinstitutu.com
quliyevh@mail.ru
Q
4603000000
Qrifli nəşr
N-098-2016
© Folklor İnstitutu, 2016
© Hikmət Quliyev, 2016
3
MÜNDƏRİCAT
ÖN SÖZ .................................................................................... 5
GİRİŞ ........................................................................................ 8
BİRİNCİ FƏSİL
MÜDRİK QOCA ARXETİPİNİN
SEMANTİK STRUKTURU
Arxetip anlayışı və Müdrik Qoca arxetipi .......................... 14
Müdrik Qoca arxetipi və kosmoqoniya .............................. 29
Müdrik Qoca arxetipi: qəhrəman və trikster ....................... 57
Müdrik Qoca arxetipi: müdriklik və axmaqlıq ................... 68
İKİNCİ FƏSİL
MÜDRİK QOCA ARXETİPİNİN
MƏDƏNİ QƏHRƏMAN PARADİQMALARI
Müdrik Qoca arxetipinin Dədə Qorqud paradiqması ......... 78
Müdrik Qoca arxetipinin dərviş paradiqması ................... 108
Müdrik Qoca arxetipinin seyid paradiqması .................... 122
ÜÇÜNCÜ FƏSİL
MÜDRİK QOCA ARXETİPİNİN
TRİKSTER PARADİQMASI
Molla Nəsrəddin obrazı və Müdrik Qoca arxetipi:
problemin tarixi və konseptləşdirilməsi ............................ 137
Molla Nəsrəddin trikster kimi: müdrikliyin və
mədəni qəhrəmanın parodiyası .......................................... 157
Molla Nəsrəddin dünyanın mifopoetik
strukturunu obrazlaşdıran model kimi ............................... 171
Triksterik düşüncənin əsas formulu: “tərsinə
hərəkət” ............................................................................ 189
NƏTİCƏ ............................................................................... 195
ƏDƏBİYYAT ....................................................................... 200
Резюме .................................................................................. 212
Summary ............................................................................... 214
4
ÖN SÖZ
Gənc folklorşünas Hikmət Quliyevin oxuculara təqdim olu-
nan "Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqma-
ları" adlı monoqrafik tədqiqat əsəri Azərbaycan folklor mətnləri-
nin psixoanalitik metodla təhlili, "universal, təkrarlanan model"
kimi arxetiplərin milli mətn korpusu üzrə araşdırılması və konkret
olaraq Müdrik Qoca arxetipinin folklor təzahürlərinin müəyyən-
ləşdirilməsi baxımından folklorşünaslığımız üçün mühüm əhə-
miyyət kəsb edir.
Məlumdur ki, XX əsrdə insanın yaradıcılıq və özünüifadə
potensialının, onun daxili imkan və emosiyalarının, şüur və şüur-
altı səviyyələrinin öyrənilməsi sahəsində analitik psixologiya fun-
damental kəşflərə nail olmuşdur. Karl Qustav Yunq tərəfindən
əsası qoyulan arxetiplər nəzəriyyəsi isə insan psixologiyasının
müxtəlif qatlarına nəzər salmağa imkan verməklə yanaşı, ayrı-ay-
rı mədəniyyətlərdə təkrarlanan universal faktların araşdırılmasına
da şərait yaratmışdır. Psixologiya elmindən qaynaqlanan bu nəzə-
riyyə filologiya, mədəniyyətşünaslıq və digər humanitar sahələr-
də çoxsaylı sanballı əsərlərin meydana gəlməsinə rəvac vermiş-
dir. Bu mənada müasir dövrdə fənlərarası araşdırma və tədqiqat-
ların prioritet təşkil etdiyi, multidissiplinar yanaşmaların mühüm
elmi nəticələrin əldə olunmasına şərait yaratdığı bir zamanda psi-
xoanalitik metodla folklora yanaşma təhlil üçün yeni imkanlar ya-
radır.
H.Quliyevin bu əsəri təkcə Karl Qustav Yunq tərəfindən mü-
əyyənləşdirilmiş elmi baza əsasında yazılmamış, tədqiqat zamanı
arxetiplər nəzəriyyəsinin Jozef Kempbel, Erik Noymann kimi
nümayəndələrinin, həmçinin Miriçe Eliade, Karl Kerenyi, Alan
Dandes, Vladimir Toporov kimi sanballı müəlliflərin elmi müla-
5
hizələrindən də əsaslı şəkildə istifadə edilmişdir. Təqdirəlayiq
haldır ki, müəllif əsaslandığı, istinad etdiyi bu və ya digər mənbə-
lərin heç birinə mexaniki şəkildə yanaşmamış, hər bir nəzəri gö-
rüşü milli mətn təhlillərindən çıxan özünəməxsus fikir və mülahi-
zələrlə zənginləşdirmişdir.
Müəllifin dünya folklorşünaslığının müasir nəzəri qənaətləri
əsasında irəli sürdüyü yanaşmanın elmi yeniliyi ondadır ki, bura-
da çoxprofilli elmi işlənmə arenasına malik “arxetip"in təyini
kimi götürülən Müdrik Qocadan ənənəvi folklorşünaslıqda obraz
semantikasında təqdim olunan mahiyyətdə deyil, psixoanalitika-
nın fundamental-kateqorial anlayışlarından olan və folklor mətn-
lərində müdrik qoca obrazlarının yaranmasında həlledici rola ma-
lik emosional enerji kimi bəhs edilmişdir. Beləliklə, tədqiqatda
Azərbaycan folklor mətnlərində rast gəlinən yaşlı, müdrik, ağsaq-
qal obrazları, eləcə də bu semantikanı özündə ifadə edən müxtəlif
obraz və situasiyalar Müdrik Qoca arxetipinin təzahürləri kimi
təhlil olunmuşdur.
Monoqrafiyanın strukturu, problem istiqamətləri və onlara
yanaşma aspektləri xüsusilə maraqlıdır. Kitabda problemlər adın-
dan da göründüyü kimi Müdrik Qoca arxetipinin semantik struk-
turu və paradiqmaları üzrə öyrənilmişdir. Müəllif tədqiqatını xal-
qın kollektiv yaddaşını özündə ehtiva edən mifoloji mətnlər, ata-
lar sözləri və deyimlər, əfsanə, rəvayət, lətifə, memuar, nağıl,
dastan, epos və sairə üzərində aparmaqla Müdrik Qoca arxetipi-
nin təzahür səviyyələrini, obraz paradiqmalarını, sosiokulturoloji
aspektlərini, eləcə də emosional özünüifadə modellərini geniş
araşdırmışdır. Problemə bu aspektlərdən yanaşma Müdrik Qoca
arxetipinin hərtərəfli təhlili və öyrənilməsi üçün geniş imkan ya-
ratmışdır.
Monoqrafiyada ilk öncə Müdrik Qoca arxetipinin semantik
strukturu diqqət mərkəzinə gətirilmiş, arxetip anlayışı və Müdrik
Qoca arxetipinin ümumnəzəri aspektləri təhlil edilmişdir. Burada,
bütövlükdə monoqrafiyada araşdırılması qarşıya qoyulan prob-
lemlərin müxtəlif istiqamətləri, o cümlədən Müdrik Qoca arxetipi
və kosmoqoniya, qəhrəman və trikster, müdriklik və axmaqlıq
6
mövzuları təhlil olunmuş, elmi-nəzəri tezislər konkret faktlar əsa-
sında irəli sürülmüşdür.
Kitabda Müdrik Qoca arxetipinin paradiqmatik strukturu
əsasən iki istiqamət üzrə tədqiq olunmuşdur. Müəllifin yanaşma-
sına görə, Müdrik Qoca arxetipi mədəniyyətdə, konkret desək,
folklor yaradıcılığında həm mədəni qəhrəman, həm də trikster pa-
radiqmaları şəklində təzahür edir. Əsərdə müdriklik anlayışı yal-
nız müsbət təmayüllü fəaliyyətlər çərçivəsində deyil, eyni zaman-
da neqativ məzmunlu davranışlar istiqamətində də öyrənilmişdir.
Buna əsasən Müdrik Qoca arxetipinin mədəni qəhrəman paradiq-
maları olan Dədə Qorqud, dərviş və seyid obrazları tədqiqata cəlb
olunmuşdur. Müəllif Dədə Qorqud obrazının mahiyyətindəki
müdriklik, ağsaqqallıq semantikasını və mediator, ritual rəhbəri
funksiyalarını faktlar əsasında müəyyənləşdirmişdir. Eləcə də
Müdrik Qoca arxetipinin mədəni qəhrəman paradiqması kimi dər-
viş obrazının funksiyaları və mətnlərdə aktuallaşma situasiyaları
K.Q.Yunqun "psixoavtomatizm" modeli əsasında diqqət mərkəzi-
nə çəkilmişdir.
Kitabda təhlil olunan problemlərdən biri də Müdrik Qoca ar-
xetipinin sosiokulturoloji təzahür səviyyəsini özündə ehtiva edən
seyidliklə bağlıdır. Əvvəla onu deyək ki, burada seyidlik məsələ-
sinə ilk dəfə olaraq Müdrik Qoca arxetipi kontekstində baxılmış,
seyidlərlə bağlı xalq arasında mövcud olan mətnlər əsasında ma-
raqlı və yeni fikirlər irəli sürülmüşdür. Bu yanaşma ilə seyidliyin
islami konteksti arxasında dayanan müdriklik və ağsaqqallıq se-
mantikası konkret mətn təhlilləri əsasında müəyyənləşdirilmişdir.
Kitabın ən mühüm cəhətlərindən biri də Müdrik Qoca arxeti-
pinə trikster paradiqması üzrə nəzər yetirilməsidir. Belə ki, müəl-
lif türk dünyasının ortaq mədəni dəyəri səviyyəsinə yüksələn
Molla Nəsrəddin obrazına Müdrik Qoca arxetipinin trikster para-
diqması kimi yanaşır. Təqdirəlayiq haldır ki, tədqiqatçı Molla
Nəsrəddin lətifələrinə psixoanalitik metodun gözü ilə baxmaqla
obrazın təbiətindəki müdriklik və axmaqlıq, qəhrəmanlıq və triks-
terlik keyfiyyətlərini müəyyənləşdirmişdir. Problemi bu cür təhlil
edən tədqiqatçı Molla Nəsrəddin obrazının simasında mədəni
7
qəhrəmanı parodiya etmə xüsusiyyətlərini, qəhrəman və trikster
oppozisiyalar silsiləsini aydın şəkildə müəyyənləşdirməyə nail ol-
muşdur. Eyni zamanda burada Müdrik Qoca arxetipinin trikster
paradiqması kimi Molla Nəsrəddin obrazı konkret olaraq “Molla
Nəsrəddin obrazı və Müdrik Qoca arxetipi: problemin tarixi və
konseptləşdirilməsi”, “Molla Nəsrəddin trikster kimi: müdrikliyin
və mədəni qəhrəmanın parodiyası”, “Molla Nəsrəddin dünyanın
mifopoetik strukturunu obrazlaşdıran model kimi”, “Triksterik
düşüncənin əsas formulu: tərsinə hərəkət” mövzuları üzrə geniş
şəkildə incələnmiş və müdrikliyin mədəni qəhrəman və trikster-
lərin fəaliyyətində aktuallaşan davranış olduğu qənaətinə gəlin-
mişdir.
Beləliklə, gənc tədqiqatçı H.Quliyevin "Müdrik Qoca arxeti-
pinin semantik strukturu və paradiqmaları" adlı tədqiqat əsəri
Azərbaycan folklor mətnlərində psixoanalitik metodun tətbiqi,
mədəniyyətdə müdriklik konsepsiyasının müəyyənləşdirilməsi,
həmçinin mədəni qəhrəman və trikster münasibətləri kontekstində
həmin konsepsiyanın spesifik cəhətlərinin aydınlaşdırılması baxı-
mından folklorşünaslığımız üçün əhəmiyyət kəsb edir.
Muxtar Kazımoğlu
AMEA-nın müxbir üzvü
8
GİRİŞ
Folklorşünaslıq sahəsində aparılan müasir tədqiqatların ən
aparıcı istiqamətlərindən birini arxetiplər nəzəriyyəsinin tətbiqi
təşkil edir. Bu nəzəriyyədə insan yalnız xarici dünyanın təsiri ilə
formalaşan varlıq kimi deyil, daxili imkan və psixoreallığı ilə
özünüifadə edən fenomen kimi dəyərləndirilir. Karl Qustav Yunq
tərəfindən əsası qoyulan bu istiqamət insanın hissi-emosional ger-
çəkliyinin metaforik-simvolik dillə izah olunmasında xüsusi bir
yanaşma idi. Belə ki, K.Q.Yunqun baxışına görə, insanın özünü-
realizəsinin əsasında bioloji imkanları ilə birlikdə doğulan növda-
xili psixoloji imkanları dayanır. Başqa sözlə, insanın özünüifadə
simvollarının əsasında onunla bərabər doğulan ilkin obrazlar mü-
hüm yer tutur ki, bu da yaradıcılığın bütün məqamlarında aparıcı
mövqeyə malik olur. Beləliklə, harada yaşamasından asılı olma-
yaraq insanın dünya duyumu və psixoloji imkanları bir-birinə ox-
şar obrazlar vasitəsi ilə təcəssüm olunur və K.Q.Yunq bunları ar-
xetiplərin təzahürü hesab edirdi.
Müasir dünya folklorşünaslığına nəzər yetirəndə aydın olur
ki, folklorun simvol dilinin, semantikasının izahında arxetiplər
metodunun tətbiqi ən aparıcı yeri tutur. Azərbaycan folklorşünas-
lığında arxetip metodun tətbiqi geniş təzahür imkanlarına malik
obrazların aid olduğu semantik yuvanın, obrazların funksionallaş-
ma situasiyalarının psixoloji ehtiyacla əlaqəsi, eləcə də mif və
folklor mətnlərində müşahidə olunan oxşarlıqların daha konseptu-
al şəkildə izahına imkan verə bilər. Bundan savayı, bu nəzəriy-
yənin tətbiqi ilə zamandan və xarici təsirlərdən asılı olmayaraq
yaşayan mifoloji obrazların həyat gücünün fundamental şərhinə
nail olmaq mümkündür. Bəlli olduğu kimi, mifoloji gerçəklikdə
dünyanı dərk etmənin əsas vasitəsi olan hissi-emosional, simvolik
9
duyum dərin elmi bilik və texnoloji vasitələrə yiyələnmiş insanın
yaddaşından silinib getməmiş, öz təsirini bu və ya digər şəkildə
saxlamaqdadır. Azərbaycan folkloruna arxetiplər metodunun tət-
biqi həm də müasir insanın içərisində yaşayan arxetip obraz və
modellərin elmi izahına geniş imkanlar aça bilər.
K.Q.Yunqun müəyyənləşdirdiyi arxetiplər içərisində insanla-
rın qorunmaq, dünya haqqında sınaqdan keçmiş biliklərə yiyələn-
mək emosiyasının təzahürü olan Müdrik Qoca arxetipi kritik si-
tuasiyalarda çıxış yolunu göstərən, cəmiyyətin müşküllərini həll
edən, cəmiyyətin və fərdin mövcudluğunun norma və prinsipləri-
ni müəyyən edən, keçmiş, indi və gələcəyə dair bilikləri və onlar
əsasında qərar verməni təmin edən, yuxular vasitəsi ilə fərdləri
kosmik nizamla əlaqələndirən obrazlar timsalında özünü aktual-
laşdırır. Azərbaycan folklorunda Müdrik Qoca arxetipinin araşdı-
rılması bu kontekstdə aktuallaşan mədəni qəhrəman və trikster
münasibətlərinin, çoxsaylı obraz paradiqmalarının daha dərindən
öyrənilməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Tədqiqatın obyektini xalqın kollektiv yaddaşını özündə ehti-
va edən mifoloji mətnlər, atalar sözləri və deyimlər, əfsanə, rəva-
yət, lətifə, memuar, nağıl, dastan, epos və s. təşkil edir.
Tədqiqat işinin predmeti isə Müdrik Qoca arxetipinin təza-
hür səviyyələri (mədəni qəhrəman və trikster), obraz paradiqma-
ları (Dədə Qorqud, Koroğlu, Molla Nəsrəddin, Hacı dayı və s.),
sosiokulturoloji aspektləri (seyidlik, dərvişlik, aşıqlıq, el ağsaq-
qallığı), emosional özünüifadə modelləri (gülüş, axmaqlıq, səfeh-
lik, dəlilik, səbr) təşkil edir.
Müdrik Qoca arxetipinin obraz paradiqmaları mədəniyyətin
ən müxtəlif səviyyələrinə yayılmaqla yanaşı, özünəməxsus aktu-
allaşma situasiyalarına malikdir. İlk baxışdan bir-birindən tama-
milə fərqli olan obrazlar arxetip yanaşma kontekstində bütövün
ayrı-ayrı hissələri xarakterini daşıyır. Bu baxımdan tədqiqatın
məqsədini müxtəlif obrazlar timsalında özünü büruzə verən müd-
riklik semantikasının obrazlaşma spesifikasının araşdırılması təş-
kil edir. Odur ki, hissə və bütövün müxtəlif səviyyələrdə biri-biri-
10
nə münasibəti modelində dərk olunan arxetip emosiyanın təzahü-
rünün öyrənilməsi üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
Arxetip anlayışı və Müdrik Qoca arxetipinin öyrənilməsi təc-
rübəsini, ona verilən izah və yanaşmaları sistemləşdirərək konkret
folklor mətnlərinə tətbiq etmək.
Tədqiqat zamanı müasir nəzəri-metodoloji yanaşmalardan
səmərəli şəkildə istifadə etmək.
Azərbaycan folklorunda Müdrik Qoca arxetipinə daxil olan
müxtəlif obrazların geniş şəkildə araşdırılmasına baxmayaraq, hə-
min obrazlara Müdrik Qoca arxetipi kontekstində yanaşma təcrü-
bəsi olmamışdır. Tədqiqatda problemin müxtəlif aspektlərinə aid
olan mövcud araşdırmaların elmi nəticələrindən nəzəri baza kimi
geniş istifadə olunmuşdur. Xüsusilə, Müdrik Qoca arxetipinin ob-
raz paradiqmaları olan Dədə Qorqud, Xızır, Koroğlu, Molla Nəs-
rəddin, seyid, dərviş, aşıq və s. ilə bağlı tədqiqat aparan M.H.Təh-
masib, M.Seyidov, T.Fərzəliyev, T.Hacıyev, A.Nəbiyev, N.Cəfə-
rov, K.Vəliyev, C.Bəydili, F.Bayat, M.Kazımoğlu, H.İsmayılov,
R.Qafarlı, S.Rzasoy, R.Əliyev, A.Acalov, A.Hacılı, R.Kamal,
İ.Vəliyev, A.Xəlil, A.Əmrahoğlu, M.Məmmədov, E.Abbasov,
Ş.Albalıyev, N.Qurbanov, R.Allahverdiyev, A.İslamzadə və digər
tədqiqatçıların təcrübəsindən səmərəli şəkildə bəhrələnilmişdir.
Lakin bu araşdırmaların tədqiqat predmetindən asılı olaraq prob-
lemin müxtəlif aspektləri öyrənilsə də, Müdrik Qoca arxetipinin
monoqrafik tədqiqat səviyyəsində, müasir elmi qənaət və nəticələr
kontekstində öyrənilməsi zərurəti mövcuddur. Tədqiqat işi bu sa-
hədəki boşluğu aradan qaldırmaq və məsələyə arxetiplər nəzəriy-
yəsi kontekstində yanaşmaq zərurətindən ortaya çıxmışdır.
Azərbaycan folklorunda Müdrik Qoca arxetipinin araşdırıl-
ması zamanı müasir Avropa və Amerika folklorşünaslığının nəzə-
ri-metodoloji təcrübəsindən istifadə olunmuş və folklor mətnləri-
nin yeni baxış bucağından təhlili həyata keçirilmişdir.
Kitabın I fəslində Müdrik Qoca arxetipinin semantik struktu-
ru araşdırılmış və bura daxil olan obrazlar sisteminin izahı üçün
zəruri anlayışlara aydınlıq gətirilmişdir. Müdrik Qoca arxetipinin
mədəni qəhrəman paradiqmalarının öyrənilməsi isə Dədə Qor-
11
qud, dərviş və seyid paradiqmaları üzrə aparılmış tədqiqatlar üzə-
rində qurulmuşdur. Azərbaycan və bütövlükdə türk dünyası üçün
xarakterik olan Molla Nəsrəddin obrazının tədqiqi ilə Müdrik Qo-
ca arxetipinin trikster keyfiyyətləri üzə çıxarılmışdır. Bütövlükdə,
bu istiqamətlər üzrə aparılmış araşdırmalar nəticəsində aşağıdakı
elmi yeniliklər irəli sürülmüşdür:
a.
Müdrik Qoca arxetipi mədəni mühitdə kişi başlanğıcını
təcəssüm etdirən məkanların (dağ, qaya, ağac və s.) transformativ
paradiqmaları kimi də təzahür edir.
b.
Müdrik Qoca arxetipi ağsaqqallıq, müdriklik, seyidlik tim-
salında sosial münasibətlərdə müəyyənləşdirici, yönləndirici və
nəzarətedici keyfiyyətə malikdir. Müdrik Qoca arxetipindən qay-
naqlanan və kişi başlanğıcını ifadə edən bu obrazlar cəmiyyətdə
müdriklik kultunun yaradıcısına çevrilmişdir;
c.
Müdrik Qoca arxetipinin obraz paradiqmaları kosmoener-
getik nöqtələrdə dayanmaqla informasiya yaddaşı rolunu oynayır.
Mədəniyyətdə informasiya yaddaşı funksiyasını həyata keçirən
müdrik qoca obrazları həmin informasiyanı qorumaq, ötürmək,
əldə etmək, nəticə çıxarmaq bütövlükdə onunla davranmaq üsul-
larını özündə ehtiva edir.
d.
Ənənədə müdriklik//ağsaqqallıq//dərvişlik//seyidlik keçid
situasiyalarında (inisiasiya prosesində) aktuallaşan müvəqqəti sta-
tus kimi də özünü göstərir. Başqa sözlə, müdriklik semantik para-
diqmasına daxil olan obrazlar özündə müəyyən informativ qabi-
liyyət və keyfiyyətləri birləşdirən maskalardır ki, bu sferaya daxil
olan obraz yeni informasiya mühitinə qoşulur (Şah Abbasın na-
ğıllarda “təğyiri-libas” olaraq qeyri-adi situasiyalarla qarşılaşma-
sı, hər hansısa bir nağıl qəhrəmanının digər bir mühitdən informa-
siya almaq üçün dərviş donuna girməsi və s.);
e.
Atalar sözləri timsalında Müdrik Qoca arxetipinin norma
müəyyənləşdirici, nizamlayıcı və nəzarət edici keyfiyyəti təzahür
edir. Atalar sözlərinin arxasında dayanan subyekt məhz kollektiv
şüurun məhsulu olan müdrik ata//baba//dədə obrazıdır;
f.
Müdrik Qoca arxetipinin ciddi planı ağsaqqal kultu timsa-
lında özünü göstərsə də, anormal və dağıdıcı davranışlara malik
12
obrazlar timsalında onun triksterik keyfiyyəti ortaya çıxır (müd-
rikliyin və qəhrəmanlığın parodiyası nümunəsində);
g.
Mədəniyyətdə qəhrəmanlıqla yanaşı, müdriklik də keçmiş
zamanın idealizə olunma modellərindən biri kimi özünü göstərir.
Güclü qəhrəmanlarla bərabər, sözü keçən ağsaqqallar da daha çox
keçmiş zamanlarla əlaqələndirilirlər. Bu isə bütövlükdə Müdrik
Qoca arxetipinə daxil olan obrazların “keçmiş zaman”, “ol za-
man”la assosiativ əlaqəsinin olmasından irəli gəlir.
h.
Molla Nəsrəddin obrazının bütün səviyyələrdə təhlili gös-
tərir ki, Müdrik Qoca arxetipinin trikster paradiqması kimi o gü-
lüş kontekstində dünyaya başqa bir nöqtədən baxmaq təcrübəsini,
davranış imkanlarını, düşüncə məntiqini təcəssüm etdirir. Bu ob-
raz timsalında mədəni qəhrəman və triksterlik vahid bir mərkəzdə
cəmlənir. Başqa sözlə, onun dünyasında xaos və kosmos eyni an-
da təzahür edə bilir. Məhz bununla əlaqədardır ki, Molla Nəsrəd-
din ənənəni, özünü, bütövlükdə kosmik məntiqi inkar edir, ona
qarşı xaosun davranış normalarını parodik və imitativ planda təq-
dim edir.
Araşdırmanın nəzəri-metodoloji əsaslarına gəldikdə qarşı-
ya qoyulan problemin öyrənilməsi zamanı muxtəlif nəzəri – me-
todoloji yanaşma təcrübələrindən istifadə olunmuşdur. Problemə
arxetiplər nəzəriyyəsi kontekstində yanaşılmışdır. Lakin tədqiqat
prosesində psixoanalitik metoddan, struktur-semiotik yanaşmanın
nəzəri-metodoloji bazasından, bəzən isə müqayisəli-tarixi meto-
dun təcrübəsindən məqsədyönlü şəkildə istifadə olunmuşdur. Bu
isə öz növbəsində tədqiqatda qarşıya qoyulan məqsəd və vəzi-
fələrin həyata keçirilməsinə, yeni qənaət və nəticələrin üzə çıxa-
rılmasına şərait yaratmışdır.
Kitabın nəzəri əhəmiyyəti Müdrik Qoca arxetipinin mədə-
niyyətdə geniş yayılmış paradiqmalarının arxetiplər nəzəriyyəsi
kontekstində öyrənilməsi ilə müəyyənləşir. Müdrik Qoca arxe-
tipinin mədəniyyət, cəmiyyət, təbiət münasibətləri kontekstində
öyrənilməsi bu obrazların mifoloji layının daha sistemli və fun-
damental şəkildə araşdırılmasına şərait yarada bilər. Mədəniyyət-
də müdriklik semantikasının sistemli şəkildə öyrənilməsini nəzər-
13
də tutan araşdırmalar üçün bu tədqiqat nəzəri-metodoloji baza
kimi öz töhfəsini verə bilər.
Kitabın praktik əhəmiyyəti isə problemin müxtəlif tərəfləri
ilə bağlı tədris olunan fənn və kurslarda istifadəsi imkanları ilə
müəyyənləşir. Belə ki, monoqrafiyadan ali məktəblərdə tədris
olunan “Mifologiya”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Mə-
dəniyyətşünaslıq”, “Psixologiya” kurslarının tədrisi zamanı, həm-
çinin mədəniyyətdə müdriklik semantikasının öyrənilməsinə həsr
olunmuş tədqiqatlarda elmi mənbə kimi istifadə oluna bilər.
Dostları ilə paylaş: |