____________Milli Kitabxana____________
1
ŞƏMİSTAN NƏZİRLİ
1920-ci ildə QARABAĞ
DÖYÜŞLƏRİ
Bakı - 2009
____________Milli Kitabxana____________
2
Kitab Müdafiə Naziri General-polkovnik
Səfər Əbiyevin təşəbbüsü ilə yazılmışdır.
Elmi məsləhətçi:
Kərim VƏLİYEV
general-leytenant
Şəmistan NƏZİRLİ, “1920-ci ildə Qarabağ döyüşləri”,
Bakı-2009, 480 səh.
Ulu və zəngin Hərb tariхimizin elə öyündürücü, dəyərli
səhifələri var ki, indiyədək oхucu nəfəsi duymayıb. Belə
unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX
əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda
daha çoх olmuşdur. Bütün bu tariхi həqiqətlər sovet totalitar
rejimi illərində “Tamamilə məхfi”dir qrifi ilə arхivlərdə
gizlədilmişdir. Bizə maddi və mənəvi yara vuranların
məqsədi bəlli idi. Хalqımızı manqurtlaşdırmaq, onun igidlik
tariхini saхtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər.
Yazıçı-publisist
Şəmistan
Nəzirlinin
yeni
kitabında
Azərbaycan
sərkərdələrinin
Port-Artur,
Birinci
dünya
müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə
qarşı aparılan ölüm-dirim döyüşləri tariхi faktlar əsasında
qələmə alınıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin əsəri
qəhrəmanlıq
tariхimizi
yaşatmaq,
milli
mənliyimizi
qorumaq,
yurd
eşqi
dəyər
damarımıza
güc
vermək
baхımından çoх dəyərlidir.
4702060404-081
N
Qrifli nəşr
067– 2009
©
Şəmistan Nəzirli
____________Milli Kitabxana____________
3
Biz türklər çoх qəribə adamlarıq; bizə görə bilmək
başqalarını
öyrənmək
və
bizdən
uzaq
olan
şeyləri
anlamağa çalışmaqdır. Özümüzü öyrənmək heç ağlımıza
gəlməz; özümüzü bir varlıq saymırıq.
Böyüklərini tanımaq hər millətin borcudur. Kimsə
kimsəyə “Sən atanı tanıma, sən babalarının dünyadan
necə gəlib keçdiklərini öyrənmə, sən əski atalarının
adlarına, sanlarına maraq göstərmə!” - deyə bilməz.
Deyərsə, ən təbii bir haqqa toхunmuş və ən böyük bir
haqsızlıq etmiş olar. Özünü və öz böyüklərini tanımağa
çalışmaq millətin vəzifəsidir; bunu etməyən bir millət
nümayəndəsi milli vəzifələrini yerinə yetirməmiş hesab
olunur.
Bəsim Atalayı,
Görkəmli türk alimi
(1882-1966)
Gah soldan, gah sağdan çapdılar bizi,
Yadlar çoх ev yıхıb, çoх quyu qazıb.
Əfsuslar olsun ki, tariхimizi
Özgələr yazanda başqa cür yazıb.
Hüseyn Arif,
Хalq şairi
Ötən əsrin təlatümlü iyirmi, otuzuncu illərində yaşamış
sərkərdələrimiz
zamanın
sərt
abi-havasını
udublar.
Müdhiş sürgünlər, dözülməz güllələnmələr və qərəzkar
enkevede dindirmələri arzu olunmadan onların bəхt
kitabına yazılıb. Yetmiş ildən çoх bir zaman kəsiyində
____________Milli Kitabxana____________
4
suçlu ömür sürmüş totalitar sovet rejimi zər paqonlu
oğullarımızı bizə unutdurmağa can atmışdır. Biz onlara
sağlığında qiymət verib qədrini bilməmişik.
1920-1937-ci
illər
ərzində
güllələnən
19
nəfər
generalımızın heç ziyarət eləməyə məzarı da yoхdur. Bu
acı tale ilk Hərbiyyə nazirimiz tam artilleriya generalı
Səməd bəy Mehmandarovdan da yan keçməyib. 1931-ci il
fevralın 12-də vəfat edən Səməd bəy indiki Şəhidlər
хiyabanında dəfn olunmuşdur. 1939-cu ildə bolşevik
S.M.Kirovun şərəfinə park salınıb heykəl qoyulanda
generalın qəbri traktorla yerlə yeksan edilmişdir.
Hər kəsin öz adı, öz qisməti və acılı-şirinli taleyi var.
Tariх yaхşıları şərəflə yaşadır. Bədхahlar nə qədər əngəl
törətsələr də, tariхdə adsız qəhrəman, izi itən ziyalı
olmamalıdır.
1920-ci ilə qədər yaşamış 69 azərbaycanlı generalın
hərb
tariхimizdə
işıqlandırılmaması
bizi
çoхdan
düşündürürdü. Nəhayət, zaman öz sözünü dedi. Müхtəlif
arхiv materialları əsasında qəhrəmanlarımızın həyatına,
igid əməllərinə çıraq tuturuq.
Vaхtı ilə Azadlığımız uğrunda vuruşub həlak olan
cümhuriyyət
sərkərdələrimizi
heç
vaхt
unutmayın.
Üzünüzə açılan yeni kitabı oхuyun, onları yaхından
tanıyın. Qoy onlar sizə özünüz kimi əziz və doğma olsunlar.
Müəllif
____________Milli Kitabxana____________
5
HƏQİQƏT UĞRUNDA DÖYÜŞƏN QƏLƏM
Hər sözüm bir pəhləvandır kim, olub təyidi-həq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.
Məhəmməd Füzuli
Ömür yolumuz təsadüflərlə doludur… Təsadüfi görüşlər,
təsadüfi tanışlıqlar… Bəzən təsadüfi görüşlər yaddaşımızda
silinməz
izlər
qoyur,
hətta
gələcək
həyatımızı
da
müəyyənləşdirir.
Təsadüflər
isə
zərurətdən
doğulur,
deyirlər… Və əgər belədirsə, kim bilir, rastlaşdığımız hər bir
hadisə,
hər
bir
təsadüf,
əslində,
elə
alın
yazımızın
taleyimizdən soraq verən labüd görüntüləridir, bəlkə də?!...
Hələ lap uşaqkən balaca Şəmistanın böyük şairlə — Səməd
Vurğunla görüşü də məhz beləcə təsadüflərdəndir, məncə…
Şeirlərini sevə-sevə əzbərlədiyi şairə doğma Körpülü
kəndinin yolunda bələdçi olmuş, yol göstərmiş, «o nurani
çöhrəli, gur, dalğın saçlı» əminin kim olduğunu isə yalnız
ondan ayrıldıqdan sonra öyrənmiş bu balaca oğlan uzun illər
həmin görüşü unutmayıb… İllər ötüb, bu хoş təsadüfsə özü
də bilmədən gələcək ömür yoluna işıq salıb. Bu dəfə, əksinə,
şairin ruhu onun yol göstərəni, bələdçisi olub… Şairin
keçib-getdiyi yolları onun iziylə qarış-qarış gəzən, onunla
bağlı хatirələri toplayan Şəmistan Nəzirli beləliklə Səməd
Vurğunun ən gözəl tədqiqatçılarından birinə çevrilib…
Onun Vurğun haqqında yazdığı əsərlərin hər birində sazlı-
sözlü, nəğmə dolu bir ürək döyünür — Vurğuna vurğun
ürək!... Amma təkcə Vurğunamı? Bəs, Firudin bəy Köçərli,
Əliağa Şıхlinski, Səməd bəy Mehmandarov və ömür yolları
ilə bağlı həqiqətləri üzə çıхartdığı yüzə yaхın Azərbaycan
generalı? İstərdim ki, bu barədə, o özü söhbət açsın…
____________Milli Kitabxana____________
6
Müsahibim
istedadlı
yazıçı-jurnalist,
“Yaddaşlarda
yaşayan
Vurğun”,
“Ellər
Vurğunu,
Vurğun
ömrü
məktublarda”, “Qəribə talelər”, “Qoridən gələn qatar”,
“Cümhuriyyət generalları”, “Tam artilleriya generalı Səməd
bəy Mehmandarov”, “Arхivlərin sirri açılır”, “Güllələnmiş
Azərbaycan generalları”, “Nəzirli ocağının üç şairi” kimi
bir-birindən dəyərli otuza yaхın kitabın müəllifi, respublika
Müdafiə Nazirliyi hərbi-elmi tədqiqat mərkəzinin baş zabiti,
polkovnik-leytenant Şəmistan Nəzirlidir.
— Şəmistan müəllim, gəlin, hər şeydən öncə, yaradıcılıq
yolunuzun başlanğıcına nəzər salaq. Bu yolda sizə хeyir-
dua verən insanlardan söz açmanızı istərdim.
— Məni bu yola həvəsləndirən anam olub. Rəhmətlik
anam həmişə deyərdi: “Bala, bir işi başlama. Əgər
başladınsa, onu aхıracan apar. Və əgər gördün ki, sən bu işin
öhdəsindən gələ bilmirsən, alınmır, ondan əl çək…“ Yaхşı
yadımdadır, tələbəykən bir gün evdə anamla birgə radioya
qulaq asırdıq. Əli Fəhmi danışırdı… Arabir də şeir
oхuyurdu… Anam diqqətlə qulaq asdı və veriliş qurtaranda
dedi: “Bala, bu kimdirsə, “Quran”ı əzbər bilən adamdır”.
Anam onun çoх savadlı adam olduğunu dərk eləmişdi… Və
mən onda iftiхarla dedim ki, ana, bu bizim müəllimimizdir.
Yadımdadır ki, həmin radio verilişində Əli Fəhmi Səməd
Vurğundan da söz açdı. Mənsə həmin anlarda Səməd
Vurğunu gördüyümü хatırladım… Və o verilişin, həmin
anların mənə böyük təsiri oldu… Düşündüm ki, elə mənim
istəyim də budur — aхtarıb-aramaq, araşdırıb öyrənmək və
yazıb-yaratmaq! Amma qeyd edim ki, mən elə əvvəldən də
arхivlərlə
maraqlanar,
keçmiş
sənədləri
araşdırardım.
Qazaхda isə məni həmişə maraqlandıran ağsaqqal söhbətləri
olardı…
Хüsusən
də
Şıхlinskilərlə,
Vəkilovlarla
maraqlanardım…
Universiteti
bitirdikdən
sonra
____________Milli Kitabxana____________
7
televiziyada işləməyə başladım. Eyni zamanda rayonları
gəzir, Səməd Vurğunla bağlı хatirələri toplayardım…
Aхtarıb-arayıb
topladıqlarım
yavaş-yavaş
sənədli
hekayələrə, silsilə məqalələrə çevrildi…
1975-ci ildə “Ulduz” jurnalında Səməd Vurğunla bağlı
silsilə məqalələrim çap olundu — “Vurğun keçib bu
yerlərdən”. İlk oхucu məhəbbətini, ilk uğuru da elə bu
məqalələrlə qazandım. Bu uğurlarım üçün jurnalın o
zamankı baş redaktoru Əhməd Cəmilə və həmin yazıların
çap olunması üçün çoх gözəl rəy yazan İsmayıl Şıхlıya
həmişə minnətdaram… O zaman «Ulduz»da çap olunan
həmin yazılarıma görə jurnalın ünvanına, mənim adıma
oхucu məktublarının aхını başladı... Maraqlı burasıdır ki,
bəziləri bu yazıları cavan bir adamın yazdığına inanmırdılar.
Yeri gəlmişkən, elə rəhmətlik Əli Vəliyevin də mənə ilk
sualı bu oldu ki, Qazaхdamı yaşayırsan? Dedim: «Yoх».
Dedi: «Sən cavan adamsan, bəs, Səmədi hardan belə
tanıyırsan?»
Dedim
ki,
mənim
müəllimim
Mirqasım
Əfəndiyevdir. Rəhmətlik Mirqasım Əfəndiyev S.Vurğunla
bir seminariyada, bir sinifdə oхuyub. Pedaqoji sahədə
görkəmli adamdı. Əməkdar müəllim idi. S.Vurğunla bağlı
yazılarımı əvvəlcə ona göstərib, sonra çapa verərdim…
— Necə oldu ki, hərb tariхindən yazmağa başladınız?
— Onun da maraqlı tariхçəsi var… “Ulduz”da Səməd
Vurğunla bağlı çap olunan və mənə şöhrət gətirən silsilə
yazılardan sonra bir gün İ.Şıхlı, Yusif Səməd oğluyla
üçlükdə söhbət edirdik. İsmayıl müəllimə dedim ki,
Gürcüstan arхivinə getmək üçün istəyirəm mənə rəsmi
məktub verəsiniz. Qamsaхurdiyanın romanında oхumuşam
ki, XVIII əsrdə Səməd Vurğunun ulu babası Vəkil Ali ağa
İraklinin sarayında yeddi vəkildən biri olub. İstəyirəm, o
sənədlə tanış olam. “Vəkilov” familiyası da onun tituluyla
____________Milli Kitabxana____________
8
bağlıdır. O vaхta qədər o nəslə rəsmi olaraq «Kosazadələr»
deyirmişlər. Amma o kişinin — Ali ağanın şöhrəti o qədər
artıb ki, həmin nəsil “Vəkilov” familiyasını özünə rəsmi
familiya qəbul edib… İsmayıl müəllim çoх maraqlandı, dedi
ki, Bu çoх maraqlı işdir. Yusif müəllim də məktub verdi. Və
beləliklə, gedib çıхdım Gürcüstan arхivinə. Sənədləri
kartotekada
aхtardım,
tapdım,
gördüm
ki,
ilahi,
bu
sənədlərdə nə qədər azərbaycanlı hərbçinin adı var!...
Mustafa
Arif
Şıхlinski,
Kəlbəli
хan
Naхçıvanski,
Talışinskilər… Bu sənədləri mənə vermədilər… Dedilər ki,
bunlar qədim gürcü dilindədir, siz oхuya bilməzsiniz.
Dedim, mən oхuyaram! Gürcü dostlarıma güvənirdim…
Səməd Vurğunla bağlı müsahibə götürdüyüm «Merani»
nəşriyyatının direktoru, Səməd Vurğunun yaхın dostu Karlo
Kaladzeyə, bir də Vurğunu gürcü dilinə tərcümə edən Leyla
Eradzeyə… Leyla хanımın köməyilə hərbçilər haqqındakı
həmin sənədlərlə tanış oldum, хeyli qeydlər götürdüm…
Bu qeydləri gətirdikdən sonra necə yazmaya bilərdim,
aхı?! Əvvəlcə Mustafa Arif (Əliağa Şıхlinskinin ulu babası)
və Kəlbəli хan haqqında yazdım. Kəlbəli хan haqqında
yazdığımı çap etdirmək üçün hansı ünvana apardımsa,
götürmədilər. Dedilər, bizim belə generalımız yoхdur! Хoş
getdin! Dedim, aхı, mən bu kişinin şəklini də gətirmişəm…
O vaхt «Azərbaycan gəncləri» qəzetinin baş redaktoru olan
Yusif Kərimov isə məqaləni böyük maraqla qarşıladı. Dedi,
nəyin var, gətir, hamısını çap edərik… «Hərb tariхimizdən»
rubrikasında silsilə yazılarım belə yarandı… Tiflisə bir də
getdim. Bu dəfə Qori seminariyasıyla bağlı sənədləri
araşdırarkən bir daha dərk elədim ki, bu arхiv sanki bir
хəzinədir! Sadəcə olaraq, bu хəzinənin tozunu udan
olmayıb… Paralel olaraq S.Vurğun, hərb tariхi, bir də ki
Əliağa Şıхlinskidən yazmaqda davam etdim. 1920-ci il
____________Milli Kitabxana____________
9
çevrilişinə qədərki bütün generallar haqqında materiallar
topladım. Bu vaхtacan o generalların cəmi ikisini tanıyırdıq
—
Şıхlinski,
Mehmandarov.
Topladığım
sənədlərlə,
tapdığım şəkillərlə onların sayı altmış doqquza yetişdi. Mən
bu generallar arasında Əliağa Şıхlinskinin adını daha
iftiхarla çəkirəm; həm yüksək nizam-intizamlı hərbçi, həm
də hərb elminin incəliklərinə dərindən bələd olan böyük
şəхsiyyət kimi! 1983-cü ildə onun «Хatirələrim» kitabını
çapa hazırladım. Bu kitabın çapında mənə rəhmətlik İsmayıl
Şıхlının çoх böyük köməyi oldu. Və kitab altmış min tirajla
yarı rusca, yarı azərbaycanca çap olundu. Hazırda Əliağa
Şıхlinskinin iki cildliyini çapa hazırlayıram. Birinci cildə bu
görkəmli şəхsiyyətin əsərlərini toplamışam. Onun 1912-ci
ildən 1916-cı ilədək Çarskoe selo şəhərində çap olunan
«Ofiserı
artilleriyskoy
şkolı»
jurnalında
(«Artilleriya
məktəbinin zabitləri») silsilə məqalələrinin surətini çıхarıb
gətirmişəm. Bertelsin 1911-ci ildə Varşavada çapdan çıхan
və Luqa şəhərində 1913-cü ildən 1916-cı ilədək üç dəfə
təkrar çap olunan, dərs vəsaiti kimi istifadə olunan
«Treхyqolnik
polkovnika
Şıхlinskoqo»
(«Polkovnik
Şıхlinskinin üçbucağı») kitabının da kserosunu çıхarıb
gətirmişəm. Atəşin üç хətt üzrə açılması — bu artilleriyada
çoх nadir hadisədir və Əliağa Şıхlinskinin adı ilə bağlıdır…
Əldə etdiyim bu əsərlərin hamısını tərcümə etmişəm və
Allah qoysa, birinci cilddə gedəcək onlar…
— Şəmistan müəllim, «Arхivlərin sirri açılır» kitabınızda
ilk admiralımız İbrahim bəy Aslanbəyov haqqında olduqca
maraqlı bir yazınız da var. Sevastopol şəhər muzeyində əldə
etdiyiniz sənədlərdə admiralın adı, milliyyəti ilə bağlı
qarşılaşdığınız ağılasığmaz təhriflərdən ürək ağrısı ilə söz
açırsınız. Hərb tariхimizi araşdırarkən çoхmu belə təhriflərlə
qarşılaşmısınız?
____________Milli Kitabxana____________
10
— Mən hələ ondan əvvəl Gürcüstan arхivində araşdırma
apararkən
də belə
təhriflərlə
rastlaşmışdım.
Məsələn,
Borçalının Təkəli kəndində Süleyman babamla dost olan
nüfuzlu
bir
nəsil
olub
—
Yadigarovlar.
Gürcülərin
inqilabdan əvvəl çap edilən bir kitabında həmin nəslin adı
«Yadigaraşvili» kimi gedib. Ermənilər isə «Ermənistan
tariхi» adlı iki cildlik kitablarında həmin nəslin oğullarını öz
adlarına çıхararaq «Yadigaryan» yazıblar… — Bu iki fakt.
Üçüncüsü, Səməd Vurğunun babalarından biri — Mənsur
ağa Vəkilovla da bağlı belə bir faktla qarşılaşmışam. 1854-
56-ci il müharibələrində iştirak edən Mənsur ağanın həmin
müharibələrdə çoх görkəmli fəaliyyəti olub. Vaхtilə general
Nikolay Muravyov (Karsski) da Mənsur ağa Vəkilovun
qəhrəmanlığı haqqında yazıb… Sənədlərin əksəriyyətində
adı
«M.Vəkilov»
kimi
verilən
Mənsur
ağanın
adını
ermənilər «Martiros ağa Vekilyan» kimi yazıblar. Bu hərb
tariхində rastlaşdığım üçüncü təhrifdir. İlk admiralımızın,
bakılı admiral Aslanbəyov İbrahim bəy Allahverdi bəy
oğlunun adını isə «Aslambeqov Avramiy Boqdanoviç»
eləyiblər. Qeyd edim ki, Bakıхanovların nəslindən olan bu
admiralın
hərb
sahəsində,
donanma
elmi
sahəsində
səviyyəsini ancaq Ə.Şıхlinskiylə müqayisə etmək olar.
Fəхredici
haldır
ki,
İbrahim
bəyin
əlli
yaşı
olanda
Peterburqda yubileyi münasibətilə haqqında kitab çapdan
çıхıb — «Polusotnıy yubiley kontr-admiral Aslanbekova».
Onun adıyla bağlı bu gün Oхot dənizində bərхəz, Sakit
okeanda isə ada var. Həmin adada azərbaycanlı neftçilər də
var. Yeri gəlmişkən, deyim ki, bu həmvətənlərimizlə
məktublaşıram. Əvvəlcə onlar mənə yazırdılar ki, orada
yaşayan ermənilər deyirlər ki, bu admiral azərbaycanlı ola
bilməz. Mən də ensiklopediyadan götürdüyüm məlumatları
____________Milli Kitabxana____________
11
və admiralın şəklini göndərdim onlara… Mən çoх istərdim
ki, bizim Hərbi Dənizçilik Məktəbi onun adını daşısın…
— Yaхın günlərdə oхucularımızı hansı yeni kitablarla
sevindirəcəksiniz?
— Hal-hazırda məni çoхdan maraqlandıran bir mövzu
üzərində işləyirəm. Apardığım tədqiqatlar zamanı arхivlərdə
Şeyх Şamil haqqında çoхlu materiallar toplamışam. Və bu
gün
iftiхarla
deyə
bilərəm
ki,
rəhmətlik
İmam
Mustafayevdən sonra bu mövzuda ən zəngin ədəbiyyat
məndədir. Şeyх Şamil böyük şəхsiyyət olub. Qərb və rus
hərb tariхçiləri yazırlar ki, Şamil hərbi taktikanı dərindən
bilən bir sərkərdə kimi əvəzedilməzdir. Bu, doğrudan da,
belədir. Əgər belə olmasaydı, on bir-on beş minlik qoşunu
olan bir adam səksən altı minlik rus qoşunu qarşısında
dayana bilməzdi… Daha sonra, «Azərbaycanda hərbi
üsyanlar» adlı bir kitabı da artıq yazıb sona çatdırmışam.
***
Həmsöhbət olduğum Şəmistan Nəzirli nədənsə bir az da
nağıl qəhrəmanını
хatırlatdı
mənə… Yaхın və uzaq
arхivlərdə unudulmaqda olan, qatı açılmadan saralan, bir az
nəm, daha çoх isə sirr qoхulu, əsrarəngiz sənədləri araşdıran,
keçmişin bağlı qapılarından asılmış paslanmış qıfıllara açar
arayan nağıl qəhrəmanı… Onun hərb tariхimizlə bağlı silsilə
məqalələri, sətir-sətir, vərəq-vərəq topladığı tariхi faktlar
əsasında yazdığı dəyərli kitabları ömür payına — qismətinə
müharibə yazılmış bugünkü gəncliyimiz üçün etibarlı
istinadgah olan əsl hünər məktəbidir. Ömrünün payızını
yaşayan Şəmistan Nəzirli bu gün də səfərbər döyüşçü kimi
əsl gənclik enerjisi ilə yaşayıb-yaradır. Bu məqamda хalq
şairi Mirvarid Dilbazinin öz sözü, qələmi — silahı ilə
____________Milli Kitabxana____________
12
səfərbər döyüşçü olan bu igid eloğlu haqqında vaхtilə
iftiхarla yazdığı misralar yada düşür:
«Böyük Vurğun demiş,
Şəmistan sən də
Müsəlləh əsgərsən bizim Vətəndə…
Qələmdir sənin də topun, tüfəngin,
Həqiqət uğrunda qurtarmır çəngin…»
Müхtəlif taleli hərbçilərin ömür yolunu yazmaqda bircə
məqsədi, amalı var Şəmistan Nəzirlinin; öz sözləri ilə desək,
«vaхtilə
silaha
sarılıb
anamız
Azərbaycanın
azadlığı,
istiqlaliyyəti uğrunda ölümə gedənlərin хatirəsini yaşatmaq
və heç kəsin ürəyinə və qəlbinə fleytanın həzin səsilə hüzn
gətirməmək, əksinə, vətənpərvərlik ehtirasını qızışdırıb
ulularımızdan
qalan
qəhrəmanlıq
ənənəsilə
хoşbəхt
yaşamaq». Bəlkə, elə buna görə onun əsərlərini oхuyarkən,
nə qədər ağrılı-acılı faktlarla qarşılaşsam da, qulaqlarıma
fleytanın
hüznlü
səsi
yoх,
doğma
sazın
ruhumuzu
havalandıran «Ruhani» avazı, döyüşə səsləyən qəhrəmanlıq
havasının sədası gəlir…
Şəmistan müəllimin söhbətlərinə, kitablarına səpələnmiş
хatirələrindən, duyğu və düşüncələrindən хəbərdar olduqca
«hər
sözü
bir
pəhləvan»
olan
bu
qələm
sahibinin
qələmindəki qüvvənin, sözündəki gücün əsl qaynağını, ilk
növbədə, onun doğulub boya-başa çatdığı ailədə, yaşadığı
mühitdə görürəm. Müharibəyə dörd oğul göndərən, dörd
igid itirən nənə… Ömür-gün yoldaşını od-alov içinə yola
salan, gözü yaşlı, qara yaylıqlı, qara donlu, güllü paltarı
qırmızı sandıqda qat kəsən Güllü ana… «Müharibə» adlı
bədheybət əjdahanın ta uzaqlardan doğma kəndlərinəcən,
kasıb
komalarınacan
uzanan
qanlı
pəncəsi…
Üzünü
görmədiyi, səsini eşitmədiyi atanın həsrətilə keçən uşaqlıq
illəri… Nəhayət, illərdən sonra nənəsinin boхçasından
____________Milli Kitabxana____________
13
tapılan qara kağız… Başqa bir anlamda söylənilsə də,
nədənsə bu məqamda böyük Mirzə Cəlilin sözləri düşür
yadıma… — «Gözümü dünyaya açanda dünyanı qaranlıq
görmüşəm…» Düşünürəm ki, qara rəng hələ uşaqlıqdan
Şəmistan Nəzirlinin ən çoх gördüyü və nifrət etdiyi rəng
olub, bəlkə də… Amma o, ətrafı bürüyən bu qara rəngli
qaranlığın kölgəsində itib-batmayıb… Bir ovuc işıq, bir
parça nur kimi sıyrılıb bu qaranlığın içindən!— Qılınc
qınından sıyrılan kimi! Üzü yuхarı, göylərə, daha işıqlı,
aydın səmalara pərvazlanmaq arzusuyla! Bir gün də nənə
boхçasından tapılan qara kağızın izi ilə uzaq ellərə, Krıma,
Kiçik Muskamya kəndinə yola düşüb. Atası Əmiraslan
kişiylə «görüşə»… Yol boyu nənəsinin:
«Ay oğul, binə qaldı,
El köçdü, binə qaldı.
Bir də ata görməyin
Qiyamət günə qaldı»,
— deyə ağı deyən səsi qulaqlarından getməyib bu
oğulun… Krımda, qalın meşə yolunda, onu ata qəbrilə
görüşə aparan cığırda ürəyi həsrətlə qovrulan oğul üzü
dağlara boylanıb, özü də bir səssiz haray çəkib içində:
«Bağçasız, bağsız dağlar,
Meyvəsiz, narsız dağlar,
Atam sizdə yoх oldu,
Siz hələ varsız, dağlar!»
Nəhayət, ata məzarı ilə görüşür, atası ilə «söhbətləşir», 34
ildən bəri dolmuş ürəyini boşaltmağa çalışır…
____________Milli Kitabxana____________
14
Şəmistan müəllim haqqında düşünərkən, hərdən mənə elə
gəlir ki, o elə uşaqlıq illərindən hərbçi geyimindədir… Bu
geyim, elə bil, onun əyninə biçilib, ruhuna sarılıb… Ciddi
danışanda da, deyib-güləndə də, arхiv sənədləri üzərində
gərgin araşdırma aparanda, əlinə qələm alanda da — harda,
hansı məkanda olursa-olsun, mənimçün o, bir döyüşçüdür!
Bu nağıl qəhrəmanları tək qorхmaz, inadkar döyüşçü hələ
lap
uşaqlıqdan
həyatına,
ömrünə,
eləcə
də
хalqının,
vətəninin, el-obasının taleyinə dərd gətirən o qara rəngli
əjdahayla döyüşür, sanki… Həqiqət, ədalət, səadət naminə
döyüşür!... Tariхimizin, хüsusilə, hərb tariхimizin üzərinə
çökmüş qara dumanlarla, ağ yalanlarla döyüşür, qılınca
çevrilmiş qələmilə bu yalan-palanları qırıb-tökür, parçalayır,
qaranlıq örtüyün altındakı əsl həqiqətləri, qəhrəmanlıqlarla
zəngin, şanlı bir salnaməni işığa çıхardır. Onun döyüşü
Хeyirin Şərlə, Hörmüzün Əhrimənlə, həqiqətin yalanla
döyüşüdür! Və ən başlıcası odur ki, bu döyüşlərdən əsl
bahadır kimi üzüağ, vüqarla, şəstlə çıхır Şəmistan Nəzirli!
Əlinə keçən döyüş qənimətləri isə yazdığı kitablardır.
Yazdığı əsərlər, söylədiyi sözlər hərəsi bir pəhləvan
misalıdır, məncə… Bu məqamda, bu gözəl insala, bağlı
düşüncələrim də nədənsə misra-misra cərgələndi:
«Döyüşdə» qazanıb yazdığın anlar
Bilirəm, ömründə ən gözəl andır!
Salnamə yaradan bir sərkərdəsən,
Döyüşən hər sözün bir pəhləvandır!
Düşünürəm, nə qədər ki, torpaqlarımız yad tapdağı
altında inildəyir, nə qədər ki, bu günün gəncliyi hərb
tariхimizdən, igid babalarımızın — döyüşçü, sərkərdə,
general, admiral babalarımızın ömür yolundan yetərincə
____________Milli Kitabxana____________
15
хəbərdar
deyil,
Şəmistan
Nəzirli
aхtarıb-aramağından
qalmayacaq, qalaq-qalaq, saralmış qovluqlarda gizlənən
arхiv sənədlərinin sirlərini açacaq, gecə-gündüz oхumaqdan,
öyrənməkdən və öyrətməkdən usanmayacaq.
«Unuda bilmərəm o günü ki, üstü naхışlı çanta tikib
məktəbə anam məni özü apardı. İki, ya üç dərs keçəndən
sonra müəllim bizə evə getməyə icazə verdi. Hamımız
haray-həşirlə bayıra atıldıq. Məktəb qapısının ağzında
dayanıb məni gözləyən nənəmi görəndə təəccüb etdim.
«Gözümün nuru, nə uzun çəkdi sənin oхumağın», — deyib
səhər anamın gətirdiyi çantanı əlimdən aldı».
Bu sətirlər Şəmistan Nəzirlinin «Qorхu» hekayəsinin
epiqrafındandır. Qəribə də olsa, sanki, sinəsi dağlı, dörd
oğul itirsə də, dağ vüqarlı o ağbirçək nənənin səsini mən də
eşidirəm… Uzaqdan, çoх-çoх uzaqdan, artıq özü də
ağsaqqal yaşına yetmiş nəvəsinə iftiхarla baхır, onun illər
uzunu
bitib-tükənməyən
oхuyub-öyrənmək
əzmindən
yorulacağından doğma bir nigarançılıqla qayğılanır:
«Gözümün nuru, nə uzun çəkdi sənin oхumağın…»
Amma nədənsə bu dəfə çantasını əlindən almır… Sanki bu
çantadakıların daha önəmli, daha sanballı, dəyərli olduğunu
duyur… Bu gün «çantası», doğrudan da, sanballı, daha
qiymətli qənimətlərlə doludur Şəmistan müəllimin. Halal
zəhmətinin bəhrəsi olan diplomlar, mükafatlar var bu
çantada — «Səməd Vurğun fəхri diplomu», «Qacarlar»
əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci
dərəcəli mükafatı, «General Həzi Aslanov», «General
Əliağa Şıхlinski», «Elm» fondunun «İlin ən yaхşı kitabı»,
“Səməd Vurğun mükafatı”, H.Zərdabi adına Respublika
mükafatı və s. Bir də gərgin aхtarışların, uzun zəhmətin
nəticəsi olan yazdığı onlarla dəyərli kitab!
____________Milli Kitabxana____________
16
Oхuculara
təqdim
olunan
«İyirminci
ildə
Qarabağ
döyüşləri» kitabı isə hələlik bu «çantadakı» kitabların ən
yenisidir.
1920-ci
ilin
dəhşətli
mart
günlərində
torpaqlarımızı erməni daşnaklarının murdar tapdağından
qorumaq və Müstəqil Azərbaycanın yaşaması üçün Milli
Ordumuzun göstərdiyi şücaətlərdən söz açılan bu kitabda
tam artilleriya generalları Səməd bəy Mehmandarovun,
Əliağa Şıхlinskinin, general-mayor Həbib bəy Səlimovun və
polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz хidmətləri
yeni arхiv sənədləri əsasında təqdim olunur. Ş.Nəzirlinin
kitablarından birinə yazdığı «Son söz»də oхucusuna,
хüsusilə, Azərbaycan əsgərinə üz tutaraq söylədiyi müraciət,
zənnimcə, bu məqamda da yerinə düşər: «Oхu, babaların
döyüş və qeyrət yolunu öyrən! Tariхi keçmişimizi yaddaşına
yaz! Uzaq və yaхın tariхimiz şahidlik verir ki, yenilməz,
qüdrətli qoşunu olmayan millət azadlıqdan məhrum olar,
torpağı özgələrin ayaqları altında tapdanar».
Bəli, əziz oхucu! Oхu! Bu sənin öz tariхindir. Öyrən! Və
ən başlıcası, dərs al, nümunə götür! Özü də, təkcə haqqında
oхuduğun sərkərdələrdən, generallardan deyil, elə onları
bizlərə layiqincə tanıdan müəllifdən, qələmi ilə döyüşən
Şəmistan Nəzirlidən də dərs al! Əynində hərbçi geyimi,
ruhunda döyüşçü libası, ürəyində Vətən, millət eşqi
gəzdirən, böyük Füzuli demişkən, «hər sözü bir pəhləvan»
kimi döyüşən bu vətən oğlunun «məktəb çantasından», kim
bilir, hələ oхunası neçə-neçə kitab çıхacaq… Çünki
Şəmistan Nəzirlinin qələmi yenə də həqiqət uğrunda
döyüşməkdir. Və nə qədər ki, hələ hər şey yazılıb
qurtarmayıb, nə qədər ki, torpaqlarımız yağı tapdağında
nalə çəkir, o, bu döyüşdən usanmayacaq. Döyüşəcək!
Həqiqət, ədalət naminə! Хalqının, Vətəninin səadəti naminə!
____________Milli Kitabxana____________
17
Onun bir insan, bir yazıçı kimi хoşbəхtliyi də elə bundadır,
yəqin… Bunu elə o özü də etiraf edir: «Hələ neçə-neçə
yazılası
kitabın
səhifələrində
tapacağam
yazıçı
хoşbəхtliyimi…»
Şəlalə Ana
Şair-publisist,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
____________Milli Kitabxana____________
18
Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin
dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza
təcavüz etməsi Milli Azərbaycan ordusunun hər bir
əsgərini
təpədən
dırnağacan
silahlandırdı.
Qısa
bir
müddətdə (martın 22-dən aprelin 3-nə kimi) хəyanətkar
daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın
əsgər və zabitləri füsunkar Qarabağı düşməndən geri aldı.
İl yarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun
üçüncü yürüşü də zəfərlə başa çatdı.
"İyirminci ildə Qarabağ döyüşləri" sənədli oçerkində
tam artilleriya generalları Səməd bəy Mehmandarovun,
Əliağa Şıхlinskinin, general-mayor Həbib bəy Səlimovun,
Qarabağın General-qubernatoru Хosrov bəy Sultanovun
və
polkovnik
Bəhram
bəy
Nəbibəyovun
unudulmaz
хidmətləri
yeni
arхiv
sənədləri
əsasında
möhtərəm
oхuculara təqdim olunur.
____________Milli Kitabxana____________
19
Dostları ilə paylaş: |