ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
  1   2   3   4   5   6   7   8   9   ...   41

ŞƏMİSTAN NƏZİRLİ 
  
ARXİVLƏRİN  
 SİRRİ AÇILIR 
  
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI 
“Elm” nəşriyyatı 
1999 
  
 
 
 
 
 
 

 
 
 
 
 
 
1918-ci ildə Milli Ordumuzun təməl daşını qoyan tam aptilleriya 
generalı Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, onların hərbçi 
məsləkdaşlarının, müstəqilliyimiz uğrunda canından keçən əsgər və 
zabitlərimizin ruhuna bağışlayıram. 
 
 
 
 
 
 
 
Möhtərəm oxucum! Bu kitabı bir nəfəsə oxuma. Burda nə 
məhəbbət macərası var, nə də fantaziya. Bu kitabın hər vərəqində xalqımızın 
hərb tarixindən səhifələr, sərkərdə oğullarımızın döyüş və ömür yolu var. 
Əgər səbrin çatmayıb, birnəfəsə oxumalı olsan, onda 20-ci və 37-ci illərdə 
qanına qəltan edilmiş generallarımızın acı taleyindən kədərlənmə. Əksinə, 
nikbin ol, qururlan, qoy sənin varlığında düşmənə qarşı nifrət artsın. 70 ildən 
çox unutdurulan yaddaşın ayılsın. Ayılsın ki, indi sən müstəqil Azərbaycanın 
övladısan, sayıq ol ki,   əhatən düşmənlə doludur. Unutma ki, torpağında 
parçalanma, qəlbində yara var. Bu yaralarına məlhəm olacaq gənc 
ordumuzun sıralarının möhkəmlənməsi üçün əlindən gələni əsirgəmə. 
 
 
 
 
 
 
© “Elm” nəşriyyatı  
1999 
 
 
 
 
 
 
 
 
 
 

 
Hər bir həqiqi insan öz irsiyyəti ilə fəxr etməlidir. 
 
Səməd VURĞUN. 
 
*** 
 
Vaxt gələr açılar bağlı qapılar  
Əsrin arxivindən nələr tapılar. 
 
Məmmədhüseyn ŞƏHRİYAR. 
 
*** 
 
Səni sevirəm, Xalqım! Bütün məramımla, 
bütün qəlbimlə sevirəm. Səni bəşəriyyətin böyük 
ailəsinin üzvü kimi sevirəm. Səni sevərkən 
həyatını müşahidə edir, Sənin övladlarını 
öyrənir, dost-düşmənlərini ayırd edirəm. Mən 
Sənin məhəbbətindən ilham alıram... 
 
Eynəlibəy SULTANOV, 
yazıçı-publisist. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
İFTİXAR DUYĞUSU 
 
 
Hörmətli Vətən oğlu 
Şəmistan Nəzirli! 
 
Sizin tədqiqatlarınızı maraq və minnətdarlıq hissi ilə müntəzəm izləyirəm. 
Mən bütün varlığı ilə xalqa bağlı, onun kədəri, sevinci ilə yaşayan insanları 
demirəm, ürəyinin yalnız bircə teli xalqa bağlı olub, xalq məfhumunu dərk etməyə 
qadir ola bilən hər kəs bu tədqiqatlar üçün Sizə minnətdar olmalı, bu müqəddəs, 
çətin işdə Sizə imkanı həddində kömək əlini uzatmalıdır. Əsrimizin əvvəlində və 
ötən əsrdə yaşamış Hərbi sərkərdələrimiz haqqındakı tədqiqatınız nə qədər 
qiymətlidir. 
Bu parçalanmış, fəlakətlər görmüş xalqın nə qədər şücaətli, mütəfəkkir 
sərkərdələri olub. Onların şəkillərindən uzun müddət gözümü çəkə bilmədim. Həm 
iftixar duyğusu yaşadım, həm də bu milli qəhrəmanların taleyinə ağladım. 
Firidun bəy Köçərli və general oğullarımız haqqındakı tədqiqatlarınız məni 
Sizin ünvanınıza kiçik bir şer yazmağa sövq etdi. 
Azərbaycan ədəbiyyat tarixini nəsillərə xatirə qoymuş iki mötəbər 
şəxsiyyətin - Firidun bəy Köçərlinin və Hüseyn Əfəndi Qayıbovun kitablarını 
açarkən, onların ruhuna rəhmət oxuyur və Sizə uzun ömür, əbədi xalq hörməti 
arzulayıram. Qələm sahibləri ürəkləri ilə yaşayırlar. Onların ən böyük dövləti xalq 
hörmətidir. 
Nə Firidun bəy Köçərli, nə Mirzə Hüseyn Əfəndi Qayıbov, nə də görkəmli 
sərkərdələrimiz haqqında biz öz borcumuzu hələ verməmişik. Nə onların təntənəli 
yubileylərini keçirmiş, nə də onların həyatını, milli duyğularını tədqiq edərək, 
haqqında nəsillərə dərin məlumat vermişik. Yəqin ki, bu şərəfli vəzifə də Siz 
tədqiqatçıların, xalqımızın ziyalılarının və dövlətimizin üzərinə düşür. 
Əziz oğlumuz, qardaşımız, yorulmaz tədqiqatçı Şəmistan Nəzirli! 
Siz əsl vətənpərvər, özünü xalq işinə təmənnasız həsr etmiş ziyalısınız. Siz 
mədəniyyət və hərb tariximizin səhifələrində yeni çıraqlar yandırır, işıqlı nə varsa, 
onları xalqa qaytarmağa, yaşatmağa çalışırsınız, onları yaşadırsınız. 
Əziz Şəmistan müəllim! Sizi bu əvəzsiz xidmətiniz yaşadacaqdır. Sizə yeni 
yaradıcılıq müvəffəqiyyətləri, uğurlu yollar! 
Televiziyadakı çıxışınızdan sonra Sizə və Firidun bəyə ithaf etdiyim şerləri 
Sizə göndərirəm. 
 
Dərin hörmət, minnətdarlıq 
 hissilə Xalq şairi  
Mirvarid Dilbazi. 
8 iyun 1985-ci il. 
  

 
ŞƏMİSTAN ! 
 
Böyük Vurğun demiş, 
Şəmistan sən də 
Müsəlləh əsgərsən bizim Vətəndə. 
Qələmdir sənin də topun, tüfəngin 
Həqiqət uğrunda qurtarmır “Cəngi” n 
Aşikar edirsən nə varsa punhan, 
Qələmlə musəlləh əsgər Şəmistan. 
İmzalar içində imzamızı sən - 
Bu kəşflərinlə təsdiq edirsən. 
 
 
* * * 
 
 
FİRİDUN BƏY KÖÇƏRLİYƏ 
 
Başına tuşlanan düşmən xəncəri 
Xalqının qəlbinə tuşlandı sənin. 
Bu müdhiş ölümün acı xəbəri 
Sağalmaz dərdidir bizim Vətənin. 
 
Sinəmiz ocaqdır, sönmür məşəli, 
Yandıqca gur yanıb, yandırır bizi... 
O xəncər vuranın qurusun əli, 
İllərlə göynətdi ürəyimizi... 
 
O müqəddəs qanın tökülən yerdə, 
Ruhlar da hər zaman səcdəyə gəlir. 
Dözməyib şair də bunca kədərə, 
Gündə neçə dəfə dirilir ölür. 
 
 
R.S. Xalq  şairi  Mirvarid xanım Dilbazi Şəmistan  Nəzirlinin 
“Qoridən gələn qatar” sənədli povestini oxuduqdan sonra müəllifə məktub və 
şerləri yazıb göndərmişdir. Əsər Firidun bəy Köçərlinin 1920-ci ildə  daşnak-
bolşevik əsgərləri tərəfindən faciəli surətdə qətlə yetirilməsinə həsr olunmuşdur - 
red. 
  
 
 
 
 

MƏŞHUR SOYADLARIMIZ 
 
Tarixi manbələrin məlumatına görə Kəngərlilər peçeneq-türk tayfalarından 
olmuşlar. Onlar beşinci əsrdən Naxçıvan ərazisində yaşayırlar. Zaqafqaziyaya 
hunların tərkibində eramızın əvvəllərində gəlmişlər. Səfəvilərin hakimiyyəti 
illərində ölkənin istər siyasi, istərsə da hərbi həyatında fəal iştirak etmişlər. 
“Azərbaycan xalqının formalaşmasında, soykökündə iştirak edən qədim türk 
tayfalarından biri da peçeneqlərin tərkibinə daxil olan kəngərlilərdir. Mənbələr 
göstərir ki, kəngər, peçeneq etnonimləri ilə bağlı toponimlər Azərbaycan tarixinin 
qədim qatlarına, erkən laylarına gedib çıxır”/C. Qəhrəmanov, Ş.Xəlilov “Mustafa 
Zərir. Yusif və Zuleyxa” əsəri, Bakı, 1991-ci il. səh. 92/. 
Belə bir mənbə də var: “Səkkiz peçeneq uruğu içərisində hakim zümrəni 
təşkil edən ertim, cur və yula adlı üç peçeneq uruğuna birlikdə kəngər adı 
verilmişdi. Bu tayfalar cəsur, qəhrəman və əsl peçeneq olmaları ilə digər 
uruğlardan seçilmirdilər... Bizans tarixçisi Konstantinin verdiyi məlumata görə, 
948-952-ci illərdə Yavdiertim, Kuvarçicur və Kabukşinyula adlı üç vilayət 
peçeneqlərin digər peçeneqlərlə muqayisədə daha mərd və nəcabətli olmalarına 
görə xəngər ləqəbi daşıyırdı. Kəngər adını daşıyan üç uruğun əsl peçeneq sayılması 
peçeneqlərin kəngərlilərdən təşəkkül tapmalarını bir daha sübut edir. 
... Respublika Əlyazmalar İnstitutunda Kəngərli elinə məxsus XVI-XIX 
əsrlərə aid toplu halında muhafizə olunan mulki sənədlərdəki istər coğrafi-tarixi, 
istərsə də etnoqrafik məlumatlardan da aydın olur ki, oğuzlardan əmələ gəlmiş 
tayfaların Azərbaycanda ən çox kök saldıqları rayonlardan biri də Naxçıvan ərazisi 
olmuşdur”. /E.M.Seyidbəyli, “Kəngərli elinin mənşəyi haqqında tarixi-
etnoqrafik məlumat” məqaləsi, “Əlyazmalar xəzinəsində” məcmuəsi, VII cild, 
1986-cı il, səh. 46 və 57/. 
Rusiyada oktyabr çevrilişinə qədər bütün müharibələrdə Kəngərli nəslinin 
oğulları döyüşkənliyi ilə xüsusi fərqlənirdi. 
Tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli XVIII əsr 
hadisələrindən bəhs edən “Qan içində” romanında yazır ki, birdən uzaqdakı bir 
bağın arxasından toz qopdu. Bu - Kəngərli süvariləri idi ki, o zaman öz igidlikləri 
ilə məşhur idilər. 
1829-cu ildə Kəngərli nəslinin igidləri ayrıca beşinci alayyaratdılar. 
Kəngərlilərin beş yüz nəfərdən ibarət suvarisi və yüz nəfərlik köməkçi dəstəsi bir 
döyüşdə duşmənin iki bayrağını ələ keçirib, yüz nəfərini öldürüb, əlli dördünü isə 
əsir almışdı. Həmin döyüşdə şəxsi igidliyi ilə fərqlənən sıravi Baba bəy Cəfəroğlu, 
Ağakərim Fətəli oğlu, İmamqulu Əli oğlu və başqaları “Üzərində qızıl medal olan 
Georgi lenti” ilə təltif olunmuşdular. “Döyüşkənliyi ilə bütün Qafqazda məşhur 
olan kəngərlilər Zaqafqaziya sakinlərindən geri qalmaq istəmədilər. Onlar ağa və 
bəylarin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib, bütün döyüşlərdə bizim 
qoşunlarla çiyin - çiyinə mərdliklə vuruşurdular”
1

                                                 
1
 "Каfkаz" qəzеti 6 nоyаbr 1890-cı il 
 

Yeri gəlmişkən, 1913-cü ildə nəşr olunmuş “Qafqaz hərbi-tarix muzeyinin 
sorğu kitabı” ndakı bir qeyd cəsur və igid kəngərlilərin təkcə Qafqazda deyil, bütün 
Şərqdə şöhrət tapması haqqındadır: 
“Kəngərli süvarilərinin bayrağı yaşıl olub. Əfsanəyə görə bir neçə əsr 
bundan əvvəl ilk Naxçıvan xanı xəlifə Murad özünün Kəngərli qəbiləsi ilə 
Ərəbistandan köçüb gəlmişdir. Bu qəbilə Araz çayının sahilinə gələrək Naxçıvanı 
fəth etmiş və xanlığın əsasını qoymuşdu. Kəngərli süvariləri bütün Şərqdə 
cəsurluğu ilə şöhrət qazanmışdı. Onlar döyüşə girərkən ölümə ikrah əlaməti olaraq 
atlarının boynuna qırmızı kaporlar geyindirirlər ki, düşmən tərəfindən tez gözə 
çarpsınlar. Bu, həm də düşməni vahiməyə salmaq üçün fənd idi”. 
Başqa bir mənbə isə kəngərlilərin Ərəbistandan gəlməsini inkar edir. Rus 
tarixçisi Viktor Qriqoryev Sankt-Peterurqda nəşr etdirdiyi “Naxçıvan əyalətinin 
statistika təsviri” kitabında yazır ki, Kəngərli tayfaları Türkiyə ərazisindəki 
Diyarbəkirdən Naxçıvana gəliblər. Onlar doqquz yüz iyirmi ev olublar. Kəngərlilər 
möhkəm, dözümlü, işgüzar, uzun vaxt aclığa dözən adamlardırlar, hərbçidirlər. 
Qonaqpərvər, dostluğa möhkəmdirlər, lakin heç vaxt təhqir və incidilməyə 
dözmürlər və yaddan çıxarmırlar. 
 Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Mahmud İsmayılov 
Kəngərlilər nəslinin hələ miladdan qabaq Zaqafqaziyada və Azərbaycanda təşəkkül 
tapmasını, bu soyun adına miladdan qabaq birinci və eramızın birinci 
yüzilliklərində yaşayıb - yaratmış Strabonun və Böyük Plininin əsərlərində rast 
gəldiyini yazır: 
“Kəngərlilərin adına biz “Kitabi Dədə Qoqud”da “Kanqalı” formasında rast 
gəlirik... 
... Zaqafqaziya ərazisinə gələndə yüz iyirmi min ailədən ibarət kəngərlilər 
onun müxtəlif regionlarında məskunlaşmışlar. Kəngərliləri hun soyuna aid edənlər 
də yox deyildir. 
Beşinci yüzillikdə kəngəilər o qədər güclü olmuşlar ki, Sasanilər 
imperiyasını lərzəyə salmışlar”
2
 . 
Döyüşkən kəngərlilərin vəsfi şairlərimizin şerlərində də yaşayır. XIX əsrin 
məşhur şairi Əndəlib Qaracadaği “Ordubadın vəsfi” şerində yazır: 
 
Hakimi Şeyx Əli xan
3
 xani-səxavət, 
nə deyim, 
Yoxdu Kəngərli kimi mərdi-şücaət, 
nə deyim, 
    
Görmədim bir belə sultani-ədalət, 
nə deyim,  
    
Sahibi-təblü aləm özgə qiyamət, 
nə deyim,  
     
Çıxsa cəng eyləməyə, Nadiri 
                                                 
2
 М.İsmаyılоv, "Sənin ulu bаbаn" kitаbı, Bаkı, 1989-cu il     
 
3
 Gеnеrаl-mаyоr Еhsаn хаn Кəngərlinin оğlu idi. 1827-ci ildə Оrdubаdın хаnı оldu - müəl. 
 

dövranə dəyər. 
 
Son illər ictimai-siyasi həyatımızda vüsətli canlanma, oyanış əmələ 
gəlmişdir. Totalitar rejim məhv olandan sonra cəmiyyət silkələnib qəflət 
yuxusundan oyanmışdır. Bir-birinin ardınca getdikcə böyüyərək və şiddətlənərək 
sahilə çırpılan dəniz dalğalarıtək ictimai dəyişikliklər də dərinləşir, quvvətlənir. 
Sakit havada qırçın ləpələr sahili yalayanda dəniz şəffaf və təmiz olur. Təlatümə 
gəldikdə isə dibində nə varsa üzə çıxır. Bu baxımdan ictimai-siyasi dəyişikliklər 
təlatümü çox xəzinələri üzə çıxarmış, məlum təkzibolunmaz görünən tarixi 
həqiqətləri saf - çürük etməyə məcbur etmişdir. 
Milli özunüdərklə bərabər keçmişə yeni nöqteyi - nəzərdən yanaşılır. 
Hadisələrə, şəxsiyyətlərə kəskin sinfi münasibət öz yerini daha geniş mənalı insani 
munasibətə verir. Bu da məlum hadisələrin   gizli   qatlarını   araşdırıb yeni 
həqiqtləri aşkara çıxarır. 
Hər bir xalq özünün tarixi abidələri, şəxsiyyətləri ilə fəxr edir. Bunlar 
millətin, xalqın qədimliyindən və qəhəmanlığından soraq verir, hələ yer üzündə elə 
bir xalq, millət yoxdur ki, onun heç olmasa yaxın keçmişdə belə fəaliyyət göstərən 
tarixi şəxsiyyəti olmasın. 
Azərbaycan xalqının tarixi keçmişi və tarixi şəxsiyyətləri bir çox 
yüzilliklərdən məlumdur. Fəxrlə demək olar ki, tarixi şəxsiyyətlərdə onun bəxti 
gətirib. Xususilə alimlərimiz, qəhrəmanlarımız, ədib və şairlərimiz qibtə ediləcək 
dərəcədə varımızdır. Başqa millətin, xalqın tarixi şəxsiyyətini özününküləşdirmək 
üçün heç kəsin qapısına getməmişik və heç bir millətin oğlunu öz adımıza çıxmaq 
iddiasında da deyilik. 
Hələ qədimdən Azərbaycanda elə nəsillər, qəbilələr olub ki, onlar mərdliyi, 
qoçaqlığı, döyüşkənliyi ilə təkcə özümüzdə yox, bütün Şərqdə, Avropada 
tanınıblar. Naxçıvanda Şahtaxtinskilər, Kəngərlilər, Bakıda Bakıxanovlar, Qazaxda 
Qayıbov, Şıxlinski və Vəkilovlar, Borçalıda Yadigarovlar, Şəkidə Çələbilər, 
Gəncədə Cavadxanlar, Ziyadxanovlar və Rəfibəyovlar, Qarabağda Qacarlar, 
Cavanşirlər və Mehmandarovlar, Lənkəranda Talışinskilər və başqaları el qeyrəti 
çəkən, ana torpağın üstünü təhlükə alanda birləşib ayağa qalxan, onun hər qarışı 
uğrunda canlarından keçən oğullar yetiriblər. 
Tarixi sənədlər şahidlik edir ki, bu nəsillərin övladlarının əksəriyətindən 
görkəmli sərkərdələr, generallar da yetişmişdir. 
  
“Ot kökü üstə bitər” - deyib ulularımız. O ağacın ki, kökü ana torpağın dərin 
qatlarına işləyir, qərinələrlə, əsrlərlə yaşayır, zamanın bütün tufanlarına sinə 
gərərək insanlara xeyir verir: qoca palıd kimi, xan çinar kimi. Belə ağaclar həm 
yaşayır, həm də ətrafındakılara həyan olur. Ayrı-ayrı nəsillərin yetişdirdiyi 
görkəmli, xeyirxah adamlar da belədir. Əslində bu şəxsyyətlər xalqın, millətin bel 
sütununu təşkil edir, hansı xalq, hansı millət onlara etinasız yanaşırsa, o xalqın 
gələcəyi qaranlıqdır. Vaxtilə Puşkin nahaqdan yazmırdı ki, öz ata - babalarının 
şöhrəti ilə fəxr etmək nəinki olar, həm də lazımdır. Onların şöhrətinə hörmət 
etməmək ayıbdır və qorxaqlıqdır. Təəssüf ki, uzun illər boyu biz bunu 
anlamamışıq. Suyunu içdiyimiz bulağın gözünə daş basmışıq. Az qala Füzuli, 
Nəsimi, Xətai yaradıcılığından da sosializm, realizm tələb etmişik. Yeni sovet 

dövrünün çərçivəsinə sığmayanlarımızın - hansı əsrdə yaşamasından asılı 
olmayaraq üstündən qara xətt çəkmişik. Beləliklə də özümüz özümüzü 
kökümüzdən ayırmışıq. Nə yaxşı olub ki, bu köklər ana torpağın dərin qatlarına 
işlədiyindən onları tamam üzə bilməmişik. Özümüzü tanımaq istəyiriksə, gəlin o 
köklərə yenidən həyat verək, gözünü bağladığımız bulaqları təmizləyək. 
Keçmişimizə laqed olmayaq. Laqeydlik vaxtından əvvəl ölüm deməkdir. 
Keçmişini bilməyən, bu günündə də düzgün istiqamət götürə bilməz. O, həm də 
gələcəyindən məhrum olur. 
Görkəmli nəsillərimiz barəsində məclislərdə iftixarla danışıb, yazmağa 
gələndə əksəriyyətimiz susmuşuq. Kim də cəsarət eləyib yazıbsa nəşrinə icazə 
verilməyib. Əlyazmaları illərlə nəşriyyatların sandığında “mühafizə” edilib. Axırda 
da özümüzə qaytarılıb ki, musavat generalı olub, bəy, xan oğludu, kağız qıtlığıdı, 
maddi imkan yoxdu və s. ağılagəlməyən şübhələr, bəhanələr, qarayaxmalar ortaya 
atılıb. 
Görkəmli mütəffəkkirimiz Abbasqulu ağa Bakıxanov necə də sərrast deyib: 
“Gözlü adam o adamdır ki, özünü görə bilsin”. 
Oxucum! Üzünə açılan bu kitabda yaxşı, sağlam nəsillərin timsalında 
Azərbaycanımızın, xalqımızın özünü görəcəksən. Elə buradaca sevimli şairimiz 
Hüseyn Arifin də bir bəndini oxu, gərəyin olar: 
 
İnsandan insana söz də yadigar, 
Həqiqi nə varsa, qulaqda qalsın. 
Sevimli övladlar, şirin balalar, 
Öz kökü üstündə qalxıb, ucalsın. 
 
20 dekabr 1998-ci il. 
 
 
GENERAL NAXÇIVANSKİ 
QARDAŞLARI 
 
Mən Azərbaycan torpağını, özünün 
 böyük şanlı qəhrəmanlıq ənənələri olan 
torpağını sevirəm. Mən öz qanı ilə 
Azərbaycanın çoxəsrlik tarixinə yeni     
qəhrəmanlıq dastanları yazan oğulların     
adı ilə fəxr edirəm. 
 
Səməd VURĞUN 
  
Rusların Zaqafqaziyanı işğalından sonra Naxçıvanski soyadını qəbul edən 
Kəngərlilər nəsli Azərbaycanın hərb tarixinə beş general bəxş edib. Ehsan xan, 
Kəlbalı xan, İsmayıl xan, Hüseyn xan və Cəmşid xan Naxçıvanskilər bu nüfuzlu 
nəslin yetirmələridir. Azərbaycan Demokratik Respublikasının fəaliyyəti illərində 
/1918-20-ci illərdə/ isə Milli Ordumuzda çoxsaylı Kəngərli zabiti xidmət etmişdir: 

Şərur və Naxçıvan qəzasının general-qubernator köməkçisi rotmistr Bəhram xan 
Naxçıvanski, podpolkovnik Ehsan xan və Davud xan Naxçıvanski qardaşları, 
ştabs-rotmistr Murad xan Naxçıvanski, Suleyman ağa Kəngərli və başqaları 
ordumuzun təməl daşını qoyanlardan olmuşlar. 
  
Naxçıvanskilər Azərbaycan hərb tarixində Qacarlardan sonra ən çox general 
yetişdirən nəsildir. Onlar təkcə sayına görə deyil, həm də qabiliyyət və bacarığına 
görə çox məşhur olmuşlar. İftixarla qeyd edək ki, köhnə rus ordusunda tam süvari 
generalı rutbəsini alan və “Ağ qartal” kimi ali ordenlə təltif olunan ikinci
4
 
azərbaycanlı hərbçi Hüseyn xan Naxçıvanski idi. 
 
 
Kəlbalı xan Naxçıvanski 
 
Nə Azərbaycan, nə də rus hərb tarixi general-mayor Kəlbalı xan 
Naxçıvanskinin anadan olduğu ili saxlamayıb. Ümid verən arxivlərdə, inqilabdan 
əvvəlki Hərbi tarixi mənbələrdə nə qədər axtardıqsa, onun təvəllüd ilini 
dəqiqləşdirə bilmədik. İnqilabdan əvvəlki ədəbiyyatlarda general Kəlbalı xan 
Naxçıvanskinin bir neçə yerdə səthi də olsa adı çəkilir və hərbi fəaliyyəti qeyd 
olunur. 
Kəlbalı xan Naxçıvanın sonuncu hakimi Ehsan xanın oğludur. Zaqafqaziya 
Rusiya ilə birləşəndən sonra general rütbəsi alan Ehsan xan, 1929-cu il fevralın 10-
da Rusiya ilə İran arasında Turkmənçay Sülh Müqaviləsini imzalayanlardan biri 
olmuşdur. O, burada İrəvan və Naxçıvan xanlığının, Ordubad dairəsinin 
səlahiyyətli nümayəndəsi kimi iştirak etmişdir. 
Hərbi tarixçilər V.Potto, İ.Zinovyev, general V.Zubov, İ.Paskeviç və yazıçı 
A.Qriboyedovun yol qeydlərindən məlum olur ki, Rus - İran müharibəsi zamanı 
Ehsan xan naxçıvanlılardan və ruslardan ibarət olan on min nəfərlik qoşuna 
başçılıq etmişdir. Bu müharibədə ad-san qazanan general Ehsan xan sonralar Krım 
müharibəsində də şücaətlə vuruşmuş, ali Hərbi ordenlərlə təltif olunmuşdur. 
Görkəmli sərkərdə kimi Ehsan xanın adı Kremlin Georgi salonunda qızılı hərflərlə 
yazılmışdır. 
Tarix öz səhifələrində bir maraqlı faktı da saxlayıb: Aleksandr Qriboyedov 
və Abbasqulu ağa Bakıxanov İrana gedəndə Ehsan xanın Xandikindəki evində 
qonaq olmuşlar. Bu barədə A.Qriboyedovun “İrəvan yurüşü” yol qeydlərində 
maraqlı sətirlər var: 
“Sübh tezdən oyanırıq: bərk isti idi. Abbasqulu ağa nəql elədi ki, 
Yelizavetpol döyüşü şair Nizaminin məqbərəsi yanında baş verib. 
Naxçıvandan səkkiz mil aralıda dayanmışıq. Araz kənarından  
Abbasabadın geniş mənzərəsi açılır. Şimal-şərqdən Qarabağ dağlarının, Naxçıvan 
düzənliyinin möcüzəli gözəlliyi açılır. Arazın arxası Yaylandağla və ona oxşar iki 
başqa dağla əhatə olunub. Qərbə doğru baxanda isə Ağrıdağı ucalır. Naxçıvan özü 
isə Qarabağ dağlarının davamı olan düzəngahda yerləşir. 
                                                 
4
 Birinci dəfə “Аğ qаrtаl” аli оrdеni ilə 1888-ci ildə ilk аzərbаycаnlı vitsе-аdmirаl Ibrаhim bəy Аllаhvеrdibəy оğlu Аslаnbəyоv /1822-1900/, 
1915-ci ildə isə gеnеrаl  Səmədbəy Меhmаndаrоv  təltif оlunmuşdur - /müəl./ 

Naxçıvana daxil olduq. Xan evinin qülləsi mənim otağımın pəncərəsindən 
daha aydın görünür”. 
1826-cı ildə Fətəli şahın vəliəhdi Abbas Mirzə altmış minlik qoşunla Arazı 
keçib Azərbaycana hücüm etdi. Bu vaxt Ehsan xan Abbasabad qarnizonunun rəisi 
idi. Ehsan xanın qalanı iranlılara təslim etmək istəmədiyini görən Abbas Mirzə şah 
qoşununun qırx minini İrəvan və Naxçıvana yeritdi. Həmin döyüşlərin şahidi olan 
məşhur tarixçi Mirzə Adıgözəlbəy yazırdı: 
“O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Orada 
olduğumu bilib yanıma qasid göndərdi. O, mənə xəbər verdi: “Knyaza \Qafqaz 
canişini, baş komandan İ.F.Paskeviç nəzərdə tutulur - Ş.N./ bildirin ki, bu 
tərəfə hərəkət etsin, buraya gələn kimi qalanı ona təslim edərəm”. 
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir 
nömrəli “Soraq kitabçası”nda general Kəlbalı xan Naxçıvanskinin məşhur xan 
nəslindən olduğu qeyd olunur. O, on dörd yaşında ikən Peterburqdakı zadəgan 
balalarına məxsus pac korpusuna daxil olur. “Əla oxuyan Kəlbalı xana məktəbdə 
tam təhsil almaq qismət olmur. Qəfil xəstələndiyinə görə vətəni Naxçıvana qayıdır. 
Bir müddət müalicə olunduqdan sonra 1849-cu ildə könüllü olaraq Dağıstan 
yürüşündə iştirak edir. Gergebel döyüşlərində göstərdiyi igidliyə görə üçüncü 
dərəcəli “Müqədəs Stanislav” ordeni ilə təltif olunur və zabit rütbəsinə layiq 
görülür”. 
1853-cü ildə Krım müharibəsi başlananda yerli bəylərdən ibarət süvari alayı 
təşkil edir. Bir il sonra, iyunun 19-da Kəlbalı xan Naxçıvanski Çınqıl döyüşündə 
fərqdəndiyinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunur. 
Həmin il iyulun 30-da rus ordusunun general-leytenantı, İrəvan süvari alayının 
rəisi Vrangel Qafqaz ordusunun baş komandanına məlumat göndərmişdi. General 
təkcə Kəlbalı xan haqqında deyil, həmçinin döyüşdə igidliklə  vuruşan oğullarımız 
barədə fəxrlə yazırdı; 
“Qoşunlarımızın hədsiz igidliyi barədə əlahəzrət cənabınızın qarşısında 
təkrarən şəhadət verməyi özümə borc bilirəm ki, zabit və əsgərlər döyüşə həvəslə 
gedirlər: yüngül yaralananlar cəbhəni tərk etmir, yaralılar isə döyüş meydanında 
qalırdılar. Tibb işçiləri elə oradaca onlara yardım göstərirdilər. 18 İyul tarixli ilk 
məlumatında adları çəkilən kapitan İsmayıl xandan /Kəlbalı xanın qardaşıdır. 

Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin