Sənaye tullantilari və suyu çİrkləNDİRƏn məNBƏLƏR



Yüklə 13,43 Kb.
tarix20.02.2022
ölçüsü13,43 Kb.
#52873
1.3SƏNAYE TULLANTILARI VƏ SUYU ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR


SƏNAYE TULLANTILARI və SUYU ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR

Sənaye tullantıları atmosferin zəhərli tullantılarla çirklənməsində əsas yer tutur. Müxtəlif kimyəvi maddələr və istehsal vasitələri istehsal edən zavod və fabriklərdən atmosferə külli miqdarda toz, kükürdlü qazlar və s. ötürülür.Polad və çuqun istehsal edən metallurgiya zavodları atmosfer havasına çox çiqdarda zəhərli qazlar buraxır. Bir ton çuqun hesabı üzrə bu qazların tərkibində 4,5 kq toz, 2,7 kq kükrd qazı, 0,6 kq manqan, fosfor, quruğuşun, civə birləşmələri olur.Müəyyən edilmişdir ki, kükürd oksidi havaya daxil olan mənbədən hava ilə 6000-12000 km məsafəyə yayılır. Məhz bu səbəbdən 1972-ci ildə Rur kömür hövzəsində havanın çirklənməsindən İsveçdə qara rngli qar yağmışdır.

Alüminium, mis, maqnezium istehsal edən əlvan metallurgiya zavodları da atmosferi zəhərli qaz və tozlarla zəhərləyir. Elektroliz üsulu ilə Al alındıqda boksidlə birlikdə kriolitdən istifadə edilir. Tərkibində flüor olan bu maddənin elektrolizində ayrılan flüorun bir qismi atmosfer havasına qarışır.

Kimya zavodlarından, neft-qaz isthsal edən müəssisələrdən, neftin saxlanılması və nəql edilməsi idarələrindən, kənd təsərrüfatı müəssisələrindən daha çox zəhərli tullantılar ayrılır və ətraf mühiti olduqca çirkləndirir. Kimya zavodlarından atmosferə ötürülən qazların əksəriyyəti orqanizm üçün zəhərli hesab edilir. Belə qazlara misal olaraq yuxarıda qeyd edildiyi kimi, karbon 2-oksidi, sulfit anhidridi, ammoniyakı, müxtəlif üzvi birləşmələri, hidrogen sulfidi, müxtəlif xlorlu birləşmələri göstərilir.



Ətraf mühitin, atmosferin radioaktiv maddələr vasitəsilə çirklənməsi insanların təbii və süni şəkildə radioaktiv maddələrdən istifadə etməsi ilə bağlıdır. Radioaktiv maddələr, adətən, havaya torpaq vasitəsilə keçir. Bundan əlavə, radioaktiv maddələr kosmik şüalanma və yer səthində şüalar yaymaqla, havadakı radon, torium, bunların parçalanma məhsulları ilə bağlıdır.İnsan təyyarələrdə 1200 metr hündürlükdə uçan zaman şüalanmaya məruz olur.

Yerüstü suların çirklənməsinə gətirib çıxanmühüm mənbələr ayrı-ayrı sənaye və məişət müəssisələri, böyük kənd təsərrüfatı obyektləri, ayrı-ayrı istilik və elektrik stansiyaları hesab olunur. Bunlardan əlavə, heyvan otarılan sahələrdən, dərmanlanmış və gübrələnmiş əkin ərazilərindən, bağlardan, meşələrdən, plantasiyalardan, küçələrdən gəlmiş su və digər sənaye müəssisələrdən ayrılmış və demək olar ki, təmizlənməsi mümkün olmayançirkli sular, iri su hövzələrini pisləşdirir, onların ekologiyasına mühüm şəkildə zərər vurur.
Yüklə 13,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin