HƏYAT DƏRSİ
B
iz meşədə yerləşmişdik. Böyük tonqal qaladıq,
buna baxmayaraq, hava yenə də soyuq idi. Bahar
təzəcə özünü göstərirdi. Jambal köhnə pambıq sı-
rınmasına bürünüb oda tərəf yaxınlaşdı və gözlərini gecənin
qaranlığına zillədi. Alovun parıltısı onun böyük kədərli göz-
lərində əks olunurdu. «Necə gözəl gözləri var» - deyə mən
düşündüm.
Yol uzunu Jambal fıkirli və lal-dinməz idi. Biz onunla
dağlarda tanış olduq. Jambal Ulan-Batorda yaşayır, küçələ-
rin və meydançaların yaşıllaşdırılması trestində çalışırdı. O,
Tayqaya bir qrup tələbə ilə ağac tədarükü üçün gəlmişdi. Biz
onunla üç gün bir yerdə olduq. Nədənsə Jambal məni maraq-
landırdı və mən istəyirdim ki, onunla yaxından tanış olum.
Tonqal ətrafında mənimlə Jambaldan başqa bir neçə
gənc də oturmuşdu. Onlardan biri dedi:
- Ali təhsilli adamın uzaq yerlərə getməsi vacib deyil.
18
Jambal yuxarı qalxan qığılcıma baxaraq gülümsündü:
- Çox səhv fikirdir! İlk növbədə öz şəxsi rifahını və rahat-
lığını irəli çəkənlər bu qığılcımlar kimi tez sönə bilərlər.
O tonqala bir neçə budaq atdı.
- Siz tələbə olmusunuz? – deyə mən soruşdum.
- Olmuşam.
- Mən elə də düşünürdüm.
0, hiss edəndə ki, mən yeni sual verməyə hazırlaşıram,
öz söhbətinə belə başladı:
- Mən bilirəm, əgər universiteti qurtarsaydım, həyatım
necə olardı. Bilirəm ki, onda böyük bir səhv etdim. Buraxılış
imtahanına bir il qalmış məni ali məktəbdən qovdular.
Jambal ağacla tonqalı qarışdırdı. Tələbələr gülür, mahnı
oxuyur, bizə məhəl belə qoymurdular. Jambal bir az susub
dedi:
- Mən yaxşı oxuyurdum, hətta əlaçı da olmuşdum. Ozüm-
dən bədgüman kimi hesab edirdim ki, mən hamıdan yüksək-
dəyəm. O vaxt mən artıq evli idim, bizim qızımız da doğul-
muşdu. Nədənsə düşünürdüm ki, həyat yoldaşım o qədər də
yaxşı təhsil almayıb və o, istənilən gözəlliyə malik deyildir.
Onun danışığı, geyimi xoşuma gəlmirdi, onunla küçə ilə ge-
dəndə utanırdım. Bir sözlə, mən çalışırdım ki, arvadımla mü-
nasibətlərim korlansın və ailəmiz dağılsın. İndi fikirləşəndə
öz-özümə deyirəm ki, mən nə qədər axmaq olmuşam.
O, susdu. Bu vaxt tələbələrdən biri belə bir mahnı oxudu:
Gənclər, damcı-damcı
Bu kubokdan şərab için.
- Hə, mən əsl səfeh idim. Bunu indi başa düşürəm. Ar-
zulayırdım universiteti müvəffəqiyyətlə bitirərəm, məni
dərhal nazirlikdə rəhbər işə götürərlər, yaxşı mənzil verər-
lər və mənim yeni həyatım başlanar. Bax, onda xoşbəxtliyi
belə anlayırdım. Yoldaşımı yada salanda əhvalım yaman po-
zulurdu. Mənə elə gəlirdi ki, gərək arvadım gözəl, qamətli,
19
mənə yaraşan olsun. Demək lazımdır ki, mən belə anlarda
təvazökarlıqdan tamam kənar idim. Arvadımın mənim təhsil
almağıma görə fədakarcasına işləməyi məni heç də həyəcan-
landırmırdı. Mən kiçik qızımız haqqında da düşünmürdüm.
Onda içkiyə qurşandım ki, evdə dava-dalaş etməyə hünərim
olsun. Arvadım bu həyata dözməyib, öz qızını götürərək Qo-
biyə getdi və burada müəllimlik etməyə başladı.
Xeyli müddət ondan xəbər tuta bilmədim. Budur, bir gün
gördüm ki, o, mənə məktub göndərib. Burada o yazırdı ki,
xəstədir, xahiş edir ki, ora gəlim. Onun valideynləri uzaqda
yaşayirdılar. Ona görə də həyat yoldaşım qərara almışdı ki,
onları narahat etməsin. O, yazırdı ki, qızımın qayğısına qal-
mağa mən borcluyam.
Tələbələr səslərini kəsdilər. Tonqalda yanan budaqlar
şaqqıldayırdı. Jambal alova baxıb dərindən köks ötürdü:
- Mən ora getməyə bilərdimmi? Hər halda, az da olsa, in-
saniyyətliyim qalmışdı. Və mən yola düşdüm. Getdiyim yol
çox çətin idi. Güc-bəla ilə arvadım və qızımın yaşadıqları
yerə gəlib çatdım. Orada öyrəndim ki, arvadımın vəziyyəti
tam ağırlaşıb və onu şəhərə aparıblar. Mənə bildirdilər ki, o,
məni çox gözlədi, özü də məktub qoyub. Mən şəhərə yollan-
dım.
- Siz onu orada tapdınız? - deyə mən soruşdum.
- Yox, - deyə Jambal gözlərini alovdan çəkməyərək cavab
verdi.
- O, artıq həyatda yox idi. Bu, mənim üçün dəhşətli dərş
oldu...
Tonqalın üzümüzə düşən qırmızımtıl şöləsində mən
yenə onun gözlərində kədər-qəm gördüm. Jambalın geniş al-
nında sərt qırışlar vardı. Axı, o, heç də yaşlı deyildi.
Mən qalxdım və tonqal üçün çör-çöp gətirməyə yollandım.
Səhər tələbələr şən halda çay hazırlayanda Jambal mənə
bir vərəq uzatdı:
- Budur, onun məktubu. Arvadım onu mənim üçün qoy-
20
muşdu: «Jambal! Mən qızımla şəhərə gedirəm. Hiss edirəm
ki, biz bir daha görüşməyəcəyik. Sənə deməyəcəyəm ki,
bizə nə qədər qəm-kədər bəxş etmisən. Onu bilirəm ki, sən
düzələsi mümkün olmayan səhvlər eləyirsən. Mən indiyə
kimi inanıram ki, sən heç də islaholunmaz insan deyilsən və
sən öz doğma qızını atmazsan. Buna mən inanıram. Qızımız
bilmir ki, sən bizi atmısan. O, tez-tez soruşur: «Atamıza nə
olub?» Mən əlbbətə, elə edə bilərdim ki, o, sənə bütün hə-
yatı boyu nifrət etsin. Lakin mən bunu istəmirəm və o, elə
hey gözləyir ki, sən nə vaxt gələcəksən. Onu atma. Bu mənim
səndən axırıncı xahişimdir. Sənə səadət arzulayıram.
Mən Jambala baxdım. O, pambıq sırınmasına bürünüb,
beli bükülü oturmuşdu. Görünür, o, tonqala lap yaxın idi,
tüstü onun gözlərini acışdırırdı. 0, əlinin arxası ilə gözlərini
ovuşdururdu.
21
İNTİQAM
M
ən elə yaşda idim ki, intiqamın nə olduğunıı hələ
anlamırdım. Budur, bir dəfə mən Semjid adında
bir qadına görə Yadam Borooxoydan intiqam
almalı oldum. Yadam dələduz idi. O, qumar oynayaraq var-
lanmışdı. Onun yaşı qırxı keçmişdi, lakin o, subay idi. Kimisə
qonşulardan işə götürürdü ki, mal-qaraya baxsın, özü isə
qalın peysəri, işıldayan sifəti olan sağlam mujik ancaq bunu
22
bilirdi ki, qadınların dalınca düşsün, sümük oyununda işti-
rak etsin. O, dava-dalaşsız keçinmirdi. Böyük gümüş bıça-
ğını çıxarıb və ya dəyənəkdən yapışıb, uşaqların və qadın-
ların dalınca qaçar və qışqırardı: “Öldürəcəyəm!”. Ona görə
də onu Borooxoy Yadam adlandırmışdılar, bunun da mənası
“Dəyənək Yadam” idi. Onun sağ əlində iki barmağı çatmırdı
- baş və orta barmaq. Ona görə də onu orduya aparmadılar
(qadınlar deyirdilər ki, o, qəsdən barmaqlarını çapmışdı).
Bəzən belə şayiələr gəlib çatırdı ki, Yadamı ələ keçirib, rayon
mərkəzinə göndəriblər. Lakin yenə də gecə onun atının ayaq
tappıltısı və onun vəhşi qışqırığı eşidilirdi. Bu vaxt qadınlarm
qorxudan ürəkləri əsirdi. Qonşuların çoxunun onu görən
gözləri yox idi. Lakin elələri tapılırdı ki, onun gözündən kə-
nar Yadamı mühakimə edir, onu görəndə isə bu vəhşiyə yal-
taqlanırdılar. O, görürdü ki, hamı ondan çəkinir, ona görə də
özündən çıxırdı. O vaxtlar varlı olan hər şey edə bilərdi.
Yazıq dul qadın Semjidin iki uşağı vardı. Otuz doqquzun-
cu ildə oğlunu orduya çağırdılar və o, öz qızı ilə qaldı. Onun
qızı yaxşı qız idi, lakin sağlamlığı istənilən qaydada deyildi.
Qızın iyirmi yaşı tamam olmuşdu. Borooxoy Yadam bu qızla
evləndi, lakin bir neçə gündən sonra onu evdən qovdu.
Otuz doqquzuncu ilin payızında döyüşlər qurtarandan
sonra bizim küçənin oğlanları ordudan qayıtdılar. Mənim bö-
yük qardaşım da geri döndü. Onun sinəsini Xalxın-Qol uğrun-
da döyüşlərdə iştirakına görə medalı bəzəyirdi. Qardaşımın
gəldiyi gün Semjid gəldi, o, qardaşımın ayaqlarının yanında
çökdü, o isə susur, bilmirdi ki, nə desin. Semjid acı-acı ağlayır
və başını döşəməyə vururdu. Yağış və külək qaya parçasını
hamar etdiyi kimi, insanlığın dərdi də zaman keçdikcə silinir,
yaddan çıxır. Və... qəflətən yazıq qadını başqa bəla yaxaladı:
qışda onun yeganə qızı vəfat etdi, Semjid xala tək qaldı.
Yayda o, öz alaçığını bizimkinə yaxın qurdu. Bu bədbəxt,
tək qadına mənim çox yazığım gəlirdi. O, həyatında böcəyi
belə incitməmişdi. Mən anlaya bilmirdim ki, nə üçün dünya-
23
da bəziləri həyatdan zövq alır, bəzilərinin isə dərd-bəla bel-
lərini bükür. Mən Semjid xala üçün su daşıyır, odun mişarla-
maqda ona kömək edirdim. O, inək sağanda buzovu kənara
çəkirdim. Sonra mən çörəklə şirin qatıq yeyir və ona danı-
şırdım ki, yer kürə şəklindədir, o Günəşin ətrafında fırlanır,
uzaq Afrikada qara hisə oxşar dərisi olan adamlar yaşayırlar.
Semjid xala mənə həvəslə qulaq asır və mənə elə gəlirdi ki,
onun qəlbi bununla rahatlıq tapır.
Bir dəfə isti yay axşamlarının birində Semjid xala inəyi
sağır, mən isə quru peyin yandırırdım. Hər bir alaçığın buxa-
rısından göy tüstü qalxır və asta-asta tarlanın üstü ilə çay
tərəfə gedirdi. Çox inək olan yerdə bir neçə tonqal qalanırdı.
Tüstü çox olsun deyə, mən də üç tonqal qalamışdım. Peyin
yanandan sonra mən tonqala ot atmağa başladım. Semjid
xala öz-özünə nəsə deyinərək, taxta bidonu götürüb inəyi
sağmağa getdi. Qonşu qadınlar, yaşca bir az cavanlar sağımı
qurtarıb, əllərində dolu vedrələr öz alaçıqlarına qayıdırdılar.
Birdən hardansa sərxoş Yadam peyda oldu və Semjid xala-
dan şərab tələb etdi. Xala ona cavab verdi ki, çoxdandır onun
evində araq çəkilmir. Lakin davakar əl çəkmir, qadını təhqir
edir və ona deyirdi ki, oğlunu vaxtından əvvəl öldürüblər,
qızı isə xəstəlikdən vəfat etmişdir, özü isə haqq dəryasında
quruyub. Semjid xala ağlamağını saxlaya bilmir, göz yaşları
südün içərisinə tökülürdü.
- Sən nə edirsən? Sənə nə lazımdır? - deyə mən qəzəbdən
güclə nəfəs alaraq qışqırdım.
Doyunca əyləndiyini hiss edən Yadam - bədbəxt qadını
göz yaşı axıtmağa məcbur etdiyinə sevinən Borooxoy ye-
yib-doymuş qaz kimi qaqqıldadı və atını səyirtdi.
Mən qəti qərara gəldim ki, Semjid xalaya görə bu nacins-
dən, rəzildən intiqam alım. Həmin gecə adamlar yatmağa ha-
zırlaşanda, o, yenə də bizim alaçığa gəldi. Onun vəhşi qışqırı-
ğından hətta itlər də gizləndilər. O, qardaşımla söhbət etdiyi
zaman mən ondan necə intiqam almağı fikirləşib tapdım. Sa-
24
kitcə alaçıqdan çıxıb, qoyun ağılına daxil oldum, buradan qo-
yun dərisi götürdüm, ona qalın ciyəni sarıdım və onu qayışa
bağladım. Tezliklə Yadam atla çıxıb getdi. Mən sakit durub,
at tappıltısına qulaq asırdım. Yerimdə uzanaraq mən arzu
edirdim ki, hürkmüş at onu üstündən atsın və o, ölümcül və-
ziyyətə düşsün.
Səhər erkən oyananda mən küçəyə qaçdım və gördüm ki,
qonşu alaçığın qabağında adamlar toplaşıb. Böyük izdiham
var. Yadam yerdə uzanmışdı. Onun ayağını üzəngi sıxmışdı,
üzündə qan görünürdü. Yaxınlıqda isə sarınmış qoyun dərisi
göründü.
- Sağdır, çənəsini sındırıb. Əgər qarınaltı qayış qırılma-
saydı, ölümlə nəticələnə bilərdi, - deyə bura toplaşanlar fi-
kirlərini söylədilər.
Onu görüb çox qorxdum, lakin etdiyim hərəkətə görə
təəssüflənmirdim. Mən başa düşdüm ki, insanın ən yaxşı
keyfiyyəti onun yazıqlara əziyyət veriləndə onlara havadar
çıxması, onları müdafiə etməyə hazır olmasıdır. Mən indi də
etdiyimə görə təəssüflənmirəm.
25
PİNƏçİ
U
lan-Batorun küçələrindən birində qövsvari pən-
cərəsi olan balaca köşk vardı. Bütün günü buradan
çəkic səsinin ahənginə uyğun az xırıltılı səslə oxu-
nan mahnı səsi gəlir.
Onu oxuyan Ser-Oddur. Onu bütün küçə tanıyır. Budur, üç
ildir ki, o, köşkünü burada yerləşdirib pinəçilik edir. Otağın
bir küncündə səliqə ilə müxtəlif ölçü və fasonlarda uzunbo-
ğaz çəkmələr, tuflilər, adi çəkmələr qoyulmuşdu. Onlardan
bəzilərinin arxası cırıiıb, bəzilərinin dabanları yeyilib, bə-
zilərinin də altlıqları dağılıb çıxarılıb.
Ser-Od əsasən çəkməyə altlıq vuranda nəğmə oxuyur.
O, özünün uzun, qaba barmaqları ilə mıx və çəkici götürüb,
ayaqqabının altlığına mıx vurmağa başlayanda hər kəs görür
ki, o, öz işinin ustasıdır. Görəndə ki, o, peşəsinə vicdanla ya-
naşır, hər kəs özünü danlayır ki, ayaqqabını səliqə ilə geyin-
26
mək lazımdır.
Ser-Odun otuzdan çox yaşı var. O, özünün damalı papa-
ğını və dəri gödəkçəsini geyinəndə elə gənc və boy-buxunlu
görünür ki, hər bir gözəl qız ona gizlicə baxmadan yanından
ötə bilməz.
Ser-Od pinəçidir. Məgər bu, pis sənətdir? Məgər bu, in-
sanlara lazım deyil? Hər bir kəsə ayaqqabı gərəkdir. Təəssüf
ki, onlar tez yırtılır. Bu səbəbdən onları təmir etmək lazım
gəlir.
O küçədə ki, Ser-Od çalışır, buradä fəhlələr, qulluqçular,
tələbələr, alimlər, bir sözlə müxtəlif sənət adamları yaşayır.
Ser-Od demək olar ki, onların hamısıni tanıyır, ancaq
gözəl geyinənləri və yamaqlı ayaqqabı geyinməyənləri tanı-
mır. Ser-Odun yaxşı münasibət bəslədikləri oğlanlar idilər.
Onlar həyətdə top oynamağı çox sevirlər. Onların ayaqqabı-
larının altlıqları daim aralanır.
Hər kəsin öz xasiyyəti var, hər kəs ayaqqabılarını özünə
xas dağıdır. Ser-Od bilir ki, ilk növbədə ayyaqqabının burnu
dağılır, sonra pəncəsi. O, bilir ki, qadınlarda ayaqqabının da-
banı yeyilir.
Zənn etmək olar ki, ayaqqabılar tez dağılırsa, pinəçi üçün
yaxşıdır. Lakin Ser-Od əksinə düşünür. Yanına tez-tez gələn-
lərdən onun xoşu gəlmirdi. Həqiqətən, onin fikrincə, əgər o,
uzunboğaz çəkməyə birinci növ altlıq vurursa, onu möhkəm
bərkidirsə, budur onlar tez dağılıb, bunun nəyi yaxşıdır?
Bu küçədə yaşayanlar öz pinəçilərini sevirlər. Ser-Od da
onlara - həm qocalara, həm də cavanlara yaxşı münasibət
bəsləyir. Lakin elə hallar olur ki, sən kimisə daha çox seçir-
sən, kimsə sənə başqalarından daha çox xoş gəlir.
Ser-Odun rəğbət bəslədiyi bir adam vardı. Onun adı Tse-
redulam idi. Tseredulam solğun bənizli, dərinə düşmüş qara
gözlü gənc qadındır. Onun üç gözəl oğlu var. Əri sərxoşluğa qur-
şanaraq, onu üç uşağı ilə atmışdı. Qadın üçün çox çətin idi. O,
Ser-Odun köşkünə eyni çəkmələri düzəltməyə tez- tez gəlirdi.
27
Tseredulam köşkə gələndə Ser-Od oxumağını saxlayır və
onlar xeyli söhbətləşirdilər. Nə qədər ki, onlar tez-tez görü-
şürdülər, Ser-Od qadına baxaraq, nəfəsini ağır çəkirdi.
Lakin Tseredulam bura bəzən ayaqqabısız da gəlirdi. O,
bura daxil olanda Ser-Odu qəribə hisslər çulğalayır, əlindəki
çəkiclə mıxın papağına düzgün vura bilmirdi.
Bir gün qadın dedi:
- Bu gün şənbədir. Bu axşam bizə gəlin...
Ser-Od özünün bayırlıq kostyumunu geyinib deyilən
vaxtda mənzilin qapısını döydü.
- Bizim pinəçi gəldi, - deyə uşaqlar onu şadyanalıqla qar-
şıladılar.
Tseredulam ləzzətli şam hazırladı, masaya xüsusən qo-
naq üçün alınmış bir şüşə çaxır qoydu. “O, necə də yaxşı qa-
dındır”, - deyə Ser-Od fikirləşdi. - Uşaqları da qəşəngdirlər.
Bundan sonra Ser-Odun köşkündə axşamlar işıq xeyli ya-
nardı. Ser-Od bir neçə cüt təzə balaca uzunboğaz çəkmələr
tikirdi.
Günlərin birində Tseredulam köşkə üç cüt çox köhnə
uşaq uzunboğaz çəkmələri ilə daxil oldu. Ser-Od çəkici kəna-
ra qoydu, həyəcanla gülümsədi və öz yeşiyini açdı. Oradan o,
üç cüt təzə balaca uzunboğaz çəkmələr çıxartdı.
- Mən... Mən uşaqlara hədiyyə eləmişəm. Zəhmət olmasa,
xahiş edirəm, götür, - deyə Ser-Od dilləndi.
O, karıxmış halda gülümsəyir, nə üçünsə öz alətlərini bir
yerdən başqa yerə qoyurdu.
Tseredulamın gözlərində yaş göründü, onlar muncuqlar
Günəşdə olduğu kimi parıldayırdılar.
- Tseredilam! Mən səni və oğlanlarını çox sevirəm, - deyə
Ser-Od bildirdi.
28
XONQOR- zUL
V
ətənimdə qeyri-adı gözəlliyə malik olan Xonqor-Zul
adlı qızdan və onun acı taleyindən danışırlar. Lakin
heç kəs bilmir ki, o, həqiqətən olub, yoxsa bunların
hamısı uydurmadır?!
Deyirdilər ki, onun haqqında bizim meşəbəyi kimi yax-
şı nəql edən tapılmaz. Məhz buna görə mən istərdim ki, qız
haqqında hər şeyi onun dilindən eşidim.
Meşəbəyi isə, elə hey boyun qaçırırdı, mən isə təkid edir-
dim və o, nəhayət, razılaşdı.
- Əgər sən həqiqətən onun haqqında eşitmək istəyir-
sənsə, sabah dan yeri ağarmamış bura gəl, - deyə o, dillən-
di. - Meşəyə gedərik, orada bəlkə mən sənə onun haqqında
danışdım.
Mən erkən oyandım.
- Nəvəciyim, de görək ertədən sən hara hazırlaşırsan?-
29
nənəm hıqqıldayaraq yataqdan qalxıb soruşdu.
- Meşəbəyi ilə ova gedirəm.
- Ehtiyatlı ol. Axı meşəbəyi bir az başdan xarabdır.
Biz meşəbəyi ilə onun alaçığından çıxıb yola düzələndə,
hava təzəcə işıqlaşmağa başlayırdı.
Mənə belə gəlir ki, meşəbəyi adamların hesab etdikləri
kimi deyil. Düzdür, o, adamların yanında olmağı sevmir, sirr
verməyəndir. Heç kəslə fikrini bölüşdürmür. Lakin o, meşəni
sevir, əsaslı surətdə onu qoruyur. Ola bilsin, buna görə hesab
edirlər ki, meşəbəyi tərs xasiyyəti olan adamdır.
Tayqada o, özünü evində olduğu kimi hiss edir, bəzən
həftələrlə burada qalır.
Danışırlar ki, bəzən hətta qışın şaxtalı vaxtında o, burada
gecələyir. Böyük tonqal qalayır, dağ keçisinin ətindən kabab
çəkir, onu yeyib, ayı dərisindən olan kürkdə oturub, özünün
qısa qəlyanını çəkir. Mövhumatçı qarılar meşəbəyini az qala
cin-şeytandan törənən hesab edirlər.
Uzun illər idi ki, mən evdə, nənəmin yanında deyildim,
lakin hər şey yadımda idi və mən öz doğma diyarımı çox
sevirdim. Bizim aulun uşaqları kimi, mən də əvvəllər meşə-
bəyidən qorxurdum. Lakin indi mən böyümüşəm, kim olur-
sa-olsun, onunla mübahisə etməyə hazıram. Meşəbəyinin
belə qəribəliklərinin xüsusi səbəbləri vardır, yəqin onları
ürəyinin dərinliyində gizləyir.
Nə qədər ki, meşəbəyi haqqında düşünürdüm, o qədər
də bu adamın sirrini öyrənmək istəyirdim. Onunla görüşəndə
meşədən, tayqanın həyatından söhbət açmağa çalışırdım. Əgər
o, hər hansı nağılı danışmağa başlayırdısa, mən sanki balaca-
laşır və ona maraqla, nəfəsimi dərmədən qulaq asırdım. Yəqin
məhz buna görə mən meşəbəyinin etibarını qazandım.
Mən səbirsizliklə gözləyirdim ki, nə vaxt meşəbəyi gözəl
Xonqor-Zul haqqında danışacaq. Qızın adı çəkiləndə, nədənsə
o, gözlərini yana çevirir və qəmgindi. «Yəqin bu əhvalatın ona
aidiyyatı var» - deyə mən qeyri-ixtiyari düşünürdüm.
30
Meşəbəyi özünün qoca, boz madyanında bir az yana əyil-
miş halda oturmuş və diqqətlə meşənin dərinliyinə baxırdı.
Onun geniş kəmərinə qınında olan uzun bıçaq dürtülmüşdü.
Çiynindən isə köhnə tüfəng asılmışdı. O, sanki paravoz kimi
çubuğunu tüstülədirdi. Meşəbəyinin başında köhnə başlıq
vardı, onun da yarı açılmış qulaqlıqları küləkdə yellənirdi.
Meşəbəyinin boz madyanı bu yerlərə elə öyrənmişdi
ki, yol gedərkən keçmək üçün özünə rahat yer seçirdi. Mən
hərəkət edəndə isə kollar və budaqlar bəzən üzümə dəyir-
di. Atım güclə boz madyana çatırdı. Tezliklə meşə büsbütün
işıqlaşdı. Lakin mənə elə gəlirdi ki, qayalar və ağaclrın kötük-
ləri iri ayılar və qəzəbli qabanlardır.
Birdən bizim atlarımız nədənsə öztərini narahat hiss et-
dilər və qulaqlarını şəklədilər. Meşəbəyi tez atdan sıçradı, elə
o andaca tüfəngi çiynindən götürdü və yüyəni üstümə atıb,
zülmət boşluğa daxil oldu. Bir neçə dəqiqə keçdi. Atlar qəf-
lətən kənara sıçradılar. Elə bu vaxt atəş səsi bütün tayqanı
bürüdü. Yenə də sakitlik çökdü. Quşların cikkiltisindən və
çayların şırıltısından başqa heç nə eşidilmirdi. Mən atəş səsi
gələn tərəfə tələsdim.
Meşəbəyi kötüyün üstündə oturub, qəlyanını tüstülədir,
onun ayaqlarının yanında isə iri ayı uzanmışdı.
Biz qərara gəldik ki, dağ çayının yanında dincələk. Bu-
rada biz tonqal qaladıq, çay qoyduq və tonqalın yanında əy-
ləşdik. Mən meşənin səsinə fikir verdim. Həm quşların səsi,
həm çayların şırıltısı, həm də yarpaqların xışıltısı - bütün
bunlar meşə simfoniyasını yaradırdı.
Meşəbəyi dərindən köks ötürüb:
- Mənim Xonqor-Zulum məni həmişə burada qarşılayar-
dı, - deyə o, dilləndi.
Mən nəzərlərimi ona dikib nəfəsimi dərmədən onun he-
kayətini gözləyirdim.
- Xonqor-Zul çox qəribə qız idi, - deyə meşəbəyi söhbə-
tinə başladı. - O, sanki meşə pərisi, bu cənnətin hökmdarı idi.
31
O, təbiətin çox sirlərini mənə öyrətmişdi. Mənim kiçik qar-
daşım, sən bilirsən, o, necə qeyri-adi qız idi? O, çiçəklərdən
doğulmuşdu. O, bilirdi ki, hansı günlər novruzgülü açılacaq,
nə vaxt meşə gilasının tumurcuğu partlayacaq. O, bu tayqa-
nın gözəlliyi idi.
Xonqor-Zul tez-tez mənə deyərdi ki, hər yerdə güllər-çiçək-
lər bitib. Səhər tezdən o, çiçəkləri və ağacların yarpaqlarını ağ-
zına alar və deyərdi ki, bu şehlər daimi həyatın mənbəyidir. O,
bütün gülləri və giləmeyvələri rayihələrinə görə tanıyırdı. Hə,
Xonqor-Zul həqiqətən çiçəklərdən doğulmuşdu.
O, əsmər bənizli, aydın qara gözlü, al dodaqlı bir gözəl
idi. Onun gözəl qaməti vardı. Ana təbiət özündə nə yaxşı şey
vardısa, ona bəxş etmişdi. Biz birgə böyüyürdük. Uşaqlıq-
dan dostluq edir və varlı Qardın qoyunlarını otarırdıq. İllər
keçdi. «Qoy Qardın Manqusun (monqol nağıllarında əjdaha,
div) işıldayan hər şeyi görən gözləri mənim Xonqor-Zulumu
görən yerdə kor olaydı. O vaxt qızın cəmi on yeddi yaşı vardı.
Qard onu öz gənc oğluna aldı. Oğlan o qədər axmaq idi ki, sağ
və sol tərəfi ayırd edə bilmirdi.
Beləliklə, Qardın oğlu mənim Xonqor-Zulumu özünə ar-
vad elədi. O, daim qızı alaçıqda bağlı saxlayır, özündən bir
addım belə kənara qoymurdu. Oğlan onun üzünə ilan kimi
fısıldayır, vəhşi heyvan kimi nərildəyirdi. O, qızı hər yetənə
qısqanırdı. Gənc həm də, tez-tez Xonqor-Zulu döyürdü. Ya-
zıq Xonqol-Zul arıqladı və get-gedə kökündən ayrılmış çiçək
kimi solmağa başladı. Onun qara gözləri çuxura düşdü və
tutqunlaşdı, onun al-qıımızı dodaqları göyərdi.
- Hərçənd mənim bədənim ləkələnib, lakin mənim sənə
olan dostluğum müqəddəsdlr, - deyə o, bir dəfə gizlin görü-
şümüz zamanı mənə bildirdi.
Yaz gəldi, çaytar aşıb-daşdı, ağaclar tumurcuqlandı, quş-
lar uçub gəldilər.
Qardın gic oğlu atından düşməyərək, arvadını qoruyurdu.
Meşələr yaşıllaşdı və quşların oxuması ətrafa yayıldı.
32
Günəş parlaq işıq saçdı. Yer çiçəklərlə örtüldü, Xonqor-Zulun
gözlərini isə kədər-qəm dumanı bürümüşdü. O, insanlara se-
vinc bəxş edən gülüşü yaddan çıxarmışdı.
Yayın ilk ayı idi. Birdən camaat arasında səs yayıldı ki,
Qardın gəlini qaçıb.
Xonqor-Zul mənə burada rast gəldi. Dağlar və tayqa
bizim doğma evimizə çevrildi və onlar bizi xəbis adamlar-
dan gizlədirdilər. Buradakı dağ çayları bizim yanğımızı sön-
dürür, meşələrin giləmeyvələri isə bizim azuqəmiz oldu.
Xonqor-Zulun əvvəlki gözəlliyi yenə də özünə qayıtdı.
Buludsuz, aydın yay gecələrində ulduzlar məhəbbətimi-
zi qoruyur, sərin külək bizi tumarlayırdı. Quşlar gözətçilər
kimi başımızın üzərində uçuşur, mağaralar bizi qoynuna
alır, ağaclar öz kölgələri ilə bizi qızmar Günəşdən qoruyur-
du. Manqus Qardın gic oğlu isə bizi tapa bilmədiyindən hir-
sindən dişlərini qıcayır, dodaqlarını gəmirirdi. O, dağlarda,
meşələrdə vurnuxur, adamlarda qorxu, dəhşət yaradırdı.
Hərçənd Xonqor-Zul çiçəklərdən yaranmışdı, o, adamlar
üçün darıxmağa başladı və biz tayqadan çıxdıq. Kim ağlına
gətirə bilərdi ki, burada bizi qəm-kədər gözləyir. Bir gün
mən ova getdikdən sonra Qardın oğlu Xonqor-Zulunu tapdı
və onu boğdu.
Mənim dərdimin sonu yox idi. Mən qəzəblənərək, Qar-
dın oğlunun başını əzdim, onu xıncım-xıncım etdim, alaçığını
yandırıb burdan uzaqlaşdım.
Mən doğma yerlərə yalnız köhnə, ədalətsiz hökumət
dev riləndən və yeni inqilabi qaydalar bərpa ediləndən sonra
qayıtdım. Onda sən hələ balaca idin, beşikdə yatırdın və bil-
mirdin ki, əvvəllər adamlar necə acınacaqlı vəziyyətdə yaşa-
yırdılar.
Meşəbəyi əyilib ayağının yanındakı çiçəyin butasını sı-
ğalladı.
- Mənim yazıq Xonqor-Zulum. O, bu çiçəkdən doğulmuş-
du, - bunu deyərkən onun səsi titrədi.
|