YOLDA
Y
azda elə günlər olur ki, bəzən insan ayağı dəy-
məyən çöldə külək cövlan edir. O bir tərəfdən
başqa səmtə vurnuxur, fit çalır, ulayır, inildəyir.
Yolda güclə nəzərə çarpan kələ-kötür boz qayalarda külək
dolaşaları, qumu qovur, yolda olan keçənilki ağımtıl otla ör-
tülmüş sahədə o süpürüm bitkisinin dalınca qaçır.
Lakin heç bir külək və boran həyatın səs-küyünü, gurul-
tusunu boğa, batıra bilməz. Bu adam olmayan yerdə dolaşan-
lar qışqırışır, qartallar qarıldaşırlar.
Belə yaz günlərinin birində çölü elə bir qeyri-adi səs-küy,
gurultu bürüdü ki, dünyanın yaranmasından o beləsini eşit-
məmiş və görməmişdi.
Yolda möhkəm səs salaraq boz kələ-kötür qayalıqlarda
güclə görünən iyirmi dörd nəhəng başqa yola, keçənilki sü-
pürüm bitkisi ilə örtülü sahəyə keçdi. Bu vaxta kimi bu çöl
qədim tarixdən bu yana yalnız vəhşi atların kişnərtisini və
tufan zamanı ildırımın səsini eşitmişdi. İyirmi dörd nəhən-
34
gin gurultusu çöl üçün əcaib bir şey idi.
İyirmi dörd nəhəng - bu, iyirmi dörd traktor idi. Onlar-
dan iyirmi üçündə bir sürücü oturmuşdu, iyirmi dördüncüdə
isə sürücüdən başqa, iki adam da vardı. Bu traktor yedək-
lə içində çadırlar, yataq ləvazimatları və ehtiyat azuqə olan
balaca vaqonu dartırdı. Sürücünün yanında qucağında uşaq
olan qadın oturmuşdu.
Traktor kolonu xam torpaqla yeni dövlət təsərrüfatı ya-
radıcalaq yerə hərəkət edirdi. İrəlidəki traktoru şəhərliyə
oxşayan gənc idarə edirdi. O, fikirləşirdi: ”Əgər biz o yoxuşu
qalxsaq, tezliklə deyilən yerə çatarıq. Dayanmadan hərəkət
etsək, axşama ordayıq. Bizimkilər yorulublar, yemək istəyir-
lər. Yaxşı olardı ki, arvadımı və oğlumu yedizdirim. Onlara
istirahət verim”. Onun arvadı axırıncı traktorda oturmuş və
ehtiyatla uşağı sinəsinə sıxmışdı. İrəlidəki traktorun sürücü-
sü arxaya çevrlləndə qadına əl elədi, gülümsədi və bu zaman
tozlu sifətində onun qar kimi ağ dişləri göründü. Tezliklə çöl
yenə qeyri-adi bir səs - körpənin şikayətedici səsini eşitdi.
Gənc qadın uşağı daha möhkəm sinəsinə sıxdı. O, toz basmış
yorğana bürünmüş balacanı yırğalayır, ona laylay deyir, la-
kin uşaq sakitləşmirdi. Ana oğlunun başına əlini gəzdirir, o,
isti idi. Deyəsən, xəstələnib. Uşağın atasına demək lazımdır.
Nə mənası var? O ki, həkim deyil. Bununla bütün kolonu da-
yandırmış olarıq. Bir də ki, birinci traktora kimi göndərmək
olar?
- Uşağına nə olub? O, sağlamdır? - deyə sürücü qadından
soruşdu.
- Deyəsən naxoşlayıb.
- Bəs nə edək?
- Bəlkə keçib getdi.
- Hər halda, ərinə demək lazımdır. Qoy dayansın.
- Niyə görə dayanaq? Deyilən yerə çatarıq, onda...
- Yox, indi desək yaxşıdır.
Axırıncı traktorun sürücüsü özünü narahat hiss edir. Bu
35
gün o, birinci getməli idi, lakin təqsirkar oiduğu üçün müəy-
yən vaxtda dayanacaq zamanı o, qəsəbədə ləngidiyindən və
yola düşməyə gecikdiyindən cəza olaraq ona axırda, quyruq-
da gəlməyi tapşırdılar.
Külək qurumuş otu xışıldadır. Ala-bula dolaşalar qışqırı-
şırlar. Axırıncı traktorda isə uşaq ağlayır. Təyin olunmuş yerə
isə hələ çox qalıb. Əvvəlki traktorda oianlara məlum oldu ki,
uşaq xəstələnib. Onlar bunu hardan bildilər, təsəvvürə gə-
tirmək mümkün deyildi. Heç kəs qışqırmamışdı, traktorları
dayandırmamışdı. Hər bir sürücü arada geri dönür və başqa-
sının işarəsindən nə baş verdiyindən xəbər tutmuşdu. On-
lar yollarına davam etdikləri zaman bir-birləri ilə bax, belə
əlaqə saxlayırdılar. Sürücülərə nə külək, nə də traktorların
gurultusu mane ola bilmirdi.
Əgər bələdçi traktor dayanmış olsaydı, o biri iyirmi üçü
də dayanacaqdı. Lakin o dayanmırdı - çöl boyu məqsədə doğ-
ru qətiyyətlə hərəkət edirdi.
İkiqat parça çadırda 3 nəfər uzanıb: kişi və qadın - ər və
arvad. Balaca uşaq - oğul onların arasındadır. O, qızınıb və
dinmir. Ər süngər kimi kobudlaşmış ovcu ilə arvadının yum-
şaq əlini tumarlayır:
- Əzizim, sakit ol. Balacaya dərman verdilər. Hərarəti indi
düşəcək. Sizin hər ikiniz yorulmusunuz, vəssalam. Çox çətin
yoldur... Yaxşı olardı ki, siz sonra gələydiniz...
- Hə, biz sənsiz bir gün belə yaşaya bilmərik, - deyə qadın
dilləndi.
O, dərindən nəfəs aldı:
- Yaxşı, sən heç narahat olma. Hər şey qaydasında olacaq.
Oğlumun hərarəti mütləq düşəcək. Səhərə yaxın külək daya-
nacaq, hava yaxşı, günəşli olacaq.
36
AĞ çİçƏK
B
elə gözəl payız günündə, Günəşin nəvazişli şüaları
altında hər şey - dağlar və çaylar, heyvanlar, quşlar
və həşəratlar nazlanırlar. Düşərgənin ucsuz-bucaq-
sız ənginlikləri üzərindəki buludsuz göy üzündə açıq mavi
tüstü çöl çiçəklərinə ətir saçdı. Dünyamız necə də gözəldir?!
Şəhərin kənarında, şəffaf suyu olan balaca gölün yanın-
da yaranan kiçik çayın sahilində tikinti üçün çınqıl götürülən
yerdə iki qız, bir oğlan uzanmışdıiar. Onlann uzandıqları
dar dərədəki böyük daşın böyründə Qu quşu lələyinə oxşar
bir ağ gül bitmişdi. Gülün nazik gövdəsi və beş yana əyilmiş
ləçəkləri vardı. Çiçək, uşaqlar kimi, Günəşin şüaları altında
nazlanırdı.
Oğlan arıqdır, gündən yanmış ayaqları sıyrıntılarla ör-
tülmüşdür. Qızların çiyinləri və əlləri ağ və zərifdir. Oğlanın
baxışları xəyala dalmış kimi göyə baxır. Qızlar isə fikirli halda
çiçəyə tamaşa edirdilər.
- Yazıq, burada tamam tək bitmişdir, - deyə qızlardan biri
37
dilləndi.
- Təklik pis şeydir, - deyə o biri qız onun dediyini təsdiq
etdi.
Qızın meşə gilası kimi qara gözlərində günəşin şüaları
bərq vururdu.
- Mən bilirəm, yayda sən olmayanda çox darıxırdım.
- O gör necə zərif və ağdır! Necə olub ki, o bu daşda bitib?
- Bacarıb də. Yəqin o çox istəyib ki, bitsin.
- O tezliklə solacaq.
- Gələn il isə yenə bitəcək, görərsən!
Qızların boş-boşuna danışıqları xəyaia dalmış oğlanı
bezdirdi. Özünü böyük kişilərə oxşatmağa çalışan oğlan cid-
di görkəm alıb, dedi:
- O yenidən necə bitəcək?
- Kökündən. Axı kökü qalacaq.
- Heç də yox! Çiçəklə birgə o da quruyacaq.
- Düz deyil! Budur, gələn payız gələrik və görərik,- deyə
bir qız etiraz etdi.
Özünü sındırılmış kimi hiss edən və deməyə söz tapma-
yan oğlan əlini çiçəyə uzadaraq, onu qopartdı.
- Sən necə yaramaz adamsan! - deyə hər iki qız qışqırdı.
Qaragözlü qız isə yerindən sıçrayıb bildirdi.
- Bundan belə biz səninlə heç yana gəzməyə getməyəcəyik.
Və qızlar çıxıb getdilər.
- Bunlara bax, necə dəymədüşərdirlər. İstəmirsiz, lazım
deyil! - deyə oğlan onların dalınca söyləndi.
Və, birdən qopardığı çiçəyə baxıb, oğlan öz hərəkətindən
utandı. Onun qopardığı çiçəyə yazığı gəldi.
38
NATİQ SƏfİYEV
HAQQINDA
Natiq Yusif oğlu Səfiyev
1939-cu il mart ayınm 21-də
Bakı şəhərində həkim ailəsində
anadan olmuşdur.
1957-ci ildə Quba rayonu Al-
pan kənd orta məktəbini qurtar-
mışdır.
1962-ci ildə Azərbaycan
Pedaqoji Universitetini, 1974-cü
ildə Azərbaycan Rus dili və Ədə-
biyyatı İnstitutunu, indiki Slav-
yan Universitetini müvəffəqiy-
yətlə bitirmişdir.
1965-ci ildən 2008-ci ilin
sonlarına kimi Abşeron rayonu, Xırdalan qəsəbə (indi şəhər)
orta məktəbində müəllim işləmişdir.
1963-cü ildən respublikanın dövri mətbuatında jurna-
listlik fəaliyyətinə başlamışdır. O, “Qızıl qələm” media müka-
fatına layiq görülmüşdür.
Natiq Səfiyev məktəbdə işlədiyi müddətdə 6 ümumittifaq
və 14 respublika pedaqoji mühazirələrində və elmi-praktik
konfranslarında məruzələr etmiş, IV və V ümumittifaq mü-
hazirələrindən II və I dərəcəli mükafatlarla vətənə qayıtmış-
dır. 1981-ci ildə müəllim mühazirələri müsabiqəsində II yeri
tutmuş və SSRİ Pedaqoji Elmlər Akademiyasının fəxri diplo-
muna layiq görülmüşdür.
Natiq Səfiyevin indiyədək iki metodiki, iki tərcümə (“Qə-
ribə tütək”, “Köhnə dəyirman”), üç memuar (“Məni yaşadan
xatirələr”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”), didak-
tik hekayələr toplusu (“Babam mənim”), fotoalbom (“İşıqlı
39
dünyam” və “Nicat” (hekayələr)) kitabları çapdan çıxmışdır.
Onun haqqında yüzdən çox məqalə, oçerk, üç kitab yazıl-
mışdır (Akif Şahverdiyev “Ömrə sığmayan həyat”, Güntəkin
İlyasova “Natiq Səfiyev - “Biblioqrafik göstərici”, Hikmət Mə-
likzadə “40 il mətbuatda”).
O, məktəbdə çalışdığı müddətdə 1 yaradıcı diplom, 46
fəxri fərman, 5 təşəkkür məktubu və 5 nişan almışdır. 1989-
cu ildə ona “Əmək veteranı” medalı verilmişdir.
Natiq Səfiyev 1996-cı ildən Azərbaycan Jurnalistlər Bir-
liyinin, 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üz-
vüdür.
Onun 3 qızı və 6 nəvəsi var.
Hal-hazırda təqaüddədir.
40
MÜNDƏRİCAT
Yazıçı Sengyin Erdene haqqında ............................................3
Ürəkdə daş .......................................................................................4
Yeni alaçıq ........................................................................................6
Ana ......................................................................................................9
Çəpiş ...................................................................................................13
Həyat dərsi .......................................................................................17
İntiqam ..............................................................................................21
Pinəçi ..................................................................................................25
Xonqor-Zul .......................................................................................28
Yolda ...................................................................................................33
Ağ çiçək .............................................................................................36
Natiq Səfiyev haqqında ...............................................................38
~~~~~~~~~~~~~~~~~~~~~~~
Çapa imzalanmışdır: 29.07.2013.
Kağız formatı: 60х84 1/16. Həcmi: 2,6ç.v.
Sifariş 26. Tiraj 300.
«Тəknur» ММC-nin mətbəəsində
hazır elektronvariantdan çap olunmuşdur.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəə kitabın məzmununa, yazı üslubuna, orfoqrafiya
və qrammatikasına görə heç bir cavabdehlik daşımır.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəənin direktoru: Ələkbər Məmmədov
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Тelefon: 408-86-23; 050-222-40-25.
Dostları ilə paylaş: |