Sengiyn Erdene
(Monqolustan)
ÜRƏKDƏ DAŞ
(hekayələr)
Bakı – “Təknur” – 2013
Monqolustanın Xalq Respublikası elan edilməsinin
90 illiyinə həsr edilir.
Tərcümə edəni: Natiq Yusif oğlu Səfiyev
Redaktorlar:
Cahan Salman qızı Vəliyeva
Güntəkin Natiq qızı İlyasova
Sengiyn Erdene (Monqolustan). Ürəkdə daş (he-
kayələr). Bakı – “Təknur” – 2013. 42 səh.
Bu kitab tərcüməçinin 11-ci kitabı olub, 3-cü tərcümə əsəri-
dir. Hekayələri dilimizə tərcümə olunmuş, tanınmış yazıçı Sengiyn
Erdenenin bu kitabı oxucular qarşısında qardaş monqol xalqının
həyatından maraqllı səhifələr açır. Yazıçının hekayələrində mövzu
dairəsi həm özünəməxsus, həm də rəngarəngdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-445-00-9
© Sengiyn Erdene
3
YAzIçI SENGİYN ERDENE
HAQQINDA
Tanınmış monqol yazıçısı Sengiyn Erdene 1929-cu ildə
Binder Xeytey aymakında (rayonunda) anadan olmuşdur.
O, 1955-ci ildə Ulan-Batorda Moqolustan Dövlət Universi-
tetinin tibb fakültəsini bitirmişdir. Hələ tələbəlik illərində o,
şeir yazmağa başlamışdır. 50-ci illərdə onun ilk nəsr əsərləri
– povest və hekayələri işıq üzü görür. Öz vətənində S.Erde-
nenin 3 hekayələr məcmuəsi çap olunmuşdur - “Yaz gələn-
də” (1959), “Xonqor-Zul” (1961) və “Lap üfüqün kənarında”
(1963).
“Təmiz su mənbəyi” hekayələr toplusu bu 3 kitabın əsa-
sında tərtib edilmişdir. Onları Monqolustan Xalq Respubli-
kasının ədəbi qəzet və jurnallarında dərc olunan hekayələr
tamamlayır.
Bu kitabda oxucu qarşısında qardaş monqol xalqının hə-
yatından bəhs edən maraqlı səhifələr açılır. S.Erdene hekayələ-
rinin mövzusu müxtəlif və özünəməxsusdur, orijinaldır. Onlar
müəllifin incə ustalığı və bacarığı ilə əsərlərin qəhrəmanla-
rı kimi bizim yaşıdlarımıza göstərilir, sosialist Monqolustanı
vətəndaşının yeni insani keyfiyyətlərini üzə çıxarır.
Onun “Dırnaq altından çıxan tozanaq” (1964), “Günəşli
durna” (1972) epik povestlər silsiləsi, o cümlədən “Göy siçan
ili” (1970), “Qız yayı” (1978), “Göy dağların ənginliklərin-
də” (1981), D.Natsaqdorj haqqında “Həyat dairəsi” romanı
yeni cəmiyyət quruculuğunda monqol ziyalılarının rolundan
bəhs edilir.
Azərbaycan dilinə tərcümə edilən hekayələr Sengiyn Er-
denenin Moskvanın “Proqress” nəşriyyatında rus dilində çap
olunan “Çistıy istoçnik” (“Təmiz su mənbəyi”) kitabından gö-
türülmüşdür. Həmin kitab 1965-ci ildə işıq üzü görmüşdür.
4
ÜRƏKDƏ DAŞ
D
onoy dayı ağac köklərindən, onun törəmələrindən
müxtəlif əyləncəli fiqurlar düzəldirdi. Lazım olan
kökləri axtarmaq üçün o, dağların yağlı təpələrinə,
qayalarına dırmaşar, bu yolda onun paltarları və ayaqqabı-
ları cırılardı. O, təsərrüfatda, məişətdə işlənən qaşıq və fin-
canlara oxşar şeylər düzəldər, bundan da onun arvadı xeyli
məmnun qalardı.
Sonradan o, şam və tozağaciarının gövdələrindəki əca-
ib törəmələri kəsərək, badam və ardıc ağaclarının köklərini
toplayaraq, onlara heyvan və gülməli insan görkəmi verməyə
başladı. Arvadı onun faydasız şeylə məşğul olmağına narazı
qalır, daim deyinirdi. Qonşular isə onun düzəltdiyi füqurla-
rı görüb, Donoy dayının ustalığına heyrətlənir və razı hal-
da başlarını yelləyirdilər. Ustanın tozağacının gövdəsindəki
törəmələrdən dənizin dalğalandığını, alovun dillərini, ardı-
cın gövdəsindən isə şirlə pələngin döyüşünü, qəzəblənmiş
mujikin arvadının saçından tutub sürütləməsini və ya dastan
qəhrəmanlarının çox kiçik füqurlarını görənlər başa düşür-
dülər ki, bu oyuncaqlar heç də əyləncə xatirinə düzəldilmiş
5
füqurlar deyildi. Donoyun özü isə düzəltdiklərini səliqə ilə
qoruyur və onun fiqurları təriflənəndə o, çox sevinirdi. Onda
gözəl əhval-ruhiyyə ilə gəzir, müəyyən işi müvəffəqiyyətlə
yerinə yetirmiş bir adam kimi gülümsəyərdi.
Günlərin birində Donoy dağa qalxdı və orada qəribə bir
kök tapdı. Həmin kök əlləri ilə dizlərini tutmuş, beli bükül-
müş insana oxşayırdı. Onun sinəsində ürəyi xatırladan boz
bir daş işıldayırdı. Donoy onu evə gətirib, üzərində işləyəndə
ürəyində daş olan beli bükülmüş insan fiquru alındı. Donoy
füquru cilalayıb, üstünə lak çəkib, bunu alaçığın görməli ye-
rinə qoydu. Ürəyində bir daş olan, beli bükülmüş kişi fiquru
Donoyun gözünə sataşanda, onun halı dəyişir, ağırlaşırdı.
«Birdən nəvaxtsa mənim ürəyimdə də belə daş olsa, mən
özümü necə hiss edərəm?» - deyə onun beyninə qəribə bir
fikir gəldi. Bu vaxt Donoyun başına kədərli, qəmli xatirələr
daxil olurdu... Bir neçə il bundan əvvəl o, yeganə oğlunu itir-
mişdi. Deməli, o fiqurda olduğu kimi, mənim də ürəyimdə
daş var.
Sakitləşmək üçün Donoy, meşədən topladığı ağac kök-
lərindən hazırlanmış şən fiqurlara diqqətlə tamaşa etməyə
başladı. Yəqin onun xasiyyəti belə idi: o, istəmədiyi fikirlər
haqqında, düşünmək istəmirdi. Qəmli, kədərli fikirlərin onu
təqib etdiyi bir gündə o, beli bükülmüş adam fiqurunu gö-
türərək, onun sinəsindəki boz daşı çıxarıb kənara atdı. Daşın
yerində dərin qəhvəyi bir dəlik əmələ gəldi, sanki insanın
özü onu ürəyindən çıxarıb atmışdı. Donoy astaca fiquru gö-
türüb, balta ilə onu parçaladı və xeyli uzağa atdı ki, ondan
əsər-əlamət belə qalmasın.
6
YENİ ALAçIQ
K
eçənilki lobya qarın altından başını qaldırmış-
dı. Hər tərəf ancaq qarla örtülmüşdü. O qədər də
cavan olmäyan iki qadın Şərqi Sarı çöldə özlərinə
alaçıq qurmuşdu. Onlar beş yüzə yaxın qoyun və keçi ota-
rırdılar. Keçən il quraqlıq oldu, bu il isə qış çox ağır olacaq.
Qadınların biri Dorçulma qoyunların yanına getdi, dörd yaşlı
oğlunu isə alaçıqda tək qoydu. Onun böyük oğlu evdən uzaq-
da mal-qara otarır, aula nadir hallarda gəlirdi. Qonşu qadın
isə iki uşağını məktəbə göndərib, özü isə evdə tək qaldı. Qa-
dınlar qoyunları növbə ilə otarırdılar. Martın əvvəllərində
İx-Boqdodda birdən külək əsdi, burada at çovğunu başladı.
Belə havada atlar külək əsən tərəfə gedirlər, onları heç nə
ilə dayandırmaq olmaz. Çovğun əvvəl elə bir narahatçılıq ya-
ratmırdı, belə ki, mal-qara acından elə zəifləmişdi ki, küləyin
səmti ilə çətin hərəkət edə bilərdi. Lakin qonşular qərara al-
dılar ki, sürüyə bir də nəzarət etsinlər.
7
Balaca Dorjbatın alaçığa doldurulmuş quzu və çəpişiər-
lə oynamağa başı elə qarışmışdı ki, bayırda olan çovğunun
güclənməsini hiss etmədi. Lakin külək elə vıyıldadı ki, oğ-
lan qorxdu. “Anamın yanına gedim”, - deyə o, qərara aldı.
“Sırınmamı və keçə çəkmələrimi geyəcəyəm ki, anam məni
danlamasın, yavaş-yavaş onun yanına gedərəm!”. Oğlanı ala-
çıqda saxlayan adam yox idi. O, fikirləşdi: “Böyüyüb, nazir
olacağam və mənim qırmızı motosiklim olacaq. Onda hara
istəsəm, gedərəm və qar mənim sırınmama və keçə çək-
məmə heç bir şey edə bilməz. Mən motosikllə hətta boranı
da ötüb keçərəm”.
Lakin küləyin vıyıltısı alaçığın divarları xarıcində daha
da artır və şiddətlənırdi. Quzular və çəpişlər bir yerə topla-
naraq əsırdilər. Oğlanın sevimli quzusu vardı. Onun da adı
Dorjbat idi.
Balaca sahib quzunu öz xalatının ətəyinə bürüdü, ona ov-
cunda duz verdi. Lakin tezliklə oğlana da soyuq oldu. “Yaxşı
olar ki, ocaq qalayım” – deyə Dorjbat fikirləşdi. “Ancaq anam
dəfələrlə tapşırmışdı ki, o, evdə olmayanda ocağa əl vurma-
sın”. Oğlana elə gəldi ki, əgər o, ocaq qalasa, çox böyük xəta
törətməz. Əks təqdirdə, quzular dona bilərlər.
Dorjbat ocağı quru lobya yarpaqları ilə doldurdu və var
gücü ilə odu üfürməyə başladı. Əvvəl zəif görünən od bir-
dən-birə parlaq alova çevrildi və ətrafı bürüdü. Ocaqdan qı-
ğılcımlar ətrafa səpələnirdi. Qorxmuş və hürkmüş quzular
mələməyə başladılar. Qığılcımlar hörmə səbətə düşdü. Bura-
da təzə doğulmuş quzular yerləşdirilmişdi. Dorjbat ocaqdan
çıxan alovun dillərıni görüb qorxudan geri çəkildi. Alaçıq
get-gedə acı tüstüyə büründü. Dorjbat öz adaşını yerə qoy-
madan alaçıqdan bayıra çıxdı. İçəridən alov bayıra çıxdı və
alaçıq dağıldı.
Dorjbat göz yaşı axıdırdı. Cənubdan dəvələrin üstündə
iki dəvəçı gəldi. Lakin artıq gec idi, alaçıq tamam yanmışdı.
Tezlikiə ana qayıtdı. Dorjbat anasını görən kimi sakitləşdi. 0,
8
gözləyirdi ki. ana ona yaxşıca qulaqburması verəcək. lakin
ana qolları ilə oğlundan yapışıb, onu sinəsinə sıxdı. O, bu söz-
ləri təkrar edirdi:
- Oğul, sən sağsan! Nə böyük xoşbəxtlik!
O, oğlunu öpür və ağlayırdı.
- Ana, biz indi harada yaşayacağıq? Daha bizim alaçığı-
mız yoxdur.
- Əsas odur ki, sən sağsan, qalan hər şey düzələcək.
Dorjbat məhv olmuş quzuları yada salıb, yenə də ağladi:
Dəvələrlə bura gələnlər də hirslənmək əvəzinə, onun başını
sığalladılar və öğlanı peçenyeyə qonaq etdilər.
Alaçığı yanmışlar hələlik qonşugildə məskunlaşdılar. La-
kin bir neçə gündən sonra hardansa uzaqlardan bura çoxlu
adamlar gəldı. Dorjbata bir kisə müxtəlif şeylər gətirdiiər.
Onların arasında köynək üçün parça və rəngli şəkilləri olan
kıtablar da vardı. Dorjbatı maşında gəzdırdilər, oğlan özünü
xoşbəxt hiss edirdi. Müəyyən vaxtdan sonra yenə də adamlar
gəldilər. Onların arasında birliyin sədrı də vardı. Onlar Dorj-
bat və onun anası üçün yeni ağ alaçıq qurdular, buraya soba
qoydular, hər cür avadanlıq yerləşdırdilər.
- Bu da sənin carpayın, balaca, - deyə sədr uşağa balaca
çarpayını göstərdi.
- Bax ha, oğul, indiki alacağımız əvvəlkindən daha yaxşı-
dır, - deyə ana sevinirdi.
Tezliklə yaz gəldi, qar əriməyə basiadı. Dəvəyə minib,
qoyunların yanına gedən ana oğluna dedi:
- Böyüyərsən, oğul, daha alaçıqda yox, şüşəli evdə yaşa-
yarsan.
- Mən daha nazir olmaq istəmirəm, - deyə Dorjbat cavab
verdi. Mən adamlara alaçıq bəxş edən sədr olmaq istəyirəm.
9
ANA
M
ən çox həyacanlı idim. Lakin ruhdan düşməyi və
başımı aşağı əyməyi sevmirəm. Sərin meh üzü-
mü oxşayır, saçlarımı tumarlayırdı. Gicgahlarım-
da artıq çallaşma başlamışdı.
Çayın döngəsində yaşıl xalça kimi çəmənlər, düzlər görü-
nürdü. Həyata inanmaq istəyirsən. Yaxşı adamlara inanmaq
istəyirsən. Lakin mənim ovqatımı korlayan adama inanmağa
dəyməz.
Təbiətin qeyri-adi gözəlliyi sehrli qüvvəyə malikdir. O
insanın ruhi sarsıntılarını aradan qaldırır. Mən çayın sahi-
li ilə hərəkət edir, torağayların və tarlada uçuşan başqa ki-
çik quşların oxumasına, suların şırıltısına qulaq kəsildikcə
özümü sakit və rahat hiss etməyə başladım. Cavan rişələri
olan söyüd xışıldayır, saplaqların yuxarısında çöl pionlarının
qönçələri yellənirdi - sanki bu hərəkətlər və səslər həyatın
sevinci haqqında melodik mahnısından danışırdı.
Çayın sahilində otluqda bir qadın oturub kitab oxuyurdu.
Onun yanında göy idman kostyumunda və papaqda olan ba-
laca oğlan uşağı oynayırdı.
Mən onlara yaxınlaşıb salam verdim. Qadının siması
10
məni heyrətə gətirdi. Elə bil o, kədər və xoşbəxtlik izlərini
özündə gizlətmişdi. Onun dərinə düşmüş böyük qara göz-
ləri quru və ehtiyatla baxırdı. Qadının nazik boz dərisi olan
üzündə göy damarlar görünürdü. Külək onun çilli alnına tö-
külmüş saçlarını yellədir, nazik əllərinin barmaqları yerə da-
yaq olarkən əyılir, sanki görünürdü ki, onlar tamam gücsüz-
dürlər. Qadının baxışları özgə bir adamın söhbətə tutduğu
uşağın baxışiarı kimi idi, o, şübhə ilə ətrafa baxırdı. Oğlana
nəzər yetirəndə onun hədsiz məhəbbəti və şəfqəti elə alışıb
vanırdı ki, qadının solğun, qeyri-adi çöhrəsi nura büründü.
Möhkəm toppuş yanaqları, ensiz qara gözləri olan gö-
zəl oğlan uşağı otun üzərinə hoppanır, qaçır, çiçək dərir, kə-
pənəklərin dalınca qaçırdı.
- Oğlunuz qəşəng uşaqdır - deyə mən dilləndim.
Qadın sanki bu tərifi gözləyirdi. O, sevinərək gülümsündü.
- Hə, mənim oğlum çox yaxşı oğlandır.
- Onun neçə yaşı var?
- Üç yaşın içindədir.
- Möhkəm uşaqdır.
- Hə. Deyirlər ki, əgər uşaq belə sağlam doğulursa, o, yax-
şı adam olacaq.
- Sizin isə, görünür, sağlamlığınız yaxşı deyil? - deyə dü-
şünmədən dilimdən bu sözlər çıxdı.
Qadın gözlərini yerə dikdi və nazik barmaqları ilə onları
əzərək üz-gözünü turşutdu.
Mən bilmirdim səhvimi necə düzəldim. Bu vəziyyətdən
məni çıxaran bura qaçıb gələn uşaq oldu.
- Ana! Kəpənəklərin qanadlarında gözlər olur?
Biz ikimiz də gülüşdük. Mən təsəvvürümə gətirə bilmirdim
ki, belə xəstə vücuddan bu cür cingiltili gülüş çıxa bilər. Onun
baxışı yenə də yumşaldı və oxşayıcı oldu. Görünür, ananın bü-
tün fikirləri yalnız oğlu ilə məşğul idi. Uşağının hər hansı sadə-
lövh sualı onun üçün mühüm əhəmiyyət kəsb edirdi.
- Çox yaxşı oğlandır. Yəqin dünyada heç kəs uşaqlar kimi
11
belə təmiz və parlaq düşünə bilməz, - deyə mən fikrimi bil-
dirdim.
Bu dəfə ana mənə inamla baxdı. O, kitabı dizləri üstünə
qoydu.
- Hə, mənim fikrimcə, dünyada uşaqlardan gözəl heç nə
yoxdur.
- Uşağın xətrinə mən sağlamlığımın qeydinə qalmadım.
Siz məni görən kimi hiss etdiniz ki, görkəmim yaxşı deyil.
İndi yaxşıyam. Ancaq çox pis vəziyyətdə idim. Həkimlər
mənə doğmağı qadağan etmişdilər. Lakin bu da mənə kömək
olmadı. Üçüncü dəfə mən qərara gəldim ki, uşaq gözlədiyimi
onlardan gizlədim. İlk vaxtlar kəmərimi möhkəm bağlayır-
dım və heç nə hiss olunmundu. Lakin sonra bunu necə gizlə-
dəsən? Hə, xəstəliyim də ağırlaşmağa başladı. Bilsəniz, mən
nə qədər ağrılar, çətinliklər çəkməli oldum. Əlbəttə, həkim-
lərim mənə yazığı gəlirdi, lakin onlar məni qınayırdılar. Bu
dəfə mən həkimlərə tabe olmaq məcburiyyətində idim. Axı
analar bir neçə ay uşağı öz ürəklərinin altında saxladıqdan
sonra onlar istəmirlər ki, uşaqlar doğmamış məhv olsunlar,
arzuları heçə ensin. Bu, analar üçün çox böyük dərddir, əzab-
dır. Buna görə mən xeyli ağlamışam. Düz üç ay mən xəstəxa-
nada yatdım. Heç inana bilmirdim ki, sağlamlığım uşağa görə
ağırlaşır. Fikrim-zikrim ancaq uşağın yanında idi.
- Qadının nazik barmaqları əsəbi halda otları yolurdu.
Quru gözlərində yaş göründü, səsi titrədi. Mən nəzərlərimi
kənara döndərərək, çayın o biri sahilində görünən dağlara
baxmağa başladım. Bu vaxt uşaq əlində əlvan çiçəklər anası-
nın yanına gəldi. Ana onu zərif əlləri ilə qucaqladı, alnından
öpdü, bu vaxt onun qara gözləri görünməz oldu. O, yavaşca
arxaya çəkildi, onun nazik solmuş dodaqlarında təbəssüm
göründü, göyə çalan bəbəkləri isə titrəyirdi.
Oğlunu yenə öpərək ana dərindən nəfəs aldı və sözünə
davam etdi:
- Mən qərara aldım: nə olursa-olsun, oğlumu doğmalı-
12
yam. Əgər qismətimə ölmək düşübsə, qoy onunla birgə ölüm.
Mən hesab edirdim ki, dünyada uşaqdan gözəl şey yoxdur.
Qadınları uşaqlarla gördükdə, mən onlara həsəd aparırdım.
Mən qonşu uşaqları əzizləmək istəyirdim, lakin analar əsə-
biləşərək, onları mənim yanımdan uzaqlaşdırırdılar, qorxur-
dular ki, onları yoluxdura bilərəm. Yuxuda gördüm ki, guya
mən öz uşağımı bağrıma basıram. Ayılanda isə öz bədbəxt
taleyimə görə göz yaşları axıdırdım. Sonra isə uşaq dünyaya
gəlməyə az qalmış, mən qohumlarıma və həkimlərə dedim
ki, heç kəsə uşağı əlimdən almağa imkan vermərəm. Həkim-
lərin mənə yazığı gəldi. Onlar uşağı və məni xilas etməkdən
ötrü bütün səy və bacanqlarını bizdən əsirgəmədilər. Mən
əvvəlki kimi çox zəif idim, ancaq balamın sağlamlığını dü-
şünürdüm. Bütün qüvvəmi xəstəliyimlə mübarizəyə sərf
edirdim. Uşağımın olacağına görə özümü həddən ziyada xoş-
bəxt hiss edirdim. Axırıncı ayları mən xəstəxanada yatmalı
idim ki, doğuş üçün qüvvə toplayım. Budur, o, doğuldu. Mən
hərəkətsiz dayanıb, oğluma tamaşa edirdim. Mən sevinirdim.
Bilirdim ki, öz balamı sinəmə sıxmaq üçün yaşamalıyam, onu
yetim qoymamalıyam. Mən inanıram ki, ölümdən məni xilas
edən oğlum oldu. Mən xoşbəxlikdən həm ağlayır, həm də se-
vinirdim. İndi oğlum böyükdür, sağlamlığım yaxşılığa doğru
gedir. Oğlum çox ağıllıdır. Düşünürəm ki, o, yaxşı adam ola-
caq. Bəlkə onun qardaşı da oldu...
O, utandı və öz zərif barmaqları ilə nəvazişlə oğlunun
başını tumarladı. Onun böyük qara gözləri qayğı və şəfqətlə
parlayırdı.
Torağaylar öz mahnılarını oxuyur, çiçəklər və yarpaqlar
yellənir, sərin külək bal ətrini ətrafa yayırdı.
Mən qadınla xudafizləşdim. Ürəyim sakit idi. Yol gedə-ge-
də ananın xeyirxahlığı, mübarizliyi, böyük ruh yüksəkliyi
barədə fikirləşirdim. İndi də mən ürəyimdə qeyri-adi ananın
surətini gəzdirirəm.
13
çƏPİŞ
P
ayız gecələrinin birində məhəlləmizin uşaqları
Molom babanın çadırına gəlib ondan xahiş etdilər
ki, onlara bir nağıl danışsın. Qoca razılıq verdi. Bir
neçə dəqiqə susmuş halda oturdu, özünün böyük qəlyanı-
nı sümürdü. Görünür o, fikirləşirdi ki, nədən söhbət açsın.
Onun yaxın dostu qoca köpək Bars sahibinin yanında uzanıb
başını Molom babanın cüyür dərisindən olan ayaqqabısının
üstünə qoymuşdu. Bu böyük köpək dəhşətli Bars adını daşı-
sa da, heç kimdə qorxu hissi doğurmurdu. O elə qocalmışdı
ki, iti qulaqları daha dik dayanmır, tükləri isə topa şəklində
asılmışdı. Köpək uzanan kimi gözləri örtülürdü. O xırıltılı
səslə hürürdü.
Molom baba öz saralmış bığlarını eşdi və bic-bic bizə baxdı.
- Uşaqlar, - deyə o, fikirli halda söhbətə başladı. Siz heç
bilmirsiniz ki, bizim Xentey dağları necə gözəl və əzəmətli-
14
dir. Belə yerləri mən heç yanda görməmişəm. Sıldırım qa-
yalar sanki məxmərə bürünüb, talalar isə müxtəlif naxışları
olan xalçalarla örtülmüşdür. Hələ meşələri, yaşıl çəmənləri,
gülləri, çiçəkləri, soyuq şəffaf bulaqları demirəm. Siz bütün
bunları böyüyəndən sonra görəcəksiniz. Kim doğma diyarı-
nın gözəlliyini görə bilmirsə, həmin adamın ürəyi soyuqdur.
Molom yanında oturmuş qız nəvəsinin başını tumarladı.
- Siz əsl dostluğun nə olduğunu bilirsinizmi? Mənim Barsım
isə bilir. Hə, bir gün mən maraqlı bir hadisə ilə rastlaşırdım.
Biz dirsəklərimizlə bir-birimizi itələdik. Bununla bildir-
mək istəyirdik ki, baba söhbətinə başlayır.
- Söhbət açmaq istədiyim həmin baharda Barsımın üç
yaşı tamam olmuşdu. O vaxt it indiki kimi deyildi. Onun qu-
laqları dik dayanırdı, gözləri isə sayıq idi. O küləkdən bərk
qaçırdı.
Günlərin bir günü biz Barsla birlikdə ova getdik. Ulziyt
çayı boyunca gəzdik. Birdən cüyür qışqırtısı eşidildi. Mən
irəliyə atıldım və gördüm ki, canavar cüyürü gəmirir. Əlbət-
tə, boz qurd məndən yaxasını qurtara bilmədi. Mən onun
beynini dağıtdım. Lakin biz gecikmişdik. Cüyürü xilas etimək
mümkün olmadı. O al qana bulaşmışdı, onun balası balaca
çəpiş isə anasının yanında güclə dayanmışdı. Çəpiş əsirdi: o
həm canavardan, həm də atəş səsindən qorxmuşdu. Olümcül
yaralı cüyür çalışırdı ki, qalxsın, lakin bacarmadı. O sönmək-
də olan gözləri ilə balasına baxdı və son dəfə nəfəsini dərdi.
Molom baba fasilə etdi. Yəqin o, fikirləşdi ki, biz indicə
ağlayacağıq. Qoca gülümsədi.
- Eybi yoxdur, uşaqlar. Xeyirxah ürək hamının köməyinə
çatar. Beləliklə, çəpiş yetim qaldı. Mənim Barsım yanımda
dayanmışdı. O başını aşağı sallamışdı. Sanki onun çəpişə
yazığı gəlirdi. Mənə elə gəldi ki, quşların səsi kəsildi, bütün
meşə isə susdu. Sonra mən çəpişi qucağıma götürüb, onu evə
gətirdim. Uşaqlarım onu ev keçisinin südü ilə yemlədilər.
Yay qurtardı, payız gəldi. Bizim çəpiş gözəl Sibir cüyü-
15
rünə çevrildi. O çox darıxırdı. Axı biz onu həmişə bağlı sax-
layırdıq. Çəpiş tez-tez küçədə uzanıb, qəm-qüssə ilə meşəyə
sarı baxırdı. Mən vəhşi heyvanların xasiyyətinə bələd idim.
Onun həsrəti, xiffəti mənə məlum idi.
Bars çəpişlə dostlaşdı. Onlar daim bir yerdə olardılar. Əgər
köpək az müddətə harasa gedirdisə, geri qayıdan kimi tez çə-
pişə baş çəkir, onu iyləyir, heyvanın qıvrım alnını yalayırdı.
Budur, qaban ovuna getmək vaxtı gəlib çatdı. İlk qarlı
gündə səhər tezdən mən Barsla birlikdə ova getdim. Əvvəl-
lər ova hazırlaşanda Bars sevinirdi, hoppanır, zingildəyir, irə-
liyə atılmaq istəyirdi. Bu dəfə isə mən Barsı tanıya bilmədim.
O könülsüz gedir, çalışırdı məndən aralansın və geriyə qaç-
sın. Biz nə qədər evdən çox uzaqlaşdıqsa, Bars bir o qədər
sözə qulaq asmayan olurdu. O hətta mırıldamağa başladı.
Sakit olan köpək birdən mənə dişlərini qıcadı. Yalnız bu vaxt
anladım ki, Bars öz dostunu tək qoymaq istəmirmiş. Əgər iş
belə gətiribsə, uğurlu ov ola bilməz. Ona görə də mən evə qa-
yıtmağı qərarlaşdırdım. Sonra fıkirləşdim: «Niyə yazıq çəpiş
ipdə bağlı qalmalıdır. Əgər o bizdə yaşamaq istəmirsə, qoy
meşəyə getsin». Mən onu azad etdim. Lakin çəpiş dərhal get-
mədi. O xeyli müddət ətrafda gəzişdi.
Qonşu itləri heyvana hücum edəndə Bars dostunu mü-
dafiə etməyə atılırdı.
Qışda biz ailəliklə yaylaqdan arana köçdük. Biz elə təzə-
cə yola düzəlmişdik ki, Barsla çəpiş yoxa çıxdılar. Üç gün üç
gecə mən onları axtardım. Lakin onlar heç yanda yox idilər.
Molom baba söhbətinə ara verdi, qəlyanına tütün dol-
durdu, onu alışdırıb çəkməyə başladı. Bizim isə səbrimiz çat-
mırdı. İstəyirdik öyrənək görək, itlə çəpişin qeyri-adi dostlu-
ğu nə ilə nəticələndi. Nəhayət, Molom baba qəlyanını çəkib
öz hekayətini davam etdirməyə başladı.
- Yalnız beşinci gün Bars geri qayıtdı. O çox yorğun idi.
Köpək bir neçə gün heç nə yemədi, elə hey pəncələrinın üs-
tünə başını qoyub, uzanmış vəziyyətdə qalır və gözlərini dağ-
16
lara zilləyirdi. Mənim ona yazığım gəlirdi. Bilirsiniz, uşaqlar,
axı heylanlar da dostluq etməyi bacarırlar. Burada isə Bars
tək qalmışdı, çəpiş onu tərk etmişdi.
Günlər, aylar, illər ötüşdü. Üç il idi ki, çəpiş meşəyə get-
mişdi. Payızda, günlərin birində mən Barsla Asralt-Xayırxan
dağının şimal yamaclarına ova çıxmışdım. Onda Tayqa ta-
mam qızılı rəngə çalırdı. Səhər hava dumanlı, tutqun olsa da,
ov uğurlu alındı.
Meşədə gəzərkən birdən talada böyük cüyür gördüm.
Bars da ona tərəf baxdı. Mən tüfəngi əlimə aldım. Lakin o
uzaqda idi, həm də talanı duman bürümüşdü. Mənim Bar-
sım gizlicə heyvana yaxınlaşıb, onun üstünə atılmağı baca-
rırdı. Mən onu buraxdım, it küləyə qarşı asanlıqla qaçaraq
cüyürə tərəf cumdu. O hündür kolların arasında yox oldu.
Mən cüyürə baxırdım və gözləyirdim ki, Bars nə vaxt onun
üzərinə atılacaq. Cüyür buynuzunu arxaya əyib, donub qal-
mışdı. O təhlükəni heç hiss etmirdi. Onda mənim gözlərim
indiki kimi deyildi, yaxşı görürdü. Mən cüyürün buynuzlarını
hətta pöhrəlikdə ayırd edə bildim. Nə görsəm yaxşıdır? Bars
talada cüyürün yanında sakitcə dayanmışdı. Əvvəl mən göz-
lərimə inanmadım, lakin sonra başa düşdüm ki, bu, çəpişdir,
bir vaxtlar bizim böyütdüyümüz çəpiş.
Mən özümü saxlaya bilməyib, bütün meşə boyu qışqır-
dım: «Ay Allah, dünya necə gözəldir!»
Səsimin əks-sedası çox uzaqlara yayıldı. Cüyür kənara
çəkilib yox oldu. Bars tək qaldı və şikayətedici tərzdə zingil-
dədi, sanki o dostundan xahiş edirdi ki, geri qayıtsın.
Molom baba hekayətini bitirib, qəlyanını möhkəm sü-
mürdü.
17
Dostları ilə paylaş: |