SəRBƏst iŞ №4 Müəllim: Hüseynova Gülnarə Fakültə



Yüklə 114,11 Kb.
tarix29.12.2021
ölçüsü114,11 Kb.
#48724
Həsən 679A3 EMƏ(S4)


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ



Kafedra: Elektrotexnika və elektrik avadanlığı

Fənnin adı: Elektrik maşınlarının əsasları

SƏRBƏST İŞ № 4

Müəllim: Hüseynova Gülnarə

Fakültə: Energetika, elektrotexnika və avtomatika

Kurs: II

Qrup: 679 A3

Tələbə: Həsənov Həsən



B A K I – 2 0 2 1

Sabit cərəyan maşının quruluşu və iş prinsipi

Sabit cərəyan maşınları həm generator, həm də əsasən elektrik mühərrikləri kimi istifadə olunur.

Sabit cərəyan mühərrikləri artıq yüklənə bilmə qabiliyyətinə malik olmaqla bərabər, işçi mexanizmin sürətini geniş hədlərdə və nisbətən asan tənzim edilməsinə imkan verir. Bu səbəbdən sabit cərəyan mühərrikləri metallurgiya mexanizmlərinin elektrik intiqallarında, nəqliyyatda, yük qaldırıcı qurğularda, gəmilərdə, toxuculuq sənayesində və s. yerlərdə geniş miqyasda tətbiq edilir. Bəzi avtomatik idarə sistemlərində və kosmik texnikada da bu mühərriklər geniş istifadə olunur.

Sabit cərəyan mühərriklərinin çatışmayan cəhətləri, quruluşunun asinxron mühərriklərə nisbətən mürəkkəb olması və baha başa gəlməsidir.

Son illərdə, yarımkeçiricilər texnikasının sürətli inkişafı ilə əlaqədar yeni quruluşlu kontaktsız sabit cərəyan mühərrikləri yaradılır. Bu mühərriklərdə mexaniki düzləndirici funksiyasını yerinə yetirən kollektorlu kontaktsız kommutator əvəz edir və onlar dəyişən cərəyan şəbəkəsindən qidalandırılır.

Sabit cərəyan generatorları əsasən sabit cərəyan mühərriklərini və akkumulyator batareyalarının doydurulması üçün, elektroliz proseslərində, sərnişin vaqonlarında, avtomobillərdə və s. yerlərdə istifadə olunur

Sabit cərəyan maşını iki əsas hissədən-tərpənməz statordan və fırlanan rotordan ibarətdir. (Şəkil 1). Statorda əsasən elektromaqnitlər yerləşir. Quruluşca elektromaqnitnüvədən və təsirlənmə dolağından təşkil olunmuşdur və bunlar maşının əsas qütbləri adlanır. Qütb, nüvəsi vərəq şəkilli elektrotexniki poladdan hazırlanır və uc hissəsi enli olur. Buna qütbün başmaq hissəsi deyilir (Şəkil 2). Hər qütb üzərindəki təsirlənmə dolağı ardıcıl qoşulur və sabit cərəyanla doydurulur. Beləliklə, stator induktor (maqnit seli yaradan) funksiyasını yerinə yetirir. Statorda həm də yan qapaqlar, yastıqlar və fırçalar yerləşdirilir.

Şəkil 1. Sabit cərəyan maşınının Şəkil 2. Əsas qütb nüvəsi

quruluşu

Rotor valdan, onun üzərində yerləşmiş elektrotexniki polad vərəqlərdən yığılmış nüvədən və val üzərindəki kollektordan ibarətdir. Nüvənin xarici səthində açılmış yuvalarda rotorun dolağı yerləşdirilir. Dolağın ucları kollektor lövhələrinə çıxarılır. Kollektor misdən hazırlanır. Onlar bir-birindən və valdan izolə olunur. Kollektorla kontakt fırçalar vasitəsilə yaradılır. Fırçalar qrafit və yaxud mis-qrafit qarışığından hazırlanır, fırçasaxlayan mexanizmdə yerləşdirilir. Rotor statorun daxili boşluğuna geydirilir və yastıqlar üzərində sərbəst dayanır. Beləliklə, rotorun əsas vəzifəsi e.h.q. induksiyalanan dolağı özündə saxlamaqdan ibarətdir. Sabit cərəyan maşınının rotoru lövbər adlanır (e.h.q. yaranan hissə).

Əsas qütblərdən başqa maşında əlavə qütblər də olur. Bunların vəzifəsi kommutasiya prosesini yaxşılaşdırmaqdan ibarətdir. Əlavə qütblər də, əsas qütblər kimi nüvədən və dolaqdan tbarətdir. Bu qütblərin dolağı lövbər dolağı ilə ardıcıl qoşulur. Əlavə qütblər əsas qütblərin arasında, yəni həndəsi neytralda gövdəyə bağlanır.

Sabit cərəyan maşınlarının generator rejimində iş prinsipinə baxaq. Lövbər hər hansı bir nn sürəti ilə fırlandırılır. Əsas qütb dolaqlarınından təsirlənmə cərəyanı axıdılır.

Qütblərin yaratdığı maqnit seli hava aralığından və lövbərin nüvəsindən keçərək gövdədən qapanır. Ona görə də fırlanan lövbərin dolaqlarını kəsərək ehq induksiyalayır.

Faradey qanununa əsasən bir naqildə induksiyalanan ehq-nin orta qiyməti



(1)

olur.


Lövbərin xətti sürəti V=Dn/60 və çevrəsinin uzunluğu D=2P olduğundan

(2)

alınır.


(2) ifadəsində ifadəsində F=B0 l  maqnit selidir. Onda bir naqilin ehq-si belə olar:

Əgər lövbərin bütün naqillərinin sayını N, paralel qollar sayını 2 a ilə işarə etsək, hər paralel qola düşən naqillər sayı N/2a olar. Onda fırçalardan alınan ehq-nin orta qiymətini təyin etmək olar:



(3)

Qeyd edək ki,lövbər dolağından induksiyalanan ehq-nin tezliyi f=Pn/60 olur. Lakin xarici dövrədən axan cərəyan həmişə bir istiqamətdə olur. Buna səbəb kollektordur və o, düzləndirici vəzifəsini yerinə yetirir.



Ədəbiyyat.

Link(1): http://sdu-sdtk.edu.az/wp-content/uploads/2020/04/INTIQALLAR-muhazire-tam.pdf

Link(2): http://www.e-derslik.edu.az/noduploads/vet_pdf/elektrotexnikanin-asaslari.pdf

Link(3): http://ebooks.azlibnet.az/book/jgeMO6HQ.pdf
Yüklə 114,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin