Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas



Yüklə 49,8 Kb.
səhifə1/10
tarix10.05.2022
ölçüsü49,8 Kb.
#57216
  1   2   3   4   5   6   7   8   9   10
Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya
Sosiologiya tarixi. Zenalova Aysel. Sərbəst iş, Mövzu 11,12,13,14,15 5, Mövzu 11,12,13,14,15 5, AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1, Funksional sıralar və qüvvət sırası, Sosiolinqv kv 2, sos tarixi kv-1, Sosiologiya və biologiyada sistem yanaşması, Muhazire 6. İşçilərin özunü dərk etməsi və əməyə uyğunlaşması, 2, Ağakərimova Ədiləxanım 824. Əməyin sosiologiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Sərbəst iş



Ad: Ədiləxanım

Soyad: Ağakərimova

İxtisas: Sosiologiya

Qrup: 824

Kurs: III

Fənn: Tətbiqi sosiologiya

Müəllim: Məmiyev C, Qasımova N.

1.Sistemlərə metodoloji yanaşmanın təsnifatı

Demək olar ki, bütün nəzəriyyəçi sosioloqlar sosial dinamika problemlərinə diqqət verirlər. Bununla belə, bir çox sosial böhranlar gözlənilməz olaraq baş verirlər və bundan başqa mövcud olan nəzəriyyələrin çərçivəsində baş verən dəyişiklikləri ağıllı şəkildə izah edən bir şey tapmaq olmur. Son illərin dramatik hadisələri sosial dinamikanın mövcud konsepsiya və kateqoriyalarını yenidən gözdən keçirilməsini zəruri etmiş oldu. Amerikan sosioloqu M.Xallinen öz kolleqalarına yazdığı müraciətnaməsində qeyd edir ki, dəyişikliklər tempinin sürətlənməsi, qloballaşma, müasir dünyada baş verən proseslərin qarşılıqlı bağlılıqlarının artması sosial dinamikanın öyrənilməsini sosiologiya nəzəriyyəsinin ən aktual probleminə çevirmiş olur. Onun fikrinə görə, sosial elmlər tarixində sanki bir növ sikllər mövcuddur. Əvvəlcə sosial dinamikanın qlobal nəzəriyyələri formalaşır ki, onlarda proseslər abstrakt səviyyədə analiz olunur. Sonra qlobal nəzəriyyə bazasında konkret proseslərin daha müfəssəl şəkildə öyrənilməsi üçün nəzərdə tutulmuş bir sıra spesifik, lokal nəzəriyyələr (modellər) yaradılır.

Nəhayət də sonda lokal nəzəriyyələrin praktiki istifadə təcrübəsinin analizi və ümumiləşdirilməsi yeni qlobal nəzəriyyənin yaradılması zəruriyyətini yaratmış olur. Göstərilən sxem tədricən getdikdə daha mükəmməl olan sosial dinamika nəzəriyyəsinə yüksəlməyi nəzərdə tutur, bu isə təəssüf ki, elmi həyatın reallıqlarına tam uyğun gəlmir.

Amma, konkret sosial prosesin modelləşdirilməsinin hər bir halında hər şeyi ağ vərəqdən başlamaq olmaz, hər şeydə toplanmış biliklərə əsaslanmaq lazımdır. Zəruri bilikləri əldə etmək üçün ən yaxşı mənbə P.A.Sorokinin ―Sosial – mədəni dinamika‖ adlı ensiklopedik əsəridir, ondan yaxşısı hələ yazılmamışdır. Qərbdə Sorokinin fundamental əsəri o qədər də populyar deyildir. Oxucunun yəqin ki, əsərin həcmi (hərəsi 700 səhifədən ibarət dörd cild), həm də yüksək səviyyəsi (yada salaq ki, dördcildlik əsər üzərində qərb oxucularına az tanış olan rus emiqrasiyasının ən qabaqcıl hissəsi iştirak etmişdir) qorxudur. Adama elə gəlir ki, eyni səbəblər üzündən bu fundamental əsər hər bir rus sosioloqunun stolüstü kitabı olmamalıdır, amma, çox təəssüf ki, əsər bu bu vaxta qədər rus dilinə tərcümə olunmamışdır. XX əsrin sonunda rus sosiologiyasında ən əlamətdar hadisələrdən biri P.Sorokinin bir cildli əsərinin rus dilinə tərcümə edilərkən nəşr edilməsi olmuşdur.

Sorokinin nəticələrinə əsaslanan şagirdi V.Mur 1963-cü ildə sosial dinamika üzrə ən yaxşı dərsliklərdən birini nəşr etdirdi. Sorokinin şagirdi materialı çox yığcam, amma başa düşülən şəkildə cəmi 117 səhifədə şərh edə bildi.

S.Vaqonun yeni nəsil dərsliyi bir çox cəhətdən Murun kitabının geniş versiyası hesab oluna bilər (Sorokin burada qətiyyən yada salınmır).

P.Stompkinin 1996-cı ildə rus dilində nəşr olunmuş ―sosial dəyişikliklərin sosiologiyası‖ dərsliyində nəzəri yanaşmaların kifayət qədər dolğun siyahısı verilmişdir ki, bu da kitabın müəllifini məsələnin tarixini ətraflı şəkildə təsvir etmək zərurətindən azad etmişdir. Statik halda olan sosial obyekti öyrənərkən biz nəzərdə tuturuq ki, onun müşahidə olunan xarakteristikaları – həm keyfiyyət, həm də kəmiyyət – çox da böyük olmayan müəyyən vaxt ərzində demək olar ki, dəyişmir (daha dəqiq desək baş verən dəyişiklikləri nəzərə almamaq da olar). Formal olaraq demək olar ki, statik modellərdə zaman yoxdur.

Dinamik modellərdə zaman açıq-aşkar iştirak edir. Tədqiqatçının kəmiyyət və keyfiyyətcə dəyişənlərin zaman daxilində dəyişməsi, o cümlədən müşahidə dövründə dəyişməyən sabit parametrlər də maraqlandırır.

Obyektin dinamikasının təsviri proses anlayışından istifadəni nəzərdə tutur. Sosial – mədəni prosesin P.A.Sorokinə aid olan klassik tərəfini misal gətirək: ―Proses dedikdə istənilən hərəkət növü, modifikasiya, transformasiya, növbə ilə bir-birini əvəz etmə və ya ―təkamül‖, qısaca desək öyrənilən obyektin müəyyən vaxt ərzində istənilən dəyişikliyi - istər fəzada onun yerini dəyişməsi və ya onun kəmiyyət və keyfiyyət xakateristikalarının modifikasiyası nəzərdə tutulur.

Sosial dəyişikliklər dedikdə müşahidə olunan sosial obyektin xarakteristikasının hər hansı cür dəyişməsi kimi başa düşəcəyik. Dəyişikliklər səviyyəsini E.Vallerstaynın dünya sistemi konsepsiyası ilə tamamlamaq lazımdır. Sosioloji tədqiqatlarda zorakı və könüllü, ilk vəziyyətinə dönmə qabiliyyəti olan və olmayan dəyişikliklər nəzərdən keçirilir. Dəyişikliklər planlaşdırılmış və ya planlaşdırılmamış, anlanan və ya anlanmayan ola bilərlər. Təşkil olunmuş dəyişiklikləri kortəbii özünütəşkiletmə proseslərinin təsiri altında yaranan dəyişikliklərdən fərqləndirmək daha məqsədəuyğundur. Qlobal nəzəriyyələri yaradan zaman sosioloqlar sosial dəyişikliklərin bir-iki aparıcı (əsas) səbəbini aşkara çıxartmağa çalışırlar. Amma, sosial proseslərin realistik mpodellərinin qurulması bir qayda olaraq multi-kazual yanaşmanı və qarşılıqlı olaraq bir-biri ilə bağlı olan səbəblər şəbəkəsinin uçotunu tələb edir. Sosial dəyişikliklərin səbəblərinin əsas tiplərini sadalayaq:

1. Təbii səbəblər – resursların tükənməsi, ətraf mühitin çirklənməsi, kataklizmlər;

2. Demoqrafik səbəblər - əhalinin sayının enib-qalxması, əhali artıqlığı, miqrasiya, nəsillərin bir-birini əvəz etməsi prosesi;

3. Mədəniyyət, iqtisadiyyat sahəsində dəyişikliklər, elmi-texniki proses.

4. Sosial – siyasi səbəblər – münaqişələr, müharibələr, inqilablar, islahatlar.

5. Sosial – psixoloji səbəblər – öyrəşmək, doyub bezmək, yenilik həvəsi, aqressivliyin artması və s.

Sosial dəyişikliklərin sadaladığımız səbəbləri adı gedən sosial sistemə münasibətdə həm daxili, həm də xarici səbəblər ola bilərlər. P.Sorokin hesab edirdi ki, sosial dəyişikliklərin əsas səbəbləri məhz daxili, immanent dəyişikliklər prinsipində deyilir: ―Sosial-mədəni sistem yarandıqdan sonra onun təbii ―normal‖ inkişafı, həyat yolunun forma və fazaları əsasən sistemin özü tərəfindən müəyyən olunur...‖(10, vol. 4. p. 602). Xarici cəhətlər sistem daxili prosesləri yavaşıda və ya sürətləndirə bilərlər və nəhayət tam məhv edə bilərlər, amma sistemə qoyulmuş inkişaf proqramını dəyişmək iqtidarında deyildirlər. Sistem öz təkamülünü öz –özünə determinasiya edir ki, bu da Sorokinin rəyinə görə azad inkişafa ekvivalentdir. Xarici qüvvələrin təsirini hesaba almaq zəruridir, amma onların təsiri sistemin inkişaf fazalarının ardıcıllığını dəyişdirmək iqtidarında deyil.

Beləliklə, hər bir sosial-mədəni sistem öz həyat siklinə malikdir, hansı ki, inkişafın bir neçə mərhələsinə, dövrəsinə, fazasına bölünə bilər. Sistemin inkişaf fazlarının bir-birini əvəzetməsini bəzən sistem vaxtı adlandırırlar. Aydındır ki, faza zamanın ölçülməsi üçün keyfiyyət vahiddir. Fazaların miqdarı, onların sürəkliliyi tədqiqatçının seçdiyi tipologiyadan və məsələlərdən asılıdır. Amma, hətta kəmiyyət dəyişəni – təqvim vaxtı sosial proseslərdə keyfiyyət xarakteristikaları əldə edir.

Sosial zaman adlandırılan şey sosial təcrübənin təşkili formasıdır, o, həm sürətlənə, həm də yavaşıya, gələcəyə və ya keçmişə istiqamətdən asılı ola bilər. Bəzi vaxt qızıl qiymətindədir, bəzi vaxt isə sadəcə öldürmək lazım gəlir. Sosial dəyişikliklərə zəruri olan tempin seçimi az tədqiq olunmuş problemdir, dəyişikliklərin tempini sürətləndirmək və yavaşıtmaq, qeyri-bərabər və konsentrasiya olunmuş şəklə salmaq olar. Dəyişikliklərin tempi anlayışı ilə sosial sistemlərin və sosial toqquşmaların intertlilik kateqoriyaları bağlıdır. Qeyd edək ki, Sorokinin göstərilmiş ideyaları U.Maturanın indi dəbdə olan baxışlarına çox yaxındır. L 2 düz xəttinin trayektoriyası S göstəricisinin bərabər şəkildə azalması prosesini göstərir. Asan olsun deyə növbəti şəkillərdə ancaq yüksəliş proseslərini təsvir edəcəyik, çünki tənəzzül trayektoriyalarını analoji olaraq qurmaq çox asandır. Aydındır ki, hər hansı bir göstəricinin xətti yüksəlişi və ya qiymətinin aşağı düşməsi əbədi davam edə bilməz (məsələn, bir çox indikatorlar üçün mənfi qiymətlərin heç bir mənası yoxdur). Buradan belə nəticə çıxır ki, nəzərdən keçirdiyimiz zaman intervalının hüdudlarından kənarda prosesin sürəti yavaşımalı və ya sürətlənməlidir və trayektoriya artıq xətti olmamalı, daha mürəkkəb, qeyri-xətti xarakter olmalıdır. Xətti modellərdə qalır, amma qeyri-xətti proseslərin gedişinin sürəti isə dəyişir.

Sosial – mədəni proseslərin dərin analizi təkcə verilmiş göstəricinin mütləq qiymətlərinin dəyişməsinin öyrənilməsini deyil, həm də dəyişmələrin sürətini izlənməsini də nəzərdə tutur.


Yüklə 49,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə