Sərbəst iş. Ad: Fərəc. Soyad: Quliyev



Yüklə 1,95 Mb.
səhifə1/5
tarix09.05.2022
ölçüsü1,95 Mb.
#56951
  1   2   3   4   5
iq giris-1


Sərbəst iş.

Ad:Fərəc.

Soyad: Quliyev.

İxtisas: Statistika.

Fakültə: İqtisadiyyat və idarəetmə.

Qrup: 901A

Fənn:İqtisadiyyata giriş.

Sərbəst işin adı: Tədiyyə balansı: müsbət və mənfi saldo. İdxal və ixrac əməliyyatları.

Müəllim:Talıbov Axilles.

.

.


Tədiyyə balansı: müsbət və mənfi saldo. İdxal və ixrac əməliyyatları.

Giriş.

Mövzunun aktuallığı. Tədiyyə balansı ölkənin rezidentləri və qeyri rezidentləri arasında baş verən əməliyyatların nəticəsi kimi statistik göstəricilərdən ibarətdir. Bu da ölkənin müəyyən bir tarix ərzində xarici ölkələrlə qarşılıqlı əlaqələrini, idxal və ixrac əməliyyatlarını xarakterizə edir. Ölkənin dövrün sonunda inkişaf səviyyəsini, xarici ölkələrlə qarşlıqlı əlaqələrini və ixrac idxal əməliyyatlarının vəziyyətini məhz tədiyyə balansı vasitəsilə müəyyən etmək mümkündür. Ölkədə baş verən bütün əməliyyatlar tədiyyə balansının dəyişməsinə təsir göstərir. Ölkənin inkişaf etməsi üçün tədiyyə balansının müsbət saldo ilə nəticələnməsi şərtdir. Dövr ərzində ölkədə baş verən iqtisadi əməliyyatların nəticəsi tədiyyə balansında əks olundğu üçün tədiyyə balansının strukturunun təkmilləşdirilməsi, digər inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etmək vacib ünsürlərdən biridir



Tədiyə balansı respublikamız müstəqillik əldə etdikdən sonra tərtib olunmağa başlanmışdır. Müstəqilliyə qədər o, SSRI üzrə tərtib olunmuşdur. Ölkələrin xariciiqtisadi əlaqələrinin, daha doğrusu iqtisadi əməliyyatların miqyasının və qiymətləndirilməsinin ilk dəfə uçota alınması cəhdi XIV əsrin ortalarında olmuşdur. Bu ilk növbədə Ingiltərədə erkən merkantilizm (himayədarlıq) siyasətinə iqtisadi baxışla əlaqədar idi. «Tədiyə balansı» anlayışını iqtisadiyyat elminə ilk dəfə 1767-ci ildə C. Styuard gətirmişdir. Bu balansı həm ödəmə, yaxud ödəniş balansı, həm də valyuta balansı adlandırırlar.

Azərbaycan dilində bu anlayış «tədiyə balansı» kimi qəbul edilmişdir. Beynəlxalq hesablaşmaların aparılması dövlətin rolunu durmadan genişləndirirdi. Bu rolun həyata keçirilməsi ilə əlaqədar olaraq xəzinədarlıq, büdcə, kredit orqanları, gömrük və başqa dövlət idarəetmə sistemi yarandı. XX əsrin başlanğıcında tədiyə balansının tərtibinin daha mükəmməl metodları ABŞ və Ingiltərədə tərtib olundu. Ilk dəfə tədiyə balansı rəsmi olaraq 1922-ci ildəki göstəricilərinə görə 1923-cü ildə ABŞ-da tərtib olunaraq nəşr edildi. Ilkin nəşr rəsmi xarakter daşımamışdır, çünki bu balans ayrı-ayrı tədqiqatçıların işləri idi


Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə