Sərbəst İş plan sosial struktur tərkibində sosial mobillik anlayışı, nəzəiyyənin mahiyyəti; 2



Yüklə 57,38 Kb.
tarix17.11.2022
ölçüsü57,38 Kb.
#69626
Sosial mobillik


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fakultə: Kulturologiya
İxtisas: Sosial İş
Fənn: Sosiologiya
Qrup: SW22
Fənn müəllimi: Davud Həşimov
Tələbə: Firuz İsmayıllı
Mövzu: Sosial mobillik
Sərbəst İş
PLAN
1.Sosial struktur tərkibində sosial mobillik anlayışı, nəzəiyyənin mahiyyəti;
2.Sosial mobilliyin tipologiyası;
3.Sosial mobilliyin strateji kanalları və əlamətləri.
GİRİŞ
Cəmiyyətin sosial strukturunun, sosial təbəqələrin, bu təbəqələrdə fərdi yerdəyişmənin öyrənilməsinin nəzəri sosiologiya üçün əhəmiyyətli olduğu qədər, bu sahədəki tədqiqatların cəmiyyətin öyrənilməsi və idarə olunması nöqteyi-nəzərdən də sosial-siyasi əhəmiyyəti kifayət qədər böyükdür.Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi sosial mobillik adlanır. “Sosial mobillik” anlayışı elmə rus-amerikan sosioloqu Pitirim Sorokin tərəfindən 1927-ci gətirilmişdir.Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi kimi qəbul edilən sosial mobilliyin üfüqi və şaquli formaları bir-birindən fərqləndirilir. P.Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü. Sorokinə görə, sosial mobillik cəmiyyətin təbii, normal vəziyyətidir və özündə təkcə fərdlərin, qrupların deyil, həm də sosial obyektlərin (dəyərlərin), insan fəaliyyəti prosesində hazırlanan və modifikasiya olunan hər şeyin bir sosial mövqedən başqasına mütəmadi olaraq keçməsini birləşdirir.
1.Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi sosial mobillik adlanır. « Sosial mobillik» anlayışı sosiologiyaya 1927-ci ildə P. Sorokin tərəfındən gətirilmişdir. O, mobilliyi iki növə ayırır: üfüqi və şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial mobillik adlanır. P. Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü.Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun iki əsas səbəbi vardır. Əvvəla, tarixi inkişaf nəticəsində cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əməyin bölgüsünü dəyişdirir, yeni statuslar yaradır və köhnələri yenisi ilə əvəz edirlər. İkincisi, elita təhsil almaq üçün imkanları inhisara ala bilər. Lakin o, istedad və qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlamaq iqtidarında deyildir. Buna görə də ən yüksək təbəqələr labüd olaraq ən aşağı təbəqələrdən üzə çıxan istedadlı insanların hesabına artır.Sosial mobillik özünü müxtəlif formalarda göstərir. Üfüqi mobillik dedikdə, fərdin və ya sosial obyektin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məsələn, fərdin yaşayış yerini dəyişməsi, bir dini qrupdan digərinə keçməsi və s. Bu hallardan heç birin-də fərd özünə aid olan sosial statusu dəyişmir. Şaquli mobillik dedikdə isə fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi başa düşülür. Bu, fərdin sosial statusunu yüksəldən və ya aşağı salan dəyişmədir. Əgər sex rəisi sonradan zavodun direktoruolarsa, bu, yüksələn mobilliyin təzahürüdür. Əksinə, sex rəisi sonradan adi mühəndis olarsa, belə yerdəyişmə enən mobilliyin göstəricisi hesab oluna bilər.Sosioloqlar həmçinin nəsillər arasında və bir nəslin daxilində mobilliyi fərqləndirirlər. Nəsillərarası mobillik valideynlərin və onların uşaqlarının sosial statusunun karyerasının müəyyən anına şamil olunur. Tədqiqatlar göstərir ki, Azərbaycanın əhalisinin böyük hissəsi hər bir nəsildə sinfi iyerarxiyada heç olmazsa, bir az yuxarıya və ya aşağıya doğru yerini dəyişir. Nəsildaxili mobillik şəxsiyyətin sosial statusunun uzun müddət ərzində müqayisə edilməsini nəzər-də tutur. Araşdırmaların nəticələri göstərir ki, azərbaycanlıların çoxu öz həyatı boyunca məşğulluq növünü dəyişdirir. Lakin insanların çoxunda mobillik məhdud xarakter daşıyır. Kiçik məsafələrə yerdəyişmə qaydadır, böyük məsafələrə yerdəyişmə isə qaydalardan istisnadır.Açıq statifıkasiya sistemləri üçün şaquli mobillik kifayət qədər adi hadisədir. Burada söhbət əlbəttə ki, aşağıdan elitaya doğru sürətli sıçrayışdan deyil, addım-addım yerdəyişmədən gedir (baba - fəhlə, ata - həkim, oğul şəhərə köçür və dissertasiya müdafiə edir). Qapalı sistemlərdə mobilliyin belə təzahürləri də istisna olunur.Məsələn, silk və zümrəli cəmiyyətlərdə çəkməçilərin, tacirlərin, təhkimli kəndlilərin onlarca nəsli, digər tərəfdən isə əsil-nəcabətli nəsillərin uzun şəcərə zəncirləri norma olmuşdur. Biz belə sosial varlığın yeknəsəkliyini tarixi mənbələrdə göstərilən küçə adlarına görə qiymətləndirə bilərik: qalayçılar küçəsi, tənəkəçilər küçəsi, xalçaçılar məhəlləsi və s. Ustalar nəinki öz status və peşələrini nəsildən-nəslə ötürür, həm də onların hamısı yan-yana yaşayırdı. Sosioloji ədəbiyyatda sosial mobillik nəzəriyyəsinə müxtəlif yanaşmalar mövcuddur. Bu, ilk növbədə sosial mobillik anlayışının mahiyyəti ilə bağlıdır. Bəzi sosioloqlar belə bir fikir irəli sürürlər ki, sosial mobillik o zaman baş verir ki, yeni sosial status fərdin ailəsinə aid edilsin. Fransız sosioloqları P. Bertu və P. Burdan sosial mobilliyi fərdlərin həyatları və peşə fəaliyyəti dövründə öz valideynlərinin sosial statusuna nisbətən bir sosial kateqoriyadan digərinə keçməsi kimi xarakterizə edirdilər. Burada çıxış nöqtəsi kimi sosial mənşə götürülürdü. Sosial mobillik probleminə müasir yanaşmalar içərisində M. Lipset və R. Bendiksin sənaye cəmiyyətinin inkişafını şaquli mobilliklə bağlayan konsepsiyasını göstərmək lazımdır. Lipset və Bendiksin tədqiqatlarına görə, bütün sənaye cəmiyyətləri yüksək dərəcədə yüksələn mobilliklə səciyyələnirlər. Çünki bir tərəfdən qeyri-məhdud sosial inkişaf üçün geniş imkanlar sanki aşağı sosial təbəqələrin daha enerjili və istedadlı nümayəndələrinin enerjisini başqa istiqamətə yönəldən və inqilabi dəyişikliklərin risqini azaldan bir «qoruyucu klapan» kimi çıxış edir. Başqa sözlə, mobillik cəmiyyətin stabilləşdirilməsi funksiyasını yerinə yetirir. Digər tərəfdən isə sənaye cəmiyyəti fərdə yüksək intellektual tələblər verir və fərdi istedadların sosial vəziyyətindən asılı olmayaraq inkişafını və onlardan məhsuldar şəkildə istifadə olunmasını zəruri edir. P. Blau və bir sıra digər sosioloqlar mobillik fenomenini sosial ədalət və sosial sistemin effektivliyi ideyası ilə bağlayırdılar. XX əsrin ortalarında sənaye cəmiyyətinin populyar olan nəzəriyyələrində sosial mobilliyə mühüm yer ayrılırdı. Məsələn, konvergensiya nəzəriyyəsinə görə, şaquli mobilliyin artmasına meyl sosial quruluş və siyasi sistemindən asılı olmayaraq bütün sənaye cəmiyyətlərinə xasdır. Bu nəzəriyyəyə əsasən sənayeləşmə prosesi müxtəlif sinif və təbəqələrdən çıxmış insanların şaquli mobilliyinin artmasına və sosial imkanların bərabərləşməsinə kömək edir. Sənaye cəmiyyətinin tənqidi yönümlü nəzəriyyələri isə əksinə, göstərirdilər ki, sənayeləşmə labüd olaraq enən Mobilliyin genişlənməsinə səbəb olur. Çünki işçilərin ixtisasına və işgüzar xüsusiyyətlərinə tələblərin yüksəlməsi, eləcə də istehsalatın geniş mexanikləşdirilməsi və avtomatlaşdırılması işsizliyin artmasını, getdikçə daha çox işçinin aşağıya doğru itələnib çıxarılmasını və onların marginallaşmasını şərtləndirir.Sonuncu onilliyə müraciət etdikdə, mobilliyin metodologiyasının öyrənilməsinə həsr edilən və onun perspektivlərini başa düşmək üçün müqayisəli təhlilin xüsusi əhəmiyyətini əsaslandıran B. Dyuryenin tədqiqatını,eləcə də C. Qoldtorp və R. Eriksonun müxtəlif sənaye cəmiyyətlərində mobillik səviyyələrinin dəyişməsinə həsr olunmuş tədqiqatlarını qeyd etmək lazımdır. Nəticədə müəlliflər bu qənaətə gəlirlər ki, sosial quruluşundan asılı olmayaraq, bütün sənaye ölkələrində sosial mobillik göstəriciləri bir-birinə yaxındır.
2.Sosial mobilliyin 2 əsas tipi vardır: üfüqi və şaquli.Üfüqi sosial mobillik və ya yerdəyişmə fərdin, yaxud qrupun bir sosial strukturdan statusu (sosiıl mövqeyi) itirmədən başqasına keçməsi deməkdir. Üfüqi mobili iyə nümunə işçinin bir firmadan başqasına eyni vəzifəyə keçməsini gö-stərmək olar.Şaquli sosial mobillik fərdin və ya sosial qrupun (təbəqənin, sinfin) ictimai ierarxiyanm bir səviyyəsindən başqasına keçməsini göstərir.Yerdəyişmənin istiqamətindən asılı olaraq şaquli sosial mobilliyin iki tipini ayırd etmək olar : yüksələn və enən. Öz növbəsində, yüksələn mobillik iki əsas formada olur: 1) fərdin ierarxiyanm aşağı səviyyəsindən daha yüksək səviyyəsinə nüfuz etməsi - fərdi yüksələn mobillik; 2) fərdlərin yeni qrup yaratması və bütün qrupun sosial strukturun daha yüksək səviyyəsinə nüfuz etməsi - qrup halında yüksələn mobillik.Buna müvafiq olaraq enən mobilliyin də iki forması vardır: 1) fərdin daha yüksək sosial mövqedən onun əvvəllər mənsub olduğu qrupu dağıtmadan daha aşağı səviyyəyə enməsi - fərdi enən mobillikdir; 2) müəyyən bir qrupun birliyinin dağılması və onun başqa qrupların fonunda rütbəsinin enməsi qrup halında enən mobillikdir.Nəzəri cəhətdən şaquli sosial mobilliyi sıfra bərabər olan stratifikasiyalı cəmiyyət mövcud ola bilər. Bu o deməkdir ki, belə cəmiyyətin daxilində yüksəlmə və enmə yoxdur; bu cəmiyyət üzvlərinin heç bir yerdəyişməsi mövcud deyildir aparılmır, hər bir fərd doğulduğu sosial təbəqəyə həmişəlik təhkim edilib. Belə cəmiyyətdə bir təbəqəni o birindən ayıran hüdud tamamilə müdaxilə edilməzdir. Onlarda hər hansı təbəqə nümayəndələrinin digərinə keçə biləcəyi heç bir imkan yoxdur. Belə cəmiyyəti tam qapalı cəmiyyət kimi müəyyən etmək olar.Daxili strukturun nəzəri cəhətdən əks tipi şaquli mobilliyin olduqca intensiv və ümumi xarakter daşıyan tipidir. Burada bir pillədən digərinə keçmə imkanları böyükdür. Adamlar eyni bir «sosial pillədə» uzun müddət dayanmadan «yuxarı və aşağı» hərəkət edirlər. Bu tip cəmiyyəti açıq cəmiyyət kimi müəyyən etmək olar. Cəmiyyətin hər iki tipi - qapalı və açıq elmi abstraksiya, ideal modeldir: müxtəlif tarixi dövrlərdə real surətdə olan raövcud cəmiyyətdə şaquli mobilliyin intensivliyi və ümumiliyi dəyişir. Belə ki, Qədim Hindistanda kastalar quruluşu qapalı cəmiyyət, Fransa isə sosial inqilablar dövründə açıq cəmiyyət tipinə daha yaxındır.Şaquli mobillik cəmiyyətdə müəyyən dərəcədə mövcud olduğuna görə ictimai ierarxiyanın səviyyələri arasında fərdələrin bir təbəqədən başqasına yuxarı və ya aşağı yerdəyişməsinin yollan olmalıdır. Sosiologiyada onlar «sosial mobillik kanalları» adlanır. Bu, insanın ictimai ierarxiyada öz vəziyyətini dəyişdirdiyi sosial institutlar və təşkilatlardır. Sosial mobilliyin əksər cəmiyyətlərdə mövcud olan ən mühüm kanalları ordu, kilsə, məktəb, siyasi, iqtisadi, mədəni və həmkarlar təşkilatlan, ailə və nigahdır. Şübhəsiz ki, bu kanallardan başqa ayrı yollar da vardır, lakin onlar az əhəmiyyətlidir.
3.Yeni sosial vəziyyətə çatmış fərdin gəliri daha yüksək mənsəbli sosial təbəqənin nümayəndələri ilə bərabərləşdikdə sadəcə pul qazanıb çoxlu pul xərcləməsi kifayət deyildir. Yeni vəziyyətin dərəcəsini qavramaq məqsədilə bu dərəcəyə uyğun yeni maddi ölçü təyin etməlidir. Yüksək vəziyyətə uyğun ev, kitab, avtomobil, televizor və s. olmalıdır. Maddi məişət mədəniyyəti yüksək vəziyyət dərəcəsinə qoşulmaq üçün əhəmiyyətli vasitələrdən biri olsa da, mədəniyyətin başqa komponentləri ilə uyğun gəlməməsi nəticəsində həmin vasitə öz əhəmiyyətini itirir. Mobillikdə şaquli istiqamət götürən şəxsin daha yük-sək statuslu sosial-sinfı təbəqəyə daxil olması mütləq həmin təbəqənin davranışını özündə əks etdirməlidir. Məsələn, əməliyyat müvəkkili bölmə rəisi keçdikdə yeni şəraitə uyğun dəyişməlidir və s. Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə sosial mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan fərdin şəxsi bacarığını göstərməsi üçün yaxşı imkanlar yaradır. İkincisi, fərdə bir çox vəziyyətləri maneəsiz irəliləməyə imkan yaranır. Üçüncüsü, yüksək statuslu təbəqənin nümayəndəsi ilə nikahda olmaq həmin təbəqənin mədəniyyətini tez öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial maneələri dəf etməkdə böyük imkan verir və onların elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda yeni sosial vəziyyətin mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə bilməyəcəkdir. Çünki belə olan halda yuxarı mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» [145 - 146] hesab etməyəcəklər.İstənilən müasir demokratik cəmiyyətdə sosial mobillik imkanının olması əhəmiyyətlidir, lazımdır və mədəniyyətin ayrılmaz hissəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qrupların istedadlı insanlarına sosial həyatda daha fəal iştirak etmək imkanı vermir. Yüksək statuslu sosial mobillik yalnız mürəkkəb strukturlu cəmiyyətlərdə əhəmiyyətli və münasibdir.Cəmiyyətin mobil sürətinin dəyişməsi aydındır ki, liderdən təkcə mexaniki olaraq müəyyən qaydaların yerinə yetirilməsini tələb etmir. Bundan başqa texniki nailiyyətlər əldə etmək məqsədilə cəmiyyətdə çoxlu sayda yüksək ziyalı, ali təhsil almış peşəkar ekspertlərin olması lazımdır. Belə cəmiyyətlər lazımi yerlərdə «beyinsiz» keçinə bilməzlər. Buradan aydındır ki, açıq sinfi sistem müasir cəmiyyət üçün zəruridir. Lakin açıq sistemin mobilliyi ona daxil olan bəzi fərdlər üçün arzuolunmaz nəticələr verə bilər.
NƏTİCƏ
Aydın olur ki,bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha yüksək sosial vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil olmuşdursa, onda fərd ilə valideynlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir; ətrafdakı hadisələrə müxtəlif nöqteyi-nəzərdən yanaşmaları onları bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlarının yuxarı qalxması üçün çalışmış valideynlər başa düşürlər ki, onlar arasında mənəvi ayrılıq yaranmışdır.Mobilliyin deqradasiyası fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlarını, yaxın qohumlarını itirə bilir, onun ailəsi dağıla bilir və s.
ƏDƏBİYYAT SİYAHISI
1.Сорокин П. А. Человек, Цивилизация, Общество, Мockвa, 1992.
2.V.İsmayılov "Sosial mobillik demokratik cəmiyyətin göstəricisidir"Bakı 2016
3.Ağayev T.B., Vahidov F.Q. Sosiologiya. Dərs vəsaiti. Bakı, 2008
Yüklə 57,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin