SəRBƏst iŞ TƏLƏBƏ: Kənan Mütəllimli faküLTƏ: qrup: kafedra



Yüklə 53,83 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü53,83 Kb.
#47886
  1   2
Atletika


Qərbi Kaspi Universiteti



SƏRBƏST İŞ

TƏLƏBƏ: Kənan Mütəllimli

FAKÜLTƏ:

QRUP:

KAFEDRA:

FƏNN: Anatomiya

SƏRBƏST İŞİN MÖVZUSU: Qaçaraq uzunluğa tullanmaların təhlili

MÜƏLLİM: Musa Aşirov

Bakı - 2021

Plan

Giriş

    1. Qaçaraq uzunluğa tullanma

İstifadə olunmuş ədəbiyyatların siyahısı


İstifadə olunmuş ədəbiyyatların siyahısı

Giriş

Sürət qabiliyyətinin tərkib elementləri başqa hərəki qabiliyyətlərə, xüsusilə də çeviklik qabiliyyətinə daxildir. Hərəkət reaksiyasının tezliyi hərəkətə başlamaq üçün verilən siqnaldan hərəkətin icrasına başlanma anına kimi olan vaxt ölçüsü ilə təyin olunur. Hərəkət reaksiyasının tezliyi orqanizmin sezici, hissedici reaksiyasıdır. Bu reaksiya sadə və mürəkkəb ola bilər. Sadə reaksiya əvvəlcədən gözlənilən siqnala və ya komandaya müəyyən hərəkətin icrası ilə cavabdır. Məsələn, startdan siqnal ilə qaçış. Mürəkkəb reaksiya isə iki hissədən -seçməyə reaksiya və hərəkət edən obyektə reaksiyadan ibarətdir. Sürət qabiliyyətinin təzahürü, ilk növbədə, hərəkətin icrasını təmin edən fizioloji proseslərin mürəkkəbliyindən və digər hərəki qabiliyyətlərlə bir vəhdətdə (sürət-güc, qüvvə, çeviklik) olmasından asılıdır. Hərəkətin hansı dərəcədə sürətlə icrası sinir proseslərinin mütəhərrikliyi, əzələlərin mərkəzi sinir sistemi tərəfindən koordinasiyası, əzələ liflərinin quruluşu və təqəllüsetmə xüsusiyyətləri ilə təyin olunur. Təcrübi olaraq bu qabiliyyət maksimal sürət və sürət dözümlülüyü kimi təzahür edir. Təlim prosesində sürətin inkişafına onun tərkib elementlərinin təkmilləşdirilməsi yolu ilə nail olunması planlaşdırılır. Sürət-güc - mümkün qədər qısa vaxt ərzində maksimum qüvvə təzahür etdirmək qabiliyyətidir. Ümumtəhsil müəssələrində bu qabiliyyətin təzahürü qaçaraq uzunluğa, hündürlüyə, yerindən uzunluğa tullanma, doldurulmuş topların atılmasında müşahidə etmək olar. Bütün sinifl ərdə bu qabiliyyət aşağı, yuxarı və gövdə əzələlərində sürət-gücün inkişafı hesabına həyata keçirilir. Oğlanlarda bu qabiliyyət 10-13 yaş, qızlarda isə 9-11 yaş arasında intensiv inkişaf edir. 16-17 yaşlı oğlan və qızlarda isə bu qabiliyyətin təkmil inkişafına nail olmaq üçün intensiv idman oyunları, məşq prosedurları icra etmək vacibdir. Əzələ qruplarında bu qabiliyyətin inkişafı müxtəlifdir. Sürət qabiliyyətində olduğu kimi sürət-gücün də inkişafı üçün ayrılmış ilkin dərslərdə yalnız hərəkət və hərəkət komplekslərinin icrası ilə həyata keçirilir. Bu hərəkətlər mənimsənildikdən, ən sadə icra bacarıqları formalaşdıqdan sonra klassik hərəkətlərin: qaçaraq uzunluğa, hündürlüyə tullanma və topunun atılmasının tədrisinə keçmək olar. Bu tədris vahidində də dərslərin təşkili “oyun” və “yarış” metodlarından istifadə etməklə komandalı icranın təmin olunmasına yönəlməlidir. Bu bölmədə dərslər çıxarılsın, yuxarı və aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətinin inkişafı istiqamətində tədris olunur. Sürət-güc istiqamətli hərəkətlərin icrası “dairəvi”, “təkrar”, “təkrar-seriyalı” metodlara əsaslanır. Atletikanın tullanmalar qrupuna daxil olan növləri qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma, üç təkanla tullanma və şüvüllə tullanmalardır.

Bunlar klassik növlər hesab olunur ki, onlardan da qaçaraq uzunluğa və qaçaraq hündürlüyə tullanmalar ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq (sürətgüc) vasitəsi kimi istifadə olunur. Tullanmalar və atmalar struktur cəhətdən mürəkkəb hərəkətlər olub, daha çox ətraf əzələlərinin aşağı və yuxarı sürət-güc qabiliyyətinin təzahür etdirilməsinə əsaslanır.


Yüklə 53,83 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin