SəRBƏst iŞ TƏLƏBƏ: tehran hüseynov



Yüklə 70,6 Kb.
səhifə1/6
tarix16.05.2022
ölçüsü70,6 Kb.
#58184
  1   2   3   4   5   6
Hüseynov Tehran umumi eko.sb



SƏRBƏST İŞLƏR

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

SƏRBƏST İŞ

TƏLƏBƏ: TEHRAN HÜSEYNOV

FAKÜLTƏ: KİMYA VƏ BİOLOGİYA

KAFEDRA: KİMYA VƏ ONUN TƏDRİSİ METODİKASI

İXTİSAS: EKOLOGİYA

QRUP:345

KURS:I

FƏNN: ÜMUMİ EKOLOGİYA

MÜƏLLİM: HACIYEVA XƏYALƏ



1.Ətraf mühitin radioaktiv çirklənməsi



Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur.

Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir. Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir. Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nüvə partlayışı baş verəndən sonrakı anlardan radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz- torpağı göyə qaldırır və onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz -torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür, qalan hissəsi isə buludun tərkibində qalıb hava axınları vasitəsi ilə partlayış mərkəzindən yüzlərlə km. Məsafələrə aparılır.Radioaktiv zəhərlənmənin dərəcəsi ilk növbədə partlayışın gücündən və növündən asılıdır. Bundan əlavə partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, küləyin istiqamətindən və yerin relyefindən asılı olur.

Yerin radioaktiv çirklənməsi radiasiya səviyyəsi ilə xarakterizə olunur və R/saatla, Zivert/san. Ölçülür. Radiasiya səviyyəsi – insanın həmin ərazidə bir saat qaldığı müddət ərzində aldığı şüalanma dozasını göstərir. Radiasiya səviyyəsi 0,5R/saat və ondan çox olan yerlər zəhərlənmiş ərazilər sayılır. Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana bilər. Radioaktiv buludun hərəkəti istiqamətindəki sektor ən yüksək dərəcədə çirklənəcəkdir. Bu sahələrdə şüalanma dozasının gücü hətta partlayışdan bir saat sonra bir neçə min Rentgen-saat (R/s)ola bilər. Belə halda mühafizə olunmamış adamlar bir neçə dəqiqə ərzində ölümcül kəmiyyətə çatan dozalarda şüalanmaya məruz qala bilərlər. Ərazinin müəyyən sahəsində radioaktiv çirklənmənin sıxlığı sahə vahidinə tökülən radioaktiv hissəciklərin miqdarından, onların radioaktivliyindən və dispersiya tərkibindən, habelə partlayışdan sonra nə qədər vaxt keçdiyindən asılı olur.Adamları radioaktiv zəhərlənmədən mühafizə etmək üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur, fərdi mühafizə vasitələri- əleyhiqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı tənəffüs üzvlərini radioaktiv zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.

İnsanların paltarları, ayaqqabıları və bədəninin radioaktiv maddələrdən təmizlənməsi sanitariya təmizlənməsi, texnikanın, ərzağın, suyun, habelə müxtəlif səthlərdən radioaktiv maddələrin kənar edilməsi isə dezaktivasiya adlanır. Bunların hamısı xüsusi təmizlik tədbirləri adlanır.Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra təcili surətdə dezaktivasiya, yəni, radioaktiv tozu kənar etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata keçirilir. Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik qaydalarına riayət edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi zamanı həyata keçirilir. Müharibə dövründə dezaktivasiya tədbirləri düşmənin nüvə silahının tətbiqindən sonra nəticələrin aradan qaldırılması zamanı həyata keçirilir. Bundan da əlavə, radioaktiv maddələrlə işləyən heyətin dezaktivasiyası planlı şəkildə daima həyata keçirilir. Radioaktiv yoluxma ilə mübarizədə radioaktiv maddələrin obyektlərin üzərindən kənar edilməsi yeganə yoldur. Bu onunla izah olunur ki, radioaktiv maddələrdə elementlərin radioaktiv bölünməsi baş verir. Bölünmənin sürətini artırmaq və ya azaltmaq mümkün deyil, radioaktiv maddələri mikroorqanizmlər kimi məhv etmək və ya kimyəvi maddələr kimi neytrallaşdırmaq mümkün deyil. Dezaktivasiyanın əsas məqsədi – radioaktiv maddələrlə yoluxma səviyyəsinin maksimal dərəcədə azaldılmasıdır. Bu məqsədə çatmaq üçün fiziki və kimyəvi metodlardan istifadə olunur. Yoluxmuş əşyaların (qurğuların) səthi ilə zəif əlaqədə olan radioaktiv maddələri, məsələn, obyektin üzərinə düşmüş radioaktiv tozu fiziki metod ilə kənar edirlər (tozu su ilə yumaq, parça ilə silmək, çırpmaq və s.). Dezaktivasiyanın fiziki metodları az effektli olduqda, yəni radioaktiv maddələr yoluxmuş əşyalarla (qurğularla) möhkəm əlaqədə olduqda kimyəvi metodlardan (turşuların, qələvilərin, yuyucu vasitələrin və s. Radioaktiv maddələrlə əlaqədə olduqda su ilə rahat təmizlənən digər birləşmələrin tətbiqi) istifadə olunur. Paltarların ən sadə dezaktivasiya yolu – silkələmə, tozu taxta ilə çırpma, fırça, tozsoran ilə təmizləmə, bu üsulların az effektliliyi zamanı, yuyucu vasitələrlə xüsusi çamaşırxanalarda yuyulmadır.Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur. Yaxşı qablaşdırılmış məhsulların dezaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların dezaktivasiyası üçün isə onların üst səthlərini soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.


Yüklə 70,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin