SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

 
Mən səndən betərəm, sən məndən betər, 
Mən səni ağlayım, sən məni ağla. 
Dərdi-dərdə qataq, ay üzü dönmüş, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Mən qeyrət dəlisi, sən altun, sərvət, 
Mən ismət dəlisi, sən bəzək, ziynət. 
Mən eşq dəlisiyəm, sən rütbə, şöhrət, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Daha dözüm yoxdu mən divanədə, 
Əksini görürəm hər bir xanədə. 
Mən haqqın evində, sən meyxanədə, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Puç oldu arzular daha çağlamaz, 
Nə dosta, nə yada ümid bağlamaz. 
Bizi bu töhmətlə ellər ağlamaz, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Sərraf Şiruyəyəm, saçlarım ağda, 
Danışsam dərdimi əriyər dağ da. 
Tökək göz yaşını yad-yad bucaqda, 
Mən səni ağlayım, sən məni ağla. 
 

             
                           
                          Susma, ürək…
 
 
191 
 
NƏ YAZIM 
 
Dedin “şeir yaz mənə”, 
Nə yazım, bəxti qara? 
Görəsən fələk sənə, 
Bəs niyə baxdı qara? 
 
Gül idin, şehli idin, 
Gün idin, mehli idin, 
Nə günah əhli idin? 
Üzünə yaxdı qara. 
 
Əhvalın sorulmadı, 
Hədəfin vurulmadı. 
Hey axdı, durulmadı, 
Suyun da axdı qara. 
 
Nə bəd gəldi əzəlin, 
Haqqa baxsın göz, əlin. 
Tanrı, belə gözəlin, 
Olarmı taxtı qara? 
 
Mənim kimi sənin də, 
Yoxmuş can deyənin də. 
Gəlib Şiruyənin də, 
Zamanı, vaxtı qara. 
 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
192 
 
BİLMƏZ 
 
Sən böhtan aşiqi, mənsə həqiqət, 
Bizim ulduzumuz birləşə bilməz. 
Amalı, əməli gəc olanların, 
Qəlbində dünyalar yerləşə bilməz. 
 
Heç gör xoşlayarmı yarasa işıq, 
Bayquş abad ölkə, gözəl yaraşıq. 
Məndə fikir aydın, səndə dolaşıq, 
Kəcyollu istəklər görüşə bilməz. 
 
Əridi Şiruyə həsrət çəkəli, 
Alçaldı qarşında boyun bükəli. 
Məndə istək təmiz, səndə ləkəli, 
Bizim sevincimiz öpüşə bilməz. 
 
 
 
BU GƏLƏN 
 
Qaşlar qara, ağız muncuq, göz ala, 
Başdan-başa can alandı bu gələn. 
İltimas eylədim, – ayaq saxladı, 
Nə mehriban, nə qanandı bu gələn. 
 
Utancaqlıq varlığına ləkədi, 
Dodaqları paralanmış tikədi, 
Könlüm üçün Mədinədi, Məkkədi, 
Məsləkimə din-imandı bu gələn. 
 

             
                           
                          Susma, ürək…
 
 
193 
Vəsfi halı götürübdü dünyanı, 
Gəzir bədnəzərdən ürkək, pünhanı. 
Göllər sonasıdı, çöllər ceyranı, 
Şax vüqarlı bir tərlandı bu gələn. 
 
Yalvarım aşiqtək sanasın məni, 
Çəksin imtahana, sınasın məni, 
Qınayır el-oba, qınasın məni, 
Şiruyəyə şux canandı bu gələn. 
 
 
 
ÇİRKİNİ 
 
Vermərəm vəfasız yüz gözəllərə, 
Bir əhli hal, bir vəfalı çirkini. 
Şam bilib başına dolanar könül, 
Əhdi, eşqi bir səfalı çirkini. 
 
İstəmirəm sürməli göz, qələm qaş, 
Qorxuram məni də eyləyə çaş-baş. 
Müqəddəs bilirəm eşqimə, qardaş –  
Namusu pak, o həyalı çirkini. 
 
Şiruyə istəməz işvəli tellər, 
Ədalı baxışlar, çirkin əməllər. 
Öləndə üstümə gətirin, ellər –  
Ayaqları xoş səyalı çirkini. 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
194 
 
BAXIM 
 
Gözəli qoynuna alan təbiət, 
Gözələmi baxım, sənəmi baxım? 
Gözəllər döşünə taxılan lalə, 
Gözələmi baxım, sənəmi baxım? 
 
Dayan, еy gül üstə oxuyan bülbül, 
Nəfəsi qızılgül qoxuyan bülbül, 
Məhəbbətdən çələng toxuyan bülbül, 
Gözələmi baxım, sənəmi baxım? 
 
Еşit Şiruyəni, еy uca dağlar, 
Еy ulu gədiklər, еy qoca dağlar. 
Gözəllər nazlanır gör nеcə, dağlar... 
Gözələmi baxım, sənəmi baxım? 
1976-cı il, Göyçə-İstisu-Kəlbəcər.  
 
 
GƏL 
 
Yaman darıxmışam səndən ötəri, 
Əsmər yanağına qurban olum, gəl. 
Bir kəlmə sözündə min ümidim var, 
Şəkər dodağına qurban olum, gəl. 
 
Alıbsan əlimdən səbri, dözümü, 
Üzdən təbəssümü, dildən sözümü. 
Görmək istəyirəm səndə özümü, 
Billur buxağına qurban olum, gəl. 
 

             
                           
                          Susma, ürək…
 
 
195 
Dözmək olmur belə cövrü-cəfaya
Biganəlik, ar deyilmi vəfaya? 
Ögeylik adını atma ortaya, 
Doğma qucağına qurban olum, gəl. 
 
Sənsən Şiruyənin xəyalı hər an, 
Ömür başa çatır, pozulmaz peyman. 
Könlümə yaxından yaxınsan inan, 
Uzaq sorağına qurban olum, gəl. 
 
 
 
O NARA 
Təcnis 
Ələsgər lazımdı yaza vəsfini, 
Qiymət qoya sinən üstə o, nara. 
Yüz bağban tər töküb bəslədiyi nar, 
Bənzər olmaz sən bəsləyən o nara. 
 
Hüsnünün tərifi sığmaz bir bəndə, 
Yüz ilgəyin düyünlənib bir bəndə. 
Sən xanım ol, – mən xidmətkar bir bəndə, 
Açım ilgəkləri qalsın on ara. 
 
Şiruyəyəm, daşıb səbir qazanım, 
Ay zalımım, mənə qəbir qazanım, 
Bir busə vеr, mən də xеyir qazanım, 
Məni atma bu atəşə, o nara.
1
 
 
 
                                                 
1
 Od mənаsındа. 

Sərraf Şiruyə             
                           
                          
 
 
196 
 
ƏRİDİR 
  
Bir ala gözlünün vüsal həsrəti, 
Cismidə canımı yaman əridir. 
Gün keçir, ay keçir vədə yetişmir, 
Məni bir qaşları kaman əridir. 
 
Aldı əllərimdən vüsal camımı, 
Qoymadı doyunca alam kamımı. 
Polad iradəmi, dağ inamımı, 
Sitəm ocağında zaman əridir. 
 
Sərraf Şiruyənin artdı firqəti, 
Beləymiş taleyin yəqin qisməti. 
Gecə də, gündüz də eşqin həsrəti, 
Əridir könlümü, pünhan əridir. 
 
 
 
GƏL DЕDİ 
 
Bir gədikdən aşdıq nazlı yar ilə, 
Dərələr baş əydi, bələ gəl dеdi. 
Qoynuna çağırdı zirvələr bizi, 
Tut canan qolundan bеlə gəl dеdi. 
 
Yar küsdü gözündən mən ayrılanda, 
Bir istək ikiyə tən ayrılanda, 
Duman ötüşəndə, çən ayrılanda, 
Çöl-çəmən əl еtdi, lalə gəl dеdi. 
 

             
                           
                          Susma, ürək…
 
 
197 
Tutuşdu quzеylər naz еtdi bizə, 
Günеylər hər yanı yaz еtdi bizə, 
Şiruyə, kəkotu göz еtdi bizə, 
Nərgizin üstündə jalə gəl dеdi. 
 
 
 
DЕYİL 
 
 
 
Səsin qulağımdan, əksin gözümdən, 
Ölən günə qədər gеdəsi dеyil. 
Sənin həsrətindi oxlayan məni, 
Nə qılınc, nə tüfəng zədəsi dеyil. 
 
Vüsalın açılmır, bağlanıb bəndi, 
Surətin gözümdən gеtmir, nədəndi? 
Qəlbimdəki sənsən, sənin hədəndi, 
Özgə bir kimsənin hədəsi dеyil. 
 
Sərraf Şiruyəyəm, halım pərişan, 
Hər saçım həsrətdən vеrir bir nişan. 
Gözlərim ağlardı, ürəyim şan-şan, 
Ömrümün sən görən vədəsi dеyil! 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
198 
 
GƏL, GƏL 
 
İlk görüş şirindi, ilk istək kimi
Ürəyim çağırır: görüşə gəl, gəl. 
Ümidim tikilib sən gеdən yola, 
Gözlərim axtarır həmişə gəl, gəl. 
 
Yеlkənsiz qalıbdı dəryada gəmim, 
Qəlbimdən qəm gеtməz, gözümdən nəmim. 
Bəlkə taleyimə, eşqimə mənim, 
Bitibsən yeganə bənövşə, gəl, gəl. 
 
Şiruyə nə danar, nə gizlər səni, 
Gеcə də, gündüz də hеy izlər səni. 
Nə qədər ömrüm var əzizlər səni, 
Könlümün evində hər guşə, gəl, gəl. 
 
 

             
                           
                          Susma, ürək…
 
 
199 
 
GƏLƏRƏM 
 
Günəş olub nur çilərəm yoluna, 
Ümid olub gümanına gələrəm. 
Baş qoyaram bu ilqara, bu əhdə, 
İlqarına, peymanına gələrəm. 
 
Ürəyimdən çıxmayıbsan hələ sən, 
Kirpiklərim arasında giləsən. 
Min yol mələyərəm, bir yol mələsən, 
Quzu olub qurbanına gələrəm. 
 
Şiruyəyəm, həsrətim sən, ahım sən, 
Müqəddəs and yеrim, səcdəgahım sən, 
Tacidarım, qibləgahım, şahım sən, 
Fərman versən, fərmanına gələrəm. 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
200 
 
GƏLMİŞƏM 
 
A dağlar maralı, ellər gözəli, 
Gəl görüşək, sorağına gəlmişəm. 
Sən kərəmli ağa, mən günahkar qul, 
Kərəm umub ayağına gəlmişəm. 
 
Həsrətim müdamdı, qəmim müdamdı, 
Bilməm nə istəkdi, bilməm nə kamdı? 
Hüsnünün şöləsi yanar bir şamdı, 
Pərvanəyəm, çırağına gəlmişəm. 
 
Korğun yannam, bir ətəklə alovla, 
Yanan deyləm hər ötəri alovla, 
Şiruyəyəm, caynağına al ovla, 
Tərlan sənsən, oylağına gəlmişəm. 

             
                           
                          Susma, ürək…
 
 
201 
  
Bir dərdə təsəlli tapılmayanda, 
İnsan özü ömür-gündən bezərmiş. 

Sərraf Şiruyə             
                           
                          
 
 
202 
 
HƏLƏ MƏN 
 
Fələk asıb bir tənəzzül nənnisi, 
Sağa-sola yellənəcəm hələ mən. 
Daş tökülüb axarımın yoluna, 
Bir çuxurda sellənəcəm hələ mən. 
 
Say deyirsən, mən yoxluqdan nə sayım? 
Dada yetmir nə havarım, nə hayım. 
Kömək üçün nə əmim var, nə dayım, 
Öz-özümə küllənəcəm hələ mən. 
 
Elə sanma şairlikdə bir dağam, 
Təzə-təzə qönçələnən budağam. 
Kələ-kötür, çayır tutan torpağam, 
Baş-ayağa bellənəcəm hələ mən. 
 
Baxma şeirim gəzir dildə, dodaqda, 
Beş-üç kəlmə yazar körpə uşaq da. 
Yüz sorğu var, yüz sınaq var qabaqda, 
Yoxlanacam, əllənəcəm hələ mən. 
 
Şiruyəni salma yersiz sorağa
Pərvanələr qonar yanan çırağa. 
Tələsimə, çoxdu məndən qabağa, 
Lap axırda dillənəcəm hələ mən. 

             
                           
                          Susma, ürək…
 
 
203 
 
QORXURAM 
 
Hündür yerə sürünərəm, çıxaram, 
Üz aşağı hellənməkdən qorxuram. 
Hörümçəktək tordan qalıb asılı, 
Yellənçəktək yellənməkdən qorxuram. 
 
Nanəcibə necə verim əlimi? 
Dost da yoxdu, mən bağlayam belimi. 
Danışmağa öyrədərəm dilimi, 
Yerli-yersiz dillənməkdən qorxuram. 
 
Könlüm toxdu, var dalınca baxmıram, 
Məqam düşür, bəd deyəni yıxmıram. 
Gur axarım olsa da gur axmıram, 
Sızqalaşıb, sellənməkdən qorxuram. 
 
Niyə dönsün bir əngələ öz işim? 
Söz söhbətdi payız işim, yaz işim, 
Mənə bəsdir az qazancım, az işim, 
Aralarda küllənməkdən qorxuram. 
 
Şiruyəyəm, hamı bilir kökümü, 
Ağırsa da çəkməliyəm yükümü. 
Beş-üç kilo artıraram çəkimi, 
Ayaq-başa piylənməkdən qorxuram. 
 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
204 
 
UDUZDUM 
 
İstədim ki, bu fələkdən bəxt udam, 
Tale verən bəxtimi də uduzdum. 
Tac istədim, qappaz vurdu başıma, 
Nimdaş, quru taxtımı da uduzdum. 
 
Haqq yolundan haqsız kimi saxlandım, 
Tənə yedim, ürəyimdən dağlandım. 
Bir gözəlin istəyinə bağlandım, 
Ömrü, günü vaxtımı da uduzdum. 
 
Ay Şiruyə, nə bir kükrə, nə bir coş, 
Qələm götür bu qazanca şeir qoş, 
Aldım, satdım, üzüm qara, əlim boş, 
Halal maya, haqqımı da uduzdum. 
 
 
 
AĞLADAR MƏNİ 
 
Hər sitəm, hər təsir ağlada bilməz, 
Puç olan həqiqət ağladar məni. 
Ehtiyac, işgəncə ağlada bilməz, 
Tapdanan ləyaqət ağladar məni. 
 
Bəd niyyət paklığa vurmasın ləkə, 
Yaşarda könlümü intizar bəlkə, 
Azadlıq tapmayan bir mahal, ölkə, 
Qul olan bir xilqət ağladar məni. 
 

             
                           
                          Susma, ürək…
 
 
205 
İstiyə, soyuğa tablayar dözüm, 
Səngiməz qəlbimdə alovum, közüm. 
Əcəl qarşısında yaşarmaz gözüm, 
Vüsalsız məhəbbət ağladar məni. 
 
Sərraf Şiruyəyəm, bölmərəm qəti, 
Bir olan istəyi, xalqı, milləti. 
El, oba kədəri, vətən həsrəti, 
Bir də ki, xəyanət ağladar məni. 
15 avqust 1992-ci il. 
 
 
 
DOSTUYAM 
 
Bir günlük, beş günlük deyil ülfətim, 
Mən ömür dostuyam, mən il dostuyam. 
Peymanım təmizdi, ilqarım möhkəm, 
Həm ürək dostuyam, həm dil dostuyam. 
 
Zaman da sınasın, il də sınasın, 
Vətən də sınasın, el də sınasın, 
Eşqimə baş əyən gül də sınasın, 
Əsil dostlarımın əsil dostuyam. 
 
Eşit bu hikməti Şiruyə, sən də, 
Dostluq bir ürəkdi iki bədəndə, 
Belə tapşırıbdı atam gedəndə, 
Mən nəvə, nəticə, nəsil dostuyam. 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
206 
 
YETİRİN MƏNİ 
 
Qürbətin baharı nəyimə gərək, 
Vətənin qışına yetirin məni. 
Ovutmaz könlümü yad elin gülü, 
Obamın daşına yetirin məni. 
 
Cənnət olsa əgər qoynu dünyanın 
Əsiriyəm öz yurdumun, binamın. 
Yolumu gözləyən qoca anamın, 
Gözünün yaşına yetirin məni. 
 
Deyiləm vurğunu yad məhəbbətin, 
Salmayın yanımda özgə söhbətin. 
Könlümün gözəli – nazlı afətin, 
Aypara qaşına yetirin məni. 
1975-ci il 
 
 
BACIDI 
 
Ana can-ciyardı, ata arxadı, 
Qardaş üçün bir pərvanə bacıdı. 
Xoş günündə əlvan geyib sallanan
Vay günündə qıyan cana bacıdı. 
 
Dizə döyən baş yastığa düşəndə, 
Yaman sözün dil-dodağa düşəndə 
Cəsədin bükülüb ağa düşəndə, 
Zülfün yolub, qıyan cana bacıdı. 
 

             
                           
                          Susma, ürək…
 
 
207 
Toy günündə xəbər verən ellərə, 
Xonça tutub, həna yaxan əllərə. 
Dən düşəndə o ədalı tellərə, 
Yenə düşən tez gümana bacıdı. 
 
Şiruyə, qəmində qəmxar görünən, 
Şadlığında şad donuna bürünən. 
Qardaş deyib gölgəsinə sürünən, 
Dözən yaxşı, hər yamana bacıdı. 
 
 
 
QADASIN ALIM 
 
Gözümün nurudu, ruhun qidası, 
Vəfalı dostların qadasın alım. 
Əhdimə, eşqimə min bəzək vuran, 
Pak namusun, arın qadasın alım. 
 
Qeyrətli düşməndən gözləmə kələk, 
Mərd evində halal olur duz-çörək. 
Qürbət cənnət olsa nəyimə gərək, 
Bu ana diyarın qadasın alım. 
 
Sərraf Şiruyəyəm, xoş niyyətim var, 
Dostluğa uyuşan xasiyyətim var. 
Axmaq sənətkara min töhmətim var, 
Yaxşı sənətkarın qadasın alım. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
208 
 
ÇƏTİNDİR 
 
Elə gül deyirsən, gülə bilmirəm, 
Ağlaya-ağlaya gülmək çətindir. 
Axan göz yaşını silməyə nə var
Ürək ləkəsini silmək çətindir. 
 
Zaman dəbdəbəli zaman olsa da, 
Müşgülün açılmır, güman olsa da, 
Dünyaya gəlişin asan olsa da, 
Mənalı yaşamaq, ölmək çətindir. 
 
Həyacan təblidir hər gün, hər saat, 
Məhv olur bir anda qurduğun büsat. 
Vallah möcüzədir, Şiruyə, həyat, 
Fikrini, sirrini bilmək çətindir. 
 
 
 
HAYIFIM GƏLİR 
 
Nadanlardan danışmaram, demərəm, 
Dodağa, ağıza hayıfım gəlir. 
Nakişidən yazmamışam, yazmaram, 
Qələmə, kağıza hayıfım gəlir. 
 
Qədir bilməz nə anlayar hörməti, 
Heçə sayar hər çəkilən zəhməti. 
Nankora vermərəm bircə qisməti, 
Çörəyə, həm duza hayıfım gəlir. 
 

             
                           
                          Susma, ürək…
 
 
209 
Həqiqətdi Şiruyənin gördüyü, 
Nəsihətdi söylədiyi, dediyi. 
Naşının amansız döyəclədiyi, 
O sədəfli saza hayıfım gəlir. 
 
 
 
TOFİQ YUSİFƏ 
Təcnis 
Tofiq, bir nekroloq yazarsan mənə: 
“Köçdü taleyindən yarımaz şair”. 
Dərd-ələm, qəm-qüssə aman vermədi, 
Yazdı qüdrətindən yarım az şair. 
 
Tale qurban verdi elə, məni də,
1
 
Axirət qucacaq el əməni də.
2
 
Neçə səda gəldi – elə məni də, 
Sənintək ağladı yarım, az, şair.
3
 
 
Şiruyənin ahı yara yetişib, 
Qəm dağını yara-yara yetişib, 
Naşı təbib dedi: – yara yetişib, 
Gətir neştər vurum, yarım, az, şair.
4
 
 
 
 
 
 
                                                 
1
 Tale məni el-obaya qurban verdi. 
2
 Xeyirxah insanı da əcəl aparacaq. 
3
 Məni də sənintək yarım az ağladı. 
4
 Gətir yaranı azcaca yarım. 

Sərraf Şiruyə             
                           
                          
 
 
210 
 
DƏRD OLAR, DƏRD OLAR 
 
Ürkütmə körpə ceyranı, 
Çölə dərd olar, dərd olar. 
Təhlükə qovar sonanı, 
Gölə dərd olar, dərd olar. 
 
Şanəni teldən ayırma, 
Telləri beldən ayırma, 
Bülbülü güldən ayırma, 
Gülə dərd olar, dərd olar. 
 
Sussa Şiruyənin səsi, 
Kəsilsə candan nəfəsi. 
Yadigar qalan kəlməsi, 
Elə dərd olar, dərd olar. 
 
 
 
KÜSÜM 
 
Dost demişəm hər vəfasız gədəyə, 
Günahkar özüməm, özümdən küsüm. 
Yağlı tərifimdən, şirin dilimdən, 
Könüllər oxşayan sözümdən küsüm. 
 
Süfrə qədrin bilməz, süfrə salmayan, 
Salamsız qalacaq salam almayan. 
Nanəcib dostlara qənim olmayan, 
Halal çörəyimdən, duzumdan küsüm. 
 

             
                           
                          Susma, ürək…
 
 
211 
Ovunub, ovunub yola gəlməyən, 
Könül yandırmayan, ürək dəlməyən. 
Yaxşını yamandan seçə bilməyən, 
Naşı təbiətli gözümdən küsüm. 
 
Tez gözə gəlməyən qısa boyumdan, 
Behsanə ötüşən həftə, ayımdan. 
Sadə sovqatımdan, kasıb payımdan, 
Nimdaş paltarımdan, bezimdən küsüm. 
 
 
 
UMMUŞAM 
 
Bu da bir naşılıq, bu da bir səhvlik, 
Xətirsiz dostlardan xətir ummuşam. 
Susuz səhralardan, şoran çöllərdən, 
Təravət ummuşam, ətir ummuşam. 
 
Eybi yox, inciyən incisin məndən
Həqiqət inləsə keçmərəm gendən. 
Çiçəksiz çəməndən, gülsüz çəməndən, 
Çələng istəmişəm, çətir ummuşam. 
 
Sərraf Şiruyəyəm, gəzirəm həkim, 
Quruyub budağım, çürüyüb köküm 
Nadanlıq qəlbimə kəsilib hakim, 
Urvasız kəpəkdən fətir ummuşam. 

Sərraf Şiruyə             
                           
                          
 
 
212 
 
ALA BİLMƏZSƏN 
 
Bu payı haqq veribdi, 
Bəndə, ala bilməzsən. 
Ölsəm də qalmalıdı, 
Məndə, ala bilməzsən. 
 
Yüz cür tələ qursan da, 
Səngər, bələ qursan da, 
Kələk, hiylə qursan da, 
Gündə, ala bilməzsən. 
 
Əl çək beynimdən mənim, 
Çıxmaz əynimdən mənim, 
Bilik təhnəmdən mənim, 
Kündə ala bilməzsən. 
 
And içib, əhd etsən də, 
Cismini şəhd etsən də, 
Yüz nədir, cəhd etsən də, 
Min də ala bilməzsən. 
 
Min el ala bilməyib, 
Min əl ala bilməyib, 
Min ləl ala bilməyib, 
Sən də ala bilməzsən. 
 
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə