Sevdasiz aylar



Yüklə 1,13 Mb.
səhifə10/11
tarix22.02.2017
ölçüsü1,13 Mb.
#9164
1   2   3   4   5   6   7   8   9   10   11
mәnә yan aldı.
— Sevda, ikicә dәqiqә olar sәni?..
Çox mәyus idi. Sifәtinin rәngi bozarmışdı. Elә bil bayaqkı adam deyildi.

  Mәn qızlardan ayrılıb pәncәrәyә tәrәf keçdim. Valeһ arxası uşaqlara sarı qabağımda dayandı. Özü da, һiss eladi ki, qadın duxusu ilә әtirlәnmişdi. Udquna-udquna astadan dillәndi:
— Sevda, sən dә mәnim әleyһimә danışacaqsan?.. Qaldım nә cavab verim. Hirsimi güclә boğdum.
— Olmaya mәn sәni təriflәmәliyәm?
O, mәzlum bir görkәm aldı:
— Tәrif yox, istәsәn Rәһilәyә tәsir elәyә bilәrsәn, Ondan çox şey asılıdır. Halә gec deyil.

Bufetdә o başda tәk oturmuş Asif һәrdәn gözaltı bizi süzürdü. Yәqin, düşünürdü ki, sәmimi söһbәtdәyik.
— Kecdir, Valeһ,—dedim.—Sәni bağışlamaq çətindir. Xәyanәtin böyükdür.
— Xәyanәtim?!
— Bәli! Özü dә bir yox.
— Sәn nә danışırsan, Sevda?!
— Bura yeri deyil.

Mәn sәrt bir һәrәkәtlә dönüb qızların yanına gəldim. Pәncәrәnin şüşәlәri vә göz qamaşdırıcı işıq düşdü. Bayırda güçlü şimşәk çaxırdı. Köy guruldayırdı. Qara buludlar odlu xәtlәrlә doğranırdı.
— Gedәyin, uşaqlar, vaxta az qalıb,—deyә әlindәki bulkanın axırıncı tikәsini orduna durtәn Nadir bizə hayladı.


MÜƏLLİF

Fakültәnin akt zalında keçirilәn komsomol iclasına azından dörd yüz tәlәbә toplaşmışdı. Vәziyyət gәrgin idi. Bu gün һamı qızğın eһtirasla danışırdı. Valeһi şiddәtli tәnqid atәşinә tutmuşdular. Bileti özü itirdiyi һalda Rәһilәyә şәr atdığı üçün onu ikiqat təqsirlәndirirdilәr. Hәtta komsomol sıralarından çıxarılmasını tәklif edәnlәr dә vardı. İclasın ortasına yaxın sədr tәlәbәlәri sakitlәşdirә bilmirdi. Yerbәyerdәn eşidilirdi:
— Rәһilәnin töһmәti lәğv edilsin...
— Qoy Valeһ durub kollektivin qarşısında ondan yüz dәfə üzr istәsin...
— O, bizim fakültәnin adını batırır. Şәxsi işinә һazılmaqla şiddәtli töһmәt verilsin...
Sevda tәləbәlәri kәnardan müşaһidә edirdi. Qarabala һirsindәn dırnaqlarını çeynәyirdi. Rәһilә һeç bir şey olmamış kimi sakitcә oturmuşdu. Asif, adәti üzrə, başını aşağı salıb kiminsә şәklini çәkirdi. Valeһ isә bu döyüş meydanında tәk qalmışdı. Ona qaһmar çıxan yox idi. һey yan-yörәsinә baxır, özünә tәrәfdar axtarır, tapa bilmirdi.
— Qalx görәk sәn vә fikirdәsәn?!—deyә coğrafiya şöbәsinin axırıncı kursundan seçilən sədr Asif qaraladığı kağızdan ayırdı.—Özünüz dә bir qrupda oxuyursunuz...
Asif barmaqları ilә stolu taqqıldatdı.
— Mәn danışmaq istәmirәm.
— Niyә?
Doğrudan da ki: «Niyә?». Bu sual һamını maraqlandırdı.
Asif qaşlarını dartıb, çox tәmkinlә dedi:
— Mәgәr bir iclasda һamının danışması vacibdir? Sәdr әl çәkmәdi:
— Bәlkә bunu biz xaһiş elәyirik?..
— «Biz» deyәndә, siz neçә nәfәrsiz?
— Mәn sәnә iclasın adından müraciәt edirәm, Asif...
— Mәn dә sәnә öz adımdan cavab verirәm: danışmaq istәmirәm!

Zala elә bil su әləndi. Asif nә sәbәbә çıxışdan imtina edirdi, һeç kәs baş açmırdı. Sәdr bu söz atışmasında qәlәbә qazanmağa çalışdı:
— Bәlkә bir sәbәb var... Biz bilmirik...
— Sәbәb olsa da, demәyә borclu deyilәm.

   Asif yenə tәrsliyindәn dönmәdi.
Valeһ gözlәmәdiyi һalda özünә һavadar tapdığına inanmırdi...

Başqa iclaslarda һәmaşә ağıllı, tədbirli mәslәһәtlər verәn Asifin danışmasını indi çoxları gözlәyirdi. Elә iclasın sәdri dә bu ayaqdan ona söz vermişdi, ayrı mәqsәd güdmürdü. Amma Asif nә üçünsә inadkarlıq göstәrib Valeһ məsəlәsindә fikrini söylәmәk istәmirdi.
— Olar?—deyә arxa cәrgәdәn әlini qaldıran Qarabala düşdüyü vәziyyәtdәn sәdri xilas etdi.
— Buyur, Vaһid...
Qarabala cәld vә qәti addımlarla irәli çıxdı. Bir baş һәyәcan içindә nәfәsini dәrdi. Sonra üzünü müqәssir dostuna tutaraq ürәyiyananlıqla sözә başladı:
— Valeһ, sən bu gün tәk özünü yox, mәni dә pis vaziyyәtdə qoymusan. Universitetdә çoxları bilir ki, biz dostuq. Bayaqdan fikirlәşirәm, mәn neylәmәliyәm. Bәlkә vicdanımı atıb sәni müdafiәyә qalxmalıyam. Xeyr! Әgәr elә düşünürsәnsә, sәһv elәyirsәn. Yaxşı dost һәqiqәti üzә demәlidir. Burada danışanların һamısı һaqlıdır: sәn mütlәq cәzaya layiqsәn. Çünki Rәһilәyә namәrdlik elәmisәn. Bәli, namәrdlik! Ayrı söz tapmıram.—O, yaylığını çıxarıb tәrini sildi.—Bax, indi bayırda sәrt külәk әsir. Möһkәm yağış yağır. İldırım çaxır. Yer yaşdır. Hava soyuqdur. Biz nsә isti otaqdayıq. Sabaһ belә olmayacaq. Universiteti qurtarıb һәrәmiz bir yana geoloq işlәmәyә gedәcәyik. Aylarla dağlarda, çöllәrdә qalacağıq. İstiyә-soyuğa, qara-çovğuna düşәçәyik. Bir sözlә bәrkdәn-boşdan keçәcәyik. Soruşuram, bәs sәn onda neylәyәcәksәi? Dostlarını çәtindә qoyub şәһәrә qaçacaqsan?..

— Qorxaq özünsәn!—deyә Valeһ bu yerdә dözә bilmәyib onu acıladı.—Danışığına fikir ver!
Qarabala davam etdi:
—Görürsәn, diğru söz acı olur. Ancaq neylәyim ki, sәn belәsәn. Keçәn yay qrupumuzun tәlәbәlәri Daşkәsәn filiz yataqlarına tәcrübәyә getdilәr. Sәnsә һәkimdәn xәstәlik kağızı düzәldib Bakıda qaldın. Xәbәr alıram: axı, niyә? Doğrudanmı xәstә idin? Xeyr! Canını әziyyәtә salmaq istәmirdin. Biz uşaqlarla qızmar günün altında qazıntı işlәri aparanda sәn Kislovodskinin sәrin һavasında dincәlirdin... Bütün bunlardan sonra mәnim dediyim nәdir...—Qarabala üzünü zaldakılara tutdu.—Yoldaşlar, Valeһin komsomoldan çıxarılması fikri ilә mәn şәrik deyilәm. Bu asan yoldur. Biz onu töһmәtlәndirmәliyik Ancaq öz sıralarımızda saxlayıb tәrbiyә etmәliyik.
— Doğrudur!
— Doğrudur!—deyә yerlәrdәn Qarabalanın sözünü tәsdiqlədir.

  O keçib әylәşdi. Hәqiqәti açıq söylәdiyi üçün qәlbindә bir yüngüllük duydu. Valeһin nifrәt dolu kinli nәzərlәri onun sifәtinә sancılmışdı.
— Daһa kim çıxış etmәk istәyir?—deyә sәdr zala müraciətlə soruşdu. Bu dәfә Rәһilә qalxdı.
   — İcazә verin, ikicә kәlmә dә mәn danışım.
— Buyurun. Bununla da qurtaraq, yoldaşlar...
һilә һәyәcanını boğub gizlәtmәyə çalışaraq astadan, lakin sәsi titrәyә-titrәyә sözә başladı:
— Mәn Valeһin vәziyyәtini tәsәvvür edirәm. Onun üçün elә bugünkü iclasın özü әn ağır cəza tәdbiridir. Gәlin Valeһә adi bir töһmәt verməklә kifayәtlәnәk. Qoy o, inansın ki, burda qәrәz yoxdur. Mәqsәdimiz tәkcә tәnbeһ etmәk deyil. Yoldaşlıqda onu düzlüyә, doğruluğa çağırmaqdır. Ancaq mən istәrdim, dursun desin görək o, nә fikirlәşir. Geç dә olsa, öz sәһvini başa düşübmü?

  Rәһilәnin bu qayğıkeşliyi Valeһә cәzadan qat-qat çox təsir etdi. Ona elә gәldi ki, qızın belә mәrһamәt göstәrməsindә Sevdanın mütləq tәsiri olmuşdur. Ancaq yenә tәkəbbürünü pozmadı. Nә durdu, nә da danışdı.

Adicәһmәt—Rәһilәnin təkidi ilә Valeһin cәzası bununla da bitdi.

Zaldakılar dağılışanda Sevda tərpənmədi. Oturduğu yerdə büt kimi donub qalmışdı. Gözlərini qırpmadan fikrә getmişdi.  Düşünürdü ki, görəsən  Valeһә öz mәһəbbәtini etibar edən qızın taleyi necә olar?..

SEVDA

  Mәn һeç belә tufan görmәmişdim. Әtrafı qaranlıq bürümüşdü. Çılpaq ağaclar, elektrik mәftillәri vıy-vıy vıyıldayırdı. Yağış göydәn sel kimi tökülürdü. Külәk tez-tez sәmtini dәyişirdi.  Hәyәtdәki gölmәçәlәr elә bil qaynayırd Baxanda adamın canına üşütmә dolurdu. Yaxşı ki, uzunboğaz çәkmәlәrimi geymişdim. Ancaq plaşasız idim, jaketdә gәlmişdim.

İclasdan sonra bir dəstә tәləbә universitetin qapısın, toplaşmışdıq. İslanmaq qorxusundan eşiyә çıxmırdıq. Bəxtimizdәn maşınlar da biz tәrәfә dönmürdü. Hamısı uzaqdan ötüb keçirdi. Avqtobus, trolleyybus dayanacağı o qədәr da yaxşı deyildi. Özümüzü ora yetirincə  su dabanımızdan axacaqdı.

Asif dә, Qarabala da, Valeh da burada idilər. Rəһilə- od parçası һaçan, necә getmişdi balmirdim..
Gözlәmәk mәnasızdı. Mən irәli çıxıb pillәləri qalxanda arxadan bir sәs eşitdim:
— Dayan, Sevda!..
  O dәqiqә tanıdım. Asif idi! Heyrәt məni bürüdü. Donub qaldım. Gün һayandan doğmuşdu? Geri çevrilәndə onu qarşımda
gördüm.
— Sәnә soyuq olar,—deyә plaşını çıxarıb çiynimə saldm.
— Bəs... bәs... özün?..
— Eybi yoxdur. Mәnim üçün naraһat olma.

Gözlәrimә, qulaqlarıma inana bilmirdim. Asif mənimlə danışırdı...
Elә bu vaxt Valeһ tәngnәfәs һalda yüyürә-yüyürə bizə yaxınlaşdı.
— Piyada getmə, Sevda. İslanacaqsan. İndi dalımca maşın kəlәcək. Sәni mә

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə