SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7234
1   2   3   4   5   6   7   8   9   ...   13

 
 
Həmin  cinayətkarların  bir  çoxu  haqqında  qəbul  edilmiş  qərarda  isə 
oxuyuruq: 
“1919-cu il iyul ayının 12-də, Azərbaycan  fövqaladə  İstintaq Komissiyası, 
həmin  komissiyanın  üzvü  Novatskinin  məruzəsini  dinləyərək,  Bakı  şəhər  sakini 
Stepan  Lalayev,  Şamaxı  şəhər  sakinləri  Qavril  Qaraoğlanov,  Arşak  Gülbəndov, 
Mixail  Arzumanov,  Karapet  Karamanov,  Simvel  Doliyev,  Petrosyans  (adı  məlum 
deyil), İvanov-oğul (zabit, adı məlum deyil), Ovanes (dərzi, familiyası naməlum), 
Armenak  Yaqubov  Martirosyans,  Yaqub  Martirosyans  -  Aleksandr  Xaçaturov, 
Mixail  Xaçaturov,  Allahverdi  Minasov,  Krikor  (dəmirçi,  familiyası  bilinmir), 
Karabanov (adı bilinmir  -  keçmiş Şamaxı Xəzinadarlıq işçisi), Gülbəndov (Arşak 
Gülbəndovun  oğlu),  Xaçanov  (keçmiş  pristav,  adı  bilinmir),  Şabanov  (keçmiş 
zabit,  adı  bilinmir).  Vladimir  Doliyev,  Mamikon  Doliyev,  Babağan  Mikakiyev, 
Nikolay (silah ustası, familiyası bilinmir), Arutyun Xaçaturov (bənna), Artamanov 
(Cabani-rus  kəndinin  keçmiş  müəllimi),  Gerasim  Ağrıyev  (Mədrəsə  kənd  sakini, 
Sandrik Ağrıyev (Saqiyan kənd sakini), Qaspar və Ağamalovu (Qarabağ ermənisi, 
üzüm  istehsalı  üzrə  instruktor)  Şamaxı  şəhəri  və  Şamaxı  qəzasının  yüzlərlə 
kəndlərində  düşünülmüş  surətdə,  əvvəlcədən,  bir  neçə  minlik  güclü  silahlanmış 
dəstələr yaradaraq, dini köklərə əsaslanaraq, IX mart 1918-ci ildən başlayaraq bir 
neçə  gün  ərzində,  minlərlərə  günahsız  insanları  -  uşağı,  qadını,  qocanı,  kişini 
vəhşicəsinə  məhv  etdikləri  üçün  təqsirli  bilir.  Bu  faciə  törədilərkən,  həmin 
cəlladlar,  qeyri-insani  vəhşiliklərə  əl  atmışlar  -  insanların  qulaqlarını  burunlarını 
kəsmiş,  gözlərini  çıxartmış,  qadınların  qarınlarını  yırtmış,  körpə  uşaqları  süngiyə 
                                                           
75
 Az.R. DA f. 1061, 1. İş. 87, v. 6-8. 

64 
 
keçirmişlər. 
Silahlar 
əsasən 
toplardan, 
pulemyotlardan, 
tüfənglərdən, 
tapançalardan, qılınclardan ibarət olub. Basqın zamanı yüzlərlə zorlama hadisələri 
qeydə  alınmışdır.  Daşınan  əmlakın  talan  edilməsi,  bir  milyard  manatdan  çox 
hesablanır. 
Şamaxı  şəhərinin  müsəlman  yaşayan  hissələri  tamamilə  yandırılmış  və  ya 
məhv  edilmişdir.  Şamaxı  və  onun  qəzasında  13  məscid  xarabaya  çevrilmişdir. 
Bütün bunlara əsaslanaraq, Azərbaycan Respublikasının 21 mart 1919-cu il tarixli 
qərarı  və  Azərbaycan  Ədliyyə  Nazirliyinin  25  iyun  1918-ci  il  tarixli  3166  N-li 
sərəncamına əsasən qərara alır: 
Adları  yuxarıda  göstərilən  müqəssirlər  Cinayət  Məcəlləsinin  13,  129,  922, 
927, 1630, 1633, 1637, 1453 və 1607 maddələri ilə ittiham olunsunlar. 
 
Komissiyanın sədri: (imzası) Kommisiyanın 
 üzvləri: (4 üzvün imzaları)
76
 
* * * 
Azərbaycan  Demokratik  Cümhuriyyəti  tərəfindən  hər  ili  mart  ayının  31-i 
soyqırımı – matəm günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti 
Heydər  Əliyev  cənabları  26  mart  1998-ci  il  fərmanında  bu  işə  xüsusi  qiymət 
verərək  yazır:  “Azərbaycan  Demokratik  Cümhuriyyəti  yaranandan  sonra  1918-ci 
ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 
15-də bu faciənin tədqiqi məqsədilə fövqalədə İstintaq Komissiyasının yaradılması 
haqqında  qərar  qəbul  etdi.  Komissiya  mart  soyqırımını,  ilk  ilkin  mərhələdə 
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır 
cinayətləri  araşdırdı.  Dünya  ictimaiyyətinə  bu  həqiqətləri  çatdırmaq  üçün  Xarici 
İşlər Nazirliyi nəzdində  xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 
31-i  ilk  dəfə  Azərbaycan  Demokratik  Cümhuriyyəti  tərəfindən  ümummilli  matəm 
günü kimi qeyd edilmişdir”.
77
 
Bu komissiya Şamaxıda soyqırımı törədən cinayətkarları müəyyən edəndən 
sonra  xeyli  müddət  istintaq  aparılmışdır.  Komissiya  ilk  əvvəl  Şamaxıda  bu  işə 
rəhbərlik edən Stepan Lalayevin  mühakiməsi ilə bağlı 14 mart 1919-cu il tarixdə 
cinayət işi başlamışdır. Erməni terrorçusunun törətdiyi bütün cinayətlər, şahidlərin 
ifadəsi ilə sübuta yetirilmişdir. S.Lalayevin cinayətləri barədə məhkəmə müstəntiqi 
Komarovskinin tərtib etdiyi bir çox sənədlər mövcuddur. 
İş N-22 Əlahiddə işlər üzrə, məhkəmə müstəntiqi Komarovski, 13 1453 N-li 
1525-1606 maddələr üzrə, ittiham olunan Stepan Lalayevin işi 
Baş: 20
/
II-1919-cu il. 
 
                                                           
76
 ARDA foid 1061 siy. 1, iş 108, s.15 
77
 Azərbaycanlıların  soyqırımı  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  Xalq  qəzeti, 
26.III.1998. 

65 
 
İttifaq  hərbiçilərinin  Bakı  şəhərində  yerləşən  cənab  Komandanına, 
Əlahəzrət  komandan!  Zati-aliləri!  Məlumat  verirəm  ki,  Fövqaladə  İstintaq   
Komissiyasında   Stepan   Lalayevin  işi  haqqında apardığım sorğulara şahidlərin 
tutarlı cavabları olmuşdur. 
“Şamaxı şəhərinə gələn Stepan Lalayev, Samson Aspirov və Sayatsazbəyov 
özləri  ilə  birlikdə  güclü  erməni  dəstələri  gətirmişdilər.  O,  adları  çəkilən 
ermənilərlə,  habelə  yerli  ermənilərlə  -  Arzumanov  və  Gülbəndovla  birləşərək, 
müsəlman qaydasına  görə  məscidlərdə  gizlənən qadın və  qızlara, habelə  qocalara 
və  uşaqlara  işgəncələr verməyə  başlamışdır. Şəhərdə  olan  bütün  məscidlərə  onun 
təhriki  ilə  od  vurulmuşdur.  Oradan  çıxıb,  canını  qurtarmaq  istəyənlərin  hamısını 
vəhşicəsinə  qətlə  yetirilmişdir.  Məsciddə  qalanlar  isə  zəbanə  çəkən  odda  yanıb 
məhv  oldular.  Beləliklə,  Şamaxı  şəhərində  müsəlmanlar  yaşayan  məhəllələri 
tamamilə xarabazara çevirdilər. 
Lalayevin  əmrinə  əsasən,  gənc  müsəlman  qızlarını  erməni  əsgərləri 
Şamaxıda  yerləşən  xüsusi  evlərinə  aparıb,  məcburən  içki  içirərək,  sərxoş 
vəziyyətdə  zurna  sədaları  altında  rəqs  etdirirdilər.  Sonra  isə,  onları  zorlayırdılar. 
Bu  əməliyyatlardan  sonra,  bəzilərini  yerindəcə  doğrayıb,  bəzilərini  isə,  hündür 
balkonlardan küçəyə atıb öldürürdülər. Yalnız türk ordusunun Şamaxıya gəlişindən 
sonra, cəmi-cümlətanı 7 nəfər qız uşağını xilas etmək mümkün olmuşdur”.
78
 
Çaparidzenin  adına.  İcraiyyə  Komitəsinin  üzvü  İ.Boqomolov  tərəfindən 
göndərilmiş gizlin xəbərin 
 
Surəti 
“Bir  daha  sizdən  xahiş  edirəm  ki,  cəllad  Lalayevi  həbs  edəsiniz.  O,  çoxlu 
sayda  qadın  və  uşaq  öldürmüş,  evlər  qarət  etmişdir.  Əmirov  onu,  həbs  etmək 
istədikdə, qaçıb gizlənmişdir. Hamı təsdiq edir ki,  o, məscidi  yandırmış  və  orada 
çoxlu qadın qətlə yetirmişdir. Növbəti xəbərləri əldə edən kimi sizə göndərəcəyəm.  
 
İcraiyyə Komitəsinin üzvü – İ.Boqomolov. 
Şamaxıdakı rus dini rəhbərinin, Lalayev haqqında verdiyi ifadənin  
 
Surəti 
Düzgün  və  halal  adamların  məlumatlarına  görə  S.Lalayev  məsciddə  qadın 
və uşaqları öldürmüş və yandırmışdır. 
Belə açıq vəhşilikləri Allah özü bağışlasın! 
Şamaxı, yerli rus dini rəhbəri - İoani Fyodroviç Boqomolov
79
 
                                                           
78
 ARDA. f. 1061,s.l.iş,92, v.99. 
 
79
 ARDA. f. I061,s.l.iş,99, və. 11. 
 

66 
 
Çox əfsus ki, erməni daşnaklarının Şamaxı qəzasında törətdikləri soyqırımı, 
faciə  -  terror  aktına  “yuxarılar”  xüsusi  don  geydirdilər.  Belə  ki,  bu,  “siyasi-sinfi 
mübarizə  və  ya  vətəndaş  müharibəsi”  adı  altında  istintaqa  təqdim  edildi.  Və 
bolşeviklər hakimiyyətə gəldikdən sonra minlərlə insan qatili olmuş S.Lalayev və 
onun silahdaşları törətdikləri qanlı cinayətdən yaxalarını asanlıqla qurtara bildilər. 
İşə xitam verildi. 
Bu barədə Azərb. SSR MDAİ-də saxlanılan (f.1061, q.l və  ya 99) sənəddə 
oxuyuruq: 
Şamaxı İstintaq Komissiyasının Stepan Lalayevin mühakiməsi barədə işi 
 
(Baş: 14.III. 1919-cu il, qur: 29.XI. 1920) 
 Mühüm işlər üzrə müstəntiq  
 
Komarovskinin 22 №-li işi Stepan Lalayevin mühakiməsi üzrə (maddə; 
1525-106: № 131453). 
 
QƏRAR 
 
1920-ci il 23 noyabr tarixdə Şamaxı İstintaq Komissiyası Stepan Lalayev və 
digərlərinin  mühakiməsi  ilə  əlaqədar  işə  baxaraq  bildirir  ki,  onların  Şamaxıda 
törətdikləri  zorakılıqlar  və  ağır  cinayətlər  1918-ci  ildə  -  vətəndaş  müharibəsi 
günlərinə  təsadüf  etmişdir.  Bu  cinayətlər  milli  düşmənçilik  zəminində  baş 
vermişdir. Xalq Ədliyyə Komissarlığının sərəncamın 2 fevral 1920-ci ildə verilmiş 
amnistiya haqqında qanuna əsasən bu işə xitam verilmişdir. 
Qərara alınmışdır: Stepan Lalayev haqqında qaldırılmış istintaq işinə xitam 
verilsin  və  həmin  iş  Şamaxı  uyezdinin  mühüm  illər  üzrə  xalq  məhkəməsinə 
göndərilsin. 
İstintaq Komissiyasının sədri: 
*** 
Beləliklə,  Şamaxıda  soyqırımı  dəhşətli  qırğın  və  törətmiş  erməni-daşnaq 
cəlladları  cəzasız  qaldılar.  Bundan  əlavə,  qəsdən  qırğın  və  hadisələr  haqqında 
İstintaq Komissiyasının min bir əziyyətlə topladığı sənədlərin çoxusu məhv edildi. 
Qalanlar  isə  “arxivlərdə  həbs  olundu”.  Erməni  soyqırımından  danışmaq  isə  tam 
yasaq  edildi.  “Dili  uzun”  olanlar  “xalq  düşməni”  adı  ilə  uzaq  Sibirə  göndərildi. 
Özü də ömürlük. Bunun nəticəsidir ki, hətta, bizim nəsil erməni terroru haqqında 
ötən əsrin 90-cı illərinə kimi ətraflı biliyə malik olmamışdır. Həm orta, həm də ali 
məktəblərdə tariximizin qanlı səhifələrini təşkil edən bu faciədən bir kəlmə də bəhs 
edilməmişdir.  Sovet  tarixşünaslığı  beynəlmiləlçilik,  qardaşlıq  ideyalarını  təbliğ 
edə-edə  əsl  həqiqətləri  gizlətmiş,  tarixi  həqiqətləri  başdan-başa  təhrif  etmişdir. 
Bunun  nəticəsi  olaraq,  respublikamızın  hər  bölgəsində  olduğu  kimi,  erməni  və 
malakanlar  Şamaxının  ən  səfalı  guşələrində  yaşadılar.  Sosialist  beynəlmiləlçiliyi 

67 
 
adı  altında  əl-ələ  verib  birgə  təsərrüfat  qurduq.  Başqa  xalqın  nümayəndələri 
olduqları  üçün  onlara  hörmət,  izzət  göstərdik.  İlk  əvvəl  erməni  –  malakanlar  
yaşayan  kəndlərə  -  Çuxuryurd,  Kirovka,  Mədrəsə,  Saqiyan,  Xilmilliyə  şose  yolu 
çəkdirdik, Bakıdan həmin kəndlərə birbaşa avtobus ayrıldı. 
Belə  bir  gözəl  şəraildə  yaşayan  ermənilər  M.S.Qorbaçov  hakimiyyətə 
gələndən  sonra  qonaq  kimi  məskunlaşdıqları  torpaqları  ələ  keçirib 
özününküləşdirmək  iddiasına  düşdülər.  Bunun  üçün  Azərbaycanın  müxtəlif 
guşələrində  yeni  torpaqlar,  ərazilər  əldə  etməkdən  ötrü  müxtəlif  fitnələr,  terror 
aktları  törətməyə  başladılar.  SSRİ-nin  süqutu  onlara  dünyadakı  havadarları  ilə 
birləşməyə  böyük  imkanlar  verdi.  Odur  ki,  1988-ci  ildən  respublikamızın 
ərazilərini  zəbt  etməyə  başladılar.  Doxsanıncı  ildən  sonra  torpaqlarımızın  20 
faizindən  şoxunu  işğal  etdilər;  minlərlə  dinc  əhali  qətlə  yetirildi,  ata-baba 
torpaqlarından didərgin düşdü, yüzlərlə  insanlar əsir  götürüldü. Vətən qədri bilən 
oğullarımız  silaha  sarıldı,  torpağımızın  müdafiəsinə  yollandı.  Bu  ədalətsiz 
müharibədə  yüzlərlə  eloğlumuz  şəhidlik  köynəyi  geydi.  Həmin  şəhid  oğullar 
arasında  Şamaxının  da  say-seçmə  övladları  vardır.  Bir  sözlə,  1918-ci  il 
soyqırımından  düz  72  il  sonra  erməni  terrorçuları  Şamaxının  sinəsinə  yenidən 
övlad dağı çəkdi. Özü də düz 67 nəfər cavan oğul dağı”. 
 
ġamaxının Qarabağ Ģəhidləri: 
 
1.
 
Alxanov Alxan Əşrəf oğlu: Sabir qəsəbəsi 
2.
 
Ağayev Gülağa Əli oğlu: Məlikçobanı kəndi 
3.
 
Abdurrəhmanov Cavid Təvəkkül oğlu: Şamaxı şəhəri 
4.
 
Atakişiyev Sahil Durəsən oğlu: Məlikçobanı kəndi 
5.
 
Atakişiyev Şahbala Əli oğlu: Şamaxı şəhəri 
6.
 
Ağayev Qabil Qeybalı oğlu: Həmyə kəndi 
7.
 
Baratov Müslüm Ağasən oğlu: Məlikçobanı kəndi 
8.
 
Babaşov Anar Əlibaba oğlu: Şəhriyar qəsəbəsi 
9.
 
Bayramov İmran Allahverdi oğlu: Meysəri kəndi 
10.
 
Bəkirov Eldəniz Xəlil oğlu: Quşçu kəndi 
11.
 
Balayev Cavanşir Musa oğlu: Şamaxı şəhəri 
12.
 
Baxşıyev Fərhad Beybud oğlu: Şamaxı şəhəri 
13.
 
Qarayev Mehman Zöhrab oğlu: Məlikçobanı kəndi 
14.
 
Qeybalıyev Emil Babaşirin oğlu: Çarhan kəndi 
15.
 
Qurbanov Rövşən Bəybala oğlu: Çaylı kəndi 
16.
 
Qəhrəmanov Ağadur Sabir oğlu Talışnuru kəndi 
17.
 
Dadaşov Qiyas Qərib oğlu: Məlcək kəndi 
18.
 
Əzməmmədov Faiq Əzməmməd oğlu: Quşçu kəndi 
19.
 
Əliyev Elman Əfqan oğlu: Şamaxı şəhəri 
20.
 
Əliyev Fərhad Şahid oğlu: Sabir qəsəbəsi 

68 
 
21.
 
Əliquliyev Mehman Əkbər oğlu: Şamaxı şəhəri 
22.
 
Əsgərov Fariz Telman oğlu: Mərzəndiyə kəndi 
23.
 
Əbilov Nazir Qədir oğlu: Meysəri kəndi 
24.
 
Ələkbərov Xosrov Mürsəl oğlu: Şəhriyar qəsəbəsi 
25.
 
Əliyev Babacan Tapdıq oğlu: Ovculu kəndi 
26.
 
Zülfüqar Adil Ağagül oğlu: Şamaxı şəhəri 
27.
 
Zahidov Teymur Məmməd oğlu: Şamaxı şəhəri 
28.
 
Zeynalov Nadir Avdım oğlu: Şamaxı şəhəri 
29.
 
İsayev Gülbəndiyar İsbəndiyar oğlu: sis kəndi 
30.
 
İsayev Bəxtiyar Səfər oğlu: Meysəri kəndi 
31.
 
Kibarov Xalid Nüsrəddin oğlu: Mədrəsə kəndi 
32.
 
Kazımov Fərman Mətləb oğlu: Şamaxı şəhəri 
33.
 
Məmmədov Əlsuvar Əliheydər oğlu: Göylər kəndi 
34.
 
Mikayılov Baba Balakişi oğlu: Göylər kəndi 
35.
 
Mustafayev Asif Aftandil oğlu: Mədrəsə kəndi 
36.
 
Məmmədov Elman Səlim oğlu: Kərkənc kəndi 
37.
 
Muradov Malik Şahkərəm oğlu: Sabir qəsəbəsi 
38.
 
Mustafayev Xəlil Süleyman oğlu: Mədrəsə qəsəbəsi 
39.
 
Mustafayev Vidadi Şaban oğlu: Sabir qəsəbəsi 
40.
 
Novruzov Asif Akif oğlu: Məlikçobanı kəndi 
41.
 
Niftəliyev Bəxtiyar Şakir oğlu: Şirvanzadə kəndi 
42.
 
Nuhov Mirhəli Cümali oğlu: Göylər kəndi 
43.
 
Nəbiyev Kamil Adil oğlu: Məlhəm kəndi 
44.
 
Osmanov Bahadur Xanış oğlu: Sis kəndi 
45.
 
Orucov Səfa Bahadur oğlu: Məlikçobanı kəndi 
46.
 
Pənahov Azər Ağaduran oğlu: Şamaxı şəhəri 
47.
 
Rzayev Elxan Qəzənfər oğlu: Mədrəsə qəsəbəsi 
48.
 
Rəsulov Rüstəm Aprel oğlu: Mərzəndiyə kəndi 
49.
 
Rəhimov Vidadi Lütvi oğlu: Şəhriyar qəsəbəsi 
50.
 
Rəcəbov Asif ağamurad oğlu: Qaravəlli kəndi 
51.
 
Səmədov Zöhrab Xanlar oğlu: Hacılı kəndi 
52.
 
Seyidov Şahin Abduləhəd oğlu: Şamaxı şəhəri 
 
 

69 
 
53.
 
Soltanov Rahib Allahverdi oğlu: Böyük Xınıslı kəndi 
54.
 
Süleymanov Cavid Feyruz oğlu: Çarhan kəndi 
55.
 
Səlimov Səlim Qandalı oğlu: Çuxuryurd kəndi 
56.
 
Heydərov Saleh Sabir oğlu: Dəmirçi kəndi 
57.
 
Həmidov Həmid Dədəxan oğlu: Şərədil kəndi 
58.
 
Şirəliyev Xoşbəxt Şirəli oğlu: Qəleybuğurd kəndi 
59.
 
Şeydayev Yaşar Abgül oğlu: Şamaxı şəhəri 
60.
 
Şirinov Aslan Sərdar oğlu: Meysəri kəndi 
61.
 
Babayev Müşviq Adil oğlu: Şamaxı şəhəri 
62.
 
Bayramov Malik Yaşa oğlu: Bağırlı kəndi 
63.
 
Şixəliyev Faiq Musa oğlu: Bağırlı kəndi 
64.
 
Baxışov Ələddin Allaverdi oğlu: Çaylı kəndi 
65.
 
Məryəddinov Veyis Rövşən oğlu: Göylər kəndi 
66.
 
Səmədov Kamil Səmədpaşa oğlu: Çaylı kəndi 
67.
 
Balakişiyev İlqar Gülalı oğlu: Şamaxı şəhəri 
 
ĠTKĠN DÜġMÜġ ġAMAXILI DÖYÜġÇÜLƏRĠNĠN SĠYAHISI 
 
1.
 
Abdullayev Nadir Məsim oğlu: Məlikçobanı kəndi 
2.
 
Balayev Çingiz azad oğlu: Dəmirçi kəndi 
3.
 
Zərbəliyev Səbuhi Mirzalı oğlu: Muğanlı kəndi 
4.
 
İsmayılov Müqabil Canbaba oğlu: Mirikənd kəndi 
5.
 
Məmmədov Ağa Cəlal oğlu: Muğanlı kəndi 
6.
 
Mənsimov Mayıl Əhməd oğlu: Qəleybuğurd kəndi 
7.
 
Səfərov Sərdar Ələddin oğlu: Göylər kəndi 
8.
 
Siracov Maarif Güloğlan oğlu: Şamaxı şəhəri 
9.
 
Xanquliyev Ədalət Vəfadar oğlu: Astarxanovka kəndi 
10.
 
Həbibov Elnur Paşa oğlu: Şamaxı şəhəri 
 
Haşiyə: Məşədi Əbduləli Mustafa oğlu XIX əsrdə Şamaxının sayılıb-seçilən 
şəxslərindən olmuşdur. O, S.Ə.Şirvani, Mahmudağa, Mirzə Məhəmmədhəsən kimi 
ziyalılarla dostluq etmişdir. Məşədi Əbdüləlinin beş övladı (Əliməmməd, Əlişirin, 
Mustafa,  Seyfulla  və  Gövhər  xanım)  olmuşdur.  O,  bütün  övladlarına  təhsil  verə 
bilmişdir. 
Əliməmməd  Mustafayev  1883-cü  ildə  Şamaxı  şəhərində  anadan  olmuş, 
mollaxanda  təhsil  alandan  sonra  şəhər  məktəbində  oxumuşdur.  O,  1906-cı  ildə 
Bakıya  gəlir.  Burada  bir  çox  qabaqcıl  ziyalılar  –  C.M.Qənizadə,  S.S.Axundov, 
M.Hadi,  A.Şaiq, H.Zərdabi ilə tanış olur. Buna  baxmayaraq,  bütün  yay aylarında 
Şamaxıya  gəlir,  ziyalılarla  müəyyən  tədbirlərin  keçirilməsində  fəal  iştirak  edir. 
C.Cəbrayılbəylinin xatirələrindən bəlli olur ki, 1917-ci ilin sonunda Şamaxıda olan 

70 
 
Ə.Mustafayev erməni millətçilərinin bəd niyyətləri barədə ziyalılarla məsləhətləşir, 
onları ayıq-sayıq olmağa çağırır. 
Ə.Mustafayev  ADU-nun  Şərq  fakültəsini  bitirəndən  sonra  orada  müəllim 
işləmişdir.  “Şamaxı  dialektinin  izahlı  lüğəti”  adlı  namizədlik  dissertasiyası 
yazmışdır. Görkəmli pedaqoq, publisist, yazıçı, tərcüməçi Ə.Mustafayev ömrünün 
sonuna kimi Şamaxı ilə əlaqəni kəsməmişdir. Ə.Mustafayevin beş övladı (Xosrov, 
Aygün,  Arif,  Namiq,  Niyazi)  olmuşdur.  Arif  Əliməmməd  oğlu  26  il  Azərbaycan 
MK-nın birinci katibinin köməkçisi işləmişdir. 
Mənbələrdən:  Erməni  millətçiləri  hər  zaman  Azərbaycanın  dəyərli  övlad 
obrazlarını fürsət düşən kimi güdaza verməyə çalışmışlar. Belə bir fürsət ötən əsrin 
30-50-ci illəri arasında daha çox düşdü erməni cəlladlarının əlinə. Odur ki, 1942-ci 
ildə  bir  qrup  ziyalı  gənc  düşdü  erməni  müstəntiqləri  -  K.B.Aruşanov  və 
A.Qriqoryanın toruna. Müstəntiqlər səkkiz nəfər gənci “Türkiyəyə meyilli olan və 
Azərbaycanın SSRİ-dən zorla ayrılmasını nəzərdə tutan antisovet  millətçi gənclər 
təşkilatının üzvü” adı altında həbs etmişlər.
80
 
1942-ci  ildə  daxili  işlər  kommisiyasında  yurd  salmış  erməni  cəlladları  – 
Aruşanov, Arustamov, Qriqoryanın fitvası ilə “antisovet işlərlə  məşğul olanlar”  – 
deyə  bir  qrup  gənc  azərbaycanlıları  həbs  edirlər. 
Bunların  arasında  Bakı  Dəmiryolu  texnikumunun 
tələbəsi  Çingiz  Seyfulla  oğlu  da  olub.  Həbs 
olunanlarla  bərabər  Çingiz  də  ilk  əvvəl  özünü 
günahkar  hesab  etmir.  Erməni  müstəntiqlərinin 
işgəncələrinə  tab  gətirə  bilməyən  Çingiz  1942-ci  il 
iyunun  28-dəki  səkkizinci  dindirmədən  sonra  “hər 
şeyi boynuna alıb etiraf etdi ki, onu antisovet gənclər 
dəstəsinə İsgəndərov Süleyman cəlb etmişdir”.
81
 
Odur ki, 1942-ci il oktyabr ayının 31-də hərbi 
tribunalının  iclası  keçirilir.  Qərara  əsasən  həbs 
edilmiş  8  nəfərdən  üçü  güllələnmə,  beş  nəfər  işə  on  il  azadlıqdan  məhrum  etmə 
cəzasına layiq görülür. Çingiz də on il həbs edilənlər arasında olur. 
Həbsxanadan qayıtdıqdan sonra Çingiz Seyfulla oğlu çox yaşamır. 
1959-cu  il  oktyabr  ayının  11-də  erməni  millətçiləri  müstəntiq  K.Arusanov 
və  A.Qriqoryanın  xain  əməllərinin  üstü  açılır,  məsuliyyətə  cəlb  edilirlər.  İttiham 
olunanlar isə bəraət alırlar. Eləcə də , Çingiz Mustafayev. 
Çingizin  atası  Fuad  Mustafayevin  dediklərindən:  Əliməmməd  mənim 
əmimdir. O, atam Seyfulladan böyük idi. Atam əsasən, ticarətlə məşğul olurdu. Biz 
iki qardaş olmuşuq. Atam Böyük Vətən müharibəsində 1942-ci il may ayının 10-da 
həlak olmuşdur. Atamın qara kağızı gələndən bir az sonra qardaşım Çingiz erməni 
                                                           
80
 Z.Bünyadov. “Qırmızı terror”, Bakı, 1993, səh. 283. 
81
 Yenə orada. səh. 302. 

71 
 
fitnəkarları  tərəfindən  həbs  edilir.  Düz  on  il  günahsız  həbsdə  yatan  qardaşını 
erməni  müstəntiqləri  tərəfindən  hansı  üsullarla  dindirdiklərini  söyləyəndə  adamın 
tükləri  biz-biz  olurdu.  O,  gənc  yaşında  vəfat  etdi  və  vəsiyyətinə  görə,  Göyçayda 
dəfn etdik. Mən qardaşım haqqında balalarıma o qədər də məlumat verməmişdim. 
Qorxurdum. Qardaşımın faciəli taleyi məni yandırıb-yaxırdı. Təskinlik üçün ikinci 
oğlumun adını Çingiz qoydum. 
1990-cı  il  may  ayının  24-də 
mərhum  akademik  Z.Bünyadovun 
“Azərbaycan  gəncləri”  qəzetində 
“İttiham”  adlı yazısında  səkkiz  nəfər 
günahsız  həbs  olunanların  başına 
gətirilən 
faciələr 
ətraflı 
şərh 
edilmişdir.  Qəzeti  oxuyan  Çingiz 
bizə  gəldi.  Özü  də  ağlaya-ağlaya. 
Əmisinin  faciəsi  üçün  qovrulurdu. 
“Məqalədən 
aydın 
olurdu 
ki, 
Ç.Mustafayevi 
vəhşi 
erməni 
müstəntiqləri  düz  15  dəfə  dindirmişlər.  O,  səkkizinci  dindirməyə  qədər  bütün 
işgəncələrə  dözür”. Əmisinin faciəsi ilə ilk dəfə  ətraflı tanış olan Çingiz  bir neçə 
gün  özünə  gələ  bilmədi.  O  zaman  balam  Çingiz  söz  verdi  ki,  əmisi  Çingizin 
intiqamını erməni cəlladlarından hər yolla alacaqdır. 
Çingiz  Mustafayev  1960-cı  il  avqust  ayının  29-da  Həştərxan  Vilayətinin 
Kapustinyar-I qəsəbəsində anadan olmuşdur. Ailələri 1964-cü ildə Bakıya qayıdıb. 
Çingiz  1974-cü  ildə  Yasamal  rayonundakı  164  saylı  orta  məktəbi  bitirib, 
Azərbaycan  Tibb  İnstitutuna  daxil  olmuşdur.  İnstitutu  bitirəndən  sonra  Dəvəçi 
şəhərində  iki  il  işləmişdir.  Bakıya  qayıtdıqdan  sonra  o,  Azərbaycan  İnşaat 
Mühəndisləri İnstitutu nəzdindəki tələbə profilaktik  - sanatoriyalarında baş həkim 
işləyir. 
90-cı  il  hadisələrindən  sonra  meydana  atılır,  cəbhəyə  yollanır.  1991-ci  ildə 
“215  kl”  studiyasında  telerepartyor  kimi  fəaliyyətə  başlayır.  Cəbhədən,  döyüş 
bölgələrindən  ermənilərin  törətdikləri  cinayətləri  çəkir,  həmin  faktları  respublika 
televiziyası  ictimaiyyətə  çatdırmaq  istəmir.  Odur  ki,  o,  çəkdiyi  faktları  “Vesti” 
vasitəsi  ilə  camaata  çatdırır.  Odur  ki,  o,  təqiblərə  məruz  qalır,  işdən  azad  edilir. 
Buna baxmayaraq o, qardaşları  - Vahid və Seyfulla ilə birlikdə cəbhə bölgələrinə 
gedir, faciələri lentin yaddaşına köçürürlər. 
Axırıncı  dəfə  o,  1992-ci  il  iyun  ayının  13-də  Əsgəranla  Naxçivannik 
arasında  gedən  döyüşü  lentə  çəkərkən  yaralanır.  Onu  Ağdama  xəstəxanaya 
vaxtında  çatdırmırlar.  Çingiz  32  yaşında  dünyasını  dəyişir.  “Azərbaycan 
Respublikasının  Prezidenti”nin  1992-ci  il  noyabr  ayının  6-da  verdiyi  fərmanı  ilə 
Çingiz Mustafayev Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunur. 

72 
 
Xalqımızın qəhrəman oğlu Çingiz Mustafayevin ömür yolu istedadlı qələm 
sahibi Roza Əli qızının yazdığı “Taleyimə yağan yağışlar” (Bakı, 1993) kitabında 
ətraflı işıqlandırmışdır. 
Bəli,  erməni  terrorçularının  ötən  əsrin  90-cı  illərində  başladığı  elan 
olunmamış  müharibədə  Şamaxının  ər  oğulları  şəhid  oldular.  Çoxları  da  həyatda 
arzu-kamına yetmədən şəhidlik zirvəsinə ucaldı. Ölümləri ilə ölməzlik qazandı bu 
gənclər.  Əminik  ki,  tezliklə  xalqımız  düşmən  üzərində  qələbə  çalacaq  və  şəhid 
balalarının qisasını alacaqdır. O qələbə günü isə uzaqda deyildir. 
 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə