SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

CƏYĠRLĠ    SOYQIRIMI 
 
Şamaxı   qəzasında  ermənilərin  yandırıb  talan etdiyi  kəndlərdən  biri  də  
Cəyirli  olmuşdur. Arxiv sənədlərində bu kənddə ermənilərin 75 nəfəri (40 kişi, 20 

89 
 
qadın  və  15  uşaq)  qətlə  yetirildiyi  bildirilir.  Bu  barədə  kənd  starşinası  Molla 
Mirzəligilin tərtib etdikləri aktda oxuyuruq: “Mən Cəyirli kəndinin starşinası (kənd 
165  evdən  ibarətdir)  kəndin  hörmətli  adamlarından  ibarət  komissiya  1919-cu  ilin 
aprel ayının 3-də tərtib edirik, həmin aktı ondan ötəri ki, 1918-ci ilin  mart ayında 
ermənilərin bizim kəndə basqını zamanı aşağıdakı qaydada ziyan dəymişdir: 
 
1.
 
Öldürülənlər: 40 kişi, 20 qadın, 15 uşaq. 
2.
 
Yaralananlar 2 kişi, 2 uşaq. 
3.
 
Evlər və binalar dağıdılmış və 500 000 manat dəyərində 
4.
 
Aparılmış və öldürülmüş mal-qara, 500 baş, 27000 00 manat, dəyərində 
maddi ziyan dəymişdir. 
5.
 
Xırda baş heyvan - 700 baş, - 700 00 manat dəyərində. 
6.
 
Taxıl məhsulları aparılmış - 2 milyon manat dəyərində. 
7.
 
Ümumi ziyanı - 9720 000
99
 manat dəyərində. 
 
Aşıq  Barat  Əhməd  bəy  oğlunun  (1916-1994)  xatirələrindən:  Bizim 
kəndimiz malakan kəndlərindən Mərəzə və Xilmilliyə yaxındır. 1918-ci ildə bizim 
kəndə ilk Xilmilli malakanları hücum edib, sonra da Mərəzə malakanları gəliblər. 
Camaat xəyanətdən 2-3 gün qabaq xəbər tutan kimi kənddən çıxmağa başlayıblar. 
Özü  də  Küdrü  düzündən  Cəyirli  qışlağına.  Kənd  sakinlərindən  qocalar,  xəstələr, 
eləcə  də,  imkanı  olmayanlar  çıxa  bilməmişlər.  Camaatın  mal-qarasının  çoxusu  da 
Cəyirlidə  qalmışdır.  Erməni-malakan  dəstəsi  kəndi  talan  edib,  əhalini  müxtəlif 
üsullarla  qətlə  yetiriblər.  Anam  deyərdi  ki,  Baba  kişi  xəstə  olduğu  üçün  kənddən 
çıxa  bilmir.  Oğlanlarından  ikisi  və  anaları  ataları  ilə  kənddə  qalırlar.  Qardaşlar 
ermənilərin  gəldiyini  görüb,  quyuda  gizlənirlər.  Görürlər  ki,  cəlladlar  xəstə  kişini 
və qoca qarını sürüyə-sürüyə evdən çıxartdılar. Qardaşlar bu mənzərəyə tab gətirə 
bilməyib,  quyudan  çıxır  və  ermənilərlə  əlbəyaxa  olurlar.  Əllərindəki  xəncərlə 
hərəsi  bir  ermənini  cəhənnəmə  vasil  edir.  Bundan  qızışan  ermənilər  qardaşları 
güllə  ilə  vurur,  sonra  ata-ananın  gözü  qarşısında  başlarını  kəsirlər.  Bu  mənzərəni  
görən  ata-ana  yerlərindəcə  donub  qalırlar,  dilləri  tutulur.  Ermənilər  ata-ananı  
gətirib övladlarının yanında öldürürlər. 
Ümumiyyətlə, yağı düşmən Cəyirlidə yüzdən çox insanı faciəli şəkildə qətlə 
yetirmişdir, Səlyan, Hacıqabul ərazisinə pənah aparanlar bir daha geri  -  Cəyirliyə 
qarışmayıblar”. 
Mirzə    Aslan    oğlu    -  həmin  ildə  Cəyirlidən  Salyanın  Qarabağlı    kəndinə  
köçənlərdən    olmuşdur.    El    şairi    gördüyü  müsibətləri  şerlərində  bəyan  etmiş, 
ermənilərə öz nifrətini bildirmişdir. Əfsus ki, el  şairinin bu səpgili  şerləri 1920-ci 
ildən sonra  məhv edilmişdir. O,  1924-cü ildə  Salyanın Qarabağlı kəndində  vəfat 
etmişdir. El şairinin on beş şerini əldə etmişik.  
                                                           
99
 ARDA. f. 1061, s. 1. iş. 85, vər. 4.  

90 
 
 
Ay ağalar, sizə tərif eyləyim,  
Bahar olcaq açır gülü, Şirvanın  
Bu yaz qara gəlib millət “ah” çəkir,  
Düşübdür tapırğa
100
 eli, Şirvanın. 
*** 
Dörd tərəfdən düşmən axıb gəlibdi,  
Axıb göz yaşımız selə dönübdü,  
Eşitmişəm Azad bəy
101
 də ölübdü,  
İndi bildim sınıb beli Şirvanın. 
Yalan olsun, qurban kəsim adına,  
Beş kimsənə özü yetsin dadına,  
Hərdən-hərdən düşür, mənim yadıma,  
Soyuq bulaqları, seli Şirvanın. 
*** 
Top-topxana gəlir Gəncə elindən,  
Ermənini dara çəkək dilindən,  
Namus, qeyrət, dövlət getdi əlindən,  
Gör kimə qalıbdı malı Şirvanın?
102
 
 
PADAR SOYQIRIMI 
 
Fövqaladə  İstintaq  Komissiya  sədri  A.Xasməmdov  F.İ.K.-nın  üzvü 
A.F.Novatskinin  1918-ci  ilin  yayına  erməni  silahlı  birləşmələrinin  Şamaxı 
qəzasının Padar elatında törətdikləri faciə haqqında məruzəsi: 
5 fevral 1919-cu il. 
“1918-ci ilin yayında, erməni əsgər dəstələri və Şamaxı qəzasının Mədrəsə, 
Kələxana,  Kərkənc,  Gürcüvan,  Saqiyan  və  digər  kəndlərinin  erməniləri,  tüfənglə, 
qılıncla silahlanaraq, qəflətən Padar elatına hücum etdilər. Padar elatının əhalisi öz 
ev əşyalarını,  dəvələrini,  atlarını, camışlarını,  qoyun-quzularını qoyaraq, canlarını 
xilas  etmək  üçün  qaçmağa  başladılar.  Ermənilər  padarları  təqib  edərək,  heç  kəsə 
aman  vermədən,  vəhşicəsinə  uşaqları,  qadınları qılıncla  doğrayır,  süngüyə  keçirir, 
güllə  ilə  öldürürdülər.  Bu  minvalla  25  qadın,  80  kişi  və  15  uşaq  qətlə  yetirdilər. 
Ermənilər cavan qadın və qızları da zorlamışlar. Faciəni törətdikdən sonra onlar 3 
min baş iribuynuzlu  mal-qaranı,  60 min baş xırdabuynuzlu heyvanları aparmışlar. 
Dəymiş ziyanın miqdarı 72 milyon manat təşkil edir. (Seçmələr bizimdir - S.Q.) 
                                                           
100
 Tapırğa - qaçqın, didərgin. 
101
 Azad bəy Qocamanbəyov. (Əslində Azad bəy 1920-ci ildə ölmüşdür). 
102
 El şairinin çap olunmayan əsərləri arximizdədir – S.Q. 

91 
 
Padar  elatının  starşinası  Ağacan  İbad  oğlunun  ifadəsindən  məlum  olur  ki, 
onlara  hücum  edən  ermənilərin  çoxusunu  üzdən  tanıyır,  amma  ad-familiyalarını 
bilmir. Amma dəstənin başında Stepan Lalayevin durduğunu deyir. Onunla birlikdə 
dəstəyə  rəhbərlik  edən  Şamaxılı  ermənilər  -  Qavril  Qaroğlanov,  “Uzun”  Mixail, 
Mixail  Petrosov,  “doktor”  Saxdro  Ağrıyev  (Mədrəsə  sakinidir)  və  qeyriləri 
olmuşlar. 
Yuxarıda  göstərilənləri  nəzərə  alaraq,  Stepan  Lalayev,  Qavril  Qaroğlanov, 
“Uzun”  Mixail,  Mixail Petrosov və  Saxdro Ağriyev 13, 129, 927, 1633, 1636 və 
1453 saylı cinayət məcəlləsi ilə ittiham olunmalıdır”. 
 
Komissiya üzvü: 
 Novitski' (imzası) 
 
ƏRƏBQƏDĠM SOYQIRIMI 
Şamaxının  ən  çox  ziyan  çəkmiş,  qarət  edilmiş,
 
sakinləri    müsibətlərə,   
faciələrə  düçar  olmuş kəndlərindən  biri   də   Ərəbqədim  olmuşdur. 
Fövqəladə  İstintaq  Komissiyasının  protokolunda  bu  kənddə  378  nəfərin 
qətlə  yetirildiyi  qeyd  olunsa  da,  əslində,  bu  kənddə  öldürülənlərin  sayı  500 
nəfərdən  çox  olmuşdur.  Özü  də  qətlə  yetirilənlər  arasmda  uşaqlar  daha  çoxdur. 
Siyahıya düşən uşaqların sayı 78 nəfərdirlər. Bu kənddə qətlə yetirilənlər haqqında 
vaxtilə tərtib edilmiş aktda oxuyuruq:
103
 Mən Ərəbqədim kəndinin starşinası (kənd 
358 evdən ibarətdir) və kənddən nümayəndə seçilmiş hörmətli sakinlərilə 1919-cu 
ilin aprel ayının 4-də tərtib edirik həmin  aktı ondan ötrü ki, erməni yaraqlılarının 
1918-ci  il  mart  ayında  bizim  kəndə  basqını  zamanı  aşağıda  göstərilən  qaydada 
ziyan dəymişdir: 
1.
 
Öldürülənlər: 200 kişi, 100 qadın, 78 uşaq 
2.
 
Yaralanan yoxdur 
3.
 
Dağıdılmış evlər və binalar: 1500 000 manat dəyərində. 
4.
 
Evlər və binalar yandırılmışdır. 
5.
 
Mal-qara  aparılmışdır  -   308   baş,   9240000   manat məbləğində. 
6.
 
Xırdabuynuzlu heyvan aparılmışdır - 15000 baş. 
7.
 
Buğda,  arpa  və  s.  ərzaq  oğurlanmışdır  -   1   milyon dəyərində 
8.
 
Ümumi ziyan - 6,474.000 manat, dəyərində. 
 
Kənd starĢinası: Əcəlgül Əli oğlu  
Kənd mollası: Molla Fətəli Əbdürrəhim  
Kənd sakinləri: Ġmza 9 nəfər
104
 
                                                           
103
 ARDA. f. 1061, s. 1. iş. 4, vər. 6.  
104
 ARDA. f. 1061, s. 1. iş. 85, vər. 14. 

92 
 
DĠNDĠRĠLMƏ PROTOKOLU 
 
“Alıxan bəy Eyyubbəyov, 36 yaşlı, savadlı, Şamaxı qəzasının Ərəbqədim kənd 
sakini, müsəlman”. 
“Şamaxı faciəsindən üç gün sonra məni, Şamaxı İcraiyyə Komitəsinin üzvü kimi, 
şəhərə  dəvət  etdilər.  Məqsəd  isə, törədilən  faciə, dağıdılan  əmlak, öldürülən adamlar 
haqqında məlumatlar toplamaq idi. Mən şəhərə girəndə, şəhər yanmış tonqalın külünə 
bənzəyirdi.  Cinsi  ayırd  edilə  bilməyən  meyitlər  üst-üstə  qalaqlanmışdı.  Şəhərin 
müsəlmanlar  yaşayan  hissəsindən  əsər-əlamət  qalmamışdı.  Erməni  və  malakan  silahlı 
dəstələri,  şəhəri  darmadağın  etmişdilər.  Dağıntılardan  hiss  olunurdu  ki,  şəhərin  dörd 
tərəfindən  toplarla  güclü  atəşə  tutulmuşdur.  Bizə  məlum  oldu  ki,  güclü  silahlanmış 
ermənilər,  əvvəlcə  ermənilər  yaşayan  Mədrəsə  kəndinə  toplaşmış,  sonra  isə,  şimal-şərq 
istiqamətindən  malakanlarla  birləşərək  şəhərə  eyni  vaxtda  atəş  açmışlar.  Onlar  evlərə 
soxulmuş, uşaq, qoca, xəstə olanlara aman vermədən, güllədən keçirmiş, əmlaklarını isə 
sakitcə daşıyıb aparmışlar. Əvvəlcə onlar şəhərin aşağı hissəsini yandırmağa başlayıblar. 
İşi belə görən müsəlmanlar ağ bayraq götürüb emrənilərə tərəf  gedib. Lakin  heç bir şərt 
qəbul  etməyən  erməni  silahlı  cəlladları,  onları  atəşlə  qarşılayıb.  Bir  qədər  sakitlik 
yaranandan sonra şəhərdən çıxmış sakinlər öz yurdlarına qayıtmağa başladılar. Bu o vaxtlar 
idi  ki,  türk-islam  qoşunu  artıq  Şamaxıya  gəlmişdi.  Lakin  çox  keçmədən,  türk  əsgərləri 
gedən  kimi,  ermənilər  yenidən  Şamaxıya  soxulmuş,  ikinci  dəfə  daha  dəhşətli  faciələr 
törətmişlər.  Şübhəsiz,  bunların  başında  Stepan  Lalayev  durmuşdu.  Samvel 
Dolqeyev, zabit İvanov, dəllək Ovanes, şamaxılı ermənilər - Qevorqi Karaoğlanov, 
Gülbəndov,  təlimatçı  (Şuşa  qəzasından)  Ağamalov,  Mixail  Artumanov,  İvanov 
(zabitin  atası)  və  qeyriləri  törədilən  faciənin  rəhbərlərindən  idilər.  Faciədən  bir 
neçə  gün  sonra  Şamaxı  qəzasının  “Acıdərə”  adlanan  kəndini  də  ermənilər 
darmadağın etmişlər. Dəymiş ziyan milyon manatlarla hesablanır”. 
 
“İmza”
105
 
 
MƏRƏZƏ-TATAR SOYQIRIMI 
 
Erməni  silahlı  qüvvələri  Şamaxının  bir  çox  kəndləri  yaşayış  sahələrində 
dəhşətli  qırğınlar  törətmiş,  evləri  tam  yandırmışlar.  Həmin  kəndlərdən  biri  də 
vaxtilə  Mərəzə-tatar  (Gəmüstü  -  Nərimankənd)  olmuşdur.  Bu  barədə  Fövqəladə 
İstintaq  Komissiyasının  tərtib  etdiyi  protokolda  kəndin  starşinası  İbrahimxəlil 
Tapdıq oğlu məlumat verməlidir: “Mərəzəli kəndinin starşinasıyam, 55 yaşım var. 
Savadsızam. Bizim Mərəzəli kəndi malakanlar yaşayan eyni adlı Mərəzəli kəndinin 
                                                           
 
105
 ARDA. f. 1061, s. l. iş. 105, vər. 97-98. 
 

93 
 
bir verstliyində yerləşir. Şamaxı şəhərinə birinci basqından sonra Gəncə-müsəlman 
dəstələri Qaziya kəndinə - geriyə qayıldıqdan sonra biz malakan Mərəzəlisinə yad 
adamların  gəldiklərini  müşahidə  etdik.  Bu  yad  adamların  böyük  hissəsi 
ermənilərdən  ibarət  idi.  Bu  zaman  Bakıdan  qayıdan  iki  malakan  İvan  Koreev  və 
Vitali Popov bir neçə  şəxslə  bizim kəndə  gəldilər və  kənd ağsaqqallarından tələb 
etdilər  ki,  kənddə  olan  tüfənglər  yığışdırılmalıdır  və  bolşeviklərə  təslim  olmaq 
lazımdır.  Onlar  bir  də  dedilər  ki,  əsas  rəisləri  tezliklə  Bakıdan  Mərəzəliyə 
gələcəkdir.  Biz  həmin  adamlardan  möhlət  istədik,  vəziyyətimizi  götür-qoy  etdik. 
Bizlərdən  bəziləri  təklif  etdi  ki,  onların  sözlərinə  inanmaq  lazım  deyildir.  Və 
qarşıdurmadan  qorxub  bizim  qışlağa  -  Qəbristan  (Qobustan  -  S.Q.)  deyilən  yerə 
getdilər. Çoxları isə, kənddə qalıb hadisələrin nə ilə nəticələnməsini gözlədilər. İki 
gündən  sonra  bizim  ağsaqqalları  malakan  kəndinə  çağırdılar.  Biz  isə,  oturub  
onların    geri  qayıtmasını  gözlədik.  Qəflətən  malakanlarla  bərabər  ermənilər 
kəndimizə  hücum  çəkdilər.  Malakanlar  xain  çıxdılar  və  bizi  ermənilərə  satdılar. 
Onda  bizim  sakinlərin  300  nəfərini  öldürdülər  və  400  evi  də  yandırdılar. 
Kəndimizə  dəymiş  ziyan  haqqında  akt  tərtib  olunmuş  və  hökumətə  təqdim 
edilmişdir” (İmzalar)
106
. Bununla yanaşı, kənd sakinləri 1918-ci ildə kəndə dəymiş 
ziyan haqqında aşağıdakı məzmunda akt tərtib etmişlər: 
“Biz  Mərəzəli  -  Tatar  kəndinin  sakinləri  1918-ci  ildə  aşağıdakı  akt  tərtib 
etdik: 
1.
 
Erməni  talanına  qədər  bizim  kənddə  evlərin  sayı  900,  sakinlərin  sayı 
8317 nəfər olmuşdur. 
2.
 
Erməni  talanından  sonra  400  ev  dağıdılmış  və  300  nəfər 
öldürülmüşdür”.
107
 
Xatirələrdən:  “Anam  törədilən  faciənin  şahidi  olmuşdur.  Dediklərinin 
hamısı  yadımdadır.  Şorsulu,  Gəmüstü,  Gəmaltı  və  İlanlı  qonşu  kəndlər  idilər. 
Ermənilərin  qırğın  törədəcəyi  şaiyəsi  çoxdan  yayılmışdı.  Malakanlar  bizim  kənd 
sakinlərini dilə tutur, onlara heç kimin toxunmayacağını söyləyirlər. Çox adamlar o 
kafirlərin  sözünə  inanmayıb  kəndi  tərk  edir.  Biz  Şorsu  qışlağına  qaçdıq.  Orada 
məskunlaşdıq. Bir gün  mən,  əmim arvadı Sürəyya  ilə Qonçu bulağına  getmişdik. 
Bulağın yanında təzəcə yetişən şomu yığırdıq. Birdən əmim Mirzə başılovlu gəldi: 
“Nə durmusunuz, ermənilər kəndi oda tutublar, artıq qışlaq tərəfə gəlirlər. Tez olun 
qaçaq”.  Şomu  torbamızı,  güyümümüzü  orada  qoyub  qaçmağa  başladıq.  Qışlaqda 
olan bütün kənd əhli qaçırdı. Kimi gəbəsini, kimi qab-qaşığını götürmüşdü, kimisi 
əliboş qaçırdı. O da yadımdadır ki, xəstə olan Mülxısa yeriyə bilmirdi. Ermənilərin 
aralıdan tüfəng ata-ata gəldiyini görən qadın körpə qundağını bir qayanın daldasına 
qoyub ağlaya-ağlaya camaata qoşuldu. 
                                                           
106
 ARDA. f. 1061, s. 1. iş. 6, vər. 129-131. 
107
 ARDA. f. 1061, s. 1. iş. 1, vər. 133. 

94 
 
Bir çox insanın qorxudan ürəyi partlayıb öldü, bir qismi isə, yorulub yolda 
qaldı və ermənilər tərəfindən qətlə yetirildilər. O, da yadımdadır ki, Bədəl adlı bir 
kişidə  tüfəng  var  idi.  Biz  qaçanda,  o,  hərdən  dayanıb  ermənilər  tərəfə  bir  güllə 
atırdı. Ermənilər silahdan ehtiyat edib yavaşıyırdılar. 
Biz bir qisim əhali gedib Sündi qışlağına çatdıq. Orada ancaq qarovulçular 
var idi. Onlar kişi və qadınların köməyi ilə iki batman unun çörəyini bişirdilər. Əlli 
nəfərə  yaxın  idik.  Hərəyə  bir  az  yeyib  qışlaq  zağalarında  yatdıq.  Səhər  obaşdan 
durub  öz  qışlağımıza  getdik.  Türklər  gələndən  sonra  kəndə  qayıtdıq.  Kənd  tam 
yanmış və  məhv edilmişdi. Uçurulmuş, yanmış evlərdə kənd sakinlərinin cəza ilə 
qətlə yetirilmiş meyidləri var idi. Bir çox insan cəsədi isə yanıb kömürə dönmüşdü. 
Ermənilərin  törətdiyi  müsibət  yerə-göyə  sığmırdı.  Bəzi  insanların  dərdinin  çarəsi 
yox  idi.  Çoxları  kənddə  qoyub  getdiyi  qohum-əqrabasının  heç  meyidini  tapa 
bilmirdi. Ya yanıb külə qarışmış, ya da qurd-quşa yem olmuşdu. Türklər gələndən 
sonra xeyli müddət bizim kənddə qaldılar. Sonrakı döyüşlərə hazırlıq  gördülər. Bu  
müddətdə onları ərzaqla bizim  kənd,  Nabur, Qurbancı və Cəmcəmli kəndi təmin 
edirdilər.  Türklər  bir  az  da  gec  gəlsəydilər,  bizim  ərazidə  bir  nəfər  də  olsa 
müsəlman sağ qalmayacaqdı (Güllü Qurbanova 1920-1999).  
Hacı  Arif  Ağasəlim  oğlunun  dediklərindən:  “Kəndimiz  Mərəzə  kəndi  ilə 
qonşudur.  Yaxşı  yadımdadır,  50-60-cı  illərdə  atam  Mərəziyə  gedib-qayıdandan 
sonra həmişə əsəbiləşirdi. Səbəbi də, o idi ki, atam Mərəzədə olanda, 1918-ci ildə 
ermənilərə  yardım  etmiş  yaşlı  malakanlarla  qarşılaşardı.  Həmin  cinayətkarların 
həm  də  cəzasız  qaldıqlarına  görə  heyfslənirdi.  Anam  isə  atamı  sakitləşdirərək 
deyərdi”, - gec-tez başımıza iş açacaqsan, kişi, dilini dinc qoy”. 
Atanı 1918-ci ildə ermənilərin törətdikləri cinayətlərdən bizə çox danışardı, 
Erməni  millətçiləri  o  zaman  Tatar  Mərəzəsinə  qonşu  olan  beş  kənddə  - 
Nərimankənd  (Gəmüstü),  Dərəkənd  (Gəmaltı),  Damlamaca,  Şorsulu,  İlanlı 
kəndlərindən  300  nəfər  dinc  əhali  qətlə  yetirilmişdir.  Bir  qrup  insanları  erməni-
malakan  millətçiləri  aldadıb  Mərəzəyə  aparmış,  sonra  onları  Mərəzənin  qərbində 
yerləşən  dərədə  (indiki  postdan  aşağıda  -  S.Q.)  qətlə  yetirmişlər.  Öldürülənlər 
arasında  bizim  nəsildən  13  nəfər  olmuşdur.  Bizim  nəsil  on  dördüncü  şəhidini  isə 
Qarabağ savaşında vermişdir - Malik Səlimli!” 
Bu  kəndlərdən  ermənilər  tərəfindən  qətlə  yetirilən  şəhidlərin  ancaq  iyirmi 
doqquzunun adı məlumdur: 
 
1.
 
Şahverdi Səlim oğlu. 
2.
 
Abdulxalıq Şahverdi oğlu. 
3.
 
Gülbəs Molla Murad qızı. 
4.
 
Bikə Abdulxalıq qızı. 
5.
 
Məcid Abdulxalıq oğlu. 
6.
 
Kazım Abdulxalıq oğlu. 
7.
 
Körpə oğlan uşağı. 

95 
 
8.
 
Abdulla Daşdəmir oğlu. 
9.
 
Əsəd Daşdəmir oğlu. 
10.
 
Şaməmməd Mamedov oğlu. 
11.
 
Ədis Şahbaz oğlu. 
12.
 
Zaman Kazım oğlu. 
13.
 
Qələm Ağababa oğlu. 
14.
 
Muxtar Həmid oğlu. 
15.
 
Ağababa Şaməmməd oğlu. 
16.
 
Möhlət.............. 
17.
 
Səfərxan Ədil oğlu. 
18.
 
Sənayi İbrahim oğlu. 
19.
 
Cəfər Əsəd oğlu. 
20.
 
Səmidxan Əsəd oğlu. 
21.
 
Xəlgüllah Əsəd oğlu. 
22.
 
Seyid İbrahim oğlu 
23.
 
Əmir Abdulla oğlu. 
24.
 
Süleyman Baloğlan oğlu. 
25.
 
Ədilxan Ədil oğlu. 
26.
 
Qərib Zülfiqar oğlu. 
27.
 
Gülüstan Qəribli. 
28.
 
Hətəm Əziz oğlu (Dərəkənd). 
29.
 
Şahsuvar Hacı Niftalı oğlu (Dərəkənd). 
 
Haşiyə:  Azərbaycanımızın  müxtəlif  şəhər  və  kəndlərində  1918-ci  il 
soyqırımını  əbədiləşdirmək  üçün  xeyli  işlər  görülmüşdür.  Bu  baxımdan 
Nərimankənd  kəndində  qətlə  yetirilən  insanların  adına  ucaldılmış  abidə 
təqdirəlayiqdir.  1918-ci  il  Gəmüstü  kəndində  qətlə  yetirilmiş  insanların  adına 
ucaldılmış  abidənin  təşəbbüsçüsü  kənd  ziyalıları  olmuşdur.  (Bu  işdə  Mirəli 
müəllimin  xüsusi  zəhməti  vardır).  Abidə  isə  kənd  bələdiyyəsinin  hesabına 
tikilmişdir.  Biz  əminik  ki,  Şamaxı-Qobustan  ziyalıları,  kənd  bələdiyyələri  belə 
xeyirxah  işdən  nümunə  götürəcək,  1918-ci  il  soyqırımında  qətlə  yetirilən 
həmyerlilərinin adını əbədiləşdirəcəklər. Şəhidlər adına qoyulacaq xatirə lövhələri 
və  ya  abidələr  yaddaşımızı  bərpa  etdiyi  kimi,  gələcək  nəsillərlə  də  çox  söz 
deyəcəkdir! 
 
OSMANBƏYLI SOYQIRIMI 
 
Bu  kənddəki  soyqırımı  barədə  1918-ci  ilin  oktyabrda  tərtib  olunmuş 
protokolda oxuyuruq: 
“27 yaşlı Şamaxı qəzasının Osmanbəyli kənd sakini Şahlarbəy Şıxəlibəyov, 
müsəlman,  savadlı.  Mənim  yaşadığım  Osmanbəyli  kəndi  Şamaxı  şəhərinin  altı 

96 
 
verstliyində  yerləşir.  Şamaxıda  və  onun  ətraf  kəndlərində  ermənilər  tərəfindən 
törədilən  qırğınların  əsas  səbəbi  ermənilərin  müsəlmanlara  qarşı  düşmənçilik 
hisslərindən  irəli  gəlmişdir.  Ancaq  müsəlmanlar  heç  vaxt  ermənilərə  qarşı  kin-
küdurət bəsləməmişlər. 1905-ci ildə baş vermiş qarşıdurmadan sonra müsəlmanlar 
qəti surətdə inanmışdılar ki, heç vaxt ermənilər onlarla düşmən olmazlar. Çünki bir 
neçə  vaxt  idi  ki,  müsəlmanlarla  ermənilər  sıx  dostluq  şəraitində  yaşayırdılar. 
Gizlincə silahlanan ermənilər, üzdə özlərini müsəlmanlara dost kimi göstərir, ailəvi 
bir-birinə  qonaq  gedirdilər.  Onlar,  silahlanmanı  belə  izah  edirdilər  ki,  guya, 
bolşeviklərə qarşı çıxan bəylərə və mülkədarlara divan tutacaqlar. Bir vaxt Şamaxı 
ziyalılarından - Asəfbəy Şıxəlibəyovdan, Azad bəy Qocamanbəyovdan və Şamaxı 
müfəttişindən  eşitdik  ki,  Xilmillidə  (Qozluçayda)  erməni  və  malakanlar 
silahlanırlar.  Digər  tərəfdən,  Mədrəsə  kəndində  də  həmin  yolla  ermənilər 
silahlanırlarmış.  Lakin ermənilər  yenə  də  müsəlmanlara  deyirdilər ki,  bizdən sizə 
zərər  dəyməz.  Sadəlövh  müsəlmanlar  da  onların  sözlərinə  inanırdılar.  Lakin 
Mədrəsədən  gələn  xəbərlər  özünü  doğruldurdu.  Müsəlmanlardan  iki  nəfəri 
Mədrəsəyə getmiş və  keşişdən bu qarşıdurmanın qarşısını almasını xahiş etmişdi. 
Keşiş onlara söz verib ki, müsəlmanlara bizdən ziyan dəyməz. 
Osmanbəyli  kəndinə  yaxın  olan  erməni  kəndi  -  Kələxanada  da  ixtişaş 
törədilməsinə hazırlıq gedirmiş. Bunu bizə həmin kəndə qonaq gedən Osmanbəyli 
bəylərindən biri çatdırdı. Biz ailəmizi götürüb, Ləngəbiz dağının üstünə qaçdıq. 17 
mart 1918-ci ildə erməni cəlladları kəndimizə basqın etdilər. Sən demə, elə həmin 
gecə erməni dəstələri Şamaxını da mühasirəyə alıbmış. Onlar şəhərə hücum çəkib, 
müsəlman məhəllələrini yandırır, əlinə keçənləri öldürür, evləri, malikanələri talan 
edirdilər.  Osmanbəyli  kəndini  yandırdıqdan  sonra  silahlı  dəstələr,  bizim  kənddən 
çox da uzaqda olmayan Alpout kəndini tamamilə yandırdılar. Osmanbəyli kəndini 
isə  iki  dəfə  yandırdılar.  İkinci  dəfə  müsəlman  əsgərləri  çıxıb  gedəndən  sonra 
yandırdılar. 
Osmanbəylidə  yandırılmış  evlər  uzunmüddət  bərpa  oluna  bilmədi.  Erməni 
silahlı  əsgərləri  evlərdə  olan  bütün  zinət  şeylərini,  heyvan,  mal-qara  və  digər  ev 
əşyalarını  daşıyıb  aparmışdılar.  Əhali  çox  pis  vəziyyətə  düşmüşdü.  Ölənlərin  və 
itkin düşənlərin sayı bilinmirdi”.
108
 
 
ADNALI
  
SOYQIRIMI 
 
   
Fövqalədə  İstintaq  Komissiyasının  tərtib  etdiyi  dindirmə protokolunda 
Adnalı kənd starşinası 54 yaşlı Məhyəddin Hüseynəli oğlu  1918-ci il 23 oktyabrda 
belə bir məlumat verir:  “Mənim yaşadığım kənd Şamaxının 3 verstliyində yerləşir. 
Bizim  kənddə  30  ev  və  300  nəfər  sakin  vardır.  İndi  isə,  kənddə  cəmi  2  ev 
qalmışdır.  Qalanlar  isə,  ermənilər  tərəfindən  dağıdılmış  və  yandırılmışdır. 
                                                           
108
 ARDA. f. 1061. s. 1. iş. 105, vər. 74-76. 

97 
 
Aclıqdan  və  havaların  soyuq  keçməsindən  əhalinin  140  nəfəri  məhv  olmuşdur. 
Həmin  gün  -  erməni  və  malakanlar  bizim  kəndə  hücum  edəndə  biz  Şamaxıdan 
Göyçay  uyezdinə  qaçdıq.  On  nəfər  həmkəndlimizi  yolda  Qaraqışlaqda  ermənilər 
doğramışdılar.  Öldürülənlərdən  bir  qızı  yaxşı  tanıyırdım.  Gülbadam  Sədrəddin 
qızı. Türklər gələndən sonra biz doğma yerlərə qayıdanda, ancaq xarabalıqlara rast 
gəldim”.
109
 
Yaddaşlardan:  “Biz  bir  neçə  erməni  kəndinə  yaxın  olsaq  da,  Kələxana 
erməni  kəndi  ilə  çığbir  qonşu  idik.  Hamımız  bir-birimizi  yaxşı  tanıyırdıq.  Şaiyə 
yayılan  kimi  kəndimizin  bir  neçə  nəfəri  Kələxanaya  -  ermənilərin  yanına  gedib, 
onların keşişləri ilə görüşürlər. Erməni cəlladları bizim nümayəndəni arxayın edir 
ki,  qorxmayın,  bizdən  sizə  ziyan  olmaz.  Biz  bir  evli  kimiyik.  Hamımız  inandıq. 
Çarhan kənd camaatı da bizim kimi. Ta, o vaxta kimi kənddən çıxmadıq ki, erməni 
cəlladları  Boyat  kəndinə  yaxınlaşdılar.  Bu  zaman  artıq  Kələxanada  gecə  ilə 
yerləşdirilmiş  erməni  daşnakları  hərəkətə  gəldilər.  Camaat  Osmanbəyli  dərəsi  ilə 
üzü  aşağı  qaçmağa  başladı.  Kənd  tərəfdən  atılan  güllələr,  çox  adamı  dərəni 
çıxhaçıxda haqladı. Qoca, uşaq və xəstələr heç dərəni çıxa da bilmədilər. Cəsədlər 
dərədə  qalıb,  qurd-quşa  yem  oldu.  Salamat  qalanlar  Alpout  kəndinin  yanından 
Ağsuya  tərəfə  yol  aldılar.  Dağın  üstündən  baxanda  yandırılan  evlər  tonqalı 
xatırladırdı. Türklər bir az da gec gəlsəydilər, ermənilər Göyçaya kimi səpələnmiş 
bütün qaçqınları məhv edəcəkdilər”. 
 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə