Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

119.1.8.

 

səkkizinci  növbədə,  qanunvericiliyə  müvafiq  olaraq  digər 

kreditorlarla hesablaşmalar. 

119.2.

 

Bu  tələblər,  ardıcıllığa  riayət  edilməklə,  hər  bir  əvvəlki  tələb  tam 

həcmdə ödənildikdən sonra ödənilir. 

119.3.

 

Sığortaçının  ləğvetmə  prosesi  ilə  bağlı  xərcləri  və  onun  əmlakının 

girov  qoyulması  ilə  təmin  edilmiş  öhdəliklər  üzrə  həmin  təminatın  məbləği 

həddində kreditorların tələbləri növbədənkənar ödənilir. 



119.4.

 

Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər 

arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür. 

119.5.

 

Kreditorun  razılığına  əsasən  onun  tələbi  pul  ilə  və  (və  ya) 

qanunvericiliyə  zidd  olmayan  üsullarla,  hesablamalarda  nisbət  gözlənilməklə 

tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər. 



 

 

XIV Fəsil 

Yekun müddəalar 

 

Maddə 120. Məhkəməyə müraciət hüququ 

 

120.1.  Sığorta  nəzarəti  orqanının  bu  Qanunun  tətbiqi  ilə  bağlı  hər  hansı 

qərarından və fəaliyyətindən məhkəməyə şikayət edilə bilər. 



120.2.  Bu  Qanunun  120.1-ci  maddəsində  nəzərdə  tutulmuş  şikayətin 

verilməsi  sığorta  nəzarəti  orqanının  bu  Qanunun  tətbiqi  ilə  bağlı  fəaliyyətini 

məhdudlaşdırmır. 

 


 

 

73 



Maddə 121. Vətəndaş qüsursuzluğunun müəyyən edilməsi 

 

Bu  Qanunun  məqsədləri  üçün  müvafiq  fiziki  şəxsin  vətəndaş  qüsursuzluğu 

onun  sığorta  nəzarəti  orqanına  bu  barədə  ərizə  təqdim  etməsindən  sonra  həmin 

orqanın  sorğusu  ilə  səlahiyyətli  dövlət  orqanının  verdiyi  müvafiq  arayış  əsasında 

müəyyən edilir.  

 

Maddə 122. Əsas məlumat və göstəricilərin yayılması 

 

122.1.

 

Sığortaçı adında, təşkilati-hüquqi formasında, yaxud daimi fəaliyyət 

göstərən  orqanının  yerləşdiyi  ünvanda  dəyişiklik  edildikdə  həftədə  bir  dəfə 

olmaqla,  1  ay  ərzində  Azərbaycan  Respublikasında  nəşr  olunan  ən  azı  iki  dövlət 

qəzetində elan dərc etdirməlidir. Dərc edilən ilk belə elanın surəti sığorta nəzarəti 

orqanına təqdim edilməlidir. 



122.2.

 

Sığortaçılar  və  sığorta  vasitəçiləri  onlara  müvafiq  fəaliyyətlə  

məşğul olmaq hüququ verən lisenziyanın notariat qaydasında təsdiqlənmiş surətini 

ofis binasında görünməsi və oxunması mümkün olan yerdə yerləşdirməlidir. 



 

Maddə 123. Sənədlərin saxlanması qaydası və müddəti 

 

123.1.

 

Sığortaçılar 

və 

sığorta 


vasitəçiləri 

fəaliyyətləri 

ilə 

bağlı 


qanunvericiliklə  müəyyən  edilmiş  sığorta  statistikasını,  sənədlərin  uçotunu 

aparmalı və sənədlərin saxlanmasını təmin etməlidirlər. 



123.2.

 

Sığortaçılar  və  sığorta  vasitəçiləri  onlar  tərəfindən  həyata  keçirilən 

sığorta  əməliyyatlarına  dair  sənədləri,  belə  əməliyyatlar  üzrə  elektron 

daşıyıcılarında  olan  məlumatları  müştəri  və  ya  digər  müqavilə  tərəfi  ilə  hüquq 

münasibətlərinə  xitam  verildikdən  sonra  ən  azı  beş  il  müddətində,  həmçinin  bu 

Qanunun  13-cü  maddəsində  nəzərdə  tutulmuş  müştərinin,  benefisiarın  və 

səlahiyyətli  nümayəndənin  eyniləşdirilməsi  sənədlərini  qanunvericilikdə  nəzərdə 

tutulmuş  müddətdə  saxlamalı  və  zərurət  yarandığı  təqdirdə  səlahiyyətli  dövlət 

orqanına təqdim etməlidirlər.

9

 



 

 

Maddə 124. Sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyət 

 

124.1. 


Hüquqi və fiziki şəxslər sığorta qanunvericiliyinin pozulmasına görə 

qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. 

124.2. Sığortaçılar, təkrarsığortacılar və sığorta vasitəçiləri “Cinayət yolu ilə 

ə

ldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 



terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan 

                                                           

9

Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmişdir. 



 

 

74 



Respublikası  Qanununun  tələblərinə  əməl  edilməməsinə  görə  qanunvericiliklə 

müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.



 10

 

 



 

XV Fəsil 

Keçid müddəalar 

 

Maddə 125. İcbari sığortalarda işlərin aparılması xərcləri 

 

İ

cbari sığorta qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, icbari sığorta 



növləri  üzrə  işlərin  aparılması  xərclərinə  ayırmalar  müvafiq  sığorta  haqlarının  10 

faizi miqdarında müəyyən edilir. 



 

Maddə 126. Korporativ idarəetmə ilə bağlı müddəalar 

 

126.1.

 

Bu  Qanunun  7.6-cı  və  25-ci  maddələrinin  tələbləri  bu  Qanun 

qüvvəyə  mindiyi  tarixdən  etibarən  1  ildən  gec  olmayaraq  bütün  sığortaçılar 

tərəfindən təmin edilməlidir. 



126.2.

 

Bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 3 ay müddətində bütün 

sığortaçılar  bu  Qanunun  126.1-ci  maddəsinin  tələblərinin  yerinə  yetirilməsi  ilə 

bağlı  tədbirlər  planını  razılaşdırmaq  üçün  sığorta  nəzarəti  orqanına  təqdim 

etməlidir. 

 

Maddə 127. Sığortaçıların və sığorta vasitəçilərinin adı ilə bağlı tələblər 

 

127.1.

 

Bu Qanunun 9.1-ci, 9.2-ci, 90.1-ci və 90.2-ci maddələrinin tələbləri 

müvafiq  olaraq  bu  Qanunun  qüvvəyə  mindiyi  tarixdən  əvvəl  lisenziya  almış 

sığortaçılara və hüquqi şəxs olan sığorta brokerlərinə şamil edilmir. 



127.2.

 

Bu  Qanunun  qüvvəyə  mindiyi  tarixdən  əvvəl  sığorta  və  ya  sığorta 

vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud lisenziya verilməsindən 

imtina  edilmiş,  adında  müvafiq  olaraq  “sığorta”,  “təkrarsığorta”  və  “sığorta 

brokeri”  sözü  olan  hüquqi  şəxslər  bu  Qanun  qüvvəyə  mindiyi  tarixdən  3  ay 

müddətində  bu  Qanunun  4.1-ci  maddəsinin  tələbini  təmin  etməli  və  ya  könüllü 

qaydada ləğv edilməlidirlər. 

127.3.

 

Hüquqi şəxslər Bu Qanunun 127.2-ci maddəsində nəzərdə tutulmuş 

müddətə  riayət  etmədikdə  sığorta  nəzarəti  orqanı  onların  məcburi  qaydada  ləğv 

olunmaları barədə məhkəmədə iddia qaldırmalıdır.  



 

                                                           

10

 Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə 124-cü maddədə “Hüquqi 



və  fiziki  şəxslər”  sözlərindən  əvvəl  “124.1.”  nömrəsi  əlavə  edilmiş  və  yeni  məzmunda  124.2-ci  maddə  əlavə 

edilmişdir. 



 

 

75 



Maddə  128.  Həyat  və  qeyri-həyat  sığortası  üzrə  fəaliyyətin  ayrılmasına  dair 

tələblər 

 

128.1.

 

Bu  Qanunun  14.1-ci  maddəsinin  tələbi  bu  Qanunun  qüvvəyə 

mindiyi  tarixədək  sığorta  fəaliyyətinə  lisenziya  almış,  habelə  həm  həyat,  həm  də 

qeyri-həyat  sığortası  sahələri  üzrə  fəaliyyət  göstərməyə  icazəsi  olan  sığortaçılara 

bu Qanun qüvvəyə mindiyi tarixdən 3 il müddətində şamil edilmir. 

128.2.

 

Bu  Qanunun  128.1-ci  maddəsinə  uyğun  olaraq  həm  həyat,  həm  də 

qeyri-həyat  sığortası  sahələri  üzrə  fəaliyyət  göstərən  sığortaçılar  bu  Qanun 

qüvvəyə  mindiyi  tarixdən  etibarən  6  aydan  gec  olmayaraq  öz  fəaliyyətlərində 

aşağıdakıları təmin etməlidirlər: 

128.2.1.

 

tələb  olunan  kapitalla  bağlı  bu  Qanuna  uyğun  olaraq  müəyyən 

edilmiş  tələbləri  həyat  və  qeyri-həyat  sığortası  sahələrinin  hər  biri  üzrə  ayrı-

ayrılıqda yerinə yetirməlidir; 



128.2.2.

 

həyat  sığortası  müqavilələri  üzrə  işlərin  aparılması  xərclərinin, 

investisiya gəlirlərinin və sair iqtisadi göstəricilərin, sığorta tələblərinin, iddiaların, 

sığorta hadisələri üzrə zərərlərin və öhdəliklərin uçotu ümumi  sığorta sahəsindəki 

müqavilələr üzrə müvafiq göstəricilərin uçotundan ayrı aparılmalıdır; 

128.2.3.

 

həyat sığortası üzrə sığorta ehtiyatlarının vəsaitləri ümumi sığorta 

sahəsi  üzrə  sığorta  ehtiyatları  vəsaitlərindən  ayrılıqda  uçota  alınmalı,  investisiya 

edilməli və saxlanmalıdır; 



128.2.4.

 

sığorta növlərində həyat və qeyri-həyat sığortasına aid olan sığorta 

sinifləri birləşdirilə bilməz. 

128.3.

 

Bu  Qanunun  128.1-ci  maddəsinə  uyğun  olaraq  həm  həyat,  həm  də 

qeyri-həyat  sığortası  sahələri  üzrə  fəaliyyət  göstərən  sığortaçının  ümumi  sığorta 

sahəsi  ilə  bağlı  sığorta  ödənişləri  üzrə  öhdəlikləri  yarandıqda,  həyat  sığortası 

sahəsinə aid sığorta ehtiyatlarının üzərinə həbs qoyula, onlara məcburi müsadirənin 

tələbləri və digər üsulları tətbiq oluna bilməz. 



 

Maddə 

129. 

Könüllü 

sığorta 

qaydalarının 

sığorta 

qanunvericiliyinə 

uyğunlaşdırılması 

 

Sığortaçılar  könüllü  sığorta  növləri  üzrə  müvafiq  sığorta  qaydalarını  bu 

Qanun  qüvvəyə 

mindiyi 


tarixdən  etibarən  1  il 

müddətində  sığorta 

qanunvericiliyinin  tələblərinə  uyğunlaşdırmalı  və  sığorta  nəzarəti  orqanı  ilə 

razılaşdırmalıdırlar. 

 

Maddə 130. Müddətsiz lisenziyaların verilməsi  

 

Bu  Qanunun  qüvvəyə  mindiyi  tarixədək  sığorta  və  ya  təkrarsığorta 

fəaliyyətinə  lisenziya  almış  sığortaçıların  bu  Qanun  qüvvəyə  mindiyi  tarixdən 

sonra  müvafiq  müddətin  bitməsi  ilə  əlaqədar  sığorta  nəzarəti  orqanına  edəcəkləri 



 

 

76 



müraciətlərə  bu  Qanunla  müddətsiz  lisenziyanın  verilməsi  ilə  bağlı  müəyyən 

edilmiş tələblər və prosedurlar şamil olunur. 



 

Maddə 131. İnvestisiyalara dair tələblər 

 

Bu  Qanunun  qüvvəyə  mindiyi  tarixdən  etibarən  6  ay  müddətində  bütün 

sığortaçılar bu Qanunun VI Fəslinin müddəalarına zidd olan bütün halların aradan 

qaldırılmasını təmin etməlidirlər. 

 

Maddə 132. Əlaqəli şəxslərə dair tələblər 

 

Bu  Qanunun  VII  Fəslinin  müddəaları  bu  Qanunun  qüvvəyə  mindiyi 

tarixədək  bağlanmış  əqdlərə  dəyişiklik  edilmədiyi  və  müddətinin  uzadılmadığı 

hallarda həmin əqdlərə şamil edilmir. 

 

Maddə 133. Sığorta agentlərinə dair tələblər 

 

133.1.



 

Bu  Qanunun  sığorta  agentlərinin  lisenziya  alması  və  bununla  bağlı 

digər müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il sonra tətbiq edilir. 

133.2.

 

Bu  Qanunun  133.1-ci  maddəsində  nəzərdə  tutulmuş  müddət  başa 

çatdıqda,  fəaliyyət  göstərən,  lakin  bu  Qanunun  XI  Fəslinin  tələblərinə  uyğun 

olmayan sığorta agentləri sığorta agenti fəaliyyətini dayandırmalıdır. Onlar sığorta 

agenti  fəaliyyətini  davam  etdirmək  üçün  bu  Qanunun  tələblərinə  uyğun  qaydada 

lisenziya almalıdırlar. 



133.3.

 

Bu  Qanunun  qüvvəyə  mindiyi  tarixdən  1  il  ərzində  sığorta  nəzarəti 

orqanı  sığorta  agentlərinin  qeydiyyatını  bu  Qanun  qüvvəyə  minənədək  mövcud 

olan qaydada aparmalıdır. 



 

Maddə 134. Rəhbər işçilərə dair tələblərin tətbiqi 

 

Bu Qanunla rəhbər işçilərə dair müəyyən edilmiş tələblər Qanunun qüvvəyə 

mindiyi  tarixdən  əvvəl  müvafiq  rəhbər  vəzifəyə  təyin  edilmiş  şəxslərə  şamil 

edilmir. 



 

Maddə 135. Qanunun qüvvəyə minməsi 

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 



 

İ

lham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 25 dekabr 2007-ci il 

 

 

77 





 519-IIIQ 

 

2008-ci il 15 mart tarixində “Xalq qəzeti”nin 58-ci (25823) nömrəsində dərc edilib. 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

1.

 

2008-ci  il  13  iyun  tarixli  648-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  



Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) 

2.

 

2009-cu il 30 iyun tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 



22 iyul 2009-cu il, № 158) 

 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə