Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix05.05.2017
ölçüsü0,85 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

59

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014

ПСИХИ ЕНЕРЖИ 

МЯНБЯЙИ


qüvvə və şüur mərkəzlərindən biri kimi qeyd

olunur. Müasir induizmdə hesab olunur ki, insan

bədənində çakralar müxtəlif əsəb düyünlərinə

və vəzilərə uyğundur. 

İnduizm dini təcrübələrində çakralar (və

ya bədənin mexanizmini tənzimləyən nazim

çarxlar) – bu, nadi (sanskr. 

नाडी, nāḍī — kanal,

boru, vena, puls) kəsişmə nöqtəsidir, hansı ki,

onunla insan bədəninə həyat enerjisi (prana –

«həyat», «nəfəs» və ya «daimi hərəkət») keçir. 

İnduizmdən başqa, çakra anlayışından

bəzi buddizm sistemlərində, xüsusilə Tantra

və Yoqada, bir çox müasir fövqəltəbii (okkult)

sistemlərdə, Çinlilərin daosizmində (dantyan),

həmçinin xüsusi simvolik təsvir lərdə (çankra

yantra) istifadə olunur. 

Çakra islam düşüncəsində də həmçinin

xatırlanır. İslamın sufizm fəlsəfəsində (İslamın

ezoterik şərhi) «lətaiflər» haqqında buna bənzər

anlayışlar vardır. Lətaif hərfi mənada «incəlik»

deməkdir və incə qavrama nöqtəsi mənasını

verir, həmçinin paklıq nöqtəsi, nur lanma yeri,

reallıq mərkəzi də adlanır. Sufi lər qəlb, ruh,

sirr, xəfi, əxfa, nəfs kimi 6 lətaif təbəqəsini

fərqləndirirlər. 4 əsas qavrayış orqanının

aktivizasiyası sufi metodologiya 

sının bir

hissəsi hesab olunur: 

– Ürək (qəlb)

– Şüur (sirr)

– İntuisiya (xəfi)

– Gizli şüur (əxfa) 

Çakranın mövcudluğu haqqında konsep ‐

siya ənənəvi hind təbabəti və alternativ təba ‐

bətin digər bəzi növləri üçün xarakterikdir,

lakin müasir elmlər, əsasən də, biologiya və

biotəbabət güman edir ki, insan bədənində

çakraları müəyyən edə biləcək fiziki və fizi ‐

oloji struktur mövcud deyil. 

«Efir bədəni» daimi olaraq fırlanan çakra

vasitəsilə kosmosdan enerji udur və bu gücü

bədənə ötürür. 

Allah insanı 8 hissədən yaradır: torpaq dan

– bədəni; daşdan – sümükləri; dənizdən –

qanı; buluddan – düşüncəni; işıqdan – rəngi;

küləkdən – nəfəsi; oddan – istiliyi; günəşdən –

gözləri. Bu barədə qədim əlyazmalarda de ‐

yilir. 

Çakralar efir və fiziki bədən arasında əsas



kontakt nöqtələri vasitəsilə kainatın günəş

enerjisi və «pranik» enerji (sanskrit sözü olub,

kainatın elementlərini birləşdirən günəş dən

gələn kosmik enerji (həyat enerjisi) anla mını

verir) ilə qidalandığımız ötürücülər he 

sab


olunur. 

Hindlilərin anlamına görə, çakralar «həyat

enerjisi çeviriciləri»dir. 

Hal‐hazırda 7 çakranın mənası məlumdur,

lakin bəşəriyyətin ruhi (mənəvi) bərpasının

növbəti pilləsinə keçid ilə daha 5 çakra aşkar

olunacaq və inkişaf edəcək. Mikrokosmosun

və ya insanın bütün imkanlarının inkişafı qis ‐

mən günəş sistemi planetlərinin təsir gös tər ‐

diyi 12 çakranın inkişafı ilə bağlıdır. 



60

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Çakralar insanın kamilləşdiyi zaman təd ‐

ricən açılmağa başlayır. Bəzi insanlar tez inki ‐

şaf edir, bəziləri tədricən, çakralar da müxtəlif

insanlarda müxtəlif yaş dövründə kəşf edilir

(adətən, təqribən 34 yaşınacan). 

«Efir bədəni»ndə ardıcıl olaraq yerləşən

7 çakra endokrin vəziləri vasitəsilə bel sütu ‐

nunda həyat enerjisi yayır və insanda qan

dövra nını idarə edir. Hər çakranın mərkəzin ‐

dən saplaq çıxır və bel sütununa yönələrək

onunla əlaqələnir. Belə ki o, çakraları ən mühüm

enerji kanalına bağlayır – «Suşumna»ya, hansı

ki onurğa boyunca başa doğru yüksəlir. 

Çakralar daimi fırlanma və vibrasiya vəziy ‐

yətində olur. Məhz bu fırlanma, istiqamətdən

asılı olaraq, enerjini cəzb edir və uzaqlaşdırır. 

Çakralar saat əqrəbi istiqamətində və ya

əksinə fırlanır. Sağa doğru çevrilmə Yan (kişi)

anlamını verir. O, iradə gücü və fəaliyyət ifadə

edir. Daha az pozitiv mənası isə aqressivlik və

hakimiyyət yanğısıdır. Sola doğru çevrilmə İn

(qadın) anlamını verir. Qəbulluğu və itaətkar ‐

lığı simvolizə edir, daha az pozitiv mənası isə

zəiflikdir. 

Çakralar onlara kainatdan, təbiətdən, səmavi

varlıqlardan, insanlardan və hə a əşyalardan

gələn enerjini özünə hopdurur. Hər bir çakra

fiziki bədəndə orqanizmdəki fiziki və emosi ‐

onal prosesləri tənzimləyən bir endokrin vəzi

kimi ifadə olunur. 

Ali kosmik enerji çakralar vasitəsilə insa ‐

nın fiziki bədəninə doğru istiqamətlənir.  Bu

enerji, həmçinin həyat enerjisi adlanır və həya ‐

tımızda fiziki, əqli, ruhi sağlamlığımızda müəy ‐

yən əhəmiyyətə malikdir. 

Enerjinin çakralar vasitəsilə harmonik olaraq

bədənə keçə bilmədiyi vəziyyət yarandıqda və

ya çakralardan biri təcrid edildikdə (blok laş ‐

dırıldıqda), yaxud da hədsiz dərəcədə mey ‐

dana gəldikdə, bu, disbalansa gətirib çıxarır

ki, bu da həyatın bütün sferala rında, o cümlə ‐

dən orqanizmdə müvafiq endok rin vəzilərin

funskiyasının pozulması və maddələr müba ‐

diləsi balansının korlanma sında özünü gös ‐

tərir. 

Fiziki bədəndə çakralar «radioötürücülər»



kimi fəaliyyət göstərir. Onlar fiziki bədənə

energetik bədənlərin yüksək tezliyinə təsir gös ‐

tərən yüksək, daha təmiz energiyadan cərəyan

ötürür və bununla yüksək tezliyi fiziki bədə ‐

nimizin istifadə edə biləcəyi formaya dəyişir. 

Bütün kainat böyük əzəli bir qüvvə ilə

qurul muşdur. Bu qüvvə hər bir cismə, məxluqa

ona müvafiq həcmə görə və onlara psixoloji,

emosional, intellektual, ruhi nöqteyi‐nəzər

baxımından müvafiq olan tezliklə ötürülür.

Fəzada olan bu sonsuz enerji fiziki bədənlərə

keçərkən, onun gücü və qüdrətliliyi xeyli

azalmağa başlayır, beləliklə, bədənlər onu

canına çəkə bilər (bir halda ki, bədənlər bütün

əsas qüvvənin bir qisminə davam gətirə bilər). 

İnsan bədəni kainat kimi müxtəlif qatlar ‐

dan ibarətdir – ruhi, emosional, intellektual və

əlbə ə, material. İnsan bədəni ilə «kosmosun

bədəni» arasında fərq dalğalarının uzunlu ‐

ğun da və tezliyindədir. Bir halda ki, insanlar

düşünmək qabiliyyətinə malikdir, onlar müva ‐

fiq şəkildə intellektual, intuitiv və emosional

səviyyədə müxtəlif energetik bədənlərə və

müxtəlif təbəqəli düşüncəyə köklənə bilirlər,

deməli, ilahi qüvvə nəinki xaricdə, həm də

daxilimizdədir. Təfəkkürü genişləndirmək üçün

müxtəlif üsullar:  pozitiv düşünmə, istiqamət ‐

lən miş təxəyyül, meditasiya və başqaları buna

imkan yaradır.

Şüur – çox güclü bir silahdır. O, material

sfera, məsafə, zaman  ilə məhdudlaşmayıb və

bizim çoxölçülü vücudumuz daxilində düşün ‐

cə nin müxtəlif təbəqələrinə görə dəyişə bilər.

Bu dəyişikliklər tez‐tez və sürətlə baş verə

bilər. Bu səbəbdən bədənin enerji mər kəz ləri

çox vacib rol oynayır. Nə zaman ki, çakralar ‐

dan birinə diqqət yönəlir, insan şüurlu və ya

şüursuz olaraq konkret həmin çakranın cavab ‐

deh olduğu hissə ilə bağlı olur. Prob 

lemə


fikrini cəmləşdirmə onun həllinə imkan vermir,

əksinə. Problemlə əlaqəli düşüncə və emosi ‐

yaya daha çox enerji sərf olunduqca, o qədər

də problem böyüyür və şiddətlənir. Әksinə,

həmin çakranın tarazlaşmasına fikrini cəmlə ‐

mək müsbət nəticələrə gətirib çıxaracaq: çak ‐

ra nın tarazlaşmasına və çakranın qeyri‐kafi

işindən yaranan ümumi disbalansın (fiziki,

emosional və ruhi) korreksiyasına. 

Hind və digər qədim mədəniyyətlərdə çak ‐

ra  lara müəyyən rənglər, ünsürlər, işarələr və

xüsusiyyətlər şamil olunur. 



61

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Məsələn, torpaq ünsürü cinsiyyət vəziləri

ilə, birinci çakra ilə, Mars planeti ilə, qırmızı

rənglə və yaqut daşı ilə əlaqələndirilir. Bu

elementlərin uyğunlaşdırılması metodikası

ümumi tarazlığın yaranmasına səbəb olur və

insana yaxşı təsir göstərir. 

Çakralar sabit deyil, hərəkətlidirlər. Hərə ‐

kətli çakra – sağlam çakradır. Elə bir vəziyyət

yarana bilər ki, onların hərəkətliliyi zəifləyə

bilər, enerji lazımi formada ötürülə bilməz və

çakra təcridlənə (bloklaşdırıla) bilər. Bu, nadir

hadisə deyil. Belə tıxanma müxtəlif forma ‐

larda meydana gələ bilər, məsələn, ciddi travma,

yaxud daha artıq kiçik travmaların məcmusu. 

Sağlam çakraların işini klapanın işinə

bənzətmək olar. O, lazım olduqda bağlanır və

açılır. Arzuolunmaz enerjini, yaxud mənfi

reaksiyanı o filtrasiya edir. O, uyğun və

düzgün enerji qarşısında açıla bilər. 

Həmçinin müntəzəm narkotikdən və dər ‐

man preparatlarından istifadə, alkoqoldan və

tütündən sui‐istifadə, narkozdan müntəzəm

və uzunmüddətli istifadə də çakralara təsir

göstərə bilər. Yerli və ümumi anesteziyadan

sonra çakralara dərhal müalicə və harmoniza ‐

siya lazımdır. Bu hallarda çakralar açıq qala

bilər ki, nəticədə insan xarici təsirlərə qarşı

həssas və çox asılı qala bilər – yaxud da çak ‐

ralar tədricən bərkiyib bağlana bilər ki,

nəticədə insan müəyyən bacarıq və duyğuları

itirə bilər. 

Bu cür halları müalicə və gül terapiyası ilə

(çakraların yaxşı reaksiya göstərdiyi) aradan

götürmək olar. Lakin çakralara əsas təsir özü ‐

nümüalicə vasitəsilə göstərilə bilər. Bu özü ‐

nümüalicəyə dərk etmə, seyr etmə (xüsusilə

güllər və hərəkət) daxildir. 

Әsas çakralar

1. Muladhara (mūlādhāra, 

मूलाधार – mūlā –

kök, əsas, adhāra – fundament, bazis, dayaq)

Energetik potensialın (kundalini) birinci

qırmızı rəngli çakrası, cinsi orqan yaxınlığında

aralıq nayihədə yerləşir. Әsas funksiyaları:

həyatı qorumaq instinkti, bütün növ aqres ‐

siyalar və mənfi reaksiyalar, sağ qalma, təhlü ‐

kəsizlik, sağlamlıq, cinsin davam etdirilməsi

instinkti, Kundalini energiyası başlanğıcı. Mu ‐

lad hara sağ qalmaya cavabdehdir. Həqiqi qorxu

hissi Kundalini enerjisini bu çakra səviyyə ‐

sində təcrid edir, yüksək təfəkkür mərkəz lə ‐

rinə yolunu bağlayır ki, bu da insanı sağ qal ma

instinkti  də daxil olmaqla tam stupor vəziy ‐

yətə gətirir. Muladharanın inkişaf etdiril məsi

üçün nizam‐intizamlılıq, cəhdlik və punk tu al ‐

lıq kimi keyfiyyətləri özündə inkişaf etdirmək

lazımdır. 

Fiziki bədəndə regenerativ proseslərə və

immun sisteminə cavab verir. 

Orqanlar: yoğun bağırsaq, sidik kisəsi,

prostat vəzi, uşaqlıq, ayaqlar

Endokrin sistem: böyrəklər, böyrəküstü

vəzilər

Kristallar: yaqut, qranat, obsidian



Rəng: tünd‐qəhvəyi, qırmızı, boz, tünd‐

qırmızı, albalı 

Ünsürlərlə assosiasiyası: torpaq 

Müvafiq musiqi tonu: do 



2. Svadhişthana (svādhi

ṣṭhāna, स्वाधिष्ठान–

sva – şəxsi, adhi

ṣṭhāna – məskən) 

Әsas funksiyaları:  emosiyalar, cinsi enerji,

həyatsevərlik, spontanlıq (qeyri‐iradilik), həvəs,

məmnuniyyət, Kundalini energiyası. 

Çakra təxminən qasıq sümüyünün yuxarı

kənarında və göbək arasında yerləşir. Bu çakra

yemək, cinsi əlaqə, spirt və s. şəhvətli zövq

almaq motivləri ilə assosiasiya olunur. Mulad ‐

hara çakra səviyyəsində insan dünyada təhlü ‐



62

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



kə sizliyi barədə, mövcud olmanın ele men tar

rahatlığının yaradılması barədə narahat olduğu

halda, Svadhişthana səviyyəsində dünya və

onun içərisində hər şey onun tərəfindən bu və

ya digər maddi zövqün mənbəyi hesab olunur.

Svadhişthananın inkişaf etdirilməsi üçün mütləq

özündə təvazökarlıq, fiziki zövqlərdə təm ‐

kinlik, səbirlilik, fiziki bədənin gigiyenası, da ‐

nı şıq zamanı müxtə sərlik kimi keyfiyyətləri

inkişaf etdir mək lazımdır. 

Digər mənbələrə görə,  svadhişthana özündə

cinsi enerji axınının hərəkət etməsinə kömək

edən mərkəzi əks etdirir.  Lakin cinsi funksiya

ilə yanaşı, bu çakra yaradıcılıq baxımından

özünü reallaşdırmaya, cinsi enerjinin yaradıcı

enerjiyə sərf olunmasına (çevrilməsinə)  yönəl ‐

mişdir. 

Fiziki bədəndə maddələr mübadiləsinin sürət ‐

liliyinə və «mayelərin» hərəkətinə cavab verir. 

Orqanlar: cinsi, bətn kələfi, appendiks

Endokrin sistem: cins vəziləri

Kristallar: serdolik (əqiq), yantar (kəhrəba)

Rəng: narıncı, al, çəhrayı, yasəməni

Ünsürlərlə assosiasiyası: su 

Müvafiq musiqi tonu: re

3. Manipura (ma

ṇipūra,  मणिपूर – mani —

qiymətli şey; pur — şəhər)

Göbək nahiyəsinə aid olan hakimiyyət, zən ‐

ginlik, intellekt və iradə gücü ifadə edən çak ‐

radır. Qəbul olunmuşdur ki, Manipura fiziki

bədəndə günəş kələfinin olduğu  nahiyədə

yerləşir. 

Manipura çakranın ruhi təkamül səviy ‐

yəsində insanı həyatın mənası, onun ümumi

varlıq sxemində yeri kimi suallar maraq lan ‐

dırmağa başlayır. Tanta ənənələrində hesab

olunur ki, Kundalini bu çakraya çatdığı zaman

əsl ruhi təkamül başlayır. Manipura intellektə

cavab verir. Qəzəb hissi Kundalini enerjisini

bu çakra səviyyəsində bloklaşdırır və Kunda ‐

liniyə insanın ruhi mərkəzinə (ürək çakrasına)

çatmasına imkan vermir.  Qəzəbi tanıması və

qəbul etməsi ilə insan Kundaliniyə şüurun

yüksək mərkəzinə keçməsinə şərait yaradır.

Acıq, qəzəb və hiddət bu mərkəzi bütün

mümkün olan gücü ilə aktivləşdirir ki, bu da

insanı affekt halına gətirə bilər. 

Әsas funksiyaları: hakimiyyət, nəzarət,

azadlıq, karyera, əminlik, gözüaçıqlıq, ağıl 

Fiziki bədəndə həzm sisteminə cavab verir. 

Orqanlar: mədə, mədəaltı vəzi, öd kisəsi,

qaraciyər

Endokrin sistem: mədəaltı vəzi və qara ‐

ciyər


Kristallar: yantar (kəhrəba), sarı turmalin,

sitrin və topaz

Rəng: sarı

Ünsürlərlə assosiasiyası:  od 

Müvafiq musiqi tonu: mi

4. Anahata (anāhata, 

अनाहत – toxunulmaz,

zərbə almayan, ilahi səs) Ürək nahiyədə yer ‐

ləşən sevgi çakrası. 

Döş sümüyünün mərkəzində yerləşmişdir.

Anahatanın keyfiyyətləri: özünə əminlik, mərd ‐

lik, cəsarət, immunitet, antitellərin forma laş ‐

ması, sevgi, ürəkdə sevinc və rahatlıq, vəzifə

və xoşbəxtlik hissi ilə dolu həyat, qarşılıqlı

müna sibətlərin və öhdəlik lərin ideal normaları. 

Әsas funksiyaları:  sədaqət, sevgi, mər hə ‐

mət, empatiya, sevinc, mehribanlıq 



63

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Fiziki bədəndə qan dövranı sisteminə cavab

verir. 


Orqanlar: ürək, ağciyər, qan dövranı sistemi

Endokrin sistem: timus (çəngələbənzər vəzi) 

Kristallar: avantürin, çəhrayı kvars

Rəng: yaşıl, firuzəyi, mavi 

Ünsürlərlə assosiasiyası:  hava 

Müvafiq musiqi tonu: fa 



5. Vişuddha (viśuddha, 

विशुद्ध – təmiz lənmə)

— boğaz nahiyədə olan harmoniya çak rası.

Әsas funksiyaları:  ünsiyyət, özünüifadə,

yaradıcı potensial, harmoniya, «həqiqətin

daxili səsi» 

Vişuddha həqiqətə cavab verir, yalanla blok ‐

laşdırılır. Onu həmçinin iradə çakrası ad 

landırırlar. İnsan  nə qədər çox düzgün danı şarsa,



bu çakra da o qədər inkişaf edər. Daxilən bu

çakra natamamlıq, günah, tərki‐dünyalıq,

aqressiya, üstünlük hissi ilə korlanır. 

Fiziki bədəndə eşitmə və tənəffüsə cavab ‐

deh lik  daşıyır. 

Orqanlar: qırtlaq, qalxanvari vəzi, səs telləri,

ağciyərin yuxarı hissəsi

Endokrin sistem: qırtlaq, qalxanvari vəzi

Kristallar: selestin, akvamarin, xrizopraz 

Rəng: indiqo 

Ünsürlərlə assosiasiyası:  efir

Müvafiq musiqi tonu: sol



6. Acna (ājñā, 

आज्ञा)  – əmr, komanda) –

qaşlar arasında yerləşən və şövqsüzlük və

fövqəltəbii bacarıqları bildirən (görücülük,

hipnoz) çakra

Әsas funksiyaları:  intuisiya, əqli fəaliyyət,

ali təfəkkür səviyyəsi, ekstrasensor bacarıqlar 

Acna qaşlararası mərkəzlə əlaqəlidir, onu,

adətən, xüsusi nadi – mahanadi köməyilə bhru ‐

madhya (bhru – qaşlar və madhya – mərkəz)

adlandırırlar. Bu iki mərkəz meditasiya təcrü ‐

bələrində olduqca vacib rol oynayır və əsas

etibarı ilə onları bir bütün –  «üçüncü göz»

hesab etmək olar. 

«Üçüncü göz»ün – Acna çakranın oyan ması

bir çox dini və psixoloji ənənələrdə son dərəcə

populyar motivdir və bu metodikalar müvafiq

ədəbiyyatlarda geniş təsvirini tapır. Xüsusilə

Buddanın heykəlini qaşarası mərkəz nahiyə ‐

sində qiymətli qaşla hazırlayırlar. Bu mərkəz

bir çox hindu tanrıları (və yalnız deyil) və

mifik qəhrəmanlarda qeyd olunur. 

Acna çakranı (ümumiyyətlə, «üçüncü göz»ü

istənilən digər simvolizmdən asılı olmayaraq)

tez‐tez əzgiləbənzər vəzi (epifiz, pineal vəzi)

ilə – xüsusilə qaş mərkəzi qarşı sında beynin

böyük yarımkürələri arasında yerləşən noxud

ölçüsündə olan (insanda təqribən 8mm) vəzi

ilə əlaqələndirirlər. Әzgi ləbənzər vəzi tor qişa

ilə qanqli (əsəb düyünü) əlaqəsinə malikdir.

Müasir elmi təsəvvürlərə görə, o, sirkad ritm ‐

lərinin tənzimlənməsində iştirak edən mela to ‐

nin hormonunun ifrazına xidmət edir.

Rəng: ametist

Ünsürlərlə assosiasiyası:  işıq

Müvafiq musiqi tonu: lya



7. Sahasrara  (sahasrāra, 

सहस्रार – min qat)  

O, min ləçəkli lotos şəklində təsvir olunur.

Bu ləçəklərdə 50 hərfdən ibarət sanskrit əlif ‐

basının bütün mümkün artikulyasiyası vardır.

Lakin yəqin ki, bu, yalnız onun ləçək lə rinin

sonsuz sayda göstərilməsi üçün bir metafo ‐

radır.  Lotosun içərisində özündə üçbu caq bir ‐

ləş 

dirən bütöv Ay təsvir edilir. Sim 



volik

olaraq, burada mənəvi təkamülün əsas məq ‐



64

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



sədi hesab olunan Şiva və Şaktinin qovuş ma ‐

sına nail olunur. 

Әsas funksiyaları:  kosmosla əlaqə, tam azad

olma, nirvana (buddizmdə)

Digər mənbələrə görə, ən yüksək vibra ‐

siyalı çakradır. Şüur bu çakraya kimi yük ‐

səldikdə, insanın fərdi «Mən»i ümumi şüurla

birləşir. Bu çakra sakitlik və firavanlıq saçır. 

Fiziki bədəndə ağıla, ali psixi funksiyalara

nəzarət  edir.  

Çakrada olan problemlər bunları yaradır:

doqmatizm (ehkamçılıq), özünə ziyan, Allaha

şübhə etmə, Allaha qarşı yönəldilmiş fəaliyyət. 

Endokrin sistem: epifiz

Kristallar: şəffaf almaz 

Rəng: bənövşəyi

Ünsürlərlə assosiasiyası:  metal

Müvafiq musiqi tonu: Si

Reyki`də (komplementar tibbin bir növü ‐

dür, burada «əllə toxunma ilə müalicə» adla ‐

nan texnikadan istifadə olunur. Profes  si onal lar

tərəfindən «şərq təbabəti»nin bir növü kimi

təsnif edilir) hesab olunur ki, insanda 108

çakra  vardır – 7 əsas və 101 kiçik.  



Çakralar «elm güzgüsü»ndə 

Bir çox ezoterik biliklərin fenomenlərini

müasir texnikanın köməyilə toxunub diaq noz ‐

laşdırmaq olar. 

Avropa rasionallığını və şərq müdrikliyini

vahid bütöv sistemə birləşdirməyə bir neçə

dəfə cəhd göstərilmişdir. Bu mənada Kalifor ‐

niya İnsan Elmi İnstitutunun yaradıcısı, həkim

Hiroşi Motoyamanın təcrübələri maraq doğu ‐

rur. Dünya səviyyəli həkim kimi tanınan alim

özünün və ardıcıllarının qarşısına çətin tapşı ‐

rıq qoyur: Şərq və Qərb dini təcrübələrini vahid

harmonik sistemdə birləşdirmək. Bu tədqi ‐

qatları o, «Elm və şüurun təkamülü» adlı kita ‐

bında açıqlayır. Orada deyilir ki, alim elmi

me todların köməyilə insanın «zərif» bədəni

haqqında şərq nəzəriyyələrini tədqiq etmişdir.

İnsan quruluşunun qərb anatomik modeli bu

nəzəriyyələrlə müqayisə edilmişdir. Beləliklə,

enerji hallarının tədqiqi üçün sırf elmi

metodlardan istifadə edərək, Hiroşi Moto ‐

yama çox maraqlı nəticələrə gəlmişdir.

Öz təcrübələrində Hiroşi Motoyama eks ‐

periment yolu ilə insanda çakraların, meri ‐

dian ların və orqanların əlaqəsini tapmağa cəhd

göstərmişdir. Alim elmi olaraq enerji mərkəz ‐

lə 

rinin mövcud olmasını sübut etməyə və



onları Avropa rasionallığı nöqteyi‐nəzə rindən

izah etməyə çalışmışdır. Tədqiqatın aparıl ma sı

üçün çakraların və meridianların vəziyyətini

göstərən iki cihaz yaradılır. Təcrübə zamanı

Motoyama çakraların sinir pleksusları (sinir

düyünləri  kələfi) ilə bağlantı yerini aşkar edir.

Pleksuslar fiziki bədəndə çakra ların proyeksiyası

hesab olunur. Beləliklə, çakraya enerji‐infor ‐

mativ, yaxud vibrasiyalı təsir göstərərək,

master birbaşa insanın əsəb sisteminə təsir

edib neyroendokrin tənzimlə məyə təkan verir.

Alim sübut edə bilir ki, çakra lara yönəlmiş Şərq

dini təsəvvürlərinə əsas lanan təcrübələr müasir

Qərb təbabəti nəzərindən tam izah edilə bilər. 

Hələ keçən əsrin 80‐ci illərində professor,

fizika‐riyaziyyat elmləri doktoru Eduard Qodik

təbiblərin və ekstrasenslərin fövqəltəbii baca ‐

rıq larını öyrənmişdir. Bu barədə onun «Ekstra ‐

senslərin sirri» kitabında məlumat verilir. Öz

laboratoriyasında təbiblərin çakralarının yer ‐

ləş diyi nahiyədə ultrazəif parıltının spontan

şəkildə artmasını qeydə almışdır. 

Daha sonra Novosibirskdə akademik Vlail

Petroviç Kaznaçeyevin rəhbərliyi altında alim ‐

lərdən ibarət bir qrup aşkar edir ki, çakra nahi ‐

yəsində lazer şüası digər nahiyələrdə oldu ğundan

fərqli cür əks olunur.  Həmçinin müəyyən olun ‐

muşdur ki, bu nahiyələrdə oksigenin sərf

edilməsi sürəti daha çoxdur. Bədənin enerji

strukturu kimi çakra fenomenini müasir elm

tədqiq və təsdiq edir. 

Daha doğru desək, hind qurularının min

illik müddətdə bildiyi bir şeyi müasir insan

elmi‐texniki tərəqqinin hesabına görə və diaq ‐

nozlaşdıra bilər.   

Nuranə ALVERDİYEVA, 

NKPİ‐nin əməkdaşı

65

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Müasir Amerika filosoflarından olan Con

Sörl  1932‐ci ildə Kolorado ştatının Denver şəhə ‐

rində anadan olmuşdur. Oksfordda oxuduğu

1950‐ci illərdə məşhur analitik filosoflar olan

Con Oustin və Peter Frederik Stravsonun dərs ‐

lərində iştirak etmişdir. Hal‐hazırda da Kalifor ‐

niyada Berkli Universiteti Fəlsəfə kafedrasının

professorudur. 1960‐cı illərin ortalarında «azad

şəkildə danış hərəkatı» (free speech movement)

adlı məşhur tələbə etirazında iştirak etmiş ilk

professor olmuşdur. Zehin və dil fəlsəfəsində

apardığı tədqiqatlara görə Con Sörl 2000‐ci ildə

Jan Nikod və 2004‐cü ildə isə Amerika Milli

Humanizm mükafatına layiq görülmüşdür. 

Con Sörl, əsasən, dil və zehin fəlsəfəsi sahə ‐

sində çox əhəmiyyətli tədqiqatlara imza atmış ‐

dır. Məhz bu yazıda təqdim etdiyimiz «Şüur və

Dil» əsəri də dil və zehin fəlsəfəsi sahəsində

Sörlün qələmə aldığı məqalələr toplusundan

ibarətdir. Kitab müasir elmi‐fəlsəfi arqumentlər

çərçivəsində şüur, mən düşüncəsi, ictimai qu ‐

rum lar, niyyət, səbəb və nəticə və s. mövzularını

dərindən izah edir. Con Sörl  «Şüur və Dil»  əsəri ‐

nin girişində analitik şəkildə fəlsəfəyə dair iki

sualını belə qoyur: «Mən» anlayışımızı təbiət

elmlərindən, xüsusilə fizika, kimya və biologi ‐

yadan əldə etdiyimiz dünya anlayışlarıyla necə

bir bütünlük içərisində və tutarlı şəkildə izah

edə bilərik?» və «Şüur bütövlükdə  nədir və

dünya ilə necə münasibətdədir?»

Con Sörl XX əsrdə daha çox inkişaf edən

analitik dil fəlsəfəsinə sadiq qalaraq bu kimi

sualları cavablamadan əvvəl onun analiz edil ‐

mə sinin vacibliyini vurğulayır. Nümunə kimi

Sörl məşhur zehin‐bədən problemini bu mövzuda

misal gətirir. O bu sualın qoyuluş tərzini, hansı

əsas fikirlərə istinad edilərək ortaya atıldığını

analiz edir. Ona görə, nə qədər ki zehni struk ‐

turun  fiziki strukturlardan ayrı bir ontologiyaya

malik olduğunu düşünən XVII əsr fəlsəfi termi ‐

nologiyasını qəbul etməyə davam edəcəyik,

problemin həlli çətinləşəcəkdir. Bütün daxili,

subyektiv və hissi xüsusiyyətləri ilə şüurun (eynilə

həzmin mədənin bir funksiyası olduğu kimi)

beyinin bir xüsusiyyəti olduğu başa düşüldükdə

problemin fəlsəfi həlli mümkün olacaqdır. Ancaq

şüurun beyində necə işlədiyi problemi də bun ‐

dan sonra izah edilməlidir. 

Bu kontekstdə Sörl, Dekartla başlayan skeptik

dəlil və cavabını ciddiyə almanın vaxtının çoxdan

keçdiyini vurğulayır. Ona görə XVII əsrdən fərqli

olaraq müasir dövrdə  biliyin güclü bir əsasa

dayan masını isbat etmək gülüncdür. Çünki müasir

intellektual‐fəlsəfi atmosferdə ən açıq şey budur

ki, bilik gündən‐günə dəyişir. Və biliyin varlığı

şübhəli deyildir. 

Kitabdakı «şüur problemi»,  «şüurun elmi

şə kildə necə tədqiq olunacağı», «şüur»,  «heyvan

zehinləri»  və  «niyyət və təbiətdəki yeri»  adlı ilk

beş yazı şüur və niyyət fenomenlərinin dün yanın

neçə funksiyaya malik olduğu və anla şılmasına

dair  mövzuları əhatə edir. 

Maraqlı cəhətlərdən biri də budur ki, Con Sörl

heyvan zehinlərindən bəhs edərkən heyvanların

da insanlar kimi ağrı və həzz qədər şüur, inanc və

arzularla birlikdə bir zehnə malik olduqlarını,

ancaq dildən məhrum olduqları üçün zehni quru ‐

 luşlarının məhdud olduğu görüşünü müdafə edir. 

Con Sörlə görə, beyindəki proseslər şüura səbəb

olur, ancaq səbəb olduqları şüur substansiya

(cövhər) və ya ayrı bir varlıq növü deyil. Şüur

sadəcə bütün sistemin daha yüksək mərtəbədəki

bir keyfiyyətidir. 

Kitabda yer alan altıncı «Kollektiv niyyətlər

və davranışlar» yazısında Sörl fərd olaraq insa ‐

nın niyyətinin ictimai mühitlə əlaqəsini izah

edərək fərdi niyyətin, eyni zamanda sosial aspekt ‐

dən asılı olduğunu və ona təsir etdiyini vurğu ‐

layır. Yeddinci və səkkizinci yazılarında isə zeh nin

strukturu psixologiya və sosial elmlər kontekstində

tədqiq olunaraq niyyətin də, eyni zamanda ictimai

münasibətlərdə praktik və hermenevtik mahiy ‐

yətinə diqqət çəkilir. 

Doqquzuncu və onuncu yazılarda Oustin və

Vitgenşteyn kimi filosofların inkişaf etdirdikləri

analitik dil fəlsəfəsinə dair maraqlı fikirlər

işlənir. Belə ki Con Sörl özünün məşhur əsəri

olan «Nitq Aktları» (Speech Acts) kitabına əsas ‐

lanaraq bu yazılarda «xəbərverici» (constative)

və «icraedici» (performative)  cümlələr arasındakı

fərqi rədd etməkdədir. Burada qeyd olunmalıdır

ki, Qərb fəlsəfəsində  «xəbərverici» (constative)

və «icraedici» (performative)  cümlələrin 1950‐ci

illərdən etibarən kəşf olunması, pozitivist‐

fizikalist düşüncə tərzinin tərk olumasına səbəb

olmuşdur. Belə ki, A.J.Ayerin və bu cərəyana



Kataloq: elm -> pdf
pdf -> Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир
elm -> Ateroskleroz xolesterinin damar divarına çökməsi nəticəsində yaranır. Zamanla bu proses sürətlənərək damar mənfəzinin ciddi daralmalarına və tam tutulmasına aparıb çıxarır
elm -> Qabırğa sınıqları
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə