Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix05.05.2017
ölçüsü0,85 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

72

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Fizika üzrə Nobel mükafatı 2013‐cü ildə

Böyük Britaniyalı 84 yaşlı nəzəri fizik Piter

Xiqqsə və Belçikalı fizik Fransua Enqlerə

verilmişdir. Onların nailiyyətləri alimlərin

görüşündə dünyanın yaranması təsəvvür ‐

lərini kökündən dəyişə bilər və bəşəriyyətin

inkişafına böyük təkan verə bilər.

Hər şey uzaq 1964‐cü ildə başladı. O vaxt

iki Belçika alimi Fransua Enqler və Robert

Brautinin elmi məqaləsi çap olundu. Bu

məqalədə elementar hissəciklərin kütlə nəzə ‐

riy yəsi şərh olunmuşdu. Elə həmin ildə Piter

Xiqqs öz şəxsi məqaləsini çap etdirdi və bu

məqalədə belə bir fikir irəli sürdü ki, stan‐

dart modelə sıfır tipinə malik əlavə skalyar

hissəcik daxil olmalıdır və onun olması

bütün elementar hissəciklərin kütlə lə rinin

olmasını izah edə bilirdi.

Bu ideya aktiv olaraq bir neçə başqa fizik ‐

lər tərəfindən götürüldü və yeni, ehtimal

olu nan hissəcik 1975‐ci ildə Xiqqs bozonu

adını aldı. Bu hissəciyin əhəmiyyəti o qədər

böyükdür ki, Nobel mükafatı laureatı Leon

Lenderman onu «Allah hissəciyi» adlandır ‐

mışdır: əminliklə demək olar ki, məhz Xiq qsin

kvant sahəsi kainatda materiyanın əsa sıdır.

Bir neçə onilliklər Xiqqs bozonunun mövcud ‐

luğu təmiz nəzəri  məsələ hesab olunurdu. 

Çünki lazımi avadanlıqları yaratmaq üçün

texniki tərəqqi kifayət qədər deyildi, həmçi ‐

nin tədqiqatın və hissəciklərin reallı ğının

müəy yən edilməsi üsulları kifayət qədər inkişaf

etmişdi. Xiqqs bozonunun aşkarlan masına

şübhə ilə yanaşanlardan biri də dövrümü zün

nəhəng astrofiziklərindən biri olan Stiven

Xokinq idi.

Stiven Xokinqlə Xiqqsin münasibətləri

hələ 1996‐cı ildə pozulmuşdu. Xokinq Xiqqs

bozonunun heç vaxt aşkar olunmayacağını

74

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



sübut edən məqalə yazmışdı. 2000‐ci ilə qədər

Xokinqin uzaqgörənliyi təkzib olunma mış ‐

dı. Həmin illərdə Böyük elektron‐pozitron

kollayderi bağlanmışdı. Başqa sözlə, tədqi ‐

qat ların aparılması dayandırılmış və Xokinq

kolleqası olan, Miçiqan Universitetinin pro‐

fessoru Qordon Keynlə  mərcləşdiyi 100 dol ‐

ları almışdı. Xokinqlə Xiqqsin mübahi sə  lərinin

kəskinliyinin  davam etdiyi vaxtlarda ikinci

demişdi:  «Onunla mübahisə etmək çox çətin ‐

dir. O nəyisə deməyi özünə rəva bilir. Digər ‐

ləri isə ona cavab verməyə məcbur olur».

Xokinq cavabında demişdi: «Mənə belə gəlir

ki, elmi mübahisələr şəxsiyyətə toxunmadan

aparılmalıdır». Bundan sonra Xiqqs üzr istəmiş

və həmkarının onun dedik  lərini düzgün başa

düşmədiyini bildirmişdi. 

Böyük adron kollayderinin yaranması ilə

hər şey dəyişdi. Bu kollayder 2012‐ci il iyu‐

lun 4‐də sınaq sensasiyalı nəticələr verdi və

bu haqda sonra nüvə tədqiqatları üzrə

Avropa təşkilatı – CERN məlumat dərc etdi.

Açıqlanan məlumatlara görə, iki protonun

toqquşması zaman kollayderin CMS detek ‐

torları kütləsi 125–126 Qev/S2 olan yeni his ‐

səciyin əmələ gəlməsini qeyd etmişdir.

Təxminən yarım illik tədqiqatlardan sonra

2013‐cü ilin yazında rəsmi məlumat verildi

ki, tapılan hissəcik Xiqqs bozonudur. Onun

kəşfi standart modeldə dəyişiklik etməyə

imkan verir. 

Görəsən, Stiven Xokinq udduğu 100 dolları

qaytarıb, yoxsa yox?!

75

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



İsveç yazıçısı Selma Laqerleyf Cənubi

İsveçin Vermland əyalətində hərbçi ailə sin ‐

də anadan olub. Selma 3 yaşında uşaq iflici

xəstə liyinə tutulur və ömrünün axırına qədər

axsaq qalır. Bu səbəbdən o, nənəsinin ya ‐

nında, evdə təhsil və tərbiyə alır. Müəllim

olmaq arzusunu qarşısına məqsəd qoyan

Selma Stokholmda Ali Pedaqoji Qızlar Akade ‐

miyasına daxil olur. Akademiyanı bitirdik ‐

dən sonra İsveçin cənubunda qızlar üçün

məktəbdə müəllimə işləməyə başlayır. Tez ‐

liklə şagirdlərinin sevimlisinə çevrilən Laqer ‐

leyf elə həmin illərdə yazdığı ilk romanını

«İdun» jurnalının təşkil etdiyi ədəbiyyat

müsabiqəsinə göndərir. Әsəri birinci yer tutan

gələcəyin Nobel mükafatçısı məktəbdən

məzuniyyət götürərək, «Yeste Berlinq haq ‐

qında saqa» romanını başa çatdırır. Ona

şöhrət gətirən bu əsərdən sonra Laqerleyf

məktəbi tərk edir və üçüncü – «Görünmə yən

həlqələr» adlı novellalar toplusunu yazır.

1890–1900‐cü illər yazıçısı üçün axtarışlar

və eksperimentlər dövrüdür. Bu məqsədlə

o, tarixi əsərlərinin canlı alınması üçün

müxtəlif ölkələrə uzunmüddətli səyahətlər

edir: Siciliyaya səyahəti zamanı «Antixristin

möcüzələri» kitabı üçün materiallar toplayır,

Fələstin və Misirə etdiyi səyahətlərdən sonra

2 cildlik «Qüds» romanını yazır. Selma

Laqer leyf çox böyük populyarlıq qazanan

kitablarının hesabına Morbakk malikanəsini

alır. Və həm də İsveç Akademiyasının qızıl

medalına layiq görülür. İki il sonra isə onun

«Nils Xolqerssonun İsveçdə möcüzəli səya ‐

həti» adlı məşhur uşaq romanı işıq üzü görür.

Xalq deyimləri və demokratik peda qo ‐

gika ruhunda yazılmış bu kitab məktəblilərə

doğma ölkələri haqqında parlaq obrazlı bilik ‐

lər verirdi. Kitab o dövr elminin səviyyə ‐

sində İsveçin coğrafiyası ilə bağlı populyar

tədris vəsaitinə çevrilirdi.

«Nils Xolqerssonun İsveçdə möcüzəli

səya həti» İsveç xalq nağılı və əfsanələri

üzərində qurulub. Yazıçı bu əsərinin köməyi

ilə coğrafi xəritəni canlandırmaq qərarına

gəlir. Coğrafi və tarixi materiallar burada

nağıl fabulası ilə birləşdirilib. Nils müdrik

dişi qaz Akkanın sürüsü ilə qaz Mortenin

kürəyində bütün İsveçi səyahət edir. Kitabda

bizə Andersonun nağıllarında olduğu kimi,

öz təbii xüsusiyyətlərini saxlamış və eyni za‐

manda xeyli insani cizgisi olan çoxsaylı hey‐

van və quşlar rast gəlir. Laqerleyfin heyvan

və quşları özünəməxsus «tərbiyəçi»lərdir.

Onların sayəsində Nilsdə mərhəmət hissi

oyanır, o, «başqalarının bədbəxtliyinə həyə ‐

can lanmağa, sevincinə şadlanmağa, özgə ‐

sinin taleyini özününkü kimi yaşamağa»

başlayır. Oğlanda «başqası ilə birlikdə həyə ‐

canlanmaq, əzab çəkmək və sevinmək» keyfiy ‐

yətləri meydana çıxır.

Quş və heyvanları sevərək onların müda ‐

fiəçisi və qoruyucusu olan Nils insanları da

sevir. O öz valideynlərinin dərdini, yetimlər

Ose və Matsın iztirablarını, kasıbların ağır

həyatını başa düşür. Onlara kömək etmək,

talelərini yüngülləşdirmək istəyir. Səyahətin

onun üçün son dərəcə maraqlı olmasına

baxmayaraq, o, adamların yanına qayıtmağı

arzulayır.

Әsərdə Nilsin İsveçin sənayesi ilə tanışlıq

epizodlarına da rast gəlinir. Bu səbəbdən

mədənqazanlar əsərdə məcazi fiqurlardır.

Yazıçı onların həyatının ağır olduğunu görür:

təsadüfi deyil ki, onlar qaz sürüsü ilə bir ‐

likdə «nə külüng, nə də çəkicin», «nə maşın, nə



76

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



də buxar qazanlarının» olmadığı yerə baş götü ‐

rüb getmək istəyirlər.

Kitab İsveçdə ziddiyyətli rəylər doğurdu.

Bəzi tənqidçilər əsəri «pedaqogikada inqi‐

lab» adlandırdı. Digərləri isə romanda həddən

artıq fantastik məqamlar tapdılar. Ancaq

yazıçını kitabı oxumuş adi oxucuların fikri

daha çox maraqlandırırdı. «Uşaqların həvəslə

oxuyacaqları zaman bu kitab qalib gələcək»

– deyirdi Laqerleyf. Yazıçıdan onun bəxtinə

düşmüş şərəflərdən hansını daha çox qiy ‐

mət ləndirdiyi soruşulanda o, «oxu cu ların

həyatında iştirak və onlara kömək etmək»

cavabını verir. Zaman təkcə İsveçdə deyil,

başqa ölkələrdə də uşaq və böyüklərin stol ‐

üstü kitabına çevrilmiş bu əsərin yüksək

dəyərini təsdiqlədi.

Oxucu təsdiqinin ardınca rəsmi təsdiq də

gəldi. Yazıçı 1907‐ci ildə Upsala Universite‐

tinin fəxri doktoru seçildi. Onun kitablarının

tirajı ildən‐ilə artır və tez bir zamanda satı ‐

lırdı. «Xalqın şairi» olmağı arzulayan Laqer‐

leyf həm də qadın azadlığının tərəfdarı kimi

çıxış edirdi. Onların seçki hüququ və şəxsi

azadlıqları uğrunda mübarizələrini dəstək ‐

ləyirdi.


1909‐cu ildə Selma Laqerleyf «bütün

əsərlərində idealizmə verdiyi yüksək qiy ‐

mətə görə» ədəbiyyat üzrə Nobel mükafa ‐

tına layiq görüldü. İsveç Akademiyasının

üzvü K.Annerstedt «Yeste Berlinq haqqında

saqa»nı «dövrün saxta və qeyri‐sağlam realiz ‐

mini alt‐üst edən, həm də müstəsna oriji  nallığı

ilə seçilən əsər adlandırdı». Nobel komi tə ‐

sində onun haqqında deyilmiş bu sözlər

diqqəti çəkir: «Laqerleyf yaradıcı lı ğında dilin

sadəliyi və təmizliyini, üslub gözəlliyi və

zəngin təsəvvürü etik güc və dərin dini hissiy ‐

yatla birləşdirir».

1911‐ci ildə Stokholmda keçirilən Dünya

qadınlarının konqresində o, qadınları icti‐

mai həyatda iştiraka çağırdı. İsveçdə eman‐

sipasiya uğrunda hərəkatın müvəffəqiyyəti

ilk qadının İsveç Akademiyasına üzv seçil ‐

məsi ilə nəticələndi. Onun adı Selma Laqer‐

leyf idi. 

Birinci Dünya müharibəsinin başlanması

xalqların sülh və qarşılıqlı anlaşmada yaşa ‐

maları üçün əlindən gələni əsirgəməyən yazı ‐

larının ümidlərinə zərbə vurdu. Yazıçı sülhün

müdafiəsi naminə açıq çıxışlar etməyə baş ‐

ladı. O, təntənəli şəkildə: «nə qədər ki, sözlər

dilimdən qopur, nə qədər ki, qəlbim döyü ‐

nür, sülh işini müdafiə edəcəyəm!» – deyə

and içmişdi. 

Hələ İkinci Dünya müharibəsindən əvvəl

faşist Almaniyası onu «nord irqindən» olan

istedadlı yazıçı kimi dəstəkləməklə,  ondan

ideoloji kömək istəmişdir. Laqerleyf bunun

əksinə olaraq, alman yazıçıları və mədəniy ‐

yət xadimlərini faşizmə qarşı amansız müba ‐

rizəyə çağırdı. İkinci Dünya mühari bəsi nin

başlanması yazıçını xeyli sarsıtdı. O, Nobel

medalını və pul vəsaitini Sovet – Finlandiya

müharibəsində ikinciyə yardım məqsədilə

qurban verdi. 



Aynur BAĞIROVA

77

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Rəqəmlər dünyası sakit, aydın və dəqiq

elm kimi təsəvvür olunur. Aydın başa düşü ‐

lür ki, iki vahidin cəmi həmişə ikiyə bərabər ‐

dir, həndəsə qanunları isə bəzən intuisiya ilə

başa düşülməsə də, həmişə öz tərifləri çərçi ‐

vəsində dəqiq və ardıcıldır. 

Avstriyalı məntiqçi, riyaziyyatçı və filo ‐

sof Kurt Fridrix Gödel (1906–1978) isbat edə

bilmişdir ki, heç bir insan biliyi hər hansı

aydın, tam və ziddiyyətsiz formada ifadə

oluna bilməz.

1931‐ci ildə 25 yaşlı Kurt Gödel sübut

etdi ki, elmi və riyazi isbatlarda real olaraq,

«iflaslar», «ağ ləkələr» mövcuddur. Hələ çox

əvvəllər bir sıra dilçilər və filosoflar insan

dilinin reallığı təsvir edə bilmək qabiliy ‐

yətini məhdudlaşdıran qanunları təyin etməyə

çalışırdılar. Məhz Gödel göstərə bildi ki, belə

məhdudiyyətlər riyaziyyatın öz daxili di ‐

lində də mövcuddur.

XIX əsrin riyaziyyatçıları həndəsə prin ‐

sip lərini ümumləşdirdilər və bizim qavra ‐

yışımızda bir çox mə umları dəyişdilər.

Nəticədə bir nöqtədən bir neçə paralel düz

xə in keçirilməsi, bu düz xətlərin  sonsuz ‐

luqda birləşməsi mümkün oldu. Başqa sözlə,

yeni həndəsədə paralel düz xətlərin sadəcə

mövcudluğuna son qoyuldu. 

Meydana çıxan vəziyyəti araşdırmağa

çalışaraq, bir çox aparıcı riyaziyyatçılar öz

elm sahələrinin taleyi və problemləri haq ‐

qında düşünməli oldular. Bu narahat çılığı

XX əsrin görkəmli alman mütəxəssislə rin ‐

dən biri belə ifadə edir: «Məntiq riya ziyyat

elminin ideyalarını sağlam və güclü saxla ‐

mağa imkan verən, həmin elmin gigi yena ‐

sıdır». Gözləmək olardımı ki, riya ziy yat da

həndəsə kimi bu qədər müdafiəsiz qala bilər? 

Görkəmli ingilis riyaziyyatçısı və filosofu

Bertran Rassel göstərməyə çalışır ki, bəzi çox

sadə müddəalar formal məntiq nöqteyi‐

nəzə rindən qiymətləndirilə bilməz. Bunu izah

etmək üçün o, bir vərəqin hər iki tərə fində

belə bir cümlənin yazılmasını təklif edir: «Bu

vərəqin əks tərəfində yazılan müddəa

səhvdir». (Hər iki tərəfində belə bir cümlə

yazılmış vərəqi sonsuz olaraq çevirmək olar)

1900‐cü ildə görkəmli alman riyaziy yat ‐

çısı David Gilbert, öz kolleqalarına müraciət

edərək, sadaladığı 23 problemin həllinin  bu

elmin gələcək inkişafından asılı olduğunu

söylədi. 

Gilbertin əsas və prinsipial mövqeyi o idi

ki, riyaziyyat mükəmməl (yəni onunla bağlı



78

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



olan bütün suallara cavab verə bilən) və

daxilən uzlaşmış elm olmalıdır. O, əmin idi

ki, hər bir riyazi suala onun çətinlik dərəcə ‐

sindən və onunla bağlı olan fikir ayrılı ğın ‐

dan asılı olmayaraq, gec ya da tez dəqiq

cavab (müsbət və mənfi) tapıla bilər və tapıl ‐

malıdır.

Məhz bu müddəanı öz «natamamlıq

nəzəriyyəsi» ilə Gödel təkzib etdi. O gös tərdi

ki, həndəsənin bütün qaydalarını özündə əks

etdirən bütün uzlaşmış formal riyazi sistem ‐

lər özündə G‐təsdiqləmənin riyazi ekvi‐

valentini ehtiva edir. 

Bu kəşf iki nəzəriyyə şəklində ifadə

olunmuşdur:

1. Әgər aksiomatik çoxluq nəzəriyyəsi

uzlaş  dı rılmışdırsa, onda burada təsdiq edil ‐

məsi, inkar edilməsi mümkün olmayan teo ‐

remlər mövcuddur.

2. Aksiomatik çoxluq nəzəriyyəsinin uzlaş ‐

masını təsdiq edən konstruktiv prosedurlar

mövcud deyil.

Gödel göstərir ki, hər bir riyazi sistemdə

təsdiq olunması mümkün olmayan dəqiq

fikirlər var və nəticədə hər bir belə sistem

natamamdır.

Gilbert göstərdi ki, onun elmində qeyri‐

müəyyənliyə yer yoxdur və hər bir riyazi

məsələ riyazi üsulla həll oluna bilər. Gödel

isə sübut edir ki, Gilbert səhv edir və heç bir,

hə a ən çətin riyazi sistem də uzlaşmış ola

bilməz.


Rəqəmlər nəzəriyyəsi üzrə görkəmli mütə ‐

xəssislərdən biri German Veyl yazırdı: «Bir

halda ki, riyaziyyat aydın ziddiyyətli deyilsə,

Allah mövcuddur,  lakin şeytan da mövcud‐

dur, çünki biz bu ziddiyyətsizliyi sübut edə

bilmirik». Gilbert daha məntiqli idi və vəsiy ‐

yət etmişdir ki, onun qəbirdaşının üstünə bu

sözlər yazılsın: «Biz mütləq bilməliyik və

biliyə yiyələnəcəyik».

Gödel uzun və çətin ömür sürür. O, çox

məhsuldar işləyirdi. Ancaq natamamlıq

nəzəriyyəsi onun əldə etdiyi ən parlaq

nailiyyəti olaraq qalır. O, 71 yaşında faktiki

olaraq acından vəfat edir. Böyük riyaziyyatçı,

yəqin ki, öz ölümünü dəhşətli və mənasız

hesab etməzdi. O, həmişə əmin idi ki,

həyatda, elmdə və hə a kainatda bütün

proseslər sıx qarşılıqlı əlaqəlidir və başa

düşüləndir.

Psixoloji cəhətdən maraqlıdır ki, məhz

riyaziyyatın ən dərin əsaslarında ciddi qeyri‐

müəyyənlikləri aşkar edən bir insan belə

fəlsəfi baxışlara malikdir. Onun kəşflərinin

insan idrakının sərhədlərini məhdudlaşdır ‐

masına baxmayaraq, Gödel ağlın fasiləsiz

inkişafına əmin idi. Adi həyatın mənasız ‐

lığını isə böyük alim belə izah edirdi: «Bu

həyat sadəcə olaraq, digər mövcudluq for ‐

ma larına keçid üçün hazırlıqdır». 

Vüsalə MİRZӘBӘYOVA

79

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



MÜNDӘRİCAT

«Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzinin yeni 

binası açılmışdır. Prezident İlham Әliyev açılışda iştirak 

etmişdir .................................................................................................................2

Azərbaycan Milli Elmlər Akademiyasının illik 

ümumi yığıncağı keçirilmişdir ..........................................................................5

Akademik Tofiq Nağıyev «Dövlət mükafatı»na layiq 

görülmüşdür.........................................................................................................12

Azərbaycan Respublikasının Təhsil naziri 

Mikayıl Cabbarovla müsahibə...........................................................................13

Şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında..........................................26

Kəşfül‐Həqayiq (Hacı Mir Məhəmməd Kərim əl‐Bakuvi) ............................27

Nobel mükafatından imtina etmiş dünya şöhrətli fransız 

yazıçısı, filosofpublisisti və ictimai xadimi Jan Pol Sartr ...............................34

Fənlərarası tədqiqatlar: problemi dərketmə fəlsəfəsinə dair ........................38

İnsan genomu .......................................................................................................43

Nə üçün necə fikirləşirik? Jan Pier Şönjü və 

Pol Rikörün dialoqu ............................................................................................47

Üzvi kimya və Həyat...........................................................................................54

Çakra: psixi enerji mərkəzi.................................................................................59

Con Sörl. «Şüur və dil» .......................................................................................66

Elmi‐sosial proseslərdə bioetik normalar 

sisteminin riyazi üsullarla əsaslandırılmasına dair ........................................68

100 dollar dəyərləndirilmiş mərcin Nobel 

mükafatına layiq görülməsi ...............................................................................74

Әdəbiyyat üzrə ilk qadın Nobel mükafatçısı...................................................76



Kataloq: elm -> pdf
pdf -> Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир
elm -> Ateroskleroz xolesterinin damar divarına çökməsi nəticəsində yaranır. Zamanla bu proses sürətlənərək damar mənfəzinin ciddi daralmalarına və tam tutulmasına aparıb çıxarır
elm -> Qabırğa sınıqları
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə